Hz.Əli (ə) İslamdan əvvəl bütlərə sitayiş edibmi?

»»

Hz.Əli (ə) İslamdan əvvəl bütlərə sitayiş edibmi?

Bağışlayan və Mehriban Allahın adı ilə.

Əziz oxucular! Bu məqalədə İmam Əlinin adından sonra əhli-sünnə alimlərinin “kərrəməllahu vəchəh” sözünü işlətmələri və buna bəzi etirazları gözdən keçirəcəyik inşallah.

Bu məsələdə xüsusən vəhhabilərin və Əməvi (Bəni-Üməyyə) təsirinin çox böyük miqyas təşkil etdiyi Şam ərazisində yetişən əhli-sünnə alimlərinin mövqeləri sərt olmuşdur. Onlar iddia edirlər ki, bu söz ilk olaraq şiələr tərəfindən işlədilmiş və şiə xəttatlar vasitəsilə də kitablara sirayət etmişdir. Digər tərəfdən, sələfilər iddia edir ki, bu sözə digər səhabələr də layiqdir və əgər işlədiləcəksə, bir çoxu haqqında işlədilməlidir. Ancaq bəzi əhli-sünnə alimləri “kərrəməllahu vəchəh” ifadəsində İmam Əliyə sadəcə Əbu Bəkri şərik hesab etmişlər. Gəlin məsələ ilə daha ətraflı tanış olaq.

Əhli-sünnənin hənbəli məzhəbinə mənsub alimlərindən olan əs-Səffarini yazır:

قلت: قد ذاع ذلك وشاع وملأ الطروس والأسماع. قال الأشياخ: وإنما خص علي رضي الله عنه بقول "كرم الله وجهه" لأنه ما سجد إلى صنم قط وهذا إن شاء الله تعالى لا بأس به، والله الموفق.

“Deyirəm: Bu iş [həzrət Əli barəsində “kərrəməllahu vəchəh”1 deyilməsi] məşhur olub yayılmış, səhifələri və qulaqları doldurmuşdur.

Şeyxlər demişlər ki, məhz ona görə yalnız Əli barəsində “kərrəməllahu vəchəh” deyilmişdir ki, Əli əsla bütlərə səcdə etməmişdir. Bunda [Əlinin barəsində “kərrəməllahu vəchəh” deyilməsində], inşallah ki, heç bir problem yoxdur. Allah müvəffəqiyyət verəndir”.

______________________________

1 Hərfən: Allah onun üzünü şərəfləndirsin. Məna etibariylə: Allah onu şərəfləndirsin, onu üstün və kəramətli etsin.

 

Fotoşəkil: Muhəmməd ibn Əhməd ibn Salim əs-Səffarini əl-Hənbəli, “Ğəzaul-əlbab fi şərhi-mənzumətil-adab”, c.1, səh.25; “Darul-kutubil-ilmiyyə” çapı, 1996 m.

Əhli-sünnənin şafei məzhəbinə mənsub böyük alimlərindən olan İbn Həcər əl-Heytəmi isə məsələyə aşağıdakı kimi yanaşmışdır:

وسئل رضي الله عنه :عن حكمة استعمال كرم الله وجهه في حق علي بن أبي طالب رضي الله عنه دون غيره عوضا عن الترضي ، وهل يستعمل ذلك لغيره من الصحابة ؟
فأجاب بقوله : حكمة ذلك أن علي كرم الله وجهه ورضي عنه لم يسجد لصنم قط فناسب أن يدعى له بما هو مطابق لحاله من تكرمة الوجه ، والمراد به حقيقته أو الكناية عن الذات أي حفظه عن أن يتوجه لغير الله تعالى في عبادته ، ويشلركه في ذلك أبو بكر الصديق رضي الله عنه وكرم وجههفإنه لم يسجد لصنم أيضا كما حكى فناسب أن يدعي له بذلك أيضا ، وإنما كان استعمال ذلك في حق علي أكثر لأن عدم سجوده لصنم أمر محمع عليه لأنه أسلم وهو صبي مميز وصح إسلامه حينئذ على خلاف مذهبنا لأن الأحكام وقت إسلامه كانت منوطة بالتميز ، ثم بعد ذلك الأمر وأنيطت بالبلوغ كما بينه اليهقي وغيره.
فإن قلت : كثير من الصحبة رضي الله عنهم لم يوجد منهم سجود لصنم كالعبادلة : ابن عباس وابن عمر وابن الزبير وغيرهم ومع ذلك لا يقول الناس فيهم ذلك بل الترضي كغيرهم .
قلت : هؤلاء ونظراؤهم إنما ولدوا بعد اضمحلال الشرك وخمود نار الضلال والفتنة فلم يشابهوا ذنيك الإمامين في تركهما أكبر فتن الشرك من السجود لصنم مع دعاية أهله الناس لذلك ومبالغتهم في إيذاء من ترك ذلك ، وكان في الترك حينئذ مع مخالفة الآباء وتحمل المشاق التي لا تطلق من الدلالة على الصدق ما ليس فيه بعد ظهور الإسلام وزهوق الباطل ، فناسب حالهما أن يميزا عن بقية الصحابة هذه الخصوصية العظمى رضي الله تعالى عنهما وكرم وجههما.

