Şiənin təkfir olunması barəsində vəhhabilərin fətvaları və şiənin nəzərində nasibilərin tərifi

»»

Şiənin təkfir olunması barəsində vəhhabilərin fətvaları və şiənin nəzərində nasibilərin tərifi

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Aparıcı:

Salam əziz izləyicilər. Peyğəmbər (s) və Ali Peyğəmbəri (ə) salavatla yad edirik. Bizi öz isti ocaqlarında qonaq etdikləri üçün izləyicilərimizə öz minnətdarlığımızı bildiririk. Ümidvaram ki, indiyədək sizə təqdim olunan proqramlardan faydalanmısınız. Peyk kanalları arasında bizim kanalımızı seçməyiniz sizin dini məsələlərə diqqətinizdən irəli gəlir.

Təqdim olunan mövzular elmi şəkildə və canlı olaraq “Həbl əl-mətin” adı ilə yayımlanır. Bu proqramın məqsədi İslamın gizli tarixini araşdırmaqdır. Təqdim olunan əsas mətləblər əhli-sünnə kitablarındandır. Dostlarımız rahatlıqla bu mövzuları araşdıra bilərlər. Bu mövzular kəskin formada ortaya atıla bilər. Buna görə bəzi dostlarımızın xoşuna gəlməyə də bilər. Elmi mövzuları ortaya atmağımız üçün heç bir qorxumuz yoxdur. Dövrümüz kompüter və informasiya əsri olduğu üçün insanlar mətləblərdən agah ola bilirlər. Lakin bunların heç biri - Allah eləməmiş - kiminsə təhqir olunmasına səbəb olmaz. Əzizlərdən, digər məzhəblərdən və bizimlə əlaqə yaradan siz əzizlərimizdən xahişimiz budur ki, siz də belə olun ki, gözəl və faydalı bir proqram hazırlayıb siz əzizlərin xidmətinə təqdim edə bilək. Bu yol rəhbərlərimizin bizə göstəriş verdikləri yoldur.

Ortaya atılan mövzular vəhdət və onun maneələri haqqında idi və ümid edirik ki, biz bu mövzuları bir-iki ardıcıl verilişdə bir yerə yığa biləcəyik.

Vəhhabi ideologiyası, xüsusilə bu ideologiyanın böyükləri, İbn Teymiyyə və Muhəmməd ibn Əbdül-Vəhhab bu mövzunu elə yerə sürükləyib gətirdilər ki, əgər bir kəs şiəni kafir bilməsə, kafirdir və öldürülməsi də vacibdir. Elə buna görə də ortaya atılacaq bu mövzuları cənab Ustad cavablandıracaq. Bir tərəfdən vəhhabi kanalları deyirlər ki, biz heç kimi təkfir etmirik və biz bilmirik ki, Həzrət Abbasın andını qəbul edək, ya xoruzun qanını (Atalar məsəli). Digər tərəfdən də dünyanın bir çox yerində şiələrin yaşadıqları məntəqələrdə qırğınlar törədilir.

Bu partlayışlarla, yayımladığınız videolarla sizin ortaya atdığınız mətləblər özünü büruzə verir, hər izləyicinin ürəyini ağrıdır və bizə çox pis təsir edir. Bu işlər, bu müftilərin verdiyi fətvaların nəticəsidir. Elə buna görə də, cənab Hacı, hər kəs üçün aydın olsun deyə, biz sizdən xahiş edirik ki, şiənin təkfir olunması barəsində olan fətvaları bir az izah edəsiniz.

Ustad Qəzvini:

Cənab Möhsinin dediyi kimi, bu cənablar bir tərəfdən deyirlər ki, biz təkfir etmirik və bu işlərinə görə Taif qətnaməsini əsas gətirirlər (biz bu mətləbləri dəfələrlə bəyan etmişik). Digər tərəfdən də onların kitabları şiələrin təkfir edilməsilə doludur. Bunu gərək izləyicilər bilsinlər ki,

من حفر بئرا لاخيه اوقع الله فيه.

Qardaşına quyu qazanı Allah ora salar (Özgəsinə quyu qazan özü düşər – Atalar sözü)

Və ya belə də deyirlər:

Quyunu heç kəsin nəsibi qərar vermə

Əvvəl özün düşərsən, sonra başqası

Onlar 7-8 əsrdir ki, müsəlmanların təkfir olunmasına hökm verirlər və müsəlmanları küfr, şirk bəhanəsilə dünyanın müxtəlif məntəqələrində, o cümlədən İraqda, Əfqanıstanda, hətta Ərəbistanda şiələri qətliam edirlər. Sonda Səudiyyə Ərəbistanının özü, bu təkfir hökmünə cəlb olundu. Elə buna görə də, gəlib Taif sessiyasını hazırladılar.

Mən bu əzizlərə ərz edirəm: Uzağa getməsinlər, indi çox insanların ixtiyarında internet və peyk antenaları mövcuddur. Müraciət etmələri kifayətdir. Baxıb görəcəklər ki, bunlar 400.000.000 (dörd yüz milyon) “La ilahə illəllah, Muhəmmədun Rəsululllah” deyən şiəni necə təkfir edirlər. Məgər bunlar müsəlman deyil ki, belə təkfir olunurlar? Əgər şiənin təvəssül və bu kimi mövzuları varsa, siz nə deyirsiniz? Halbuki, 30.000 (otuz min) nəfəri Cəməl döyüşündə və 100.000 (yüz min) nəfəri Siffeyn döyüşündə ictihad silahı ilə öldürdünüz (Yəni öldürənlərə bəraət qazandırmaq üçün dediniz ki, ictihad ediblər, lakin xəta ediblər – Müt). Məgər bu ictihad Quranın mətnindən kəsb olunmuş, Peyğəmbərin (s) sünnəsinə və səhabənin sirəsinə (davranışlarına, üsullarına – Müt) uyğun olaraq, təvəssülü doğru hesab edə bilməzmi? Yoxsa ictihad şiə tərəfdən olsa şirk və küfr hesab olunur?

Əziz izləyicilər! Baxın bu Ərəbistanın Elmi Araşdırmalar və Fətva üzrə Daimi Komitəsinin saytına, görün şiələr barəsində nə fətva verirlər?!

اقوال العلماء في رافضية الامامية اثناعشرية إن الامامية اثناعشرية من فرق الضلال

On iki imamlı rafizilər barəsində alimlərin fikri belədir: On iki imamlı (şiələr) azğın firqələrdəndir.

ولهذا حكم جمهور العلماء بكفرهم وزندقتهم.

Elə buna görə də alimlər onların kafir və zındıq (dindən dönən) olmalarına hökm veriblər.

Bunlar o qədər irəli gediblər ki, şiələrin kəsdikləri heyvanlar barəsində olan aşağıdakı sualın cavabında:

هل يحل لنا أن نأكل منها علماً بأنهم يدعون عليا والحسن والحسين وسائر ساداتهم في الشدة والرخاء ؟

Onların kəsdikləri heyvanların ətini yemək bizə halaldırmı? Halbuki bilirik ki, onlar çətin və firavan vaxtlarında Əlini, Həsəni, Hüseyni və digər böyüklərini çagırırlar.

İbn Baz, Abdullah bin əl-Ğudəyyan, Abdullah bin əl-Qaud və Əbdür-Rəzzaq Əfifinin rəhbərliyindəki Elmi Araşdırmalar və Fətva üzrə Daimi Komitə belə deyir:

الجواب / إن كان الأمر كما ذكر السائل من أن الجماعة الذين لديه من الجعفرية يدعون عليا والحسن والحسين وسادتهم فهم مشركون مرتدون عن الإسلام والعياذ بالله لا يحل الأكل من ذبائحهم لأنها ميتة ولو ذكروا عليها اسم الله . وبالله التوفيق وصلى الله على نبينا محمد وآله وصحبه وسلم

Əgər sual verənin dediyi kimi, onlarla birlikdə yaşayan Cəfərilər Əlini, Həsəni, Hüseyni və digər böyüklərini çağırırlarsa, onlar müşrikdirlər və İslamdan xaric olmuşlar. Allaha pənah, onların kəsdikləri heyvanın ətini yemək - hətta kəsərkən Allahın adını zikr etsələr belə - halal deyildir. Çünki o heyvan murdardır.

