Niyə imamlar (ə.s) harada və necə şəhadətə çatacaqlarını bilə-bilə yenə də öz şəhadətə çatacaqları yerlərinə gedirdilər?

»»

Niyə imamlar (ə.s) harada və necə şəhadətə çatacaqlarını bilə-bilə yenə də öz şəhadətə çatacaqları yerlərinə gedirdilər?

Sual verən: Yasin Şüştəri

Sualların izahı:

Niyə imamlar (ə) harada və necə şəhadətə çatacaqlarını bilə-bilə yenə də öz şəhadətə çatacaqları yerlərinə gedirdilər?

Allah insanı niyə yaradıb?

Niyə bəzi vaxtlarda Allahın və imamların adları çəkiləndə insan onlara imanının olmadığını hiss edir və belə düşünür ki, ümumiyyətlə onlar yoxdurlar? Bunun qarşısını almaq üçün nə iş görmək lazımdır?

Cavab:

1-ci sual:

Niyə imamlar (ə) harada və necə şəhadətə çatacaqlarını bilə-bilə yenə də öz şəhadətə çatacaqları yerlərinə gedirdilər?

Cavab:

Peyğəmbər (s.ə.a.s) və imamların (ə.s) qeyb elminə malik olmaları haqq olan məzhəbin zəruriyyətlərindəndir və əql, sünnə və kitabdan qəti dəlillərlə isbat olunur. O cümlədən bilirlər ki, nə vaxt şəhid olacaqlar, kim onları şəhadətə çatdıracaq və s.

Sizin sualınıza cavab olaraq bu nöqtəyə diqqət etmək lazımdır ki, peyğəmbərlər (ə.s) və imamlar (ə.s) öz ictimai həyatlarında adi insanlar kimi yaşamağa, rəftar etməyə vəzifəli idilər. Batini, Allahın onlara əta etdiyi elmə əməl etməyə vəzifələnməmişdilər. Məsələn, Peyğəmbər (s.ə.a.s) elmi-qeybə malik olmasına baxmayaraq, camaat arasında olan qəzavətlərində öz elmi-qeybinə əməl etmirdi, belə ki, şəri qanunlara uyğun camaatdan şahid və bəyyinə (açıq-aşkar dəlil) istəyirdi, bu şahid və bəyyinə də hər kəsin iddiasına mütabiq olsaydı onun xeyrinə hökm verərdi. Necə ki, Mərhum əl-Kuleyni (r.ə) bu sənədi səhih olan rəvayəti öz şərafətli əl-Kafi kitabında nəql etmişdir.

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ وَ مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ عَنِ الْفَضْلِ بْنِ شَاذَانَ جَمِيعاً عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ سَعْدِ وَ هِشَامِ بْنِ الْحَكَمِ عَنْ أَبِي عَبْدِ اللَّهِ (عليه السلام) قَالَ قَالَ رَسُولُ اللَّهِ (صلي الله عليه وآله وسلم) إِنَّمَا أَقْضِي بَيْنَكُمْ بِالْبَيِّنَاتِ وَ الْأَيْمَانِ وَ بَعْضُكُمْ أَلْحَنُ بِحُجَّتِهِ مِنْ بَعْضٍ فَأَيُّمَا رَجُلٍ قَطَعْتُ لَهُ مِنْ مَالِ أَخِيهِ شَيْئاً فَإِنَّمَا قَطَعْتُ لَهُ بِهِ قِطْعَةً مِنَ النَّارِ

Əli b. İbrahim atasından və Muhəmməd b. İsmayıl əl-Fəzl b. Şazandan və bunların hamısı İbn Əbi Umeyrdən, oda Sad və Hişam b. əl-Həkəmdən, o da Əbi Əbdillah (ə.s)-dan rəvayət edirlər ki, o dedi: Peyğəmbər (s.ə.a.s) buyurmuşdur: Mən xalq arasında şahid və and içmələrə istinad edərək qəzavət edirəm. Bəziləriniz öz iddianızı isbat etməkdə digərlərinizdən zirəksiniz. Sizdən hər birinizə qardaşınzdan sizin xeyrinizə alıb verdiyim mal (sizin olmadığını bildiyiniz halda) atəşin bir hissəsi kimidir.

