İmam Sadiqin (ə) Əbu Bəkr və Ömər haqqında buyurduğu «Onlar ədalətli rəhbərlərdir» hədis səhihdirmi?

»»

İmam Sadiqin (ə) Əbu Bəkr və Ömər haqqında buyurduğu «Onlar ədalətli rəhbərlərdir» hədis səhihdirmi?

Bu rəvayətə də ərəbdilli vəhabi saytlarında tez-tez rast gəlmək olar. Hətta milli vəhabilər Azərbaycan dilinə də tərcümə edib forumlarda paylaşıblar. Biz kiçik bir araşdırma apardıq və bu rəvayəti vəhabi alimi Süleyman b. Salih əl-Xəraşinin «Əhli-beyt və səhabələr arasında isti münasibətlər» adlı kitabçasında da gördük.

و جاء عن الإمام السادس جعفر الصادق (ع) انه سئل عن أبى بكر وعمر رضي الله عنهما ففي الخبر " ان رجلاً سأل الإمام الصادق (ع) ، فقال : يا ابن رسول الله ! ما تقول فى حق أبى بكر و عمر ؟ فقال (ع) : إمامان عادلان قاسطان ، كانا على الحق ، وماتا عليه ، فعليهما رحمة الله يوم القيامة "

Bir nəfər İmam Sadiqdən (ə) soruşdu: «Əbu Bəkr və Ömər haqqında nəzəriniz nədir? İmam (ə) buyurdu: Adil rəhbərlər idi, haqq uğrunda yaşayıb haqq uğrunda da öldülər.»

Şüştəri, İhqaq əl-həqq, c.1, səh.16

Cavab:

1. Bu rəvayət bəzi kitablarda, o cümlədən Əli ibn Yunis Amilinin «əs- Sırat əl-mustəqim» kitabının c.3, səh.73-də, Seyyid Mərəşinin «Şərhu İhqaqil-həqq» kitabının c.1, səh.69-70-də, Şəhid Nurullah Tustərinin «əs-Səvarim əl-muhriqə» kitabının 155-ci səhifəsində və s. kitablarda nəql olunmuşdur. Bu hədisin heç bir sənədi yoxdur və sənədsiz rəvayətin də istidlal etmək üçün səlahiyyəti yoxdur.

Bizim əqidəmizə görə bu hədis səhih deyil.

2. Bu hədisi dəlil gətirən şəxs hədisin əvvəlini qeyd etməmişdir. Çünki həmin mənbənin (İhqaq əl-həqq, c.1, səh.69) əvvəlində belə yazılmışdır:

روى أنّه سأل رجل من المخالفين عن الإمام الصادق(ع) وقال:...

Müxaliflərdən birinin İmam Sadiqdən (ə) soruşduğu nəql olunur...

Cənab yazar «müxaliflərdən biri» cümləsini atmışdır. Görəsən niyə atmışdır? Çünki «müxalif» kəlməsi hədis terminlərindəndir və «sünni məzhəbinə mənsub» mənasını ifadə edir.

3. Digər tərəfdən də yazar heç hədisin ardını qeyd etməyibdir. Hədisin ardı belədir:

فلمّا انصرف الناس قال له رجل من خاصّته: يا ابن رسول اللّه (ص) لقد تعجّبت ممّا قلت في حقّ أبي بكر وعمر، فقال: نعم، هما إماما أهل النار، كما قال اللّه سبحانه ـ
آن دو نفر امام هستند، امّا امام و پيشواى دوزخيان و اهل آتش، خداوند مى فرمايد:
و جعلناهم أئمّة يدعون إلى النار (قصص: 41)
و اينكه گفتم: قاسطان، منظورم تفسير اين آيه است:
و أمّا القاسطون فكانوا لجهنّم حطباً. (جن: 15)
و اگر گفتم: عادلان، به اين جهت است كه آن دو نفر از حق روى گردانده و با آن مخالفت كرده اند، و در حقيقت تفسير اين آيه است:
ثمّ الذي كفروا بربّهم يعدلون (انعام: 1)
و مقصودم از: كانا على الحق، به معناى مخالفت آن دو با حق و قيام عليه حق است كه مراد أمير المؤمنين (ع) است
و مقصود از:
كانا على الحق، وماتا عليه
اين است كه آن دو نفر با بر ضد حق بودند و
،فعليهما رحمة اللّه
رحمت الله (رسول خدا ) بر ضد آنان است.
فإنّه كان رحمة للعالمين.

İnsanlar dağılan kimi İmamın (ə) yaxınlarından biri İmama (ə) dedi: Ey Rəsulullahın (s) övladı , Əbu Bəkr və Ömər haqqında dediyinizə təəccüb etdim. İmam (ə) buyurdu: Bəli onlar cəhənnəm əhlinin rəhbərləridir. Necə ki, Allah buyurur:

«Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (Cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik.» (Qəsəs, 41)

«Qasitan» (ədalətli mənasında deyil, haqdan dönənlər mənasındadır) deməkdə məqsədim isə bu ayənin təfsiridir:

«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinn, 15)

«Adilan» (haqdan üz döndərənlər) deməkdə məqsədim bu olmuşdur ki, bu iki nəfər haqdan üz döndərmiş və onunla müxalifətçilik etmişlər. Həqiqətdə bu ayənin təfsirini nəzərdə tutmuşam:

«... kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.» (Ənam, 1)

«Kana ələl-həqq» (haqqın əleyhinə) deməkdə məqsədim isə bu olmuşdur ki, bu iki nəfər haqqın əleyhinə çıxmış və ona qarşı qiyam etmişlər. Haqdan da məqsədim Əmirul-muminin Əli (ə) olmuşdur.

«Fə əleyhima rəhmətullah» (Allahın rəhməti onların əleyhinədir) deməkdə məqsədim isə Rəsulullahın (s) onlara qarşı olmasıdır.

Çünki Rəsulullah (s) aləmlərə rəhmətdir.

 

Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə və əlavələr: 313news.net
Рейтинг

В этом разделе