Şiə mənbələrində "Allah dəvənin üzərində yer üzünə nazil olar" hədisi şübhəsinə cavab

»»

Şiə mənbələrində "Allah dəvənin üzərində yer üzünə nazil olar" hədisi şübhəsinə cavab

Sələfi (vəhhabi) etiqadının təbliğçiləri öz batil tövhid inanclarını insanlara təbliğ etdikləri bəs deyilmiş kimi, hələ Alahın bu cür cismləşdirilməsinin şiə etiqadında da olduğunu iddia etmək istəyirlər. İslamda tövhid inancı barədə az-çox məlumatı olanlar şiə etiqadında əsla belə bir inancın yeri olmadığını bilirlər. Bəzi milli vəhhabi saytlarında yer verilmiş bir hədis haqqındakı şübhəyə səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin məqaləsi ilə cavab veririk.

İddia:

Zeyd ən-Nursi öz kitabında rəvayət etmişdir ki: "Abdulla bin Sinandan rəvayət edilmişdir ki, demişdir: "Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) eşitdim ki, deyir: "Şübhəsiz ki, ərəfə günü (günəşin) zəvalının əvvəlində, uca Allah iki illik bir dəvənin üzərində yer üzünə nazil olar. O (Allah) ərəfə əhlinin sağ və sol tərəfdə durduğu zaman, çiyinləri səviyyəsində namaz qılar. Bu hal, hətta, (günəşin) batmasına qədər davam edər. İnsanlar qərar verər və Allah iki mələki vəkil edərək, Maziminə qarşı tərəfdə boğazın yanında nida edərək: "Ey Rəbb! Salamat ol! Salamat ol!" deyərlər. Və bunun üzərinə, Allah səmaya qalxar və Cəlil və Cəlalət sahibi: "Əmin! Əmin! Rəbbil-aləmin!" deyər. Buna görə də, təqribən, sürətli və böyük görülməz".

Cavab:

Əvvəlcə, rəvayətin düzgün tərcüməsi:

زيد عن عبد الله بن سنان قال سمعت أبا عبد الله ع يقول أن الله ينزل في يوم عرفة في أول الزوال إلى الأرض على جمل افرق يصال بفخذيه أهل عرفات يمينا وشمالا ولا يزال كذلك حتى إذا كان عند المغرب ونفر الناس وكل الله ملكين بجبال المازمين يناديان عند المضيق الذي رأيت يا رب سلم سلم والرب يصعد إلى السماء ويقول جل جلاله آمين آمين يا رب العالمين فلذلك لا تكاد ترى صريعا ولا كسيرا.

Zeyd Sinandan belə nəql edir:

Əbu Abdullahın belə dediyini eşitdim: Ərəfə günü günəş batmağa başlayarkən Allah iki yaşlı, doğmamış bir dəvənin üstündə yerə enir. Ərəfat çölündəki camaat Allahın budları arasında sağa-sola səpələnmiş vəziyyətdə olurlar. Bu vəziyyət günəşin batdığı vaxtadək davam edir. Elə ki, günəş batır və az sayda adam qalır, Allah iki mələyi Mazimeyn dağlarına göndərir və onlar oradakı dar keçidin yanında dayanıb belə səslənirlər: “İlahi, (zəvvarları) salamat et, İlahi, (zəvvarları) salamat et!”. Allah da səmaya qalxır və (qalxa-qalxa) deyir: “Amin, amin, ya rəbbəl-aləmin!”. Məhz buna görədir ki, sən o yerdə, demək olar ki, yıxılıb düşən və ya bir yeri sınan adam görmürsən.

Rəvayət hər nə qədər batil və uydurma olsa da, qarşı tərəfin onu tərsə-mayallaq tərcümə etməsi qarşı tərəfin nəinki rəvayətin sənədini araşdıracaq, hətta onu düzgün tərcümə edəcək bir səviyyədə elmə malik olmadığını göstərir və belə insanlardan məsələyə obyektiv yanaşma gözləmək, təbii ki, sadəlövhlükdən başqa bir şey olmaz.

Rəvayətin sənədi:

Birinci: Bu rəvayət Zeyd ən-Nursidən nəql edilmişdir. Seyyid Xoi Zeydin kitabından nəql edilən bir rəvayəti qiymətləndirərkən, Zeyd və onun kitabı barədə belə demişdir:

فإن زيداً النرسي لم يوثقه أرباب الرجال، ولم ينصّوا في حقه بقدح ولا بمدح. على أنا لو أغمضنا عن ذلك... فأيضاً لا يمكننا الاعتماد على روايته هذه؛ إذ لم تثبت صحة أصله وكتابه الذي أسندوا الرواية إليه؛ لأن الصدوق وشيخه - محمد بن الحسن بن الوليد - قد ضعَّفا هذا الكتاب، وقالا: إنه موضوع، وضعه محمد بن موسى الهمداني... وعلى الجملة إنا لا نقطع ولا نطمئن بأن النسخة المذكورة كتاب زيد، كما نطمئن بأن الكافي للكليني، والتهذيب للشيخ، والوسائل للحر العاملي قدس الله أسرارهم. والذي يؤيد ذلك أن شيخنا الحر العاملي لم ينقل عن تلك النسخة في وسائله، مع أنها كانت موجودة عنده بخطه على ما اعترف به شيخنا شيخ الشريعة قدس سره، بل ذكر - على ما ببالي - أن النسخة التي كانت عنده منقولة عن خط شيخنا الحر العاملي بواسطة، وليس ذلك إلا من جهة عدم صحّة إسناد النسخة إلى زيد أو عدم ثبوته. وبعد هذا كله لا يبقى للرواية المذكورة وثوق ولا اعتبار، فلا يمكننا الاعتماد عليها في شيء من المقامات.

Rical (bioqrafiya) alimləri Zeydi siqə bilməmiş, onun barəsində nə “tərif”, nə də “tənqid” (“mədh” və “qədh”) bildirmişlər. Lakin, buna göz yumub, Zeydin siqə olduğunu fərz etsək belə... , yenə də onun rəvayətinə etimad edə bilmirik. Çünki onun rəvayət(ləri)inin nəql edildiyi mənbə olan kitabının səhihliyi sübuta yetməmişdir. Çünki Səduq və onun şeyxi Məhəmməd ibn Həsən ibn Vəlid bu kitabı zəif bilərək, onun üçün “saxtadır, onu Məhəmməd ibn Musa əl-Həmədani qondarmışdır”, - demişlər... Qısası, biz “Əl-Kafi”nin Küleyninin kitabı olmasına, “Təhzib”in Şeyxin kitabı olmasına, “Vəsail”in Hürr Amilinin kitabı olmasına əmin və xatircəm olduğumuz kimi, sözügedən kitabın Zeydə mənsun olmasına əmin deyilik. Bu dediyimizi dəstəkləyən şeylərdən biri də odur ki, Şeyx Hürr Amili“Vəsail” kitabında bu kitabdan heç nə nəql etməmişdir. Halbuki, şeyximiz – şeyxüş-şəriənin etirafına əsasən, bu kitab Şeyxin Hürrdə onun öz əl xətti ilə mövcud imiş. Hətta, yadımda olana görə, şeyximiz demişdi ki, ondakı (Seyyid Xoinin ustadındakı) nüsxə bir vasitə ilə Şeyx Hürrün əlyazmasından köçürülübmüş. Bu (Hürr Amilinin “Vəsail” kitabında Zeydin kitabından rəvayət nəql etməməsi), məhz sözügedən kitabın Zeydə mənsubluğunun sübuta yetməməsinə görədir. Bütün bunlardan sonra, qeyd olunan rəvayətin heç bir etibarı qalmır və heç bir halda ona etimad edə bilmirik. (“Kitabut-təharə”: 2/128)

Həmçinin, Seyyid Məhəmmədbaqir Sədr demişdir:

ومجرد أن الروايات المنقولة في الكتب عن زيد موجودة في هذه النسخة لا يوجب الاطمئنان بعدم وقوع التحريف على الأقل بزيادة أو نقيصة خصوصاً مع اشتمال النسخة على روايات غريبة ومعان مستنكرة، من قبيل رؤية الله تعالى، ومخاصرة المؤمن له يوم القيامة، وقال: هكذا يخاصره (تعالى الله عن ذلك علوًّا كبيراً)، وهذا يوجب احتمال أن هذه النسخة هي التي زوَّرها محمد بن موسى، ولعلها غير النسخة التي كان للنجاشي طريق صحيح لها إلى محمد بن أبي عمير