Şeyx əl-Kuleyni, əl-Kafi, c.7, s.414

Şeyx ət-Tusi, Təhzib əl-Əhkam, c.6, s.229

Məqsəd budur ki, Allahın mənə əta etdiyi batini elmə əsasən sizin aranizda qəzavət etməyim mənim vəzifəm deyil. Mən şahid, bəyyinə və anda əsasən qəzavət edirəm, hər kəsin öz iddiasına dəlili varsa onun xeyrinə hökm verirəm. İstər o şəxs düz desin ya yalan. Əgər sizdən biriniz daha zirək olub öz iddiasına bəyyinə və şahid hazırlayaraq nahaq olaraq qardaşının malını qəsb etsə o pay ona cəhənnəm atəşindən olan bir pay olar.

Nəticədə imamların (ə.s) da vəzifələri budur ki, adi camaat kimi yaşasınlar. Əgər imam (ə.s) öz ilahi elminə əsasən həddləri, diyələri, qisası və s. icra etməsi qərarlaşsaydı, ictimai nizam bir-birinə dəyərdi. Nəzərə alsaq ki, imamlar bütün insanlar üçün və həyatın bütün sahələrində ülgü və nümunədirlər və insanların da vəzifələri budur ki, o böyük şəxsiyyətlərə iqtida edib onlardan nümunə götürsünlər, belə olan halda əgər onlar da qeyri-adi yaşayışa sahib olsalar və elmi-qeyblərinə uyğun rəftar etsələr, insanlar üçün ülgü ola bilməzlər, insanlar da onlardan nümunə götürə bilməz.

Indi bu sual meydana gələ bilər ki, imamlar öz şəhadətlərinə elmi-qeybi olmalarına baxmayaraq, öz şəhid olacaqları yerə getmək özünü öldürmək deyilmi?

Biz bu suala cavab olaraq, siz əziz dostları bu linkə müraciət etməyi xahiş edirik. LİNK

2-ci sual:

Allah insanı niyə yaradıb?

Cavab:

Allah Təala Qurani Kərimin bir çox yerlərində bu əsaslı və mühüm suala cavab vermişdir:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ . الذاريات / 56

Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım (ki, bu yolla təkamülə çatıb Mənə yaxın olsunlar).

(əz-Zariyat, 56)

“Liyəbudun” kəlməsindəki “lam” hərfi məqsəd bildirir. Yəni, insanların və cinlərin yaradılışndakı yeganə məqsəd budur ki, Allaha icbari şəkildə yox, öz ixtiyarları ilə ibadət etsinlər və beləliklə də təkamül və əbədi səadətə yetişsinlər.

Allahın hökmlərinə itaət edib kamal dərəcələrə yetişmək insanların və cinlərin yaradılışındakı əsas hədəfdir. Allah onların bu hədəfə yetişmələrindən ötrü ehtiyac duyulan bütün vasitələri hazırlamışdır.

Bir tərəfdən onların vücudunda hər an onların ixtiyarında olan əql və ya həmin daxili peyğəmbər qoyulmuşdur ki, bunun vasitəsilə təhlükələrdən nicat tapıb öz müqəddəs hədəfinə yetişə bisin. Digər tərəfdən, tarix boyu yüz mindən çox peyğəmbər ilahi kitablarla onların hədəflərinə çatmağa kömək etsinlər deyə göndərilmişdir və peyğəmbərlər də bu vəzifəni ən yaxşı şəkildə icra etmişlər. Əgər bu qədər vasitədən, hidayət səbəblərindən sonra da insan bu müqəddəs hədəfə yetişə bilmirsə, onun öz günahıdı və nəqze-qərəz meydana gəlməz. (Yəni, Allahın öz məqsədini sındırmaz)

Mərhum Şeyx Səduq (r.ə) öz "İləl əş-Şəraye" kitabının 1-ci cildinin 13-14-cü səhifələrində yazır:

عَنْ أَبِي بَصِيرٍ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ قَالَ خَلَقَهُمْ لِيَأْمُرَهُمْ بِالْعِبَادَة

Əbu Bəsirdən nəql olunub ki, buyurdu: İmam Sadiqdən (ə.s) “insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım” ayəsi haqqında soruşdum. Buyurdu ki, Allah insanları və cinləri Ona ibadət etmələrini onlara əmr etmək üçün yaratmışdır.