Müvəffəqiyyət Allahdandır. Allahın salavat və salamı olsun peyğəmbərimiz Muhəmmədə (s), onun ailəsinə (ə) və səhabələrinə!

Komitənin bu və bu kimi fətvalarını görmək istəyində olan dostlarımız aşağıdakı linkə müraciət edə bilərlər:

http://www.haqeeqa.net/; http://www.alifta.net/

Biz onlardan soruşuruq ki, onların bu mətləblər üçün nə dəlilləri var?

Məgər Maidə surəsinin 35-ci ayəsi təvəssülü caiz hesab etmirmi? Belə ki, Allah-Təala buyurur:

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ. (المائده/ 35)

Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapdınız. (Maidə, 35)

Bəs Yusif surəsinin 97-ci ayəsi barəsində nə deyirsiniz?

قَالُوا يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ (يوسف/97)

(Yəqubun oğlanları) dedilər: “Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik”. (Yusif, 97)

Məgər Yəqubun (ə) oğlanları müşrik idilər və ataları da onların şirkini sabit etmişdi? Məgər Yəqub onlara “Sizin üçün bağışlanma diləyəcəyəm” (Yusif, 98) demədimi? Əgər Allahdan qeyrisindən istəmək şirkdirsə, Nisa surəsinin 64-cü ayəsi barəsində nə deyirsiniz? Allah-Təala buyurur:

وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا (النساء/64)

Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman, sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər. (Nisa, 64)

Bilal bin Haris adlı səhabənin hadisəsi barəsində nə deyirsiniz bəs? O, belə deyir:

يا رسول الله قد هلك الناس فاستسقي امتك .

Ey Allahın rəsulu, insanlar bu qəhətlikdən həlak oldular, öz ümmətinin dadına yetiş, onlara yağış tələb et!

Bu məsələni Ömər bin əl-Xəttab üçün də qeyd etmək olar. Siz niyə cənab xəlifəyə demirsiniz ki, sən müşriksən? Biz cənab İbn Bazdan soruşuruq ki, səhabələr və cənab Ömər haqqında təkfir hökmü verib ya yox?

Bizim Ömərin belə dediyi barəsində hədisimiz də mövcuddur:

اللهم إنا كنا نتوسل إليك بنبينا صلى الله عليه وسلم فتسقينا وإنا نتوسل إليك بعم نبينا فاسقنا.

Ey Allah, biz Peyğəmbərimizi (s) Sənə vasitə qərar verirdik ki, bizə yağış yağdırasan! İndi isə biz Peyğəmbərimizin (s) əmisini Sənə vasitə qərar veririk, bizə yağış yağdır.

Səhih əl-Buxari, c.2, s.16 (onlayn mənbə: c.3, s.1360, h.3507)islamport.com; hadith.al-islam.com

Əgər onlar deyirsə ki, onda Peyğəmbər (s) diri idi, biz də cavabında deyirik ki, şiənin şəhidləri də diridir. İmam Həsən (ə), İmam Hüseyn (ə) və digər imamlar (ə) da hamısı şəhid olublar. Digər tərəfdən əgər Peyğəmbərin (s) sağlığında ona təvəssül etmək olursa, bəs siz hansı dəlilə əsasən deyirsiniz ki, o Həzrətin (s) vəfatından sonra ona təvəssül etmək olmaz? Caiz olan bir məşru (şəriətə müvafiq olan) əmr daha sonra caiz olmur? Əgər desəniz ki, heç bir qeyd-şərt olmadan, Allahdan başqasını çağırmaq şirkdir, onda siz gərək cənab Əbu Bəkr və Ömərin şirk etdiyini deyəsiniz. Əgər desəniz, həyatda olmaq şərtilə təvəssül edilə bilər, onda biz də deyirik ki, şəhidlər də diridirlər. Bütün bəndələr Allahın yanındadırlar (hüzurundadırlar – Müt).

وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ (البقره/ 115)

Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir. (Bəqərə, 115)

Siz deyirsiniz ki, Allah ərşin üstündə qərar tutub, bəndələrinin halından xəbərsizdir, sübh vaxtı bəndələrinə baş çəkir, sonra da yenidən ərşə qayıdıb istirahət edir, əlbəttə biz belə bir Allahı qəbul etmirik. Çünki sizin dediyiniz belə bir allahı nə Quran təsdiqləmir, nə də Peyğəmbər (s) qəbul etmir. Əgər siz bizi bu işlərə görə (təvəssül etdiyimizə görə - Müt.) təkfir edirsinizsə, biz bu təkfirlə fəxr edirik.

Cənab İbn Cibrin rəsmən belə bir fətva veribdir:

لا يحل ذبح الرافضي ولا أكل ذبيحته ، فإن الرافضة غالباً مشركون حيث يدعون علي بن أبي طالب دائماً في الشدة والرخاء حتى في عرفات والطواف والسعي ، ويدعون أبناءه وأئمتهم كما سمعنا مراراً ، وهذا شرك أكبر وردة عن الإسلام يستحقون القتل عليها

Rafizinin kəsdiyi heyvan halal deyil və onların kəsdikləri heyvanları yemək də halal deyildir. Rafizilər çox vaxt müşrik olurlar, belə ki, onlar Əli bin Əbu Talibi çətin və firavan vaxtlarında daim çağırırlar. Hətta dəfələrlə eşitdiyimiz kimi, Ərəfatda, təvaf və səy edəndə də onlar Əlinin (ə) oğlanlarını və öz imamlarını çağırırlar. Bu böyük bir şirkdir, İslamdan xaric olmaqdır. Onlar bu işə görə öldürülməyə layıqdir.

http://ibn-jebreen.com/; http://islamqa.info/

Belə muzdur müftilərin bu cür fətvaları onlarla, yüzlərlə günahsız şiələrin İraqda, Əfqanıstanda, İranda və Pakistanda parça-parça olmalarına bais olmuşdur. Bunlar bu gün oyaq vicdanların mühakiməsinə tuş gəlmələrilə və minlərlə lənətin onlara yağdırılması ilə bərabər, sabah – qiyamət günü, ilahi ədalət məhkəməsində də mühakimə olunacaqlar. Bu bir nümunə idi.

Digər bir nümunə də budur ki, şərafətli Məkkə hərəminin imamı, cənab Şeyx Adil əl-Kəlbani BBC radiosunda belə deyir:

تكفير عامة الشيعة يمكن أن يكون فيها نظر، أما بخصوص علمائهم فأرى أنهم كفار، بدون تمييز.

Biz şiənin avamlarını təkfir etməyimiz barəsində gərək diqqətli olaq və bunu araşdıraq. Görək küfrün meyarları onlarda var, ya yoxdur? Lakin şiənin alimlərinin küfr etməsi barəsində olan nəzərim isə budur ki, onlar heç bir şəkk-şübhə olmadan kafirdirlər.

http://www.al-wlf.com/; http://www.burnews.com/

Bu cənabın bir hərf qədər savadı yoxdur. Mən onun keçmişini də bəyan etmirəm. O, elə bir kanalda gəlib bu sözləri deyir ki, hamı o kanalın necəliyindən agahdır. O, bütün şiə alimlərini kafir adlandırır.

Onun bu sözü etirazların böyüməsinə səbəb oldu və Məlik Abdullah onu Məkkənin imamlığından kənarlaşdırmağa məcbur oldu.

İndi başqa bir nümunəni də bəyan etmək olar. Vəhhabi kanallarının aqressiv şəxslərindən olan cənab Məhəmməd əl-Arifi Bəvaridiyyə məscidinin cümə namazlarından birində rəsmən belə bir elan verir:

إن مذهب التشيع "أساسه المجوسية"، وهي ديانة كانت سائدة في بلاد فارس قبل الإسلام، ...