"Müxtəlif kitablarda Zeyddən nəql edilən rəvayətlərin Zeydin kitabında olması öz-özlüyündə onun kitabında əlavə və artırmaların, yəni təhrifin baş vermədiyinə arxayınlıq hasil etmir, xüsusən nəzərə aldıqda ki, kitabda, Allahın görülməsi və ya qiyamət günündə möminin Allahla böyür-böyürə girməsi – kitabda gələn bir rəvayətdə “bax belə.. böyü-böyürə girəcəklər”, - deyilir (Allah-taala bundan çox-çox ucadır) – kimi qəribə və xoşagəlməz rəvayətlər mövcuddur. Bu, o ehtimalı gücləndirir ki, Zeydin kitabının əlimizdəki nüsxəsi məhz Məhəmməd ibn Musanın qondardığı nüsxədir. Bəlkə də bu nüsxə Şeyx Nəcaşinin əlində olan və Məhəmməd ibn Əbu Ümeyrə qədər səhih təriqlə nəql edilən nüsxədən fərqlidir." (“Buhusun fi şərhi-urvətil-vusqa”: 3/241).

İkinci: Əllamə Məclisi bu rəvayəti Zeyd Ən-Nursinin kitabının orijinalından başqa bir şəkildə nəql etmişdir. “Biharul-ənvar” kitabında deyilir:

ومنه [أي من كتاب زيد النرسي] عن عبد الله بن سنان، قال: سمعت أبا عبد الله عليه السلام يقول: إن الله عز وجل ينظر إلى أهل عرفة من أول الزوال، حتى إذا كان عند المغرب ونفر الناس، وكَّل الله ملكين بحيال المأزمين، يناديان عند المضيق الذي رأيت: يا رب سلِّم سلِّم، والرب يصعد إلى السماء، ويقول جل جلاله: آمين آمين رب العالمين، فلذلك لا تكاد ترى صريعاً ولا كسيراً

Zeyd Abdullah ibn Sinandan belə nəql edir: Əbu Abdullahın belə dediyini eşitdim: “Günəş batmağa başladığı vaxtdan etibarən Allah Ərəfat camaatına nəzər salır. Elə ki, gün batır və az sayda adam qalır, Allah iki mələyi Mazimeyn dağına göndərir və onlar oradakı dar keçiddə dayanıb belə səslənirlər: “Ya rəbb, (zəvvarları) salamat et, ya rəbb, (zəvvarları) salamat et”. Allah da səmaya qalxır və belə deyir: “Amin, amin, ya rəbbəl-aləmin”. Məhz buna görə də, orada, demək olar ki, yıxılıb düşən və ya bir yeri sınan adam görmürsən”. (Biharul-ənvar: 99/262).

Rəvayətin bu forması – hər nə qədər bu formada da qəribə məqamlar olsa da – digər formadan fərqlənir. Belə ki, burada Allahın enməsi, dəvə üstündə gəlməsi, budlarını açması və s. kimi şeylər yoxdur. Deməli, rəvayətin hansı formasının orijinal olduğu müəmmalıdır. Məhz buna görə də, nə bu, nə də digər formaya güvənmək mümkün deyil.

Üçüncü: Bu rəvayət Allahın səmadan enməsini inkar edən çoxlu şiə rəvayətləri ilə ziddiyyət təşkil edir. Həmin rəvayətlərə misal olaraq aşağıdakıları göstərə bilərik:

Şeyx Kuleyni öz sənədi ilə belə nəql edir:

قال: ذكر عنده قوم يزعمون أن الله تبارك وتعالى ينزل إلى السماء الدنيا. فقال: إن الله لا ينزل، ولا يحتاج إلى أن ينزل، إنما منظره في القرب والبعد سواء، لم يبعد منه قريب، ولم يقرب منه بعيد، ولم يحتج إلى شيء، بل يحتاج إليه، وهو ذو الطول، لا إله إلا هو العزيز الحكيم، أما قول الواصفين: إنه ينزل تبارك وتعالى فإنما يقول ذلك من ينسبه إلى نقص أو زيادة، وكل متحرك محتاج إلى من يحركه أو يتحرك به، فمن ظن بالله الظنون هلك، فاحذروا في صفاته من أن تقفوا له على حد تحدونه بنقص أو زيادة، أو تحريك أو تحرك، أو زوال أو استنزال، أو نهوض أو قعود، فإن الله جل وعز عن صفة الواصفين

