İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (2-ci veriliş)

»»

İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (2-ci veriliş)

Mövzu

Əməvilərin Haşimilərlə düşmənçiliyinin səbəbləri və nəticələri

Verilişin azərbaycan dilində videosu: 1-ci hissə, 2-ci hissə

 

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Allahın salamı və xeyir-bərəkəti Peyğəmbərimiz Muhəmmədə və onun pak ailəsinə olsun. Allahın salamı, rəhməti və bərəkəti olsun üzərinizə olsun, əziz izləyicilər.

Keçən söhbətmizdə biz tarixin əhəmiyyətindən, Peyğəmbərin (salavatullahi əleyhi və alihi) İmam Hüseynə (əleyhis-səlam) ağlamaq sünnəsindən və həmçinin Qüreyşilərin Haşimilərə olan həsədindən danışdıq. Bu gün isə inşallah digər mövzuda Ustad Muhəmməd əz-Zəkəriyya ilə söhbət edəcəyik. Xoş gəlmisiniz, Ustad Zəkəriyya.

Ustad əz-Zəkəriyya: Mən də sizi və əziz izləyiciləri salamlayıram.

Aparıcı: Tarix şahidlik edir və kitablar yazır ki, Qüreyşilər ilə Haşimilər arasında ədavət mövcud olmuşdur. Tarixdə mövcud olmuş bu ədavətin səbəbini bizə izah edə bilərsinizmi?

Ustad əz-Zəkəriyya: İlk əvvəl mühüm bir məsələni qeyd etmək istəyirəm. Müqəddimə olaraq bunu deməliyik ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu ədavətin baş verəcəyindən xəbərdar idi. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) öncədən öz ümmətinə xəbərdarlıq etmişdi ki, tezliklə məndən sonra əvvəlki ümmətlərin başına gələnlər sizin də başınıza gələcək. Bunu bir çox alimlər, başda əl-Buxari olmaqla nəql etmişlər. Buxari bunu öz “Səhih”ində nəql etmişdir.

“Səhih əl-Buxari”yə baxsaq görərik ki, kitabın 665-ci səhifəsində, 3456-cı hədisdə (Şeyx əz-Zəkəriyyanın proqramda göstərdiyi çapda 2-ci cild, 206-cı səhifəsində) yazılır:

عَنْ أَبِي سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: «لَتَتَّبِعُنَّ سَنَنَ مَنْ قَبْلَكُمْ شِبْرًا بِشِبْرٍ، وَذِرَاعًا بِذِرَاعٍ، حَتَّى لَوْ سَلَكُوا جُحْرَ ضَبٍّ لَسَلَكْتُمُوهُ»، قُلْنَا يَا رَسُولَ اللَّهِ: اليَهُودَ، وَالنَّصَارَى قَالَ: «فَمَنْ»

Əbu Səiddən (radiallahu ənh) nəql edir ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurmuşdur: “Siz qarış-qarış, addım-addım özünüzdən əvvəlkilərin (ümmətlərin) yolunu gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasında daxil olmuş olsalar belə, siz də ora daxil olacaqsınız.” Biz (səhabələr) dedik: “Ya Rəsulallah, yəhudi və xaçpərəstlərin yolunu?” Buyurdu: “Başqa kimlərin ola bilər ki?!”

 

Ustad əz-Zəkəriyya: Deməli, Peyğəmbərimiz (sallallahu əleyhi və alihi və səlləm) qəti şəkildə bilirdi ki, ümməti əvvəlki ümmətlərin yolu ilə gedəcək. Bəs görəsən, hansı məsələlərdə (onların ardınca gedəcəklər)? Dəqiq (konkret) olaraq nə baş verəcək? Peyğəmbərimiz (sallallahu əleyhi və alihi və səlləm) bu məsələyə də işarə etmişdir. Görəsən onlar bütünlüklə mürtədmi olacaqdılar, yoxsa müşrikmi olacaqdılar.

Əziz Peyğəmbərmiz (sallallahu əleyhi və alihi və səlləm) başqa bir yerdə yerdə açıq-aşkar şəkildə (bu sözündən) məqsədin nə olduğunu bəyan edir. Bunu Müslim öz “Səhih”ində qeyd edir. Əlbəttə başqa hədislər də mövcuddur. Lakin biz onların səhih olanını seçirik. Bunu dedim ki, əziz izləyicilərmiz xəbərdar olsunlar.

