İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (5-ci veriliş)

»»

İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (5-ci veriliş)

Mövzular:

1. Tağut Yəzidin (l.ə) kimliyi

2. İmam Hüseynin (ə) hərəkatı

3. İmam Hüseynin (ə) hərəkatı barədə şübhələr

Verilişin azərbaycan dilində videosu: 1-ci hissə, 2-ci hissə

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Allahın salavatı olsun Muhəmmədə və onun pak və təmiz ailəsinə. Əziz izləyicilər, Allahın salamı, rəhməti və bərəkəti olsun üzərinizə. “Həqiqətlər və sənədlər” adlı proqramımızda xoş gördük sizləri.

Biz keçən proqramda əhli-sünnə alimlərinin nəzərində İmam Hüseynin (əleyhis-səlam) fəziləti və məqamı barədə və eləcə də Yəzidin (lənətullahi-əleyh) onların nəzərində yeri və məqamı barədə danışdıq.

Allahın iznilə bu gün daha əvvəl başladığımız mövzunu tamamlayacağıq və Yəzidin (lənətullahi-əleyh) həyat yolu və bu barədə alimlərin nə dedikləri barədə danışacağıq. Və sizlərə gizli qalmasın ki, ortada bəzi şəxslər vardır ki, qaydadan kənara çıxırlar və elə danışırlar ki, sankı qayda və əsas onların dedikləridir.

Yəzid (lənətullahi-əleyh) kimi zalımları müdafiə edirlər. Biz belə şazz (istisna) fikirləri daha öncə göstərmişik və inşəallah qarşıda da göstərəcəyik, və onlarla necə davranmaq gərəkdiyini deyəcəyik.

Sizin adınızdan ustad Muhəmməd əz-Zəkəriyyanı salamlayıram. “Həqiqətlər və sənədlər” adlı proqramımızda xoş gördük sizi.

Ustad əz-Zəkəriyya: Sizi də, hörmətli izləyiciləri də xoş gördük.

Aparıcı: Məsləhət bilirsinizsə, inşəallah bu gün daha öncə vəd etdiyimiz şeyi - qaydadan kənara çıxanları və onlar barədə əhli-sünnə alimlərinin nə dediklərini açıqlayaq.

Ustad əz-Zəkəriyya: Bağışlayan və Mehriban Allahın adı ilə. Salam və salavat olsun peyğəmbərlərin və elçilərin ən üstününə, Muhəmmədə və onun pak və təmiz ailəsinə.

Biz keçən bəhslərimizdə bu məsələ barədə danışdıq ki, görəsən şiə və sünnilərin ittifaqından kənara çıxan istisna şəxslər varmıdır? Dedik ki, bəli və misallar verdik.

Biz əhli-sünnə alimlərinin nəzərində Yəzidin (lənətullahi-əleyh) tərcümeyi-halını qeyd etdikdən sonra qeyd edəcəyik ki, bu fikirlərdən kənara çıxan alim kimlərdir. Və o əhli-sünnə qardaşlarımızın çox böyük alimlərindən biridir və adı Əbd əl-Muğis əl-Hənbəlidir. Kimdir bu Əbd əl-Muğis, həyatı necədir, tərcümeyi-halı necədir, bütün bunları bizə böyük hafiz əz-Zəhəbi nəql edir.

“Siyər əlam ən-nubəla”, 21-ci cild, səhifə 159, deyir:

عَبْدُ المُغِيْثِ بنُ زُهَيْرِ بنِ زُهَيْرِ بنِ عَلَوِيٍّ الحَرْبِيُّ، الشَّيْخُ، الإِمَامُ، المُحَدِّثُ، الزَّاهِدُ، الصَّالِحُ، المُتَّبَعُ، بَقِيَّةُ السَّلَفِ، أَبُو العِزِّ بنُ أَبِي حَرْبٍ البَغْدَادِيُّ، الحَرْبِيُّ.

Əbd əl-Muğis: İbn Zuheyr ibn Zuhey ibn Ələvi. Şeyx, imam, mühəddis. Zahid, saleh, (sünnəyə) tabe, sələfin ardıcılı, Əbul-İzz ibn Əbi Hərb, əl-Bağdadi, əl-Hərbi.

Görəsən, Zəhəbi öz “Siyər”ində bu Əbd əl-Muğis barədə nə qeyd edir? Müsəlmanların ittifaqının ziddinə gedən bu Əbd əl-Muğis barədə Zəhəbi 160-cı səhifədə deyir:

وَقَدْ أَلّفَ (جُزْءاً) فِي فَضَائِل يَزِيْد، أَتَى فِيْهِ بعَجَائِب وَأَوَابد، لَوْ لَمْ يُؤَلّفه لَكَانَ خَيراً ، وَعَمِلَهُ ردّاً عَلَى ابْنِ الجَوْزِيّ، وَوَقَعَ بَيْنهُمَا عدَاوَة .

O, Yəzidin fəzilətləri barədə bir cüz (kitab) yazmış və burada əcaib-qəraib şeylər gətirmişdir. Əgər onu yazmasaydı, xeyirli olardı. Onu İbn əl-Cəvziyə rəddiyə olaraq yazmışdır. (Bundan sonra) onların arasına düşmənçilik yaranmışdır.

 

Mən deyirəm: haradadır Yəzidin (lənətullahi-əleyh) fəzilətləri? Bu hansı fəzilətlərdir ki, kitabında qeyd edib? Törətdiyi bu qədər ağır cinayətlərin, İmam Hüseynə (əleyhis-səlam) etdiklərinin, İmam Hüseynin (əleyhis-səlam) Əhli-Beytinə etdiklərinin, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) şəhərində (Mədinədə) səhabəyə etdiklərinin yanında Yəzidin bir fəziləti varmı?

Bütün bu hadisələri müsəlmanların ziddinə gedən bu alim fəzilət hesab edir... Bunlar fəzilətdir yəni?

Aparıcı: Keçək proqramda onun həyat yolu barədə və etdiyi çirkin əməllər barədə danışdıq, hansı ki, Zəhəbinin kitabında qeyd olunmuşdur...

Ustad əz-Zəkəriyya: Nasibi idi, kobud idi, qaba idi, içki içir, çirkin işlər görürdü.

Aparıcı: Mən düşünürəm ki, camaatın dilində dolaşan “hər kim əshabıma söysə, Allahın və mələklərin lənəti olsun ona” hədisi kifayətdir. Hamı bu hədisi bilir. Bu hədisə əsasən söyüş söyənə Allahın lənəti var. Peyğəmbərin başqa bir hədisi də vardır ki, buyurur: “Kim mənim şəhərimdə bir hadisə törətsə, Allahın lənəti olsun ona.” Elə isə həmin şəhərdə - Mədinədə hadisə törədib səhabələri və səhabə övladlarını öldürən şəxsin vəziyyəti necə olar, necə ki tərcümeyi-halında qeyd edildi?

Ustad əz-Zəkəriyya: Bəli. Nə fəziləti var bu şəxsin? Sizin qeyd etdiyiniz hədis ki var, Peyğəmbərin o hədisi buyurması sübuta yetməmişdir, yəni, “hər kim əshabıma söysə, Allahın, mələklərin və bütün insanların lənəti olsun ona” hədisi sübuta yetməmişdir. Lakin o şəxslər ki bu hədisi qəbul edirlər və onun səhih olmasına etdiqad edirlər, görəsən onların Yəzid barədə hökmləri nədir? Biz bunu çatdırmaq istəyirik. Yəzidə gəlincə, onun əməlləri bütün insaflı və ağıl sahibi şəxslərin yanında bəllidir.

Əbd əl-Muğis əl-Hənbəli bu kitabı qələmə aldığı zaman, əhli-sünnə qardaşlarımızın alimlərindən biri olan böyük və məşhur alim ona qarşı çıxmışdır. İnsafla deyilməlidir ki, o (rəddiyyə olaraq yazdığı) bu kitabını çox yaxşı yazmışdır. Bu şəxs İbn əl-Cəuzidir.

İbn əl-Cəuzi əl-Hənbəlinin “Ər-radd əla əl-mutaasib əl-anid əl-mani` min zəmmi Yəzid” kitabı. O, bu kitabı Əbd əl-Muğisə rəddiyyə olaraq yazmışdır. Kitabın mühəqqiqi səhifə 12-də deyir:

عبد المغيث الحنبلي وألف كتاباً في (فضائل يزيد)، فقام ابن الجوزي فردَّ عليه. وألَّفَ كتاباً وسَمَّاه (الرد على المتعصب العنيد المانع من ذمِّ يزيد) فقامت العداوة بينهما، ولابد من الإشارة إلى أن كتاب (فضائل يزيد) لعبد المغيث الحنبلي ليس هو موضع استهجان واستنكار ابن الجوزي وحده.
فقد قال ابن الأثير فيه: (أتى فيه بالعجائب).
وقال ابن كثير فيه: (أتى فيه بالغرائب والعجائب، وقد ردَّ عليه ابن الجوزي، فأجاد وأصاب).
وقال الذهبي فيه: (أتى فيه بالموضوعات).

Əbd əl-Muğis əl-Hənbəli “Yəzidin fəzilətlərinə” dair bir kitab yazır. İbn əl-Cəuzi də qalxıb ona rəddiyyə verir. Bu kitabı yazır və onu “Yəzidi pisləməyi qadağa bilən inadkar təəssübekeşə rəddiyyə” adlandırır. Beləcə onların arasında düşmənçilik başlayır. Qeyd etmək lazımdır ki, Əbd əl-Muğis əl-Hənbəlinin “Yəzidin fəzilətləri” kitabı yalnızca İbn əl-Cəuzi tərəfindən tənqid və inkar edilməmişdir.

Belə ki, İbn əl-Əsir bu kitab barədə demişdir: “O, bu kitabda əcaib-qəraib şeylər gətirmişdir.”

İbn Kəsir isə demişdir: “O burada əcaib-qəraib şeylər qeyd etmişdir. İbn əl-Cəvzi ona rəddiyyə yazmış və çox yaxşı və doğru yazmışdır.”

Zəhəbi kitab barədə demişdir: “O, burada uydurma şeylər qeyd etmişdir.”

Diqqət edin əz-Zəhəbinin sözünə. Əbd əl-Muğisin bu kitabı üçün “uydurmadır” deyir. Burada deyilənlər Yəzid (lənətullahi-əleyh) üçün fəzilət ola bilməz.

وقال أيضاً: (أتى بعجائب وأوابد ، لو لم يؤلفه لكان خيراً).

Həmçinin, demişdir: “Əcaib-qəraib şeylər gətirmişdir. Əgər onu yazmasaydı, xeyirli olardı.”

 

Budur əhli-sünnə qardaşlarımızın alimlərinin Əbd əl-Muğis və onun kitabı barədə dedikləri. Hansı ki, o, bu kitabla bütün müsəlman məzhəblərinin ziddinə getmişdir. Haradadır Yəzidin (lənətullahi-əleyh) fəzilətləri? Olmaya Yəzidin (lənətullahi-əleyh) fəzilətləri etdiyi çirkin işlərdədir? Canıma and olsun ki, bu heç bir insaf sahibinin qəbul etməyəcəyi bir şeydir. Əlbəttə, bu mövzu bizi mühüm bir məsələyə tərəf aparır.

Qeyd etdiyimiz bütün bu dəlillərdən və sənəd və sübutlardan sonra soruşuruq: İmam Hüseyn (əleyhis-səlam) Allah dostlarındandır (vəlilərindəndir) yoxsa yox? Bəli, heç şübhəsiz onlardandır. Heç bir şübhəsiz, İmam Hüseyn (əleyhis-səlam) Allah dostlarının ağasıdır. O həzrət cənnət cavanlarının ağasıdır.

Bir kəs Allahın dostlarından biri ilə düşmənçilik edərsə, hökmü nədir? Bu barədə bizə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Allahdan (cəllə və əla) nəql edərək xəbər verir.

Əl-Buxari öz “Səhih”ində, 3-cü cilddə, 131-ci səhifədə (bizim əlimizdəki 1 cildlik nüsxədə səhifə 1247, hədis 6502) yazır:

قال رسول الله - صلى الله عليه وسلم - : إن الله قال : من عادى لي وليا فقد آذنته بالحرب

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: Allah buyurub: “Hər kim Mənim bir vəlimlə (dostumla) düşmənçilik edərsə, (bilsin ki) ona qarşı döyüş elan etmişəm.”

 

Diqqət edin sözə. “Hər kim Mənim bir vəlimlə düşmənçilik edərsə, (bilsin ki) ona qarşı döyüş elan etmişəm.”

Əlbəttə hədis uzundur, lakin biz lazım olan hissəni qeyd edirik. Deməli, hər kim Allah - sübhanəhu və təala – nın dostlarından biri ilə düşmənçilik edərsə, Allah-təala ona qarşı müharibə elan edər.

Aparıcı: Burada təkcə “düşmənçilik”dən söhbət gedir, elə isə görün öldürsə necə olar?!

Ustad əz-Zəkəriyya: Mustafanın (sallallahu əleyhi və alihi və səlləm) gülünü qətlə yetirsə necə olar? Allahın Həbibini və elçisini qətlə yetirsə necə olar? Məsələ bundadır. Əlbəttə, Yəzid (lənətullahi-əleyh) – Allah ona layiq olduğu cəzanı versin – bütün bu etdiklərini İmam Hüseynin (əleyhis-səlam) buyurduğu haqq sözə və tutduğu haqq mövqeyə görə etdi.

Biz dedik ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) öz nəfsindən danışmaz. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) nə deyirsə, Allahın iradə etdiyi şeyi deyir.

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bizim üçün açıqlayır: görəsən haqq sözün zalım başçının yanında qiymət və dəyəri var, yoxsa yox?

Əhməd ibn Hənbəl öz “əl-Müsnəd”indən nəql edir. 14-cü cild, səhifə 279.

عَنْ طَارِقٍ، قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ فَقَالَ: أَيُّ الْجِهَادِ أَفْضَلُ؟ قَالَ: " كَلِمَةُ حَقٍّ عِنْدَ إِمَامٍ جَائِرٍ "

Tariqdən nəql olunur ki, dedi: Bir nəfər Peyğəmbərin (salallallahu əleyhi və səlləm) yanına gəlib dedi: “Hansı cihad ən üstündür?” Buyurdu: “Zalım başçının qabağında haqq sözü demək.”

 

Diqqət edin bu hədisə. Sənədi səhihdir.

Çox açıqca bildirir: Zalım başçının qabağında haqq sözü demək... İmam Hüseyn (əleyhis-səlam) də bunu etmişdi.

Aparıcı: Yəni, ən üstün cihad növü İmam Hüseynin (əleyhis-səlam) etdiyi cihaddır.

Ustad əz-Zəkəriyya: (Bəli), ən üstün cihad növü idi İmam Hüseynin (əleyhis-səlam) etdiyi iş. Lakin görürük ki, bu məsələ Yəzidə (lənətullahi-əleyh) və Yəzidin ardıcıllarına təsir etmədi. İmam Hüseynə (əleyhis-səlam) əziyyət etdilər. Halbuki, İmam Hüseynə (əleyhis-səlam) əziyyət etmək kimə əziyyət etməkdir? Xanım Zəhraya (salamullahi-əleyha) əziyyətdir, Peyğəmbəri-Əzəmə (sallallahu əleyhi və alihi və səlləm) əziyyətdir.

Bu dediklərimiz bizim özümüzdən deyildir. Əksinə, alimlərin sözləridir. Onlar bir sıra hədisləri şərh ediblər və o hədislər əsasında bu sözü deyiblər.

Məşhur hafiz İbn Həcər əl-Əsqəlani “Fəth əl-Bari bi-şərh əl-Buxari”, cild 11, səhifə 242-də (bizdəki nüsxə ilə cild 9, səhifə 240) deyir:

وفي الحديث تحريم أذى من يتأذى النبي صلى الله عليه وسلم بتأذيه ، لأن أذى النبي صلى الله عليه وسلم حرام اتفاقا قليله وكثيره ، وقد جزم بأنه يؤذيه ما يؤذي فاطمة فكل من وقع منه في حق فاطمة شيء فتأذت به فهو يؤذي النبي صلى الله عليه وسلم بشهادة هذا الخبر الصحيح

Hədisdə buna işarə edilmişdir ki, onun inciməsi ilə Peyğəmbərin (salallallahu əleyhi [və alihi] və səlləm) də incidiyi bir şəxsə əziyyət etmək haramdır. Çünki ittifaq edilmişdir ki, Peyğəmbəri (salallallahu əleyhi [və alihi] və səlləm) incitmək haramdır, istər az olsun, istər çox. Həzrət qəti şəkildə buyurmuşdur ki, Fatiməni incidən şəxs onu incitmişdir. Hər kəs ki, Fatimə barədə bir iş görür və o buna görə inciyir, belə bir şəxs bu səhih hədisin şəhadətinə əsasən Peyğəmbəri (salallallahu əleyhi [və alihi] və səlləm) incitmiş olur.

Diqqət edin, bu cümlə çox mühümdür:

ولا شيء أعظم في إدخال الأذى عليها من قتل ولدها ، ولهذا عرف بالاستقراء معاجلة من تعاطى ذلك بالعقوبة في الدنيا ولعذاب الآخرة أشد .

Ona veriləcək əziyyətlər içərisində onun övladını öldürməkdən daha böyük bir şey yoxdur. Buna görə də bu işi görən şəxslərə dünyada cəza, axirətdə isə şiddətli əzab vəd edilmişdir.

 

Deməli, xanım Zəhraya (salamullahi-əleyha) yalnızca əziyyət etmək Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) əziyyət etməkdir. Elə isə Peyğəmbərin gülünü, həzrət Zəhranın göz bəbəyini öldürmək həzrəti Zəhraya (salamullahi-əleyha) və Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) əziyyət verməz?

Aparıcı: Bu qeyd edilən hədislər sübut edir ki, Yəzid (lənətullahi-əleyh) İmam Hüseyni (əleyhis-səlam) qətlə yetirməklə Allahla düşmənçilik etmiş və Allah ona qarşı müharibə açmışdır. Bu birinci.

İkincisi, həzrəti Zəhraya (salamullahi-əleyha) əziyyət etmişdir. Həzrəti Zəhraya (salamullahi-əleyha) əziyyət etmək də Peyğəmbərimizə (sallallahu əleyhi və alihi və səlləm) əziyyət etməkdir. Buna əsasən, o Allahla müharibə etmiş, həzrəti Zəhra (salamullahi-əleyha) ilə və Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə düşmənçilik etmişdir. Elə isə belə bir şəxsin hökmü Alusinin dediyindən başqa nə ola bilər?

Ustad əz-Zəkəriyya: Bəli, buna görə də onun kafirliyinə və lənətlik olmasına hökm etmişlər. Yəni, Yəzidin (lənətullahi-əleyh) etdiklərini heç bir başqa hökmdar etməz.

Aparıcı: Görəsən, bu fikri başqa bir alim də demişdirmi?

Ustad əz-Zəkəriyya: Bəli, əhli-sünnə alimlərimizin ən böyük alimlərindən biri demişdir. Əllamə əl-Mənavi “Feyz əl-Qadir şarh əl-cami əs-sağir” kitabının 3-cü cildində, səhifə 14-də deyir:

Əlbəttə qeyd edim ki, burada əl-Mənavi (digər bir əhli-sünnə alimi) əl-Qurtubidən nəql edir. Əllamə əl-Qurtubinin sözünü qeyd edir və deyir ki:

قال القرطبي: وهذه الوصية وهذا التأكيد العظيم يقتضي وجوب احترام أهله وإبرارهم وتوقيرهم ومحبتهم وجوب الفروض المؤكدة التي لا عذر لأحد في التخلف عنها

əl-Qurtubi demişdir: Bu vəsiyyət və bu böyük təkid onun [yəni, Peyğəmbərin (sallallahu əleyhi və alih)] ailəsinin ehtiramını saxlamağın, onlarla yaxşı davranmağın, onlara hörmət bəsləməyin və onları sevməyin vacibliyini çatdırır. Təkid olunmuş fərz əməllərin vacibliyi kimi, hansı ki, heç kəs üçün onları yerinə yetirmədikdə üzr yoxdur.

 

Olduqca böyük sözdür bu söz. Görəsən Yəzidin (lənətullahi-əleyh), Yəzidin (lənətullahi-əleyh) ardıcıllarının və Yəzidin (lənətullahi-əleyh) tərəfdarlarının etdikləri əməllər Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) hədisləri ilə və əhli-sünnə qardaşlarımızın alimlərinin sözləri ilə uyğun gəlir? Xeyr, təbii ki.

Aparıcı: Ziddinədir.

Ustad əz-Zəkəriyya: Ziddinədir. Buna görə də biz deyirik ki, şiə və sünnilərin ittifaqına xilaf çıxmağa çalışan və ya bu ittiaqı parçalamaq istəyən şəxs rədd olunmuşdur.

Aparıcı: Əhsən. Burada bir şübhə daha var. Daha öncə də sübut etdiyimiz kimi Əbd əl-Muğis əl-Hənbəli ittifaqın ziddinə getmişdir. Eləcə hazırkı dövrdə bu ittifaqın ziddinə gedən, Yəzidi (lənətullahi-əleyh) müdafiə edən və onun üçün (sübuta yetməyən) fəzilətlər icad etməyə çalışan şəxslər vardır.

Bu mövzuda bir şübhə vardır. Yəzidi (lənətullahi-əleyh) müdafiə edənlər də bu şübhədən yapışırlar. Deyirlər ki, əl-Buxaridə bir rəvayət vardır – və məlumdur ki, əl-Buxari(nin kitabı) səhihdir – məzmunu belədir: “Sezarın şəhərinə (Konstantinopola) yürüş edən ilk qoşun bağışlanmışdır.” Yəni, Sezarın şəhərinə daxil olan ilk qoşunun, onu fəth edən ilk qoşunun günahları bağışlanmışdır. Yəni, nə günah etsələr və s. hamısı...

Ustad əz-Zəkəriyya: Əlbəttə, Yəzid (lənətullahi-əleyh) də bu qoşunda olub... Bu qoşunun başçısı olub.

Aparıcı: Bəli, iddia edirlər ki, Yəzid (lənətullahi-əleyh) bu qoşunun başçısı olub. Və Allah da bu hədisin dəlalətinə əsasən onun günahlarını bağışlamışdır. Sizin buna cavabınız nədir?

Ustad əz-Zəkəriyya: Mən də öz növbəmdə bu sualı əhli-sünnə qardaşlarımızın alimlərindən birinə yönəldirəm. O da Əllamə əl-Mənavidir. “Feyz əl-Qadir”, 3-cü cild. Bu böyük əllamə səhifə 84-də deyir:

(مغفور لهم) لا يلزم منه كون يزيد بن معاوية مغفورا له لكونه منهم إذ الغفران مشروط بكون الإنسان من أهل المغفرة ويزيد ليس كذلك لخروجه بدليل خاص ويلزم من الجمود على العموم أن من ارتد ممن غزاها مغفور له وقد أطلق جمع محققون حل لعن يزيد به

“Bağışlanmışdır” sözü Yəzid ibn Müaviyənin də onlardan olduğu üçün günahlarının bağışlandığı mənasına gəlmir. Çünki bağışlanma insanın məğfirət əhlindən olmasına bağlıdır. Yəzid isə xüsusi dəlilə əsasən (bu cərgədən) çıxdığına görə belə deyildir. (Əgər belə olmasa) onda gərək deyək ki, oraya yürüş edən kəslərdən kimsə mürtəd olsa, günahı bağışlanmışdır. Bir çox mühəqqiq (alimlər) Yəzidə lənət etməyi halal bilmişlər.

 

Bundan sonra onu kafir bilib ona lənət edən alimlərin adlarını sayır. Deməli, şərtlər Yəzidə uyğun gəlmir. Buna görə də bağışlananlardan sayılmır. Əks halda, görəsən bu qoşundan biri mürtəd olsa (İslamdan çıxsa), yenə də bağışlanmışlardan sayılar? Xeyr, əlbəttə. Çünki o (İslamdan çıxdığına görə) məğfirət və bağışlanma həddindən xaric olmuşdur, şərtlərdən xaric olmuşdur. Yəzid (lənətullahi-əleyh) də belədir.

Aparıcı: Yəni, burada alim deyir ki, bağışlanmanın şərtləri var. Əgər bu şərtlərlə müxalifət etdinsə (bu şərtlər səndə olmasa), bağışlanmadan xaric olursan.

Ustad əz-Zəkəriyya: Əlbəttə. Yəzidin etdikləri az şey deyildir. Nə üçün alimlər onu kafir bilmişlər? Nə üçün ona lənət etmişlər? Nə üçün onun barəsində risalələr (kiçik həcmli əsərlər) yazılmışdır? Mədinədə etdiklərinə, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) səhabələrinə etdiklərinə və İmam Hüseynə (salamullahi-əleyh) etdiklərinə görə. Buna görə onu kafir elan etmişlər və lənətləmişlər.

Aparıcı: Əhsən. Burada başqa bir sual da vardır ki, İmam Hüseynin (salavatullahi-əleyh) hərəkatı ilə bağlıdır. Əlbəttə, biz hadisələri hörmətli izləyicilər üçün hərəkat əsasında tərtib etməyə çalışırıq. Hərəkatdan öncəsi barədə danışdıq və indi İmam Hüseynin (salavatullahi-əleyh) hərəkatının başlanğıcı haqqında və bu barədə ortaya atılan şübhələr barədə danışırıq. Əlbəttə, mühüm şübhələrdən söhbət gedir, boş və olduqca zəif hesab etdiyimiz şübhələrdən deyil. İmam Hüseyn (salavatullahi-əleyh) Mədinədən çıxdı və Məkkəyə üz tutdu. Məkkədə olduğu və Həccə əməllərini yerinə yetirdiyi bir vaxtda Həcc əməllərini yarıda saxladı və şəhərdən çıxıb Kufəyə tərəf yollandı. Və nəhayət Kərbəla vaqiəsi baş verdi. (Sual) birincisi nə üçün İmam Hüseyn (salavatullahi-əleyh) Həcc mövsümündən qabaq Məkkəyə üz tutdu, ikincisi, nə üçün Həcc ibadətlərini yerinə yetirdiyi bir vaxtda Həcci tərk edib Məkkədən çıxdı?

Ustad əz-Zəkəriyya: İmam Hüseyn (salamullahi-əleyh) münasib vaxtı seçdi. Necə? Həzrət gözəl bilirdi ki, Həcc mövsümü zamanı bütün müsəlmanlar hər bir yerdən Həcc əməlini yerinə yetirmə üçün (Məkkəyə) gəlirlər. Bu, həzrətin onlara höccəti tamamlaya biləcəyi ən münasib vaxt idi. Buna görə də bu münasib vaxtı seçdi ki, bununla onları xəbərdar edə bilsin, höccəti onlara tamam etsin.

Bu suala gəlincə ki, nə üçün Həcc əməllərini yerinə yetirməzdən qabaq Məkkədən çıxıb İraqa yola düşdü, (deməliyik ki) bu məsələdə də İmamın bir hikməti var idi.

Aparıcı: Sualın ikinci hissəsinə cavab verməzdən qabaq belə bir sual verim ki, İmam Hüseyn (salavatullahi-əleyh) Məkkədə olduğu müddətdə camaata xitab etmişdimi?

Ustad əz-Zəkəriyya: İmam Hüseynin (salamullahi-əleyh) Məkkədə etdiyi xütbələri hər iki dəstənin kitablarında qeyd edilmişdir. Məşhur xütbələr idi, inqilabi xütbələr idi. Münasib vaxtı seçdi və camaata münasib xütbəni etdi.

Aparıcı: Yəni, inqilabın səbəblərini, ona sövq edən amilləri bəyan edirdi.

Ustad əz-Zəkəriyya: Bəli, ona görə ki, höccəti onlara tamam etsin. Buna görə də bu münasib vaxtı seçdi, insaların Həcc mövsümünə gəlməsini seçdi.

Aparıcı: Bəs nəyə görə əməlləri yarıda saxladı və çıxdı?

Ustad əz-Zəkəriyya: Bu məsələdə də İmamın (salamullahi-əleyh) bir hikməti var idi. Çünki Yəzid – o fasiq və facir şəxs hətta İmam Hüseyni (salamullahi-əleyh) Kəbənin örtüyündən yapışmış halda öldürtdürə bilərdi. Bu şəxsin nəzərində bu müqəddəs məkanın bir hörməti/toxunulmazlığı yox idi. Buna görə də İmam (salamullahi-əleyh) Məkkədən çıxdı, ona görə ki, bu iş (Kəbənin içində döyüşmək) özündən sonra gələnlər üçün bir bəhanə olmasın. Bu müqəddəs məkana, Hərəmə gedib İmam Hüseynin (salamullahi-əleyh) etdiyini etməsin. İstər haqq olsun, istərsə də batil.

Buna görə də İmam (salamullahi-əleyh) çıxdı ki, özündən sonra kimsə gedib İmamın (salamullahi-əleyh) etdiyini etməsin, istər haqq olsun, istərsə də batil, dediyimiz kimi. Buna görə də çıxdı və İraqa getdi.

Yəzid üçün heç bir şey mühüm deyildi, nə Kəbə, nə Məkkeyi-Mükərrəmə, nə camaat...

Aparıcı: Hətta səhabələr belə.

Ustad əz-Zəkəriyya: Bəli, bəli. Buna görə də onun kafir və məlun olduğuna hökm etmişlər. Əks halda nə üçün üçün küfrünə hökm edirdilər, ona görə ki, bu çirkin işləri görmüşdü. Buna görə də İmam (salamullahi-əleyh) Məkkədən İraqa yola düşür ki, Yəzid İraqda edəcəklərini Məkkədə etməsin.

Aparıcı: Əhsən. Burada başqa bir şübhə də vardır. Şübhə bundan ibarətdir ki, deyirlər ki, bəzi şəxslər İmam Hüseynə (salavatullahi-əleyh) qiyam etməsinin qarşısını almağa çalışmışdır, bir dəstə səhabə ona nəsihət etmişlər. Bu sözə cavabınız nədir?

Ustad əz-Zəkəriyya: Bu düzgün deyildir. Yəni, əgər həqiqətən də səhabələrin belə bir şey etmələri sübuta yetərsə, o zaman bu qeyri-məqbul iş olub. Çünki İmam Hüseyn (salamullahi-əleyh) Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) təyidinə əsasən ilahi xətt əsasında hərəkət edirdi. Elə isə hansı səhabə ona qarşı çıxır-çıxsın.

İmam Hüseynin (salamullahi-əleyh) etdiyi iş Allah və Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən təyid edilmiş bir iş idi. Əgər hansı səhabə və ya başqa bir şəxs onunla bu işdə müxalifət etsə, heç bir zərər yetirməz.

Aparıcı: Biz birinci proqramda Allah Rəsulunun (salavatullahi-əleyh) sözü barədə, həzrətin ağlaması və (bu işə) mane olmaması barədə danışdıq.

Ustad əz-Zəkəriyya: Əhsən, buna görə də İmam Hüseynin (salamullahi-əleyh) qoşununda bir sıra səhabələr var idi və onlar Peyğəmbər belə buyurduğunu eşitmişdilər ki, “oğluma kömək edin.” Bunu isbat etmək üçün deyirəm ki, şiə və sünnilərin ittifaq etdikləri bir rəvayət vardır ki, burada hətta İmam Əlinin (əleyhis-səlam) İmam Hüseynin (salamullahi-əleyh) Kərbəla torpağında qətlə yetiriləcəyini bildiyi deyilir. Bunu hətta İbn Teymiyyə də qeyd edir.

Aparıcı: Yəni bu rəvayətlərdən belə nəticə çıxarırıq ki, nəinki ortada etiraz olub, əksinə təyid (dəstəkləmə) olub.

Ustad əz-Zəkəriyya: Peyğəmbər tərəfindən təsdiqlənib, dəstəklənib. Hətta bəzi səhabələr buna qarşı çıxsalar belə, o da hələ bunun səhihliyini fərz etmiş olsaq, doğru olan şey İmamın (salamullahi-əleyh) qiyamı idi. Yəni, həzrət İmam (əleyhis-səlam) Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən dəstəklənmişdi. Biz bunu qeyd etmişik.

Həmçinin, İmam Əlinin (əleyhis-səlam) bu işdən xəbəri var idi. İbn Teymiyyə “Minhac əs-sünnə” kitabında, 3-cü cilddə, səhifə 368-də deyir:

وَالشِّيعَةُ وَالسُّنِّيَّةُ يَرْوُونَ عَنْ عَلِيٍّ - رَضِيَ اللَّهُ عَنْهُ - أَنَّهُ لَمَّا مَرَّ بِكَرْبَلَاءَ قَالَ: صَبَرًا أَبَا عَبْدِ اللَّهِ، صَبْرًا أَبَا عَبْدِ اللَّهِ، يُخَاطِبُ الْحُسَيْنَ لِعِلْمِهِ بِأَنَّهُ سَيُقْتَلُ، وَهَذَا قَبْلَ أَنْ يَحْضُرَ الْحُسَيْنُ بِكَرْبَلَاءَ وَيُطْلَبُ قَتْلُهُ.

Şiələr və sünnilər Əlidən (radiallahu anh) nəql edirlər ki, o Kərbəladan keçdiyi zaman demişdir: “Səbr et, ey Əba Əbdillah, səbr et, ey Əba Əbdillah.” Bununla Hüseynə xitab edir. Ona görə ki, bilir ki, o qətlə yetiriləcək. Bu, Hüseyn Kərbəlaya gəlməmişdən və qətlə yetirilməsi istənməmişdən qabaq baş vermişdir.

 

İmam (əleyhis-səlam) bunu bilirdi. Deməli, İmamı (əleyhis-səlam) qiyam etməkdən saxlamaq istəyən səhabələr düz etməmişlər. Əksinə görürük ki, elə səhabə olmuşdur ki, İmam Hüseynin (əleyhis-səlam) ordusunda vuruşmuşlar. Ona görə ki, onlar Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitmişdilər: “Əgər oğlumun yanında olsanız, ona kömək edin.”

Bunu İbn əl-Əsir demişdir. “Usd əl-Ğabə fi mərifət əs-səhabə”, 1-ci cild, səhifə 288. Ənəs ibn əl-Harisin tərcümeyi-halı. İbn əl-Əsir deyir:

أنس بن الحارث: أنس بْن الحارث عداده في أهل الكوفة. روى حديثه أشعث بْن سحيم، عن أبيه، عنه أَنَّهُ سمع النَّبِيّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول: إن ابني هذا يقتل بأرض من أرض العراق، فمن أدركه فلينصره، فقتل مع الحسين رضي اللَّه عنه. أخرجه الثلاثة، إلا أن أبا نعيم، قال: ذكره بعض المتأخرين، يعني: ابن منده في الصحابة، وهو من التابعين، وقد وافق ابن منده أَبُو عمر وَأَبُو أحمد العسكري، وقالا: له صحبة، وقال أَبُو أحمد: يقال: هو أنس بْن هزلة، والله أعلم.

Ənəs ibn əl-Haris: Kufə əhlindən hesab olunur. Onun hədisini Əşəs ibn Suheym atasından, o da ondan (Ənəsdən) nəql etmişdir ki, Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Bu oğlum (Hüseyn) İraq torpaqlarından birində qətlə yetiriləcək. Kim onun zamanında yaşasa ona kömək etsin.” O, Hüseynlə (radiallahu anh) birgə qətlə yetirilmişdir. Bu hədisi üç nəfər nəql etmişdir. Lakin Əbu Nəim demişdir: “Son dövrlərin alimlərindən biri – yəni, İbn Məndə – onu səhabələrin içində qeyd etmişdir. Halbuki o tabeidir.” İbn Məndənin bu fikri ilə Əbu Əmr və Əbu Əhməd əl-Əskəri də razılaşmış və demişlər: “O, səhabə olub.” Əbu Əhməd (həmçinin) demişdir: “Belə də deyirlər ki, o Ənəs ibn Həzlədir. Allah daha yaxşı bilər.”

 

Aparıcı: Allah Rəsulu (salavatullahi əleyhi və alihi və səlləm) bu rəvayətlə həzrətə yardım etməyə təşviq edir.

Ustad əz-Zəkəriyya: Yardıma təşviq edir. Buna görədir ki, deyirik hər kim İmam Hüseynin (əleyhis-səlam) qiyam etməsinə mane olub (o da əgər sübuta yetərsə), səhv edib. Çünki Peyğəmbərin (sallallahu əleyhi və alihi) sözü ilə müxalifət edib. Həmçinin, İbn Əbd əl-Birr əl-Qurtubi “əl-İstiab” kitabında, 1-ci cilddə, səhifə 201-də (bizim nüsxədə cild 1, səhifə 112) Ənəs ibn əl-Harisin tərcümeyi-halında deyir:

أنس بن الحارث، روى عنه سليم والد أشعث بن سليم عن النبي صلى الله عليه وسلم في قتل الحسين، وقتل مع الحسين رضى الله عنهما.

Ənəs ibn əl-Haris: Əşəs ibn Süleymin atası Süleym ondan Hüseynin qətli barədə Peyğəmbərdən (sallallahu əleyhi və səlləm) nəql edilən bir hədis nəql etmişdir. O Hüseynlə birgə qətlə yetirilmişdir –Allah hər ikisindən razı olsun.

 

Deməli, bu böyük səhabə (ridvanullahi aleyh) Mustafa peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) gülünün yanında qətlə yetirilib şəhadətə çatmışdır. Və bu İmam Hüseynin (əleyhis-səlam) qiyamının səhihliyinə və onunla eyni fikirdə olmayan səhabələrin yanlışlığına dəlildir.

Aparıcı: Əhsən. Ustad Muhəmməd əz-Zəkəriyya, bu dəyərli məlumatlara görə sizə öz təşəkkürümüzü bildiririk, siz burada doğrunu yanlışdan ayırd etdiniz, ki hər bir kəs İmam Hüseynin (salavatullahi-əleyh) inqilabı qarşısında şəri vəzifəsini bilsin.

Ustad əz-Zəkəriyya: Təşəkkür və şükr Allaha olsun, əziz qardaşım. Bu bizim dəyərli izləyicilərimiz üçün etməmiz gərəkən kiçik bir iş idi.

Aparıcı: Əziz izləyicilər, bəhsimizin sonuna gəldik. “Həqiqətlər və sənədlər” adlı proqramımızın növbəti buraxılışında görüşənədək.

Davam edəcək...

Sual, irad və təklifləriniz üçün yazın: shiaofahlulbait@yandex.com

Рейтинг

В этом разделе