Şiə məzhəbi Məcusilik əsasında yaranmışdır və İslamdan əvvəl Fars əyalətlərində geniş yayılmışdır. Bu məzhəb o qədər irəliyə getmişdir ki, şiənin küfrünü isbat etmişdir.

http://islamstory.com/; http://www.alarabiya.net/

Biz bilmirik bunlar nə yeyiblər ki, belə sözlər danışırlar. Sonra yenə də deyirlər ki, biz heç kəsi təkfir etmirik, mühakimə etməyi camaatın və əziz izləyicilərin öhdəsinə qoyuruq.

Dünən gecə ölkənin şərqində bir əhli-sünnə alimi belə deyirdi: “Biz vəhdət istəyirik, gərək vəhdətə mane olan amilləri araşdıraq. Alimlər gərək oturub bu amilləri və onun şərtlərini araşdırsınlar.”

Biz də cavabında belə deyirik:

İki il olar biz deyirik ki, gəlin, oturaq söhbət edək, görək problem nədir. Bizim əhli-sünnə ilə problemimiz yoxdur. Gələcəkdə də Həzrət Bəqiyyətullahın (ə.f) inayəti ilə yaxşı addımlar atılacaq. Bizim vəhhabi uşaqları ilə problemimiz var. Bu uşaqlar vəhhabiyyətin səsgücləndiricisi olublar. Gecə yatırlar, səhər şiənin kafir olmasına hökm verirlər. Özlərini döyürlər və qışqırırlar ki, oğrunu tutun!

Bunlarla gərək İmam Baqirin (ə) buyurduğu kimi rəftar edəsən. İmam (ə) belə buyurub: “Gərək bunları rüsvay edəsən ki, həqiqətlər camaat üçüb aşkar olsun.” Onların əhli-sünnəyə etdikləri zülm bundan ibarətdir ki, onlar öz yalanlarını əhli-sünnənin nümayəndəsi kimi təqdim edirlər. Biz dəfələrlə şiə cavanlarına demişik ki, bunların əhli-sünnə ilə heç bir əlaqəsi yoxdur. Onlar bu sözləri ayıq başla deyil, sərxoş başla deyirlər. Əgər onlar 3-4 veriliş Səudiyyə Ərəbistanının istəyinə uyğun proqram hazırlayıb verməsələr, büdcələri kəsiləcək və tarixin çör-çöpünə qarışacaqlar.

Aparıcı:

Hacı, məsələləri yaxşı ortaya qoydunuz və hamımız faydalandıq. Onların bəzisi öz ideoloqları olan Məhəmməd ibn Əbdül-Vəhhabdan da bir addım irəli gedərək deyirlər ki, şiələr zinazadədir. Elə buna görə də sizdən xahiş edirik ki, bunu bir az izah edəsiniz!

Ustad Qəzvini:

Biz istəmirik bu məsələni burada ortaya ataq. Lakin onlar birbaşa zəif rəvayətləri oxuyurlar. Əhli-beytin (ə) düşmənçiliyindən xəbər verən, onların öz kitablarında onlarla, və ya yüzlərlə belə hədis mövcuddur.

Siz sual verdiyinizə görə, mən İbn Teymiyyə və Muhəmməd bin Əbdül-Vəhhabın öz kitablarından bu məsələni sizə göstərəcəyəm. Camaat da başa düşsün ki, bunların nəinki dinləri yoxdur, hətta vicdanları belə yoxdur. Xuliqan adamlar ağızlarına nə gəlir danışırlar və şiələrə böhtan atırlar. İslamda əgər biri digərinə zina nisbəti verərsə qəzf (onun özünü cazalandıraraq 80 şallaq vurarlar -Müt) həddi ona vurular. Bir şeyxül-islam və ideal insan necə belə sözləri dilinə gətirə bilər?

Bu kitab İbn Teymiyyənin fətvalarından bəhs edən kitabdır. O, bu kitabda deyir:

وَقَدْ لَا يَكُونُ مِنْ الرَّافِضَةِ مَنْ لَهُ نَسَبٌ صَحِيحٌ مُسْلِماً فِي الْبَاطِنِ.

Rafizilərin heç biri pak bir nəsəbə malik deyildir (yəni, zinazadədir – Müt) və batində müsəlman da deyillər.

İbn Teymiyyə, Məcmu əl-fətava, c.35, s.142; onlayn mənbə: islamweb.net

İbn Teymiyyə, əl-Fətava əl-kubra, c.3, s.501; onlayn mənbə: islamport.com

Cənab İbn Həcər əl-Əsqəlani “Fəth əl-Bari” kitabının əvvəlində yazır:

Şiə odur ki, Peyğəmbərin (s) əhli beytini (ə) sevir. Rafizi odur ki, Əli bin Əbu Talibin (ə) Əbu Bəkr, Ömər və Osmandan əvvəl xəlifə olmasının lazım olduğuna etiqad bəsləyir.

Mən güman etmirəm dünyada elə bir şiə tapmaq olmaz ki, Əli bin Əbu Talibin (ə) Əbu Bəkr, Ömər və Osmandan üstün olmasına əqidə bəsləməsin.

Məhəmməd ibn Əbdül-Vəhhab deyir:

أن الرافضة أكثر الناس تركاً لما أمر الله وإتياناً لما حرمه.

Rafizilər Allahın əmrlərini ən çox tərk edən və haramlarını ən çox yerinə yetirən insanlardır.

وأن كثيراً منهم ناشيء عن نطفة خبيثة موضوعة في رحم حرام ولذا لا ترى منهم إلا الخبيث اعتقاداً وعملاً وقد قيل كل شيء يرجع إلى أصله .

Onların çoxunun nütfəsi xəbisdir və haram rəhmlərdə qərar tutublar. Buna görə də onların əqidə və əməllərini xəbis olaraq görürsən. Belə də deyirlər ki, hər kəs öz əslinə aiddir.

Risalə fi ər-rədd əla ər-rafizə, c.1, s.39 (onlayn mənbə: shamela.ws)

Gərək bu ideal insana “afərin!” və “bəh-bəh!” deyəsən və bu atalar sözünü də əlavə edəsən!

اذا كان غرابٍ دليل قوم فيهديهم الي جف كلابٍ

Əgər bir tayfanın bələdçisi qarğa olarsa, onda o qarğa onları itlərin leşinə tərəf aparar.

Görəsən bu cür sözləri dəlidən başqası deyə bilərmi? Hətta sərxoş adam belə sözləri dilinə gətirməz.

Bu adam başqa bir yerdə də belə deyir:

فهؤلاء الإمامية خارجون عن السنة بل عن الملة واقعون في الزنا وما أكثر ما فتحوا على أنفسهم أبواب الزنا في القبل والدبر فما أحقهم بأن يكونوا أولاد الزنا - حمانا الله وإياكم معاشر الإخوان من اتباع خطوات الشيطان.

On iki imamçı şiələr Peyğəmbər (s) sünnəsindən və İslam dinindən xaric olublar. Onlar həmişə zina edirlər. Zinanın qapılarını özləri üçün həm öndən, həm də arxadan açıblar. Onlara haqq olaraq “zinazadə” demək olar. Allah qorusun! Ey qardaşlar, sizi şeytana tabe olmaqdan çəkindirirəm.

Risalə fi ər-rədd əla ər-rafizə, c.1, s.42 (onlayn mənbə: shamela.ws)

Biz bu vəhhabi kanallarının ekspertlərinə deyirik:

Gərək buna dini əsaslarla cavab verəsiniz! Yadınıza gəlirmi ki, şiələrə söz atan bu ekspert Allahın ərşdə, kürsünün üstündə oturduğunu, ayağını cəhənnəmin içinə saldığını deyirdi? Bu cür məsələlər sizin böyük liderlərinizin kitablarında daha çoxdur. Əgər bir nəfər İbn Teymiyyə və İbn Əbdül-Vəhhabı bunların belə bir qara dosyaya və şiələrə dediyi sözlərə sahib olması ilə bərabər müdafiə etsə, arsızlığı özü üçün qəbul etmiş olur.