Beləliklə, Nəvəvinin şərhi ilə olan “Səhih Müslim”də, 15-ci cild, 85-86-cı səhifələrdə (Şeyx əz-Zəkəriyyanın proqramda göstərdiyi çapda 5-ci cild, 154-cü səhifədə) yazılır:

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ، قَالَ صَلَّى رَسُولُ اللَّهِ صلى الله عليه وسلم عَلَى قَتْلَى أُحُدٍ ثُمَّ صَعِدَ الْمِنْبَرَ كَالْمُوَدِّعِ لِلأَحْيَاءِ وَالأَمْوَاتِ فَقَالَ ‏ "‏ إِنِّي فَرَطُكُمْ عَلَى الْحَوْضِ وَإِنَّ عَرْضَهُ كَمَا بَيْنَ أَيْلَةَ إِلَى الْجُحْفَةِ إِنِّي لَسْتُ أَخْشَى عَلَيْكُمْ أَنْ تُشْرِكُوا بَعْدِي وَلَكِنِّي أَخْشَى عَلَيْكُمُ الدُّنْيَا أَنْ تَنَافَسُوا فِيهَا وَتَقْتَتِلُوا فَتَهْلِكُوا كَمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ ‏"‏ ‏.‏ قَالَ عُقْبَةُ فَكَانَتْ آخِرَ مَا رَأَيْتُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم عَلَى الْمِنْبَرِ ‏.‏

Üqbə bin Amirdən nəql olunur: Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Uhud döyüşündə ölənlərə dua etdi, sonra minbərə çıxdı. Sanki həm dirilər həm də ölülərlər vidalaşırdı. Buyurdu: “Mən hovuza (kövsər hovuzuna) sizdən qabaq çatacağam. Onun eni Əylə ilə Cöhfə arasındakı məsafə qədərdir. Mən sizin məndən sonra müşrik olacağınızdan qorxmuram. Amma sizin üçün dünyanız barədə qorxuram ki, onun uğrunda bir-birinizlə mübarizə aparacaqsınız, bir-birinizi öldürəcəksiniz və sizdən əvvəlkiləri kimi həlak olacaqsınız.” Üqbə dedi: “Bu, Peyğəmbəri (sallallahu əleyhi [və alihi] və səlləm) minbər üzərində gördüyüm sonuncu dəfə idi.”

Ustad əz-Zəkəriyya: Bu sözlərin mənası nədir? Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bildirmək istəyir ki, ümmət ondan sonra bir-biri ilə mübarizə aparıb, bir-birlərini öldürəcəklər. Görəsən Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu dedikləri baş vermişdirmi? Gəlin baxaq, Nəvəvi bu hədisin şərhində nə deyir:

وَفِي هَذَا الْحَدِيثِ مُعْجِزَاتٌ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عليه سلم فَإِنَّ مَعْنَاهُ الْإِخْبَارُ بِأَنَّ أُمَّتَهُ تَمْلِكُ خَزَائِنَ الْأَرْضِ وَقَدْ وَقَعَ ذَلِكَ وَأَنَّهَا لَا تَرْتَدُّ جُمْلَةً وَقَدْ عَصَمَهَا اللَّهُ تَعَالَى مِنْ ذَلِكَ وَأَنَّهَا تَتَنَافَسُ فِي الدُّنْيَا وَقَدْ وَقَعَ كُلُّ ذَلِكَ

Bu hədisdə Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) məxsus olan möcüzələr var. Hədisdə öncədən xəbər verilir (və deyilir) ki, onun (Peyğəmbərin) ümməti yer üzünün xəzinələrinə sahib olacaqlar. Necə ki, bu artıq həyata keçib. Habelə, onlar bütünlüklə mürtəd olmayacaqlar. Həqiqətən də Allah-Təala ümməti bundan (mürtəd olmaqdan) qorudu. Həmçinin xəbər vermişdir ki, ümmət dünya uğrunda bir-biri ilə mübarizə aparacaq. Bunların hamısı artıq baş vermişdir.

 

Ustad əz-Zəkəriyya: Diqqət edin! Deməli, dünya uğrunda mübarizə və müharibə Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra ümmət içərisində baş vermişdir. Bəli, Peyğəmbər (sallallahu əleyhi və alihi) özündən sonra ümməti içərisində baş verəcək hər bir şeyi bilirdi.

Əlbəttə, Qüreyşilər bacardıqları qədər çalışırdılar ki, bu işi yüngül göstərsinlər, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözləri barədə şəkk salsınlar. Deyirdilər ki, Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) eşitdiyiniz hər bir şeyi yazmayın. Ki beləcə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) özündən sonra ümmətin başına gələcək hadisələr bəyan etməsin.

