Nə üçün İmam Hüseynə (ə.s) əzadarlıq Məhərrəm ayının 1-dən başlayır?

»»

Nə üçün İmam Hüseynə (ə.s) əzadarlıq Məhərrəm ayının 1-dən başlayır?

Sual:

Niyə İmam Hüseynin (ə.s) və vəfalı dostlarının əzadarlığı Məhərrəm ayının 1-dən başlayır, halbuki onlar Məhərrəm ayının 10-da şəhadətə çatıblar?

Cavab:

Birincisi, Məhərrəm ayının başlanması ilə İmam Hüseyn (ə.s) və dostlarının müsibətləri yada düşür. İmamların (ə.s) da sirəsi (davranışı) belə olmuşdur ki, onlar (ə.s) daim Məhərrəm ayının 10-u xatırlamış, onu diri saxlamağa çalışmışlar. İmam Rza (ə.s) bu barədə buyurmuşdur:

کان أبي إذا دخل شهر المحرم لا يري ضاحكا و كانت الكآبة تغلب عليه حتي يمضي منه عشرة أيام فإذا كان يوم العاشر كان ذلك اليوم يوم مصيبته وحزنه وبكائه ويقول: هو اليوم الذي قتل فيه الحسين صلي الله عليه

Məhərrəm ayı daxil olan zaman atam İmam Kazimin (ə.s) evində şadlıqdan əsər-əlamət görünməzdi və onlar həmişə qəmgin olardılar.  10-cu gün onun (ə.s) müsibət, qəm-qüssə və ağlamaq günü idi. O, belə buyurardı: Bu gün İmam Hüseyni (ə.s) şəhadətə çatdırdılar.

Şeyx Səduq, Əmali, s. 78; Əllamə Məclisi, Bihar əl-Ənvar, c. 44, s. 284

İkincisi, rəsmi ürf budur ki, hər hansı bir xoş və ya acı hadisəni xatırlarkən, onun on günlüyünü də keçirirlər. Məsələn, Fəcr ongünlüyü, Həzrət Peyğəmbərin (s.ə.a.s) viladətinin ongünlüyü, Fatimiyyə ongünlüyü və s.

Üçüncüsü, bu 10 gün ərzində İmam Hüseynin (ə) böyük hədəflərini bəyan etmək üçün ən böyük fürsətdir.

O Həzrət (ə.s) üçün matəm saxlamağın bir çox fəlsəfəsi vardır, onlardan bəzilərini qeyd edirik:

1. İslama yeni həyat bəxş etmək və sünnəti diriltmək.

2. İmam Hüseyn (ə.s) məktəbinin və şəriətin qorunması

3. Xalqın din maarifi ilə tanışlığı nəticəsində dini inancların möhkəmləndirilməsi

4. Doğruçu ülgü və nümunələrlə ümmətin dərin ruhi bağlılığı

5. Məzluma qarşı vəfadarlıq və zalıma qarşı müxalif olmağın elan edilməsi

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Рейтинг

В этом разделе