Peyğəmbərin (s.ə.a) Fatimədən başqa qızları olubmu?

»»

Peyğəmbərin (s.ə.a) Fatimədən başqa qızları olubmu?

Son zamanlar Zeynəb, Rüqəyyə və Ümmü Gülsümün Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) qızı olub-olmadığı barədə çoxlu sual olunur. Belə ki, onlar ya Xədicənin öncəki iki həyat yoldaşından olan övladlarıdır, ya da Halə adlı bacısının uşaqlarıdır ki, vəfat etdikdən sonra Xədicə onların tərbiyəsini öz üzərinə götürmüşdür.

Şiə alimləri arasındakı məşhur rəy və digərlərinin yekdilliklə qəbul etdikləri görüşə əsasən, Zeynəb, Rüqəyyə və Ümmü Gülsüm Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qızlarıdır.

Şeyx Müfid "Əl-məsailul-ukbəriyyə" adlı kitabında, 50-ci məsələ, səhifə 120–də Zeynəb və Rüqəyyənin Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qızı olub-olmadığına dair sualın cavabında demişdir: “Zeynəb və Rüqəyyə Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) qızlarıdır. Az bir dəstə buna əks fikir söyləmişdir”.

Şeyx Küleyni deyib:

وتزوج خديجة وهو ابن بضع وعشرين سنة، فولد له منها قبل مبعثه عليه السلام: القاسم، ورقية، وزينب، وأم كلثوم، وولد له بعد المبعث: الطيب والطاهر وفاطمة. وروي أيضاً: أنه لم يولد بعد المبعث إلا فاطمة عليها السلام، وأن الطيب والطاهر وُلدا قبل مبعثه.

“Xədicə 28 yaşında olarkən evlənmiş və besətdən öncə Qasim, Rüqəyyə, Zeynəb, Ümmü Gülsüm, besətdən sonra isə Tayyib, Tahir və Fatimə adlı övladları dünyaya gətirmişdir. Başqa rəvayətə görə isə besətdən sonra yalnız Fatimə dünyaya gəlmiş, Tayyib və Tahir isə besətdən əvvəl doğulmuşlar”. (əl–Kafi, 1/439)

Şeyx Təbərsi deyir:

فأول ما حملت ولدت عبد الله بن محمد وهو الطيب الطاهر، وولدت له القاسم، وقيل: إن القاسم أكبر، وهو بكره، وبه كان يُكنَّى، والناس يغلطون فيقولون: وُلد له منها أربع بنين: القاسم، وعبد الله، والطيب، والطاهر، وإنما وُلد له منها ابنان وأربع بنات: زينب، ورقية، وأم كلثوم، وفاطمة.

“Xədicənin hamilə qaldıqdan sonra dünyaya gətirdiyi ilk uşaq Abdullah ibn Muhəmməddir. Onun başqa adı Tahir, həmçinin Tayyibdir. Daha sonra Qasim dünyaya gəlmişdir. Bir başqa rəyə görə isə ən böyükləri Qasimdir və ilk övladları da odur və onun adıyla künyələnmişdi. Bəziləri səhv salaraq deyirlər ki, onun üçün Xədicədən 4 oğlan dünyaya gəlmişdir: Qasim, Abdullah, Tayyib və Tahir. Lakin Xədicədən yalnız iki oğlu və dörd qızı, Zeynəb, Rüqəyyə, Ummu Gülsüm və Fatimə olmuşdur”. (İlamul-vəra bi əlamil-Huda, səh.146)

İbn Şəhr Aşub deyib:

وُلد من خديجة: القاسم، وعبد الله، وهما الطاهر، والطيب، وأربع بنات: زينب، ورقية، وأم كلثوم، وهي آمنة، وفاطمة، وهي أم أبيها. ولم يكن له ولد من غيرها إلا إبراهيم من مارية، وُلد بعالية في قبيلة مازن في مشربة أم إبراهيم، ويقال: ولد بالمدينة سنة ثمان من الهجرة، ومات بها وله سنة وعشرة أشهر وثمانية أيام، وقبره بالبقيع.

