"Səhih əl-Buxari" kitabında mütə barədə təhriflər (1-ci hissə)

»»

"Səhih əl-Buxari" kitabında mütə barədə təhriflər (1-ci hissə)

Əziz oxucular! Bildiyiniz kimi “Səhih əl-Buxari” kitabı əhli sünnənin bəzən Sihahi-Sittə (6 Səhih), bəzən də Kutubi-Sittə (6 kitab) adlandırdığı altı əsas kitabından biridir. Xüsusi ilə “Səhih əl-Buxari” həmin kitabların içində Qurandan sonra ən mötəbər qəbul etdikləri kitabdır. Kitabın adının “əs-Səhih” olması da bu üzdən təsadüfi deyil.

Lakin, bu kitab da əhli-sünnənin bəzi mahir təhrifçi alimlərinin gözündən qaçmamış və xəyanət əli ilə müxtəlif mövzularda təhriflərə məruz qalmışdır. Bu məqaləmizdə sizə təhrif olunmuş mövzulardan sadəcə birini təqdim edirik.

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَحْيَى عَنْ عِمْرَانَ أَبِي بَكْرٍ حَدَّثَنَا أَبُو رَجَاءٍ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ أُنْزِلَتْ آيَةُ الْمُتْعَةِ فِي كِتَابِ اللَّهِ فَفَعَلْنَاهَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَلَمْ يُنْزَلْ قُرْآنٌ يُحَرِّمُهُ وَلَمْ يَنْهَ عَنْهَا حَتَّى مَاتَ قَالَ رَجُلٌ بِرَأْيِهِ مَا شَاءَ قَالَ مُحَمَّدٌ يُقَالُ إنَّهُ عُمًر

Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, c.5, s.158, Dar əl-Fikr, Beyrut, 1401/1981

 

Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.854, h.4518; Beyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi

AŞAĞIDAKI NƏŞRLƏRDƏ İSƏ ƏL-BUXARİNİN SÖZLƏRİ ÇIXARILIB!!!

 

Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, c.6, s.27, h.4518; Dar Təvq ən-Nacə, Beyrut, 1422/2002; təhqiq: Muhəmməd Zuheyr b. Nasir

 

Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.1107, h.4518; Dar İbn Kəsir, Dəməşq/Beyrut, 1423/2002

 

Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.615, h.4518; Dar ər-Ruşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

 

Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, c.3, s.200, h.4518; Məktəbə əs-Sələfiyyə, Qahirə, Misir, 1400/1980; təhqiq: Muhibuddin əl-Xətib və Muhəmməd Fuad Əbdül-Baqi

Müşahidə etdiyiniz kimi, Səudiyyə Ərəbistanında "Beyt əl-Əfkar" nəşriyyatında çap olunmuş nüsxədə (قَالَ مُحَمَّدٌ يُقَالُ إنَّهُ عُمًر) - yəni, Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi yazılmışdır. Lakin, digər çaplarda biz bunu görmürük. Dar Təvq ən-Nacə (Beyrut), Dar ər-Rüşd (ər-Riyad), Dar İbn Kəsir (Beyrut), Məktəbə əs-Sələfiyyə (Qahirə) və sair digər nəşriyyatlarda çapdan çıxmış nüsxələrdə əl-Buxarinin sözləri məlum səbəblərdən ixtisara düşüb. Bu məsələnin də nəşriyyatla heç bir əlaqəsi yoxdur, birbaşa kitabı təhqiq edənlərdən asılıdır.

Əhli-sünnənin bir çox alimləri bu hədisi öz kitablarında məhz əl-Buxariyə istinad edərək yazıblar.

1. əl-Humeydi (ö.488 h.)

الثاني : عن أبي رجاء العطاردي عن عمران بن حصين قال : أنزلت آية المتعة في كتاب الله ، ففعلناها مع رسول الله صلى الله عليه وسلم ، ولم ينزل قرآنٌ يحرمه ، ولم ينه عنها حتى مات . قال رجلٌ برأيه ما شاء . قال البخاري : يقال : إنه عمر

İkinci: Əbi Raci əl-Atardi, İmran b. Husayndən onun belə dediyini rəvayət etdi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.

