Görəsən Əbu Bəkr Öməri hər kəsin səs verməsi ilə öz canişini təyin etmişdir?

»»

Görəsən Əbu Bəkr Öməri hər kəsin səs verməsi ilə öz canişini təyin etmişdir?

Sual: Əbu Bəkr öz ömrünün sonlarında ümumi səsverməyə əsaslanaraq Öməri insanlara canişin kimi təklif etmişdir. O, məscidə gedib insanlara xitabən demişdir: Mən öz qohum və yaxınlarımdan rəhbərlik cilovunu ələ almaq üçün heç kəsi təyin etməmişəm. Lakin mənim seçimim Ömərdir. Camaat yekdilliklə «eşitdik və itaət etdik»- deyə cavab vermişdilər. (Şibli, İkinci xəlifənin həyatı; Molla Abdullah Əhmədiyan, Faruqu Əzəmin siması; Muhəmməd Hüseyn Heykəl, Faruqu Əzəm; İbn Əsir, Tarix əl-Kamil; İbn Cəuzi, Tarix və digər tarix kitabları)

Cavab: Əhli-sünnət inanır ki, Peyğəmbərdən (s) sonra xəlifə seçimi camaatın öhdəsindədir və belə deyirlər: «Bu barədə nə Allah tərəfindən bir göstəriş, nə də Peyğəmbər (s) tərəfindən bir vəsiyyət yoxdur.» Buna əsaslanaraq iddia edirlər ki, Əbu Bəkrin xilafəti camaatın seçimi və səhabələrin icması əsasında formalaşmışdır. Baxmayaraq ki, bu məsələnin həqiqətdən uzaq olması sabitdir. Əbu Bəkrin seçimində icmadan söhbət gedə bilməz. Bu öz yerində sabit olmuşdur.

Lakin bizim sualımız budur ki, niyə həmin prosedurlar Ömərin seçimində rol oynamadı və Ömərin seçilməsi səhabələrin icması ilə olmadı, lakin Əbu Bəkrin seçimi ilə oldu?

Əhli-sünnətin fəqih və hədis alimlərindən olan (Mucəmül-müəllifin, c.12, s.44) İmam Məhəmməd ibn Muflih əl-Məqdisi (hicrətin 763 ilində vəfat etmişdir, əz-Zəhəbinin, əl-Mizzinin və Təqiyyuddin əs-Subkinin tələbəsi olmuşdur) bu barədə belə deyir:

لما استخلف أبو بكر عمر رضي اللّه عنهما قال لمعيقيب الدوسي : ما يقول الناس في استخلاف عمر ؟

قال : كرهه قوم ورضيه قوم آخرون .
قال : الذين كرهوه أكثر أم الذين رضوه ؟
قال : بل الذين كرهوه ...

Əbu Bəkr Öməri canişin təyin etdi. Muəyqib əd-Dusidən soruşdular: «Camaat Ömərin seçilməsi barəsində nə rəydə idilər?» Dedi: «Bəziləri razı, bəziləri isə narazı idi.» Soruşdular: «Razı olanlar çox idi, yoxsa olmayanlar?» Cavab verdi: «Razı olmayanlar.»

Məhəmməd ibn Muflih əl-Məqdisi, Əl-Ədəb əş-şəriyyə, c.1, s.71; Müəssisə ər-Risalə, Beyrut, 1417/1997; təhqiq: Şueyb əl-Arnaut və Ömər əl-Qiyam (onlayn link)


Ömərin seçilməsinə səhabələrin etirazı

Əhli-sünnətin böyük alimlərindən biri olan İbn Əbi Şeybə Ömərin əxlaqının kobud olduğu üçün onun seçilməsinə etiraz edən camaatın məntiqi dəlilləri barəsində belə yazır:

عن وكيع ، وابن إدريس ، عن إسماعيل بن أبي خالد ، عن زبيد بن الحرث ، أن أبا بكر حين حضره الموت أرسل إلىعمر يستخلفه فقال الناس : تستخلف علينا فظاً غليظاً ، ولو قد ولينا كان أفظ وأغلظ ، فما تقول لربك إذا لقيته وقداستخلفت علينا عمر ، قال أبو بكر : أبربي تخوفونني ؛ أقول : اللهم استخلف عليهم خير خلقك ...

Vəki və İbn İdrisdən, onlar da İsmayıl ibn Əbi Xaliddən, o da Zeyd ibn əl-Harisdən nəql edir ki, Əbu Bəkr can verən zaman Ömərin arxasınca adam göndərdi ki, onu canişin təyin etsin. Camaat dedi: «Bizim üçün sərt, qaba rəftarlı, qaraqabaq və bədəxlaq adamı canişin təyin etdin. Əgər o, hakimiyyəti ələ keçirsə camaatla çox çiddi, sərt və qaba rəftar edəcək. Ömər kimi qaba və bədəxlaq şəxsin xilafəti barəsində Allahla görüşən zaman Ona nə cavab verəcəksən?» Əbu Bəkr dedi: «Məni Rəbbimlə qorxudursunuz?» Deyərəm ki: «Allahım, onların ən xeyirlisini xəlifə seçmişəm!»…

İbn Əbi Şeybə, əl-Müsənnəf, c.8, s.574; Dar əl-Fikr, Beyrut; təhqiq: Səid Muhəmməd əl-Liham (onlayn link)

İbn Şəbə ən-Numeyri, Tarix əl-Mədinə əl-Münəvvərə, c.2, s.671; Dar əl-Fikr, Beyrut; təhqiq: Fəhim Muhəmməd Şəltut (onlayn link)

İbn Əsakir, Tarix Mədinə Diməşq, c.30, s.413; (onlayn link)

Müttəqi Hindi, Kənz əl-Ummal, c.5, s.877 (onlayn link)

İbn Həcər əl-Əsqəlani özünün «Mətalib əl-Aliyə bi-Zəvaid əl-Məsanid əl-Səmaniyyə» kitabında yazır:

وقال إسحاق : نا عبد الرزاق ، نا معمر ، عن الزهري ، عن القاسم بن محمد بن أبي بكر ، عن أسماء بنت عميس ، قالت : « دخل رجل من المهاجرين على أبي بكر ، وهو يشكو في مرضه ، فقال له : استخلفت علينا عمر ، وقد عتا علينا ولا سلطان له ، فكيف لو ملكنا كان أعتى وأعتى ، فكيف تقول لله إذا لقيته ؟ فقال أبو بكر : أجلسوني فأجلسوه ، فقال : أبالله تعرفوني ؟ قال : أقول إذا لقيته : استخلفت عليهم خير أهلك » رجاله ثقات

İshaq dedi: Bizə Əbdür-Rəzzaq rəvayət etdi: Muamər bizə Zuhridən, o da Qasim b. Muhəmməd b. Əbu Bəkrdən, o da Əsma binti Umeysdən onun belə dediyini rəvayət etdi: Əbu Bəkr xəstə ikən mühacirlərdən bir nəfər yanıma gəldi. Ona (Əbu Bəkrə) dedi: «Öməri bizə xəlifə təyin etdin. O sərt bir adamdır, özünü idarə edə bilməz. Əgər onu xəlifə təyin etsən, sərtliyi daha da artar və özünü heç idarə edə bilməz. Allahla qarşılaşdığın zaman nə cavab verəcəksən?» Əbu Bəkr dedi: «Məni oturdun» Daha sonra dedi: «Məni Allahla qorxudursunuz? Allahla qarşılaşdığımda deyərəm ki, onlara ən xeyirlisini xəlifə seçmişəm.» Raviləri etibarlı şəxslərdir.

İbn Həcər əl-Əsqəlani, Mətalib əl-Aliyə, c.11, s.173, №3989 (onlayn link)

Həmçinin vəhhabilərin fikir atalarından olan İbn Teymiyyə əl-Hərrani bu barədə belə yazır:

وقد تكلموا مع الصديق في ولاية عمر وقالوا ماذا تقول لربك وقد وليت علينا فظا غليظا ؟ فقال : أبالله تخوفوني ؟ أقول : وليت عليهم خير أهلك …

Səhabələr Ömərin rəhbərliyi barəsində Əbu Bəkrlə söhbət edərək dedilər: «Niyə camaat üçün sərt, qaba rəftarlı, qaraqabaq və bədəxlaq adamı canişin təyin etdin? Sabah bu barədə Allaha nə cavab verəcəksən?» (Əbu Bəkr) dedi: «Məni Allahla qorxudursunuz?» Deyərəm ki: «Onların ən xeyirlisini vəli seçmişəm!»…

