«Nəhc əl-Bəlağə»-nin 228-ci xütbəsi barədə araşdırma

»»

«Nəhc əl-Bəlağə»-nin 228-ci xütbəsi barədə araşdırma

Rəhman və Rəhim olan Allahın adı ilə

Məqalənin WORD fayl versiyasını BURADAN yükləyə bilərsiniz.

Şübhə: Müxaliflər Həzrət Zəhranın (ə) şəhadətinin inkarı üçün «Nəhc əl-bəlağə»nin 228-ci xütbəsini (müxtəlif nəşr və şərhlərdə xütbənin nömrəsi fərqlənə bilər) dəlil gətirirlər. Deyirlər ki, Həzrət Əli (ə) Öməri ən yaxşı şəkildə tərifləmişdir. Həzrət Əli (ə) Ömərin tərifi haqqında buyurur: «Allah filankəsi imtahan edib xeyirli mükafat versin!» Bir rəvayətdə də gəlmişdir ki, «Allah filankəsin şəhərlərinə bərəkət versin!»

وسألت عنه النقيب أبا جعفر يحيى بن أبي زيد العلوي، فقال لي: هو عمر، فقلت له: أيثني عليه أمير المؤمنين رضي الله عنه هذا الثناء؟... فإذا اعترف أمير المؤمنين بأنه أقام السنة، وذهب نقي الثوب، قليل العيب، وأنه أدى إلى الله طاعته، واتقاه بحقه، فهذا غاية ما يكون من المدح

İbn Əbi əl-Hədid deyir: Nəqib Əbu Cəfər Yəhya bin Əbi Zeyd əl-Ələvidən bu şəxs haqqında soruşdular. Mənə dedi ki: «Bu şəxs Ömər bin əl-Xəttabdır.» Dedim: «Əmir əl-muminin (ə) onu bu cür təriflədi?» Dedi: «Bəli», və belə əlavə etdi: «Əgər Əmirəl-muminin (ə) (Ömərin) sünnəni diriltdiyini, pak-pakizə və az eyiblə dünyadan köçdüyünü, Allaha ibadət etdiyini və pəhrizkar olduğunu etiraf edirsə, bu sonsuz dərəcədə mədh və tərif deməkdir.»

İbn Əbi əl-Hədid əl-Mədaini əl-Mötəzili (vəfatı 655 h), Şərh Nəhc əl-bəlağə c.12, s.4; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1418/1998; təhqiq: Muhəmməd Əbdul-Kərim ən-Nəmri (onlayn mənbə 1, 2)

Əhli-sünnənin reformist alimlərindən olan Muhəmməd Əbduh da «filankəs»in kim olduğu barədə deyir:

أي عمر علي الارجح.

Yəni, ən üstün rəyə görə Ömərdir.

Muhəmməd Əbduh, Şərh Nəhc əl-bəlağə, s.430 (onlayn mənbə 1, 2)

Görəsən bir kəs həyat yoldaşını öldürən şəxsi belə tərifləyə bilərmi?

Tənqid və araşdırma

«Nəhc əl-bəlağə»də olan xütbənin əsli

Həzrət Əli (ə) «Nəhc əl-bəlağə»də buyurur: .

خَيْرَهَا وَسَبَقَ شَرَّهَا أَدَّى إِلَى اللَّهِ طَاعَتَهُ وَاتَّقَاهُ بِحَقِّهِ. رَحَلَ وَتَرَكَهُمْ فِي طُرُقٍ مُتَشَعِّبَةٍ لَا يَهْتَدِي فِيهَا الضَّالُّ لِلَّهِ بِلَاد فُلَانٍ (بلاء فلان) فَقَدْ قَوَّمَ الْأَوَدَ وَدَاوَى الْعَمَدَ وَأَقَامَ السُّنَّةَ وَخَلَّفَ الْفِتْنَةَ. ذَهَبَ نَقِيَّ الثَّوْبِ قَلِيلَ الْعَيْبِ أَصَابَ وَلَا يَسْتَيْقِنُ الْمُهْتَدِي.

Allah filankəsin şəhərlərinə bərəkət verib onları qorusun (Allah ona imtahan etdiyi şeylərdə xeyirli mükafat versin) ki, əyrilikləri düzəltdi, xəstəliklərə dərman elədi, Peyğəmbər (s) sünnəsini bərpa etdi, fitnələri arxada qoydu. Pak ətəklə (pakizə olaraq) dünyadan köçdü. Dünyanın yaxşılıqlarına yetişib pisliklərini boşladı. Allaha nisbətdə təqvalı olub öz vəzifələrini həyata keçirdi. Özü getdi, lakin camaatı pərakəndə qoydu, nə yolunu azan hidayət oldu, nə də hidayət olan yəqinə çatdı.

Sübhi Saleh, xütbə 228; Feyz əl-İslam, xütbə 219; Muhəmməd Əbduh, xütbə 222; İbn Əbi əl-Hədid, xütbə 223

«Nəhc əl-bəlağə»də müzakirə olunan söz «فُلَانٍ» «fulan» kəlməsidir. Amma bu «fulan» kəlməsinin kim olmasını «Nəhc əl-bəlağə»dən ələ gətirmək olmur. Bu kitabın şərhçiləri də bu barədə müxtəlif fikirlərə malikdirlər. Hər halda bu barədə dörd ehtimal mövcuddur:

1. Məqsəd Ömərdir

2. Osman haqqında kinayə və onun məzəmməti haqqındadır

3. Məqsəd o Həzrətin (ə) dostlarından biridir

4. Təqiyyə üzündən Ömərə işarədir

Əhli-sünnə, xüsusən də İbn Əbi əl-Hədid bu şəxsin Ömər olduğuna etiqad edir. Şəksiz olaraq, fiqhdə əhli-sünnədən, əqidədə mötəzilə olan İbn Əbi əl-Hədid və reformist Muhəmməd Əbduh kimi şəxslərin sözlərinin yanımızda dəyəri yoxdur və heç bir şeyi sabit etmir. Xüsusən bu rəvayət əhli-sünnə kitablarında Muğeyrə b. Şubə kimi şəxslərin dilindən nəql olunarsa, heç bir etibardan söhbət gedə bilməz. Bu iki nəfərin zehni tör-töküntüləri, qabaqcadan qəbul edilmiş etiqada malik olmaları «filan» şəxsin Ömər bin əl-Xəttab olmasını təfsir etmələri təbiidir. Əhli-sünnə bu cümlələri Əmir əl-muminin (ə) ikinci xəlifə haqqında deməsini sabit etmək üçün aşağıdakı üç müqəddiməni isbat etməlidirlər:

1. Bu sözləri deyən Əmir əl-muminindir (ə);

2. «Fulan» kəlməsində məqsəd Ömərdir;

3. İmamın (ə) məqsədi Öməri mədh etmək (tərifləmək) olmuşdur.

Bir halda ki, İbn Əbi əl-Hədidin sözündən başqa bir dəlilləri yoxdur, bu da şiəni, hətta əhli-sünnəni də qane edə bilməz.

İbn Əbi əl-Hədidin nəzərinin tənqidi

İbn Əbi əl-Hədid bu xütbənin şərhində yazır:

وقد وجدت النسخة التي بخط الرضي أبي الحسن جامع نهج البلاغة وتحت فلان عمر، حدثني بذلك فخار بن معد الموسوي الأودي الشاعر، وسألت عنه النقيب أبا جعفر يحيى بن أبي زيد العلوي، فقال لي: هو عمر، فقلت له: أيثني عليه أمير المؤمنين رضي الله عنه هذا الثناء؟ فقال: نعم... فإذا اعترف أمير المؤمنين بأنه أقام السنة، وذهب نقي الثوب، قليل العيب، وأنه أدى إلى الله طاعته، واتقاه بحقه، فهذا غاية ما يكون من المدح

«Seyid ər-Rəzinin xəttilə yığılmış «Nəhc əl-bəlağə»nin nüsxəsində «fulan» kəlməsinin altında Ömər yazılmışdır. Bu məsələni mənə (şair) Fəxxar bin Maad əl-Musəvi nəql etmişdir. (Mən də) Əbu Cəfər ən-Nəqibdən bu barədə soruşdum. Dedi: «məqsəd Ömərdir.» Dedim: «Əmir əl-muminin (ə) onu bu cür təriflədi?» Dedi: «Bəli.» ... Əgər Əmir əl-muminin (ə) (Ömərin) sünnəni diriltdiyini, pak-pakizə və az eyiblə dünyadan köçdüyünü, Allaha ibadət etdiyini və pəhrizkar olduğunu etiraf edirsə, bu sonsuz dərəcədə mədh və tərif deməkdir.»

İbn Əbi əl-Hədid əl-Mədaini əl-Mötəzili (vəfatı 655 h), Şərh Nəhc əl-bəlağə c.12, s.3; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1418/1998; təhqiq: Muhəmməd Əbd əl-Kərim ən-Nəmri (onlayn mənbə 1, 2)

İbn Əbi əl-Hədid kamil zirəkliklə öz sözünü elə təsvir etmişdir ki, onu oxuyan hər kəs bir anda onun Seyidin qələmilə yazılmış nüsxəni gördüyünə və orada «fulan» sözünün kənarında Ömərin adı yazıldığına yəqin etmiş olar. Əgər bir kəs ikinci cümləni oxumasa cümlənin belə yazıldığına güman edər: «Vəcədtu» – yəni «mən gördüm». Halbuki yaxşı diqqət etsə «vucidət» – yəni «belə nüsxə görünmüşdür» ifadəsinin şahidi olar.

1. «Filan» kəlməsinin izahı Seyid ər-Rəzinin deyil

İbn Əbi əl-Hədid yazır: «Seyid ər-Rəzinin xəttilə yazılmış nüsxədə «fulan» kəlməsinin altında Ömər yazılmışdır.»

Bu iddia sübut olunmayıb. Çünki əgər bu Seyid ər-Rəzinin nəzəri olsaydı, sətirin altında yox, İmamın (ə.s) nəzərini izah etmək məqsədilə sətirin daxilində yazardı.

Xətt nüsxələri ilə tanışlığı olan kəs bilir ki, belə əlavələr adətən nüsxə ixtiyarında olan kəslərin əlilə həyata keçirilir. «Nəhc əl-bəlağə» haqqında da bunu demək olar ki, nüsxə ixtiyarında olan kəs «fulan» sözündən məqsəd Ömər bin əl-Xəttabın olduğunu təsəvvür edib. Elə ona görə də altına Ömər yazıb. Nəticədə bu işi müəllifə nisbət vermək üçün qəti dəlil lazımdır.

2. Bu sözün deyilməsinin səbəbi məlum deyil

Fərz etsək ki, «fulan» kəlməsində məqsəd Ömərdir, lakin yenə də bu sözlərin tərif səbəbinə deyilməsini sabit etmək olmaz. Bəlkə təqiyyə üzündən, və ya başqası (məsələn, Osman) barədə kinayə olaraq deyilmişdir. Bunun izahı qarşıda gələcək.

3. İmamın (ə) bu sözü xəlifələr barəsində dediyi digər sözlərlə ziddiyyətlidir

Bu söz Həzrət Əmirin (ə) (sünni və şiə kitablarında gəldiyi kimi) ikinci xəlifə barədə dediyi digər sözlərlə ziddiyyət təşkil edir. Onlardan bir neçəsinə işarə edirik:

a) Əmir əl-muminin (ə) ikinci xəlifəni yalançı, xəyanətkar, zülmkar, pozğun... bilir

Müslim ən-Nişapuri öz «Səhih»ində Əmir əl-muminin (ə) birinci və ikinci xəlifə barəsindəki nəzərini bəyan etmişdir.

ثُمَّ تُوُفِّىَ أَبُو بَكْرٍ وَأَنَا وَلِىُّ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- وَوَلِىُّ أَبِى بَكْرٍ فَرَأَيْتُمَانِى كَاذِبًا آثِمًا غَادِرًا خَائِنًا.

(Ömər deyir): Əbu Bəkrin ölümündən sonra Peyğəmbər (s) və Əbu Bəkrin canişini mən oldum. Siz ikiniz məni yalançı, günahkar, hiyləgər və xain bilirsiniz.

Muslim bin Həccac ən-Nişapuri (vəfatı 261 h), əs-Səhih, Kitab əl-cihad, c.3, s.1378, h.1757, Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbd əl-Baqi (onlayn mənbə 1, 2, 3)

Əbd ər-Rəzzaq əs-Sənani də ikinci xəlifədən nəql edir ki, (Ömər) Abbas və Əliyə (ə) dedi: Siz ikiniz məni zülmkar və pozğun bilirsiniz.

ثم وليتها بعد أبي بكر سنتين من إمارتي فعملت فيها بما عمل رسول الله (ص) وأبو بكر وأنتما تزعمان أني فيها ظالم فاجر....

(Ömər deyir): Mən Əbu Bəkrdən sonra iki il hakimlik etdim və Peyğəmbərin (s) və Əbu Bəkrin yolunu davam etdirdim. Amma siz ikiniz məni zalım və pozğun hesab etdiniz.

Əbu Bəkr bin Əbi Şeybə (vəfatı 211 h), əl-Müsənnəf, c.5, s.469, h.9772; əl-Məclis əl-İlmi, Hindistan, 1403/1983 ; təhqiq: Həbib ər-Rəhman əl-Azəmi (onlayn mənbə 1, 2)

Bu, Əmir əl-mumininin (ə) birinci və ikinci xəlifəyə olan həqiqi etiqadıdr. Onun sənəd və dəlalətində heç bir işkal da mövcud deyildir.

b) Əmir əl-muminin (ə) Ömərin üzünü görmək istəmirdi

əl-Buxari və Müslim nəql edirlər ki, Həzrət Əli (ə) Həzrət Zəhranın (ə) şəhadətindən sonra bir nəfəri Əbu Bəkrin yanına göndərib öz yanına çağırtdırdı və tapşırdı ki, Öməri özü ilə gətirməsin. Çünki o Həzrət (ə) ikinci xəlifənin üzünü görmək istəmirdi.

فَأَرْسَلَ إِلَى أَبِي بَكْر أَنِ ائْتِنَا، وَلاَ يَأْتِنَا أَحَدٌ مَعَكَ، كَرَاهِيَةً لِمَحْضَرِ عُمَرَ.

«(Əli) Əbu Bəkrə xəbər göndərərək: «Bizə gəl», - Ömərin iştirakını xoşlamadığı üçün də - «lakin yanında heç kəsi gətirmə.» - dedi.»

Muhəmməd bin İsmayıl əl-Buxari (vəfatı 256 h), əs-Səhih, Kitab əl-məğazi, c.4, s.1549, h.3998; Dar İbn Kəsir, Yəmamə/Beyrut , 1407/1987; təhqiq: Mustafa Dib əl-Buğa (onlayn mənbə 1, 2)
Muslim bin Həccac ən-Nişapuri (vəfatı 261 h), əs-Səhih, Kitab əl-cihad, c.3, s.1380, h.1759, Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbd əl-Baqi (onlayn mənbə 1, 2, 3)

Həmçinin İbn Hibban yazır:

فأرسل إلى أبي بكر أن ائتنا ولا يأتنا معك أحد كره علي أن يشهدهم عمر لما يعلم من شدة عمر عليهم

«(Əli) Əbu Bəkrə xəbər göndərərək: «Bizə gəl», - dedi. Ömərin onlara qarşı şiddətli davranışı ilə əlaqədar onun iştirakını xoşlamadığı üçün də - «lakin yanında heç kəsi gətirmə.» - deyərək əlavə etdi.»

Əli bin Bəlban əl-Farisi, əl-İhsan fi taqrib Səhih İbn Hibban, c.11, s.152-154, h.4823; Muəssisə ər-Risalə, Beyrut, 1408/1988; təhqiq: Şueyb əl-Arnaut (onlayn mənbə 1, 2)

Şueyb əl-Arnaut bu rəvayətin sənədinin səhih olduğunu bildirib.

c) Əmir əl-muminin (ə) ikinci xəlifəni qaba (kobud), çox səhv edən… kimi bilir

Əli (ə) Şiqşiqiyyə xütbəsində ikinci xəlifə barəsində buyurur:

فَصَيَّرَهَا فِي حَوْزَةٍ خَشْنَاءَ يَغْلُظُ كَلْمُهَا وَ يَخْشُنُ مَسُّهَا وَ يَكْثُرُ الْعِثَارُ فِيهَا وَ الِاعْتِذَارُ مِنْهَا. فَصَاحِبُهَا كَرَاكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَهَا خَرَمَ وَ إِنْ أَسْلَسَ لَهَا تَقَحَّمَ. فَمُنِيَ النَّاسُ لَعَمْرُ اللَّهِ بِخَبْطٍ وَ شِمَاسٍ وَ تَلَوُّنٍ وَ اعْتِرَاضٍ

(Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzürxahlıqları saysız-hesabsız idi. Onunla ünsiyyət (həm İmamın, həm başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına buraxdıqda isə süvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı.

d) İmam Əli (ə) Şeyxeynin (Əbu Bəkr və Ömərin) sirəsini (yaşayış və hakimiyyət üslubunu) məşru (şəriətə müvafiq) bilmir

Əgər Əlinin (ə) Ömərin sünnəni diriltdiyinə etiqadı var idisə, bəs niyə altı nəfərlik şurada Əbd ər-Rəhman bin Auf şeyxeynin sirəsini xilafət üçün şərt qoyduqda İmam (ə) qəbul etməyib (elə bu şərti qəbul etməmək səbəbinə) 12 il siyasət və icra işlərindən kənarda qaldı?

əl-Yəqubi yazır:

وخلا بعلي بن أبي طالب، فقال: لنا الله عليك، إن وليت هذا الامر، أن تسير فينا بكتاب الله وسنة نبيه وسيرة أبي بكر وعمر. فقال: أسير فيكم بكتاب الله وسنة نبيه ما استطعت. فخلا بعثمان فقال له: لنا الله عليك، إن وليت هذا الامر، أن تسير فينا بكتاب الله وسنة نبيه وسيرة أبي بكر وعمر. فقال: لكم أن أسير فيكم بكتاب الله وسنة نبيه وسيرة أبي بكر وعمر، ثم خلا بعلي فقال له مثل مقالته الأولى، فأجابه مثل الجواب الأول، ثم خلا بعثمان فقال له مثل المقالة الأولى، فأجابه مثل ما كان أجابه، ثم خلا بعلي فقال له مثل المقالة الأولى، فقال: إن كتاب الله وسنة نبيه لا يحتاج معهما إلى إجيرى أحد. أنت مجتهد أن تزوي هذا الامر عني. فخلا بعثمان فأعاد عليه القول، فأجابه بذلك الجواب، وصفق على يده

«Əbd ər-Rəhman bin Auf Əli bin Əbu Talibin (ə) yanına gəlib dedi: «Biz səninlə o şərtlə beyət edirik ki, Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi, Əbu Bəkr və Ömərin üsulu ilə rəftar edəsən.» İmam (ə) buyurdu: «Mən gücüm çatdığı qədər Allahın kitabı və Peyğəmbərin (s) sünnəsi ilə rəftar edəcəyəm.» Əbd ər-Rəhman bin Auf Osmanın yanına gedib belə dedi: «Biz səninlə o şərtlə beyət edirik ki, Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi, Əbu Bəkr və Ömərin üsulu ilə rəftar edəsən.» Osman cavab verdi: «Mən yalnız Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi, Əbu Bəkr və Ömərin üsulu ilə rəftar edəcəyəm.» Əbd ər-Rəhman bin Auf ikinci dəfə Həzrət Əlinin (ə) yanına gedib əvvəlki sualı ona verdi və eyni cavabı aldı. Sonra Osmanın yanına gedib eyni sualı verdi və Osmandan da eyni cavabı aldı. Üçüncü dəfə Həzrət Əlinin (ə) yanına gedib ona verdiyi sualı bir də ünvanladı. Həzrət cavabında buyurdu: «Allahın kitabı və Peyğəmbərin (s) sünnəsi aramızda ola-ola başqa bir sirə və üsula ehtiyac yoxdur. Sən xilafəti məndən uzaqlaşdırmaq üçün çalışırsan.» Üçüncü dəfə Əbd ər-Rəhman bin Auf Osmanın yanına gedib həmin təklifi irəli sürdü. O da əvvəlki verdiyi cavabı verdi. Əbd ər-Rəhman Osmanın əlini sıxıb onu xilafət üçün seçdi.»

Əhməd bin Əbi Yəqub əl-Yəqubi (vəfatı 292 h), Tarixi əl-Yəqubi, c.2, s.162; Dar Sadir, Beyrut (onlayn mənbə 1, 2)

Əhməd bin Hənbəl də bu hadisəni Əbd ər-Rəhman bin Aufun dilindən belə rəvayət edir:

عن أبي وائل قال قلت لعبد الرحمن بن عوف كيف بايعتم عثمان وتركتم عليا رضي الله عنه قال ما ذنبي قد بدأت بعلي فقلت أبايعك على كتاب الله وسنة رسوله وسيرة أبي بكر وعمر رضي الله عنهما قال فقال فيما استطعت قال ثم عرضتها على عثمان رضي الله عنه فقبلها

«Əbu Vail deyir: «Əbd ər-Rəhman bin Aufa dedim: «Necə oldu ki, Əlini (ə) buraxıb Osmanla beyət etdiniz?» Əbd ər-Rəhman dedi: «Mənim heç bir günahım yoxdur, Mən Əliyə (ə) dedim ki, sənə bu şərtlə beyət edirəm ki, Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi, Əbu Bəkr və Ömərin üsulu ilə rəftar edəsən.» Belə buyurdu: «Mənim nəyə gücüm çatsa.» Sonra bu təklifi Osmana etdim, o isə qəbul etdi.»

Əhməd bin Hənbəl (vəfatı 241 h), əl-Müsnəd, c.1, s.75; Muəssisə Qurtubə, Misir (onlayn mənbə 1, 2)

İzz əd-Din bin əl-Əsir əl-Cəziri (vəfatı 630 h), Usd əl-ğabə fi mərifət əs-səhabə, c.4, s.123; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1417/1996; təhqiq: Adil bin Əhməd ər-Rufai (onlayn mənbə 1)

 

İmam Əlinin (ə) sözünün mənası budur ki, Allahın kitabı və Peyğəmbərin (s) sünnəsində heç bir nöqsan yoxdur ki, başqalarının sirə və üsulunu da ona əlavə edək. Mən onların sirə və üsullarını şəriətə müvafiq bilmirəm və İslamın hissəsi olmayan, İslamda məşruiyyəti (şəriətə müvafiq) olmayan heç bir şeyi İslama daxil etmərəm.

Əlinin (ə) öz zahiri hakimiyyəti dövründə də Rəbiə bin Şəddad əl-Xəsəmi ona belə dedi: Bir surətdə sənə beyət edərəm ki, Əbu Bəkr və Ömərin sünnəsilə rəftar edəsən. Həzrət (ə) qəbul etməyib buyurdu:

ويلك لو أن أبا بكر وعمر عملا بغير كتاب الله وسنة رسول الله صلى الله عليه وسلم لم يكونا على شئ من الحق فبايعه

Vay olsun sənə! Əgər Əbu Bəkr və Ömər Allahın kitabı və Rəsulullahın (s) sünnəsinin xilafına əməl etsələr bunun nə dəyəri olar?

Muhəmməd bin Cərir ət-Təbəri (vəfatı 310 h), Tarix ət-Təbəri, c.3, s.116; Dar əl-kutub əl-İlmiyyə, Beyrut (onlayn mənbə 1, 2)
İzz əd-Din bin əl-Əsir əl-Cəziri (vəfatı 630 h), əl-Kamil fi ət-tarix, c.3, s.215; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415/1995; təhqiq: Abdullah Qazi (onlayn mənbə 1, 2)

Sünni və şiə kitablarında ikinci xəlifə barəsində çox nümunələr göstərmək olar, lakin bu qədərilə kifayətlənirik.

