Əhli-sünnə mənbələrində xanım Aişənin Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə kobud rəftarı

»»

Əhli-sünnə mənbələrində xanım Aişənin Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə kobud rəftarı

Əhli-sünnə mənbələrində mövcud olan bir sıra rəvayətlər sübut edir ki, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) həyat yoldaşı Aişə bəzən o həzrətlə kobud rəfrat etmişdir. Hətta bu kobudluq bəzi yerlərdə o həzrətin peyğəmbərliyinə şübhə etməklə də nəticələnmişdir. Həm də bu məsələni aqressiv şəkildə həzrətin özünə də bildirmişdir.

Bu davranışlar o qədər sərt idi ki, hətta atası Əbu Bəkri də əsəb dərəcəsinə çatdırmış və bəzi məqamlarda Əbu Bəkr onu vurmuşdur.

Bu mətləbi sübut etmək üçün bir çox hadisələrə işarə etmək olar. Ancaq biz ixtisara riayət edərək təkcə Əhli-Sünnənin səhih hesab etdikləri yerlərə işarə edəcəyik.

Vida həccində Aişənin Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə kobud davranması

Əhli-sünnə böyüklərindən olan Əbu Yalə əl-Mosuli (vəfatı: h.q. 307) öz "Müsnəd"ində yazır:

حدثنا الحسن بن عمر بن شقيق بن أسماء الجرمي البصري حدثنا سلمة بن الفضل عن محمد بن إسحاق عن يحيى بن عباد بن عبد الله بن الزبير عن أبيه عن عائشة أنها قالت: وكان متاعي فيه خف وكان على جمل ناج وكان متاع صفية فيه ثقل وكان على جمل ثقال بطيء يتبطأ بالركب. فقال رسول الله صلى الله عليه وسلم: حولوا متاع عائشة على جمل صفية وحولوا متاع صفية على جمل عائشة حتى يمضي الركب. قالت عائشة: فلما رأيت ذلك قلت يا لعباد الله غلبتنا هذه اليهودية على رسول الله. قالت: فقال رسول الله صلى الله عليه وسلم: يا أم عبد الله إن متاعك كان فيه خف وكان متاع صفية فيه ثقل فأبطأ بالركب فحولنا متاعها على بعيرك وحولنا متاعك على بعيرها.
قالت: فقلت: ألست تزعم أنك رسول الله؟ قالت: فتبسم قال: أو في شك أنت يا أم عبد الله؟ قالت: قلت: ألست تزعم أنك رسول الله؟ أفهلا عدلت؟ وسمعني أبو بكر وكان فيه غرب أي حدة فأقبل علي فلطم وجهي. فقال رسول الله صلى الله عليه وسلم: مهلا يا أبا بكر. فقال: يا رسول الله أما سمعت ما قالت؟ فقال رسول الله صلى الله عليه وسلم: إن الغيرى لا تبصر أسفل الوادي من أعلاه.

Həsən ibn Ömər ibn Şəqiq ibn Əsma əl-Cərmi əl-Bəsri - Sələmə ibn əl-Fəzl - Muhəmməd ibn İshaq - Yəhya ibn Əbbad ibn Abdullah ibn əz-Zübeyr sənədi ilə rəvayət olunur ki:

Atası Əbbad ibn Abdullah Aişənin belə dediyini nəql etmişdir: “(Vida həcci səfərində) boxçam yüngül və dəvəm də sürətli idi; ancaq Səfiyyənin boxçası ağır idi, özü də ləng gedən ağır dəvənin üzərində idi. Ona görə də karvanda ləngiyirdi. Allahın Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Aişənin boxçasını Səfiyyənin dəvəsinə, Səfiyyənin boxçasını isə Aişənin dəvəsinə yükləyin ki, karvan (normal qaydada öz yolunu) getsin”. Aişə deyir: “Bunu belə gördükdə dedim: “Vay, ey Allahın bəndələri, bu yəhudi qadın Allah Rəsulunun yanında bizdən daha əziz oldu!” Allah Rəsulu buyurdu: “Ey Abdullahın anası, sənin boxçan yüngül, Səfiyyənin boxçası isə ağır idi. Məhz bu üzdən karvan arasında asta-asta hərəkət edirdi. Buna görə də biz onun boxçasını sənin, sənin boxçanı isə onun dəvəsinə yüklədik”.