Abdullah bin Əmr Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) eşitdiyi hər bir sözü yazırdı. Amma bəzi Qüreyşilər ona deyirdilər ki, yazma! Çünki Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) də (digər insanlar kimi) qəzəblənir və ya razı olur. Amma Abdullah bin Əmr bu məsələni Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) soruşanda, Həzrət ona nə cavab verdi?! Biz və hörmətli izləyicilərimiz bunun cavabını müəllifi Əbu Davud əs-Sicistani olan və Nasir əd-Din əl-Əlbani tərəfindən təhqiq edilən “Sunən” kitabında görəcəyik. Səhifə 552, hədis №3646-da oxuyuruq:

ععَبْدِ اللَّهِ بْنِ عَمْرٍو، قَالَ كُنْتُ أَكْتُبُ كُلَّ شَىْءٍ أَسْمَعُهُ مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم أُرِيدُ حِفْظَهُ فَنَهَتْنِي قُرَيْشٌ وَقَالُوا أَتَكْتُبُ كُلَّ شَىْءٍ تَسْمَعُهُ وَرَسُولُ اللَّهِ صلى الله عليه وسلم بَشَرٌ يَتَكَلَّمُ فِي الْغَضَبِ وَالرِّضَا فَأَمْسَكْتُ عَنِ الْكِتَابِ فَذَكَرْتُ ذَلِكَ لِرَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَأَوْمَأَ بِأُصْبُعِهِ إِلَى فِيهِ فَقَالَ: اكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَا يَخْرُجُ مِنْهُ إِلاَّ حَقٌّ ‏‏.‏

Abdullah bin Əmr deyir: Mən Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) eşitdiyim hər bir şeyi yazırdım. Mən onları hifz etmək (və qorumaq) istəyirdim. Lakin Qüreyşilər məni bu işdən çəkindirdilər və belə dedilər: “Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) eşitdiyin hər bir şeyi yazma. Çünki o da bir bəşərdir. O da qəzəblənir və razı qalır.” Mən Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) sözlərini yazmağı dayandırdım. Daha sonra bunu Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) özünə dedim. O Həzrət (sallallahu əleyhi [və alihi] və səlləm) barmağı ilə ağzına işarə edərək buyurdu: “Yaz! Canım əlində olan Allaha and olsun ki, bundan (ağzına işarə etdi) haqq sözdən başqa bir şey çıxmaz.”

Əl-Əlbani bu hədisə şərh verərək deyir: Səhihdir.

 

Deməli, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) istər qəzəbli olsun, istərsə də razı halda fərqi yoxdur, onun sözü haqqdır. Nəticə olaraq bunu əldə edirik ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) gələcəkdə ümmət arasında baş verəcək ədavət barədə insanlara xəbərdarlıq etmək istəyir, həmçinin demək istəyir ki, mən bunlardan xəbərdaram, baş verəcəkləri bilirəm, bütün bu dediklərim haqqdır və tezliklə baş verəcək. Həqiqətən də artıq baş vermişdir... Bəs görəsən, Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra nə baş verdi? Bu kin və düşmənçilik necə yarandı?

Bu ədavət Peyğəmbərimiz Muhəmməd Əl-Mustafanın (sallallahu əleyhi və alihi və səlləm) ölümündən sonra başlandı. Əlbəttə, bu ədavət Peyğəmbərimizin (sallallahu əleyhi və alihi və səlləm) sağlığında da var idi və o Həzrət (sallallahu əleyhi və alihi və səlləm) buna işarə etmişdi. Lakin açıq-aşkar şəkildə isə Peyğəmbərimizin (sallallahu əleyhi və alihi və səlləm) ölümündən sonra başlandı. Görəsən Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) “Əlini söyən, məni söymüşdür” deyərkən, bunu elə-belə, boş-boşunamı demişdir? Allaha pənah! Yoxsa Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu kəlamının arxasında bir məna dayanır? Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) gözəl bilirdi ki, onun ölümündən sonra ümmət Əli bin Əbu Talibi söyməyə başlayacaq və onunla müharibə edəcəklər.