“Xədicədən dünyaya gələn Qasim və Abdullahdır. Tahir və Tayyib elə bu ikisidir. Həmçinin, dörd qız: Zeynəb, Rüqəyyə, Ümmü Gülsüm və Fatimədir. Mariyadan olan İbrahimdən savayı digər xanımlarından övladı dünyaya gəlməmişdir. Deyilir ki, İbrahim hicrətin 8-ci ili Mədinədə dünyaya gəlmiş və bir yaş altı aylığında orada vəfat etmişdir. Onun qəbri Bəqi qəbiristanlığındadır”. (Mənaqib ali Əbi Talib, 1/140)

Mühəqqiq Tüstəri deyib:

ثم لا ريب في أن زينب ورقية كانتا ابنتي النبي صلى الله عليه وآله.

Şübhəsiz ki, Zeynəb və Rüqəyyə Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) qızlarıdır”. (Qamusur-rical, 9/450)

Mamaqani "Tənqihul-məqal" adlı kitabında Zeynəb barəsinda olduqca maraqlı bir fikir söyləmişdir ki, onu qeyd etməyin eybi yoxdur:

وللسيد أبي القاسم العلوي الكوفي في (الاستغاثة في بدع الثلاثة) كلام طويل، أصرَّ فيه على أن زينب التي كانت تحت أبي العاص بن الربيع، ورقية التي كانت تحت عثمان، ليستا بنتيه صلى الله عليه وآله، بل ربيبتاه، ولم يأت إلا بما زعمه برهاناً، حاصله: عدم تعقل كون رسول الله صلى الله عليه وآله قبل البعثة على دين الجاهلية، بل كان في زمن الجاهلية على دين يرتضيه الله من غير دين الجاهلية، وحينئذ فيكون محالاً أن يزوج ابنته من كافر، من غير ضرورة دعت إلى ذلك، وهو مخالف لهم في دينهم، عارف بمكرهم وإلحادهم، ثم أخذ في نقل ما يقضي بوجود بنتين لأخت خديجة من أمها، اسمهما زينب، ورقية، وأنهما اللتان كانتا تحت أبي العاص وعثمان، وهذا لب كلامه، تركنا نقله لطوله، وهو وإن أتعب نفسه إلا أنه لم يأت بما يغني عن تكلف النظر والثبوت، وأنه كبيت العنكبوت.
أما أولاً: فلأنه يشبه الاجتهاد في قبال النصوص من الفريقين عن النبي صلى الله عليه وآله وعن أئمتنا عليهم السلام.
وأما ثانياً: فلأنا وإن كنا نسلم أن رسول الله صلى الله عليه وآله لم يكن في زمان الجاهلية على دين الجاهلية، بل على دين يرتضيه الله تعالى، ولكن رسول الله صلى الله عليه وآله لم يكن مشرعاً، بل كل حكم كان ينزل عليه كان يلتزم به تمام الالتزام، ولم يكن يخترع من قبل نفسه حكماً، والأحكام كانت تنزل تدريجاً، وعند تزويجه زينب ورقية لم يكن الكفاءة في الإيمان شرطاً، فزوج بنتيه من الرجلين تزويجاً صحيحاً شرعاً في ذلك الزمان، ثم لما أنزل الله تعالى قوله: (وَلا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا) فرَّق بين أبي العاص وبين زينب، ولو كانت الكفاءة في الإسلام شرطاً قبل ذلك لما أنزل الله سبحانه الآية، فما ذكره لا وجه له.
وأما ثالثاً: فلأنه لا شبهة في كون زينب ورقية اللتين تحت أبي العاص وعثمان مسلمتين، كما لا شبهة في كون تزويجهما من رسول الله صلى الله عليه وآله، وبإذنه وبإجازته، فلا يفرق الحال بين أن تكونا بنتيه أو ربيبتيه، أو بنتي أخت خديجة من أمها، أو غير ذلك؛ لاشتراك الجميع فيما جعله علة للإنكار، فما ذكره ساقط بلا شبهة، وإنما أجملنا الكلام في ذلك لعدم كون وضع الكتاب لتحقيق مثل ذلك، وإنما ألجأتنا إطالة صاحب التكملة بنقل كلمات صاحب الاستغاثة وغيره إلى هذا الإجمال؛ لئلا تغتر بذلك المقال إن عثرت عليه.

