Sələfi iddiası: «Şiələr İmamlarını ilahiləşdirir və deyirlər ki, ölünü dirildə bilirlər»

»»

Sələfi iddiası: «Şiələr İmamlarını ilahiləşdirir və deyirlər ki, ölünü dirildə bilirlər»

Rəhman və rəhim olan Allahın adı ilə.

Çox tez-tez eşidirik ki, müsəlman qatili Muhəmməd bin Əbdül-Vəhhabın davamçıları olan sələfilər şiələri Əhli-beyti (ə) layiq olmadıqları şəkildə ucaltmaqda, onları ilahiləşdirməkdə günahlandırırlar. Xüsusən, ən çox təkrarladıqları məsələlərdən biri ölünün dirildilməsidir. Misal üçün, ingilisdilli saytlarda daha çox fəaliyyət göstərən Əbu Əli Əfəndi əl-Ucari ləqəbli həmvətənimiz öz saytında (LINK) ingilisdilində bu hədisi paylaşıb. Adını da qoyub «İmam ölünü dirildir».

عدة من أصحابنا، عن أحمد بن محمد، عن علي بن الحكم، عن مثنى الحناط عن أبي بصير قال: دخلت على أبي جعفر عليه السلام فقلت له: أنتم ورثة رسول الله صلى الله عليه وآله؟ قال: نعم، قلت: رسول الله صلى الله عليه وآله وارث الانبياء، علم كما علموا؟ قال لي: نعم، قلت: فأنتم تقدرون على أن تحيوا الموتى وتبرؤا الاكمه والابرص؟ قال: نعم بإذن الله، ثم قال لي: ادن مني يا أبا محمد فدنوت منه فمسح على وجهي وعلى عيني فابصرت الشمس والسماء والارض والبيوت وكل شئ في البلد(2) ثم قال لي: أتحب أن تكون هكذا ولك ما للناس وعليك ما عليهم يوم القيامة أو تعود كما كنت ولك الجنة خالصا؟ قالت: أعود كما كنت، فمسح على عيني فعدت كما كنت، قال: فحدثت ابن أبي عمير بهذا، فقال أشهد أن هذا حق كما أن النهار حق.

Əshabımızdan bir neçə nəfər Əhməd bin Muhəmməddən, o da Əli bin əl-Həkəmdən, o da Musənnadan, o da Əbu Bəsirdən onun belə dediyini rəvayət etdi: Əbu Cəfərin (İmam Baqir əleyhis-səlam) yanına getdim və ona dedim ki: «Siz Allah Rəsulunun varislərisiniz?» Dedi: «Bəli.» Dedim: «Allah Rəsulu (s.ə.a) bütün nəbilərin varisi və onların bildiyi hər şeyi bilən şəxs idimi?» Dedi: «Bəli.» Dedim: «Onda siz ölüləri diriltmə, korluğu və cüzamı sağaltmaq gücünə sahibsiniz?» Dedi: «Bəli, Allahın izniylə.» Sonra mənə dedi: «Yaxına gəl, ya Əbu Muhəmməd!» Mən ona yaxınlaşdım, üzümə və gözlərimə əl çəkdi. Və mən günəşi, göyləri, yeri, evləri və şəhərdə olan hər şeyi gördüm. Sonra mənə dedi: «Belə qalmağı və qiyamət günü insanların savab və günahlarına ortaq olmağı istəyirsən, yoxsa keçmiş halına qayıdaraq yaşayıb birbaşa cənnətə getməyi?» Dedim: «Əvvəlki halıma qayıtmaq istəyirəm.» O, mənim gözlərimə əl çəkdi və əvvəlki vəziyyətimə qayıtdım. Bu hadisəni İbn Əbu Umeyrə danışdım. Mənə belə dedi: «Gündüzün haqq olduğu kimi, bunun da haqq olduğuna şahidlik edirəm.»

Şeyx əl-Kuleyni, Üsul min əl-kafi, c.1, s.470 (onlayn link 1, 2)

Bəzi cahillər deyir ki, nə danışırsız? Ölünü yalnız Allah dirildə bilər və sair və ilaxır... Onlara Qurandan İsanın (ə.s) Allahın iznilə ölüləri diriltməsi barədə ayəni qeyd etdikdə, deyirlər ki, bunun Qurandan dəlili var, Allah o qüdrəti və izni verib. Bəs Əhli-beytin (ə) bu işi görməsinə dəlil nədir? Çox qəribədir ki, bu dəlili onlara sələfilərin çox sevdiyi şeyxləri İbn Teymiyyə təqdim edir. İbn Teymmiyyə yazır:

فآيات الأنبياء مستلزمة لصدقهم وصدق من صدقهم وشهد لهم بالنبوة والآيات التي يبعث الله بها أنبياء قد يكون مثلها لأنبياء أخر مثل إحياء الموتى فقد كان لغير واحد من الأنبياء وقد يكون إحياء الموتى على يد أتباع الأنبياء كما قد وقع لطائفة من هذه الامة ومن أتباع عيسى فإن هؤلاء يقولون نحن إنما أحيى الله الموتى على أيدينا لاتباع محمد أو المسيح فبايماننا بهم وتصديقنا لهم أحيى الله الموتى على أيدينا فكان إحياء الموتى مستلزما لتصديقه عيسى ومحمدا لم يكن قط مع تكذيبهما فصار آية لنبوتهم

