Əgər İmam Hüseynin (ə) əza məclisində iştirak etmək Allaha görə olmazsa Allah ona necə mükafat verəcək?

»»

Əgər İmam Hüseynin (ə) əza məclisində iştirak etmək Allaha görə olmazsa Allah ona necə mükafat verəcək?

Bismillahir-Rəhmanir-Rəhim

Sual verən: Əli Əkbər Səlimi

Sual: Əgər bir nəfər İmam Hüseynə (ə) ağlayırsa bu ağlamaq Allaha görə deyil, sırf onların başına gələn hadisələrə qəlbi yandığı üçün ağlayır. Bəs necə olur ki, sinə vurmaq, ağlamaq, hətta o məclisdə iştirak etmək belə insanı savab sahibi edir?

Cavab: Əvvəcə bunu demək lazımdır ki, hər əmələ savab verilməsindən ötrü o mütləq qürbət (Allaha yaxın olmaq) qəsdi  ilə olmalıdır. Əlbəttə bəzi əməllər də vardır ki, onları qürbət qəsdi etmədən də (amma haram qəsdi olmamalıdır) yerinə yetirməyə savab verilir. Qurani Kərim buyurur:

ذَلِكَ بِأَنَّهُمْ لاَ يُصِيبُهُمْ ظَمَأٌ وَلاَ نَصَبٌ وَلاَ مَخْمَصَةٌ فِي سَبِيلِ اللّهِ وَلاَ يَطَؤُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلاَ يَنَالُونَ مِنْ عَدُوٍّ نَّيْلاً إِلاَّ كُتِبَ لَهُم بِهِ عَمَلٌ صَالِحٌ إِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

... Bu, ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət və aclığın, eləcə də kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının və düşməndən əldə etdikləri hər bir bəhrənin (onları öldürmək və əsir etməyin) mükafatı olaraq onlar üçün bir saleh əməl yazılır. Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını zay etməz. (Tövbə, 120)

Qurani Kərimdə qürbət qəsdi olmadan da savab vədəsi verilən yerlərdən biri də insanın düşmənin qorxusu və qəzəbi olan yerlərdə olmasıdır (yəni müsəlmanların şövkətinin çoxalmasına səbəb olan və düşmən ordunun qaralığını artıran yerlərdə olmasıdır). Yezidin ordusunda olanların bəzilər İmam Hüseyni (ə) öldürməyə gəlməmişdilər. Onların o döyüşdə iştiraklarının səbəbi döyüşdən sonra orduya paylanan hədiyyələrdən onlara da nəsib olmasıdır. Onlar nə İmam Hüseynə (ə) ox atdılar, nə də qılınc çəkdilər. Lakin biz onları da əzaba layiq bilirik. Çünki onlar küfr ordusunun qaralığına və zülm rəmzinin bir hissəsinə çevriliblər.

Həmçinin bu əzadarlıqlarda iştirak edən bəzi insanlara bu əzadarlıqlar zülmə qarşı olmağın nişanəsi olduğu üçün Allah onlara savab verir. Əlbəttə sizin “İmam Hüseynə (ə) ürək yandırıb Allah görə olmaması” məsələsini deməniz düzgün deyildir. Çünki insanların əksəriyyəti İmam Hüseynə (ə) dini baxımdan ağlayıb əzadarlıq edirlər. Əgər belə olmasaydı onlar 1-ci və 2-ci dünya müharibələrində ölənlər üçün də ağlaya bilərdilər. Lakin onların İmam Hüseyn (ə) əzadarlığında iştirak etməsinin özü sırf əzadarlıq  və din mahiyyəti daşıyır.

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Рейтинг

В этом разделе