İbn Teymiyyə, Minhac əs-sünnə, c.6, s.155; Müəssisə Qurtubə, 1406/1986; təhqiq: Muhəmməd Rəşad Salim (onlayn link)

İbn Həcər əl-Məkki bu barədə yazır:

ودخل عليه بعض الصحابة فقال قائل منهم : ما أنت قائل لربك إذا سألك عن تولية عمر وقد ترى غلظته ، قال أبو بكر: أبالله تخوفني ؛ أقول : اللهم استخلف عليهم خير خلقك ...

Səhabələrdən bir qrupu Əbu Bəkrin yanına girib dedilər: «Qaba və sərt olmasını bilə-bilə Öməri xilafətə seçməyin barəsində Allah səndən soruşsa nə cavab verəcəksən?» Əbu Bəkr dedi: «Məni Allahla qorxudursunuz?» Deyərəm ki: «Allahım, onların ən xeyirlisini xəlifə seçmişəm!»…

İbn Həcər əl-Məkki, əs-Səvaiq əl-muhriqə, c.1, s.254, Müəssisə ər-Risalə, Beyrut, 1407/1997; təhqiq: Əbdur-Rəhman ibn Əbdillah ət-Turki və Kamil Muhəmməd əl-Xərrat (onlayn link)

İbn Əsakir yazır:

عن عمرو بن محمد ومجالد عن الشعبي قال بينما طلحة والزبير وعثمان وسعد وعبد الرحمن جلوسا عند أبي بكرفي مرضه عوادا فقال أبو بكر ابعثوا إلي عمر فأتاه فدخل عليه فلما دخل أحسست أنه خيرته لهم فتفرقوا عنهوخرجوا وتركوهما فجلسوا في المسجد وأرسلوا إلى علي ونفر معه فوجدوا عليا في حائط في الحوائط التي كانرسول الله ( صلى الله عليه وسلم ) تصدق بها فتوافوا إليه فاجتمعوا وقالوا يا علي ويا فلان إن خليفة رسول الله (صلى الله عليه وسلم ) ددمستخلف عمر وقد علم وعلم الناس أن إسلامنا كان قبل إسلام عمر وفي عمر منالتسلط على الناس ما فيه ولا سلطان له فادخلوا بنا عليه نسأله فإن استعمل عمر كلمناه فيه وأخبرناه عنه ففعلوافقال أبو بكر اجمعوا لي الناس أخبركم من اخترت لكم فخرجوا فجمعوا الناس إلى المسجد فأمر من يحمله إليهمحتى وضعه على المنبر فقام فيهم باختيار عمر لهم ثم دخل فاستأذنوا عليه فأذن لهم فقالوا ماذا تقول لربك وقداستخلفت علينا عمر ؟ فقال : أقول : استخلف عليهم خير خلقك ...

Əbu Bəkr xəstə olan zaman Təlhə, Zübeyr, Osman, Səd və Əbdur-Rəhman onun yanına gedib ətrafında oturdular. Əbu Bəkr dedi ki, bir nəfəri Ömərin dalınca göndərin ki, buraya gəlsin. Ömər gələn zaman Əbu Bəkrin onu seçdiyini hiss etdim. Hamısı onun yanından çıxıb gedərək o iki nəfəri tək qoydular və məsciddə oturdular.

Onlar Əli (ə) və ətrafında olanların arxasınca adam göndərdilər. Əli (ə) Peyğəmbərin (s) ona hədiyyə etdiyi bağların birində işləyirdi. Hamısı onun yanına gəlib ətrafına yığışdılar və dedilər: «Ey Əli (ə) və ey filankəs! Peyğəmbərin (s) xəlifəsi Öməri canişin təyin etdi. Onun özü və camaat bilirlər ki, bizim islamımız Ömərin islamından qabaq olmuşdur (yəni biz Ömərdən qabaq müsəlman olmuşuq). Onun müstəmləkçilik ruhiyyəsi var və heç kəsin onu idarə etmək qüdrəti yoxdur. Gəlin Əbu Bəkrin yanına gedib bu barədə onunla söhbət edək və Ömərin bu xüsusiyyətindən onu xəbərdar edək.»

Camaat Əbu Bəkrin yanına yığışanda Əbu Bəkr dedi: «Sizə kimi öz canişinim təyin etməyimi bilməyinizdən ötrü camaatı bura yığın!» Camaat məscidə yığıldı. Əbu Bəkr göstəriş verdi ki, onu məscidə aparıb minbərə çıxartsınlar. Bu zaman o, Ömərin seçilməsi məsələsini camaat xəbər verib evinə qayıtdı. Camaat onun evinə gəlib dedilər: «Öməri bizə canişin təyin etməyinə görə Allaha nə cavab verəcəksən?» Deyərəm ki: «Onların ən xeyirlisini xəlifə seçmişəm!»…

İbn Əsakir, Tarix Mədinə Diməşq, c.44, s.248;(onlayn link)

İbn Şəbə Ən-Numeyri, Tarix əl-Mədinə əl-Münəvvərə, c.2, s.666 (onlayn link)

Əlinin (ə) və Təlhənin etirazı

İbn Teymiyyə «Minhac əs-sünnə»də yazır:

لما استخلفه أبو بكر كره خلافته طائفة حتى قال طلحة ماذا تقول لربك إذا وليت علينا فظا غليظا ؟ فقال : أبالله تخوفني ؟ أقول : وليت عليهم خير أهلك

Əbu Bəkr Öməri canişin təyin edən zaman bəziləri bu seçimdən narahat oldu. Təlhə dedi: Allahla görüşən zaman bədəxlaq və qaba insanı bizə xəlifə təyin etdiyinə görə Ona nə cavab verəcəksən? (Əbu Bəkr) dedi: «Məni Allahla qorxudursunuz?» Deyərəm ki: «Onların ən xeyirlisini vəli seçmişəm!»…

İbn Teymiyyə, Minhac əs-sünnə, c.7, s.461 (onlayn link) İbn Əsakir «Tarix Mədinə Diməşq» kitabında yazır:

عن يوسف بن ماهك عن عائشة قالت لما حضرت أبا بكر الوفاة استخلف عمر فدخل عليه علي وطلحة فقالا من استخلفت قال عمر قالا فماذا أنت قائل لربك قال: أبالله تفرقاني؟ لأنا أعلم بالله وبعمر منكما، أقول استخلفت عليهم خير أهلك

Yusif ibn Mahik Aişənin belə dediyini nəql edir: Əbu Bəkrin ölümü yaxınlaşan zaman Öməri öz yerinə canişin təyin etdi. Əli (ə) və Təlhə onun yanına gəlib dedilər: Kimi öz yerinə canişin təyin etdin? Əbu Bəkr cavab verdi: Öməri. Onlar dedilər: Allaha nə cavab verəcəksən? (Əbu Bəkr) dedi: «Məni allahla qorxudursunuz? Bir halda ki, mən Allahı və Öməri siz ikinizdən də yaxşı tanıyıram. (Allaha) deyərəm ki, onların ən xeyirlisini xəlifə seçmişəm!»

İbn Əsakir, Tarix Mədinə Diməşq, c.44, s.251 (onlayn link)

Muhəmməd ibn Səd, ət-Təbəqat əl-kubra, c.3, s.274 (onlayn link)

Abdullah b. Fahd əl-Xuleyfi bu rəvayəti səhih hesab edərək, özünün «Səhih əl-Müsnəd» kitabında (c.1, s.41) İbn Sadın «ət-Təbəqat əl-kubra» kitabından nəql etmişdir. (onlayn link)

Əhli-sünnə alimi Həsən ibn Fərhan əl-Maliki bu hədisi nəql edəndən sonra deyir:

وهذه قد رواها ابن عساكر بسند صحيح من طريق الضحاك بن مخلد ( صاحب السنة ) عن عبيد الله بن أبي زياد (وهو صدوق ) عن يوسف بن ماهك ( وهو ثقة معروف ) عن عائشة فهذا إسناد صحيح وأقل رجاله توثيقا هو ابن أبيزياد وهو ( صدوق ) .

Bu rəvayəti İbn Əsakir səhih sənədlə Zəhhak ibn Müxəlləddən, o da Ubeydullah ibn Əbi Ziyaddan, o da Yusif ibn Mahikdən, o da Aişədən nəql edir. Bu rəvayətdə ən zəif ravi Ubeydullah ibn Əbi Ziyaddır, o da doğru danışandır.

Həsən ibn Fərhan əl-Maliki, Nəhv inqaz tarix əl-islami, s.266 (onlayn link)

Vəhhabilərin hədis ustadlarından sayılan Muhəmməd Nasiruddin əl-Albani «İrva əl-ğəlil» kitabında yazır:

أثر : أن أبا بكر " الطبقات " صحيح . أخرجه ابن سعد في " الطبقات " ( 3 / 1 / 196 ) عن عبيد الله بن أبي زياد عن يوسف بن ماهك عن عائشة

Əbu Bəkr haqqında “ət-Təbəqat”da rəvayət edilmiş əsər. Səhihdir. İbn Sad “ət-Təbəqat”da təxric etmişdir. Ubeydullah b. Əbi Ziyaddan, o da Yusif b. Mahikdən, o da Aişədən …

əl-Albani İbn Əbi Ziyadı zəif hesab etsə də, davamında yazır:

…لكنه لم يتفرد به ، فقد رواه صالح بن رستم عن ابن أبي مليكة عن عائشة…

...Lakin bu hədisi təkcə o, nəql etməmişdir. Bunu Saleh ibn Rüstəm də İbn Əbi Məlikədən, o da Aişədən nəql etmişdir...

Muhəmməd Nasiruddin əl-Albani, İrva əl-ğəlil, c.6, s.80 (onlayn link) İbn Əsakir və əl-Beyhəqi bu hədisi Saleh ibn Rüstəmin vasitəsilə bu cür nəql ediblər:

ثنا صالح بن رستم أبو عامر الخزاز عن ابن أبي مليكة قال قالت عائشة أم المؤمنين رضي الله عنها لما ثقل أبىدخل عليه فلان وفلان فقالوا يا خليفة رسول الله ماذا تقول لربك غدا إذا قدمت عليه وقد استخلفت علينا ابن الخطاب ؟ قالت : فأجلسناه ، فقال : أبالله ، ترهبوني أقول : استخلفت عليهم خيرهم

Saleh ibn Rüstəm Əbu Amir əl-Xəzzaz bizə İbn Əbi Məlikədən, o da Aişənin belə nəql edir: Atam ağırlaşan (ölüm anı gəldiyi) zaman «filankəs» və «filankəs» onun yanına gəlib dedilər: «Ey Allah rəsulunun (s) xəlifəsi, Öməri bizə xəlifə təyin etdiyinə görə Allahın yanına getdiyin zaman Ona nə cavab verəcəksən?» (Əbu Bəkr) dedi: «Oturdun məni.» Sonra dedi: «Məni Allahla qorxudursunuz? (Allaha) deyərəm ki, onların ən xeyirlisini xəlifə seçmişəm!»

İbn Əsakir, Tarix Mədinə Diməşq, c.44, s.250 (onlayn link) əl-Beyhəqi, əs-Sunən əl-Kubra, c.8, s.149 (onlayn link)

Amma çox təəssüflər olsun ki, əhli-sünnətin əmanətdar əlləri üç xəlifənin abrını və onların xilafətinin məşruiyyətini (şəriətə müvafiq olduğunu) qorumaq üçün hədisi təhrif edib «Əli (ə)» və «Təlhə» adları əvəzinə «filankəs» kəlməsindən istifadə ediblər.

Məhəmməd ibn Cərir ət-Təbəri öz «Tarix»ində yazır:

عن الزهري عن القاسم بن محمد عن أسماء ابنة عميس قالت دخل طلحة بن عبيد الله على أبى بكر فقالاستخلفت على الناس عمر وقد رأيت ما يلقى الناس منه وأنت معه فكيف به إذا خلا بهم وأنت لاق ربك فسائلك عنرعيتك ...

Əsma bin Umeys deyir: Təlhə ibn Ubeydullah Əbu Bəkrin yanına gedib dedi: «Öməri insanlara xəlifə təyin etdin. Sən sağ ikən camaatın ona olan münasibətini bilirsən. Allahla görüşməyə getmək istərkən onu camaatla təkbaşına buraxırsan. Allah bu camaat haqqında səndən soruşacaq...»

Tarix ət-Təbəri, c.2, s.355 (onlayn link)

Məgər əhli-sünnətin nəzərinə görə Əli (ə) və Təlhə əşəreyi-mübəşşərədən (cənnətlə müjdələnmiş on şəxs) deyilmi? Bəs nəyə görə onların sözlərinə fikir verən olmadı?

Mühacir və ənsarın etirazı

İbn Quteybə əd-Dinəvəri «əl-İmamə və əs-Siyasə» kitabında yazır:

فدخل عليه المهاجرون والأنصار حين بلغهم أنه استخلف عمر ، فقالوا : نراك استخلفت علينا عمر ، وقد عرفته ،وعلمت بواثقه فينا وأنت بين أظهرنا ، فكيف إذا وليت عنا وأنت لاق الله عز وجل فسائلك ، فما أنت قائل ؟ ... .

Ömərin xilafətə təyin olunma xəbəri mühacir və ənsara yetişən kimi Əbu Bəkrin yanına gedib dedilər: «Görürük ki, Öməri yaxşı tanıdığın halda onu bizə xəlifə təyin etdin. Bilirsən ki, sən bizim aramızda ola-ola o, bizimlə çox sərt rəftar edir. Onu bizə necə xəlifə təyin edirsən ki, tezliklə aramızdan Allahın görüşünə gedəcəksən? Allah bunu səndən soruşan zaman nə cavab verəcəksən?» ...

İbn Quteybə, əl-İmamə və əs-Siyasə, c.1, s.37; təhqiq: Şeyri və c.1, s.24; təhqiq: Zeyni (onlayn link) Şam camaatının etirazı İbn Quteybə əd-Dinəvəri bu barədə yazır:

وكان أهل الشام قد بلغهم مرض أبي بكر ، واستبطؤ الخبر فقالوا : إنا لنخاف أن يكون خليفة رسول الله قد مات ،وولى بعده عمر ، فإن كان عمر هو الوالي فليس لنا بصاحب ، وإنا لنرى خلعه

Əbu Bəkrin xəstəlik xəbəri Şam camaatına çatanda onlar bu xəbərin gec çatdığını güman edib dedilər: Biz Allah Rəsulunun (s) xəlifəsinin ölməsindən və öz yerinə Öməri təyin etməsindən qorxuruq. Əgər Ömər hakim olsa bizimlə yoldaşlıq etməyəcək. Bizim onu bu vəzifədən uzaqlaşdırmaq fikrimiz var.

İbn Quteybə, əl-İmamə və əs-Siyasə, c.1, s.38; təhqiq: Şeyri və c.1, s.25; təhqiq: Zeyni (onlayn link) Vəsiyyət zamanı Əbu Bəkrin bihuş olması

Bu seçimin maraqlı nüanslarından biri də budur ki, Əbu Bəkr vəsiyyətini imla etməmişdən qabaq bihuş olmuşdu. Əbu Bəkr ayılmamışdan qabaq vəsiyyəti yazan Osman ibn Əffan artıq Ömərin adını yazmışdı. Əbu Bəkr də bu işlə qarşılaşarkən bunu təsdiq etmişdi. Əhli-sünnətin bir qrup alimi belə yazır:

عن زيد بن أسلم ، عن أبيه ، قال : « كتب عثمان بن عفان عهد الخليفة من بعد أبي بكر ، فأمره أن لا يسمي أحدا، وترك اسم الرجل ، فأغمي على أبي بكر إغماءة ، فأخذ عثمان العهد فكتب فيه اسم عمر . قال : فأفاق أبو بكرفقال : أرنا العهد ، فإذا فيه اسم عمر ، فقال : من كتب هذا ؟ فقال عثمان : أنا . فقال : رحمك الله وجزاك خيرا ،فوالله لو كتبت نفسك لكنت لذلك أهلا .

Zeyd ibn Əsləm atasının belə dediyini nəql edir: Osman Əbu Bəkrdən sonra olacaq xəlifə haqqında vəsiyyətnamə məktubu yazırdı. Əbu Bəkr ona əmr etdi ki, heç kəsin adını yazmasın və ad yerini boş qoysun. Sonra Əbu Bəkr bihuş oldu. Osman da məktubu götürüb o adın yerinə “Ömər” yazdı. Əbu Bəkr ayılan zaman dedi: «Məktubu mənə göstər!» Ömərin adını orda görən kimi soruşdu: «Bunu kim yazıb?» Osman cavab verdi: «Mən.» Əbu Bəkr dedi: «Allah sənə rəhm eləsin və xeyirli mükafat versin! And olsun Allaha, əgər öz adını yazsaydın daha layiq olardı.»

Təbəri ər-Razi əş-Şafei əl-Lalikayi, Şərh usul etiqad əhl əs-sünnə vəl-cəmaə, (418 h), c.6, s.106; Dar Taybə, ər-Riyad, 1409; təhqiq: Əhməd Səd Həmdan (onlayn link)

əl-Acuri əl-Bağdadi, əş-Şəriə, c.3, s.319; Mətbəə Ənsar əs-Sunnə əl-Muhəmmədiyyə, Qahirə, 1369/1950; təhqiq: Məhəmməd Hamid əl-Fiqi və ya c.4, s.1738; Dar əl-Vətən, ər-Riyad,1420/1999; təhqiq: Abdullah b. Ömər əd-Diməyci (onlayn link)

əs-Suyuti, Cami əhadis, Bab musnəd Əbi Bəkr əs-Siddiq, c.25, s.173, №27824 (onlayn link) İbn Şəbə ən-Numeyri, Tarix əl-Mədinə əl-Münəvvərə, c.2, s.667 (onlayn link) ən-Nəvəvi, ər-Riyaz ən-nəzirə fi mənaqib əl-əşərə, c.1, s.219 (onlayn link) İbn Əsakir, Tarix Mədinə Diməşq, c.39, s.185 (onlayn link) Müttəqi Hindi bu hədisi nəql edəndən sonra yazır:

قال ابن كثير اسناده صحيح

İbn Kəsir bu hədisin sənədinin səhih olduğunu demişdir. Müttəqi Hindi, Kənz əl-ummal, c.5, s.879, №14182 (onlayn link) Bizim sualımız əhli-sünnət dostlarımızadır:

Siz deyirsiniz ki, Peyğəmbər (s) heç kəsi canişin təyin etməmişdir və bu məsələni camaatın öhdəsinə qoymuşdur. Bəs niyə Əbu Bəkr Peyğəmbərin (s) sünnətinə xilaf çıxaraq, camaatın bu seçimə müxalif olmasına və müxalif olma dəlillərini bildirmələrinə baxmayaraq, Öməri camaata rəhbər təyin etdi? Məgər Peyğəmbər (s) bütün müsəlmanlara nümunə deyilmi? Məgər Peyğəmbərə (s) itaət etmək hamıya vacib deyilmi?

Əgər Peyğəmbərin (s) gördüyü bu iş düzdürsə, Əbu Bəkr niyə ona xilaf çıxmışdır? Əgər Əbu Bəkrin gördüyü iş düzdürsə, onda Peyğəmbərin (s) bu işi düz deyildir (Allaha pənah aparırıq).

Necə olur ki, Əbu Bəkrin bihuş ola-ola etdiyi vəsiyyətin nüfuzu olur və onun sözünə «sayıqladı» deyilmir, amma Peyğəmbərin (s) xəstə yatağında etdiyi vəsiyyətinə xəstəliyini bəhanə edərək «sayıqladı» deyilir və bu pis əməllə o Həzrətin (s) vəsiyyət yazmasına mane olunur? Halbuki Quranın açıq-aşkar buyurduğuna əsasən Peyğəmbər (s) yalnız vəhyi çatdırır?!

Əgər həqiqətən də xəlifə seçmək camaatın öhdəsindədirsə, bəs nəyə görə Əbu Bəkr camaatın etiraz etməsini bilərək Öməri xəlifə təyin etməklə camaatı xəlifə seçmək hüququndan məhrum etdi?

Məgər yaxşı olmazdımı ki, Əbu Bəkr camaatın hisslərinə diqqət edəydi və müsəlmanların fikrinin ziddinə olaraq Öməri onlara xəlifə təyin etməyəydi, ən azı şura qaydasına əsasən müsəlman icması ilə məşvərət edəydi?

Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu
Tərcümə etdi: Fərhad Mirzə
Redaktə və əlavələr: 313news.net

Рейтинг

В этом разделе