Seyyid Әbül-Qasim Әləvi Kufinin "əl-istiğasə fi bidəis-səlasə" adlı kitabında uzun bir yazı vardır ki, orada Əbül-As ibn Rabi ilə evli olan Zeynəbin və Osman ilə evli olan Ümmü Gülsümün Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) qızları olmadığı, əksinə, övladlıqları olduğunu israrla müdafiə etmişdir. Öz nəzərində bu barədə möhkəm dəlil gətirdiyini güman edibdir ki, onun xülasəsi budur: Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) besətdən öncə cahiliyyə dinində olduğu düşünülə bilməz, əksinə, hətta cahiliyyə dövründə də Allahın razı qaldığı dində olmuşdur. Ona görə də zərurət olmadan öz qızlarını kafirlərlə evləndirməsi mümkün deyil. Daha sonra Xədicənin bacısının Zeynəb və Rüqəyyə adlı iki qızının olduğunu söyləyən bəzi rəvayətləri nəql etməyə başlamışdır ki, Əbül-As və Osmanla evli olan qızlar, elə bu ikisi olmuşdur. Müəllifin söylədiyi fikrin əsas hissəsi bunlardır və uzun olduğu üçün hamısını burada qeyd etmirik. Müəllifin özünü bu qədər yormasına baxmayaraq, mətləbi isbatlayacaq güclü bir dəlil qeyd etməmişdir.

1. Bu cəhd həqiqətdə hər iki məzhəbin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və imamlarımızdan nəql etdikləri açıq dəlillərin (nəsslərin) müqabilində ictihad etməyə bənzəyir.

2. Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) cahiliyyə dövründə onların dinində olmadığı və Allahın razı qaldığı bir dində olduğu doğrudur, lakin Peyğəmbər öz nəzərindən qanun qoyan birisi deyildi. Ona hansı bir hökm nazil olardısa, ona əməl edər və öz nəzərinə əsasən hökm yaratmazdı. Hökmlər isə Peyğəmbərə tədricən enirdi. Zeynəb və Rüqəyyəni evləndirən zaman imanda bərabərlik şərt deyildi. Ona görə də iki qızını o günün şərtlərinə müvafiq olaraq, şəriətə uyğun şəkildə evləndirdi. “İman gətirənədək müşriklərlə evlənməyin” ayəsi nazil olduqdan sonra isə Zeynəblə Əbül-Ası ayırdı. Əgər bundan öncə evlilikdə iman əsasında bərabərlik şərt olsaydı, o zaman Allah-taala bu ayəni nazil etməz və onu qeyd etməzdi.

3. Şübhəsiz ki, Əbül-As və Osmanın həyat yoldaşları olan Zeynəb və Rüqəyyə müsəlman idilər və Peyğəmbərin icazəsi ilə onlarla evlənmişdilər. Belə olan halda onların Peyğəmbərin öz qızları olması, ya övladlıqları olması, ya da Xədicənin bacısı qızı olmaları arasında heç bir fərq qalmır. Çünki etiraz olunan səbəb bütün hallarda eynidir (müsəlmanın kafirlə evlənməsi). Ona görə də qeyd etdiyi dəlilin heç bir etibarı yoxdur. Bu mövzuda araşdırmamızı müxtəsər etdik. Çünki kitab bu bu mövzunun araşdırılması üçün qələmə alınmayıb. Qısa da olsa "əl-İstiğasə" kitabının müəllifinin və digərlərinin sözünü burada qeyd etdik ki, bu cür sözlərlə qarşılaşdıqda, aldanmayasan”. (Tənqihul-məqal, 3/79)

"Әhzab" sürəsinin 59-cu ayəsi də Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qızlarının sayının birdən çox olmasına dəlalət edir: "Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir”.

Qohumluq əlaqələri şöhrət vasitəsilə sabit olur. Bizim məsələmizdə də şöhrət hasil olub. Bəzi şiə alimlərinin Zeynəb, Rüqəyyə və Ümmü Gülsümün Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qızları deyil, övladlıqları olduqlarına dair yazdıqları dəlillərlə tanış oldum və qeyd etdikləri dəlillərin heç birinin tam və möhkəm olmadıqlarını gördüm. Əksinə, hamısı mənə görə zəif dəlillərdir. Ən doğrusunu Allah bilir.

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе