Böyük sələfi alimi İbn Həbbanın İmam Əli ibn Musa Rzanın (ə) qəbrinə təvəssül etməsi

»»

Böyük sələfi alimi İbn Həbbanın İmam Əli ibn Musa Rzanın (ə) qəbrinə təvəssül etməsi

Mənbə: Siqat, cild 8, səh. 456
Müəllif: İbn Həbban

"Əli ibn Musa Rza (ə) - Əbu Talib oğlu Əlinin oğlu Hüseynin (ə) oğlu Əlinin oğlu Muhəmmədin oğlu Cəfərin oğlu Musanın oğludur. Əl ibn Musa Rza (ə) Tus vilayətində xəlifə Məmunun ona içirtdiyi zəhərli şərbət nəticəsində dünyasını dəyişmişdir. Mən onun məzarını dəfələrlə ziyarət etmişəm. Bir dəfə mən Tusda olarkən bir narahatçılığım yarandı. Əli ibn Musa Rzanın qəbrini ziyarət etdim və Allahdan həmin narahatçılğımın aradan qalxmasına dua etdim. Duam müstəcəb oldu və narahatçılığım aradan qalxdı. Mən bunu dəfələrlə təcrübədən keçirtmişəm. Hər dəfə də hacətim yerinə yetib. Allah bizi Peyğəmbər və onun ailə üzvlərinin məhəbbəti ilə bu dünyadan aparsın!".

 

Рейтинг

В этом разделе