Bu məsələni inşaAllah izah edəcəyik... Hakim ən-Nisaburinin “Əl-Müstədrək əla əs-Səhiheyn” kitabında 3-cü cild, 121-ci səhifədə Əbu Əbdillah əl-Cədlidən nəql olunur ki, dedi:

عَنْ أَبِي عَبْدِ اللَّهِ الْجَدَلِيِّ قَالَ: دَخَلْتُ عَلَى أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَقَالَتْ لِي: أَيُسَبُّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيكُمْ؟ فَقُلْتُ: مُعَاذَ اللَّهِ، أَوْ سُبْحَانَ اللَّهِ، أَوْ كَلِمَةً نَحْوَهَا، فَقَالَتْ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ سَبَّ عَلِيًّا فَقَدْ سَبَّنِي

Bir gün Ümmu Sələmənin (r.ə) evinə getdim. Ümmü Sələmə məndən soruşdu: “Sizin aranızda Rəsulallahı (s) söyən olubmu?” (Əbu Əbdillah deyir) Mən ”Allaha pənah”, yaxud “Sübhənallah” yaxud da buna oxşar bir söz dedim. Ümmü Sələmə dedi: Peyğəmbərdən (s) eşitdim ki, belə dedi: “Əlini söyən məni söymüşdür.”

Hakim ən-Nisaburi bu hədisin qeydində yazır:

هذا حديث صحيح الإسناد ولم يخرجاه

“Bu hədisin sənədi səhihdir, lakin əl-Buxari və Müslim onu nəql etməmişlər.”

Həmçinin, haşiyədə əz-Zəhəbinin də qeydi var. Hansı ki, məşhur tənqidçidir. Əgər kimsə şəxs desə ki, əl-Hakim təshih məsələsində səthi davranır, ona deyərik ki, əz-Zəhəbi kitabın aşağısında əl-Hakimin qeyd etdiyi hədis haqqında yazır: صحيح - “Hədis səhihdir.”

 

Və bununla əl-Hakimin sözü ilə razılaşır. Görəsən bu məsələ ümumilikdə bütün səhabələrə aiddir, yoxsa bu yalnız İmam Əliyə (əleyhis-səlam) məxsusdur? Yəni məsələn kimsə səhabədən birini söysə, o Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) də söymüş sayılırmı? Yoxsa bu məsələ yalnızca Əli ibn Əbi Talibə (əleyhis-səlam) məxsusdur?

Aparıcı: Bəziləri (müxaliflər) deyirlər ki, belə bir hədis var ki, kim səhabəni söysə, ona Allahın, mələklərin və bütün insanların lənəti olsun.

Ustad əz-Zəkəriyya: Bu hədis ki var “kim səhabəmi söysə, ona Allahın, mələklərin və bütün insanların lənəti olsun”sabit deyildir. Əksinə uydurma olmağa daha yaxındır. İndi bu barədə danışmağa vaxt yoxdur. Onu gələcək söhbətlərmizdə inşallah bəyan edərik. Bu rəvayət uydurmadır yəni. Bəli, qayıdaq, “kim Əlini söyərsə...” hədisinə...

Aparıcı: Rəvayət (bu məsələnin) xüsusi olduğunu bəyan edir.

Ustad əz-Zəkəriyya: Bəli, rəvayət xüsusidir. Buna dəlilimiz İmam ən-Nəsainin qeyd etdiyi hədisdir. Ən-Nəsai əhli-sünnə qardaşlarımızın böyük və tanınmış alimlərindəndir. O, əl-İmam əl-Hafiz əl-Hüccə Əbi Əbd ər-Rəhman Əhməd bin Şüeyb ən-Nəsaidir. Bu onun “İmam Əlinin xüsusiyyətləri” kitabıdır. Əl-Huveyninin təhqiqi ilədir. Adı “Təhzibu Xəsais İmam Əli”-dir. Bu kitabın 79-cu səhifəsində (Şeyx əz-Zəkəriyyanın proqramda göstərdiyi çapda 76 və 77-ci səhifələrdə) yazılır:

عَنْ أَبِي إِسْحَاقَ عَنْ أَبِي عَبْدِ اللَّهِ الْجَدَلِيِّ، قَالَ: دَخَلْتُ عَلَى أُمِّ سَلَمَةَ، فَقَالَتْ لِي: أَيُسَبُّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيكُمْ؟ قُلْتُ: مَعَاذَ اللَّهِ! أَوْ سُبْحَانَ اللَّهِ! أَوْ كَلِمَةً نَحْوَهَا، قَالَتْ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ سَبَّ عَلِيًّا، فَقَدْ سَبَّنِي.»

Əbi İshaqdan rəvayət olunur ki, Əbu Əbdillah əl-Cədəli belə dedi: Bir gün Ümmu Sələmənin (r.ə.) evinə getdim. Ümmü Sələmə məndən soruşdu: “Sizin aranızda Rəsulallahı (s) söyən olubmu?” (Əbu Əbdillah deyir) Mən ”Allaha pənah”, yaxud “Sübhanallah” dedim. Ümmü Sələmə dedi: Peyğəmbərdən (s) eşitdim ki, belə dedi: “Əlini söyən məni söymüşdür.”

