Ümmətin əməlləri Peyğəmbərə və imamlara təqdim edilirmi?

»»

Ümmətin əməlləri Peyğəmbərə və imamlara təqdim edilirmi?

Sual:

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) və imamlara (əleyhimussəlam) əməllərin təqdim edilməsi nə cürdür?

Görəsən bu, yalnız onlar yaşadığı dövrlə əlaqədardır, yoxsa həyatlarından sonra da davam edir?

Ümumi cavab:

Qurani-Kərimin ayələrinə əsasən Allah-taala, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) və möminlər bəndələrin əməllərindən və işlərindən agahdırlar:

وَ قُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ وَ سَتُرَدُّونَ إِلى‏ عالِمِ الْغَيْبِ وَ الشَّهادَةِ فَيُنَبِّئُكُمْ بِما كُنْتُمْ تَعْمَلُونَ (توبه/105)

“Və de: (istədiyiniz) edin, Allah, Onun Rəsulu və möminlər sizin əməllərinizi tezliklə görəcəklər, tezliklə gizlini və aşkarı bilənə tərəf döndəriləcəksiniz və O, sizə (bundan öncə) etdiklərinizi xəbər verəcəkdir”. (Tövbə, 105)

Şiə mənbələrində Allah Rəsulu və pak imamlardan nəql olunmuş hədislərdə ayədəki “möminlər”dən məqsədin pak imamlar olduğu bildirilmişdir. Nəticədə bu böyük şəxslər də, həmçinin bəndələrin əməllərindən agahdırlar.

Əhli-sünnə hədislərində hətta diri insanların əməllərinin onların ölmüş yaxınlarına göstərildiyi bildirilmişdir. Əhli-sünnə alimləri bu mətləbi dəstəkləmiş, Allah-taalanın ölüləri bəndələrin əməllərindən agah etdiyini demişlər.

Lakin əməllərin necə təqdim olunmağı məsələsi şiə hədislərində müxtəlif keyfiyyətdə bəyan olunmuşdur; bəzi hədislərdə hər gün, bəzilərində hər cümə axşamı, bəzilərində isə hər ay əməllərin göstərilmə zamanı kimi qeyd olunmuşdur.

Ətraflı cavab:

Əməllərin təqdim olunması Peyğəmbər və pak imamların diri olduqları zamanla məhdudlaşmamışdır; əksinə, vəfatlarından sonra da insanların əməlləri onlara göstərilir; çünki onların dünyəvi həyatlarından sonra da həyatları vardır və onlar diridirlər.

Ölümdən sonra diri olmağın dəlilləri ayrı bir bəhsin mövzusudur və biz başqa bir məqalədə bu barədə geniş surətdə danışmışıq. Ətraflı məlumat əldə etmək üçün lütfən bu linkə müraciət edin.

Şiə hədislərində əməllərin təqdim edilməsi

Əməllərin Peyğəmbərə göstərilməsi həm şiələr, həm də sünnilər tərəfindən yekdilliklə qəbul olunan bir məsələdir. Şiə hədislərinə əsasən, insanların əməlləri məsum imamlara da göstərilir, əhli-sünnə hədislərinə görə isə, insanların əməlləri onların dünyasını dəyişmiş yaxın qohum-əqrəbasına göstərilir.

Bu məqalədə bu mövzunu ilk olaraq şiə hədisləri çərçivəsində müxtəsər şəkildə araşdırmağa başlayırıq.

“Əl-Kafi” kitabı, “əməllərin Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) və imamlara (əleyhimussəlam) göstərilməsi” babında bu zəmində altı hədis gəlmişdir. Həmin hədislərin bəzisi mötəbərdir. Digər hədis mənbələrində də buna oxşar hədislər nəql olunmuşdur və bu hədislər ümumi şəkildə təvatür həddinə çatmışdır. Bu hədislər iki qrupa ayrılır:

Birinci qrup: Əməllərin Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) göstərilməsi

Bir sıra mötəbər hədislər Allah bəndələrinin əməllərinin Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərildiyini açıqlayır:

Birinci hədis: (Sənədi səhihdir)

İmam Baqir (əleyhissəlam) Allah bəndələrinin əməllərinin Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) göstərilməsi barədə ünvanlanan suala belə cavab vermişdir ki, bu, qəti bir məsələdir və onda heç bir şəkk-şübhə yoxdur.

حَدَّثَنَا السِّنْدِيُّ بْنُ مُحَمَّدٍ عَنِ الْعَلَاءِ بْنِ رَزِينٍ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي جَعْفَرٍ عليه السلام قَالَ: سَأَلْتُهُ عَنِ الْأَعْمَالِ هَلْ يُعْرَضُ عَلَى رَسُولِ اللَّهِ صلي الله عليه وآله قَالَ مَا فِيهِ شَكٌّ قِيلَ لَهُ أَ رَأَيْتَ قَوْلَ اللَّهِ تَعَالَى‏ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ‏ فَقَالَ لِلَّهِ شُهَدَاءُ فِي أَرْضِهِ.

Məhəmməd ibn Müslim İmam Baqirdən (əleyhissəlam) nəql edərək belə demişdir: “Ondan əməllərin Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərilib-göstərilmədiyini soruşdum. Buyurdu: “Bunda şübhə yoxdur”. Bu zaman ona deyildi ki, Allah-taalanın: “(İstədiyinizi) edin, tezliklə Allah, Onun Rəsulu və möminlər sizin əməllərini görəcəklər” kəlamı barədə fikrin nədir? Buyurdu: “Allahın yeri üzərində şahidləri vardır.”

Muhəmməd ibn Həsən əs-Səffar, “Bəsairud-dərəcat”, s.450, №10

Bu hədisin digər sənədlə nəqli

Mərhum Səffar “Bəsairud-dərəcat” kirabında bu hədisi Məhəmməd ibn Müslim və Zürarə yolu ilə başqa bir sənədlə nəql etmişdir:

حدثنا أبو طالب عن حماد بن عيسى عن حريز عن محمد بن مسلم وزرارة قال سئلنا أبا عبد الله عن الأعمال تعرض على رسول الله صلى الله عليه وآله قال ما فيه شك ثم تلا هذه الآية قل اعملوا فسيرى الله عملكم ورسوله والمؤمنون قال إن لله شهداء في ارضه .

“Məhəmməd ibn Müslim və Zürarə demişlər: “Əbu Abdullahdan (əleyhissəlam) Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) əməllərin təqdim edilməsi ilə bağlı sual verdik. Buyurdu: “Bunda bir şəkk yoxdur.” Sonra bu ayəni tilavət etdi: “(İstədiyinizi) edin, tezliklə Allah, Onun Rəsulu və möminlər sizin əməllərinizi görəcəklər.” Ardınca dedi: “Həqiqətən, Allahın yeri üzərində şahidləri vardır.”

Muhəmməd ibn Həsən əs-Səffar, “Bəsairud-dərəcat”, s.450, №6

Bu hədisdə İmam Sadiq (əleyhissəlam) əməllərin Peyğəmbərə göstərilməsini qəti bir məsələ hesab etmiş və Allahın yer üzərində şahidləri olduğunu bildirmişdir; bu hissədə “əl-muminun” kəlməsinin təfsiri ediləcəkdir.

İkinci hədis: (Səhih sənədlə)

Kuleyninin səkkizinci imamdan (əleyhissəlam) nəql etdiyi səhih bir hədisdə bəndələrin bütün yaxşı və pis əməllərinin Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərildiyi bildirilmişdir:

عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ الْوَشَّاءِ قَالَ سَمِعْتُ الرِّضَا عليه السلام يَقُولُ إِنَّ الْأَعْمَالَ تُعْرَضُ عَلَى رَسُولِ اللَّهِ صلي الله عليه وآله أَبْرَارَهَا وَ فُجَّارَهَا.

“Əl-Vəşşa deyib: “Ər-Rzanın (əleyhissəlam) belə dediyini eşitdim: “Həqiqətən, əməllərin yaxşıları da, pisləri də Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərilir”.

Şeyx Kuleyni, “Əl-Kafi”, c.1, s.220, №6

Bu hədis sənəd baxımından səhihdir və Əllamə Məhəmmədtəqi Məclisi “Rovzətül-müttəqin” kitabında hədisi səhih hesab etmişdir:

و في الصحيح. عن الوشاء قال: سمعت الرضا عليه السلام يقول: إن الأعمال تعرض على رسول الله صلى الله عليه و آله و سلم أبرارها و فجارها.

“Əl-Vəşşadan nəql olunan səhih bir hədisdə deyilir: “Ər-Rzanın (əleyhissəlam) belə buyurduğunu eşitdim: “Həqiqətən, əməllərin yaxşıları da, pisləri də Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərilir”.