Bizim səyimiz budur ki, məsələləri elə həmin yerdə göstərək. Biz bu mətləbləri “Cami əl-kəbir” proqramında ələ gətirmişik. Bu proqram bütün əzizlərimizdə var və onu əldə edə bilərlər. Həmçinin “Vilayət” kanalı ilə də əlaqə saxlayıb bu proqramı əldə edə bilərlər. Nömrə versinlər, əzizlərimiz də bu proqramı onlara göndərsinlər. Biz bilmirik ki, vəziyyət nə yerdədir, Həzrət Abbasın andı düzdür, yoxsa xoruzun qanı?

Aparıcı:

Burda sizə başqa bir sual ünvanlayım. O da bundan ibarətdir ki, vəhhabi kanalları şiə kitablarında nasibilərlə bağlı olan rəvayətləri birbaşa əhli-sünnəyə nisbət verirlər və deyirlər ki, şiələr nasibi deyərkən əhli-sünnəni nəzərdə tutur. Digər tərəfdən də iddia edirlər ki, şiə kitablarında əhli-sünnənin qanının halal olduğu, onların başına divarların uçurulmasının lazım olduğu yazılıb. Buna görə də sizdən xahiş edirəm ki, əziz izləyicilərimiz üçün həqiqətlər aşkar olsun deyə, bu hədisi və nasibilərin kim olduğunu izah edəsiniz.

Ustad Qəzvini:

Qeyd etmək lazımdır ki, bu kanalları izləyənlər onların əhli-sünnədə kin-küdurət yaratmaq və onların hisslərini təhrik etmək üçün hər gecə bu rəvayəti şiələrin əleyhinə bir silah kimi istifadə etdiklərini və bu işi elə bu formada davam etdirdiklərini bilirlər. Onlar bu rəvayəti ortaya atıb deyirlər ki, bu, sizin kitablarınızda gəlmişdir. Biz bilmək istəyirik ki, keçmiş alimlərin nəzəri bu barədə nədir və bu rəvayətlə bağlı sizin vəziyyətiniz nə yerdədir?

Onların bəhanə olaraq gətirdikləri bu hədisi Şeyx Səduq (r.ə) səhih sənədlə atasından belə nəql edir:

أبي رحمه الله قال : حدثنا سعد بن عبد الله عن أحمد بن محمد عن علي ابن الحكم عن سيف بن عميرة عن داود بن فرقد ، قال : قلت لأبي عبد الله عليه السلام ما تقول في قتل الناصب ،

Atam (r.ə) deyirdi: Səd bin Abdullah, Əhməd bin Muhəmməddən, o da Əli bin Həkəmdən, o da Seyf bin Umeyrədən, o da Davud bin Fərqəddən belə dediyini nəql edir: İmam Sadiqə (ə) ərz elədim: “Nasibilərin öldürülməsi barəsində nə deyirsiniz?”

قال : حلال الدم ولكني أتقي عليك ، فان قدرت أن تقلب عليه حائطا أو تغرقه في ماء لكيلا يشهد به عليك ، فافعل ، قلت : فما ترى في ماله ؟ قال : توه ما قدرت عليه .

Cavabında belə buyurdu: “Qanları halaldır. Lakin mən sənin üçün qorxuram. (Yəni, sən bu qətli icra etsən öldürülə bilərsən). Əgər imkanın varsa, gizli surətdə və heç kəs səni görməmək şərtilə onların başına divar uçurdaraq, və ya onları suda boğmaqla öldürə bilərsən.” Həzrətə (ə) ərz etdim: “Bəs onların malları barəsində nə deyə bilərsiniz?” Həzrət (ə) buyurdu: “Əgər imkan varsa, o malları məhv et!”

İləl əş-şəraye, Şeyx Səduq, c.2, s.601(onlayn mənbə: shiaonlinelibrary.com)

Bizim onlara deyəcək sözümüz var. Bu hədisdə nasibilərin qətli barədə sual soruşulur. Buna əsasən də bu hədisin əhli-sünnə ilə əlaqəsi yoxdur. Əksinə, bu hədis nasibilərə aiddir.

Əgər siz doğru deyirsinizsə və xəstə deyilsinizsə, gəlin əhli-sünnə ilə rəftar barəsində İmam Sadiqdən (ə) soruşulan və səhih sənədlə o Həzrətdən (ə) nəql olunan bu hədisi də oxuyun!

وعن محمد بن يحيى ، عن أحمد بن محمد، عن علي بن الحكم ، عن معاوية بن وهب قال : قلت له كيف ينبغي لنا أن نصنع فيمابيننا وبين قومنا وبين خلطائنا من الناس ممن ليسوا على أمرنا

Məhəmməd bin Yəhya, Əhməd bin Məhəmməddən, o da Əli bin Həkəmdən, o da Müaviyə bin Vəhbdən belə dediyi nəql olunur: İmam Sadiqə (ə) ərz etdim: Öz qövmümüzlə və bizimlə birgə yaşasa da, bizim yolumuz üzərində olmayan (əhli-sünnə) ilə necə rəftar edək?

İmam (ə) buyurmadı ki, onları başlarına divarı yıxın. Əksinə, belə buyurdu:

تنظرون إلى أئمتكم الذين تقتدون بهم فتصنعون ما يصنعون،

Əgər (əhli-sünnə ilə) necə rəftar etməyi bilmək istəyirsinizsə, onda İmamlarınızın (ə) onlarla necə rəftar etdiyinə baxın! Onlar necə rəftar ediblərsə, siz də elə rəftar edin!

فوالله إنهم ليعودون مرضاهم ، ويشهدون جنائزهم ، ويقيمون الشهادة لهم وعليهم ، ويؤدو الأمانة إليهم

And olsun Allaha, İmamlarınız (ə) onların xəstələrinə baş çəkirdilər, cənazələrinə qatılır, məhkəmələrdə onların lehinə, və ya əleyhinə şəhadət verirdilər və onların əmanətlərini geri qaytarırdılar.

Şeyx əl-Kuleyni, əl-Kafi, c.2, s.636 (onlayn mənbə: alseraj.net)

Biz əhli-sünnə qardaşlarımızdan xahiş edirik, diqqətli olsunlar ki, qəlb xəstəliyindən danışanlar rüsvay olsunlar. İmam Baqir (ə) da buyurub ki, onları rüsvay edin! İbn Teymiyyənin 10-15 nəfərə “şiə kafirdir, dinsizdir, zinazadədir” dediyi zaman artıq keçmişdir. Çünki bu gün artıq informasiya əsridir və şiə də Həzrət Bəqiyyətullahın (ə.f) duaları ilə blokadadan çıxıb öz səsini dünyaya çatdıra bilir.

Əgər siz düz deyirsinizsə və qəlbiniz xəstə deyilsə, gəlin bu rəvayəti oxuyun! Çünki bu rəvayət nasibilərə aid deyil, əhli-sünnə ilə bağlı olan bir rəvayətdir. Əbu Üsamənin Zeyd Şəhhamdan, o da İmam Sadiqdən (ə) nəql etdiyi bu rəvayəti də oxuyun!

عن ابى اسامة زيد الشحام قال : قال لى ابوعبدا لله عليه السلام : اقرأ على من ترى انه يطيعنى منهم و يأخذ بقولى السلام و اوصيكم بتقوى الله عزوجل و الورع فى دينكم و الاجتهاد لله و صدق الحديث و اداء الامانة و طول السجود و حسن الجوار ، فبهذا جاء محمد صلى الله عليه و آله ، أدّوا الامانة الى من ائتمنكم عليها بَرّاً او فاجراً فان رسول الله كان يأمر بأداء الخيط و المخيط . صلوا عشائركم و اشهدوا جنائزهم و عودوا مرضاهم و أدوا حقوقهم فان الرجل منكم اذا ورع فى دينه و صدق الحديث و أدّى الامانة و حسن خلقه مع الناس قيل هذا جعفرى فيسرّنى ذلك .