Şeyx Səduq (r.ə) başqa bir rəvayətdə yenə nəql edir:

عن جميل بن دراج، قال: قلت لأبي عبد الله (عليه السلام): جعلت فداك، ما معنى قول الله عز و جل: وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ؟ فقال: خلقهم للعبادة

Cəmil ibn Dərracdan nəql olunur ki, buyurdu: İmam Sadiqə (ə.s) ərz etdim: Sənə fəda olum “insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım” ayəsinin mənası nədir? Həzrət buyurdu: Allah onları fəqət ibadət etmək üçün yaratmışdır.

Həmçinin yenə yazır:

عَنْ جَمِيلِ بْنِ دَرَّاجٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ (عليه السلام) قَالَ سَأَلْتُهُ عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ قَالَ خَلَقَهُمْ لِلْعِبَادَةِ قُلْتُ خَاصَّةً أَمْ عَامَّةً قَالَ لَا بَلْ عَامَّة

Cəmil ibn Dərracdan, o da Əbi Əbdillah əleyhissəlamdan (İmam Sadiq) rəvayət olunur ki, dedi: İmam Sadiqdən (ə.s) “insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım” ayəsinin mənası haqqında soruşdum. Buyurdu: Allah ins və cinni ibadət etmək üçün yaradıb. Ərz etdim: Xüsusi qrupu ya ümumu qrupu? Buyurdu: Ümumi hamısını Özünə ibadət etmək üçün yaratmışdır.

Bu barədə daha geniş təhqiq aparmaq istəyənlər Əllamə Təbatəbainin (r.ə) "Təfsir əl-Mizan" kitabında elə həmin ayənin təfsirinə müraciət edə bilər.

3-cü sual:

Niyə bəzi vaxtlarda Allahın və imamların adları çəkiləndə insan onlara imanının olmadığını hiss edir və belə düşünür ki, ümumiyyətlə onlar yoxdurlar? Bunun qarşısını almaq üçün nə iş görmək lazımdır?

İlahi ayələrə və İmamlara (ə) imanın olmamasının əsas amillərindən biri də heç şəkk-şübhə yoxdur ki, insanın etdiyi çoxlu günahlardır. Ilahi hökmlərə itaətsizlik və pis əməllərə mürtəkib olmaq insanın “iman” adlı canına düşmüş xora xəstəliyi kimidir və yavaş-yavaş insanın imanını aradan aparır. Çünki Şeytan insanı öz əsli yolundan və sirati mustəqimdən azdırmaq istərkən birdən-birə bu işi həyata keçirtmir, əksinə yavaş-yaşav günahları onun nəzərində sadə və kiçik cilvələndirərək kiçik günahlardan başlayıb böyük günahlara tərəf çəkir. Nəticədə insanın qəlbi həmin günahlar səbəbinə elə qaralır ki, həqiqəti qəbul etməyə belə hazır olmur. Belə yerdə onun ilahi ayələrə imanı yox olub aradan gedir. Əgər o özünə gəlib etdiyi günahlardan əl götürməsə əbədi ziyana və ilahi əzaba giriftar olur.

Allah Təala bu barədə belə buyurur:

ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَى أَنْ كَذَّبُوا بِآَيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ . الروم / 10

Sonra pis işə mürtəkib olanların sonu o yerə çatdı ki, Allahın ayələrini təkzib edib məsxərəyə qoydular.

Rum surəsi, 10

İmamlara (ə.s) qarşı imanın olmamasının amillərindən biri də onların məqam və mənzilətlərindən xəbərsiz olmaqdır. Şəkk-şübhə yoxdur ki, insan bir kəsi tanımasa və onu tanımağa çalışmasa ona iman gətirə bilməz. Mən sizə təklif edirəm ki, bu çətin giriftarçılıqdan xilas olmağınızdan ötrü hər gün şiənin rivayət kitablarından, xüsusən şiənin etibarlı və üstün kitablarından sayılan əl-Kafi kitabından bir səhifə mütaliə edəsiniz ta ki, İmamlara (ə) nisbət olan agahlığıvız artsın.

İmam Rza (ə) buyurur:

فإنّ الناس لو عَلِموا محاسنَ كلامِنا لاَتّبعونا

Əgər insanlar bizim gözəl sözlərimizi (artırıb azaltmadan) bilsəydilər, bizə tabe olardılar.

Şeyx Səduq, Uyun Əxbar ər-Rza, c.2, s.275

Şeyx Səduq, Məani əl-Əxbar, s.180

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Рейтинг

В этом разделе