Muhəmmədtəqi Məclisi, “Rövzətül-müttəqin fi şərhi mən la yəhzuruhul-fəqih”, c.13, s.93.

Məhəmmədbaqir Məclisi də “Miratül-uqul” kitabında hədis üçün belə deyir:

الحديث السادس‏: صحيح.

“Altıncı hədis: səhihdir.”

Muhəmmədbaqir ibn Muhəmmədtəqi Məclisi, “Miratül-uqul fi şərhi əxbari Alir-Rəsul”, c.3, s.6.

Üçüncü hədis: (müvəssəq)

İmam Sadiq (əleyhissəlam) digər bir müvəssəq hədisdə əməllərin Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərildiyini bildirmişdir:

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنْ عُثْمَانَ بْنِ عِيسَى عَنْ سَمَاعَةَ عَنْ أَبِي عَبْدِ اللَّهِ عليه السلام قَالَ قَالَ سَمِعْتُهُ يَقُولُ مَا لَكُمْ تَسُوءُونَ رَسُولَ اللَّهِ صلي الله عليه وآله فَقَالَ لَهُ رَجُلٌ كَيْفَ نَسُوؤُهُ فَقَالَ أَمَا تَعْلَمُونَ أَنَّ أَعْمَالَكُمْ تُعْرَضُ عَلَيْهِ فَإِذَا رَأَى فِيهَا مَعْصِيَةً سَاءَهُ ذَلِكَ فَلَا تَسُوءُوا رَسُولَ اللَّهِ وَ سُرُّوهُ.

“Səmaə İmam Sadiqdən (əleyhissəlam) nəql edərək demişdir: “Onun belə dediyini eşitdim: “Sizə nə olub ki, Allah Rəsulunu (sallallahu əleyhi və alihi və səlləm) incidirsiniz? Bir nəfər ona dedi: “Onu necə incidirik ki?” Dedi: “Məgər bilmirsiniz ki, sizin əməlləriniz ona göstərilir? Orada bir günah gördükdə bu, onu pis edir. Buna görə də Allah Rəsulunu incitməyin, onu sevindirin”.

Şeyx Kuleyni, “Əl-Kafi”, c.1, s.219, №3

Bu hədisin sənədi də mötəbərdir; necə ki, Əllamə Məhəmmədtəqi Məclisi onun barəsində yazır:

و في الموثق كالصحيح. عن سماعة، عن أبي عبد الله عليه السلام قال: سمعته يقول ما لكم تسوءون رسول الله صلى الله عليه و آله و سلم؟ فقال له رجل كيف نسوءه؟ فقال: أ ما تعلمون أن أعمالكم تعرض عليه فإذا رأى فيها معصية ساءه ذلك فلا تسوءوا رسول الله صلى الله عليه و آله و سلم و سروه.

“Səhih kimi olan müvəssəq bir hədisdə Səma Əbu Abdullahdan (əleyhissəlam) belə nəql etmişdir: Onun belə dediyini eşitdim: “Sizə nə olub ki, Allah Rəsulunu (sallallahu əleyhi və alihi və səlləm) incidirsiniz? Bir nəfər ona dedi: “Onu necə incidirik ki?” Dedi: “Məgər bilmirsiniz ki, sizin əməlləriniz ona göstərilir? Orada bir günah gördükdə bu, onu pis edir. Buna görə də Allah Rəsulunu incitməyin, onu sevindirin”.

Muhəmmədtəqi Məclisi, “Rövzətül-müttəqin fi şərhi mən la yəhzuruhul-fəqih”, (ta – əl-qədimə), c.13, s.93.

Əllamə Məhəmmədbaqir Məclisi də bu hədisi müvəssəq bilmişdir:

الحديث الثالث‏: حسن موثق.

“Üçüncü hədis: Həsən və müvəssəqdir”.

Məclisi Muhəmmədbaqir ibn Muhəmmədtəqi Məclisi, “Miratül-uqul fi şərhi əxbari Alir-Rəsul”, c.3, s.5.

Dördüncü hədis:

İmam Sadiq (əleyhissəlam) bundan əvvəlki hədisi dəstəkləyən başqa bir hədis bəndələrin əməllərinin hər sübh o həzrətə göstərildiyini bildirmişdir:

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَلِيِّ بْنِ أَبِي حَمْزَةَ عَنْ أَبِي بَصِيرٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ عليه السلام قَالَ تُعْرَضُ الْأَعْمَالُ عَلَى رَسُولِ اللَّهِ صلي الله عليه وآله أَعْمَالُ الْعِبَادِ كُلَّ صَبَاحٍ أَبْرَارُهَا وَ فُجَّارُهَا فَاحْذَرُوهَا وَ هُوَ قَوْلُ اللَّهِ تَعَالَى اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ (التوبة -: 105 -) وَ سَكَتَ.

“Əbu Bəsir İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir: “Hər sübh insanların yaxşı və pis əməllər Alah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərilir. Elə isə, əməllərinizə diqqət edin. Bu barədə Allah-taala belə buyurmuşdur: “(İstədiyinizi) edin, tezliklər Allah, Onun Rəsulu sizin əməllərinizi görəcəkdir”. İmam bunu deyib susdu”.

Şeyx Kuleyni, “Əl-Kafi”, c.1, s.219, №1

Nəticə:

Bu, səhih və mötəbər hədislərə əsasən, bəndələrin əməlləri Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) hüzuruna təqdim edilir və bu mətləbdə heç bir şəkk-şübhə yoxdur.

İkinci qrup: Əməllərin pak imamlara (əleyhimussəlam) təqdim olunması

Hədislərin digər qismi bəyan edir ki, Allah bəndələrinin əməlləri pak imamlara (əleyhimussəlam) da göstərilir və onlar da yerinə yetirilən əməlləri görürlər.

Birinci hədis (sənədi səhihdir)

“Tezliklə Allah, Onun Rəsulu və möminlər sizin əməllərinizi görəcəklər” ayəsinin məzmunu budur ki, Allah, Onun Rəsulu və möminlər Allah bəndələrinin əməllərini görürlər. Başqa bir ifadə ilə desək: İnsanların gördüyü əməllər Allahın, Onun Rəsulunun və möminlərin hüzuruna təqdim edilir.

Çoxlu sayda hədis bu ayədəki “möminlər” ifadəsinin meyarının kimlər olduğunu açıqlamış, onların pak imamlar olduğunu bildirmiş, pak imamların da bəndələrin əməllərini gördüklərini vurğulamışdır.

İmam Sadiqdən (əleyhissəlam) nəql olunan səhih hədisdə həzrət “möminlər” kəlməsini pak imamlar kimi təfsir etmiş, imamların bəndələrin əməllərindən xəbərdar olduqları göstərmişdir. Bu hədisi Məhəmməd ibn Həsən Səffar öz dəyərli kitabında aşağıdakı sənədlə nəql etmişdir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ النَّضْرِ بْنِ سُوَيْدٍ عَنْ يَحْيَى الْحَلَبِيِّ عَنْ عَبْدِ الْحَمِيدِ الطَّائِيِّ عَنْ يَعْقُوبَ بْنِ شُعَيْبٍ الْمِيثَمِيِّ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ عليه السلام عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَ‏ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ‏ قَالَ‏ هُمُ‏ الْأَئِمَّةُ.

Yaqub ibn Şüeyb Misəmi deyib: “Əbu Abdullahdan (əleyhissəlam) Allah-taalanın “(İstədiyinizi) edin, tezliklə Allah, Onun Rəsulu və möminlər sizin əməllərinizi görəcəklər” kəlamı barədə soruşdum. Dedi: “Onlar (ayədəki möminlər) imamlardır”.

Muhəmməd ibn Həsən Səffar, “Bəsairud-dərəcat”, s.448, №11.

Bu hədis “əl-Kafi” kitabında da (c.1, s.219, №2) nəql edilmişdir.

Mərhum Səffar öz kitabının başqa bir yerində yuxarıdakı hədisi az bir fərqlə yeni eyni sənədlə nəql etmişdir.

Əllamə Məhəmmədtəqi Məclisi “Rövzətül-müttəqin” kitabında 5836-cı hədisi nəql etdikdən sonra “وَ إِنْ كَانَ الْعَرْضُ عَلَى اللَّهِ عَزَّ وَ جَلَّ حَقّاً فَالْمَكْرُ لِمَاذَ” (Əgər əməllərin Allah-taalaya göstərilməsi həqiqətdirsə, məkr nə üçündür?!) hissəsinin şərhində “əl-Kafi”nin bu hədisinin (sənədini yuxarıda qeyd etmişik) sənədinin səhih olduğunu bildirmişdir:

فيمكن أن يكون المراد بعرضها عليه تعالى عرضها على أنبيائه و أوصيائه في الدنيا و الآخرة. كما رواه الكليني في الصحيح، عن يعقوب بن شعيب قال: سألت أبا عبد الله عن قول الله عز و جل‏ (اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ) قال: هم الأئمة عليهم السلام‏.

