"Qiyamət günü Allah mömin bəndəni, mömin də Rəbbini qucaqlayacaq" hədisi səhihdir?

»»

"Qiyamət günü Allah mömin bəndəni, mömin də Rəbbini qucaqlayacaq" hədisi səhihdir?

Sələfilər (vəhhabilər) elə düşünürlər ki, hamı Allah barədə onların batil əqidələrində olmalıdır. Hətta şiə hədislərini də çalışırlar öz əqidələrinə uyğun insanlara çatdırsınlar. Bu yöndə istifadə etdikləri bir rəvayəti diqqətinizə çatdırırıq.

əl-Usul əs-Sittə aşərə kitabı səh: 54-də deyilir.

زيد عن عبد الله بن سنان قال سمعت أبا عبد الله ع يقول إن الله ليخاصر العبد المؤمن يوم القيمة والمؤمن يخاصر ربه يذكره ذنوبه قلت وما يخاصر قال فوضع يده على خاصرتي فقال هكذا كما يناجى الرجل منا أخاه في الامر يسره إليه . أهــ

Zeyd, Abdullah ibn Sinandan rəvayət edir ki, Əbu Abdullah deyib: "Qiyamət günü Allah mömin bəndəni, mömin də Rəbbini qucaqlayacaq. Ona günahlarını xatırlayacaq." Mən dedim: "Bəs necə qucaqlayacaq?" O dedi: "O əlini mənim böyrümə qoydu və dedi: "Bax belə. Bir adam xoş bir xəbəri bölüşmək üçün qardaşını qucaqladığı kimi.""

Cavab:

Rəvayətin düzgün tərcüməsi:

Rəvayətdə keçən “xasara” felinin doğru tərcüməsi “əlini həmsöhbətinin böyrünə keçirmək (salmaq)”, “bir-birinin böyrünə girib yerimək” şəklindədir.

Zeyd Abdullah ibn Sinandan belə nəql edir: Əbu Abdullahın belə dediyini eşitdim: Qiyamət günü Allah mömin bəndə ilə, mömin bəndə də Allah ilə böyür-böyürə tutuşacaqlar. Bu zaman mömin bəndə günahlarını xatırlayacaq.

Mən dedim: Necə böyür-böyürə tutuşacaqlar?

Əbu Abdullah əlini mənim böyrümə keçirib dedi: “Bax belə; eynən bir adam öz dostuna sirli bir şey dediyi zaman etdiyi kimi”.

Rəvayətin sənədi:

Birinci: Bu rəvayət Zeyd ən-Nursidən nəql edilmişdir. Seyyid Xoi Zeydin kitabından nəql edilən bir rəvayəti qiymətləndirərkən, Zeyd və onun kitabı barədə belə demişdir:

فإن زيداً النرسي لم يوثقه أرباب الرجال، ولم ينصّوا في حقه بقدح ولا بمدح. على أنا لو أغمضنا عن ذلك... فأيضاً لا يمكننا الاعتماد على روايته هذه؛ إذ لم تثبت صحة أصله وكتابه الذي أسندوا الرواية إليه؛ لأن الصدوق وشيخه - محمد بن الحسن بن الوليد - قد ضعَّفا هذا الكتاب، وقالا: إنه موضوع، وضعه محمد بن موسى الهمداني... وعلى الجملة إنا لا نقطع ولا نطمئن بأن النسخة المذكورة كتاب زيد، كما نطمئن بأن الكافي للكليني، والتهذيب للشيخ، والوسائل للحر العاملي قدس الله أسرارهم. والذي يؤيد ذلك أن شيخنا الحر العاملي لم ينقل عن تلك النسخة في وسائله، مع أنها كانت موجودة عنده بخطه على ما اعترف به شيخنا شيخ الشريعة قدس سره، بل ذكر - على ما ببالي - أن النسخة التي كانت عنده منقولة عن خط شيخنا الحر العاملي بواسطة، وليس ذلك إلا من جهة عدم صحّة إسناد النسخة إلى زيد أو عدم ثبوته. وبعد هذا كله لا يبقى للرواية المذكورة وثوق ولا اعتبار، فلا يمكننا الاعتماد عليها في شيء من المقامات.

Rical (bioqrafiya) alimləri Zeydi siqə bilməmiş, onun barəsində nə “tərif”, nə də “tənqid” (“mədh” və “qədh”) bildirmişlər. Lakin, buna göz yumub, Zeydin siqə olduğunu fərz etsək belə... , yenə də onun rəvayətinə etimad edə bilmirik. Çünki onun rəvayət(ləri)inin nəql edildiyi mənbə olan kitabının səhihliyi sübuta yetməmişdir. Çünki Səduq və onun şeyxi Məhəmməd ibn Həsən ibn Vəlid bu kitabı zəif bilərək, onun üçün “saxtadır, onu Məhəmməd ibn Musa əl-Həmədani qondarmışdır”, - demişlər... Qısası, biz “Əl-Kafi”nin Küleyninin kitabı olmasına, “Təhzib”in Şeyxin kitabı olmasına, “Vəsail”in Hürr Amilinin kitabı olmasına əmin və xatircəm olduğumuz kimi, sözügedən kitabın Zeydə mənsun olmasına əmin deyilik. Bu dediyimizi dəstəkləyən şeylərdən biri də odur ki, Şeyx Hürr Amili“Vəsail” kitabında bu kitabdan heç nə nəql etməmişdir. Halbuki, şeyximiz – şeyxüş-şəriənin etirafına əsasən, bu kitab Şeyxin Hürrdə onun öz əl xətti ilə mövcud imiş. Hətta, yadımda olana görə, şeyximiz demişdi ki, ondakı (Seyyid Xoinin ustadındakı) nüsxə bir vasitə ilə Şeyx Hürrün əlyazmasından köçürülübmüş. Bu (Hürr Amilinin “Vəsail” kitabında Zeydin kitabından rəvayət nəql etməməsi), məhz sözügedən kitabın Zeydə mənsubluğunun sübuta yetməməsinə görədir. Bütün bunlardan sonra, qeyd olunan rəvayətin heç bir etibarı qalmır və heç bir halda ona etimad edə bilmirik. (“Kitabut-təharə”: 2/128)

Seyyid Məhəmmədbaqir Sədr demişdir:

ومجرد أن الروايات المنقولة في الكتب عن زيد موجودة في هذه النسخة لا يوجب الاطمئنان بعدم وقوع التحريف على الأقل بزيادة أو نقيصة خصوصاً مع اشتمال النسخة على روايات غريبة ومعان مستنكرة، من قبيل رؤية الله تعالى، ومخاصرة المؤمن له يوم القيامة، وقال: هكذا يخاصره (تعالى الله عن ذلك علوًّا كبيراً)، وهذا يوجب احتمال أن هذه النسخة هي التي زوَّرها محمد بن موسى، ولعلها غير النسخة التي كان للنجاشي طريق صحيح لها إلى محمد بن أبي عمير

"Müxtəlif kitablarda Zeyddən nəql edilən rəvayətlərin Zeydin kitabında olması öz-özlüyündə onun kitabında əlavə və artırmaların, yəni təhrifin baş vermədiyinə arxayınlıq hasil etmir, xüsusən nəzərə aldıqda ki, kitabda, Allahın görülməsi və ya qiyamət günündə möminin Allahla böyür-böyürə girməsi – kitabda gələn bir rəvayətdə “bax belə.. böyü-böyürə girəcəklər”, - deyilir (Allah-taala bundan çox-çox ucadır) – kimi qəribə və xoşagəlməz rəvayətlər mövcuddur. Bu, o ehtimalı gücləndirir ki, Zeydin kitabının əlimizdəki nüsxəsi məhz Məhəmməd ibn Musanın qondardığı nüsxədir. Bəlkə də bu nüsxə Şeyx Nəcaşinin əlində olan və Məhəmməd ibn Əbu Ümeyrə qədər səhih təriqlə nəql edilən nüsxədən fərqlidir." (“Buhusun fi şərhi-urvətil-vusqa”: 3/241).

İkinci: Bu rəvayət Əllamə Məclisinin də bildirdiyi kimi, təvilə ehtiyac duyulan məcazi mənalı rəvayətdir: Rəvayətin mənası budur ki, Allah bəndəsini gizli şəkildə mühasibə edəcək və onun günahlarını başqalarına göstərməyəcək. Bu növ məcazi mənalı hədislər çoxdur. (“Biharul-ənvar”: 7/277).

Üçüncü: Şiələrin Allah-taala barədə inancları bəllidir: şiələr vəhhabilər kimi Allahın cismani əl, ayağ, baş və ya gözə malik olduğuna inanmır və bunu şiddətlə rədd edirlər. Odur ki, əgər şiə mənbələrində buna zidd məzmunlu bir rəvayət gəlsə, həmin rəvayət təvil oluna biləcəyi təqdirdə təvil olunar, əks təqdirdə isə zibil yeşiyinə atılar.

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе