Allah Rəsulunun (s.ə.a) Ğədir-Xum günündə etdiyi duası qəbul oldumu? (İbn Teymiyyənin şübhəsinə cavab)

»»

Allah Rəsulunun (s.ə.a) Ğədir-Xum günündə etdiyi duası qəbul oldumu? (İbn Teymiyyənin şübhəsinə cavab)

Bağışlayan və Mehriban Allahın adı ilə

Ğədir-Xum haqqında həqiqətləri həzm edə bilməyən bəzi şəxslər müsəlman xalqı arasında belə bir şübhə yaratmağa çalışırlar ki, əgər Allah Rəsulu (s) şiə əqidəsinin iddiasına əsasən Ğədir-Xum günü Həzrət İmam Əli ibn Əbu Talibin (ə) vilayətini elan edərək aşağıdakı duanı buyurmuşdursa, niyə Həzrətin (s) duası qəbul olmayıb?

اللهم من انصر من نصره واخذل من خذله

İlahi! Əliyə (ə) kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!

Hər kəsə məlumdur ki Allah Rəsulu (s) “Mustəcabud-dəvət” (duaları qəbul olunan) olduğu üçün hər etdiyi dua qəbul edilmişdir. Lakin zahirdə bu dua qəbul olunmuşa bənzəmir. Çünki Əlinin (ə) o duadan sonra döyüşdüyü şəxslər məğlub olmayıblar. Nə də Əli (ə) qələbə qazanmamışdır. O zaman belə çıxır ki, Allah Rəsulu (s) əsla belə bir dua etməmişdir.

İbn Teymiyyə “Minhac əs-sunnə” kitabında də bu haqda yazır:

الوجه السادس أن دعاء النبي صلى الله عليه و سلم مجاب و هذا الدعاء ليس بمجاب فعلم انه ليس من دعاء النبي صلى الله عليه و سلم فإنه من المعلوم انه لما تولى كان الصحابة و سائر المسلمين ثلاثة أصناف صنف قاتلوا معه و صنف قاتلوه و صنف قعدوا عن هذا و هذا و اكثر السابقين الأولين كانوا من القعود و قد قيل أن بعض السابقين الأولين قاتلوه ... و العسكر الذين قاتلوا مع معاوية ما خذلوا قط بل و لا في قتال علي فكيف يكون النبي صلى الله عليه و سلم قال اللهم اخذل من خذله و انصر من نصره و الذين قاتلوا معه لم ينصروا على هؤلاء بل الشيعة الذين تزعمون انهم مختصون بعلي ما زالوا مخذولين مقهورين لا ينصرون إلا مع غيرهم أما مسلمين وإما كفار و هم يدعون انهم أنصاره فأين نصر الله لمن نصره و هذا و غيره مما يبين كذب هذا الحديث .

Allah Rəsulunun (s) duası heç şübhəsiz ki, qəbul olur. Lakin bu duanın (“İlahi! Əliyə kömək edənlərə....) qəbul olunması haqqında heç bir xəbər eşidilməmişdir. Belə məlum olur ki, bu dua Allah Rəsulundan (s) deyildir. Çünki Əli (ə) xəlifə olanda səhabələr və digər müsəlmanlar 3 dəstəyə ayrıldılar. Bir dəstə onu himayə etdi, bir başqa dəstə onunla döyüşdü və İslamda qabaqcıl olanlardan bir dəstə isə Əli (ə) və Müaviyəni himayə etməkdən imtina edib evdə oturdu. Hətta deyilmişdir ki, İslamda öndə olanlardan bəzisi onunla döyüşüblər...” Müaviyənin qoşununda olanlardan heç kim zəlil və xar olmayıb. Hətta Əli (ə) ilə döyüşdə də Müaviyənin ordusu xar olmadı. Peyğəmbər (s) necə “İlahi! Əliyə (ə) kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!” duasını edə bilər ki?!

Başqa bir tərəfdən Əliyə (ə) kömək edənlərə yardım olunmadı. Hətta Əlini (ə) özlərindən hesab edən şiələr həmişə zəlil oldular və heç bir köməkləri olmadı. Əgər köməkləri olsa da, bunlar ya müsəlmanlarla ya da kafirlərlə bir yerdə olublar. Onlar iddia edirdilər ki, bu şəxslər Allahın köməkləridir. Bəs Allahın köməyi harada qaldı ki, onlara kömək etsin? Odur ki, bu hədis və digər bu kimi hədislərin yalan olduğu aşkar oldu.

İbn Teymiyyə, Minhac əs-sunnə, c. 7, s. 55-59; naşir: Muəssisə Qurtubə, 1-ci çap, 1406 h. q; təhqiq: Məhəmməd Rəşad Salim

İbn Teymiyyənin fətvaları arasında deyilir:

وقوله «اللهم انصر من نصره ... الخ» خلاف الواقع قاتل معه أقوام يوم صفين فما انتصروا وأقوام لم يقاتلوا فما خذلوا كسعد الذى فتح العراق لم يقاتل معه وكذلك اصحاب معاوية وبنى أمية الذين قاتلوه فتحوا كثيرا من بلاد الكفار ونصرهم الله .

Allah Rəsulunun (s) : “İlahi! Əliyə kömək edənlərə kömək et....” duası həqiqətlə uyğun deyil və yalandır. Bir dəstə Siffeyndə Əli (ə) ilə birlikdə döyüşdü, lakin qələbə qazanmadılar və başqa bir dəstə ona kömək etməkdən imtina etdi, lakin zəlil olmadılar. Əksinə müvəffəq belə oldular. Səd bin Vəqqas Əliyə (ə) kömək etməsə də, İraqı fəth etdi. Müaviyənin Əli (ə) ilə döyüşən digər səhabələri də bir çox küfr ölkələrini fəth etdilər və Allahın da köməyi onlarla oldu.

İbn Teymiyyə, Kutub və rəsail və fətava Şeyx əl-İslam İbn Teymiyyə, c. 4, s. 418; naşir: Məktəbə İbn Teymiyyə, 2-ci çap; təhqiq: Əbdürrəhman ibn Məhəmməd ibn Qasim Asimi Nəcdi

ARAŞDIRMA

İbn Teymiyyə həqiqətdə Peyğəmbər (s) sünnəsini inkar edir

İbn Teymiyyənin bu sözü həqiqətdə Allah Rəsulunun (ə) sabit və qəti sünnəsini inkar edir. Çünki Allah Rəsulunun (s): “İlahi! Əliyə kömək edənlərə kömək et....” duası əhli sünnə mənbələrində səhih sənədlərlə nəql edilmişdir. Biz onlardan bir neçəsini nümunə olaraq qeyd edirik:

a) Nəsai Səid bin Vəhəbdən:

أخبرنا الحسين بن حريث المروزي قال حدثنا الفضل بن موسى عن الأعمش عن أبي إسحاق عن سعيد بن وهب قال قال علي في الرحبة أنشد بالله من سمع رسول الله صلى الله عليه وسلم يوم غدير خم يقول إن الله وليي وأنا ولي المؤمنين ومن كنت وليه فهذا وليه اللهم وال من والاه وعاد من عاداه وأنصر من نصره.
قال فقال سعيد قام إلى جنبي ستة وقال زيد بن يثيع قام عندي ستة.

Hüseyn ibn Həris Məruzi bizə xəbər verdi və dedi: Fəzl ibn Musa Əməşdən, o da Əbu İshaqdan Səid bin Vəhəbin belə dediyini nəql edir: Əli (ə) məscidin meydanında danışarkən buyurdu: “Sizi Allaha and verirəm! Kim Allah Rəsulundan (s) Ğədir-Xumda “Mənim hamim Allahdır və mən də möminlərin hamisiyəm, hər kimin hamisi mənəmsə, Əli (ə) də onun hamisidir. İlahi Əlini (ə) sevəni sev, onunla düşmən olana düşmən ol, Əliyə (ə) kömək edənə kömək ol” buyurduğunu eşidibsə şəhadət versin!

Səid dedi: “Mənim yanımdan altı nəfər qalxıb şəhadət verdi. Zeyd ibn Yusəy də belə deyir: Yanımdan doqquz nəfər qalxdı və şəhadət verdi.”

Nəsai, Xəsais Əmir əl-möminin Əli ibn Əbi Talib, c. 1, s. 117, h. 98; Naşir: Məktəbə əl-muəlla, Kuveyt, 1-ci çap, 1406 h.q; təhqiq:Əhməd Mirin Bəluşi

Məqdisi Hənbəli bu rəvayəti nəql edəndən sonra yazır:

سئل الدارقطني عنه فقال : حدث به الأعمش وشعبة وإسرائيل ، عن أبي إسحاق ، عن سعيد بن وهب ، عن علي ، وذكر ما فيه من الاختلاف قال : وأشبهها بالصواب قول الأعمش وشعبة وإسرائيل ومن تابعهم ، وقد روي نحو هذا عن عبدالرحمن بن أبي ليلى عن علي عليه السلام ( إسناده صحيح ) .

Daru Qutnidən bu hədis barədə sual edildikdə, cavabında dedi: “Əməş, Şöbə və İsrail Əbu İshaqdan, o da Səid ibn Vəhəbdən və o da Əlidən (ə) bu hədisi nəql etmişdir. Sonra o, hədis barədə yaranan ixtilaflar haqqında danışıb dedi: “Ə`məş, Şöbə, İsrail və onlara tabe olanların nəqli səhihliyə yaxındır. Sonra deyir: Buna bənzər hədisi Əbd ər-Rəhman ibn Əbu Leyla da Əlidən (ə) rəvayət etmişdir. Sənədi də səhihdir.

əl-Məqdisi Hənbəli, (v. 643 h. q) Əl-Əhadis əl-Muxtarə, c. 2, s. 106, h. 481; naşir: Məktəbə ən-nəhzə əl-hədisə, Məkkə, 1-ci çap, 1410 h. q; təhqiq: Əbdülməlik ibn Abdullah Duheyş

İbn Kəsir Dəməşqi də bu rəvayəti nəql etdikdən sonra sənədinin yaxşı olduğunu deyir:

عن سعيد بن وهب قال قال علي في الرحبة أنشد بالله رجلا سمع رسول الله يوم غدير خم يقول ان الله ولي المؤمنين ومن كنت وليه فهذا وليه اللهم وال من والاه وعاد من عاداه وانصر من نصره وكذلك رواه شعبة عن أبي اسحاق وهذا اسناد جيد .

Səid ibn Vəhəbin belə dediyini nəql edir: Əli (ə) məscidin meydanında danışarkən buyurdu: “Sizi Allaha and verirəm! Kim Allah Rəsulundan (s) Ğədir-Xumda “Mənim hamim Allahdır və mən də möminlərin hamisiyəm, hər kimin hamisi mənəmsə, Əli (ə) də onun hamisidir. İlahi Əlini (ə) sevəni sev, onunla düşmən olana düşmən ol, Əliyə (ə) kömək edənə kömək ol” buyurduğunu kim eşidib?! Bu hədisi Şöbə Əbu İshaqdan da nəql etmişdir və sənədləri də yaxşıdır.

İbn Kəsir, Əl-Bidayə və ən-nihayə, c. 5, s. 210; naşir: Məktəbə əl-məarif, Beyrut

Məqdisi və İbn Kəsirin bu rəvayəti təsrih (səhih olduğunu təsdiq) etməsi İbn Teymiyyə məktəbinin ardıcılları üçün kifayət etməsinə baxmayaraq, biz heç bir bəhanə qalmaması üçün rəvayətin sənədlərini ayrı-ayrı araşdıraraq təqdim edirik:

1. Hüseyn ibn Həris əl-Məruzi

Zəhəbi onun haqqında deyir:

الحسين بن حريث أبو عمار الخزاعي المروزي ... ثقة .

Hüseyn ibn Həris siqədir (etimad olunan ravilərdəndir).

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 1, s. 332, h. 1082; naşir: Dar əl-qiblə əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q; təhqiq: Məhəmməd Əvvamə

“Siyər əlam ən-nubəla” kitabında o, imam, hafiz və hüccət kimi qələmə verilir:

الحسين بن حريث خ م د ت . ابن الحسن بن ثابت بن قطبة الامام الحافظ الحجة أبو عمار الخزاعي المروزي مولى عمران بن حصين .

“Hüseyn ibn Hərisdən Buxari, Muslim, Əbu Davud və Tirmizi rəvayət nəql ediblər. O, imam, hafiz və höccətdir və İmran ibn Həsinin azad etdiyi quldur.”

Zəhəbi, Siyər əlam ən-nubəla, c. 11, s. 400; naşir: Muəssisə ər-risalə, Beyrut, 9-cu çap, 1413 h. q; təhqiq: Şueyb Arnaut və Məhəmməd Nəim Ərqusi

2. Fəzl ibn Musa

Zəhəbi onun haqqında deyir:

الفضل بن موسى السيناني عن هشام بن عروة وطبقته وعنه إسحاق ومحمود بن غيلان وخلق ثبت مات 192 (ع) .

Fəzl bin Musa Sinani Hişam ibn Urvədən və onların təbəqəsindən hədis nəql edib. İshaq, Mahmud ibn Ğəylan və bir qrup da ondan hədis nəql ediblər. Etimad olunan bir ravi idi və 192-ci (h.q) ildə vəfat edib. (Kutubi-Sittənin ravisidir)

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 2, s. 123, h. 4477, naşir: Dar əl-qiblə əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q; təhqiq: Məhəmməd Əvvamə

“Mizan əl-etidal”- da yazır:

الفضل بن موسى السيناني المروزي ع أحد العلماء الثقات يروي عن صغار التابعين .

Fəzl bin Musa etimad olunan alimlərdən biri idi. O, tabeinlərin az yaşlılarından hədis rəvayət edib.

Zəhəbi, Mizan əl-etidal fi nəqd ər-rical, c. 5, s. 437; naşir: Dar əl-kutub əl-elmiyyə, Beyrut, 1-ci çap, 1416 h. q; təhqiq: Şeyx Əli Məhəmməd Muəvvəz və Şeyx Adil Əhməd Əbdül-Mövcud

3. Süleyman ibn Mehran əl-Əməş

Zəhəbi onun haqqında deyir:

سليمان بن مهران الحافظ أبو محمد الكاهلي الأعمش أحد الأعلام عن بن أبي أوفى وزر وأبي وائل وعنه شعبة ووكيع قال بن المديني له ألف وثلاثمائة حديث عاش ثمانيا وثمانين سنة ... (ع)

Süleyman ibn Mehran əl-Əməş tanınmış alimlərdəndir, İbn Əbu Əvfa Vizrdən, Əbu Vaildən hədis nəql etmiş, Şöbə, Vukey də ondan hədis rəvayət etmişlər. O, min üç yüz hədis rəvayət edib və səksən səkkiz il yaşayıb... (Kutubi-Sittənin ravisidir)

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 1, s. 464, h. 2132; naşir: Dar əl-qiblə əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q; təhqiq: Məhəmməd Əvvamə

“Siyər əlam ən-nubəla”-da deyir:

الأعمش . سليمان بن مهران الإمام شيخ الإسلام شيخ المقرئين والمحدثين .

O, imam, Şeyxul-islam, qarilərin və hədis alimlərinin böyüklərindən idi.

Zəhəbi, Siyər əlam ən-nubəla, c. 6, s. 226; naşir: Muəssisə ər-risalə, Beyrut, 9-cu çap, 1413 h. q; təhqiq: Şueyb Arnaut və Məhəmməd Nəim Ərqusi

4. Əbu İshaq əs-Səbii

عمرو بن عبد الله أبو إسحاق الهمداني السبيعي أحد الأعلام ... هو كالزهري في الكثرة غزا مرات وكان صواما قواما عاش خمسا وتسعين سنة مات 127 (ع)

Əbu İshaq Səbii böyük alimlərdən biridir... Zəhri kimi çox rəvayət nəql etmişdir. Bir neçə müharibədə döyüşüb. O, çox oruc tutar, gecələri yatmazdı. Doxsan beş il yaşadı və 127-ci ildə vəfat etdi. (Kutubi-Sittənin ravisidir)

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 2, s. 82, h. 4185; naşir: Dar əl-qiblə əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q; təhqiq: Məhəmməd Əvvamə

O, "Təzkirət əl-Huffaz"da deyir:

أبو إسحاق السبيعي عمرو بن عبد الله الهمداني الكوفي الحافظ أحد الأعلام رأى عليا رضي الله عنه وهو يخطب .... قال أبو حاتم ثقة يشبه الزهري في الكثرة وهو احفظ من أبي إسحاق الشيباني قال فضيل بن غزوان كان أبو إسحاق يختم في كل ثلاث وقيل كان صواما قواما متبتلا

Əbu İshaq Səbii böyük alimlərdəndir. O özü Əlinin (ə) xütbəsin eşidib. Əbu Hatəm deyib ki, o, inanılmış bir şəxsdir. Zəhri kimi çox rəvayətlər nəql etmişdir. O, hədisləri hifz etmək və qorumaqda Əbu İshaq Şeybanidən daha güclü idi. Fuzeyl bin Ğəzvan deyir: Əbu İshaq 3 gün ərzində Quran xətm edirdi. Deyirlər ki, o, çox oruc tutar və gecələri yatmazdı.

Zəhəbi, Təzkirətul huffaz, c. 1, s 114, Naşir: Dar əl-kutub əl-elmiyyə, Beyrut, 1-ci çap

5. Səid ibn Vəhəb

Zəhəbi onun haqqında deyir:

سعيد بن وهب الخيواني أحد أشراف همدان سمع من معاذ باليمن ومن علي وابن مسعود وعنه ابنه عبد الرحمن وأبو إسحاق ثقة .

Səid ibn Vəhəb Həmədanın böyüklərindəndir. Yəməndə Məazdan hədislər eşidib. O, Əlidən (ə) və İbn Məsuddan hədis nəql edib və ondan da oğlu Əbdurrəhman və Əbu İshaq hədis rəvayət etmişdir. O, siqədir (etimad olunan).

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 1, s. 446, h. 1971; naşir: Dar əl-qiblə əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q; təhqiq: Məhəmməd Əvvamə

Zəhəbi "Siyər əlam ən-nubəla"da deyir:

سعيد بن وهب . الهمداني الخيواني الكوفي من كبراء شيعة علي . حدث عن علي وابن مسعود ومعاذ بن جبل وخباب . أسلم في حياة النبي صلى الله عليه وسلم ولزم عليا رضي الله عنه حتى كان يقال له القراد للزومه إياه.

وحدث عنه أيضا ابنه عبد الرحمن له أحاديث وثقه يحيى بن معين .

Səid bin Vəhəb Əlinin (ə) şiələrinin böyüklərindəndir. Əlidən (ə), İbn Məsuddan, Məaz ibn Cəbəldən və Xəbbabdan hədis nəql etmişdir. O Allah Rəsulunun (s) sağlığında müsəlman olmuş və Qərradın onu Əliyə (ə) qarşı təşviqindən sonra Əlinin (ə) yaxınlardan olmuşdur. Yəhya ibn Muin onu tovsiq (etimad edilən şəxslərdən hesab) etmişdir.

Zəhəbi, Siyər əlam ən-nubəla, c. 4, s. 180; naşir: Muəssisə ər-risalə, Beyrut, 9-cu çap, 1413 h. q; təhqiq: Şueyb Arnaut və Məhəmməd Nəim Ərqusi

b) Bəzzar Zeyd bin Yusəydən:

حدثنا يوسف بن موسى قال نا عبيد الله بن موسى عن فطر بن خليفة عن أبي إسحاق عن عمرو ذي مر وعن سعيد بن وهب وعن زيد بن يثيع قالوا سمعنا عليا يقول نشدت الله رجلا سمع رسول الله صلى الله عليه وسلم يقول يوم غدير خم لما قام فقام إليه ثلاثة عشر رجلا فشهدوا أن رسول الله صلى الله عليه وسلم قال ألست أولى بالمؤمنين من أنفسهم قالوا بلى يا رسول الله قال فأخذ بيد علي فقال من كنت مولاه فهذا مولاه اللهم وال من والاه وعاد من عاداه وأحب من أحبه وأبغض من أبغضهوانصر من نصره واخذل من خذله .
«من كنت مولاه فعلىّ مولاه اللهمّ وال من والاه و عاد من عاداه و احبّ من احبّه و ابغض من ابغضه و انصر من نصره و اخذل من خذله» .

Yusif ibn Musa bizə danışdı və dedi: Ubeydullah ibn Musa Fitr ibn Xəlifədən, o da Əbu İshaqdan, o da Əmr Zimərrdən, Səid ibn Vəhəbdən və Zeyd ibn Yusəydən belə dediklərini rəvayət edir: Əlidən (ə) belə buyurduğunu eşitdim: “Sizi Allaha and verirəm, əgər aranızda Ğədir-Xum günü Allah Rəsulundan (s) mən barəmdə buyurduğunu eşidən varsa, ayağa qalxsın və şəhadət versin. Orda olanlardan 13 nəfər ayağa qalxdı və şəhadət verdilər ki, Allah Rəsulundan belə buyurduğunu eşitdik: “Mən hər möminə onlardan daha layiq deyiləmmi? Camaat o Həzrəti (s) təsdiq etdilər. Elə o vaxt Peyğəmbər (s) Əlinin (ə) əlini qaldırdı və buyurdu:

“Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. İlahi kim onu dost tutsa, sən də onu dost tut, kim düşmənçilik etsə, sən də onunla düşmən ol! Kim onu sevsə sən də onu sev, kim ona nifrət etsə, səndə ona nifrət et, kim ona kömək etsə, sən də ona kömək et, kim onu xar etmək istəsə, sən də onu xar et!”

Bəzzar, Əl-Bəhr əz-zəxxar, (Musnəd əl-Bəzzar), c. 3, s. 35, h. 786; naşir: Muəssisə ulum əl-Quran, Məktəbə əl-ulum və əl-hikəm, Beyrut, Mədinə, 1-ci çap, 1409 h. q; təhqiq: Məhfuz ər-Rəhman Zeynullah

Heysəmi bu rəvayəti nəql etdikdən sonra yazır:

رواه البزار ورجاله رجال الصحيح غير فطر بن خليفة وهو ثقة .

Bu rəvayəti Bəzzar nəql etmişdir. Fitr ibn Xəlifədən başqa bütün raviləri Səhih Buxarinin raviləridir. O da etimad olunan şəxsdir.

Heysəmi, Məcmə əz-zəvaid, c. 9, s. 105; naşir: Dar ər-rəyyan lit-turas/Dar əl-kitab əl-ərəbi - Qahirə/Beyrut, 1407 h. q

c) Təbərani Həbəşi ibn Cunadədən

حدثنا الْحُسَيْنُ بن إِسْحَاقَ التُّسْتَرِيُّ ثنا عَلِيُّ بن بَحْرٍ ثنا سَلَمَةُ بن الْفَضْلِ عن سَلْمَانَ بن قَرْمٍ الضَّبِّيِّ عن أبي إِسْحَاقَ الْهَمْدَانِيِّ قال سمعت حَبَشِيَّ بن جُنَادَةَ يقول سمعت رَسُولَ اللَّهِ صلى اللَّهُ عليه وسلم يقول يوم غَدِيرِ خُمٍّ اللَّهُمَّ من كنت مَوْلاهُ فَعَلَيٌّ مَوْلاهُ اللَّهُمَّ وَالِ من وَالاهُ وَعَادِ من عَادَاهُ وَانْصُرْ من نَصَرَهُ وأَعِنْ مُنْ أَعَانَهُ

Hüseyn ibn İshaq Tustəri bizə danışdı və dedi: Əli ibn Bəhr bizə danışdı və dedi: Sələmə ibn Fəzl Salman ibn Qərm Zəbidən, o da Əbu İshaq Həmədaninin belə dediyini nəql edir: Həbəşi ibn Cunadədən belə dediyini eşitdim: Ğədir-Xumda Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. İlahi onu sevəni sev! Ona düşmən olana düşmən ol! Ona kömək edənə kömək ol!”

Təbərani, Əl-Mucəm əl-kəbir, c. 4, s. 16, h. 3514; naşir: Məktəbə əz-Zəhra, Mosul, 2-ci çap, 1404 h. q; Həmdi ibn Əbdulməcid Sələfi

Heysəmi rəvayəti nəql etdikdən sonra yazır:

رواه الطبراني ورجاله وثقوا

Bu rəvayəti Təbərani nəql etmişdir. Bütün raviləri etimad olunan şəxslərdir.

Heysəmi, Məcmə əz-zəvaid, c. 9, s. 106; naşir: Dar ər-rəyyan lit-turas/Dar əl-kitab əl-ərəbi - Qahirə/Beyrut, 1407 h. q

İbn Teymiyyənin Quran və sünnənin məfhumlarını dərk etməkdə cəhaləti

İbn Teymiyyə və onunla həmfikir olanların meyarı ilə İslami dəyərlər və Quran elmlərinə yanaşma tərzində Allah Rəsulunun (s) məlum duasının qəbul olmamasını iddia etmələri təəccüblü görünmür. Çünki İbn Teymiyyə və təməlini qoyduğu məktəbin davamçılarının bu düşüncələri ilə Quranın və sünnənin meyarları arasında əsaslı ziddiyyətlər mövcuddur. Onların baxışı acısında Allahın nüsrət əta etdiyi şəxslər döyüş meydanlarında rəqiblərinə qarşı zahiri qələbə əldə edənlərdir. Ordu, silah və qol gücü ilə qalib adı alanlar Allahın köməyi ilə müvəffəq olurlar. Bu isə bir daha İbn Teymiyyə kimilərin düşüncələri ilə Quranın və sünnənin dərki arasında cəhalətdən doğan uçurumun bir nişanəsidir. “Nüsrət” və “Xizlan” ifadələrinin Quranın məntiqindəki həqiqi mənasını dərk etmədən, yalnız leksik mənasına isnad edənlər zahirdə görünən qələbələri, cəmiyyətə zor tətbiq edənlərə, zülm, sitəm və məsum insanları öldürənlərə aid edilir. Bu üzdən İbn Teymiyyə məktəbində Müaviyə döyüşlərdə zahiri qələbə əldə etdikləri üçün meydanların qalibi adı alarkən, Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbu Talib (ə) və tərəfdarları məğlub kimi göstərilirlər. “Nüsrət” və “Xizlan” ifadələrinin bu şəkildə təfsiri yalnız İmam Əli (ə) və Muaviyə arasında yaşananlara aid edilməmişdir. Belə ki, bu batil düşüncə İmam Hüseyn (ə) və Yezid arasında baş verənlərdə İmam Hüseyni (ə) “Cəddinin qılıncı ilə öldürülmüş” (yəni Yəzid güya Peyğəmbərin (s) canişini olduğu üçün onun qılıncı da onun əlindədir.) kimi dəyərləndirir. Nümunə üçün Şəhabəddin Alusinin “Ruh əl-məani” təfsirində yazdıqları ilə tanış olaq:

وأبو بكر بن العربي المالكي عليه من الله تعالى ما يستحق أعظم الفرية فزعم أن الحسين قتل بسيف جده صلى الله تعالى عليه وسلم وله من الجهلة موافقون على ذلك .
قال ابن الجوزي عليه الرحمة في كتابه السر المصون: من الأعتقادات العامة التي غلبت على جماعة منتسبين إلى السنة أن يقولوا : إن يزيد كان على الصواب وأن الحسين رضي الله تعالى عنه أخطأ في الخروج عليه .