“İbn Həcər əl-Heytəmiyə nə üçün başqası barəsində deyil də yalnız Əli ibn Əbu Talib barəsində “Allah ondan razı olsun” ifadəsi əvəzinə “kərrəməllahu vəchəh” ifadəsinin işlədildiyi barədə sual verildi. Ona bu ifadənin başqa səhabələr barəsində də işlədilib işlədilməyəcəyi soruşuldu.

O, belə cavab verdi:

Bunun hikməti ondadır ki, Əli (kərrəməllahu vəchəh) əsla bir bütə səcdə etməmişdir. Buna görə də onun barəsində halına uyğun bir şəkildə - üzünün kəramətli edilməsi kimi bir dua ilə dua etmək münasib görülmüşdür. Üz dedikdə ya həqiqi məna nəzərdə tutulur, ya da məcazi məna…

Əbu Bəkr də bu xüsusiyyətdə Əli ilə ortaqdır. Allah onun da üzünü kəramətli etsin. O da heç vaxt bütə səcdə etmədiyindən onun barəsində də bu cür dua edilməsi münasib görülmüşdür.

Bu cümlənin məhz Əli barəsində daha çox işlənməsinin səbəbi Əlinin əsla bütə səcdə etməməsi faktı üzərində icma edilmiş olmasıdır. Çünki, Əli müməyyiz (yaxşı ilə pisi bir-birindən ayırd edə bilən) bir uşaq ikən islamı qəbul etmiş və islamı keçərli olmuşdur. Çünki, onun müsəlman olduğu vaxtda islam hökmləri müməyyiz uşağa şamil olurdu, lakin sonralar hökmlər həddi-büluğla şərtləndi, necə ki, Beyhəqi və başqaları belə demişlər.

Əgər desən ki, İbn Abbas, İbn Ömər, İbn Zübeyr və başqaları kimi bir çox səhabələr də bütə səcdə etməmişlər, lakin buna baxmayaraq camaat onlar barəsində bu sözü demir, əksinə, onlar üçün də başqaları kimi “Allah ondan razı olsun”, - deyirlər, buna belə cavab verərəm:

Bu adı çəkilən şəxslər və onlar kimi digərləri məhz şirk məhv olduqdan, zəlalət və fitnə alovu söndükdən sonra dünyaya gəlmişlər. Buna görə də ən böyük şirk fitnəsi olan bütə səcdəni tərk etmə məsələsində o iki imama bənzəməmişlər. O dövrdə bütpərəstlər camaatı bütə sitayişə dəvət edir, bu işi tərk edəni son dərəcə incidirdilər. O vaxtlar bütü tərk etdiyin zaman ata-baba ilə müxalif olmalı, dözülməz məşəqqətlərə tab gətirməliydin. Buna görə də o dövrdə islamı qəbul etməyin insanın niyyətinin doğruluğuna olan dəlaləti islamın aşkar olub batilin aradan getdiyi dövrdəki dəlalətdən daha çox idi. Buna görə də bütün səhabələr içərisində yalnız Əli və Əbu Bəkrin bu böyük xüsusiyyət ilə yad edilməsi münasib olmuşdur.

 

Fotoşəkil: İbn Həcər əl-Heytəmi, "əl-Fətava əl-hadisiyyə", səh.57

Bu iki alimin sözlərindən məlum olur ki, İmam Əli (əleyhissalam) İslamdan öncə də heç vaxt bütə sitayiş etməmişdir və bu barədə icma (alimlərin yekdil fikri) var. Bununla belə, İbn Həcər demişdir ki, Əbu Bəkr də heç vaxt bütə sitayiş etməyib. Sələfi (vəhhabi) alimləri isə daha da irəli gedərək qeyd etmişlər ki, bir çox səhabə bütə sitayiş etməyib, ona görə də bu söz onlara da aid edilə bilər. Yəni, Əli (əleyhissalam) bu işdə tək deyil, onun üçün xüsusi fəzilət sayıla bilməz. Ancaq məlumdur ki, digər səhabələr İslamdan öncə müşrik olmuşdurlar, İslamdan sonra dünyaya gələnlər isə onsuz da bütə sitayiş edə bilməzdilər. Deməli, sadəcə Əbu Bəkrin İslamdan öncə müşrik olub-olmaması məsələsini araşdıracağıq.

Əbu Bəkrin İslamı qəbul etməsi barədə rəvayətə istər Peyğəmbərin həyatı haqqında, istərsə də Əbu Bəkrin həyatı barədə yazılmış bir çox kitablarda rast gəlmək mümkündür. Həmin rəvayət İbn İshaqın “əs-Sirə” kitabından nəql edilir.

نا أحمد قال: نا يونس عن ابن إسحق قال: ثم إن أبا بكر لقي رسول الله صلى الله عليه وسلم فقال: أحق ما تقول قريش يا محمد من تركك آلهتنا، وتسفيهك عقولنا وتكفيرك آباءنا؟ فقال رسول الله صلى الله عليه وسلم: يا أبا بكر إني رسول الله ونبيه، بعثني لأبلغ رسالته وأدعوك إلى الله بالحق، فو الله إنه للحق أدعوك، إلى الله يا أبا بكر، وحده لا شريك له، ولا يعبد غيره، والموالاة على طاعته أهل طاعته، وقرأ عليه القرآن، فلم يفر، ولم ينكر، فأسلم وكفر بالأصنام، وخلع الأنداد، وأقر بحق الإسلام، ورجع أبو بكر وهو مؤمن مصدق.

Bizə Əhməd rəvayət etdi (və dedi): Yunus bizə İbn İshaqdan onun belə dediyini rəvayət etdi: Sonra Əbu Bəkr Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ilə görüşüb dedi: “Ey Muhəmməd! Sənin bizim ilahlarımızı tərk etməyin, bizi səfeh hesab etməyin və ata-babalarımızı kafir bilməyinlə bağlı Qüreyşin dedikləri doğrudur?” Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: “Ey Əbu Bəkr, mən Allahın elçisi və peyğəmbəriyəm. O məni Onun göstərişini çatdırmaq və səni Allaha tərəf dəvət etmək üçün göndərib. And olsun Allaha ki, bu, haqdır. Mən səni heç bir şəriki olmayan və yalnız Özünə ibadət olunan yeganə Allaha tərəf çağırıram, ey Əbu Bəkr! Həmçinin, Ona itaət edənləri dost tutmağa səsləyirəm.” Bundan sonra Peyğəmbər ona Quran oxudu. Əbu Bəkr nə təsdiq, nə də inkar etdi. Amma müsəlman olub bütlərə kafir oldu və Allaha şərik qoşulan ilahları tərk etdi. İslamın haqq olmasını təsdiq etdi. Beləcə, Əbu Bəkr mömin və islamı təsdiq edən bir kəs kimi geri döndü.

 

Fotoşəkil: İbn İshaq, “əs-Siyər vəl-məğazi”, c.1, s.183

Rəvayət o cümlədən İbn Əsakirin “Tarixu-Diməşq” (hədis № 29675) və Beyhəqinin “Dəlailün-nübuvvə” (hədis №:495) əsərlərində də qeyd edilmişdir.

Təəssübkeş İbn Kəsir belə İbn İshaqın Əbu Bəkrin cahiliyyət dövründə bütpərəst olması ilə bağlı yuxarıdakı xəbəri inkar etməmiş, təkcə xəbərin “bundan sonra Peyğəmbər ona Quran oxudu. Əbu Bəkr nə təsdiq, nə də inkar etdi” – cümləsinə irad tutmaqla kifayətlənmişdir. İbn Kəsir deyir:

هَذَا الَّذِي ذَكَرَهُ ابْنُ إِسْحَاقَ فِي قَوْلِهِ: فَلَمْ يُقِرَّ وَلَمْ يُنْكِرْ ـ مُنْكَرٌ، فَإِنَّ ابْنَ إِسْحَاقَ وَغَيْرَهُ ذَكَرُوا أَنَّهُ كَانَ صَاحِبَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَبْلَ الْبَعْثَةِ، وَكَانَ يَعْلَمُ مِنْ صِدْقِهِ وَأَمَانَتِهِ وَحُسْنِ سَجِيَّتِهِ وَكَرْمِ أَخْلَاقِهِ مَا يَمْنَعُهُ مِنَ الْكَذِبِ عَلَى الْخَلْقِ، فَكَيْفَ يَكْذِبُ عَلَى اللَّهِ؟ وَلِهَذَا بِمُجَرَّدِ مَا ذَكَرَ لَهُ أَنَّ اللَّهَ أَرْسَلَهُ بَادَرَ إِلَى تَصْدِيقِهِ وَلَمْ يَتَلَعْثَمْ، وَلَا عَكَمَ. انتهى.

“İbn İshaqın qeyd etdiyi “bundan sonra Peyğəmbər ona Quran oxudu. Əbu Bəkr nə təsdiq, nə də inkar etdi” – cümləsi münkərdir (xoşagəlməzdir). Belə ki, İbn İshaqın özü və başqaları qeyd etmişlər ki, Əbu Bəkr besətdən qabaq Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) yoldaşı olmuş, onun doğrudanışanlığından, əmanətdarlığından, gözəl xüsusiyyətlərə sahib olmasından və üstün əxlaqından onun insanların adından yalan danışmayacağını bilirdi, elə isə Allahın adından yalan danışdığını necə düşünə bilərdi? Elə məhz buna görədir ki, Peyğəmbər özünün Allah tərəfindən göndərildiyini ona deyər-deməz Əbu Bəkr ləngiyib yubanmadan tez onu təsdiq etmişdi”.

 

Fotoşəkil: İbn Kəsir, “əl-Bidayə vən-nihayə”, c.4, s.68

Göründüyü kimi, İbn Kəsir xəbərin qalan hissələrinə heç bir irad tutmamış, dolayısı ilə Əbu Bəkrin cahiliyyət dövründə müşrik olmasını təsdiq etmişdir.

313news.net

Рейтинг

В этом разделе