İmam Kazıma dedilər ki, bir dəstə şəxs Allahın dünya səmasına endiyini iddia edirlər. İmam dedi: Allah enmir və enməyə ehtiyacı da yoxdur. Onun üçün yaxınlıq-uzaqlıq fərq etmir. Nə yaxında olan Ondan uzaqdır, nə də uzaqda olan Ona yaxındır. Onun heç nəyə ehtiyacı yoxdur, əksinə, başqalarının Ona ehtiyacı var. O, qüdrət sahibidir. İzzət və hikmət sahibi olan Özündən başqa ilah yoxdur. Onun endiyini ancaq Ona artıqlıq və əksiklik nisbət verənlər deyə bilərlər. Hər bir hərəkət edən şey onu hərəkətə gətirən bir şeyə və ya onun vasitəsilə hərəkət edəcəyi bir şeyə möhtacdır. Kim Allah barəsində zənnə qapılsa, həlak olar. Allah üçün nöqsan (əksiklik) və ya artıqlıq sayılan şeyləri; nəyinsə Onu hərəkətə gətirdiyini və ya Onu nəyin vasitəsilə ilə hərəkət etdiyini, Onun endiyini və ya endirildiyini, qalxdığını və ya oturduğunu bildirən sifətləri Allaha nisbət verməyin. Allah belə-belə şeylərdən çox-çox ucadır.” (Kafi: 1/125).

Şeyx Səduq öz sənədi ilə İbrahim ibn Əbu Mahmuddan belə nəql edir:

عن إبراهيم بن أبي محمود، قال: قلت للرضا عليه السلام: يا ابن رسول الله ما تقول في الحديث الذي يرويه الناس عن رسول الله صلى الله عليه وآله وسلم أنه قال: إن الله تبارك وتعالى ينزل كل ليلة إلى السماء الدنيا؟ فقال عليه السلام: لعن الله المحرفين الكلم عن مواضعه، والله ما قال رسول الله صلى الله عليه وآله وسلم كذلك، إنما قال صلى الله عليه وآله وسلم: إن الله تبارك وتعالى يُنزل ملكاً إلى السماء الدنيا كل ليلة في الثلث الأخير، وليلة الجمعة في أول الليل، فيأمره فينادي: هل من سائل فأعطيه؟ هل من تائب فأتوب عليه؟ هل من مستغفر فأغفر له؟ يا طالب الخير أقبل، يا طالب الشر أقصر، فلا يزال ينادي بهذا حتى يطلع الفجر، فإذا طلع الفجر عاد إلى محله من ملكوت السماء، حدثني بذلك أبي عن جدي، عن رسول الله صلى الله عليه وآله وسلم.

Rzaya dedim: Ey Peyğəmbərin övladı, camaatın Peyğəmbərdən nəql etdiyi bu hədis barədə nə deyirsən: “Allah-taala hər gecə dünya səmasına enir”? Dedi: Allah sözləri təhrif edənlərə lənət etsin. Allaha and olsun ki, Peyğəmbər belə deməmişdir. O, məhz belə demişdir ki, “Allah hər gecənin sonuncu üçdə bir hissəsində, cümə gecəsi isə gecənin əvvəlində dünya səmasına bir mələk göndərir və ona belə deməsini əmr edir: “Bir şey istəyən varmı, ona bəxş edim? Tövbə edən varmı, tövbəsini qəbul edim? Bağışlanma istəyən varmı, bağışlayım? Ey xeyir istəyən, gəl! Ey şər istəyən, get!” Mələk sübh olana qədər belə səslənər. Elə ki gün çıxar, öz mələkut aləmindəki yerinə qayıdar.” Bunu mənə atam babamdan, o da Peyğəmbərdən nəql etmişdir. (Tövhid: s.176).

Bu və bunun kimi Allahın enmədiyini və bir yerdən başqa bir yerə hərəkət etmədiyini bildirən çoxlu rəvayətlər mövcuddur.

Dördüncü: Şiələr istər qədim, istərsə də müasir dövrdə bu rəvayətin məzmununa etiqad etməmişlər. Bir rəvayətin şiə mənbələrində gəlməsi, hətta sənədi səhih belə olsa, onun şiələr tərəfindən qəbul edildiyi mənasına gəlmir. Şiələrin Allah barəsində inancları məlumdur. Onların Allahın səmadan enmədiyinə, məxluqlar kimi bədən üzvlərinə malik olmadığına, bir yerdən başqa bir yerə hərəkət etmədiyinə, ümumiyyətlə məkana ehtiyacı olmadığına, insanlar kimi “kresloya” və ya “taxta” oturmadığına inanırlar. Bu cür xüsusiyyətlər məxluqlara xas xüsusiyyətlərdir və Allah bu xüsusiyyətlərdən çox-çox ucadır.

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе