Sual: “«أنامدينة العلم وعلي بابها» (Mən elm şəhəriyəm...) hədisi əhli-sünnə mənbələrində etibarlı sənədlə nəql olunubmu?

»»

Sual: “«أنامدينة العلم وعلي بابها» (Mən elm şəhəriyəm...) hədisi əhli-sünnə mənbələrində etibarlı sənədlə nəql olunubmu?

Bismillahir Rəhmanir Rəhim

Sual: "«أنامدينة العلم وعلي بابها» (Mən elm şəhəriyəm...) hədisi əhli-sünnə mənbələrində etibarlı sənədlə nəql olunubmu?

Cavab: Həzrət Əli (ə)-ın digər səhabələrə və özündən əvvəlki üç xəlifəyə nisbət ələmiyyətini (daha elimli), üstünlüyünü sübut edən rəvayətlərdən biri də məşhur "Mən elm şəhəriyəm, Əli də onun qapısıdır" rəvayətidir.

Habelə bu rəvayət sübut edir ki, Peyğəmbər (s)-in sünnəsini olduğu kimi ələ gətirmək üçün həzrət Əli (ə)-a müraciət etmək hər bir müsəlmana vacibdir. Yalnız Əli (ə)-ın vasitəsi ilə həzrət Peyğəmbər (s)-in gətirdiyi haqq yola nail olmaq mümkündür. Bu rəvayət Əhli-sünnənin onlarla mənbələrində müxtəlif təbirlərlə "Mən elm şəhəriyəm, Əli də onun qapısıdır", "Mən hikmət şəhəriyəm, Əli də onun qapısıdır", "Mən hikmət eviyəm, Əlidə onun qapısıdır" Əli (ə)-dan, Abdullah ibn Abbasdan, Cabir ibn Abbdullah Ənsaridən nəql olunmuşdur.

Bu rəvayətlərin bəzisinin sənədi "səhih", bəzisinin sənədi "həsən" və bəzisinin isə "zəifdir".

Təəssüflər olsun ki, əhli-beytin fəzilətini inkar edənlər qərəzli mövqedən çıxış edərək bu rəvayətə yetişdikdə yalnız sənədi zəif olanını, önə çəkərək rəvayəti saxta olduğuna hökm edirlər.

Odur ki, ilk öncə bu rəvayətin səhih olan sənədlərinin bəzisini birlikdə araşdırırıq. Sonra isə əhli-sünnənin böyüklərinin bu rəvayətin səhih olduğuna dair verdikləri şəhadəti nəzərinizə çatdırırıq.

Əbu Tahir əs-Sələfi

Əbu Tahir Sələfi bu rəvayəti "«أنا دار الحكمة وعلي بابها» " "Mən hikmət eviyəm Əlidə onun qapısıdır" ifadəsiylə nəql etmişdir. Rəvayətin sənədi səhih və sənəddə adı şəkilən bütün şəxslər əhli-sünnənin yanında müvəssəq (etibarlı) insanlardır.

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللَّهِ الْكَشِّيُّ، نَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ الدَّوْسِيُّ، نَا شَرِيكٌ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ، عَنِ الصُّنَابِحِيِّ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: " أَنَا دَارُ الْحِكْمَةِ وَعَلِيٌّ بَابُهَا "

Bizə İbrahim b. Abdullah əl-Kişi, Muhəmməd b. Abdullah əd-Dusidən, o da Şərikdən, o da Sələmə b. Kuheyldən, o da Sunavehidən rəvayət etdi ki, Əli b. Əbu Talib dedi: Rəsulallah (s) buyurdu: "Mən hikmət eviyəm, Əli də onun qapısıdır."

əl-Cüz əs-Sələsə min əl-Məşixatil Bağdadiyyəti li-Əbu Tahir əs-Sələfi, Əbu Tahir əs-Sələfi (ö.576 h.), c.3, s.16, №48

Kitabı buradan yükləyə bilərsiniz:

http://shamela.ws/index.php/book/30621

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

İbrahim ibn Abdullah ibn Müslüm əl-Kəşşi:

əz-Zəhəbi onun barəsində deyir:

الكجي. الشيخ الإمام الحافظ المعمر شيخ العصر أبو مسلم إبراهيم بن عبدالله بن مسلم بن ماعز بن مهاجر البصري الكجي صاحب السنن
ولد سنة نيف وتسعين ومئة وثقة الدارقطني وغيره وكان سريا نبيلا متمولا عالما بالحديث وطرقه عالي الإسناد.

İbrahim Kəcci, şeyx, 190-195-ci illərdə dünyaya gəlmiş, İmam və hafiz (yüm mindən çox rəvayəti əzbərdən bilən) idi. Ömrü uzun və zəmanəsinin ustadi idi, Darqutini və digərləri onu siqə hesab etmişlər. Öz tayfasının böyüyü, mal-dövlət sahibi, hədis elminə alim idi. Onun rəvayətləri kiçik sənədlərlədir.

Siyəru əlam ən-Nübəla, Şəmsuddin əz-Zəhəbi, c.13, s.413, Təhqiq: Şueyb əl-Ərnaut, Müəssisət ər-Risalə, Beyrut, 9-cu nəşr, 1413

Mühəmməd ibn Abdullah ibn Zübeyr Əd-Dusi:

İbn Həcər onun tərcümeyi halında belə yazır:

محمد بن عبد الله بن الزبير بن عمر بن درهم الأسدي أبو أحمد الزبيري الكوفي ثقة ثبت إلا أنه قد يخطىء في حديث الثوري.

Mühəmməd ibn Abdullah, Zübeyr tərəftarlarından və Kufə əhlindən idi. Özü siqə və möhkəm insan olub. Lakin bir rəvayəti Sufyan Sovridən nəql edərək səhv edib.

Təhzib ət-Təhzib, İbn Həcər əl-Əsqəlani (ö.852 h.), c.1, s.487, №6017, Dar əl-Fikr, Beyrut, 1-ci çap, 1404 (1984)

Onun bu səhvi rəvayətin və həmçinin onun zəifliyinə sübut deyil. Çünki bu rəvayəti Sovridən nəql etməyib.

Şəmsuddin əz-Zəhəbi onu bu cür tərifləyir:

محمد بن عبد الله بن الزبير بن عمر بن درهم الحافظ الكبير المجود أبو أحمد الزبيري الكوفي مولى بني أسد.

Mühəmməd ibn Abdullah böyük hafiz idi, elə bir şəxs idi ki, rəvayəti çox gözəl tanıyırdı...

Siyəru əlam ən-Nübəla, Şəmsuddin əz-Zəhəbi, c.9, s.529, №205, Təhqiq: Şueyb əl-Ərnaut, Müəssisət ər-Risalə, Beyrut, 9-cu nəşr, 1413

Şərik ibn Abdullah ibn əl-Hafiz ibn Şərik ibn Abdullah:

Bu şəxs Buxarinin, Müslümün və digər altı səhih kitablarının müəlliflərinin hədis nəql etdikləri şəxsdir. Zəhəbi onun barəsində yazır:

شريك بن عبد الله أبو عبد الله النخعي القاضي أحد الأعلام عن زياد بن علاقة وسلمة بن كهيل وعلي بن الأقمر وعنه أبو بكر بن أبي شيبة وعلي بن حجر وثقه بن معين وقال غيره سيء الحفظ وقال النسائي ليس به بأس هو أعلم بحديث الكوفيين من الثوري قاله بن المبارك توفي 177 عاش اثنتين وثمانين سنة خت 4 م متابعة.

Şərik ibn Abdullah Nəxəi görkəmli şəxsiyyətlərdən biridir. İbn Muim onu siqə hesab edib. Digərləri onun barəsində deyirlər ki, hafizəsi yaxşı olmayıb. Nəsai isə onun barəsində deyir: Onda heç bir eyb yoxdur, o Kufə əhlinin hədislərinə Sovridən daha yaxşı agah idi.