Muhəmməd əl-Humeydi, əl-Cami beynə əs-səhiheyn, c.1, s.349, h.548; Dar İbn Həzm, Beyrut, 1423/2002; təhqiq: Əli Hüseyn əl-Bəvab

 

Fotoşəkil: Muhəmməd b. Futuh əl-Humeydi, əl-Cami beynə əs-səhiheyn, c.1, s.349, h.548; Dar İbn Həzm, Beyrut, 1423/2002; təhqiq: Əli Hüseyn əl-Bəvab

2. əl-Kirmani (ö.796 h.)

Şəmsuddin əl-Kirmani "Səhih əl-Buxari" kitabının məşhur şərhçilərindən biridir.

O da bu mətləbi şərh edərkən əl-Buxarinin sözlərini nəql etmişdir. Çox maraqlıdır ki, “Səhih əl-Buxari”-də (قال محمد: يقال إنه عمر) - "Muhəmməd (əl-Buxari) dedi: Bu şəxsin Ömər olduğu deyilib" sözləri olmadığı halda, eyni vaxtda çap edilmiş “Şərh əl-Kirmani əla Səhih əl-Buxari" kitabında həmin ibarə olduğu kimi nəql edilib. Doğrusunu Allah bilir!

 

Fotoşəkil: Şəmsuddin əl-Kirmani, Şərh əl-Kirmani əla Səhih əl-Buxari, c.17, s.31; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1356/1937

3. İbn Əsir əl-Cəziri

( خ م س )
عمران بن حصين - رضي اللّهُ عنه - قال : ( أُنْزِلتْ آيَةُ الْمُتعَةِ في كتَاب الله ، فَفَعَلْنَاهَا مع رسولِ اللَّه - صلى الله عليه وسلم - ، ولم يَنْزِلْ قُرْآنٌ يُحرَّمُهُ ، ولم يَنْهَ عنها حَتَّى ماتَ ، قال رُجلٌ برأْيه ما شاء ) .
قال البخاري ، يقال : إنه عمر

(əl-Buxari, Müslim, ən-Nəsai)

İmran b. Husayn (r.a.) dedi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.

əl-Mübarək b. Muhəmməd b. Əsir əl-Cəziri, Cami əl-üsul əhədis ər-Rəsul, c.3, s.116, h.1402; Beyrut, 1389/1969

 

Fotoşəkil: əl-Mübarək b. Muhəmməd b. Əsir əl-Cəziri, Cami əl-üsul əhədis ər-Rəsul, c.3, s.116, h.1402; Beyrut, 1389/1969

4. İbn Kəsir əd-Diməşqi (ö.774 h.)

جاء في الصحيحين (خ 4518 م 1226) عن عمران بن حصين قال نزلت آية المتعة في كتاب الله وفعلناها مع رسول الله صلى الله عليه وسلم ثم لم ينزل قرآن يحرمها ولم ينه عنها حتى مات قال رجل برأيه ما شاء قال البخاري يقال إنه عمر

Səhiheyndə (əl-Buxari, №4518; Müslim, №1226) varid olduğuna görə, İmran b. Husayndan nəql edilmişdir ki, o dedi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.

İsmayıl b. Ömər b. Kəsir əd-Diməşqi, Təfsir əl-Quran əl-Əzim, c.2, s.234; Müəssisə Qurtubə, Misir, 1421/2000

 

Fotoşəkil: İsmayıl b. Ömər b. Kəsir əd-Diməşqi, Təfsir əl-Quran əl-Əzim, c.2, s.234; Müəssisə Qurtubə, Misir, 1421/2000

 

Fotoşəkil: İsmayıl b. Ömər b. Kəsir əd-Diməşqi, Təfsir əl-Quran əl-Əzim, s.255; Dar İbn Həzm, Beyrut, 1420/2000

5. İbn Həcər əl-Əsqəlani (ö.852 h.)

وحكي الحميدي أنه وقع في البخاري في رواية أبي رجاء عن عمران قال البخاري يقال أنه عمر أي الرجل الذي عناه عمران بن حصين ولم أر هذا في شيء من الطرق التي اتصلت لنا من البخاري لكن نقله الإسماعيلي عن البخاري كذلك فهو عمدة الحميدي في ذلك

əl-Humeydi dedi ki, bu ibarə “Səhih əl-Buxari”-də bu şəkildə qeyd olunub: “Buxari dedi: bu şəxsin Ömər olduğu deyilib.” Yəni, İmran b. Husaynin kinayə ilə (adını çəkmədən) işarə etdiyi şəxs Ömər ibn əl-Xəttab olub. Lakin, mən bu mətləbi “Səhih əl-Buxari”-nin heç bir nüsxəsində görməmişəm. əl-İsmaili bu mətləbi əl-Buxaridən nəql edib. əl-Humeydinin əlindəki nüsxə də əl-İsmailinin olub.

İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari, c.3, s.433; Dar əl-Marifə, Beyrut

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari, c.3, s.433; Dar əl-Marifə, Beyrut; təhqiq: Muhibuddin əl-Xətib

İbn Həcər əl-Əsqəlaninin sözündən belə çıxır ki, İbn Kəsirin dövrünə qədər (təqribən 8-ci h.q. əsrə təsadüf edir) hədis təhrif olunmayıb. Odur ki, yuxarıda adları qeyd olunan alimlər hədisi olduğu kimi nəql edə biliblər. Lakin İbni Həcərin dövrünə təsadüf edən “Səhihi Buxari”-dən bu hədis təmamı ilə silənərək təhrif edilmişdir.

6. Bədruddin əl-Əyni (ö.855 h.)

وحكى الحميدي أنه وقع في البخاري في رواية أبي رجاء عن عمران ، قال البخاري : يقال : إنه عمر ، أي الرجل الذي عناه عمران بن حصين قيل : الأولى أن يفسر بها عمر ، فإنه أول من نهى عنها ، وأما من نهي بعده في ذلك فهو تابع له .

əl-Humeydi dedi ki, bu ibarə “Səhih əl-Buxari”-də bu şəkildə qeyd olunub: “Buxari dedi: bu şəxsin Ömər olduğu deyilib.” Yəni, İmran b. Husaynin kinayə ilə (adını çəkmədən) işarə etdiyi şəxs Ömər ibn əl-Xəttab olub. Bir çoxları da bu şəxsin Ömər olduğunu təsdiqləyiblər. Belə çıxır ki, o (Ömər) “mut`ə”- ni nəhy (qadağan) edən ilk şəxs olub. Ondan sonra hər kəs ona itaət edib.

Bədruddin əl-Əyni, Umdət əl-Qari fi Şərh Səhih əl-Buxari, c.9, s.205; Dar İhya ət-Turas əl-Ərəbi (İdarə ət-Tibaa əl-Muniriyyə), Beyrut

 

Fotoşəkil: Bədruddin əl-Əyni, Umdət əl-Qari fi Şərh Səhih əl-Buxari, c.9, s.205; Dar İhya ət-Turas əl-Ərəbi (İdarə ət-Tibaa əl-Muniriyyə), Beyrut

 

Fotoşəkil: Bədruddin əl-Əyni, Umdət əl-Qari fi Şərh Səhih əl-Buxari, c.9, s.293; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut; 1421/2001

Diqqət etdinizsə, əl-Əyni ilə İbn Həcər eyni dövrün alimləri olduğu üçün onlar bu hədisin əslini "Səhih əl-Buxari"dən oxumaq imkanına sahib ola bilməmişlər. Hərhalda, bu ifadənin özünü görməsələr belə, varlığını inkar etməmişlər.

İkinci bir maraqlı məsələ də var. Məlum olduğu kimi, iki mütə anlayışı var:

1. متعة الحج - yəni, Həcc mütəsi. Burada olan məqsəd həcc etməmişdən öncə həcc aylarında ümrə etməkdir. Və bu Məscidül-həram (Məkkə) əhlindən olmayan hər bir kəsə vacibdir. Bə'zən həcc-təməttüsü haqında, iki ehram: ümrə ehramı və həcc ehramı arasında qalan müddətdə ehram qadağalarının icazəsi ilə ləzzətin yə'ni, müt'ənin (olduğu deyilib).

2. متعة النساء - yəni, Nisa (qadın) mütəsi. Bu isə mütə nigahıdır.

Yuxarıda sözü gedən hədisdə söhbətin hansı mütədən getdiyi qeyd edilmir. Lakin, əl-Buxarinin əlimizdə olan nəşrlərində bu hədis Həcc mütəsi bölməsində qeyd edilmiş və məqsədin Həcc mütəsi olması təsəvvürü yaradılmışdır. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, əhli-sünnənin məşhur alimlərin olan Fəxruddin ər-Razi məhz bu hədisi Nisa ayəsinin 24-cü surəsində mütə barədə bəhsdə qeyd etmişdir.