“Ola bilər ki, əməllərin Allah-taalaya göstərilməsi onların dünya və axirətdə Allahın peyğəmbərləri və canişinlərinə göstərilməsi mənasındadır. Necə ki, Kuleyninin Yaqub ibn Şüeybdən nəql etdiyi səhih bir hədisdə belə deyilmişdiretmişdir. Həmin hədisdə Yaqub deyir ki: “Əbu Abdullahdan (əleyhissəlam) Allah-taalanın “(İstədiyinizi ) edin, (onsuz da) tezliklə sizin əməlləriniz Allaha, Onun Rəsuluna və möminlərə göstəriləcəkdir” kəlamı barədə soruşdum. Buyurdu: “Onlar imamlardır (əleyhimussəlam)”.

Muhəmmədtəqi əl-Məclisi, “Rövzətül-müttəqin fi şərhi mən la yəhzuruhul-fəqih”, c.13, s.92.

İkinci hədis (sənədi səhihdir)

İmam Kazimdən (əleyhissəlam) nəql olunan digər səhih bir hədisdə ayədəki “möminlər”dən məqsədin əhli-beyt imamları (əleyhimussəlam) olduğu qeyd olunur:

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ الْحُسَيْنِ بْنِ بَشَّارٍ عَنْ أَبِي الْحَسَنِ عليه السلام‏ فِي قَوْلِ اللَّهِ تَبَارَكَ وَ تَعَالَى‏ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ‏ قَالَ نَحْنُ‏ هُمْ‏.

“Bizə Əhməd ibn Məhəmməd Hüseyn ibn Səiddən, o, Hüseyn ibn Bəşşardan Əbülhəsənin (əleyhissəlam) Allah-taalanın “(İstədiyinizi) edin, tezliklə əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir” ayəsi ilə bağlı belə dediyini rəvayət etmişdir: “Onlar (yəni, möminlər) bizik”.

Muhəmməd ibn Həsən Səffar, “Bəsairüd-dərəcat”, s.447, №6.

Mərhum Səffar bu hədisi İmam Kazimdən (əleyhissəlam) başqa yolla da nəql etmişdir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ الْفُضَيْلِ عَنْ أَبِي الْحَسَنِ ع‏ فِي هَذِهِ الْآيَةِ قُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ‏ قَالَ نَحْنُ هُمْ.

“Bizə Əhməd ibn Məhəmməd Hüseyn ibn Səiddən, o, Məhəmməd ibn Fəzldən, o da Əbülhəsəndən nəql etdi ki, Əbülhəsən (əleyhissəlam) “(İstədiyinizi) edin, tezliklə əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir” ayəsi ilə bağlı belə demişdir: “Onlar (ayədəki möminlər) bizik”.

Muhəmməd ibn Həsən Səffar, “Bəsairüd-dərəcat”, s.447, №5

Üçüncü hədis (sənədi mötəbərdir)

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ الْمِيثَمِيِّ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ عليه السلام عَنْ قَوْلِ اللَّهِ تَعَالَى فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ قَالَ هُمُ الْأَئِمَّةُ.

“Bizə Əhməd ibn Məhəmməd Hüseyn ibn Səiddən, o da Misəmdən belə nəql etmişdir:

“Əbu Abdullahdan (İmam Sadiqdən)(əleyhissəlam) Allah-taalanın “(İstədiyinizi) edin, tezliklə əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir” kəlamı haqqında soruşdum. Buyurdu: “Onlar imamlardır”.

Muhəmməd ibn Həsən Səffar, “Bəsairüd-dərəcat”, s.447, №3

Dördüncü hədis (sənədi səhihdir)

Digər səhih bir hədisdə İmam Sadiq (əleyhissəlam) ayədəki “möminlər” kəlməsindən məqsədin əhli-beyt imamları (əleyhimussəlam) olduğunu bildirir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحُسَيْنِ وَ يَعْقُوبُ بْنُ يَزِيدَ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنِ ابْنِ أُذَيْنَةَ عَنْ بُرَيْدٍ الْعِجْلِيِّ قَالَ: كُنْتُ عِنْدَ أَبِي عَبْدِ اللَّهِ عليه السلام فَسَأَلْتُهُ عَنْ قَوْلِهِ تَعَالَى‏ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ‏ قَالَ إِيَّانَا عَنَى.

“Bizə Məhəmməd ibn Hüseyn və Yaqub ibn Yezid İbn Əbu Umeyrdən, o, İbn Üzeynədən, o da Bureyd əl-İclidən nəql etmişdir:

“Əbu Abdullahın (İmam Sadiqin) (əleyhissəlam) yanında idim. Ondan Allah-taalanın “(İstədiyinizi) edin, tezliklə əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir” kəlamı barədə soruşdum. Buyurdu: “Bizi nəzərdə tutmuşdur”.

Muhəmməd ibn Həsən Səffar, “Bəsairüd-dərəcat”, s.447, №1

Nəticə:

Bu, dörd mötəbər hədis və onları dəstəkləyən digər hədislər sübut edir ki, Allah və Onun Rəsulundan əlavə “möminlər” kəlməsinin meyarı olan imamlar da əməllərə şahidlik edir və bəndələrin əməlləri onlara göstərilir.

Beşinci hədis: Əməllərin mələk vasitəsilə imama göstərilməsi (sənədi səhihdir)

İmam Rza (əleyhissəlam) səhih bir hədisdə buyurur ki, Allahın göstəriş verilən mələyi insanların aylıq əməllərini imama göstərir:

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى بْنِ عُبَيْدٍ قَالَ كُنْتُ أَنَا وَ ابْنُ فَضَّالٍ جُلُوساً إِذْ أَقْبَلَ يُونُسُ فَقَالَ دَخَلْتُ عَلَى أَبِي الْحَسَنِ الرِّضَا عليه السلام فَقُلْتُ لَهُ جُعِلْتُ فِدَاكَ قَدْ أَكْثَرَ النَّاسُ فِي الْعَمُودِ قَالَ فَقَالَ لِي يَا يُونُسُ مَا تَرَاهُ أَ تَرَاهُ عَمُوداً مِنْ حَدِيدٍ يُرْفَعُ لِصَاحِبِكَ قَالَ قُلْتُ مَا أَدْرِي قَالَ لَكِنَّهُ مَلَكٌ مُوَكَّلٌ بِكُلِّ بَلْدَةٍ يَرْفَعُ اللَّهُ بِهِ أَعْمَالَ تِلْكَ الْبَلْدَةِ قَالَ فَقَامَ ابْنُ فَضَّالٍ فَقَبَّلَ رَأْسَهُ وَ قَالَ رَحِمَكَ اللَّهُ يَا أَبَا مُحَمَّدٍ لَا تَزَالُ تَجِي‏ءُ بِالْحَدِيثِ الْحَقِّ الَّذِي يُفَرِّجُ اللَّهُ بِهِ عَنَّا.

“Əli ibn İbrahim, Məhəmməd ibn İsa ibn Übeyddən nəql edərək deyib: “Mən və İbn Fəzzal otumuşduq. Birdən Yunis gəlib dedi: “Əbülhəsən Rzanın (əleyhissəlam) yanına daxil olub, ona dedim: “Sənə qurban olum,c amaat dirək barədə çox danışır*”. İmam dedi: “Ey Yunis, onun barəsində nə düşünürsən? Səncə o, sahibin (imamın) üçün ucaldılan dəmir bir dirəkdir?!” Mən dedim: “Bilmirəm”. Dedi: “Xeyr! O, hər bir şəhərdə səlahiyyət (və vəkillik) verilən bir mələkdir ki, Allah onun vasitəsilə həmin şəhərin əməllərini (sənin imamına) təqdim edir”.

Məhəmməd ibn İsa ibn Übeyd deyir: “(Yunis bu sözü dedikdən sonra) İbn Fəzzal ayağa durub onun başından öpdü və dedi: “Allah sənə rəhmət etsin, ey Əbu Məhəmməd! Sən həmişə bizə bizi çətinliklərdən qurtaran haqq hədis gətirirsən! ”.

______________________________________

* Bəzi hədislərdə imamların bir dirək vasitəsilə insanların əməllərinə şahid olduğu deyilmişdir. Görünür, bəziləri bu “dirək”in maddi və zahiri mənada dirək olduğunu sanaraq bu dirəyi müzakirə mövzusuna çevirmiş, Yunis ibn Əbdür-Rəhman da (Allah ona rəhmət etsin) İmam Rza (əleyhissəlam)-dan bu dirəyin həqiqətini soruşmaq istəmişdir. [Red.]