Əl-Huveyni hədisi şərh edərək yazır ki: إسناده صحيح - “Sənədi səhihdir.”

 

Diqqət edin. Deməli aydın olur ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dediyi həmin məsələ (kim Əlini söyərsə), İmam Əlinin xüsusiyyətlərindəndir (yalnız ona məxsusdur). Çünki Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) çox gözəl bilirdi ki, ondan sonra bəziləri İmam Əlini (əleyhis-səlam) söyəcəklər. Bu məsələ açıq-aşkar bir məsələdir.

Aparıcı: Əvvəlki söhbətlərimizdə də demişdik ki, Peyğəmbər (salavatullahi əleyhi və alihi və səlləm) yalnız vəhy əsasında danışır, həva və həvəs əsasında deyil. Danışdıq və isbat etdik ki, həzrətin sözü, əməli və təqriri sünnədir. Bu kəlam da Peyğəmbərin (salavatullahi əleyhi və alihi və səlləm) sözüdür və dolayısı ilə sünnədir. Peyğəmbər (sallavatullahi əleyhi və alihi və səlləm) bu ümmət üçün isbat etmək və sözünü bütün ümmətə çatdırmaq istəmişdir. Sizin sözünüzdən bunu başa düşmək olarmı?

Ustad əz-Zəkəriyya: Düzdür... Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu sözləri deyəndə onu əbəs yerə deməmişdi – nəuzu billah. Bir az əvvəl də dedik ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözü höccətdir.

Bəs görəsən Peyəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu sözləri niyə demişdir? O, sadəcə olaraq İmam Əlini (əleyhis-səlam) razı salmağa görəmi, yaxud İmam Əli onun əmisi oğlu olduğuna görəmi bunu deyirdi...? Xeyr! Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bunu bəyan etmək istəyirdi ki, Əli bin Əbu Talibi (əleyhis-səlam) söymək Allah Rəsulunu (sallallahu əleyhi və alihi) söymək kimidir.

Həmçinin, bir azdan Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söyməyin hökmünü də izah edəcəyəm. Lakin indi bunu demək istəyirəm ki, görəsən bu hədisi əl-Huveyni, əl-Hakim və əz-Zəhəbidən başqa səhih bilən varmı? Həmçinin indi İmam Əlinin (əleyhis-səlam) minbərlərdən söyüldüyü məsələsinə gəlirik və görək İmam Əlinin (əleyhis-səlam) söyülməsi Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) söyülməsinə necə bərabər olur? Bu dediyimizi (İmam Əlinin (əleyhis-səlam) söyülməsinin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) söyülməsinə bərabər olmasını) həmçinin səhabələr də başa düşmüşlər. Başlarında da Ümmü Sələmə (ridvanullahi təala əleyha) dayanır...

Belə ki, Albani bunu öz “Silsilətu əl-Əhadis əs-Səhihə” kitabının 7-ci cildində səhih hesab edir. Kitabın 996-cı səhifəsində 3332-ci hədisdə qeyd olunur:

عن أبي عبد الله الجدَلي قال: قالت لي أم سلمة: أيُسب رسول الله - صلى الله عليه وسلم - بينكم على المنابر؟! قلت: سبحان الله! وأنى يسب رسول الله - صلى الله عليه وسلم -؟! قالت : أليس يُسَبُّ علي بن أبي طالب ومن يحبه؟ وأشهد أن رسول الله - صلى الله عليه وسلم - كان يحبه!

Əbu Əbdillah əl-Cədəli deyir: “Ümmü Sələmə bir gün məndən soruşdu: “Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) sizin aranızda minbərlərdən söyülürmü?” Mən dedim: “Sübhanallah! Necə ola bilər ki, Peyğəmbər söyülsün?!” Ümmü Sələmə dedi: “Məgər Əli bin Əbi Talib və onu sevənlər söyülmürmü?! Mən şəhadət verirəm ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) onu sevirdi.”

وقال الطبراني :"لم يروه عن السدي إلا عيسى".

Və Təbərani deyib: “Bu hədisi İsadan başqa heç kəs Süddidən nəql etməyib.”

Albani isə öz növbəsində bu hədisin sənədini qeyd edərək onu səhih hesab edir.

وهذا إسناد جيد، ورجاله كلهم ثقات

Hədisin sənədi ceyyiddir (çox yaxşıdır). Nəql edənlərin hamısı siqə şəxslərdir.

 

Ustad əz-Zəkəriyya: Əlbəttə qeyd edək ki, biz bu rəvayətlə İmam Əlinin (əleyhis-səlam) minbərlərdən söyüldüyünü qəbul etməyənlərə səhih rəvayətlə cavab veririk. Diqqət edin! Baxın Ümmü Sələmə İmam Əlinin (əleyhis-səlam) söyülməsini Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) söyülməsi ilə necə əlaqələndirir?

Aparıcı: Bəs görəsən İmam Əlinin (əleyhis-səlam) minbərlərdən söyülməsinin səbəbi nə idi? Həmin qövm bu əməli ilə nə məqsəd güdürdü?

Ustad əz-Zəkəriyya: Çox gözəl sualdır! Onların məqsədi nə idi? Onların məqsədi DİN idi! Onların İmam Əlini (əleyhis-səlam) tənə etmələri birbaşa Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) tənə etmək idi. Yəni, niyə onlar İmam Əlini (əleyhis-səlam) tənə edirdilər? Çünki onlar bir başa Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) özünü tənə edə bilmirdilər.

Onlar çox gözəl bilirdilər ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) özündən sonra Əhli-Beyti (əleyhiməs-səlam) xəlifə qoyub və bilirdilər ki, Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra vəsilər Əhli-Beytdir (əleyhiməs-səlam). Elə isə onlar nə etdilər?! İstədilər ki, Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) Əhli-beytinin (əleyhiməs-səlam) vasitəsilə tənə etsinlər. Ta ki, hakimiyyət, mal-mülk onların olsun.

Bəs bu dediyimizin dəlili nədir? Yəni mümkündür ki, kimsə bu dediyinizin dəlili nədir deyə soruşsun. Bunu əz-Zəhəbi raşid xəlifələrin dövründən bəhs edən “Tarix əl-İslam” kitabında qeyd edir. Zəhəbi kitabın 3-cü cildinin 460 və 461-ci səhifələrində yazır:

وروى عمر بن علي بن الحسين، عن أبيه قال: قال مروان: ما كان في القوم أدفع عن صاحبنا من صاحبكم -يعني عليا عن عثمان- قال: فقلت: ما بالكم تسبونه على المنابر! قال: لا يستقيم الأمر إلا بذلك.

Ömər bin Əli bin Hüseyn öz atasından nəql edir ki, o, Mərvanın belə dediyini dedi: “Camaatdan heç kəs bizim adamımızı sizin adamınız qədər – yəni Osmanı Əli qədər – qorumayıb.” Mən dedim: “Elə isə, niyə onu minbərlərdə söyürsünüz?” Mərvan cavab verdi: “İşlər bunsuz düzəlmir.”

Ustad əz-Zəkəriyya: İmam Əlinin (əleyhis-səlam) minbərlərdən söyülməsi artıq məşhur bir məsələ idi.

Aparıcı: Burada söhbət əməvilərdənmi gedir? Yəni Mərvan həmin əməvi Mərvandır?

Ustad əz-Zəkəriyya: Bəli, bəli! Əməvi ailəsindən olan Mərvan!

Ustad əz-Zəkəriyya: Deyir ki, “İşlər bunsuz düzəlmir.”Yəni, hakimiyyət və xilafət uğrunda olan mənafelər İmam Əlini (əleyhis-səlam) minbərlərdə söymədən düzəlmir. Hədisin sonunda əz-Zəhəbi belə bir qeyd yazır:

رواه ابن أبي خيثمة. بإسناد قوي، عن عمر.

“Bunu İbn Əbi Xeysəmə güclü sənədlə Ömərdən nəql edib.”

 

Aparıcı: Onlar İmam Əlini (əleyhis-səlam) söyməkdən nə əldə edirdilər?! Yəni burada başqa bir mənfəət güdürdülərmi? Yəni “Əmir əl-möminin Əlini (salavatullahi-əleyh) söyən Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söymüşdür” hədisi sünnədə sabitdir. Elə isə onlar nə məqsəd güdürdülər bu əməlləri ilə?...

Ustad əz-Zəkəriyya: Dediyimiz kimi... Onların hədəfi din idi. Onlar Əhli-Beyti (əleyhiməs-səlam) Allahın onlara bağışladığı məqamdan uzaqlaşdırmaq istəyirdilər. Buna əsasən biz görürük ki, Əməvilər Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra Əhli-beytə (əleyhiməs-səlam) qarşı nifrət, söymə, sürgün, zindana salmaq kimi işlər gördülər. Nəyə görə idi bunlar? Dediyimiz kimi, siyasi mənafelər üçün idi... o dövrün ictimai mənafeləri üçün idi! Onlar hökmdarlıq və xilafət istəyirdilər. Bütün bunların başında isə DİNƏ tənə vurmaq dayanırdı. Əsas yetişmək istədikləri hədəf də bu idi... Buna görə də Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) əvvəlcədən Mərvan və onun kimilərin əməlinə işarə etmişdi. Əhməd bin Hənbəl özünün “əl-Musnəd” kitabının 10-cu cild, 80-ci səhifəsində, 11135 nömrəli hədisdə yazır:

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : تَكُونُ أُمَرَاءُ تَغْشَاهُمْ غَوَاشٍ ، أَوْ حَوَاشٍ مِنَ النَّاسِ ، يَظْلِمُونَ ، وَيَكْذِبُونَ ، فَمَنْ دَخَلَ عَلَيْهِمْ ، فَصَدَّقَهُمْ بِكَذِبِهِمْ ، وَأَعَانَهُمْ عَلَى ظُلْمِهِمْ ، فَلَيْسَ مِنِّي ، وَلَسْتُ مِنْهُ ، وَمَنْ لَمْ يَدْخُلْ عَلَيْهِمْ وَيُصَدِّقْهُمْ بِكَذِبِهِمْ وَيُعِنْهُمْ عَلَى ظُلْمِهِمْ ، فَهُوَ مِنِّي وَأَنَا مِنْهُ.

Əbu Səid əl-Xudri deyir: Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: (Məndən sonra) bəzi əmirlər (dövlət başçıları) olacaq ki, onların ətrafında bir dəstə insalar olacaq. Onlar zülm edəcək, yalan söyləyəcəklər. Kim onların arasına qatılıb yalanlarını təsdiqləsə və zülmlərində onlara köməklik etsə, məndən deyildir və mən də ondan deyiləm. Onların cərgəsinə qatılmayıb, yalanlarını təsdiq etməyən və zülmlərində köməklik göstərməyən isə məndəndir, mən də ondanam.

Həmzə əz-Zeyn hədis haqqında belə qeyd edir: إسناده صحيح - “Bu hədisin sənədi səhihdir.”

 

Deməli Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) özündən sonra baş verəcək bütün şeyləri bilirdi. Burada buyurur ki, ondan sonra bəzi əmirlər (dövlət başçıları) gələcək. Hansılar ki, Əhli-beyti (əleyhiməs-səlam) söyəcəklər, onlara zülm edəcəklər və s. və s. Bunların dəlillərini dedik, məlumdur... Deməli Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) hər şeyi bilirdi... İndi isə mühüm bir məsələni qeyd etmək istəyirəm...

Aparıcı: Növbəti məsələyə keçməzdən qabaq bir şey qeyd etmək istəyirəm. Bu dediyimiz hədis, Peyğəmbərdəndir (salavatullahi əleyhi və alihi) və o sünnədir.

Gərək onun üzərindək asanlıqla keçməyək ki, izləyicilərimiz bu səhih hədislər(i qeyd etməklə) nə demək istədiyimizi yaxşı başa düşsünlər... “O məndən deyil, mən də ondan deyiləm” sözünün mənası nədir? Hansı ki, Həzrət (sallallahu əleyhi və alihi və səlləm) bunu iki dəfə təkrar edir?

Ustad əz-Zəkəriyya: Bəli! Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) kiməsə “o məndən deyildir” deyəndə, açıq-aşkar məlumdur ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onu xaric edir öz yolundan, yəni həmin işləri görən şəxs bu ümmətdən deyil və həmin şəxs Peyğəmbərimizin (sallallahu əleyhi və alihi və səlləm) sünnəsində deyil. Yəni Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) o sözü ilə bunu demək istəyir.

Aparıcı: Allahın buyurduğu kimi: “Kim mənə tabe olsa, o məndəndir...”

Ustad əz-Zəkəriyya: Bəli düzdür...

Aparıcı: Yəni o şəxs müsəlmanların cərgəsindən xaricdir.

Ustad əz-Zəkəriyya: Bəli, xaricdir. O şəxs Peyğəmbərimizin (sallallahu əleyhi və alihi və səlləm) hidayəti üzərində deyildir... Beləliklə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu dediyimiz kəlamları buyurdu... Yəni buyurdu ki, kim Əlini söysə məni söymüşdür. Səhabələr, ələxüsus da Ümmu Sələmə (ridvanullahi təala əleyha) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu sözündən başa düşürdülər ki, Əlini (əleyhis-səlam) söymək Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söyməyə bərabərdir.