أما ابن عباس فعنه ثلاث روايات : إحداها : القول بالإباحة المطلقة ، قال عمارة : سألت ابن عباس عن المتعة : أسفاح هي أم نكاح ؟ قال : لا سفاح ولا نكاح ، قلت : فما هي ؟ قال : هي متعة كما قال تعالى ، قلت : هل لها عدة ؟ قال نعم عدتها حيضة ، قلت : هل يتوارثان ؟ قال : لا.
والرواية الثانية عنه : أن الناس لما ذكروا الأشعار في فتيا ابن عباس في المتعة قال ابن عباس : قاتلهم الله إني ما أفتيت بإباحتها على الإطلاق ، لكني قلت : إنها تحل للمضطر كما تحل الميتة والدم ولحم الخنزير له
والرواية الثالثة : أنه أقر بأنها صارت منسوخة . روى عطاء الخراساني عن ابن عباس في قوله : ( فما استمتعتم به منهن ) قال : صارت هذه الآية منسوخة بقوله تعالى : ( ياأيها النبي إذا طلقتم النساء فطلقوهن لعدتهن ) [ الطلاق : 1 ] وروي أيضا أنه قال عند موته : اللهم إني أتوب إليك من قولي في المتعة والصرف ،
وأما عمران بن الحصين فإنه قال : نزلت آية المتعة في كتاب الله تعالى ولم ينزل بعدها آية تنسخها ، وأمرنا بها رسول الله صلى الله عليه وسلم وتمتعنا بها ، ومات ولم ينهنا عنه ، ثم قال رجل برأيه ما شاء

Bu xüsusda İbn Abbasdan üç rəvayət vardir:

Birincisi bunun mütləq şəkildə mübah olduğunu ifadə edir. Amarə dedi:

İbn Abbasdan mütə haqqında “o zinadır, yoxsa nikahdır?” deyə soruşduqda “Nə zinadır, nə də nikahdır” – deyə cavab verdi. Mən soruşdum: “Bəs onda nədir?” İbn Abbas cavab verdi: “Bu, Allah-Təalanın da buyurduğu kimi mütədir.” Mən soruşdum: “Mütənin iddəsi varmı?” O cavab verdi: “Bəli, onun iddəsi bir heyzdir.” Mən soruşdum: “Mütə nikahı ilə evlənənlər bir-birlərinə mirasçı ola bilərlərmi?” O cavab verdi: “Xeyr.”

İkincisi, insanlar İbn Abbasın mütə nikahı haqqında fətvası barədə şeirlər deməyə başlayınca, İbn Abbas dedi: Ey Allahın qəhr etdikləri! Mən, mütənin mütləq şəkildə mübah olduğuna fətva vermədim. Ancaq mən dedim ki, çarəsiz bir insanan donuz əti və axan qan halal olursa, eyni şəkildə çarəsiz qalmış şəxsə mütə də halaldır.

Üçüncüsü, İbn Abbas mütə ilə əlaqədar bu ayənin mənsux olduğunu demişdir. Ata əl-Xorasani İbn Abbasdan bu ifadə haqqında bu sözləri rəvayət etmişdir: Bu ayə “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın” İmran b. Hüseyn isə belə dedi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.

Fəxruddin ər-Razi, Məfatih əl-Ğayb, c.10, s.51; Dar əl-Fikr, Beyrut, 1401/1981

 

Fotoşəkil: Fəxruddin ər-Razi, Məfatih əl-Ğayb, c.10, s.51; Dar əl-Fikr, Beyrut, 1401/1981

Əgər əhli-sünnənin Qurandan sonra ən səhih kitab hesab etdikləri "Səhih əl-Buxari"də bu cür təhriflər baş vermişdirsə, o zaman digər kitabların halını düşünmək insanı vahiməyə salır.

Tərcümə etdi: Zaur Məmmədov (Xaçmaz)

Redaktə: 313news.net

Mənbə: Hz.Vəliyyi-Əsr müəssisəsi

Əlavə olaraq oxuyun: "Səhih əl-Buxari" kitabında mütə barədə təhriflər (2-ci hissə)

Рейтинг

В этом разделе