«Peyğəmbərlərin möcüzələri onların həm özlərinin, həm də onları təsdiq edib peyğəmbərliklərini qəbul edənlərin doğruçuluğuna dəlalət edir. Allahın peyğəmbərlərə verdiyi möcüzələrin bənzəri bəzən digər peyğəmbərlərdə də olur. Məsələn, ölüləri diriltmək möcüzəsinə bir neçə peyğəmbər malik olub. Hətta bəzən ölülərin dirildilməsi peyğəmbərlərin ardıcıllarının əli ilə baş verir, necə ki, həm bu ümmətdən, həm də İsanın ardıcıllarından bu işi edənlər olub. Onlar deyirlər: “Allah Muhəmməd, yaxud İsaya tabeçiliyə görə ölüləri bizim əlimizlə dirildir. Biz onlara iman gətirdiyimiz və (peyğəmbərliklərini) təsdiq etdiyimiz üçün Allah ölüləri bizim əlimizlə dirildir.” Deməli ölünün dirildilməsi İsanın və ya Muhəməmədin peyğəmbərliyinə iman tələb edir və onları inkar etməklə bu işi görmək mümkünsüzdür. Beləcə o, (ölünün dirildilməsi) peyğəmbərlərin nübuvvətinin nişanəsidir.»

 

Fotoşəkil: İbn Teymiyyə, Kitab ən-Nubuvvət, c.2, s.807-808; Əzva əs-Sələf, ər-Riyad, 1420/2000; təhqiq: Əbd əl-Əziz bin Salih ət-Tuvəyyan

فانه لا ريب أن الله خص الأنبياء بخصائص لا توجد لغيرهم ولا ريب أن من آياتهم ما لا يقدر أن يأتي به غير الأنبياء بل النبي الواحد له آيات لم يأت بها غيره من الأنبياء كالعصا واليد لموسى وفرق البحر ، فإن هذا لم يكن لغير موسى وكانشقاق القمر والقرآن وتفجير الماء من بين الأصابع وغير ذلك من الآيات التي لم تكن لغير محمد من الأنبياء ، وكالناقة التي لصالح فإن تلك الآية لم يكن مثلها لغيره وهو خروج ناقة من الأرض ، بخلاف إحياء الموتى فانه اشترك فيه كثير من الأنبياء بل ومن الصالحين

«Şübhəsiz Allah öz peyğəmbərlərinə onlardan qeyrisində olmayan xüsusiyyətlər vermişdir. Həmçinin, şübhəsiz peyğəmbərlərin möcüzələrindən elələri vardir ki, başqaları onları göstərmək qüdrətinə malik deyil. Hətta bəzi peyğəmbərlərin elə möcüzələri var ki, onları ondan başqa peyğəmbərlər də gətirməyiblər. Məsələn Musanın əsası, əli(nin rənginin dəyişməsi) və dənizin iki yerə ayrılması Musadan (ə) başqasında olmayıb. Həmçinin ayın bölünməsi, Quran, barmaqların arasından su çıxması və sairə möcüzələr peyğəmbərlərin içində ancaq Muhəmməddə (s) olub. Eləcə də Salehin (ə) dəvə – yerdən dəvə çıxması – möcüzəsinin bənzəri ondan başqasında olmayıb. Bütün bunların əksinə olaraq ölülərin dirildilməsi möcüzəsində peyğəmbərlərin çoxu, hətta əməlisaleh insanlar şərikdirlər.»

 

Fotoşəkil: İbn Teymiyyə, Kitab ən-Nubuvvət, c.2, s.820-821; Əzva əs-Sələf, ər-Riyad, 1420/2000; təhqiq: Əbd əl-Əziz bin Salih ət-Tuvəyyan

ولا يقدر أحد من مكذبي الأنبياء أن يأتي بمثل آيات الأنبياء، وأما مصدقوهم فهم معترفون بأن ما يأتون به هو من آيات الأنبياء مع أنه لا تصل آيات الأتباع الى مثل آيات المتبوع مطلقا وإن كانوا قد يشاركونه في بعضها كاحياء الموتى وتكثير الطعام والشراب فلا يشركونه في القرآن وفلق البحر وانشقاق القمر لأن الله فضل الانبياء على غيرهم

«Peyğəmbərləri inkar edənlərin heç biri onların möcüzələrinin bənzərini göstərmək qüdrətinə malik deyil. Lakin peyğəmbərlərə iman gətirənlər etiraf edirlər ki, göstərdikləri (möcüzələr) peyğəmbərlərin möcüzələrindəndir. Amma bununla belə peyğəmbərlərin ardıcıllarının göstərdikləri möcüzələr tam şəkildə peyğəmbərlərin möcüzələrinə çatmır. Onlar (peyğəmbərlər və ardıcılları) ölünün dirildilməsi və yemək-içməyin artırılması kimi bəzi möcüzələrdə şərik olsalar da, Quran, dənizin iki hissəyə ayrılması və ayın bölünməsi kimi möcüzələrdə şərik deyildirlər. Çünki Allah peyğəmbərləri digərlərindən üstün etmişdir.»

 

Fotoşəkil: İbn Teymiyyə, Kitab ən-Nubuvvət, c.2, s.865-866; Əzva əs-Sələf, ər-Riyad, 1420/2000; təhqiq: Əbd əl-Əziz bin Salih ət-Tuvəyyan

Kitabı yükləmək üçün: ÜNVAN

Əhli-beyt (ə) imamları həmin saleh insanlardan, Peyğəmbər (s) ardıcıllarından ola bilməzmi? Əgər bu iddia insanı ilahiləşdirməkdirsə, o zaman İbn Teymiyyə də saleh insanları ilahiləşdirmiş olur. Şərhi insaflı oxucularımıza buraxırıq.

Рейтинг

В этом разделе