Əbu Üsamə Zeyd əş-Şəhham dedi: İmam Sadiq (ə) buyurdu: “Bizə itaət etdiyini bildiyin və bizim sözümüzü eşitdiyini düşündüyünə salamımı çatdır! Sizi dininizdə təqva və vərəyə sahib olmağı, Allah yolunda çalışmağı, düz danışmağı, əmanətə vəfa etməyi, səcdələrnizi uzatmağı, (əhli-sünnədən olan) qonşularınızla yaxşı rəftar etməyi tövsiyə edirəm. Həzrət Məhəmməd (s) də bunlara görə peyğəmbərliyə seçilmişdi. Sizə əmanət verən - istər yaxşı insan olsun, istər günahkar - onun əmanətini sahibinə qaytarın. Şübhəsiz Allahın rəsulu (s) iplik və ya iynə belə olsa, əmanətin sahibinə verilməsini əmr edərdi. Tayfalarınızdakı (əhli-sünnədən olanların) meyyitlərinə namaz qılın, cənazələrində iştirak edin, xəstələrinə baş çəkin və haqlarına riayət edin. Əgər içinizdən hər kim dinində vərə sahibi olsa, düz danışsa, əmanəti sahibinə qaytarsa, insanlarla gözəl əxlaqla rəftar etsə, ona “Cəfəri” deyərlər və mən də xoşhal olaram.”

Şeyx əl-Kuleyni, əl-Kafi, c.2, s.636 (onlayn mənbə: alseraj.net)

Biz onlara deyirik ki, onlar şiə və sünninin hislərini təhrik etmək üçün öz qəlblərinin xəstəliklərini bu qədər peyk antenalarında nümayiş etdirməsinlər. Əhli-sünnə ilə davranmaq barədə Məsumların (ə) nəzəri deyildiyi kimi belədir.

Amma şiənin nasibilərə olan münasibəti haqqında şiənin əsas fiqhi mənbəsi olan mərhum ən-Nəcəfinin “Cəvahir əl-kəlam” kitabında belə deyilir:

والجهلاء يتوهمون أن كل مخالف ناصب، وليس كذلك إلى آخره

Cahil şiələr belə güman edir ki, bütün müxaliflər (əhli-sünnə) nasibidirlər. Lakin bu belə deyil.

بل عن القاموس " النواصب وأهل النصب المستدينون ببغض علي (عليه السلام)

Əksinə, nasibi o kəsdir ki, Əli (ə) ilə düşmənçiliyi özü üçün din olaraq qəbul edir. Yəni, onların dindarlığı Əli bin Əbu Talibə (ə) olan düşmənçilikdən ibarətdir.

لأنهم نصبوا له أي عادوه انتهى .

Çünki bunlar özlərini Əli bin Əbu Taliblə (ə) düşmənçilik etməyə həsr ediblər.

ويؤيده ما في المعتبر والمنتهى.

Bu məsələni Əllamə Hillinin “əl-Mötəbər” və “əl-Müntəha” kitablarında gələn yazılar da təsdiqləyir.

أنهم الخوارج الذين يقدحون في علي ( عليه السلام )

Xəvaric o kəslərdir ki, Əliyə (ə) qarşı cəsarət ediblər.

Şeyx əl-Cəvahiri, Cəvahir əl-kəlam, c.6, s.66 (onlayn mənbə: shiaonlinelibrary.com)

Biz bu yerdə əhli-sünnəyə sual veririk: Əliyə (ə) qarşı cəsarət edənin hökmü nədir?

XX əsr alimlərdən olan İmam Xomeyni özünün “Təharət” kitabında yazır:

ثمّ إنّ المتيقّن من الإجماع هو كفر النواصب والخوارج؛ أي الطائفتين المعروفتين، وهم الذين نصبوا للأئمّة (عليهم السّلام أو لأحدهم بعنوان التديّن به؛ وأنّ ذلك وظيفة دينية لهم،

Şiə alimlərindən və icmasından ələ gələn yəqinlik budur ki, nasibi və xəvaric kafirdirlər. Bunlar o kəslərdir ki, İmamlara (ə) qarşı nalayiq ifadələr işlədir, onlara düşmənçiliklərini izhar edirlər. Bunlar bu işə özlərinə din olaraq etiqad edirlər və bunu özlərinə dini vəzifə bilirlər.

Seyyid əl-Xomeyni, Kitab əl-Təharət, c.3, s.457 (onlayn mənbə: shiaonlinelibrary.com)

Sonra deyir: Bizim hədislərimiz də bu məsələni təsdiq edir.

Həmin məna cənab əl-Murtaza əl-Hüseyni əz-Zəbidinin “Tac əl-Ərus min cəvahir əl-qamus” kitabında belə gəlmişdir:

(النَّوَاصِبُ ، والنّاصِبيَّةُ، وأَهْلُ النَّصْبِ) : وهم (المُتَدَيِّنُون ببِغْضَةِ) سيّدِنا أَميرِ المُؤْمنينَ ويَعْسُوب المُسْلِمينَ أَبي الحسنِ (عَلِيّ) بْنِ أَبي طالبٍ ، (رضِيَ الله) تعالى (عَنْهُ)

Nasibilər: onlar möminlərin əmiri və müsəlmanların rəhbəri olan Əbul-Həsən Əli bin Əbi Talibə (r.a.) olan düşmənçiliyi özlərinə din olaraq qəbul edirlər.

Tac əl-ərus, c.4, s.277 (onlayn mənbə: shamela.ws)

Biz əhli-sünnədən soruşuruq ki, görəsən bu boşboğazlıqlar əhli-sünnəyə təhqir deyilmi? Əgər bir axund gəlib belə sözləri əhli-sünnəyə nisbət versə, biz o axundu məhkum edərik. Bizim Ayətullah Xoyi kimi alimlərimiz də həmçinin, belə mətləbləri məhkum edir. Şiənin məntiqi budur.

Həmçinin “Lisan əl-ərəb” kitabında nasibilər haqqında belə deyilir:

والنواصب: قوم يتدينون ببغضة علي ، عليه السلام.

Nasibilər Əlinin (ə) düşmənçiliyini bir din olaraq qəbul edirlər.

Lisan əl-ərəb, c.1, s.762 (onlayn mənbə: shamela.ws)

Bu mətləblərdən kamil surətdə aydın olur ki, bunlar özlərinə xas bir xəstəliklə gəlib belə deyirlər ki, gərək bütün sünniləri öldürəsən, divarı onların başlarına uçurdasan. Biz isə cavabında belə deyirik: Əgər əhli-sünnənin dini Əli (ə) ilə düşmənçilik etməkdirsə, onda mühakimə etmək onların boynunadır. Əgər belə deyilsə, onda mənim əqidəm budur ki, əhli-sünnə alimləri və onun elmi akademiyaları gəlib öz heysiyyatlarını müdafiə etsinlər. Ta ki, bir nadan şiə cavanı gəlib deməsin ki, İmam Sadiqin (ə) göstərişinə görə bütün sünnilər nasibidirlər və öldürülmələri vacibdir. Bu cür mətləblərin vəhhabi kanalından bəyan olunması camaatın fikrini azdırmaq deyilmi?

İbn Əbd əl-Birr səhabələr haqqında yazdığı kitabda Rəbiə əs-Suləmi barəsində belə yazır:

قال أبو عمر وأما ربيعة بن يزيد السلمي فكان من النواصب يشتم عليا رضي الله عنه

Əbu Ömər deyir ki, Rəbiə bin Yezid əl-Suləmi nasibilərdən idi və Əlini (ə) söyürdü.

əl-İstiab, c.2, s.493 (onlayn mənbə: shamela.ws)

Əzizlərimiz “əl-Müstədrək əla əs-səhiheyn” kitabında olan bu rəvayətə diqqət etsinlər!

حدثنا أبو عبد الله محمد بن عبد الله الصفار ثنا أبو عبد الله محمد بن عبد الله بن الحسن الأصبهاني ثنا محمد بن بكير الحضرمي ثنا محمد بن فضيل الضبي ثنا أبان بن جعفر بن ثعلب عن جعفر بن إياس عن أبي نضرة عن أبي سعيد ل الخدري رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم والذي نفسي بيده لا يبغضنا أهل البيت أحد إلا أدخله الله النار.