Qeyd olunanlara diqqət edərək həqiqət axtaran və oyaq vicdanlardan soruşuruq:

Necə inanmaq olar ki, «fulan» kəlməsindən məqsəd ikinci xəlifədir? Halbuki Əmir əl-muminin (ə) onun sirəsini məşru (şəriətə uyğun) bilmir və hətta onun üzünü görmək belə istəmir?

Necə ola bilər ki, «əyrilikləri düzəltdi», « xəstəliklərə dərman elədi», «sünnəni bərpa etdi», «fitnələri arxada qoydu», «pak ətəkli», «az eyibli» və s kimi təriflər «yalançı», «hiyləgər», «xain», «günahkar», «zalım», «facir», «qaba» cümlələrilə yan-yana qərarlaşıb bir nəfər haqqında deyilsin?

Görəsən Əmir əl-muminin (ə) kimi şəxsiyyətin belə ziddiyyətli sözlər danışması mümkündürmü?

Görəsən İmamın (ə) sözü Osman barədə kinayə və onun məzəmməti üçündür?

İbn Əbi əl-Hədid Nəqib Əbu Cəfər Yəhya bin Əbu əz-Zeydin kəlamını nəql edərkən belə deyir:

واما الجارودية من الزيدية فيقولون: انه كلام قاله في أمر عثمان أخرجه مخرج الذم له، والتنقص لأعماله، كما يمدح الآن الأمير الميت في أيام الأمير الحي بعده، فيكون ذلك تعريضا به.

Zeydiyyələrdən olan Carudiyyə firqəsi İmamın (ə) bu sözü Osman haqqında deməsinə, təhqir etmək və işlərini alçaltmaq məqsədilə dediyinə etiqad edir. Necə ki, bir əmir dünyadan gedəndən sonra onun diri vaxtında (gördüyü işləri) indi tərif edirik. Bu onun barəsində kinayədir.

İbn Əbi əl-Hədid əl-Mədaini əl-Mötəzili (vəfatı 655 h), Şərh Nəhc əl-bəlağə, c.12, s.4, Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1418/1998; təhqiq: Muhəmməd Əbd əl-Kərim ən-Nəmri (onlayn mənbə 1, 2)

Bu fikrin araşdırılması:

Camaat bu qəbildən olan kinayələri öz gündəlik danışıqlarında çox işlədirlər. Məsələn, indi İraq camaatı belə deyir: «Allah Səddama rəhmət eləsin!» Onlar bu sözü deməklə əslində amerikalılara tənə vurmaq istəyirlər.

Bu ehtimalın tərəfdarları olsa da, onun sübutu üçün qəti bir dəlil yoxdur. Nəticədə bunu qəti olaraq qəbul etmək olmaz. Digər tərəfdən bu izah Əmir əl-mumininin (ə) ikinci xəlifəyə olan nəzəri ilə ziddiyyət təşkil edir. Çünki Əmir əl-mumininin (ə) ikinci xəlifəni (hətta üçüncü xəlifəni məzəmmət etmək üçün də olsa belə) belə tərif etməsi mümkün deyildir.

Görəsən «fulan» sözündən məqsəd İmamın (ə) səhabə və dostlarıdırmı?

«Nəhc əl-bəlağə»nin bəzi şərhçiləri, şiə və sünni mütəfəkkirlərinin bəziləri «fulan» kəlməsindən məqsədin Həzrətin (ə) bəzi səhabələri olmasını aşıq-aşkar bəyan ediblər.

Əhli-sünnənin müasir alimlərindən olan Sübhi Salih bu xütbə haqqında deyir:

من کلامه عليه السلام: ما يريد به بعض أصحابه

İmam (ə) bu sözü ilə bəzi səhabələrini tərif edir.

Sübhi Salih, Nəhc əl-bəlağə, xütbə 228, səh 350 (onlayn mənbə 1)

Şiə alimlərindən olan Qütb əd-Din ər-Ravəndi də «fulan» kəlməsindən məqsədin Həzrətin (ə) bəzi səhabələri olması məsələsinə etiqad edir.

وروي «بلاء فلان» أي صنيعه وفعله الحسن، مدح بعض أصحابه بحسن السيرة وأنه مات قبل الفتنة التي وقعت بعد رسول اللّه صلى اللّه عليه و آله من الاختيار و الايثار

«Bilau filan» – yəni gördüyü işlər yaxşı idi. Əmir əl-muminin (ə) bu cümlə ilə sirəsi (üslubu) gözəl olan bəzi səhabələrini tərifləmişdir. Bu şəxs Rəsulullahın (s) vəfatından sonra meydana gələn fitnələrdən qabaq vəfat etmişdir.

Qütb əd-Din ər-Ravəndi (vəfatı 573), Minhac əl-bəraə fi şərh Nəhc əl-bəlağə, c.2, s.402; Ayətullah Mərəşinin kitabxanası, Qum, 1364 h.ş.; Seyid Əbd əl-Lətif Kuhkəmərinin redaktəsi (onlayn mənbə 1, 2)

Qütb ər-Ravəndi «Nəhc əl-bəlağə»ni İbn əl-İxvə (bacı oğlu) adı ilə məşhur olan Əbd ər-Rəhim əl-Bağdadidən, o da Seyid Mürtəzanın (Seyid ər-Rəzinin qardaşı) qızından, o da əmisindən, yəni Seyid ər-Rəzidən (Şərif ər-Rəzi) nəql etmişdir. Buna əsasən də Qütb ər-Ravəndinin «Nəhc əl-bəlağə»nin məfhumları ilə digərlərindən daha çox tanış olduğunu demək olar.

Həmçinin VI əsr şiə alimlərindən olan Əli b. Nasir əl-Hüseyni əs-Sərəxsi də eyni fikirdə olmuşdur:

مدح بعض اصحابه بحسن السيره، و انه مات قبل الفتنه التى وقعت بعد رسول الله- صلى الله عليه و آله.

Əmir əl-muminin (ə) bu cümlə ilə sirəsi (üslubu) gözəl olan bəzi səhabələrini tərifləmişdir. Bu şəxs Rəsulullahın (s) vəfatından sonra meydana gələn fitnələrdən qabaq vəfat etmişdir.

Əli bin Nasir əs-Sərəxsi, Əlam Nəhc əl-bəlağə, s.192; Müəssisə təhqiqat və nəşr maarif Əhl əl-beyt (ə), İran; təhqiq: Əzizullah əl-Əttardi (onlayn mənbə 1, 2)

«Nəhc əl-bəlağə»nin şərhçilərindən olan Mirzə Həbibullah Xoyi ər-Ravəndinin sözünü nəql edəndən sonra yazır:

و عليه فلا يبعد أن يكون مراده عليه السّلام هو مالك بن الحرث الأشتر، فلقد بالغ في مدحه و ثنائه في غير واحد من كلماته. مثل ما كتبه إلى أهل مصر حين ولى عليهم مالك حسبما يأتي ذكره في باب الكتب تفصيلا إنشاء اللّه.
و مثل قوله عليه السّلام فيه لما بلغ إليه خبر موته: مالك و ما مالك لو كان من جبل لكان فندا، و لو كان من حجر لكان صلدا، عقمت النساء أن يأتين بمثل مالك
.
بل صرّح في بعض كلماته بأنّه كان له كما كان هو لرسول اللّه صلّى اللّه عليه و آله و سلّم و من هذا شأنه فالبتّة يكون أهل لأن يتّصف بالأوصاف الاتية بل بما فوقها

«Həzrətin (ə) məqsədinin Malik Əştər olması uzaq nəzər deyildir. Çünki İmam (ə) onun tərifində çox sözlər demişdir. Məsələn, Malik Əştəri Misirə vali təyin edən zaman Misir camaatına bir məktub yazmışdır ki, müfəssəl surətdə qarşıda deyiləcək. Və ya Malik Əştərin ölüm xəbərini eşidən zaman belə demişdir: «Malik necə Malik idi. Allaha and olsun ki, əgər dağ olsaydı, iftixar olunası yeganə bir dağ olardı. Əgər daş olsaydı, möhkəm bir daş olardı. Qadınlar belə bir övlad dünyaya gətirməkdə acizdirlər.»

İmam (ə) bəzi sözlərində açıq-aşkar buyurmuşdur ki, «o mənim üçün mənim Rəsulullah (s) üçün olduğum kimidir.» Elə buna görə də (qarşıda gələcək sifətlərlə) və bundan da üstün sifətlərlə Maliki tərifləməsi daha layiqlidir.»

Mirzə Həbibullah Haşimi Xoyi, Minhac əl-bəraə fi şərh Nəhc əl-bəlağə, c.14, s.375; Məktəbə əl-İslamiyyə, Tehran, 1358 h ş; Seyid İbrahim Miyanəcinin redaktəsi ilə (onlayn mənbə 1, 2)

Mövcud nəzərlər arasında olan bu nəzər məntiq və tarixi həqiqətlərlə müvafiqdir. Çünki İmamın (ə) ikinci xəlifə haqqında nəzəri qabaqda deyildi. Elə buna görə də bu təriflərin ünvanı ikinci xəlifə ola bilməz. Bir dərəfdən də bu şəxsin Həzrətin (ə) Malik kimi səhabələrindən olması mümkündür. Əhli-sünnə alimi olan Sübhi Salehin açıq-aşkar dediyi o sözü də bu nəzəri qüvvətləndirir.

Görəsən bu sözlər təqiyyə üzündən ola bilərmi?

İbn Əbi əl-Hədid bu xütbənin altında yazır:

اما الامامية فيقولون: إن ذلك من التقية واستصلاح أصحابه

«Şiələr deyirlər: Əli (ə) bu sözləri dostlarının xeyrinə və təqiyyə üzündən buyurmuşdur.»

İbn Əbi əl-Hədid əl-Mədaini əl-Mötəzili (vəfatı 655 h), Şərhi Nəhc əl-bəlağə, c.12, s.4, Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1418/1998; təhqiq: Muhəmməd Əbd əl-Kərim ən-Nəmri (onlayn mənbə 1, 2)

Bu nəzərin araşdırılması:

Əlinin (ə) bu sözləri təqiyyə üzündən deməsinin mümkünlüyü ehtimalının da tərəfdarları vardır və «Nəhc əl-bəlağə»də buyurduğu digər cümlələrlə də uyğunluğu mövcuddur.

Əli (ə) «Nəhcül bəlağə»nin 73-cü xütbəsində buyurur:

لَقَدْ عَلِمْتُمْ أَنِّي أَحَقُّ بِهَا مِنْ غَيْرِي. وَ وَ اللَّهِ لَأُسَلِّمَنَّ مَا سَلِمَتْ أُمُورُ الْمُسْلِمِينَ. وَ لَمْ يَكُنْ فِيهَا جَوْرٌ إِلَّا عَلَيَّ خَاصَّةً. الْتِمَاساً لِأَجْرِ ذَلِكَ وَ فَضْلِهِ. وَ زُهْداً فِيمَا تَنَافَسْتُمُوهُ مِنْ زُخْرُفِهِ وَ زِبْرِجِهِ.

Hamınız bilirsiniz ki, mən xilafətə hamıdan daha çox layiqəm. And olsun Allaha, müsəlmanların işi yoluna düşsün deyə qəbul etdim. Bu məsələdə yalnız mənə zülm olundu. Bu başıma gələnin, sükut etməyimin, onun fəzilətinin əcrini Allahdan istəyirəm. Arxasınca getdiyiniz zər-zibadan pəhriz edirəm.

Mirzə Həbibullah Xoyi İbn Əbi əl-Hədidin sözünü nəql edəndən sonra yazır:

و الحاصل أنّه على كون المكنّى عنه عمر لا بدّ من تأويل كلامه و جعله من باب الايهام و التّورية على ما جرت عليها عادة أهل البيت عليهم السّلام في أغلب المقامات فانّهم....

«Nəticədə əgər «fulan» kəlməsində məqsəd Ömərdirsə, onda gərək İmamın (ə) bu sözünü tövriyə (tövriyə odur ki, insan sözü ikibaşlı deyir. Məqsədi bir mənadır, lakin qarşı tərəf başqa bir mənada başa düşür) və eyham (işarə etmək) baxımından təvil edək. Əhli beytin (ə) sirə və adəti də çox yerlərdə bu surətdə olmuşdur.»

Mirzə Həbibullah Haşimi Xoyi, Minhac əl-bəraə fi şərh Nəhc əl-bəlağə, c.14, s.375; Məktəbə əl-İslamiyyə, Tehran, 1358 h ş; Seyid İbrahim Miyanəcinin redaktəsi ilə (onlayn mənbə 1, 2)

Sonra Mirzə Həbibullah Xoyi şiə kitab və rəvayətlərindən bır sıra sübutlar qeyd edir. Maraqlananlar müraciət edə bilərlər.

Buna əsasən əgər «fulan» kəlməsində məqsədin Ömər olmasını fərz etsək belə bu təqiyyə üzündən deyilmiş bir kəlamdır. Necə ki, Allahın rəsulu (s) Aişənin qövmündən təqiyyə edirdi.

Muhəmməd bin İsmayıl əl-Buxari öz «Səhih»ində yazır:

عَنْ عَائِشَةَ رضى الله عنهم زَوْجِ النَّبِيِّ صلى الله عليه وسلم أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قَالَ لَهَا أَلَمْ تَرَىْ أَنَّ قَوْمَكِ لَمَّا بَنَوُا الْكَعْبَةَ اقْتَصَرُوا عَنْ قَوَاعِدِ إِبْرَاهِيمَ. فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَلاَ تَرُدُّهَا عَلَى قَوَاعِدِ إِبْرَاهِيمَ. قَالَ: « لَوْلاَ حِدْثَانُ قَوْمِكِ بِالْكُفْرِ لَفَعَلْتُ

Aişədən Peyğəmbərin (s) belə buyurduğu rəvayət olunur: «Məgər görmədinmi sənin qövmün Kəbəni tikərkən onun dirəklərini İbrahimin tikdiyi dirəklərdən balaca etdilər?» Dedim: «Ya Rəsulullah, niyə onu əvvəlki vəziyyətinə gətirmədiniz?» Buyurdu: «Əgər sənin qövmün təzə müsəlman olmasaydılar (yəni imanları güclü olsaydı), elə edərdim.»

Muhəmməd bin İsmayıl əl-Buxari (vəfatı 256 h), əs-Səhih, c.2, s.573, h.1506; c.3, s.1232, h.3188; c.4, s.1630, h.4214; Dar İbn Kəsir, Yəmamə/Beyrut , 1407/1987; təhqiq: Mustafa Dib əl-Buğa (onlayn mənbə 1, 2)

İbn Abbas, Əbu Hüreyrə ... ikinci xəlifədən təqiyyə edirdilər.

Görəsən bu sözü (yəni «fulan» barəsində deyilən tərifləri) deyən Əbu Həntəmənin qızıdırmı?

Bəzi əhli sünnə rəvayətlərində bu sözü «Əbu Həntəmənin qızı» adında olan bir xanımın dediyi qeyd olunur.

حدثني عمر قال حدثنا علي قال حدثنا ابن دأب وسعيد بن خالد عن صالح بن كيسان عن المغيرة بن شعبة قال لما مات عمر رضي الله عنه بكته ابنة أبي حَنْتَمَة فقالت واعمراه، أقام الأود وأبرأ العمد أمات الفتن وأحيا السنن خرج نقي الثوب بريئا من العيب.
قال: وقال المغيرة بن شعبة: لما دفن عمر أتيت علياً وأنا أحب أن أسمع منه في عمر شيئا فخرج ينفض رأسه ولحيته وقد اغتسل وهو ملتحف بثوب لا يشكّ أنّ الأمر يصير إليه، فقال: يرحم الله ابن الخطاب لقد صدقت ابنة أبي حنتمة لقد ذهب بخيرها ونجا من شرها، أما والله ما قالت ولكن قوّلت

«Mənə Ömər rəvayət etdi və dedi: bizə Əli rəvayət etdi və dedi: İbn Dab və Said b. Xalid bizə Salih bin Kəysandan, o da əl-Müğeyrə bin Şubədən belə dediyini nəql edir: Ömər dünyadan gedən vaxt Əbu Həntəmənin qızı (bəlkə də bu elə Ömərin bibisidir) onun üçün ağlayıb belə dedi: «Vay Ömər! Əyrilikləri düzəltdi, xəstəliklərə dərman etdi, fitnələri məhv edib arxada qoydu, sünnəti diriltdi. Pak ətəklə və eyibdən uzaq olmaqla (az eyiblə) dünyadan getdi.» Müğeyrə deyir: «Ömər dəfn olandan sonra mən Əlinin (ə) yanına gedib ondan Ömər haqqında bir söz eşitmək istədim.» Əli (ə) başını və saqqalını tərpədə-tərpədə bayıra çıxdı. Təzə qüsl vermişdi və bir parçanı özünə bükmüşdü. Xilafətin ona yetişməsinə şəkk etmirdi. Bu zaman buyurdu: «Allah Xəttabın oğluna rəhmət eləsin! Əbu Həntəmənin qızı düz demişdi. O, (Ömər) xilafətin yaxşılıqlarını apardı, şərrindən də nicat tapdı. And olsun Allaha, bu sözləri o qadın deməmişdir (bu sözləri başqası deyib), lakin o, bu sözləri özünə nisbət vermişdir.»

Muhəmməd bin Cərir ət-Təbəri (vəfatı 310 h), Tarix ət-Təbəri, c.2, s.575; Dar əl-kutub əl-İlmiyyə, Beyrut (onlayn mənbə 1, 2)
İzzudin bin əl-Əsir əl-Cəziri (vəfatı 630 h), əl-Kamil fi ət-tarix, c.2, s.456; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415/1995; təhqiq: Abdullah Qazi (onlayn mənbə 1, 2)

Bu nəzərin araşdırılması:

Bu nəzər də məqbul deyildir. Çünki mərhum Şərif ər-Rəzinin bu sözü diqqət etmədən İmama (ə) nisbət verməsi çox müşkül bir məsələdir. Bir halda ki, o, İmamın (ə) sözlərini «Nəhc əl-bəlağə»də yığmağa məhkum olmuşdu, nəinki başqasının sözlərini, və ya İmamın (ə) başqasından eşidib nəql etdiyi sözləri. Bilirik ki, Seyid ər-Rəzinin bu kitabı yığmaqda məqsədi İmamın bəlağət və fəsahətli kəlamlarını toplamaq olmuşdur. Ona görə də bu mətləb kitabın yığılmasının səbəbilə düz gəlmir.

Üstəlik Seyid ər-Rəzi bu işə özünü o qədər təhkim etmişdir ki, əgər İmam (ə) bir şerdə, və ya zərbi-məsəldə ərəb məşhurlarından birinə etimad edirsə də - bir halda ki, özü Həzrətin yerinə bu misallarda özü o ədiblərə etimad etsəydi, İmamın (ə) ədəbi qüdrətini nümayiş etdirmiş olardı – yenə də Həzrətin (ə) bu başqa məşhurlardan nəql etdiyi sözləri kamil şəkildə olduğu kimi müəyyən etmişdir. Əgər təsadüfən xütbələrdən, və ya İmamın (ə) kəlamlarından biri başqa bir şəxsə nisbət verilərsə, dərhal Seyid bu məsələni orda xatırladır. Məsələn, 32-ci xütbədə açıq-aşkar bəyan edir ki, bu xütbəni Müaviyəyə nisbət vermişlər, lakin bu doğru deyildir. Bu cəhətdən də əgər bəhs etdiyimiz bu xütbə də başqasına nisbət verilsəydi, Seyid mütləq bunu xatırladardı.

Əllamə ət-Tüstəri bu barədə yazır:

و أمّا ما نقله عن (الطبري) فمع أنّ رواية المخالف لنفسه غير مقبولة، لا يفهم منه سوى أنّه عليه السّلام صدق من قول ابنة أبي خيثمة (حنتمة) جملة (ذهب بخيرها و نجا من شرّها)، حتى إنّه عليه السّلام قال: ما قالته و لكن قوّلته. يعني ما قالته من نفسها، و لكن حملت على قوله، و ليس تحته شي‏ء، لأن معناه أنّ في الخلافة و السلطنة خيرا و شرّا، و لكنّ عمر ذهب بخيرها و نجا من شرّها بحبسه مثل طلحة و الزبير عن الخروج عن المدينة، حتّى إلى الجهاد لئلّا يخرجا عليه، و أحدث شورى موجبة لنقض الامور عليه عليه السّلام و ليس قوله عليه السّلام: (ذهب بخيرها و نجا من شرّها)إلّا نظير قوله عليه السّلام فيه و في صاحبه في الشقشقية: لشدّ ما تشطّرا ضرعيها.

ət-Təbərinin nəql rəvayəti qeyri-şiə olan bir fərd tərəfindən nəql olunduğu üçün bizim tərəfimizdən məqbul deyildir. Üstəlik Həntəmənin qızının dediyi kəlamın bir cümləsindən başqa qalan hissələr öz təsdiqini tapmamışdır. Təsdiqini tapan cümlə isə budur: «Xilafətin yaxşılıqlarını aparıb pisliklərindən nicat tapdı.» O yerə qədər ki, İmam (ə) buyurur: Həntəmənin qızı bu sözləri deməmişdir, (bu sözləri başqası deyib), lakin bunları özünə nisbət vermişdir.» Bu cümlənin mənası budur ki, hakimiyyətin xeyri və şərri vardır. Ömər onun xeyrini apardı, şərrini isə saxladı. Bu şərrdən məqsəd Təlhə və Zübeyrin Mədinədən çıxmasına maneçilik yaratmaq idi. Lakin bir şura təşkil etdilər, nəticəsi də İmamın (ə) zərərinə oldu. Həqiqətdə isə bu cümlə (hakimiyyətin xeyrini aparıb şərrindən xilas oldu) Həzrət Əlinin (ə) Ömər və dostu (Əbu Bəkr) haqqında dediyi başdan-başa məzəmmət və giley olan Şiqşiqiyyə xütbəsi kimidir.

و أمّا باقي العنوان فإمّا افتراء تعمّدا - و الافتراء عليه عليه السّلام كالنبيّ عليه السّلام كثير فالخصم يضع لنفسه على حسب هواه - و إمّا توهما من قوله عليه السّلام: لقد صدقت ابنة أبي خيثمة (حنتمة)، أنّه راجع إلى جميع ما قالته، مع أنّه عليه السّلام قيّده في قولها: ذهب بخيرها و نجا من شرّها. مع أنّ ما في (الطبري) تحريف، فعن ابن عساكر قال عليه السّلام: (أصدقت) لا (لقد صدقت).

Lakin bu xütbənin qalan hissələri ya iftiradır, ya da xəyal, xəta və nadürüst nəticə. Çünki əvvəla İmamın (ə) buyurduğu «لقد صدقت ابنة ابوخيثمة، أو حنتمة - yəni Əbu Xeysəmənin (və ya Həntəmənin) qızı doğru demişdir» cümləsi onun sözlərinə işarədir, nəinki orda olan iki cümləyə (hakimiyyətin xeyrini aparıb şərrindən xilas oldu). İkinci, ət-Təbəri bu cümləni təhrif etmişdir, çünki İbn Əsakir İmamın (ə) belə buyurduğunu yazır: «:أصدقت» (görəsən o qadın düz deyir?) Bu cümlə «لقد صدقت» (düz demişdir) cümləsi ilə fərq edir.

و ممّا ذكرنا يظهر لك ما في قول ابن أبي الحديد، على أنّ الطبري صرّح أو كاد أن يصرّح بأنّ المراد بهذا الكلام عمر، فإنّ الطبري إنّما روى وصف بنت أبي خيثمة (حنتمة) بما روى، و أنّ المغيرة كان يعلم أنّ عليّا عليه السّلام يكتم ما في قلبه على عمر كصاحبه، فأراد المغيرة أن يستخرج ما في قلبه ذاك الوقت فأجابه عليه السّلام‏ بحكمته بذم و شكوى في صورة الثناء.

Bu izahla ət-Təbərinin sözündən İbn Əbi əl-Hədidin aldığı nəticə - yəni «fulan» sözündə məqsədin Ömər olması - aydın olur. Çünki ət-Təbəri Əbi Xeysəmənin (və ya Həntəmənin) qızının dilindən fəqət vəsf xarakterli bir cümlə nəql etmişdir, bundan artıq bir şey nəql etməmişdir. Digər tərəfdən, Müğeyrə Əlinin (ə) qəlbində Ömər və dostu Əbu Bəkrdən narahatçılığı olduğunu bilirdi və istəyirdi ki, Əli (ə) bu narahatçılığı aşkar etsin. Elə buna görə də Həzrət (ə) məzəmmət və şikayətini tərif formatında bəyan etmişdir.

Muhəmməd Təqi ət-Tüstəri, Bəhc əs-Səbağə fi şərh Nəhc əl-bəlağə, c.9, s.483; Müəssiseyi-intişarati-əmire-kəbir, Tehran, 1376 h ş (onlayn mənbə 1, 2)

Əlinin (ə) sözündə sual inkarı

Bununla belə, bu sözlərin ət-Təbərinin rəvayətindəki Xeysəmə adlı qadına aid olduğunu qeyd edərək, qəbul etməyən alimlər də var.

Şəhid Mütəhhəri ət-Təbərinin sözünü nəql edəndən sonra yazır:

Hazırki əsrin təhqiqatçıları bu hadisəni ət-Təbəridən başqa digər mənbələrdən başqa cür nəql ediblər. Bu belədir ki, Əli (ə) bayıra çıxıb gözü Müğeyrəyə sataşan kimi sual şəklində soruşdu: Əbu Xeysəmənin qızı Ömər haqqında olan tərifləri düz deyirdi? Buna əsasən yuxarıdakı cümlələr nə Əlinin (ə) sözüdür, nə də ö sözü deyən adamı Əli (ə) təsdiqləmişdir və o qadın da Xeysəmə adlı bir qadındır. Seyid ər-Rəzi bu cümlələri Nəhc əl-Bəlağənin kəlamlarının arasında gətirərək səhvə yol vermişdir.

Mürtəza Mütəhhəri, Seyri dər Nəhc əl-bəlağə, s.164, İntişarate Sədra, Qum (onlayn mənbə 1, 2)

İmam Əliyə (ə) istinad edilən 228-ci xütbənin ət-Təbərinin rəvayəti ilə qarışmasını iddia edənlər bu rəvayətə müxtəlif iradlar qeyd etmişlər.

Yuxarıda qeyd olunduğu kimi, ət-Təbərinin rəvayəti aşağıdakı sənədlə rəvayət edilmişdir:

Mənə Ömər rəvayət etdi və dedi: bizə Əli rəvayət etdi və dedi: İbn Dab və Said b. Xalid bizə Salih bin Kəysandan, o da əl-Müğeyrə bin Şubədən belə dediyini nəql edir: ......

1. İbn Dəbin şəxsiyyətinin araşdırılması

İbn Dəbin adı rəvayətdə əlamətsiz işlənəndə Muhəmməd bin Dəb nəzərdə tutulur. Əhli- sünnənin nəhənglərindən olan İbn Həcər əl-Əsqəlani yazır:

Bəziləri deyir ki, keçmişlərin (əhli-sünnənin rical alimlərinin) dediyi hədis düzəldənlərdən olan İbn Dəbin kim olmasından məqsəd İsa bin Yeziddir... Mən deyirəm: O, Mehdi Abbasinin zabitlərindən olan İsa (binn Yezid bin Bəkr bin Dəb) Bağdadidir. Bəlkə də keçmişlərin dediyi hədis düzəldən elə İsa Bağdadidir. Onlar deyir ki, İbn Dəb Mədinədə hədis qondarırdı. Mədinə sözündən məqsəd isə Mənsur (Kufə) şəhəridir. Yox əgər Mədinədədən məqsəd Kufə şəhəri olmasa, onda keçmişdəkilərin məqsədi Muhəmməd bin Dəbə dəlalət edir.

İbn Həcər əl-Əsqəlani, Təhzib ət-təhzib, c.9, s.153; Muhəmməd bin Dəbin tərcümeyi halı, №222 (onlayn mənbə 1, 2)

İbn Həcər başqa yerdə deyir:

ابن داب هو محمد .

İbn Dəb elə həmin Muhəmməd bin Dəbdir.

İbn Həcər əl-Əsqəlani, Təhzib ət-təhzib, c.12, s.293; Dal hərfi (onlayn mənbə 1, 2)

əl-Mizzi deyir:

ابن داب ، هو : محمد بن داب .

İbn Dəb elə həmin Muhəmməd bin Dəbdir.

əl-Mizzi, Təhzib əl-kamil, c.34, s.439 (onlayn mənbə 1, 2)

Əhli-sünnə alimlərinin nəzərində İbn Dəb zəif ravidir.

قال أبو زرعة : ضعيف الحديث كان يكذب .

Əbu Zurə Deyir: İbn Dəbin hədisi zəifdir, özü də yalançı idi.

قال الأصمعي قال لي خلف الأحمر: ابن داب يضع الحديث بالمدينة

əl-Əsməi deyir: Xələf əl-Əhmər mənə dedi: İbn Dəb Mədinədə hədis düzəldir.

İbn Həcər əl-Əsqəlani, Təhzib ət-təhzib, c.9, s.153; №222 (onlayn mənbə 1, 2)

əz-Zəhəbi Muhəmməd bin Dəbin tərcümeyi-halı haqqında yazır:

. محمد بن داب المديني . كذبه ابن حبان ، وغيره

Muhəmməd bin Dəb əl-Mədinini İbn Hibban və digərləri yalançı hesab edir.

əz-Zəhəbi, Mizan əl-itidal, c.3, s.540, №7498 (onlayn mənbə 1, 2)

Əgər İbn Dəb Muhəmməd bin Dəb deyilsə, onda İbn Dəb Muhəmməd bin Dəb ilə İsa bin Bəkr bin Dəb arasında müştərək olacaq. Əhli-sünnənin böyük rical alimlərindən olan əz-Zəhəbi deyir:

ابن دأب . هو محمد بن دأب . وعيسى بن يزيد بن بكر بن دأب .

İbn Dəb Muhəmməd bin Dəb və İsa bin Yezid bin Bəkr bin Dəbdir.

əz-Zəhəbi, Mizan əl-itidal, c.4, s.591, №10781 (onlayn mənbə 1, 2)

Halbuki İsa bin Yezid Muhəmməd bin Dəb kimi zəif ravidir.

əl-Buxari onun rəvayətlərini münkər hesab edir.

əl-Buxari, Tarix əl-kəbir, c.6, s.402, №2782, İsa bin Yezid əl-Leysi əl-Mədininin tərcümeyi-halı; (onlayn mənbə 1, 2)
Əl-Əqili, Zuəfa əl-kəbir, c.3, s.391, №1430, İsa bin əl-Mədininin tərcümeyi-halı; (onlayn mənbə 1)
Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.11, s.150; Əbu əl-Vəlid İsa bin Yezid bin Bəkr bin Dəbin tərcümeyi-halı; №5845 (onlayn mənbə 1)

əz-Zəhəbi deyir:

وكان أخباريا علامة نسابة ، لكن حديثه واه ... وقال البخاري وغيره : منكر الحديث ... وقال أبو حاتم : منكر الحديث .

O, əxbari idi, nəsəb tanıyan alimlərdən idi. Lakin onun hədisləri dəyərsizdir... əl-Buxari və digərləri dedi: hədisləri münkərdi... Əbu Hatim dedi: hədisləri münkərdi.

əz-Zəhəbi, Mizan əl-itidal, c.3, s.328, №6625; İsa bin Yezid bin Bəkr bin Dəb əl-Leysi əl-Mədininin tərcümeyi-halı; (onlayn mənbə 1, 2)
İbn Əbi Hatim, əl-Cərh və ət-tədil, c.6, s.291, №1615; İsa bin Yezid əl-Leysinin tərcümeyi-halı (onlayn mənbə 1)

İbn Həcər əl-Əsqəlani Mirdas bin Qeys əd-Dusinin tərcümeyi-halının altında bir rəvayət nəql edəndən sonra yazır:

عيسى أظنه بن دأب وهو كذاب .

Güman edirəm ki, İsadan məqsəd İbn Dəbdir və o kəzzabdır (yalançıdır).

Əl-İsabə fi təmyiz əs-səhabə, c.6, s.58, №7903; Mirdas bin Qeys əd-Dusinin tərcümeyi halı (onlayn mənbə 1)

İbn Həcər əl-Əsqəlani Muhəmməd bin Dəbin tərcümeyi-halı haqqında yazır:

وفي عيسى يقول الشاعر :
خذوا عن مالك وعن ابن عون * ولا ترووا أحاديث ابن داب

Şair İsa barəsində deyir:

Malik və İbn Aundan rəvayət nəql edin, lakin İbn Dəbdən rəvayət nəql etməyin!

Təhzib ət-təhzib, c.9, s.153; Muhəmməd bin Dəbin tərcümeyi halı, №222 (onlayn mənbə 1, 2)
Xətib əl-Bağdadi, Tarixi-Bağdad, c.11, s.150, №5845; Əbu əl-Vəlid İsa bin Yezid bin Bəkr bin Dəbin tərcümeyi-halı (onlayn mənbə 1)

2. Muğeyrə bin Şubənin şəxsiyyətinin araşdırılması

Bu şəxs əhli-sünnə nəzdində səhabə hesab edilsə də, səhih rəvayətlərdən onun nasibi olduğu, Hz.Əliyə (ə) düşmənçilik etdiyi və söydüyü məlum olur. Allah Rəsulu (s) isə buyurub: «Əlini söyən, məni söymüş olar.» Bu rəvayəti əhli-sünnənin klassik və müasir alimlərindən çoxu, məsələn, əl-Hakim ən-Nisaburi, əz-Zəhəbi, əs-Suyuti, əl-Munavi, əl-Heysəmi, əl-Ədəvi, əl-Huveyni, Həmzə Zeyn, Şueyb əl-Arnaut və digərləri mötəbər hesab edib (bu hədisin səhih mənbələri BU LİNKDƏ).

حدثنا أبو بكر محمد بن داود بن سليمان ، ثنا عبد الله بن محمد بن ناجية ، ثنا رجاء بن محمد العذري ، ثنا عمرو بن محمد بن أبي رزين ، ثنا شعبة ، عن مسعر ، عن زياد بن علاقة ، عن عمه ، أن المغيرة بن شعبة سب علي بن أبي طالب فقام إليه زيد بن أرقم ، فقال : يا مغيرة ، ألم تعلم أن رسول الله صلى الله عليه وآله وسلم " نهى عن سب الأموات ، فلم تسب عليا وقد مات ؟ "
هذا حديث صحيح على شرط مسلم و لم يخرجاه هكذا
قال قي التلخيص : على شرط مسلم

Əbu Bəkr Muhəmməd bin Davud bin Süleyman bizə rəvayət etdi (və dedi): Abdullah bin Muhəmməd bin Naciyə bizə rəvayət etdi (və dedi): Rəca bin Muhəmməd əl-Uzri rəvayət etdi (və dedi): Əmr bin Muhəmməd bin Əbi Rəzin rəvayət etdi (və dedi): Şubə bizə Misərdən, o da Ziyad bin İləqədən, o da əmisindən rəvayət edir ki, Muğirə bin Şubə Əli bin Əbu Talibi söydü. Zeyd bin Ərqəm ayağa durdu və dedi: «Ey Muğirə! Sən bilmirsən ki, Allah Rəsulu ölən şəxsi söyməyi qadağan edib? Əli öldüyü halda onu söyürsən?»

Bu hədis Müslimin şərtlərinə əsasən səhihdir, lakin (Müslim öz kitabında) rəvayət etməmişdir.

(əz-Zəhəbi) «ət-Təlxis»də deyib: Müslimin şərtlərinə əsasən (səhihdir).

əl-Hakim ən-Nisaburi, əl-Mustədrək əla əs-səhiheyn, c.1, s.541, h.1419; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbd əl-Qadir Ata (onlayn mənbə və fotoşəkil 1)

Sələfi hədis ustadı Nasir əd-Din əl-Albani də bu hədisi səhih hesab etmişdir.

- 2397"نهى عن سب الأموات ".
أخرجه الحاكم (1 / 385) عن شعبة عن مسعر عن زياد بن علاقة عن عمه: " أن المغيرة بن شعبة سب علي بن أبي طالب، فقام إليه زيد بن أرقم فقال: يا مغيرة! ألم تعلم أن رسول الله صلى الله عليه وسلم نهى عن سب الأموات؟ فلم تسب
عليا وقد مات؟ ! "، وقال: " صحيح على شرط مسلم "، ووافقه الذهبي
.
قلت: وهو كما قالا

əl-Hakim (1/385) Şubədən, o da Misərdən, o da Ziyad bin İləqədən, o da əmisindən rəvayət edir ki, Muğirə bin Şubə Əli bin Əbu Talibi söydü. Zeyd bin Ərqəm ayağa durdu və dedi: «Ey Muğirə! Sən bilmirsən ki, Allah Rəsulu ölən şəxsi söyməyi qadağan edib? Əli öldüyü halda onu söyürsən?» (əl-Hakim) dedi: Bu hədis Müslimin şərtlərinə əsasən səhihdir, əz-Zəhəbi də onunla razılaşdı.

Mən deyirəm: Onların dediyi kimidir. (yəni, Müslimin şərtlərinə əsasən səhihdir.)

Nasir əd-Din əl-Albani, Silsilə əhadis əs-səhihə, c.5, s.520, h.2397; Məktəbə əl-Məarif, ər-Riyad, 1415/1995 (onlayn mənbə və fotoşəkil 1)

Hafiz əl-Heysəmi «Məcmə əz-zəvaid» kitabında bu hədis barədə deyir:

رواه الطبراني بأسنانيد ، ورجال أحد أسانيد الطبراني ثقات .

ət-Təbərani bunu iki sənədlə rəvayət etmişdir, onun sənədlərdən birinin raviləri siqa şəxslərdir.

Hafiz əl-Heysəmi, Məcmə əz-zəvaid və əl-mənbə əl-fəvaid, c.8, s.93, h.13028; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbd əl-Qadir Əhməd Ata (onlayn mənbə 1)

Hz.Əliyə (ə) bu cür kin bəsləyən bir şəxsdən məhz Hz.Əli (ə) barədə necə rəvayət qəbul etmək olar?

3. Salih bin Keysanın Muğirə bin Şubədən rəvayət etməsi

Salih bin Keysanın Muğirədən hədis rəvayə etməsi barədə heç bir məlumat yoxdur. Nə İbn Həcər, nə əz-Zəhəbi onun Muğirədən hədis rəvayət etməsi barədə məlumat verməyiblət.

İbn Əsakirin «Tarixi Diməşq» kitabında gələn analoji rəvayətin sənəd zənciri daha zəif və məchul ravilərdən ibarət olduğu üçün xatırlatmağa belə lüzum görmürük.

Nəticə

«Fulan» kəlməsindən məqsədin ikinci xəlifə olması nəzərini qəbul etmək olmaz. Çünki birincisi, buna heç bir dəlil yoxdur və İbn Əbi əl-Hədid və Muhəmməd Əbduh şiələrin yanında etibarlı deyildir.

İkincisi, bu nəzər tarixi həqiqətlər və İmamın (ə) sünni və şiə kitablarında buyurduğu qəti kəlamlarla təzad təşkil edir. Fikrimizcə ən münasib olanı mərhum Qütb ər-Ravəndinin nəzəridir. Çünki bu nəzər bir şiənin dediyi sözdür və deyildiyi kimi bu şəxs Seyid ər-Rəzinin nəzərlərilə başqalarından daha çox tanışdır. Xüsusilə bəzi əhli-sünnə alimləri də bu nəzəri qəbul etmişdir.

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə və əlavələr: 313news.net

Рейтинг

В этом разделе