Şeyx Kuleyni, “Əl-Kafi”, c.1, s.388, №7

Bu hədis də sənəd baxımından səhihdir. İki böyük şiə alimi onu səhih hesab etmişdir. Əllamə Məhəmmədtəqi Məclisi “Rövzətül-müttəqin” kitabında bu hədis barədə yazır:

و في الصحيح، عن محمد بن عيسى بن عبيد قال: كنت أنا و ابن فضال جلوس، إذا قبل يونس فقال: دخلت على أبي الحسن الرضا عليه السلام فقلت له: جعلت فداك قد أكثر الناس في العمود قال: فقال لي: يا يونس ما تراه؟....

“Məhəmməd ibn İsa ibn Übeyddən nəql olunan səhih bir hədisdə belə deyilir: “Mən və İbn Fəzzal oturmuşduq ...”

Hədisin axırında deyir:

و يمكن أن يكون المراد به الروح القدس التي تكون معهم و ورد أنه أعظم من جبرئيل و هو تقدس أرواحهم القدسية.

“Ola bilər ki, “dirək” deyərkən imamlarla birlikdə olan müqəddəs ruh (Ruhül-qüdüs) nəzərdə tutulur. Hədislərdə onun Cəbraildən böyük olduğu və məsumların qüdsi ruhlarını müqəddəsləşdirdiyi gəlmişdir”.

Muhəmmədtəqi Məclisi, “Rövzətül-müttəqin fi şərhi mən la yəhzuruhul-fəqih”, c.13, s.239.

Əllamə Məhəmmədbaqir Məclisi də bu hədisi səhih hesab etmişdir:

الحديث السابع‏: صحيح، و ابن فضال هو الحسن بن علي، و يونس هو ابن عبد الرحمن.

“Yeddinci hədis: Səhihdir. İbn Fəzzal həmin Həsən ibn Əlidir. Yunis isə Yunis ibn Əbdürrəhmandır”.

Muhəmmədbaqir Məclisi, “Miratül-üqul fi şərhi əxbari Alir-Rəsul”, c.4, s.268.

Altıncı hədis (sənədi səhihdir)

Başqa bir mötəbər hədisdə İmam Sadiq (əleyhissəlam) Müəlla ibn Xüneysə bəndələrin əməllərinin hər cümə axşamı Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) və pak imamlara göstərildiyini deyir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ النَّضْرِ بْنِ سُوَيْدٍ عَنْ يَحْيَى الْحَلَبِيِّ عَنْ أُدَيْمِ بْنِ الْحُرِّ عَنْ مُعَلَّى بْنِ خُنَيْسٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ عليه السلام‏ فِي قَوْلِ اللَّهِ تَبَارَكَ وَ تَعَالَى‏ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ‏ قَالَ هُوَ رَسُولُ اللَّهِ صلي الله عليه وآله وَ الْأَئِمَّةُ تُعْرَضُ عَلَيْهِمْ أَعْمَالُ الْعِبَادِ كُلَ‏ خَمِيسٍ.

“Bizə Əhməd ibn Məhəmməd Hüseyn ibn Səiddən, o, Nəzr ibn Süveyddən, o, Yəhya Hələbidən, o, Üdeym ibn Hürrdən, o, Müəlla ibn Xüneysdən Əbu Abdullahın (əleyhissəlam) Allah-taalanın “(İstədiyinizi) edin, tezliklə sizin əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir” ayəsi ilə bağlı belə buyurduğunu nəql etmişdir:

“Ayədə nəzərdə tutulan Allahın Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) və imamlardır ki, bəndələrin əməlləri hər cümə axşamı onlara göstərilir”.

Muhəmməd ibn Həsən Səffar, “Bəsairüd-dərəcat”, s.447, №2

Yeddinci hədis:

Şiə mənbələrində yuxarıdakı hədislərlə yanaşı, imamların (əleyhimussəlam) əməllərə şahid olmasını və əməllərin onlara göstərilməsini sübut edən və yuxarıdakı hədisləri daha da gücləndirən başqa hədislər də nəql ounmuşdur.

Belə hədislərdən biri İmam Rzadan (əleyhissəlam) nəql olunan aşağıdakı hədisdir. Bu hədisdə İmamın öz etibarlı səhabəsi olan Abdullah ibn Əbana “sizin əməlləriniz hər gün mənə təqdim edilir”, - dediyi qeyd olunur:

عَلِيٌّ عَنْ أَبِيهِ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عن الزَّيَّاتِ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبَانٍ الزَّيَّاتِ وَ كَانَ مَكِيناً عِنْدَ الرِّضَا عليه السلام قَالَ قُلْتُ لِلرِّضَا عليه السلام ادْعُ اللَّهَ لِي وَ لِأَهْلِ بَيْتِي فَقَالَ أَ وَ لَسْتُ أَفْعَلُ وَ اللَّهِ إِنَّ أَعْمَالَكُمْ لَتُعْرَضُ عَلَيَّ فِي كُلِّ يَوْمٍ وَ لَيْلَةٍ قَالَ فَاسْتَعْظَمْتُ ذَلِكَ فَقَالَ لِي أَ مَا تَقْرَأُ كِتَابَ اللَّهِ عَزَّ وَ جَلَّ وَ قُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ (التوبة -: 105 -) قَالَ هُوَ وَ اللَّهِ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ عليه السلام.

“İmam Rzanın (əleyhissəlam) yanında dərəcəsi (və hörməti) olan Abdullah ibn Əban Zəyyat belə deyir:

"(Bir gün) Rzaya (əleyhissəlam) dedim ki, mən və ailəm üçün Allaha dua et”. Buyurdu: "Məgər etmirəmmi? Allaha and olsun, sizin əməlləriniz hər gün və hər gecə mənə göstərilir”.

Mən bu sözü böyük hesab etdim (qəbul etməkdə çətinlik çəkdim). İmam mənə dedi: "Məgər sən Allah-taalanın kitabını oxumursan? Allah buyurur ki: "De: "(İstədiyinizi) edin. Allah, Onun Rəsulu və möminlər əməllərinizi görəcəklər”. And olsun Allaha ki, o (mömin), Əli ibn Əbutalibdir (əleyhissəlam)”.

Şeyx Kuleyni, “Əl-Kafi”, c.1, s.219, №4.

Əllamə Məhəmmədtəqi Məclisi bu hədisin sənədini qəvi (güclü) hesab etmişdir:

و في القوي، عن عبد الله بن أبان الزيات و كان مكينا عند الرضا عليه السلام قال:
قلت للرضا عليه السلام: ادع الله لي و لأهل بيتي فقال: أو لست أفعل و الله إن أعمالكم لتعرض علي في كل يوم و ليلة. ...

“Rzanın yanında hörmət sahibi olan Abdullah ibn Əban Zəyyatdan nəql olunan qəvi* bir hədisdə yilir:

“Rzaya (əleyhissəlam) dedim...”

______________________________

* Səhih hədisdən aşağı, həsən hədisdən yuxarı olan hədis növüdür.

Hədisi nəql etdikdən sonra onun şərhində yazır:

و الظاهر أن العرض في اليوم و الليلة لطف للعباد حتى يستحيوا منهم و لا يعملوا سيئة.

“Görünən budur ki, gecə-gündüz əməllərin məsumlara göstərilməsi bəndələr üçün bir lütfdür. Bu mənada ki, bəndələr bunun nəticəsində imamlardan həya edib pis işlər görməsinlər”.

Muhəmmədtəqi Məclisi, “Rövzətül müttəqin fi şərhi mən la yəhzuruhul-fəqih”, c.13, s.93.

Səkkizinci hədis:

Bəzi hədislərdə də əməllərin Əhli-beytə (əleyhimussəlam) hər cümə axşamı göstərilməsindən söz açılmışdır. İmam Sadiq (əleyhissəlam) belə buyurmuşdur:

حدثنا أحمد بن موسى عن يعقوب بن يزيد عن محمد بن أبي عمير عن حفص بن البختري عنه عليه السلام قال َ تُعْرَضُ الْأَعْمَالُ يَوْمَ الْخَمِيسِ عَلَى رَسُولِ اللَّهِ صلي الله عليه وآله وَ عَلَى الْأَئِمَّةِ عليهم السلام.

“Cümə axşamı (bəndələrin gördüyü) əməllər Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) və imamlara (əleyhimussəlam) göstərilir”.

Muhəmməd ibn Həsən Səffar, “Bəsairüd-dərəcat”, s.446, №16

Doqquzuncu hədis:

Bu hədis İmam Baqir (əleyhissəlam) hər bir mömin və kafirin əməlinin ölümündən sonra Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərildiyini bildirir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ الْحُسَيْنِ عَنْ أَبِيهِ عَنْ عَبْدِ الْكَرِيمِ بْنِ يَحْيَى الْخَثْعَمِيِّ عَنْ بُرَيْدِ بْنِ مُعَاوِيَةَ الْعِجْلِيِّ قَالَ: قُلْتُ لِأَبِي جَعْفَرٍ عليه السلام‏ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ‏ فَقَالَ مَا مِنْ مُؤْمِنٍ يَمُوتُ وَ لَا كَافِرٍ فَيُوضَعُ فِي قَبْرِهِ حَتَّى يعُرضَ عَمَله عَلَى رَسُولِ اللَّهِ صلي الله عليه وآله وَ عَلَى عَلِيٍّ فَهَلُمَّ جَرّاً إِلَى آخِرِ مَنْ‏ فَرَضَ‏ اللَّهُ‏ طَاعَتَهُ‏ عَلَى الْعِبَادِ.

“Yezid ibn Müaviyə İcli deyir:

Əbu Cəfərə (əleyhissəlam) “(İstədiyinizi) edin, tezliklə sizin əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəklər” ayəsi ilə bağlı sual verdim. Həzrət buyurdu:

“Ölən elə bir mömin və ya kafir yoxdur ki, qəbirə qoyular-qoyulmaz onun əməli Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm), Əliyə (əleyhissəlam) və Allahın itaətlərini insanlara vacib etdiyi digər imamlara göstərilməsin”.

Muhəmməd ibn Həsən Səffar, “Bəsairüd-dərəcat”, s.427, №10

Hədislərdən əldə edilən nöqtələr:

Bu hədislərdən bir neçə nöqtə əldə edilir:

Birinci nöqtə: Bəndələrin əməlləri hər gün Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) və imamlara (əleyhissəlam) göstərilir. İmam Məhəmməd Baqirin (əleyhissəlam) hədislərin birində də vurğuladığı kimi, bu barədə heç bir şəkk-şübhə yoxdur.

İkinci nöqtə: İmam Rzadan (əleyhissəlam) nəql etdiyimiz hədisləsübuta yetdi ki, bəndələrin əməlləri Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) təqdim edilir. İmamın həmin hədisdə qeyd etdiyi ifadə əməllərin Peyğəmbərə göstərilməsinin yalnız onun sağ olduğu müddət ilə məhdudlaşmadığına və vəfat etdikdən sonra da bəndələrin əməllərin ona təqdim olunduğuna möhkəm və qəti bir dəlildir..

Üçüncü nöqtə: Hədislərin mətnlərində “ona göstərilir”, “əməllər göstərilir”, “Allah Rəsuluna göstərilir” kimi ifadələrin işlədilməsindən aydın olur ki, “göstərilmə” indiki-gələcək zamanında olan feildir və davamlılıq mənasına malikdir. Yəni əməllərin təqdim olunması yalnız onların sağ olduğu müddətlə məhdudlaşmamışdır, əksinə, öldükdən sonra da onlara təqdim olunur.

Dördüncü nöqtə: Bundan əvvəl də deyildiyi kimi, əməllərin məsumlara təqdim olunması şiələrin nəzərindəsəhih və mötəbər hədislərlə sübuta yetmiş və yekdillilə qəbul olunmuş bir məsələdir. Şiə alimləri bunu öz kitablarında açıqca bildirmişlər.:

Şəhidi-əvvəl “Zikra əş-şiə” kitabında deyir:

وروى الأصحاب في تفسير قوله تعالى : (وقل اعملوا فسيرى الله عملكم ورسوله والمؤمنين) : ان أعمال العباد تعرض على رسول الله ( صلى الله عليه وآله ) وعلى الأئمة (عليهم السلام) كل يوم ، ابرارها وفجارها.

“İmamiyyə məzhəbi nümayəndələri Allah-taalanın “Və de: “(İstədiyinizi) edin, tezliklə əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir” kəlamı barədə belə rəvayət etmişlər ki, bəndələrin yaşı və pis əməlləri hər gün Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) və imamlara (əleyhissəlam) göstərilir.”

əş-Şəhidül-əvvəl, “Zikra əş-Şiə fi əhkamiş-şəriət”, c.2, s.90

Əllamə Təbrisi “Məcməul-bəyan” təfsirində, İbn İdris Hilli və mərhum Səbzivari öz təfsirlərinə qeyd etmişlər ki, nəql olunan hədislərə əsasən, ümmətin əməlləri Peyğəmbər və imamlara göstərilir:

و روى أصحابنا أن أعمال الأمة تعرض على النبي صلي الله عليه وآله في كل اثنين و خمسين فيعرفها و كذلك تعرض على أئمة الهدى (ع) فيعرفونها و هم المعنيون بقوله «وَ الْمُؤْمِنُونَ».

“Əshabımız rəvayət etmişdir ki, ümmətin əməlləri hər bazar ertəsi və cümə axşamı günü Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) göstərilir və o, bundan xəbərdar olur. Həmçinin əməllər hidayət imamlarına (əleyhimussəlam) da göstərilir və onlar da bu əməllərdən xəbərdar olurlar. Tövbə surəsnin 94-cü ayəsindəki “möminlər” sözündən məqsəd məhz imamlardır”.

Şeyx Təbrisi, “Məcməül-bəyan fi təfsiril-Quran”, c.5, s.104; Muhəmməd ibn Həbibullah Səbzəvari Nəcəfi, “İrşadül-əzhan ila təfsiril-Quran”, s.208; İbn İdris Hilli, “əl-Müntəxəb min təfsirit-Tibyan”, c.1, s.380

Məhəmməd ibn Həsən Şeybani yazır:

ورد في أخبارنا، عن أئمّتنا- عليهم السّلام-: أنّ أعمال العباد تعرض في كلّ اثنين و خميس على النّبيّ- عليه السّلام- و على آله الطّاهرين.

“İmamlarımızdan (əleyhimussəlam) nəql olunan hədislərimizdə bəndələrin əməllərinin hər bazar ertəsi və cümə axşamı günləri Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) və pak imamlara (əleyhimussəlam) göstərildiyi deyilmişdir”.

Muhəmməd ibn Həsən Şeybani, “Nəhcül-bəyan ən kəşfi məaniil-Quran”, c.3, s.46

Seyid ibn Tavus isə bir başqa nöqtəni açıqlayaraq bildirmişdir ki, əməllər Peyğəmbərin vəfatından sonra da ona göstərilir:

روى من اثنى عشر طريقا ان الأعمال تعرض على رسول الله ( ص ) بعد وفاته وفي عدة روايات منها ان المؤمنين المذكورين في الآية الذين تعرض الأعمال عليهم هم الأئمة من آل محمد ( ص ).

“On iki yolla nəql olunmuşdur ki, əməllər Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) ölümündən sonra da göstərilir. O hədislərin bir neçəsində ayədə adı çəkilən və əməllərin onlara göstərildiyi bildirilən möminlərin məhz Məhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ailəsindən olan imamlar olduğu bildirilmişdir”.

Seyid İbn Tavus, “Sədüs-süud”, s.98

Mərhum Seyid Haşim Bəhrani də Peyğəmbər və imamların bəndələrin əməllərindən agah olmasından söz açmış və bunu ayə və hədislərə əsaslandırmışdır:

واطلع النبي والأئمة سلام الله عليهم على افعال العباد لأنهم الشهداء على خلقه يوم القيمة كما جاء به القرآن العزيز والروايات عنهم سلام الله عليهم وفى اطلاعهم على أفعال العباد يكون به اظهار المعجز باخبارهم بما في الضمائر وغيره من افعال العباد.

“Allah Peyğəmbər və imamları (səlamullahu əleyhim) bəndələrin əməlləri ilə tanış etmişdir. Çünki onlar qiyamət günü Allahın məxluqatın üzərindəki şahidlərdirlər. Necə ki, Qurani-Kərim və imamlardan (səlamullahi əleyhim) nəql olunan rəvayətlər bunu təsdiqləyir.

İmamları bəndələrin əməllərindən agah olması möcüzənin meydana gəlməsinə səbəb olur. Çünki, bunun sayəsində imamlar bəndələrin qəlblərində olanları və onların gördükləri sair işləri xəbər verirlər”.

Seyid Haşim Bəhrani, “Yənabiul-məaciz”, s.111.

Qeyd:

Hədislərin bəzisində əməllərin yalnız Peyğəmbərə göstərilməsindən söz açılmış, bəzisində yalnız Əliyə (əleyhissəlam) göstərilməsi deyilmiş, bəzisində isə Peyğəmbər və imamlara (əleyhimussəlam) göstərilməsi qeyd edilmişdir.

Eləcə də, əməllərin hansı vaxtda göstərilməsi barədə fərqli məlumatlar gəlmişdir. Belə ki, hədislərin bəzisi yalnız cümə axşamını, bəzisi bütün günləri, bəzisi həftənin iki gününü, bəziləri hər ayın əvvəlini (biz buna dair hədisləri müxtəsərlik olsun deyə, burada qeyd etməmişik), bəziləri ölüm və qəbirə qoyulma zamanını, bəziləri də ölümdən sonranı əməllərin göstərilmə vaxtı kimi təqdim etmişdir.

Açıq-aydın görsənir ki, bu hədislərin bir-birləri ilə ziddiyyəti yoxdur. Onların hamısı səhihdir. Çünki bu hədislər bildirmək istəyir ki, gündəlik əməllərin məlumatı hər gün, həftəlik əməllərin məlumatı hər həftə həftənin sonunda, bir ayın və ya bir ilin əməllərinin məlumatı da hər ayın və ya hər ilin sonunda Allah-taalaya, Allahın Rəsuluna və pak imamlara göstərilir.

Həmçinin əməllərin Peyğəmbərin sağlığında ona göstərilməsi ilə vəfatından sonra göstərilməsi arasında da heç bir uyğunsuzluq yoxdur. Başqa bir ifadə ilə desək: Onun sağ olduğu durumu ilə vəfatından sonrakı halı arasında fərq yoxdur. O və bütün imamlar hər bir halda ümmətin əməllərinə nəzarətçi və şahiddirlər.

Beşinci nöqtə: İnsanların əməllərinin Allah Rəsuluna və imamlara (əleyhimussəlam) göstərilməsindən bəhs edən hədislər çoxsaylı və mütəvatirdir.

Şeyx Hadi Nəcəfi bu növ hədisləri nəql etdikdən sonra demişdir:

الروايات في هذا المجال متعددة كثيرة ، بل متواترة.

“Bu mövzuda olan hədislər çoxsaylıdır, hətta mütəvatirdir”.

Şeyx Hadi Nəcəfi, “Mousuətu əhadisi Əhlil-beyt (əleyhimussəlam)”, c.7, s.142.

Nəmazi Şahrudi yazır:

وفي البحار ذكر هذه الروايات مع غيرها الواردة في ذلك ، وأبلغها إلى ما فوق التواتر ، وها أنا أشير إلى بعضها، فإن فيه كفاية لغير المعاند والمريض.

“Əllamə Məclisi bu hədisləri “Biharül-ənvar”da bu mövzuda nəql olunan sair hədislərlə birlikdə qeyd etmiş və onların sayı təvatür həddinə çatmışdır. Mən burada onların bəzilərini qeyd edirəm. Qeyd edəcəyim hədislər inadkar və xəstə olmayan kəslər üçün kifayətdir”.

Şeyx Əli Namazi Şahrudi, “Müstədrəku Səfinətil-Bihar”, c.7, s.165.

Əhli-sünnə hədislərində əməllərin göstərilməsi

Bura qədər əməllərin Allah Rəsuluna və imamlara (əleyhimussəlam) göstərilməsi barədə şiənin səhih hədisləri qeyd edildi. Bu hissədə isə əhli-sünnə hədislərini araşdıracağıq. Onların da hədisləri iki hissəyə ayrılır:

Hədislərin bir hissəsi göstərir ki, ümmətin əməlləri Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) vəfatından sonra da göstərilir.

Digər qism hədislər isə əməllərin Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) başqa həm də ölən qohum-əqrabaya göstərildiyini qeyd edir. Biz söz çox uzanmasın deyə, üç hədis qeyd etməklə kifayətlənirik:

Birinci dəstə hədislər: Ümmətin əməllərinin Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərilməsi

Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) “mənim vəfatım sizin üçün xeyirlidir...”, cümləsi əhli-sünnə mənbələrində müxtəlif yollarla nəql olnmuşdur. Bu cümlə açıq şəkildə bəyan edir ki, ümmətin əməlləri o həzrətə vəfatından sonra da təqdim edilir.

Birinci yol: Abdullah ibn Məsuddandır (sənədi səhihdir)

Əhli-sünnənin böyük alimlərindən olan Bəzzar “Müsnədül-Bəzzar” kimi tanınan “əl-Bəhrüz-zəxxar” kitabında bu hədisi Abdullah ibn Məsuddan aşağıdakı səhih sənədlə nəql etmişdir:

حدثنا يوسف بن موسى قال نا عبد المجيد بن عبد العزيز بن أبي رواد عن سفيان عن عبد الله بن السائب عن زاذان عن عبد الله عن النبي قال إن لله ملائكة سياحين يبلغوني عن أمتي السلام قال وقال رسول الله حياتي خير لكم تحدثون ونحدث لكم ووفاتي خير لكم تعرض علي أعمالكم فما رأيت من خير حمدت الله عليه وما رأيت من شر إستغفرت الله لكم.

“Bizə Yusif ibn Musa hədis danışaraq dedi: “Bizə Əbdülməcid ibn Əbdüləziz ibn Əbu Rəvvad Süfyandan, o, Abdullah ibn əs-Saibdən, o, Zazandan, o, Abdullahdan, o da Peyğəmbərdən belə buyurduğunu nəql etmişdir:

“Həqiqətən, Allahın (yer üzərində) səyahət edən mələkləri vardır, onlar (mənə) ümmətimdən salam çatdırarlar. Mənim həyatım sizin üçün xeyirlidir; (siz mənlə) danışırsınız və biz də sizin üçün danışırıq.

Vəfatım da sizin üçün xeyirlidir; o zaman əməlləriniz mənə göstərilər, orada bir xeyir görsəm, buna görə Allaha həmd edər, pis bir şey görsəm, sizin üçün bağışlanma dilərəm.”

Əbu Bəkr əl-Bəzzar, “əl-Müsnəd”, c.5, s.308, h.1925

Əhli-sünnə alimlərinin rəvayətin sənədini səhih hesab etmələri

Əhli-sünnə alimləri bu hədisin sənədini səhih hesab etmişlər. Biz müxtəsər şəkildə onlara işarə edirik:

1.Ğəzzali (vəfatı: h.505)

Ğəzzali “İhyaü ulumid-din” kitabında hədisin sənədini səhih hesab etmişdir:

أخرجه البزار من حديث عبد الله بن مسعود ورجاله رجال الصحيح ...

“Bu hədisi Bəzzar Abdullah ibn Məsuddan nəql etmişdir və raviləri “Səhih”in raviləridir...”

Muhəmməd əl-Ğəzzali, “İhyaü ülumid-din”, c.4, s.148.

2. Heysəmi (vəfatı h.807)

Heysəmi hədisi nəql etdikdən sonra demişdir:

رواه البزار ورجاله رجال الصحيح.

“Bu hədisi Bəzzar nəql etmişdir və raviləri “Səhih”in raviləridir”.

Nurəddin Əli ibn Əbu Bəkr əl-Heysəmi, “Məcməüz-zəvaid və mənbəül-fəvaid”, c.9, s.24.

3. Cəlaləddin əs-Süyuti (vəfatı: h.911)

O da “əl-Xəsaisül-kübra” kitabında hədisi Bəkr ibn Abdullah yolu ilə nəql etdikdən sonra Abdullah ibn Məsud təriqini səhih hesab etmişdir:

وأخرج البزار بسند صحيح من حديث ابن مسعود مثله.

“Bəzzar da onun bənzərini səhih sənədlə Abdullah ibn Məsuddan nəql etmişdir”.

Cəlaləddin əs-Süyuti, “əl-Xəsaisül-kübra”, c.2, s.491.

4. Səmhudi (vəfatı h.911)

O da Bəzzarın bu hədisi səhih sənədlə İbn Məsuddan nəql etdiyini bildirmişdir:

وللبزاز برجال الصحيح عن ابن مسعود رضي الله عنه مرفوعا أن لله تعالى ملائكة سباحين يبلغوني عن أمتي قال وقال رسول الله صلى الله عليه وسلم حياتي خير لكم تحدثون ويحدث لكم ووفاتي خير لكم تعرض علي أعمالكم....

“Bəzzarın “Səhih”in raviləri ilə İbn Məsuddan nəql etdiyi mərfu* bir hədisdə deyilir ki, həqiqətən Allah-taalanın (yer üzündə) gəzişən mələkləri vardır. Dedi: Allah Rəsulu (s.ə.s) buyurdu: Mənim həyatım sizin üçün xeyirlidir; (siz mənlə) danışırsınız və biz də sizin üçün danışırıq. Vəfatım da sizin üçün xeyirlidir; o zaman əməlləriniz mənə göstərilər...”

___________________________________

* Sənədi Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) çatan. [Red.]

Əli ibn Abdullah ibn Əhməd əl-Həsəni əs-Səmhudi, “Xulasətül-vəfa bi-əxbari darul-Mustafa”, c.1, s.43.

5. Əbdür-Rəhim əl-İraqi (vəfatı h. 806)

O da “Tərhüt-təsrib fi şərhit-təqrib” kitabında bu hədisin sənədini ceyyid hesab etmişdir. O, yazır:

وروى أبو بكر البزار في مسنده بإسناد جيد عن ابن مسعود رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم ... ووفاتي خير لكم تعرض علي أعمالكم ...