Aişə deyir: “Dedim ki, məgər sən Allahın Rəsulu olduğunu güman etmirsənmi?!” Allah Rəsulu təbəssüm etdi və dedi: “Yoxsa bu barədə şübhə edirsən, ey Ümmü Abdullah?” Aişə deyir: “(İkinci dəfə dedim ki,) məgər sən Allahın Rəsulu olduğunu güman etmirsənmi?! Nə üçün ədalətə riayət etmirsən?” Bu anda Əbu Bəkr məni eşitdi. Onda qəzəb – yəni hiddət vardı. O mənim üzərimə gələrək üzümə şillə çəkdi. Allah Rəsulu dedi: “Yavaş, ey Əbu Bəkr!” Əbu Bəkr dedi: “Ey Allah Rəsulu, məgər onun nə dediyini eşitmirsən?” Allah Rəsulu buyurdu: “Qısqanclığı tutan qadın dərənin alt tərəfini üst tərəfindən seçə bilmir”.

Əbu Yəla əl-Mosuli ət-Təmimi, “Müsnədu Əbi Yəla”, c.8, s.129, h.4670.

Bu rəvayətin digər mənbələri:

Əhməd ibn Əli ibn Həcər Əbülfəzl əl-Əsqəlani əş-Şafei (vəfatı: h.q. 852), “Əl-Mətalibul-Aliyə bi-Zəvaidil-Məsanidis-Səmaniyə”, c.8, s.188, h.1599;

Əli ibn Burhanəddin Hələbi (vəfatı: h.q. 1044), “Əs-Sirətul-Hələbiyyə fi Dirəyil-Əminil-Məmun”, c.3, s.313;

Məhəmməd ibn Məhəmməd Əbu Hamid Ğəzzali (vəfatı: h.q. 505), “İhyau Ulumid-Din”, c.2, s.418.

Rəvayətin sənədinin səhihliyi:

Asimi Məkki “Səmtun-Nucumil-Əvali” kitabında bu rəvayəti “həsən” hesab etmişdir:

وروى أبو يعلى وابو الشيخ ابن حيان وسنده حسن عن عائشة قالت كان متاعي فيه خفة وكان على جمل قارح....

Əbu Yəla və Əbuş-Şeyx ibn Həyyan bu rəvayəti “həsən” sənədlə Aişədən nəql etmişlər ki, mənim boxçam yüngül, dəvəm isə sürətli idi...

Əbdülməlik ibn Hüseyn ibn Əbdülməlik əş-Şafei əl-Asimi əl-Məkki (vəfatı: h.q. 111), “Səmtun-Nucumul-Əvali fi Ənbail-Əvail vət-Təvali”, c.1, s.451

Əs-Salehi əş-Şami hədis barədə deyir:

روى أبو يعلى وأبو الشيخ وابن حبان بسند جيد عن عائشة رضي الله تعالى عنها قالت: كان متاعي فيه خف، وكان على جمل ناج....

“Əbu Yəla və Əbuş-Şeyx “ceyyid” sənədlə Aişədən belə dediyini nəql etmişlər: “Mənim boxçam yüngül, dəvəm isə sürətli idi...”

Məhəmməd ibn Yusif əs-Salehi əş-Şami (vəfatı: h.q. 942), “Subulul-Huda vər-Rəşad fi Sirəti Xəyrul-İbad”, c.11, s.182.

Rəvayətin təhlili:

Bu sənədi səhih olan rəvayətin sübut etdiyi şey odur ki, Allah Rəsulunun həyat yoldaşı Aişə onun peyğəmbərliyi barədə şəkk və tərəddüd içində olmuşdur. Belə ki, sərt şəkildə o həzrətə demişdir ki: “Məgər sən Allah Rəsulu olduğunu güman etmirsənmi?”