əl-Kaşif fi mərifə mən ləhu rivayəh fi əl-kütub əs-sittə, Şəmsuddin əz-Zəhəbi, c.1, s.485, №2276, Təhqiq: Muhəmməd Əvvamə, Dar əl-Qiblə lil-Səqəfə əl-İslamiyyə, Ciddə, 1413 (1992).

Sələmə ibn Kuheyl:

əz-Zəhəbi onun barəsində yazır:

سلمة بن كهيل أبو يحيى الحضرمي من علماء الكوفة رأى زيد بن أرقم وروى عن أبي جحيفة وعلقمة وعنه سفيان وشعبة ثقة له مائتا حديث وخمسون حديثا مات 121 ع

Sələmə ibn Kuheyl siqədir. Ondan (altı səhih kitablarda) 250 hədis nəql edilmişdir.

əl-Kaşif, Şəmsuddin əz-Zəhəbi, c.1, s.454, №2046

Əbu Abdullah əs-Sunabehi:

عبد الرحمن بن عسيلة بمهملتين مصغر المرادي أبو عبد الله الصنابحي ثقة من كبار التابعين قدم المدينة بعد موت النبي صلى الله عليه وسلم بخمسة أيام.

Əbu Abdullah siqədir, tabeinlərin böyüklərindəndir. Peyğəmbər (s)-in vəfatından beş gün sonra Mədinəyə gəldi.

Təqrib ət-Təhzib, İbn Həcər əl-Əsqəlani, c.1, s.346, №3952, Təhqiq: Muhəmməd Əvvamə, Dar ər-Rəşid, Suriya, 1-ci çap, 1406 (1986)

Mümkündür kimsə Əbu Tahir Sələfin və onu kitabının tanımadığını söyləsin. Odur ki, bu məqamda onun özünün və kitabının kimliyi barədə bir-neçə cümlə əlavə dirik.

Şəmsuddin əz-Zəhəbi "Siyər əlam ən-Nübəla" kitabında 30 səhifəyə yaxın onun barəsində söhbət edib. Biz onun Əbu Tahir Sələfi haqda söylədiklərindən bir neçə cümləsini siz oxucular üçün tərcümə edirik:

السلفي . هو الإمام العلامة المحدث الحافظ المفتي شيخ الإسلام شرف المعمرين أبو طاهر أحمد بن محمد بن أحمد بن محمد بن إبراهيم الأصبهاني الجرواني ...

قال الحافظ المنذري سمعت الحافظ بن المفضل يقول عدة شيوخ الحافظ السلفي بأصبهان تزيد على ست مئة نفس ومشيخته البغدادية خمسة وثلاثون جزءا ...

وكان أوحد زمانه في علم الحديث وأعرفهم بقوانين الرواية والتحديث... وقال أبو سعد السمعاني في ذيله السلفي ثقة ورع متقن متثبت فهم حافظ ... .

əs-Sələfi - imam, əllamə, mühəddis, hafiz (yüz mindən çox hədis əzbər bilən) və müfti (fətva verən), şeyxul-ilsam və uzun ömürlülərin –ağsaqqalların şərəfi idi.

Hafiz Münziri deyir: Hafiz ibn Müfəzzəldən eşitdim ki, o deyirdi: "Hafiz Sələfinin İsfahandakı ustadları 600 nəfərdən çox idi. Və onun "Məşixul-Bağdadiyyə" kitabı 30 cild idi."

O, hədis elmini bilməkdə zəmanəsində ən savadlısı və rəvayət nəql etmək qayda-qanunlarına hamıdan yaxşı agah idi. Əbu Səid Səmani onu tərcümeyi halında deyir"Sələfi siqə, təqvalı, sabitqədəm, zəkalı və hafiz idi."

Siyər əlam ən-Nübəla, Şəmsuddin əz-Zəhəbi, c.21, s.5-24, Təhqiq: Şueyb əl-Ərnaut, Müəssisət ər-Risalə, Beyrut, 9-cu nəşr, 1413

Hacı xəlifə "Məşixətul-Bəğdadiyyə" kitabı barəsində deyir:

المشيخة البغدادية للشيخ الامام أبى طاهر أحمد بن محمد السلفي الأصبهاني المتوفى 576 ست وسبعين وخمسمائة جمع فيها الجمع الغفير مع فوائد مالا توصف مالا تحصى جملتها تزيد على مائة جزء

"Məşixətul-Bəğdadiyyə" Şeyx imam Əbu Tahir Sələfiyə məxsusdur. Vəsf və saya sığmayan qədər orada faydalı mətləbləri toplamışdır. Onların hamısı 100 cildən belə artıqdır.

Kəşf əz-Zünun, c.2, s.1696

Nəticə: Bu rəvayətin sənədi təmamən səhihdir.

Xeysəmə ibn Süleyman

حَدَّثَنَا ابْنُ عَوْفٍ، حَدَّثَنَا مَحْفُوظُ بْنُ بَحْرٍ الأَنْطَاكِيُّ، حَدَّثَنَا مُوسَى بْنُ مُحَمَّدٍ الأَنْصَارِيُّ الْكُوفِيُّ، عَنْ أَبِي مُعَاوِيَةَ، عَنِ الأَعْمَشِ، عَنْ مُجَاهِدٍ، عَنِ ابْنِ عَبَّاسٍ، رَضِيَ اللَّهُ عَنْهُمَا مَرْفُوعًا "أَنَا مَدِينَةُ الْحِكْمَةِ، وَعَلِيُّ بَابُهَا"

İbn Abbas Peyğəmbər (s)-dən nəql edərək deyir: Peyğəmbər (s) buyurub: "Mən hikmət səhəriyəm, Əli də o şəhərin qapısıdır."

Min hədis Xeysəmə b. Süleyman, Xeysəmə b. Süleyman ət-Tərabolsi, s.754, №176, Misir - 2004

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

Mühəmməd ibn Ovf ibn Süfyan:

محمد بن عوف بن سفيان الطائي أبو جعفر الحمصي ثقة حافظ من الحادية عشرة مات سنة اثنتين أو ثلاث وسبعين دعس.

Mühəmməd ibn Ovf siqə və hafizdir. 72-ci ya 73-cü ildə vəfat etmişdir.

Təqrib ət-Təhzib, c.1, s.500

Məhfuz ibn Bəhz:

İbn Hibban əl-Bəsti əş-Şafei "əs-Siqat" kitabınında c.9, s.204, №16026 onu siqə ravilərinin sırasında sayaraq barəsində deyir: "Hədisləri düzdür".

Musa ibn Mühəmməd əl-Ənsari:

İbn Əbi Hatim Razi "əl-Cərh vət-Tədil" kitabında onun barəsində deyir:

موسى بن محمد الأنصاري يعد في الكوفيين... سمعت أبى يقول ذلك نا عبد الرحمن نا أبو سعيد بن يحيى بن سعيد القطان نا محمد بن الصلت أبو جعفر نا موسى بن محمد الأنصاري الثقة والله... عن يحيى بن معين انه قال موسى بن محمد الأنصاري ثقة. نا عبد الرحمن قال سألت أبى عن موسى بن محمد الأنصاري فقال لا بأس به.

Atamın belə dediyini eşitdim: Bizə Əbdürrəhman, bizə Abu Yəhya əl-Qəttan, bizə Muhəmməd əs-Salt Əbu Cəfər dedi ki: "and olsun Allaha Muas b. Muhəmməd əl-Ənsari siqədir". Həmçinin Yəhya ibn Muin dedi: "O siqədi". Əbdür-Rəhman dedi: Atamdan Musa b. Muhəmməd əl-Ənsari barədə soruşdum və o dedi: "Onun heç bir eybi yoxdur."

əl-Cərh vət-Tədil, İbn Əbi Hatim Razi, c.8, s.711, Dar İhya ət-Turas əl-Arabi, Beyrut, 1-ci çap, 1271 (1952)

İbn Hibban "Əs-siqat" kitabında c.7, s.456, №10908 onu siqə ravilərinin cərgəsində adını çəkir.

Əbu Maviyə Mühəmməd ibn Xazim:

İbn Həcər onun barəsində yazır:

محمد بن خازم بمعجمتين أبو معاوية الضرير الكوفي عمي وهو صغير ثقة أحفظ الناس لحديث الأعمش وقد يهم في حديث غيره.

Mühəmməd ibn Xazim siqədir və Əməşin hədislərini hamıdan yaxşı bilirdi. Amma onun hədislərindən başqa hədislərdə bəzən səhv edirdi.

Təqrib ət-Təhzib, c.1, s.475

Süleyman ibn Mehran:

İbn Həcər onun barəsində deyir:

سليمان بن مهران الأسدي الكاهلي أبو محمد الكوفي الأعمش ثقة حافظ عارف بالقراءات ورع لكنه يدلس.

Süleyman ibn Mehran siqə və hafizdir. Müxtəlif qəraətlərdən agah və təqvalı idi. Amma tədlis edirdi.

Təqrib ət-Təhzib, c.1, s.254

Əlbəttə onun bəzəyən (tədlis edən) olması onun siqə olmasına heç bir ziyan gətirməz. Çünki əhli-sünnənin Buxari və Müslüm və sair kimi böyükləri tədlis edənlərdən idilər. Söbət ibn Həccacın sözünə istinadən Əmr ibn Mərrə və Mühəmməd ibn Ovndan başqa əhli-sünnənin bütün raviləri tədlis ediblər.

عن شعبة قال: ما رأيت أحدا من أصحاب الحديث إلا يدلس إلا عمرو بن مرة، وابن عون.

Şöbədən nəql edirlərki, o deyib: "Mən hədis əhlinin arasında Əmr ibn Murrə və ibn Aufdan başqa tədlis etməyən görmədim."

Siyər əlam ən-Nubəla, c.5, s.197-198

Təhzib ət-Təhzib, c.8, s.90

İbn Həcər Əsqəlani "Təbəqat əl-müdəllisin" kitabında Buxarinin adını tədlis edənlərin arasında çəkir:

محمد بن إسماعيل بن المغيرة البخاري الإمام، وصفه بذلك أبو عبد الله بن مندة في كلام له، فقال فيه: أخرج البخاري، قال: فلان، وقال: أخبرنا فلان، وهو تدليس.

Təbəqat əl-Müdəllisin, s.24, №23

Həmçinin Sibt ibn Əcmi məşhur "Əsmaul-mudəllisin" kitabında s.177, №64 onun adını çəkir.

Zəhəbi də "Siyər əlam ən-Nubəla" kitabında Züheylinin tərcümeyi halında yazır:

روى عنه خلائق، منهم:... ومحمد بن إسماعيل البخاري ويدلسه كثيراً، لا يقول محمد بن يحيى، بل يقول محمد فقط، أو محمد بن خالد، أو محمد بن عبد الله وينسبه إلى الجد، ويعمي اسمه، لمكان الواقع بينهما، غفر الله لهما.

Bir çoxları Mühəmməd ibn Yəhya Zuheylidən rəvayət ediblər. O cümlədən Mühəhhəd ibn İsmail Buxari. Amma Buxari çox vaxtlar onun haqqında tədlis edirdi (gizlədirdi). Və Mühəmməd ibn Yəhya demirdi, ya tək Mühəmməd deyirdi ya Mühəmməd ibn Xalid ya da Mühəmməd ibn Abdullah. Onu öz cəddinə nisbət verirdi, öz adını demirdi, gizlədirdi. Səbəbi isə onunla öz arasında olan ixtilaflar idi.

Siyər aləm ən-Nubəla, c.12, s.275

Odur ki, əgər Süleyman ibn Mehranın tədlis etməsi onun rəvayətinin zəif olmasına səbəb olsa, onda gərək əhli-sünnənin bütün rəvayətləri, o cümlədən "Səhih Buxari"nin rəvayətləri etibarsız olsun.

Mücahid ibn Cəbr

مجاهد بن جبر بفتح الجيم وسكون الموحدة أبو الحجاج المخزومي مولاهم المكي ثقة إمام في التفسير وفي العلم.

Mücahid ibn Cəbr siqədir. Elm və təfsir böyüklərindəndir.

Təqrib ət-Təhzib, c.1, s.520

Abdullah ibn Abbas:

Peyğəmbər (s)-in tanınmış səhabəsi.

Xeysəmə ibn Süleymanın tərcümeyi halı

Şəmsuddin əz-Zəhəbi onun barəsində yazır:

خيثمة . الإمام الثقة المعمر محدث الشام أبو الحسن خيثمة بن سليمان بن حيدرة بن سليمان القرشي الشامي الأطرابلسي مصنف فضائل الصحابة كان رحالا جوالا صاحب حديث ...

قال أبو بكر الخطيب خيثمة ثقة ثقة قد جمع فضائل الصحابة.

Xeysəmə imam, siqə, uzun ömürlü və Şam əhlinin mühəddisi idi. "Fəzailus-səhabə" kitabının müəllifidir. Bir çox səfərlər edən, araşdıran və hədis sahibidir...

Siyər əlam ən-Nubəla, c.15, s.412

Əbu Cəfər ət-Təbərinin rəvayəti:

Mühəmməd ibn Cərir ət-Təbəri "Təhzibul-asar" kitabında bu rəvayəti üç müxtəlif sənədlə nəql edir. Onların birindən sonra"bu rəvayətin sənədi səhihdir" deyə söyləyir.

حَدَّثَنِي إِسْمَاعِيلُ بْنُ مُوسَى السُّدِّيُّ، قَالَ: أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُمَرَ الرُّومِيُّ، عَنْ شَرِيكٍ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ، عَنِ الصُّنَابِحِيِّ، عَنْ عَلِيٍّ، أَنّ النَّبِيَّ (ص) قَالَ: "أَنَا دَارُ الْحِكْمَةِ، وَعَلِيٌّ بَابُهَا"

Əli (ə) Peyğəmbərdən nəql edir ki, o həzrət buyurub: Mən hikmət eviyəm, Əli də onun qapısıdır.

Təhzib əl-Asar, Muhəmməd b. Cərir ət-Təbəri, s.104, təhqiq: Mahmud Muhəmməd Şakir, Mətbəə əl-Mədəni, Qahirə

Təbəri sözünün davamında bu rəvayəti səhih hesab edərək ehtimal olunan şübhələrə cavab verir:

الْقَوْلُ فِي عِلَلِ هَذَا الْخَبَرِ:

وَهَذَا الْخَبَرُ صَحِيحٌ سَنَدُهُ، وَقَدْ يَجِبُ أَنْ يَكُونَ عَلَى مَذْهَبِ الآخَرِينَ سَقِيمًا، غَيْرَ صَحِيحٍ، لِعِلَّتَيْنِ: إِحْدَاهُمَا: أَنَّهُ خَبَرٌ لا يُعْرَفُ لَهُ مَخْرَجٌ عَنْ عَلِيٍّ عَنِ النَّبِيِّ (ص) إِلا مِنْ هَذَا الْوَجْهِ، وَالأُخْرَى: أَنَّ سَلَمَةَ بْنَ كُهَيْلٍ عِنْدَهُمْ مِمَّنْ لا يَثْبُتُ بِنَقْلِهِ حُجَّةٌ، وَقَدْ وَافَقَ عَلِيًّا فِي رِوَايَةِ هَذَا الْخَبَرِ عَنِ النَّبِيِّ (ص) غَيْرُهُ ذِكْرُ ذَلِكَ.

Bu rəvayətə tutulan eyblər barədə:

Bu rəvayət sənədi səhihdir. Mümkündür ki, digərlərinin məzhəbinə əsasən bu rəvayət aşağıdakı eyblərə görə geyri-səhih olsun:

1) Əlinin ona Peyğəmbərdən nəql etdiyi rəvayətin bundan başqa sənədi yoxdur,

2) Sələmə ibn Kuheyl onların yanında o insanlardandır ki, onun nəql etməsiylə rəvayət hüccət olmaz.

Amma Əlidən başqaları da Peyğəmbər (s)-dən bu rəvayəti nəql ediblər.

Sələmə ibn Kuheylin nəql etdiyi rəvayətin hüccət olmamasını qəbul etmək heç cür mümkün deyil. Çünki o, əhli sünnənin hədis elminin tarixində böyüklərdən hesab olunur. Buxari və Müslüm öz "Səhih"lərində ondan rəvayət nəql ediblər. Cürətlə demək olar ki, Əhli-sünnənin rical alimlərinin heç biri onu zəif hesab etməyib.

İkinci etiraza gəlincə isə Təbəri özü ona cavab verib. Bu rəvayət ondan cox sənədlə nəql olmuşdur. Abdullah ibn Abbas və Cabir ibn Abdullah əl-Ənsari kimilər bu rəvayəti nəql ediblər. Söhbətimizin ardında bəzilərinə işarə edəcəyik. Halbuki, rəvayətin doğru olmasının sübuta yetməsində elə bu kifayətdir. Eyni halda rəvayətin sənədində adı çəkilmiş insanların tərcümeyi halına nəzər salırıq.

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

İsmail ibn Musa:

سماعيل بن موسى الفزاري عن مالك وعدة وعنه أبو داود والترمذي وابن ماجة وابن خزيمة والساجي صدوق شيعي توفي 245 د ت ق.

İsmail ibn Musa səduq (çox doğru danışan) və şiə idi.

əl-Kaşif, Şəmsuddin əz-Zəhəbi, c.1, s.250, №411

Bu məsələyə diqqət etmək lazımdır ki, rəvayətin səhih olma meyarı ravinin doğru və düz danışan olmasıdır. Və onun məzhəbinin məsələyə heç bir dəxli yoxdur. Buxarinin və Müslümün nəql etdikləri ravilər şiənin böyüklərindəndirlər. Əvan ibn Təğlib və sair kimilər.

Mühəmməd ibn Ömər:

İbn Hibban Bəsti əş-Şafei "əs-Siqat" kitabında c.9, s.71, №15241 onun adını siqə ravilərin sırasında çəkir.

İbn Həcər kimilər onun barəsində "Ləyyenul-hədis" (yumşaq sözlü) deməklə onu zəif qələmə verməyə çalışıb. Lakin məlumdur ki, onu bu cür zəiflətməsinin yeganə səbəbi onun bu rəvayəti nəql etməsidir. Amma İbn Hibbbanın onu siqə hesab etməsi onun etibarlı hesab edilməsinə kifayətdir.

Əlbəttə bu rəvayət söhbətimizin ardında nəql edəcəyimiz digər kitablarda da başqa ravilərin vasitəsiylə Şərik ibn Abdullahdan (növbəti ravi) nəql edilmişdir. Odur ki, əgər onun siqə olduğu bu sənəddə sübuta yetməsə rəvayətin səhih olmasına heç bir zərər yetirmir.

Şərik ibn Abdullah:

Bunun tərcümeyi halı əvvəldə keçdi.

Sələmə ibn Kuheyl:

Bunun tərcümeyi halı əvvəldə keçdi.

Suveyd ibn Ğəfələ:

سويد بن غفلة أبو أمية الجعفي ولد عام الفيل وقدم المدينة حين دفنوا النبي صلى الله عليه وسلم سمع أبا بكر وعدة وعنه سلمة بن كهيل وعبدة بن أبي لبابة ثقة إمام زاهد قوام توفي 81 ع.

Suveyd ibn Ğəfələ amul-fildə dunyaya gəlib, Peyğəmbər (s)-in dəfnindən sonra Mədinəyə gəlib Əbu Bəkrdən və digərlərindən hədis nəql edib. O siqə, başçı, zahid və sabitqədəm idi.

əl-Kaşif, c.1, s.473

Bu rəvayətin digər ravilərini Əbu Tahir Sələfinin rəvayətində araşdırdıq və siqə olduqlarını sübuta yetirdik. Təbərinin sözünə istinadən bu rəvayətin sənədi "Səhih"-dir və ya ən azından "Həsən"-dir.

Davam edəcək...

Рейтинг

В этом разделе