“Əbu Bəkr Bəzzar öz Müsnədində ceyyid* isnadla İbn Məsuddan (Allah ondan razı olsun) belə nəql etmişdir: “Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: ... Vəfatım sizin üçün xeyirlidir...”

________________________________

* “Ceyyid”: hərfi tərcümədə “çox yaxşı” deməkdir. Bununla “həsən” səviyyəsindən yuxarıda, “səhih” səviyyəsindən aşağıda olan hədis nəzərdə tutulur. [Red.]

Əbdür-Rəhim əl-İraqi əş-Şafei, “Tərhüt-təsrib fi şərhit-təqrib”, c.3, s.275.

6. Zurqani (vəfatı: h.1122)

Zurqani “Şərhüz-Zurqani əla muvattail-İmam Malik” kitabında hədisi nəql etdikdən sonra belə yazır:

رواه البزار بإسناد جيد.

“Bu hədisi Bəzzar ceyyid isnadla rəvayət etmişdir”.

Muhəmməd ibn Əbdülbaqi əz-Zurqani, “Şərhüz-Zurqani əla mivtail-İmam Malik”, c.1, s.97.

İkinci yol: Bəkr ibn Abdullah yolu ilə

İbn Səd “ət-Təbəqatül-kübra” kitabında bu hədisi Bəkr ibn Abdullah yolu ilə nəql etmişdir:

أخبرنا يونس بن محمد المؤدب أخبرنا حماد بن زيد عن غالب عن بكر بن عبد الله قال قال رسول الله صلى الله عليه وسلم حياتي خير لكم تحدثون ويحدث لكم فإذا أنا مت كانت وفاتي خيرا لكم تعرض علي أعمالكم فإذا رأيت خيرا حمدت الله وإن رأيت شرا استغفرت الله لكم.

“Bəkr ibn Abdullah deyib: “Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Mənim həyatım sizin üçün xeyirlidir; (siz mənimlə) danışırsınız və sizin üçün danışılır (mən də sizinlə danışıram). Mən öldükdə, vəfatım da sizin üçün xeyirli olacaqdır; sizin əməlləriniz mənə göstərilər; orada bir xeyir görsəm, buna görə Allaha həmd edərəm, pis bir şey görsəm, sizin üçün bağışlanma dilərəm”.

İbn Səd, “ət-Təbəqatül-kübra”, c.2, s.194.

Səddən əlavə bu hədisi İsmail ibn İshaq əl-Cəhzəmi əl-Maliki, Nurəddin Heysəmi və digərləri öz kitablarında qeyd etmişlər.

İsmayıl ibn İshaq əl-Maliki, “Fəzlüs-səlati ələn-Nəbi”, c.1, s.38; “Müsnədül-Haris” (Zəvaidül-Heysəmi), c.2, s.884

Bu yolun səhih bilinməsi

Bu hədisin sənədini də bir neçə əhli-sünnə alimi səhih bilmişdir.

1. Əs-Salehi əş-Şami (vəfatı: h.942)

O, “Sübülül-hüda vər-rəşad” kitabında bu sənədin ravilərini siqə (etibarlı) hesab etmişdir:

وروى ابن سعد وإسماعيل القاضي - بسند رجاله ثقات - عن بكر بن عبد الله المازني مرسلا قال : قال رسول الله ... كانت وفاتي خير لكم ، تعرض علي أعمالكم ، ...

“İbn Səd və İsmail əl-Qazi raviləri siqə olan bir sənədlə Bəkr ibn Abdullah əl-Mazinidən mürsəl şəkildə belə nəql etmişlər: “Allah Rəsulu buyurmuşdur: ... da sizin üçün xeyirli olacaqdır; sizin əməlləriniz mənə göstərilər;...

Əs-Salehi əş-Şami, “Sübülül-hüda vər-rəşad”, c.12, s.271

2. Əl-Munavi (vəfatı: h.1031)

Munavi də bu təriqin sənədinin ravilərinin siqə olduğunu bildirmişdir:

(ابن سعد ) في طبقاته ( عن بكر بن عبد الله ) المزني ( مرسلا ) ورجاله ثقات.

“İbn Səd “Təbəqat” kitabında Bəkr ibn Abdullah əl-Müzənidən mürsəl şəkildə raviləri siqə olan bir sənədlə belə nəql etmişdir...”

Əbdur-Rauf əl-Munəvi, “Ət-Təysir bi-şərhil-Camiis-səğir”, c.1, s.502.

Əməllərin Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) göstərilməsinə dair əhli-sünnə alimlərinin nəzəri

Əməllərin Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) göstərilməsinə dair nəql olunan hədislər səhihdir və əhli-sünnənin böyük alimləribu həqiqəti təsdiq etmişlər.

Şafei məzhəbinin fəqihlərindən biri olan Əbdülqəhhar əl-Bağdadi əməllərin göstərilməsi məsələsinin şafei məzhəbinin tədqiqatçı alimləri arasında məqbul bir görüş olduğunu qeyd etmişdir::

قال المتكلمون المحققون من أصحابنا أن نبينا صلى الله عليه وسلم حي بعد وفاته وأنه يسرّ بطاعات أمته.

“Əshabımızdan olan araşdırmaçı kəlamçılar (teoloqlar) demişlər ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) vəfatından sonra diridir və ümmətinin itaətkarlığına görə sevinir”.

Əs-Səmhudi, “Xülasətül-vəfa bi-əxbari darül-Müstəfa”, c.1, s.43, əl-Əzim Abadi, “Əunul-məbud”, c.3, s.261, əş-Şövkani, “Neylül-əvtar”, c.3, s.305.

Süyuti və Salehi Şami onun sözünün ardınca “əmrə tabe olmayanların sözə baxmamalarına görə də kədərlənir” ifadəsini də işlətmişlər.

Cəlaləddin əs-Süyuti, “əl-Havi lil-fətava”, c.2, s.141; əs-Salehi əş-Şami, “Sübülül-hüda vər-rəşad”, c.12, s.355.

Molla Əli əl-Qari də bu cümlədən sonra Allah Rəsulunun “mən sizin üzərinizdə şahidəm” göstərişini qeyd edir:

أي مطلع على أحوالكم إذ تعرض عليّ أعمالكم أو أنا شاهد لكم.

“Yəni, mən sizin vəziyyətinizdən xəbərdaram, çünki sizin əməlləriniz mənə təqdim olunur, yaxud, mən sizin şahidinizəm”.

Molla Əli əl-Qari əl-Hənəfi, “Mirqatül-məfatih”, c.11, s.103.

Əhli-sünnənin müfəssirlərindən olan əs-Səmərqəndi “Tezliklə əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir” ayəsinin izahında belə yazır:

يعني ويراه رسوله ويراه المؤمنون.

“Yəni, əməllərinizi Allahın Rəsulu və möminlər görəcəklər”.

Nəsr ibn Muhəmməd ibn Əhməd Əbül-Leys əs-Səmərqəndi (vəfatı: h.367), “Bəhrül-ulum” (“Təfsirüs-Səmərqəndi”), c.2, s.86

Məhəmməd ibn Abdullah ibn Əbu Zəmənin öz təfsirində yazır:

(وقل اعملوا فسيرى الله عملكم ورسوله والمؤمنون) يعني : بما يطلعهم عليه.

“Və de: “(İstədiyinizi) edin, tezliklə sizin əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir”, yəni, onlara məlumat veriləni”.

Əbu Abdullah Muhəmməd ibn Abdullah ibn Əbu Zəmənin əl-Maliki (vəfatı: h. 399.), “Təfsirül-Quranil-əziz”, c.2, s.230

Vahidi yazır:

(فسيرى الله عملكم ورسوله والمؤمنون) أي إن الله يطلعهم على ما في قلوب إخوانهم من الخير والشر فيحبون المحسن ويبغضون المسيء بإيقاع الله ذلك في قلوبهم.

“Tezliklə əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcəkdir”, yəni, Allah möminləri qardaşlarının qəlblərində olan xeyir və şərdən xəbərdar edər, beləcə, Allahın xəbərdar etməsi səbəbindən, möminlər yaxşı işlər görən kəsləri sevər, pis işlər görən şəxlərə isə nifrət edərlər”.

Əli ibn Əhməd əl-Vahidi (vəfatı: h.468.), “Əl-Vəciz fi təfsiril-Kitabil-əziz”, c.1, s.480.

