Həsən əl-Müsənna hədisinin Ğədir-Xum hədisi barədə yaratdığı şübhəyə cavab

»»

Həsən əl-Müsənna hədisinin Ğədir-Xum hədisi barədə yaratdığı şübhəyə cavab

Ğədir-Xum hədisi haqqında yaranan şübhələrdən biri də İmam Həsən (ə)-ın oğlu Həsən ibn Həsən ibn Əli əl-Musənnanın adından uydurulmuşdur. İddialara görə Həsəni Musənna Ğədir-Xum hədisinin Həzrət Əmir əl-muminin İmam Əli ibni Əbutalibin (ə) vilayətinə dəlalət etdiyini rədd etmişdir. Bu saxta rəvayəti ilk dəfə Dehləvi (Şeyx Əbduləziz ibn Vəliyillah ibn Əbdurrəhim Hənəfi-1306 h.q-də vəfat etmişdir) tərəfindən “ət-Tohfətul-isna əşəriyyə” kitabında nəql edilmişdir. Mərhum Mir Seyyid Hamid Hüseyn Nəqəvi (1306-h.q.-də vəfat etmişdir) ilk dəfə həmin şübhəyə “Uqubatul-ənvar” kitabında cavab yazmışdır.

Lakin müasir dövrümüzdə hər fürsətdən istifadə etməyə çalışan nasibi düşüncəsinə sahib insanların bu uydurma rəvayətdən dəlil olaraq istifadə etməyi və belə ucuz hesablarla Həzrət Əmir əl-muminin İmam Əli ibni Əbutalibin (ə) haqq vilayətini inkar etməyə cəhd göstərmələri həmin zehniyyətin fərdlərinin acizliyinin bariz nümunəsidir.

Saxta hədisi dəlil olaraq göstərən şəxslərdən biri də vəhhabi alimi doktor Qəffaridir. Belə ki, o, “Usulu məzhəb əş-şiə” kitabında Dehləvidən bu hədisi belə nəql etmişdir.

Seyyid Hamid Nəqəvi Dehləvinin nəql etdiyi bu saxta hədisi bu şəkildə qeyd etmişdir :

أخرج أبو نعيم عن الحسن المثنى ابن الحسن السبط رضي الله عنهما أنه سئل: هل حديث من كنت مولاه نص على خلافة علي رضي الله عنه؟ فقال: لو قال رسول الله صلى الله عليه وسلم يعني بذلك الخلافة لأفصح لهم بذلك، فإن رسول الله(ص) كان أفصح الناس، ولقال لهم: يا أيها الناس هذا والي أمركم والقائم عليكم بعدي فاسمعوا له وأطيعوا. ولو كان الأمر أن الله جل وعلا ورسوله صلى الله عليه وسلم اختار عليا لهذا الأمر وللقيام على الناس بعده فإن عليا أعظم الناس خطيئة وجرما إذ ترك أمر رسول الله(ص) أن يقوم فيه كما أمره ويعذر إلى الناس
فقيل له: ألم يقل النبي(ص) لعلي من كنت مولاه فعلي مولاه؟ فقال: أما والله لو يعني رسول الله(ص) بذلك الأمر والسلطان لأفصح به كما أفصح بالصلاة والزكاة ولقال: يا أيها الناس إن عليا والي أمركم من بعدي والقائم في الناس
.

Əbu Nəim Həsənin (ə) oğlu və Allah Rəsulunun (s) nəvəsi Həsən əl-Musənnadan belə rəvayət edir ki, ondan “Mən kimin mövlasıyamsa Əli onun mövlasıdır” hədisi barədə “Bu cümlə Əlinin (ə) xilafətinə dəlil hesab edilirmi?” sualı edildikdə belə cavab verib: “Əgər Allah Rəsulunun (s) belə bir məqsədi (İmam Əli (ə)-ı xəlifə təyin etmək) olsaydı, onda bunu camaat üçün aşkar bəyan edərdi. Çünki o Həzrət (s) mətləb bəyan etməkdə çox fəsih danışan bir şəxs olub. Belə bir məqsədi olsaydı belə deməli idi: ”Camaat! Məndən sonra sizin rəhbərliyiniz bu şəxsin öhdəsindədir. Odur ki, siz də onun sözünə qulaq asın və ona itaət edin!”

Əgər əmr belə idisə, yəni Allah Təala Əlini (ə) Allah Rəsulundan (s) sonrakı dövr üçün bu vəzifəyə seçmişdirsə, o zaman (bu işdə) Əli (ə) hər kəsdən daha günahkardır. Çünki o, həqiqətdə Allahın əmrini və Allah Rəsulunun (s) xilafətlə bağlı göstərişini tərk etmişdir. Vəzifəsinə əməl etməkdə göstərdiyi laqeydliyə görə xalqdan üzr istəməlidir.