Əbu Əbdillah Muhəmməd bin Əbdillah əs-Səffar, Əbu Əbdillah Muhəmməd bin Əbdillah bin əl-Həsən əl-İsfahanidən, o da Muhəmməd bin Bəkir əl-Xəzrəmidən, o da Muhəmməd bin Fuzeyl əl-Zəbidən, o da Əban bin Cəfər bin Səlibdən, o da Cəfər bin İyasdan, o da Əbu Nəzrədən, o da Əbu Səid əl-Xudridən belə dediyini nəql edirlər: Allahın rəsulu (s) buyurmuşdur: Biz Əhli-beytə (ə) düşmənçilik edən hər kəsi Allah cəhənnəmə daxil edər.

Biz sual veririk ki, bu rəvayət Əhli-beytə (ə) olan düşmənçiliyi hər bir insanın həlakət səbəbi kimi göstərmirmi?

Davamında Hakim ən-Nisaburi deyir:

هذا حديث صحيح على شرط مسلم ولم يخرجاه

Bu hədis Müslimin şərtilə səhihdir, lakin o, bu hədisi (öz kitabında) təxric etməmişdir.

əl-Müstədrək əla əs-səhiheyn c.3, s.162, h.4717 (onlayn mənbə: shamela.ws)

Başqa bir hədisdə Malik bin Ənəsin belə dediyini oxuyuruq:

أبو بكر مردويه عن أحمد بن محمد بن الصباح النيسابوري عن عبد الله بن أحمد بن حنبل عن أحمد قال : سمعت الشافعي يقول : سمعت مالك بن أنس يقول : قال أنس بن مالك : ما كنا نعرف الرجل لغير أبيه إلا ببغض علي بن أبي طالب.

Əbu Bəkr Mərdəveyh Əhməd bin Muhəmməd bin əs-Səbbah ən-Nisaburidən, o da Abdullah bin Əhməd bin Hənbəldən, o da Əhməddən belə nəql edir: əş-Şafeidən eşitdim ki, belə deyirdi: Malik bin Ənəsdən eşitdim ki, belə deyirdi: Ənəs bin Malik deyir: Biz bir şəxsin haramzadə olmasını onun Əli bin Əbu Taliblə (ə) düşmənçiliyindən bilirdik.

İbn Şəhr Aşub, Mənaqib Ali Əbi Talib, c.3, s.10 (onlayn mənbə: shiaonlinelibrary.com)

Bu hədisin sənədi tamamilə səhihdir. Çünki bu rəvayətin sənəd silsiləsi elədir ki, onun barəsində söz danışmağa dəyməz.

Yenə də “Səhih Müslim”də belə bir hədis gəlmişdir:

حدثنا أبو بَكْرِ بن أبي شَيْبَةَ حدثنا وَكِيعٌ وأبو مُعَاوِيَةَ عن الْأَعْمَشِ ح وحدثنا يحيى بن يحيى واللفظ له أخبرنا أبو مُعَاوِيَةَ عن الْأَعْمَشِ عن عَدِيِّ بن ثَابِتٍ عن زِرٍّ قال قال عَلِيٌّ وَالَّذِي فَلَقَ الْحَبَّةَ وَبَرَأَ النَّسَمَةَ إنه لَعَهْدُ النبي الْأُمِّيِّ صلى الله عليه وسلم إلي أَنْ لَا يُحِبَّنِي إلا مُؤْمِنٌ ولا يُبْغِضَنِي إلا مُنَافِقٌ.

Bizə Əbu Bəkr bin Əbi Şeybə rəvayət etdi (və dedi): Vəki və Əbu Muaviyə bizə əl-Aməşdən, (ح - sənədlərin birləşdirilmə işarəsidir) Bizə Yəhya bin Yəhya rəvayət etdi (və dedi): Əbu Muaviyə bizə əl-Aməşdən, oda Ədiy bin Sabitdən, o da Zirrdən belə dediyini xəbər verdi: Əli belə buyurdu: And olsun toxumu yarana və canları yaradana ki, Peyğəmbər (s) öz vəsiyyətlərinin birində mənə buyurdu: Səni yalnız mömin sevər və səninlə yalnız münafiq düşmənçilik edər.

Səhih Müslim, c.1, s.86, h.131-(78) (onlayn mənbə: shamela.ws)

Bu məsələlər tamamilə aydındır.

Bir neçə gün əvvəl bizim əhli-sünnə alimləri ilə bəhsimiz oldu. Onlar rafizinin şiə olmamasına etiqad edirdilər. Onlar deyirdilər ki, bizim rafizilərdən məqsədimiz o kəslərdir ki, səhabələrə qarşı nalayiq ifadələr işlədirlər.

Əzizlər diqqət etsinlər! Bu, cənab İbn Həcər əl-Əsqəlanidir. Bu şəxs o dörd şəxsdən biridir ki, əhli-sünnə onun süfrəsinin ətrafında oturur. əl-Əsqəlani deyir:

والتشيع محبة على وتقديمه على الصحابة

Şiələr o kəslərdir ki, Əlini (ə) sevir və onu digər səhabələrdən üstün bilirlər.

فمن قدمه على أبي بكر وعمر فهو غال في تشيعه ويطلق عليه رافضي، وإلا فشيعي،

Hər kəs Əlini (ə) Əbu Bəkr və Ömərdən üstün bilsə, öz şiəliyində ğuluvv etmiş və rafizi hesab olunur. Yox, əgər Əlini (ə) onlardan üstün bilməsələr, onda şiədirlər.

فإن اضاف إلى ذلك السب أو التصريح بالبغض فغال في الرفض

Əgər Əlinin (ə) onlardan üstün bilməklə yanaşı, onlara nalayiq sözlər söyləsə, və ya buğz etsə, onda ğuluvv etmiş rafizidir.

Müqəddimə Fəth əl-Bari, c.1, s.459 (onlayn mənbə: shamela.ws)

Buna əsasən də bunlar gəlib “şiə”, “ğuluvv edən şiə”, “rafizi”, “ğuluvv edən rafizi” düzəltdilər. Onların kitablarının harasında “rafizi” kəlməsi işlənsə, məqsəd “şiə”dir. Çünki bütün şiələr Əlinin (ə) Əbu Bəkr və Ömərdən üstün olduğuna etiqad bəsləyirlər və yer kürəsində belə əqidəyə malik olmayan şiə tapmaq olmaz. Əsasən şiə ilə sünni arasında əsas fərq şiələrin Həzrət Əlinin (ə) Həzrət Peyğəmbərdən (s) sonra fasiləsiz olaraq xəlifə olmağına etiqad bəsləmələridir. Lakin sünnilər birinci xəlifə Əbu Bəkr... və nəhayətdə dördüncü xəlifə Əlinin (ə) olmasına etiqad bəsləyirlər.

Bu araşdırılan mətləblər elmi və etiqadi məsələlərdir. Amma “bir-birini təkfir etmək”, “fasiq elan etmək”, “bir-birini öldürməyi caiz bilmək” məsələləri başqa bir yerdə araşdırılmalıdır.

Bunlar əhli-sünnə alimlərinə səhvə düçar olduqları üçün söylədiyim bəzi məqamlar idi.

Aparıcı:

Cənab Ustadın ortaya atdığı bəhs budur ki, biz gərək nasibiləri əhli-sünnədən ayıraq. Çünki əhli-sünnə nəinki Əhli-beytə (ə) düşmənçilik bəsləyir, onlara düşmənçilik bəsləyən nasibilərin əksinə olaraq özlərini Əhli-beyti (ə) sevənlərdən hesab edirlər. Eyni zamanda cənab Ustad nasibi mövzusunu lüğəvi və terminoloji baxımdan hamının istifadə etməsi üçün ortaya qoydu və şiə ilə sünni arasında təfriqə yaratmaq istəyənləri ifşa etdi.

Ustad Qəzvini:

Cənab Möhsininin sözlərini təsdiq edirəm və ona on iki imamlı Mövləvi də demək olar. Çünki onun əhli-sünnə ilə çox gözəl əlaqələri mövcuddur. Biz istəyirik ki, bütün dostlar, tələbələr, həmçinin bizim tələbələr də əhli-sünnə ilə rəftar və danışıqlarında bu cür olsunlar.