Aparıcı: Bəs Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söyməyin hökmü nədir?

Ustad əz-Zəkəriyya: Əhsən! Gözəl sualdır. Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söyməyin hökmü nədir? Bizim demək istədiyimiz də elə budur... İndi nəticəyə diqqət edin.

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurur: “Kim Əlini (ə) söysə məni söymüş kimidir.” Digər bir tərəfdən isə həqiqətən də Əli bin Əbi Talibin söyülməsi tarixdə baş vermişdir. Deməli İmam Əlini (əleyhis-səlam) söyən Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söymüş kimidirsə, bəs görəsən Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söyməyin hökmü nədir? Görək, müxaliflərin ən böyük alimlərindən biri olan İbn Teymiyyə nə deyir. O, “əs-Sarim əl-Məslul əla Şatim ər-Rəsul” kitabının 15 və 16-cı səhifələrində (Şeyx əz-Zəkəriyyanın proqramda göstərdyi nəşrlə səhifə 12) yazır:

وقال الإمام إسحاق بن راهويه أحد الأئمة الأعلام: "أجمع المسلمون على أن أنمن سب الله أو سب رسوله صلى الله عليه وسلم أو دفع شيئا مما أنزل الله عز وجل أو قتل نبيا من أنبياء الله عز وجل: "أنه كافر بذلك وان كان مقرا بكل ما أنزل الله" قال الخطابي: "لا أعلم أحدا من المسلمين اختلف في وجوب قتله" وقال محمد بن سحنون: "أجمع العلماء على أن شاتم النبي صلى الله عليه وسلم المتنقص له كافر والوعيد جار عليه بعذاب الله له وحكمه عند الأمة القتل ومن شك في كفره وعذابه كفر".

Görkəmli imamlardan olan İmam İshaq bin Rahəveyh deyir: Müsəlmanlar icma etmişlər ki, kim Allahı söysə, yaxud Peyğəmbəri (sallallahu əleyhi [və alihi] və səlləm) söysə, yaxud Allahın (əzzə və cəl) nazil etdiklərindən birini inkar etsə, və ya bir peyğəmbəri qətlə yetirsə, o şəxs Allahın (əzzə və cəl) nazil etdiklərinə inansa belə KAFİRDİR. Muhəmməd bin Səhnun isə deyir: Alimlər icma ediblər ki, Peyğəmbəri (sallallahu əleyhi [və alihi] və səlləm) söyən və onu təhqir edən şəxs kafirdir. Allah ona əzab vədəsi vermişdir. Onun ümmət yanında hökmü ölümdür. Hər kəs onun kafirliyinə və əzab veriləcəyinə şəkk etsə, küfr etmişdir.

 

Ustad əz-Zəkəriyya: Yəni söz açıq-aşkardır. O da budur ki, Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söyən kafirdir. Sual meydana gəlir... İmam Əlini (əleyhis-səlam) söyən şəxsin hökmü İbn Teymiyyəyə və digər bütün müsəlmanlara görə nədir? Çünki onu söyən, kimi söymüşdür? Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) söymüşdür!! Elə isə, İmam Əlini (əleyhis-səlam) söyənlərin hökmü nədir?

Aparıcı: İbn Teymiyyə açıq-aşkar deyir ki, hətta həmin şəxsin islama etiqadı olsa belə, kafir hesab olunar.

Ustad əz-Zəkəriyya: Bəli, kafirdir. İbn Teymiyyə bunu böyük alimlərdən nəql edir.

Aparıcı: Yəni mümkündür kimsə desin ki, bəli o İmam Əlini söysə də, bu onu İslamdan xaric etmir, o müsəlmandır və s... Lakin bu söz bizim özümüzdən deyil və biz özümüzdən iddia etmirik. Bu faktdır (sənəddir) və kitablardan nəql olunur.

Əziz izləyicilər, çox istərdik ki, söhbəti davam edək. Lakin vaxtımız bitir. Allahın iznilə Ustad əz-Zəkəriyya ilə birlikdə gələn söhbətlərimizdə görüşərik. Bu məlumatlara görə sizə təşəkkür edirəm, ustad. Vəssəlamu əleykum və rəhmətullah və bərəkatuh.

Davam edəcək...

Sual, irad və təklifləriniz üçün yazın: shiaofahlulbait@yandex.com

Рейтинг

В этом разделе