Həsən əl-Musənnaya deyildi: Məgər Allah Rəsulu (s) “Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır” cümləsini Əli (ə) haqqında buyurmayıb? (Cavabında) dedi: “Bəli buyurub, lakin Allaha and olsun ki, o Həzrətin (s) bu kəlamdan məqsədi hakimiyyət və xilafət olsaydı, bu mətləbi namaz və zəkatı bəyan etdiyi kimi açıq bəyan edərdi. Burada o Həzrət (s) belə buyurmalı idi: ”Ey camaat! Bu Əli məndən sonra sizin vəliyyi-əmrinizdir”

Xulasə Əbəqat əl-ənvar, Seyid Hamid Nəqəvi, c. 9, s. 240;

Əl-Etiqad, Beyhəqi, s. 355; naşir: Dar əl-afaq əl-cədidə, Beyrut, 1-ci çap, 1401 h.q; təhqiq: Əhməd İsma Katib

Vəhhabi alimi Qəffari və digərləri bu hədisi isə bu şəkildə qeyd etmişdir:

لذلك قال الحسن بن الحسن بن علي بن أبي طالب ـ كما يروي البيهقي ـ حينما قيل له: ألم يقل رسول الله صلى الله عليه وسلم لعلي: من كنت مولاه فعلي مولاه؟ فقال: أما والله إن رسول الله صلى الله عليه وسلم إن كان يعني بذلك الإمرة والسلطان والقيام على الناس بعده لأفصح لهم بذلك، كما أفصح لهم بالصلاة والزكاة وصيام رمضان وحج البيت، ولقال لهم: إن هذا ولي أمركم من بعدي فاسمعوا له وأطيعوا، فما كان من وراء هذا شيء، فإن أنصح الناس للمسلمين رسول الله صلى الله عليه وسلم .

Beyhəqi rəvayət etmişdir ki, Həsən ibn Həsən ibn Əli ibn Əbi Talibdən soruşuldu ki, Allah Rəsulu (s) Əli (ə) haqqında “Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır” cümləsini buyurmuşdur? Buna görə də o, cavabında dedi: ”Bəli buyurub, ancaq Allaha and olsun, o Həzrətin (s) bu kəlamdan məqsədi hakimiyyət və xilafət olsaydı, bu mətləbi namaz, zəkat, oruc və həcci bəyan etdiyi kimi açıq bəyan edərdi. O Həzrət (s) belə buyurmalı idi: ”Ey camaat! Bu Əli məndən sonra sizin vəliyyi-əmrinizdir, onun sözünü dinləyin və ona itaət edin.” Bunlar kənarda qalmalı məsələ deyildi, çünki Peyğəmbər (s) müsəlmanları nəsihət etməyə hamıdan daha layiqdir.

Usul məzhəb əş-şiə, Abdullah Qəffari, c. 2, s. 840-842

ARAŞDIRMA

"Hədis" sənəd baxımından zəifdir

a) Dehləvinin yazdığı hədisin sənədlərinə baxdıqda ilk gözə çarpan ravi Əbu Nəimdir. Odur ki, ilk olaraq onu araşdıraq:

İbn Teymiyyə

فإن أبا نعيم روي كثيرا من الأحاديث التي هي ضعيفة بل موضوعة باتفاق علماء الحديث وأهل السنة والشيعة .

Əbu Nəim çox sayda zəif hədis nəql etmişdir. Şiə və sünni hədis alimləri də daxil olmaqla, bütün hədis alimləri onun saxta hədislər nəql etməsində eyni fikirdədirlər.

Minhac əs-sünnə, c. 7, s. 52

Başqa bir yerdə deyir:

مجرد رواية صاحب الحلية ونحوه لا يفيد ولا يدل على الصحة فإن صاحب الحلية قد روى في فضائل أبي بكر وعمر وعثمان وعلي والأولياء وغيرهم أحاديث ضعيفة بل موضوعة باتفاق أهل العلم .

Sırf “Hilyə” kitabının sahibi (Əbu Nəim İsfahani) və onun kimilərin rəvayətləri faydasız və qeyri səhihdir , çünki “Hilyə” sahibi elm əhlinin müttəfiq nəzərlərinə görə Əbu Bəkr, Ömər, Osman, Əli (ə), övliyalar və başqaları haqqında zəif, daha doğrusu qondarma rəvayətlər nəql etmişdir.

Minhac əs-sünnə, c. 5, s. 79

İbn əl-Cəuzi deyir:

وجاء أبو نعيم الأصبهاني فصنف لهم ، أي للصوفية ، كتاب الحلية وذكر في حدود التصوف أشياء قبيحة ولم يستحي أن يذكر في الصوفية أبا بكر وعمر وعثمان وعلي بن أبي طالب وسادات الصحابة رضي الله عنهم فذكر عنهم فيه العجب .

Əbu Nəim İsfahana gəlib sufilər üçün “Hilyə” adlı bir kitab yazır . O kitabda sufiliyi tərif etmək üçün həya etmədən Əbu Bəkr, Ömər, Osman, Əli ibn Əbu Talib (ə) və böyük səhabələr haqqında xoşagəlməz və qəbahətli mətləblər zikr edib. Bu da insanda təəccüb doğurur.

Təlbis İblis, c. 1, s. 159

b) Əgər rəvayətin sənədi vəhhabi alimi Qəffarinin yazdığı qayda ilə yəni Əbu Nəimin adı zikr olmadan nəql olunubsa, o zaman sənədin silsilə forması aşağıdakı şəkildədir:

عن يحيى بن إبراهيم بن محمد بن علي، عن أبي عبد الله محمد بن يعقوب، عن محمد بن عبد الوهاب، عن جعفر بن عون، عن فضيل بن مرزوق، قال: سمعت الحسن بن الحسن ... .

Yəhya ibn İbrahim ibn Məhəmməd ibn Əli - Əbu Əbdillah Məhəmməd ibn Yəqub - Məhəmməd ibn Əbdül-Vəhhab - Cəfər ibn Aun - Fuzeyl ibn Mərzuq

1 - Yəhya ibn İbrahim ibn Məhəmməd ibn Əli

Bu şəxs naməlumdur. Heç bir rical kitabında belə bir şəxs haqqında məlumat yoxdur.

2 - Fuzeyl ibn Mərzuq

Zəhəbi onun haqqında yazır:

قال النسائي: ضعيف، وكذا ضعفه عثمان بن سعيد. قال أبو عبد الله الحاكم: فضيل بن مرزوق ليس من شرط الصحيح عيب على مسلم إخراجه في الصحيح. وقال ابن حبان: منكر الحديث جدا كان ممن يخطئ على الثقات ويروي عن عطية الموضوعات .

Nəsai və Osman ibn Səid onun zəif olduğunu deyiblər. Əbu Əbdullah əl-Hakim onun barədə demişdir ki, Fuzeyl ibn Mərzuq səhih ravi şərtlərinə sahib deyil. Onun rəvayətlərini özünün “Səhih” adlandırdığı kitabında nəql etməsi Muslim üçün eyib hesab edilir. İbni Həbban onu “hədisləri inkar olunan” sayır və onun barədə deyir: “O siqə raviləri xəta vəziyyətinə salır və Ətiyədən saxta rəvayətlər nəql edir.”

“əl-Muğni fiz-zuəfa” kitabında Fuzeyl ibn Mərzuq barəsində belə yazır:

ضعفه النسائي وابن معين أيضا. قال الحاكم: عيب على مسلم إخراجه في الصحيح .

Nəsai və İbn Muin onu zəif hesab edib. Hakim onun barəsində demişdir: “Muslim üçün onun rəvayətlərini özünün “Səhih” adlandırdığı kitabında nəql etməsi eyib hesab edilir.”

Əl-Muğni fiz-zuəfa, c. 2, s. 515

Mizzi də “Təhzib əl-kəmal”da onun haqqında belə deyib:

قال عبد الرحمان بن أبي حاتم : ... قلت: يحتج به ؟ قال : لا . وقال النسائي : ضعيف .

Əbdur-Rəhman ibn Əbu Hatəm deyir: ... Soruşdum: "onun rəvayətlərini höccət hesab etmək olarmı?" Dedi: "Yox, olmaz." Nəsai isə onun zəif olduğunu deyir.

Təhzib əl-kəmal, c. 23, s. 308; Təhzib ət-Təhzib, c. 8, s. 269

Möhkəm iradlar:

I. Yuxarıdakı rəvayət əhli-sünnənin “mutəfərridat”ındandır . Yəni yalnız əhli-sünnə ravilərindən nəql edilib və şiə ravilər belə bir rəvayət gətirməmişlər. Buna görə də Dehləvi və onun xələfləri şiələrlə munazirə zamanı bu və bunun kimi yalnız əhli-sünnədən yetişən rəvayətlə istidlal edə bilməzlər. Əhli-sünnə alimləri yalnız şiə kitablarında gələn və əhli-sünnə kitablarında olmayan rəvayətləri rədd edərək belə deyirlər:

لتفرده في روايه الشيعه بها لاتكون حجه في مقام الاستدلال وعدم حجيه روايات فرقه علي فرقه اُخر

Rəvayət yalnız şiə mənbələrində gəldiyi üçün istidlal məqamında hüccət deyil . Bir firqənin rəvayətləri o biri firqənin əleyhinə hüccət ola bilməz .

Belə isə biz də deyirik: Bu rəvayət yalnız əhli-sünnənin qeyd etdiyi rəvayətlərdəndir və istidlal üçün yararsızdır.

II. Əhli-sünnə alimlərinə xas olan qaydalardan biri də budur ki, yalnız “Sihah” kitablarında gəlmiş rəvayətləri mötəbər bilirlər, halbuki, bu rəvayət “Sihah” kitablarının heç birində və ümumiyyətlə əhli-sünnənin heç bir mötəbər rəvayət kitablarında gəlməmişdir. Buna görə də deyirik: Əgər bu rəvayət etibara malik olsaydı, “Sihah” kitablarından birində gələrdi. Hətta Əhməd ibn Hənbəlin “Musnəd” kitabında da bu rəvayət gəlməmişdir. Elə bunun özü rəvayətin zəif olduğuna bir sübutdur. Çünki Əhməd ibn Hənbəl aşkar şəkildə deyir :

هذا الكتاب : جمعته وانتقيته من أكثر من سبع مئة ألف وخمسين ألفا ، فما اختلف المسلمون فيه من حديث رسول الله ، صلى الله عليه وسلم ، فارجعوا إليه . فإن وجدتموه فيه ، وإلا فليس بحجة .

Bu kitabı (Müsnəd) 750 000 (yeddi yüz əlli min)-dən çox rəvayətlərin arasından təmizləyib toplamışam. Musəlmanlar Rəsulullahın (s) hədislərindən hər hansı biri haqqında ixtilafa düşsələr, bu kitaba muraciət etsinlər. Bu kitabda onu görsəniz doğrudur, əgər görməsəniz o rəvayət hüccət sayılmır.

Siyər əlam ən-nübəla, Zəhəbi, c. 11, s. 329

III. Əgər Həsəni Musənnanın belə sözünün olduğunu fərz etsək də məsum olmadığı üçün onun sözü bizim üçün hüccət və dəlil deyildir.

IV. Bu söz digər məsumların sözlərinin əksinədir. Çünki, məsumlar Ğədir-Xum hədisindən Həzrət Əmir əl-muminin Əli ibn Əbu Talibin (ə) imaməti kimi istifadə etmişlər.

V.Bu hədis Həzrət Əmir əl-muminin Əli ibn Əbu Talibin (ə) Ğədir-Xum hədisi barəsində insanları Allaha and verməsi ilə ziddir. Hədis belədir:

حَدَّثَنَا عَبْدُ اللَّهِ حَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ الْقَوَارِيرِىُّ حَدَّثَنَا يُونُسُ بْنُ أَرْقَمَ حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِى زِيَادٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى قَالَ شَهِدْتُ عَلِيًّا فِى الرَّحَبَةِ يَنْشُدُ النَّاسَ أُنْشِدُ اللَّهَ مَنْ سَمِعَ رَسُولَ اللَّهِ ،صلى الله عليه وسلم، يَقُولُ يَوْمَ غَدِيرِ خُمٍّ « مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِىٌّ مَوْلاَهُ ». لَمَّا قَامَ فَشَهِدَ.

قَالَ عَبْدُ الرَّحْمَنِ فَقَامَ اثْنَا عَشَرَ بَدْرِيًّا كَأَنِّى أَنْظُرُ إِلَى أَحَدِهِمْ فَقَالُوا نَشْهَدُ أَنَّا سَمِعْنَا رَسُولَ اللَّهِ ،صلى الله عليه وسلم، يَقُولُ يَوْمَ غَدِيرِ خُمٍّ « أَلَسْتُ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ وَأَزْوَاجِى أُمَّهَاتُهُمْ ». فَقُلْنَا بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ « فَمَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِىٌّ مَوْلاَهُ اللَّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَعَادِ مَنْ عَادَاهُ ».

Abdullah bizə danışdı və dedi: Ubeydullah ibn Ömər Qəvariri mənə danışdı və dedi: Yunis ibn Ərqəm bizə danışdı və dedi: Yezid ibn Əbu Ziyad Əbdürrəhman ibn Əbu Leyladan belə dedyini nəql edir: Bir gün məscidin həyətində Əlinin (ə) insanları Allaha and verməsinin şahidi oldum. Həzrət (ə) belə buyururdu: “Sizi Allaha and verirəm Ğədir-xum günü Rəsulullahın (s) “Mən kimin mövlasıyamsa Əli (ə) də onun mövlasıdır” sözünü kim eşitmişdirsə, durub şahidlik etsin.

Əbdurrəhman deyir: Bu vaxt Bədr iştirakçılarından on iki nəfər ayağa qalxaraq, (bu zaman mən onlardan birinə baxırdım) dedilər: Biz şahidik ki, Rəsulullah (s) Ğədir-Xum günü belə buyurdu: “Mən möminlərə onların özlərindən daha yaxın deyiləmmi və zövcələrim möminlərin anaları deyildirmi ?!”

Biz hamımız dedik: Bəli, Ey Allahın rəsulu (s)!

Allahın rəsulu (s) bu zaman buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır, ilahi, onu sevəni sev, ona düşmən olana düşmən ol!”

Müsnəd Əhməd, c. 1, s. 119, h. 973

 

حَدَّثَنَا يُوسُفُ بْنُ مُوسَى ، قَالَ : ثنا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، عَنْ فِطْرِ بْنِ خَلِيفَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرٍو ذِي مَرَّ ، وَعَنْ سَعِيدِ بْنِ وَهْبٍ ، وَعَنْ زَيْدِ بْنِ يُثَيْعٍ ، قَالُوا : سَمِعْنا عَلِيًّا ، يَقُولُ : نَشَدْتُ اللَّهَ رَجُلا سَمِعَ رَسُولَ اللهِ صلى الله عليه وسلم ، يَقُولُ يَوْمَ غَدِيرِ خُمٍّ لَمَّا قَامَ ، فَقَامَ إِلَيْهِ ثَلاثَةُ عَشَرَ رَجُلا ، فَشَهِدُوا أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم ، قَالَ : أَلَسْتُ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ، قَالُوا : بَلَى يَا رَسُولَ اللهِ ، قَالَ : فَأَخَذَ بِيَدِ عَلِيٍّ ، فَقَالَ : مَنْ كُنْتُ مَوْلاهُ فَهَذَا مَوْلاهُ ، اللَّهُمَّ وَالِ مَنْ وَالاهُ ، وَعَادِ مَنْ عَادَاهُ ، وَأَحِبَّ مَنْ أَحَبَّهُ ، وَأَبْغِضْ مَنْ أَبْغَضَهُ ، وَانْصُرْ مَنْ نَصَرَهُ ، وَاخْذُلْ مَنْ خَذَلَهُ .

Yusif ibn Musa bizə danışdı və dedi: Ubeydullah ibn Musa Fitr ibn Xəlifədən, o da Əbu İshaqdan, o da Əmr Zi Mərrdən, Səid ibn Vəhəbdən və Zeyd ibn Yusəydən belə dediklərini nəql edir: Həzrət Əmir əl-möminin Əli ibn Əbu Talibin (ə) belə buyurduğunu eşitdik: “Sizi Allaha and verirəm, Ğədir-Xum günü Peyğəmbərin (s) qalxıb buyurduğu sözü sizin içinizdən kim eşitdi?”

Bu zaman orada olanlardan on üç nəfər qalxıb şahidlik etdilər: Biz şahidik ki, o gün Allah rəsulu (s) belə buyurdu: “Mən möminlər üçün onların özlərindən daha layiqli deyiləmmi?” Dedilər: Bəli, ey Allahın rəsulu (s)!

Bu zaman Həzrət Peyğəmbər (s) Həzrət Əlinin (ə) əlini tutub buyurdu: “Mən kimin mən mövlasıyamsa, bu (Əli(ə)) da onun mövlasıdır. İlahi, onu uca tutanı uca tut, ona açıq-aşkar düşmənçilik edənə Sən də düşmən ol, onu sevəni sən də sev, onaqəlbən düşmənçilik edənə Sən də düşmən ol, ona kömək edənə kömək et, onu xar edəni Sən də xar et!”

Əl-Bəhr əz-Zəxxar (Müsnəd əl-Bəzzar), Əbu Bəkr əl-Bəzzar, (v. 292 h.q), c. 3, s. 35, h. 786, Naşir: Muəssisə ulum əl-Quran, Məktəbə əl-ulum və əl-hikəm, Beyrut, Mədinə, 1-ci çap, Doktor Məhfuz ər-Rəhman Zeynullahın təhqiqi, 1409 h. q

Heysəmi rəvayəti nəql etdikdən sonra deyir :

رواه البزار ورجاله رجال الصحيح غير فطر بن خليفة وهو ثقة

Bu rəvayəti Bəzzar nəql edib, Fitr ibni Xəlifədən başqa ravilərinin hamısı “əs-Səhih”in raviləridir, lakin o da siqədir.

Məcmə əz-zəvaid, c. 9, s. 105

Vəhhabiyyət tərəfdən “Zəmanənin Buxarisi” adlanan Albani yuxarıda keçən rəvayət haqqında belə deyir:

و أخرج عبد الله بن أحمد في زوائده على المسند ( 1 / 118 ) عن سعيد بن وهب و زيد بن يثيع قالا : نشد علي الناس في الرحبة : من سمع رسول الله صلى الله عليه وسلم يقول يوم غدير( خم ) إلا قام ، فقام من قبل سعيد ستة ، و من قبل زيد ستة ، فشهدوا ... الحديث .
و قد مضى في الحديث الرابع ، الطريق الثانية و الثالثة . و إسناده حسن ، و أخرجه البزار بنحوه و أتم منه .
و للحديث طرق أخرى كثيرة جمع طائفة كبيرة منها الهيثمي في المجمع ( 9 / 103 ، 108 ) و قد ذكرت و خرجت ما تيسر لي منها مما يقطع الواقف عليها بعد تحقيق الكلام على أسانيدها بصحة الحديث يقينا، و إلا فهي كثيرة جدا، و قد استوعبها ابن عقدة في كتاب مفرد، قال الحافظ ابن حجر: منها صحاح و منها حسان. و جملة القول أن حديث الترجمة حديث صحيح بشطريه، بل الأول منه متواتر عنه صلى الله عليه وسلم كما ظهر لمن تتبع أسانيده و طرقه، و ما ذكرت منها كفاية.

Abdullah ibn Əhməd "əl-Musnəd" kitabına əlavələrində Səid ibn Vəhəbdən və Zeyd ibni Yusəyin belə dediklərini rəvayət edir: Əli (ə) Məscidin həyətində insanları Allaha and verdi ki, kim Ğədir-Xum günü Rəsulullahın (s) sözlərinə şahid olubsa, ayağa qalxsın. Bu zaman altı nəfər Səid ibn Vəhəbin və altı nəfər də Zeyd ibn Yəsanın yanında oturanlardan ayağa qalxdılar və şahidlik etdilər...

Dördüncü hədisdə bu hədis üçün ikinci və üçüncü yollar (vasitələr) gəlmişdir ki, sənədi həsəndir, Bəzzar da bu rəvayəti buna oxşar, hətta bundan da geniş şəkildə gətirmişdir.

Bu rəvayət bir çox başqa vasitələrlə də gəlmişdir. Bu yolları bir qrup böyük alimlər, o cümlədən Heysəmi “Məcmə əz-zəvaid” kitabında (9/103,108) bunları toplamışdır. Mən sənədlərini araşdırdıqdan və səhihliyinə yəqin etdikdən sonra, özüm üçün mümkün olan qədərini çıxarmışam. Yoxsa onların sayı daha çox idi. İbn Uqdə də bu rəvayətləri ayrıca kitabında nəql etmişdi. Hafiz İbn Həcər bu hədis haqqında belə deyib: Bu rəvayətin bəziləri səhih, bəzisi də həsəndirlər. Xülasə, bu hədis hər iki bölümü (1. Mən hər kimin mövlasıyamsa....., 2. Allahım, ona dost olana dost ol, ......) ilə səhihdir. Birinci hissəsi isə Allah Rəsulundan (s) mütəvatir şəkildə nəql edilmişdir. Bu mətləb təhqiq əhli üçün aşkardır və mən də onu kifayət qədər zikr etmişəm.

əs-Silsilə əs-səhihə, c. 4, s. 249, (Shamela kitabxanası proqramına müvafiq)

VI. Bu Həsən əl-Musənnaya mənsub olan o, “vəli” və “vali” sözlərinin arasında fərq qoyaraq demişdir:

“Əgər Rəsulullahın (s) belə bir məqsədi olsaydı, belə buyurmalı idi: Mən Əlini (ə) sizin üzərinizdə “vali” təyin edirəm.”

Bu söz lüğət alimlərinin gətirdikləri mənaya ziddir, çünki, onlar “vəli” sözünün mənalarından birinin də elə “vali” olduğunu deyirlər.

Çünki lüğət əhli Mutəal Allahın adlarından biri olan “Vəli” adının mənasının “nasir” (köməkçi) kimi gətirdikdən sonra, onu eləcə də “başçı”, ”işləri idarə edən” və ya “xəlifə” mənalarına gətiriblər.

Zubeydi deyir :

الولي في أسماء الله تعالى: هو الناصر، وقيل: المتولي لأمور العالم القائم بها. وأيضاً الوالي: وهو مالك الأشياء جميعها المتصرف فيها .

Allah Təalanın adlarından olan “əl-Vəli” – “köməkçi” deməkdir. Eləcə də “dünyanın işlərinin idarə edilməsinin sahibi” mənasında da deyilir. Eləcə də “Vali” - aləmdə bütün əşyaların maliki və ixtiyar sahibi mənasında işlənir.

Tac əl-ərus, Zubeydi, c. 20, s. 315

Rağif İsfahani Müfrədat kitabında belə deyir:

والوالي الذي في قوله ( وما لهم من دونه من وال ) بمعنى الولي

(Onların Allahdan başqa bir valisi yoxdur) ayəsindəki “vali” sözü böyük və başçı mənasındadır.

Müfrədat, Rağib İsfahani, s. 533

Ibni Mənzur məşhur lüğət kitabı olan Lisan əl-ərəb kitabında “vəli” sözünü “vali” mənasında işlədib:

وفي الخبر : أن عبد الملك بن مروان خطب يوما فقال : وليكم عمر بن الخطاب ، وكان فظا غليظا مضيقا عليكم فسمعتم له .

Xəbərdə gəlmişdir ki, ƏbdulMəlik ibn Mərvan bir gün xütbə oxudu və dedi: “Ömər ibn Xəttab sizin haminiz oldu. O, sizin üçün çox çətin, sərt xasiyyətli bir insan idi, lakin siz ona itaət edirdiniz.

Lisan əl-ərəb, İbn Mənzur, c. 8, s. 166

Sələbi öz təfsirində “vəli” sözünü “başçı” (dəstə rəhbəri) “işlərin sahibi” kimi qeyd etmişdir:

وال: ولي أمرهم ما يدفع العذاب عنهم .

Vali - insanların işlərinin sahibi və onlardan əzabı uzaqlaşdıran kəsdir.

Təfsir Əs-Sələbi, Sələbi, c. 5, s. 278

VII. Hər şeydən əhəmmiyyətlisi budur ki, Əbu Bəkrin, Ömərin və başqalarının sözlərində “vəli” kəlməsi “vali” və “imam” kimi istifadə olunub. Səhih Buxaridə Ömər ibn Xəttabın dilindən belə gəlmişdir:

...«ثم توفى الله نبيه صلى الله عليه وسلم، فقال أبو بكر: أنا ولي رسول الله صلى الله عليه وسلم ... ثم توفى الله أبا بكر، فقلت: أنا ولي رسول الله صلى الله عليه وسلم وأبى بكر، فقبضتها سنتين أعمل فيها بما عمل رسول الله صلى الله عليه وسلم

“... Sonra Allah öz peyğəmbərini (s) bu dünyadan apardı. Əbu Bəkr dedi: Mən Rəsulullahın (s) vəlisiyəm. Əbu Bəkr dünyadan getdikdə mən dedim: Rəsulullahın (s) vəlisi mənəm, Rəsulullah (s) necə əməl etdisə, mən də iki il eləcə əməl etdim.

Səhih əl-Buxari, c. 6, s. 191-192, Naşir: Dar əl-fikr, 1981

Yaxud Ömər ibn Xətab başqa bir yerdə belə deyir:

لو كان سالم مولى أبي حذيفة حياً لوليته الخلافة .

Əgər Əbu Huzeyfənin qulu Salim sağ olsaydı, onu xilafətə təyin edərdim.

Təfsir əl-bəhr əl-muhit, Əbu Həyyan Əndəlusi, c. 4, s. 314; Tarix İbn Xəldun, c. 1, s. 194

VIII. Həsən Musənnaya nisbət verilən sözdə nəzərə çarpan iradlardan biri də budur ki, nə üçün Rəsulullah (s) Əmir əl-muminin Əli ibn Əbu Talibin (ə) vilayətini fəsahətlə aşkar etməyib?

Yəni Rəsulullah (s) heç vaxt özündən sonra Əmir əl-muminin Əli ibn Əbu Talibin (ə) vilayət və xilafətinə dair heç bir mətləb buyurmamışdır. Çünki, o Həzrətin (s) belə bir istək və iradəsi olsaydı, mütləq onu bəyan edərdi.

İndi isə görək doğrudanmı belədir?

Yuxarıdakı sualın cavabında Rəsulullahın (s) bir sıra rəvayətlərdə Əmir əl-muminin Əli ibn Əbu Talibin (ə) imamət, vilayət və xilafətini açıq-aşkar bəyan etdiyi mətnləri qeyd edirik:

a) Şirveyh Deyləmi hicri 509-cu ildə vəfat edib, əhli-sünnənin böyük şəxsiyyətlərindən, hafiz və alimlərindəndir. Onun Firdovs əl-əxbar adlı kitabı əhli-sünnənin arasında özü kimi məşhur və etibarlıdır. Onlar bu kitabdan rəvayət nəql edər və onu etibarlı mənbə kimi istifadə edərlər. O, bu kitabında əlifba sırası ilə ravilərin adları ilə birgə, on min hədis nəql edib. (Kəşf əz-zunun ən əsami əl- kutub vəl funun c. 2, s. 1254) . O, bu kitabda aşağıdakı rəvayəti qeyd edib:

«عن حذيفة بن اليمان، قال: قال رسول الله صلى الله عليه [وآله] وسلم: لو يعلم الناس متى سمي علي أميرالمؤمنين ما أنكروا فضله: سمي أمير المؤمنين وآدم بين الروح والجسد ، قال تعالى: (وإذ أخذ ربك من بني آدم من ظهورهم ذريتهم وأشهدهم على أنفسهم ألست بربكم قالوا بلى شهدنا أن تقولوا) قالت الملائكة: بلى. فقال تبارك وتعالى: أنا ربكم ومحمد نبيكم وعلي أميركم ».

“Huzeyfə ibn Yəman Rəsulullahın (s) belə buyurduğunun əql edir: “Əgər insanlar bilsəydilər ki, Əliyə (ə) “Əmir əl-muminin” ləqəbi nə vaxt verilmişdir, onun fəzilətini inkar etməzdilər. Əli (ə) “Əmir əl-muminin” ləqəbini alarkən Həzrət Adəm ruh ilə bədən arasında idi. Allah Təala buyurdu: (Yadına sal o zaman ki, Rəbbin Adəm övladları ilə əhd və peyman kəsdi və onları buna şahid tutaraq buyurdu ki, Mən sizin Rəbbiniz deyiləmmi? Dedilər: Bəli, şahidik...) Mələklər də dedilər: Bəli! Allah Təala buyurdu: Mən sizin rəbbinizəm, Məhəmməd (s) peyğəmbərinizdir, Əli də (ə) sizin əmirinizdir.”

Firdovs əl-əxbar, Şirveyh Deyləmi, c. 3, s. 399; Yənabi əl-məvəddəh, Qunduzi c. 2, s. 248

b) Seyyid Əli Həmədani hicrətin 786-cı ildə vəfat etmişdir. O, əhli-sünnə alimlərinin böyüklərindən və onların məşhur ariflərindən hesab edilir. Bir sıra əhli-sünnə alimləri, o cümlədən Əbdur-Rəhman ibn Əhməd Cami “Nəfəhat əl-uns min həzərat əl-quds” kitabında, Mahmud ibn Suleyman Kufvi “Kətaib əl-əlam əl-əxyar min fuqəhai məzhəb ən-Numan əl-Muxtar” kitabında, Nurəddin Cəfər Bədəxşani “Xulasət əl-mənaqib” kitabında, Şeyx Əhməd Qəşşaşi “Əssəmt əl-məcid fi səlasili əhl ət-tovhid” kitabında və Şah Vəliyyullah Dehləvi “Əl-intibah fi səlasili ovliyaillah” kitabında onu tərifləmişdir.

Kufvi onu kitabında belə vəsf edir:

«لسان العصر، سيد الوقت، المنسلخ عن الهياكل الناسوتية والمتوصل إلى السبحات اللاهوتية، الشيخ العارف الرباني والعالم الصمداني، أمير سيد علي بن شهاب بن محمد بن محمد الهمداني قدس الله تعالى سره. كان جامعا بين العلوم الظاهره والباطنه، وله مصنفات كثيره في علم التصوّف».

Əsrin dili, zamanın ağası, nasuti heykəllərindən ayrılmış və lahuti dəryasına qoşulmuş, şeyx, rəbbani arif, səmədani (ilahi) alim, Əmir Seyyid Əli ibn Şəhab ibn Məhəmməd ibn Məhəmməd Həmədani zahiri və batini elmləri bir yerə toplamışdır. Təsəvvuf (sufilik) elmi haqqında çoxlu kitablar yazmışdır.

“Nəzhə əl-xəvatir” kitabının müəllifi onu belə vəsf edir:

«الشيخ علي بن شهاب الهمداني، الشيخ العالم الكبير الرحاله. ولد في 12 رجب ، وأدرك المشايخ الكبار واستفاد منهم ، بلغ عددهم إلى أربعمائة وألف من رجال العلم والمعرفة . فقدم كشمير فأسلم على يده غالب أهلها . وله مصنفات كثيرة ممتعة. وكانت وفاته في سنة 786 »

Şeyx Əli ibn Şəhab Həmədani, şeyx, məqam sahibi və böyük alimdir. O, rəcəb ayının 12-si doğulub və böyük şeyxlərin hüzurunda olmuş, onlardan faydalanmışdır. Onların sayı 1400 nəfərdən artıq olmuşdur, hamısı da elm və mərifət sahibləri olmuşlar. O, Kəşmirə getmiş və oranın əhalisinin əksəriyyəti onun əli ilə İslama gəlmişdir. Onun bir çox faydalı kitabları vardır. Hicrətin 786-cı ilində vəfat etmişdir

Nəzhət əl-xəvatir c. 2, s. 84

O, öz kitabında bu rəvayəti gətirmişdir:

«عن حذيفة رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم : لو علم الناس متى سمي علي أمير المؤمنين ما أنكروا فضله ، سمي أمير المؤمنين وآدم بين الروح والجسد»

Huzeyfə Rəsulullahın (s) belə buyurduğunu nəql edir: İnsanlar Əliyə (ə) “Əmir əl-muminin” adının nə vaxt verildiyini bilsəydilər onun fəzilətini inkar etməzdilər, Həzrət Adəm (ə) ruh ilə cəsəd arasında olarkən Əliyə (ə) “Əmir əl-muminin” adı verilmişdi.

Yənabi əl-məvəddə, Qunduzi, c. 2, s. 248

c) Aşağıdakı bu mətn əksər əhli-sünnə kitablarında gəlib:

«عن أبي ذر عن رسول الله صلى الله عليه وآله وسلم قال: من أطاعني فقد أطاع الله، ومن عصاني فقد عصى الله، ومن أطاع عليا فقد أطاعني، ومن عصى عليا فقد عصاني »

Əbu Zərr (r) Həzrət Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: Mənə itaət edən, Allaha itaət etmiş, mənə qarşı üsyan edən isə Allaha qarşı üsyan etmişdir, Əliyə (ə) itaət edən mənə itaət etmiş, Əliyə (ə) qarşı üsyan edən isə mənə üsyan etmişdir.”

Əl-Mustədrək əla əs-Səhiheyn, c. 3, s. 121; Kənz əl-ummal, c. 11, s. 614; Tarix mədinəti Dəməşq, c. 42, s. 270 və 307; Zəxair əl-uqba, s. 66; Yənabi əl-məvəddə, c. 2, s. 313 və s.

Hakim bu rəvayəti nəql edəndən sonra onun haqqında belə nəzər verir:

«هذا حديث صحيح الإسناد ولم يخرجاه

Bu hədis sənəd baxımından səhihdir, lakin Buxari və Muslim onu öz səhihlərində qeyd etməmişlər.

d) Təbəri öz tarixində “Ona qulaq asın və itaət edin” ləfzi ilə Rəsulullahın (s) Əmir əl-muminin Əli ibn Əbu Talibi (ə) “Yovm əd-dar” (yovm əl-inzar) hədisində öz xəlifə və canişinini seçdiyini açıq şəkildə gətirmişdir.

Qurani Kərimin Şuəra surəsinin 214-cü ayəsinin - “və ənzir əşirətəkəl əqrəbin” ayəsinin təfsirləri

«... إن هذا أخي ووصيي وخليفتي فيكم فاسمعوا له وأطيعوا...»

“...Bu (Həzrət Əli (ə)) mənim qardaşım, vəsim və aranızda olan xəlifəmdir, elə isə ona qulaq asın və itaət edin...”

Tarix Təbəri, c. 2, s. 63

Bu rəvayəti İbn İshaq, Təbəri, İbn Əbu Hatəm, İbn Mərdəveyh, Əbu Nəim, Beyhəqi, Bəğəvi, Suyuti, Muttəqi Hindi və başqaları rəvayət etmişdir.

Kənz əl-ummal, c. 13, s. 129, 131, 149 və 174

Həsən əl-Musənnaya aid edilmiş rəvayət İbn Sədin "ət-Təbəqat əl-kübra" əsərində də nəql edilib:

أخبرنا شبابة بن سوار الفزاري قال أخبرني الفضيل بن مرزوق قال سمعت الحسن بن الحسن يقول لرجل ممن يغلو فيهم …. فقال له الرافضي ألم يقل رسول الله عليه السلام لعلي من كنت مولاه فعلي مولاه فقال أما والله أن لو يعني بذلك الامرة والسلطان لأفصح لهم بذلك كما أفصح لهم بالصلاة والزكاة وصيام رمضان وحج البيت ولقال لهم أيها الناس هذا وليكم من بعدي فإن أنصح الناس

Bizə Şəbabə ibn Sivar əl-Fəzari xəbər verdi və dedi: Mənə Fuzeyl ibn Məzruq xəbər verdi və dedi: Həsən ibn Həsənin onlar haqqında ğuluv edən bir kişiyə belə dediyini eşitdim: ... Rafizi dedi: Məgər Allah Rəsulu (s) Əli (ə) haqqında “Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır” cümləsini buyurmamışdı? Buna görə də o, cavabında dedi: ”Bəli buyurub, ancaq Allaha and olsun, o Həzrətin (s) bu kəlamdan məqsədi hakimiyyət və xilafət olsaydı, bu mətləbi namaz, zəkat, oruc və həcci bəyan etdiyi kimi açıq bəyan edərdi. O Həzrət (s) belə buyurmalı idi: ”Ey camaat! Bu şəxs məndən sonra sizin vəlinizdir.” Çünki Peyğəmbər (s) müsəlmanlara nəsihət etməyə hamıdan daha layiqdir.

Muhəmməd ibn Səd, Təbəqat əl-kübra, c.5, s.319-320; Dar əs-Sadir, Beyrut

Tutaq ki, bu məntiqi qəbul etdik. Bəs kim deyir ki, Allah Rəsulu (s) bu cür deməyib Hz.Əli (ə) haqqında?

Rəsulullah (s) dedi:

ما تريدون من علي؟ ما تريدون من علي؟ ما تريدون من علي؟ إن عليا مني وأنا منه وهو ولي كل مؤمن بعدي

Əlidən nə istəyirsiz?! (3 dəfə təkrar etdi) Əli məndəndir və məndə ondanam. O, məndən sonra bütün möminlərin vəlisidir.

Nasir əd-Din əl-Əlbani, Səhih əl-Cami əs-Səğir, c.2, s.980, h.1803 (əl-Məktəbə əl-İslami)

Göründüyü kimi, sələfi hədis ustadı əl-Əlbani də bu rəvayətin səhihliyini təsdiq edib. İstənilən halda Həsən əl-Musənnanın rəvayəti Hz.Əli (ə) barədə deyilmiş "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisindəki "mövla" sözünün xilafətə və imamətə dəlil olmasını inkar edə bilmir.

Amma görürük ki, Həsən Musənnaya nisbət verilmiş saxta hədisin əksinə olaraq, “ona qulaq asın və itaət edin” və ya "Əli məndən sonra bütün möminlərin vəlisidir" sözləri ilə də problem həll olmur. İnkar və inadkarlar hər zaman və hər şəraitdə haqqa qarşı göz yummuşlar və öz Bəni İsrailin gətirdikləri bəhanələrlə həqiqətin qarşısından qaçmağa səy göstərirlər. Haqq və insaf xatirinə demək lazımdır ki, Qurani-Kərimin belə şəxsləri həqiqi nümunə göstərərək buyurur:

لهم قلوب لا يفقهون بها ولهم أعين لا يبصرون بها ولهم آذان لا يسمعون بها أولئك كالأنعام بل هم أضل أولئك هم الغافلون .

Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.

Əraf, 179

 

Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Zaur Məmmədov (Xaçmaz)

Redaktor: Fərhad Mirzə

Əlavələr: 313news.net

Рейтинг

В этом разделе