Mahmud ibn Həmzə Kirmani “Allah və Onun Rəsulu tezliklə əməllərinizi görəcəklər, sonra döndəriləcəksiniz” ayəsini və “Tezliklə əməllərinizi Allah, Onun Rəsulu və möminlər görəcək və döndəriləcəksiniz” ayəsini qeyd etdikdən sonra onlara bu cür şərh vermişdir:

لأن الأولى في المنافقين ولا يطلع على ضمائرهم إلا الله تعالى ثم رسوله بإطلاع الله إياه عليها كقوله (قد نبأنا الله من أخباركم) والثانية في المؤمنين وطاعات المؤمنين وعباداتهم ظاهرة لله ورسوله والمؤمنين ...

“Birinci ayə münafiqlər barədədir. Onların qəlblərini yalnız Allah və Allahın xəbər verməsi ilə Peyğəmbər bilə bilər. Necə ki, buyurur: “Allah bizə sizin xəbərlərinizi vermişdir”. İkinci ayə isə möminlər barədədir. Möminlərin itaət və ibadətləri Allah, Onun Rəsulu və möminlər üçün aşkardır.”

Mahmud ibn Həmzə ibn Nəsr əl-Kirmani (vəfatı: h. 505), “Əsrarüt-təkrar fil-Quran”, c.1, s.100

Qeyd olunan ifadələr əhli-sünnənin bir qism alimlərinin sözləri idi. Biz onları bir nümunə olaraq qeyd etdik. Bu deyilənlərdən sübuta yetir ki, əhli-sünnənin inancına görə Allah Rəsulu və möminlər bəndələrin işlərindən agahdırlar.

İkinci qism hədislər: Sağ olanların əməllərinin ölmüş yaxınlarına göstərilməsi

Əhli-sünnənin digər hədisləri isə sağ olanların əməllərinin onların ölən yaxınlarına göstərilməsini bəyan edir.

Birinci hədis: (sənədi səhihdir)

Bu hədisi Əhməd ibn Hənbəl öz “Müsnəd”ində Peyğəmbərdən (sallalalhu əleyhi və alihi və səlləm) nəql etmişdir:

حدثنا عبد اللَّهِ حدثني أبي ثنا عبد الرَّزَّاقِ ثنا سُفْيَانُ عَمَّنْ سمع أَنَسَ بن مَالِكٍ يقول قال النبي صلى الله عليه وسلم ان أَعْمَالَكُمْ تُعْرَضُ على أَقَارِبِكُمْ وَعَشَائِرِكُمْ مِنَ الأَمْوَاتِ فان كان خَيْراً اسْتَبْشَرُوا بِهِ وان كان غير ذلك قالوا اللهم لاَ تُمِتْهُمْ حتى تَهْدِيَهُمْ كما هَدَيْتَنَا.

“Ənəs ibn Malik demişdir: “Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Heç şübhəsiz ki, əməlləriniz ölmüş yaxınlarınıza (qohumlarınıza) göstərilir; əgər yaxşı olsa, buna sevinirlər, əgər başqa bir şey (şər) olsa, deyərlər: “İlahi, bizi hidayət etdiyin kimi, onları da hidayət etmədən öldürmə”.

Əhməd ibn Hənbəl (vəfatı: h. 241), “əl-Müsnəd”, c.10, s.532, h. 12619.

“Müsnədü-Əhməd”in mühəqqiqi Həmzə Əhməd Zeyn hədisin barəsində belə yazır: “Hədis səhihdir”.

İkinci hədis: Əməllərin qəbir əhlinə göstərilməsi (sənədi səhihdir)

Başqa bir səhih hədisə əsasən isə dirilərin əməlləri qəbir əhlinə göstərilir:

أخبرنا أبو النضر الفقيه وإبراهيم بن إسماعيل القارئ قالا ثنا عثمان بن سعيد الدارمي ثنا يحيى بن صالح الوحاظي ثنا أبو إسماعيل السكوني قال سمعت مالك بن أدى يقول سمعت النعمان بن بشير رضي الله عنهما يقول وهو على المنبر سمعت رسول الله صلى الله عليه وسلم يقول ألا إنه لم يبق من الدنيا إلا مثل الذباب تمور في جوها فالله الله في إخوانكم من أهل القبور فإن أعمالكم تعرض عليهم.

هذا حديث صحيح الإسناد ولم يخرجاه.

“Nöman ibn Bəşir Allah Rəsulunun belə buyurduğunu eşidibdir: “Agah olun, doğrusu, dünyadan (dünyanın ömründən) yalnız ora-bura hərəkət edən milçək qədəri qalıbdır. Elə isə, siz Allah, siz Allah, qəbir əhlindən olan qardaşlarınızdan muğayat olun, çünki əməlləriniz onlara göstərilir”.

Bu hədisin sənədi səhihdir, ancaq (Buxari və Müslim) onu nəql etməyiblər”.

Əl-Hakim ən-Nişapuri (vəfatı: h. 405), “əl-Müstədrək ələs-səhiheyn”, c.4, s.342, h.7849

Əhli-sünnə alimlərinin əməllərin yaxınlara göstərilməsinə dair nəzəri

Həyatda qalanların əməllərinin dünyadan gedən qohum-əqrabaya göstərilməsi əhli-sünnə alimləri arasında qəti və məqbul bir məsələdir. Biz onlardan bəzilərinin sözlərinə işarə edirik:

İbn əl-Hac əl-Maliki “əl-Mədxəl” kitabında əməllərin göstərilməsini qəti bir məsələ hesab edərək deyir:

كل من انتقل إلى الآخرة من المؤمنين فهم يعلمون أحوال الأحياء غالبا ... ويحتمل أن يكون علمهم بذلك حين عرض أعمال الأحياء عليهم ويحتمل غير ذلك وهذه أشياء مغيبة عنا وقد أخبر الصادق عليه الصلاة والسلام بعرض الأعمال عليهم فلا بد من وقوع ذلك والكيفية فيه غير معلومة والله أعلم بها.

“Axirət aləminə köçən hər bir mömin əksər hallarda dirilərin vəziyyətindən xəbərdar olur... Bəlkə də, onların bu xəbərdar olmaları dirilərin əməlləri onlara təqdim edilərkən baş verir. Bəlkə də başqa bir yolla baş verir. Bu şeylər bizdən gizli olan şeylərdir. Sadiq (yəni, Peyğəmbər) əməllərin ölülələ göstərildiyini bildirmişdir. Deməli, bunun baş verməsi qaçılmazdır. Lakin, onun necəliyi məlum deyil. Allah onu hamıdan yaxşı bilər”.

İbn əl-Hac əl-Maliki, “Əl-Mədxəl”, c.1, s.259.

Əbu Səid əl-Xadimi yazır:

وَيَعْرِفُونَ أَعْمَالَهُمْ وَيَتَأَلَّمُونَ بِإِسَاءَتِهِمْ وَيَسْتَبْشِرُونَ بِحَسَنَاتِهِمْ تَارَةً بِعَرْضِ ذَلِكَ إلَيْهِمْ وَأُخْرَى بِالِاسْتِخْبَارِ عَمَّنْ مَاتَ بَعْدَهُمْ.

“Ölülər dirilərin əməllərindən xəbərdardırlar. Ölülər onların pis işlərindən narahat olur, yaxşı işlərinə görə fərəhlənirlər. Ölülər dirilərin işlərindən bəzən əməllərin özlərinə göstərilməsi yolu ilə, bəzən də dünyasını dəyişmiş şəxslərin (dünyadakı şəxslər barədə) onlara xəbər verməsi ilə xəbərdar olurlar”.

Əbu Səid əl-Xadimi əl-Hənəfi, “Bəriqətun Mahmudiyyə”, c.1, s.448.

Nəticə:

1. Ümmətin əməllərinin Allah Rəsuluna və pak imamlara (əleyhimussəlam) göstərilməsi şiənin səhih hədisləri ilə təsdiqlənmiş bir məsələdir. Əhli-sünnə hədislərində isə əməllərin imamlara göstərilməsi bildirilməsə də, onların səhih hədisləri və alimlərinin nəzərlərinə əsasən, Allah Rəsulundan başqa, möminlərin və ölmüş yaxın qohumların da ruhu insanların əməllərindən agahdırlar.

Madam ki, bu məsələlər şiə mənbələrindən əlavə, əhli-sünnə mənbələri ilə də isbat edilir, onda pak imamların bəndələrin əməllərindən xəbərdar olmasının nə problemi ola bilər?!

2. Əhli-şiə və əhli-sünnənin mənbələrindəki hədislərə əsasən, əməllərin Allah Rəsuluna və pak imamlara göstərilməsi onların yaşadıqları dövrlə məhdudlaşmamışdır. Əksinə, vəfat etdikdən sonra da dirilərin əməlləri onlara Qiyamət gününədək göstərilir.

Müvəffəq olasınız.

Şübhələrə cavab qrupu

Həzrət Vəliyyi-əsr (əccələllahu fərəcəhuş-şərif) təhqiqat müəssisəsi

313news.net

Рейтинг

В этом разделе