Yüzlərlə müctəhidi tərbiyə edən, müasir alimlərimizdən olan Ayətullah Xoyi (r.ə) əhli-sünnə ilə əlaqədar özünün “Təharət” kitabında yazır:

إن أهل الخلاف منكرون لما ثبت بالضرورة من الدين وهو ولاية أمير المؤمنين - ع - حيث بينها لهم النبي - ص- وأمرهم بقبولها ومتابعتها وهم منكرون لولايته - ع - وقد مر أن انكار لضروري يستلزم الكفر والنجاسة .

Əhli-xilaf (yəni, əhli-sünnə) dinin zərurətini inkar edir. Bu zərurət Əmir əl-mömininin (ə) vilayətidir. Belə ki, Peyğəmbər (s) onlara bunu bəyan etmişdi və onlara əmr etmişdi ki, bu vilayət qəbul edib, ona tabe olsunlar. Lakin onlar İmam Əlinin (ə) vilayətini inkar edirlər. Bu barədə əvvəldə deyildiyi kimi zərurəti inkar etmək küfrə və o insanın nəcis olmasına gətirib çıxarar.

O, “əhli-sünnə kafirdir, çünki dinin zəruri məsələlərindən olan İmam Əlinin (ə) vilayətini inkar edirlər” deyənləri tənqid edir. Davamında yazır:

وهذا الوجه وجيه بالإضافة إلى من علم بذلك وأنكره

Bu məsələ (Quran və sünnədən faydalanaraq Həzrət Əlinin (ə) vilayətinin dinin zərurilərindən olmasını) bilənlər və onu inkar edənlərə aiddir. (Bunlar istər sünni olsun, istərsə də şiə, fərq etmir - Müt).

ولا يتم بالإضافة إلى جميع أهل الخلاف لأن الضروري من الولاية إنما هي الولاية بمعنى الحب والولاء و هم غير المنكرين لها .

Bu məsələni bütün əhli-xilafa nisbət vermək düzgün deyildir. Çünki dinin zərurəti olan Əhli-beytin (ə) vilayəti onlara sevgi bəsləmək deməkdir. Halbuki onlar (əhli-sünnə - Müt) Əhli beyti (ə) sevməyi inkar etmirlər.

بل قد يظهرون حبهم لأهل البيت عليهم السلام .

Əksinə, onlar həmişə Əhli-beytə (ə) olan sevgilərini izhar edirlər.

Seyyid əl-Xoyi, Kitab əl-Təharət, c.2, s.86 (onlayn mənbə: yasoob.org)

Ayətullah Xoyinin də nəzəri budur və əhli-sünnənin nasibilərlə heç bir əlaqəsi yoxdur.

Aparıcı:

Cənab Ustad sizə təşəkkür edirəm. Şərhlərinizi kifayət qədər gözəl idi.

İzləyici: Fars vilayətindən Əbdül-Hüseyn

Sizi və cənab Qəzvinini salamlayıram. Mən özüm bu səfsətəçi camaatla üz-üzəyəm və bilirəm ki, onlarla necə müharibə aparmaq lazımdır. Siz bu cəbhənin döyüşçülərisiniz, sizə təşəkkür edirəm. Mən o gün zəng elədim və belə hiss etdim ki, cənab Qəzvini yaxşı nəticələr əldə etməyibdir.

Bu bomba qoyanlara qədimdə “nasibi”, indi isə “vəhhabi” deyirlər. Onlar dünyanın hər guşəsində, xüsusilə İraqda şiələri öldürürlər. Mənim bir sualım var. Bəlkə birlikdə olunan təvəssüllərə və ziyarətlərə onlar sui-istifadə etməsinlər deyə, onların əllərinə bəhanə verməyək deyə - siz rəhbərlik edəsiniz? Baxmayaraq ki, bu saydıqlarım dinimizin əsası deyildir.

Başqa bir məsələ də budur ki, Osmanın qatillərinin - Həzrət Əlinin (ə) onları tanıdığını fərz etsək belə - fiqhi hökmü nədir? Ümumiyyətlə Osmanın qatilləri məlum idimi ki, onlar belə deyirlər: Niyə Həzrət Əli (ə) onları cəzalandırmadı?

Ustad Qəzvini:

Mən xahiş edirəm ki, mənə diqqət edin və söz verirəm ki, iki dəqiqə ərzində sözümü bitirəcəyəm. Birinci dəfə (siz zəng edəndə - Müt) gəlib İsanın (ə) ölü diriltməsini elə formada yozdunuz ki, heç bir Qurana etiqadı olan müsəlman onu qəbul etmir. Bir də ki, Həzrət İsanın (ə) ölü diriltməsi bir xəstəni sağaltmaq kimi deyildir. Əksinə onun ölü diriltməsi həqiqi mənadadır. Biz bunu da qəbul edirik ki, bizim bəzi dostlarımız İmamların (ə) hərəmində elə işlər görürlər ki, nəticədə bu şeytanların əlinə bəhanə vermiş olurlar.

Mən keçən həftə səkkizinci imamın (ə) hərəmində idim. Gördüm ki, bir Allahın bəndəsi Həzrətin (ə) giriş qapısının astanasında başını səcdə halında yerə qoyubdur. Mən ona dedim ki, sənin bu işin dörd dinsiz nasibinin bunu görüb yanlış təsəvvür edərək belə deməsinə bais olur: Şiə müşrik və kafirdir! O, mənə dedi: Mən bu işimlə İmam Rzaya (ə) səcdə etmirəm. Əksinə istəyirəm Allaha şükr edim ki, mənə bu ziyarəti nəsib edibdir. O, cəfəng danışanlara tutarlı bir cavab verdi.

Osmanın qətli ilə bağlı bunu deyim ki, Osmanın qətlə yetirilməsi məlumdur. Həzrət Əli (ə) Təlhəyə dedi ki, sən Osmanın qatilisən və indi sən həbs olunmadığın üçün gəlib onun qanını tələb edirsən.

Siz tarixə baxın, görün kim Təlhəni öldürüb və kim Osmanın oğlunu təbrik edərək deyib ki, sənin atanın qatilini öldürdüm?!

İzləyici: Çabahar vilayətindən Bəluç

Cənab Qəzvini və aparıcını salamlayıram. Bir sualım var. Niyə Əbdür-Rəhman Çabaharinin məktubunun cavabı gəlmədi?

Ustad Qəzvini:

Bu məktubun cavabı verilib, 30.000 (otuz min), 40.000 (qırx min) tirajla çap olunubdur və Vəli Əsr (ə.f) müəssisəsinin saytında da var. Digər tərədən bu xeyli əvvəl olub, həmçinin mən “Salam” kanalında da buna ətraflı cavab vermişəm.

İzləyici: Cənab Kiyafər

Mən Ayətullah Qəzvinini salamlayıram və ona bir neçə sualım var.

1. Əbu Bəkr xilafəti ortaya atan ilk şəxs idi və Ömər ibn Xəttab da ona ilk beyət edən şəxs idi. Bu iki nəfər Həzrət Zəhranın (ə) evinə od vurmaq kimi böyük cinayətlərə əl atıblar. Onlarla işim yoxdur. Mənim sualım budur ki, niyə Ömər Əbu Bəkrin mehriban dostu olmasına baxmayaraq, onun vəfatından sonra onun cənazə namazını qılmadı?

2. Qureyş qəbiləsi Peyğəmbərlə (s) Kəbə evində əhd-peyman bağladı. Bu müqaviləni basdıran şəxs Əbu Übeydə olmuşdur. Hicrətin onuncu ili, Məhərrəm ayında 40 nəfər şəxs Ömərin xilafətə yetişməsindən sonra Səd ibn Asın vasitəsilə bu müqaviləni tapdılar. Həzrət Əli (ə) Ömərin cənazəsinin üstündə bəzi mətləbləri dedi. Zəhmət olmasa bunu izah edin!

Ustad Qəzvini:

Əziz qardaş, sizin dediyiniz bu lənətlik müqavilənin səhih sənədi yoxdur və bu məsələni ortaya atmaq olmaz.

İzləyici: Əfqanıstandan Ağakərim (əhli-sünnə)

Mən öz çoxlu salamlarımı sizə göndərirəm və həqiqətən siz ikiniz İslamın bayraqdarısınız. Sizin söhbətləriniz şiə və sünninin bir-birinə yaxınlaşmasına o cür səbəb olur ki, mən sünni, və ya şiə olmağımı deyə bilmirəm. Hacının etdiyi “Əhli-sünnə Həzrət Əliyə (ə) məhəbbət bəsləyir” söhbəti ürəyimə yaman yapışdı. Əgər bu üsulu davam etdirsəniz, yaxında biz dini parçalamaq istəyənlərə qəti cavab verəcəyik. “İslam” adlı bir bayrağı yüksəldəcəyik. Başqa bir sözüm yoxdur. Sizə təşəkkürümü bildirirəm.

İzləyici: İsveçdən cənab Musəvi

Mən əziz alim və böyük seyyid olan Ayətullah Qəzvinini və siz cənab Möhsinini salamlayıram.

Əvvəlcə bizim gözlərimizin nuraniləşməsinə və Əhli beyt (ə) düşmənlərinin gözlərinin kor olmasına səbəb olan bu ziyalı proqramınıza görə sizə çox təşəkkür edirəm.

Cənab Qəzviniyə əzr edim ki, keçən həftə təsadüfən “Kəlimə” kanalına baxırdım. Orda deyirdi ki, şiələr öz imamlarının məsum olmasına inanırlar. Əgər belədirsə, bəs niyə Həzrət Əli (ə) özünün 78-ci və 128-ci xütbəsində öz günahlarına görə istiğfar edir? Əgər Həzrət (ə) məsumdursa, bəs kimin üçün istiğfar edir?

Bunlar bu işləri ilə Həzrət Əlinin (ə) ismətini sual altına atmaq istəyirlər ki, Əbu Bəkr, Ömər və Osmanın günahlarına bəraət qazandıra bilsinlər.

İkinci sualım isə budur: Bunlar deyir ki, “Səqəleyn” hədisinin səhih sənədi yoxdur. Buna görə də xahiş edirəm ki, həqiqətlər biz və izləyicilər üçün aşkar olsun deyə, bu iki sualımı cabablandırasınız.

Ustad Qəzvini:

“Səqəleyn” hədisi barəsində dostlarımız, cənab Yəzdani və cənab Əbulqasimi ətraflı söhbət ediblər. Hər biri 600-700 səhifədən ibarət iki cildli kitab bu hədis barəsində şiə nəzərinə uyğun şəkildə yazılmışdır. Şiə alimlərindən 50 nəfəri bu hədisin təvatür həddinə yetişməsini iddia edirlər. indi bu vəziyyətlə təvatür həddinə yetişmiş bir hədis barəsində sənəd tələb etmək axmaqlıqdan başqa bir şey deyildir. O qədər bu hədis hamı üçün (qəlbləri kor olanlardan başqa) aydındır ki, müzakirə etməyə heç yeri qalmır.

Amma Həzrət Əlinin (ə) istiğfar etməsilə bağlı bunu deyim ki, Peyğəmbər (s) də istiğfar edirdi.

انه لَيُغَانُ على قلبي فإني استغفر اللَّهَ في الْيَوْمِ مِائَةَ مَرَّةٍ.

Qəlbimin (davamlı zikrdən) qəflətdə qalmağından qorxsam, gün ərzində 100 dəfə istiğfar edirəm.

Səhih Müslim, c.4, s.2075, h.41-(2702) (onlayn mənbə: shamela.ws)

Siz baxın görün bu cənablar Peyğəmbərin (s) istiğfar etməsi barəsində nə deyirlər. Əhli-sünnənin müasir şafei alim və fəqihlərindən olan əd-Dimyati “İanət ət-talibin” kitabında yazır:

فان الغرض منه ارشاد الامة لكثرة استغفارهم عند غفلتهم .

Peyğəmbərin (s) çox istiğfar etməsində məqsəd budur ki, ümmət istiğfar etməkdən qəflətdə olarkən onları istiğfar etməyə hidayət edir.

İanət əl-talibin, c.1, s.132 (Onlayn mənbə: shamela.ws)

Həmçinin cənab Salehi əş-Şami özünün “Subul əl-huda və əl-rəşad” kitabının 7-ci cildinin 61-ci səhifəsində bu barədə ətraflı söhbət edib. İstəyənlər müraciət edə bilərlər. Lakin mən onun xülasəsini qeyd edirəm. O deyir:

Peyğəmbər (s) ona görə istiğfar edirdi ki, o, özünü həmişə Allahın hüzurunda görür və bəzən də Allahdan başqası ilə (yanı ictimai fərdi həyatında insanlarla– Müt) ünsiyyətdə olurdu. Elə buna görə də istiğfar edirdi. Yaxud da Peyğəmbərin (s) istiğfar etməsi ümmətin istiğfar etməsi üçündür. Və ya Peyğəmbər (s) ona görə istiğfar edirdi ki, Allahın məhəbbətini daha çox qazansın.

Bunlar Peyğəmbərin (s) istiğfar etməsi barəsində nə cavab veriblərsə, biz də Həzrət Əlinin (ə) istiğfar etməsilə bağlı o cavabı veririk. (Çünki hər ikisi məsumdur – red.)

İzləyici: Şirazdan cənab Muhəmməd

Mən cənab Qəzvinini və proqramın aparıcısını salamlayıram. Biz bir qrup tələbə Şirazda firqələr haqqında təhqiqat aparırıq və bu proqrama görə çox təşəkkür edirik. Ustada bir sualımız var. Şiələr deyir ki, İmam Həsən (ə) Müaviyə ilə sülh müqaviləsində belə buyurur: Muaviyə Yezidi özündən sonra canişin təyin etməsin! Bəs niyə sizin imamlarınızın imaməti atadan oğula, qardaşdan qardaşa keçib? Xahiş edirik ki, suallarımızı birbaşa verə bilməmiz üçün ustad Qəzvini ilə davamlı görüşlərimiz olsun.

Ustad Qəzvini:

Sülh müqaviləsi haqqında onu deyim ki, İmam Əli (ə) Nəhcül-bəlağənin 16-cı məktubunda Müaviyəni İslama daxil etməyib. İmam Həsən (ə) bəzi məsləhətlərə görə sülh bağladı. Siz gəlib meymunbaz, itbaz, şərabxor, anası və bacısı ilə izdivac edən, əz-Zəhəbinin dili ilə desək, bir nasibi olan Yezidi İmam Zeynul-Abidinlə (ə), İmam Baqirlə (ə) və ya digər imamlarla (ə) müqayisə edirsiniz.

əz-Zəhəbi özünün “Siyər əlam ən-nübəla” kitabında əhli-sünnənin böyük alimlərindən İmamlar (ə) barəsində o qədər təriflər deyibdir ki, saysız-hesabsızdır. O deyir: Onlar (İmamlar (ə)) öz əsrlərində xilafətə hamıdan daha səlahiyyətli idilər. Görəsən bunları Yezidlə müqayisə etmək olarmı? Məgər İmam Həsən (ə) belə deyə bilərdimi ki, Yezid bu vəziyyətlə xəlifə ola bilər?

Bizim sizinlə əlaqəmizə gəldikdə isə elə gün yoxdur ki, universitetdən mənimlə əlaqə saxlamasınlar. Amma mən o qədər məşğulam ki, heç kəsə münasib bir cavab verə bilmirəm. Lakin istəyənlər mümkün olan hər vasitə ilə - istər ölkə daxilində, istərsə də ölkə xaricində - bütün universitetlərdə keçirilən konfranslarda bizimlə əlaqə yarada bilərlər. Və ya istəsələr, “Vilayət” kanalının ümumi əlaqə şöbəsi ilə də əlaqə yarada bilərlər. Biz də bu yollarla sizin xidmətinizdə olmağa hazırıq.

Ayətullah Doktor Seyyid Məhəmməd Hüseyn Qəzvini

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə: www.313news.net

Materialı WORD formatda BURADAN yükləyə bilərsiniz.

Рейтинг

В этом разделе