Bu məsələ o qədər xoşagəlməz olmuşdur ki, hətta öz atası Əbu Bəkri də qəzəbləndirmiş, o yerə gətirib çıxarmışdır ki, Aişəyə həmlə etmiş və onun üzünə şillə çəkmişdir.

İndi bizim əhli-sünnə alimlərinə belə bir sualımız vardır: Allah Rəsulunun peyğəmbərliyinə şəkk etməyin hökmü nədir? Xüsusilə də o kəs üçün ki, həm həzrətin həyat yoldaşı olmuş, həm də illərlə onunla birlikdə yaşamışdır.

Bu rəvayətə əsasən, Aişə Allah Rəsulunun ədaləti barədə də şübhə etmiş və Peyğəmbəri ədalətsizlikdə ittiham etmişdir!!!

Əgər Allah Rəsulu ədalətli olmasa, o zaman kim ədaləti icra etmək iqtidarında olar?!

Əgər başqa birisi Allah Peyğəmbərini ədalətsizlikdə ittiham etsə, əhli-sünnə alimləri və münsifləri onun barəsində nə kimi hökm çıxaracaqdır?!

Həmçinin bu rəvayətdə görünür ki, Aişə Səfiyyənin adını çəkməmiş, onu “yəhudi qadın” kimi ifadə etmişdir.

Məgər Aişə Quranın bu ayəsini eşitməmişdirmi?

وَلا تَنابَزُوا بِالْأَلْقابِ بِئْسَ الاِسْمُ الْفُسُوقُ بَعْدَ الْإيمانِ وَمَنْ لَمْ يَتُبْ فَأُولئِكَ هُمُ الظَّالِمُون‏.

“Bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Tövbə etməmiş kəslər zalımların özüdür”. (Hucurat, 11.)

Məgər təkcə İslam bir nəfərin bütün keçmişini pak bilmir? Əgər kimsə müsəlman olmuşsa, daha onun əvvəli haqqında olub keçənlər bağlanmırmı?

Əgər başqa birisi Allah Rəsulunun həyat yoldaşlarından birinə belə bir təhqir desə, siz onun barəsində nə hökm çıxararsınız?

Aişənin Allah Rəsulu ilə qaba danışması

Əbu Talib əl-Məkki (h.q.) üçüncü əsr əhli-sünnə alimlərindəndir. O, “Qutul-Qulub” kitabında belə yazır:

وقالت له مرة في كلام غضبت عنده: أنت الذي تزعم أنك نبي؟ فتبسم رسول اللّه صلى الله عليه وسلم حلماً وكرماً، وكان رسول اللّه صلى الله عليه وسلم يقول لعائشة رضي اللّه عنها: إني لأعرف غضبك من رضاك قالت: وكيف تعرف ذلك؟ قال: إنْ رضيت قلت: لا وإله محمد وإذا غضبت قلت: لا وإله إبراهيم قالت: صدقت إنما أهجر اسمك.

“Bir dəfə (Peyğəmbərin) yanında qəzəblənmiş qadın (yəni, Aişə) ona belə dedi: “Sən peyğəmbər olduğunu güman edən kəs deyilsən?” Allah Rəsulu dözümlü şəkildə, alicənabcasına təbəssüm etdi. Allah Rəsulu Aişəyə deyirdi: “Heç şübhəsiz, mən sənin qəzəbini razılığından ayırd edə bilirəm”. Aişə dedi: “Sən bunu neçə bilirsən ki?” Dedi: “Sən razı qaldıqda belə deyirsən: “Yox, Məhəmmədin Allahına and olsun!” Qəzəbləndikdə isə deyirsən: “Yox, İbrahimin Allahına and olsun”. Aişə dedi: “Düz deyirsən, mən yalnız sənin adını hallandırmıram”.

Əbu Talib əl-Məkki, Məhəmməd ibn Əli ibn Ətiyyə, (vəfatı: h. 286), “Qutul-qulub fi muamilətil-məhbub və vusufu təriqil-muridi ilə məqamit-tovhid”, c.2, s.418; Darul-kutubil-ilmiyyə, Beyrut, 1426/2005; təhqiq: Dr.Asim İbrahim əl-Kiyali

Əhli-sünnənin digər böyüklərindən olan əl-Ğuzi əş-Şafei də bu mətləbi aşağıdakı şəkildə nəql etmişdir:

وقالت له مرةً وقد غضبت: أَنت الذي تزعم أَنك نبي الله؟ فتبسم رسول الله صلّى الله عليه وسلّم واحتمل ذلك حلماً وكرماً، وكان يقول لها إِنّيِ لأعرِفُ إِذَا كُنتِ عَنّيِ رَاضيَةً وَإِذَا كُنت عَلَيَّ غَضبى قالت: وكيف تعرف ذلك؟ قال: إِذا رَضيِت قُلتِ لاَ وَإِلهِ مُحَمَّدٍ وَإِذَا غَضِبتِ قُلتِ لاَ وَإِلهِ إِبرَاهِيَم.

“Bir dəfə qadın (Aişə) qəzəblənmiş halda ona dedi: “Sən Allahın Peyğəmbər olduğunu güman edən şəxssən?” Allah Rəsulu təbəssüm etdi və buna helmli olaraq, alicənabcasına dözdü. O, qadına belə deyirdi: “Sözsüz ki, mən – sənin məndən razı olduğun zamanla, mənə qəzəbli olduğun vaxtı (bir-birindən) seçə bilirəm”. (Aişə) dedi: “Bunu necə bilirsən ki?” Dedi: “Sən razı olduqda deyirsən: “Xeyr, Məhəmmədin Allahına and olsun”. Qəzəbləndikdə isə deyirsən: “Xeyr, İbrahimin Allahına and olsun”.

Əbül-Bərəkat Bədrəddin Məhəmməd ibn Məhəmməd əl-Ğuzi əş-Şafei (vəfatı: h.q. 984), “Əl-Murah fil-mizah”, c.1, s.108; Dar İbn Həzm, 1418/1977; təhqiq: Bəssam Əbdülvəhhab əl-Cabi

Rəvayətin təhlili:

Aişənin Allah Rəsulunun peyğəmbərliyinə şübhə etməsini isbat etməkdən əlavə, bu rəvayət həm də Aişənin Peyğəmbər xanımı olmasına baxmayaraq, bəzi mövqelərdə ona qarşı qəzəbli olduğunu və öz qəzəbini o həzrətə qarşı büruzə verdiyini sübut edir. Belə ki, hətta o həzrətin şərəfli və mübarək adını çəkməkdən də özünü saxlayır.

O Peyğəmbər ki, onun bütün danışığı, rəftarı vəhylə uyğun olmuşdur. Allah onu böyük əxlaq sahibi adlandırmışdır.

Görəsən Allah Rəsulunun həyat yoldaşına, illərlə o həzrətin yanında yaşayan kəsə Allah Peyğəmbərilə belə rəftar etməsi yaraşarmı?

Əgər əhli-sünnə alimlərindən kimsə Allah Rəsuluna qəzəblənən və əsəbləşən kəsin hökmü nədir – deyə sual verərsə, bu suala necə cavab verilər?

“Sənin üçün Əli mən və atamdan daha sevimlidir” – deyə edilən etiraz

Əhli-sünnə mənbələrində səhih sənədli rəvayətlər vardır ki, Allah Rəsulunun həyat yoldaşı Aişə bəzi yerlərdə Allah Rəsulu ilə uca səslə danışmışdır. Bunun səbəbi o idi ki, Allah Rəsulu Əmirəlmöminini Aişə və atasından daha çox istəyirdi.

Əhməd ibn Hənbəl öz “Müsnəd”indən belə yazır:

حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا يُونُسُ حَدَّثَنَا الْعِيزَارُ بْنُ حُرَيْثٍ قَالَ قَالَ النُّعْمَانُ بْنُ بَشِيرٍ قَالَ اسْتَأْذَنَ أَبُو بَكْرٍ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعَ صَوْتَ عَائِشَةَ عَالِيًا وَهِيَ تَقُولُ وَاللَّهِ لَقَدْ عَرَفْتُ أَنَّ عَلِيًّا أَحَبُّ إِلَيْكَ مِنْ أَبِي وَمِنِّي مَرَّتَيْنِ أَوْ ثَلَاثًا فَاسْتَأْذَنَ أَبُو بَكْرٍ فَدَخَلَ فَأَهْوَى إِلَيْهَا فَقَالَ يَا بِنْتَ فُلَانَةَ أَلَا أَسْمَعُكِ تَرْفَعِينَ صَوْتَكِ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

Əbu Nəim - Yunus - Əyzar ibn Həris sənədilə rəvayət olunur ki:

“Numan ibn Bəşir belə dedi: Günlərin bir günü Əbu Bəkr Allah Rəsulunun yanına daxil olmaq üçün icazə istədi. Birdən Aişənin ucalan səsini eşitdi. O deyirdi: “Allaha and olsun ki, sənin üçün Əlinin atam və məndən daha sevimli olduğunu bilirəm”. Bunu iki, yaxud üç dəfə dedi. Beləliklə, Əbu Bəkr icazə alıb içəri daxil oldu və Aişənin üstünə getdi. Dedi: “Ey filankəsin qızı, səsini Allah Rəsulunun üzərinə qaldırdığını eşitmirəmmi?”

Əbu Abdullah Əhməd ibn Hənbəl Şeybani (vəfatı: h.q. 241), “Musnədu Əhməd ibn Hənbəl”, c.4, s.275, h.18444

Kitabın mühəqqiqi Şueyb əl-Ərnaut hədisin sənədinin həsən olduğunu bildirmişdir.

Əbu Bəkrin Aişəyə sərt etirazı

Nəsai nəql etmişdir ki, Əbu Bəkr Aişənin üstünə getmiş və üzünə şillə çəkmək istməmişdir:

أخبرني عبدة بن عبد الرحيم المروزي قال أخبرنا عمرو بن محمد قال أخبرنا يونس بن أبي إسحاق عن العيزار بن حريث عن النعمان بن بشير قال أستأذن أبو بكر على النبي صلى الله عليه وسلم فسمع صوت عائشة عاليا وهي تقول والله لقد علمت أن عليا أحب إليك من أبي فأهوى إليها أبو بكر ليلطمها وقال يا ابنة فلانة أراك ترفعين صوتك على رسول الله صلى الله عليه وسلم فأمسكه رسول الله صلى الله عليه وسلم وخرج أبو بكر مغضبا

Əbdə ibn Əbdürrəhman əl-Mərvəzi - Əmr ibn Muhəmməd - Yunus ibn Əbi İshaq - Əyzar ibn Həris sənədi ilə rəvayət olunur ki:

Numan ibn Bəşir dedi: (Günlərin birində) Əbu Bəkr Allah Rəsulunun yanına daxil olmaq üçün icazə istədi. Həmin vaxt Aişənin ucalan səsini eşitdi. O, belə deyirdi: “Allaha and olsun ki, sənin üçün Əli atamdan daha sevimlidir!” Bu dəm Əbu Bəkr ona şillə çəkmək üçün üstünə getdi və dedi: “Ey filankəsin qızı, səni – səsini Allah Rəsulunun üzərinə qaldırdığını görürəm”. Allah Rəsulu onu durdurdu və Əbu Bəkr qəzəbli halda çıxdı”.

Əbu Əbdürrəhman Əhməd ibn Şüeyb ibn Əli Nisai (vəfatı: h.q 303), Möminlərin əmiri Əli ibn Əbu Talibin xüsusiyyətləri, c.q, s.126.

Rəvayətin sənədinin səhihliyi

İbn Həcər əl-Əsqəlani bu rəvayət haqqında belə demişdir:

واخرج أحمد وأبو داود والنسائي بسند صحيح عن النعمان بن بشير قال استأذن أبو بكر على النبي صلى الله عليه وسلم فسمع صوت عائشة عاليا وهي تقول والله لقد علمت ان عليا احب إليك من أبي الحديث.

Əhməd, Əbu Davud, Nəsai səhih sənədlə onu Numan ibn Bəşirdən nəql etmişlər ki, Əbu Bəkr Allah Rəsulunun yanına daxil olmaq üçün içəri icazə istədi...

Əhməd ibn Əli ibn Həcər Əbülfəzl Əsqəlani Şafei (vəfatı: h. 852), “Fəthul-Bari Şərh Səhihil-Buxari”, c.7, s.27.

Heysəmi bu rəvayəti nəql etdikdən sonra deyir:

رواه البزار ورجاله رجال الصحيح.

Onu Bəzzar rəvayət etmişdir və raviləri "Səhih"in raviləridir.

Əbulhəsən Əli ibn Əbu Bəkr Heysəmi (vəfatı: h.q. 807), “Məcməuz-Zəvaid və mənbəul-fəvaid”, c.9, s.127.

Əhli-sünnənin digər alim və mühəddisləri də bu rəvayəti nəql etmişlər. Biz sadəcə onların ünvanlarını qeyd etməklə kifayətlənirik.

Əbu Cəfər Əhməd ibn Məhəmməd ibn Səlamət Təhavi Hənəfi (vəfatı: h.q. 321), “Şərhu Muşkilil-Asar”, c.13, s.334; Əbulhüseyn Əbdülbaqi ibn Qane (vəfatı: h.q. 351), “Mucəmus-Səhabə”, c.3, s.144; Yusif ibn Musa Əbül-Muhasin Hənəfi (vəfatı: h.q. 803), “Əl-Mutəsəru minəl-Muxtəsər min Muşkilil-Asar”, c.2, s.355. Məhəmməd Əbdürrauf ibn Əli ibn Zeynəlabidin Mənavi (vəfatı: h.q. 1031), “Feyzul-Qədir Şərh Əl-Cameis-Səğir”, c.1, s.168.

Əhli-sünnə alimləri tərəfindən rəvayətin təhrif edilməsi

Əhməd ibn Hənbəl bir başqa yerdə, Əbu Davud Sicistani öz “Sünən”ində və digər əhli-sünnə alimləri Aişənin Allah Rəsulu üzərinə səsini qaldırmasını nəql etmişlər. Lakin təəssüflər olsun ki, Aişənin narahatlığını bildirən “Sənin üçün Əlinin atamdan daha sevimli olduğunu bilirəm” – cümləsini silmişlər.

Məhəmməd ibn Abdullah Xətib Təbrizi, “Mişkatul-Məsabih”, c.3, s.1370

İsmail ibn Ömər Əbülfida Qərəşi İbn Kəsir Diməşqi, “Əl-Bidayətu vən-Nihayə”, c.6, s.46;

Mübarək ibn Məhəmməd İbn əl-Əsir əl-Cəzri, “Mocəmu Cameil-Usul fi Əhadisir-Rəsul”, c.6, s.497

Əhli-sünnənin cavab verməsi gərəkən sual

Qeyd edilən səhih sənədli rəvayətlərə əsasən, Allah Rəsulunun həyat yoldaşı Aişə səsini qaldıraraq aqressiya ilə o həzrətlə danışmışdır. Bir başqa tərəfdən də Qurani-Kərim belə buyurmuşdur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ

“Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”. (Hucurat, 2)

İndi sualımız əhli-sünnənin alim və böyüklərinədir: Aişənin ucadan danışması bu şərif ayənin nümunəsi deyilmi? Uca səslə danışmaq təkcə bir qrup səhabə üçün qadağan edilmişdi, yoxsa o həzrətin həyat yoldaşlarına da şamil olmuşdur?

Gözləyirik ki, əhli-sünnənin alim və mütəfəkkirləri məntiq, dəlil və son dərəcə qəti şəkildə qeyd edilən rəvayətlərə dair öz təhlillərini və suallara da cavablarını versinlər.

Hazırladı: Fərid Abdullah

Mənbə: "Vəli-əsr" müəssisəsi

313news.net
Рейтинг

В этом разделе