Əbu Bəkr ibn Ərəbi Maliki Hüseynə (ə) çox böyük töhmət vurub. Bəzi nadanlar da bu töhmətdə onunla həmfikir olaraq deyiblər: “Hüseyn (ə) öz cəddinin qılıncı ilə öldürüldü”

Sonra isə davamında yazır:

قال ابن الجوزي عليه الرحمة في كتابه السر المصون: من الأعتقادات العامة التي غلبت على جماعة منتسبين إلى السنة أن يقولوا : إن يزيد كان على الصواب وأن الحسين رضي الله تعالى عنه أخطأ في الخروج عليه .

İbn Cəuzi “əs-Sirrul-məsun” kitabında deyir: Bəzi əhli sünnə alimləri arasında etiqadi məsələ həddinə çatan şayiələrdən biri də onların dediyi bu sözdür: “Yezidin əməli və hərəkəti Hüseyn (ə) qarşısında düzgün və səhih idi. Hüseyn (ə) qiyamı ilə Yəzidə qarşı səhv etdi.

Alusi Bağdadi, Ruh əl-məani, c. 26, s. 73; naşir: Dar ihya ət-turas əl-ərəbi, Beyrut

Həqiqətlərə pərdə çəkən və dinin təməl məqsədləri ilə ziddiyyət təşkil edən bu məntiqin əsil mənşəyi Bəni Üməyyədən qaynaqlanır. Əməvi zehniyyətindən qaynaqlanan “hakim yer üzündə Allahın kölgəsidir” məntiqini ikinci dəfə yaşadan İbn Teymiyyə idi. O, bu düşüncəsini müsəlman xalqına güya İslamın əsil meyarı kimi göstərməyə çalışmışdır. Halbuki, əməvilər bu saxta meyardan zülmlə idarə etdikləri hakimiyyəti uzun müddət yaşatması üçün istifadə ediblər. Səltənətlərinin ömrü uzandıqca, güya bu işdə Allahın nüsrəti və köməyinin olduğu iddiasını ediblər.

Lakin bu məntiq heç bir İlahi vədə və istəkləri ilə uyğun deyildir. Belə bir düşüncə tərzi İslamın üsuluna və siyasi dövlətçilik meyarına ziddir. Əsil həqiqət isə budur ki, bu məntiq dinin məntiq və təfəkkürü baxımından batildir.

Çünki peyğəmbərlərin əksəriyyəti öz düşmənləri qarşısında zahiri məğlubiyyət yaşayamalarına baxmayaraq, Allah Təala nüsrət və köməyi başda peyğəmbərlər olmaqla ilahi şəxsiyyətlərə, xizlan və xar olmanı isə onların düşmənlərinə aid edib. Onların arasında özlərinin və dostlarının canlarını fəda edənlər də olsa belə, Allah onları həqiqi qalib adlandırmışdır.

Allah Təala peyğəmbərlərinə əta etdiyi öz nüsrəti haqqında buyurur

إِنَّا لَنَنْصُرُ رُسُلَنا وَ الَّذينَ آمَنُوا فِي الْحَياةِ الدُّنْيا وَ يَوْمَ يَقُومُ الْأَشْهاد .

Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə) və şahidlərin ayağa qalxdıqları gündə (Qiyamətdə) kömək edərik. (Ğafir, 51)

Allah-Təala digər bir ayədə isə İslamın əziz Peyğəmbərini (s) və onun dostlarını zəif hesab edən kafirlərə həqiqətdə kimin güclü və kimin zəif olduğunu anlamadıqları haqqında buyurur:

حَتىَّ إِذَا رَأَوْاْ مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَ أَقَلُّ عَدَدًا .

Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər. (Cin, 24)

Qureyşli kafilrlər Ühüd döyüşündə müsəlmanlar üzərində zahiri qalibiyyət əldə etmələrinə baxmayaraq, Quranın məntiqi Qureyşi həqiqətdə məğlub elan edərək, onlara cəhənnəm əzabını vədə vermişdir:

قُلْ لِلَّذينَ كَفَرُوا سَتُغْلَبُونَ وَ تُحْشَرُونَ إِلى‏ جَهَنَّمَ وَ بِئْسَ الْمِهادُ .

Kafirlərə de: “Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız.” Ora qalmaq üçün çox pis yerdir. (Ali-İmran, 12)

Əgər biz sadəcə Uhud döyüşünə Bəni Uməyyə və İbn Teymiyyə məntiqi ilə baxsaq, Allah Rəsulu (s) məğlub və qureyşli kafiləri isə meydanın qalibləri və Allah tərəfindən nüsrət əta edilmişlər hesab etməliyik. Çünki zahiri qələbə qazananlar da məhz onlardır. Lakin Quranın məntiqi bunun tam əksi olaraq, Əbu süfyanları məğlub, Allah Rəsulunu (s) isə Ühüdün əsl qalibi elan etmişdir.

Qələbə və məğlubiyyət haqqında Quranın meyarı məlumdur. Peyğəmbərlər və onların ardıcılları zahiri məğlubiyyət yaşasalar belə, qalib hesab olunur. Onlara qarşı zahiri qələbə əldə edən küfr qoşunu isə həmişə məğlub olan tərəfdir.

Odur ki, İmam Hüseyn ibn Əli (ə) öz qanı ilə Yezidə qalib gəldi. Baxmayaraq ki, Bəni Üməyyə və İbn Teymiyyənin meyarı ilə onlar Yezidə məğlub olaraq öz canlarından keçdilər. Lakin o Həzrətin (ə) inqilabının əbədiləşməsi və öz məramını dünyanın bütün azadlıq sevərlərinə Qiyamətə qədər çatdırması onun əsil qalib olduğundan xəbər verir.

Elə bu məntiqə əsasən Allah-Təala Adəm (ə) oğlu Habili önə çəkərək onu digərlərinə nümunə və ülgü göstərir, lakin onu öldürən və zahirdə qalib olan Qabilin məğlubiyyətindən və zərər düçar olduğundan danışır:

فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخاسِرين‏ .

Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu. (Maidə, 30)

Gördüyünüz kimi Qabilin öz qardaşı Habil üzərində fiziki və zahiri qələbəsi Quranın baxışında məğlubiyyət hesab edilir. Habil isə hətta zahiri məğlubiyyəti ilə də qalibdir.

Bütün bunlar Quranın dünya görüşü idi. İndi isə gəlin sünnə yolu ilə, yəni Allah Rəsulunun (s) məntiqi ilə bu mövzunu analiz edək.

Bəli, Allah Rəsulu (s) Allahdan dua edərək Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbu Talib (ə) və ona köməklik göstərənlər haqqında düşmənləri önündə nüsrət əta etməsini və kömək etməsini dua edib. Başqa bir tətəfdən məğlubiyyət və xar olmanı isə o Həzrətə (ə) qarşı gələnlərə və beyətlərini sındırmaqla düşmən cərgəsində yer alanlara aid edir. Bunlar əsla bir iddia deyil, əksinə faktdır. Quranın məntiqinə görə də Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbu Talib (ə) apardığı hər üç döyüşdə - Nakisin, Qasitin və Mariqin döyüşündə Allah Təalanın yardımı sayəsində əsil qalibidir. Baxmayaraq ki, Müaviyə qurduğu hökuməti ölənə qədər qorumağı bacardı. Amma Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbu Talibin (ə) hər bu üç müharibədə Allah Rəsulunun (s) göstərişi ilə döyüşməsi zahiri görünüşü alt-üst edir.

Bəzzar öz "Musnəd"ində yazır:

حدثنا عباد بن يعقوب قال نا الربيع بن سعيد قال نا سعيد بن عبيد عن علي بن ربيعة عن علي قال عهد إلي رسول الله صلى الله عليه وسلم في قتال الناكثين والقاسطين والمارقين .

İbad ibn Yəqub bizə danışdı və dedi: Rəbi ibn Səid bizə danışdı və dedi: Sədi ibn Ubeyd Əli ibn Rəbiədən, o da Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: “Allah Rəsulu (s) məndən Nakisin, Qasitin və Mariqin döyüşləri haqqında əhd alıb.

Bəzzar, Əl-Bəhr əz-zəxxar, (Musnəd əl-Bəzzar), c. 3, s. 26-27, h. 774; naşir: Muəssisə ulum əl-Quran, Məktəbə əl-ulum və əl-hikəm, Beyrut, Mədinə, 1-ci çap, 1409 h. q; təhqiq: Məhfuz ər-Rəhman Zeynullah

Heysəmi bu rəvayəti nəql etdkdən sonra yazır:

رواه البزار والطبراني في الأوسط وأحد إسنادي البزار رجاله رجال الصحيح غير الربيع بن سعيد ووثقه ابن حبان .

Bu rəvayəti Bəzzar və Təbərani nəql etmişdir. Bu hədisin sənədləri Rəbi ibn Səid istisna olmaqla "əs-Səhih"in raviləridir. Lakin İbni Həbban onu da tovsiq (etimad olunan şəxslərdən elan) etmişdir.

Heysəmi, Məcmə əz-zəvaid, c. 7, s. 238; naşir: Dar ər-rəyyan lit-turas/Dar əl-kitab əl-ərəbi - Qahirə/Beyrut, 1407 h. q

Əb Yə`la deyir:

حدثنا الصلت بن مسعود الجحدري حدثنا جعفر بن سليمان حدثنا الخليل بن مرة عن القاسم بن سليمان عن أبيه عن جده قال سمعت عمار بن ياسر يقول أمرت أن أقاتل الناكثين والقاسطين والمارقين .

Səlt ibn Məsud bizə danışdı və dedi: Cəfər ibn Süleyman bizə danışdı və dedi: Xəlil ibn Mərrə Qasim ibn Süleymandan, o da atasında, o da babasından Əmmar Yasirin belə dediyini eşitdim: “Mənə (Allah Rəsulu (s) tərəfindən) Nakisin, Qasitin və Mariqinlə döyüşmək haqqında göstəriş var idi.

Əby Yəla, Müsnəd Əbu Yəla, c. 3, s. 194, h. 1623; naşir: Dar əl-məmun lit-turas, Dəməşq, 1-ci çap, 1404

Dulabi Əmmar Yasirdən nəqlən yazır:

حدثنا الحسن بن علي بن عفان ، قال : ثنا الحسن بن عطية ، قال : ثنا أبو الأرقم ، عن أبي الجارود ، عن أبي الربيع الكندي ، عن هند بن عمرو ، قال : سمعت عمارا يقول : أمرني رسول الله [صلى الله عليه وسلم] أن أقاتل مع علي الناكثين والقاسطين والمارقين .

Həsən ibn Əli ibn Əffan bizə danışdı və dedi: Həsən ibn Ətiyyə bizə danışdı və dedi: Əbul Ərqəm Əbu Caruddan, o da Əbu Rəbi Kindidən, o da Hind ibn Əmrin belə dediyini nəql edir: Əmmarın belə dediyini eşitdim: Allah Rəsulu (s) mənə tapşırmışdı ki, Əlinin yanında Nakisin, Qasitin və Mariqinlə döyüşüm.

Dulabi, Əl-Kina və əl-Əsma, c. 1, s. 360; naşir: Dar İbn Həzm, Beyrut, Livan, 1-ci çap, 1421 h. q; təhqiq: Əbu Quteybə Nəzər Məhəmməd Faryabi

Şaşi yazır:

حدثنا أحمد بن زهير بن حرب نا عبدالسلام بن صالح أبو الصلت نا عائذ بن حبيب نا بكر بن ربيعة وكان ثقة نا يزيد بن قيس عن إبراهيم عن علقمة عن عبدالله قال أمر رسول الله صلى الله عليه وعلى آله وسلم عليا أن يقاتل الناكثين والقاسطين والمارقين .

Əhməd ibn Zuheyr ibn Hərb bizə danışdı və dedi: Əbdüssalam ibn Saleh Əbu Səlt bizə danışdı və dedi: Aiz ibn Həbib bizə danışdı və dedi: Etibarlı ravi sayılan Bəkr ibn Rəbiə bizə danışdı və dedi: Yezid ibn Qeys İbrahim ibn Əlqəmədən Abdullah ibn Məsudun belə dediyini nəql edir: Allah Rəsulu (s) Nakisin, Qasitin və Mariqin ilə döyüşməsi haqqında Əliyə (ə) göstəriş vermişdir.

Şaşi, Müsnəd Şaşi, c. 1, s. 342; naşir: Məktəbə əl-ulum və əl-hikəm, Mədinə, 1-ci çap, 1410 h. q; Məhfuz ər-Rəhman Zeynullah

Təbərani bu mətləbi Abdullah ibn Məsuddan belə nəql edir:

حدثنا الْهَيْثَمُ بن خَالِدٍ الدُّورِيُّ ثنا محمد بن عُبَيْدٍ الْمُحَارِبِيُّ ثنا الْوَلِيدُ بن حَمَّادٍ عن أبي عبد الرحمن الْحَارِثِيِّ عن إبراهيم عن عَلْقَمَةَ عن عبد اللَّهِ قال أَمَرَ عَلِيٌّ بِقِتَالِ النَّاكِثِينَ وَالْقَاسِطِينَ وَالْمَارِقِينَ .

Heysəm ibn Xalid Dövri bizə danışdı və dedi: Məhəmməd ibn Ubeyd Muharibi bizə danışdı və dedi: Vəlid ibn Həmmad Əbu Əbdürrəhman Harisidən, o da İbrahim ibn Əlqəmədən, o da Abdullah ibn Məsudun belə dediyini nəql edir: Allah Rəsulu (s) Əliyə (ə) Nakisin, Qasitin və Mariqinlə döyüşməyi tapşırdı.

Təbərani, Əl-Mucəm əl-kəbir, c. 10, s. 91, h. 10054; naşir: Məktəbə əz-Zəhra, Mosul, 2-ci çap, 1404 h. q; təhqiq: Həmdi ibn Əbdülməcid Sələfi

Hakim ən-Nisaburi bu mətləbi Əbu Əyyub Ənsaridən nəql edərək yazır:

حدثنا أبو سعيد أحمد بن يعقوب الثقفي ثنا الحسن بن علي بن شبيب المعمري ثنا محمد بن حميد ثنا سلمة بن الفضل حدثني أبو زيد الأحول عن عقاب بن ثعلبة حدثني أبو أيوب الأنصاري في خلافة عمر بن الخطاب رضي الله عنه قال أمر رسول الله صلى الله عليه وسلم علي بن أبي طالب بقتال الناكثين والقاسطين والمارقين

Əbu Səid Əhməd ibn Yəqub Səqəfi bizə danışdı və dedi: Həsən ibn Əli ibn Şəbib Muəmməri bizə danışdı və dedi: Məhəmməd ibn Həmid bizə danışdı və dedi: Sələmə ibn Fəzl Ömərin xilafəti dövründə Əbu Əyyub Ənsarinin belə dediyini nəql edir: Allah Rəsulu (s) Əliyə (ə) Nakisin, Qasitin və Mariqinlə döyüşməyi tapşırdı.

Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c. 3, s. 150, h. 4674; naşir: Dar əl-kutub əl-elmiyyə, Beyrut, 1-ci çap, 1411 h. q; təhqiq: Mustafa Əbd əl-Qadir Ata

Məqdisi yazır:

فقال علي عليه السلام دعوهم حتى يأخذوا مالا ويسفكوا دما وكان يقول أمرني رسول الله صلى الله عليه وسلم بقتال الناكثين والقاسطين والمارقين فالناكثون أصحاب الجمل والقاسطون أصحاب صفين والمارقون الخوارج .

Əli (ə) kufəliləri mal əldə etmək və qan tökmək üçün döyüşə çağırarkən buyurardı: “Allah Rəsulu (s) mənə Nakisin, Qasitin və Mariqinlə döyüşməyi tapşırmışdı. Nakisin Cəməl əhli, Qasitin Siffiyn əhli və Mariqin xəvaricdir.”

Əl-Məqdisi, Əl-Bədu və ət-tarix, c. 5, s. 224, naşir: Məktəbə əs-siqafə əd-diniyyə, Pursəid

İbni Həcər əl-Əsqəlani, Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbu Talibin (ə) Nakisin, Qasitin və Mariqinlə Allah Rəsulunun (s) əmri əsasında döyüşdüyünü doğrulamışdır:

فَائِدَةٌ كانت وَقْعَةُ الْجَمَلِ في سَنَةِ سِتٍّ وَثَلَاثِينَ وَكَانَتْ وَقْعَةُ صَفِّينَ في رَبِيعٍ الْأَوَّلِ سَنَةَ سَبْعٍ وَثَلَاثِينَ وَاسْتَمَرَّتْ ثَلَاثَةَ أَشْهُرٍ وَكَانَتْ النَّهْرَوَانُ في سَنَةِ ثَمَانٍ وَثَلَاثِينَ
قَوْلُهُ ثَبَتَ أَنَّ أَهْلَ الْجَمَلِ وَصِفِّينَ وَالنَّهْرَوَانِ بُغَاةٌ هو كما قال وَيَدُلُّ عليه حَدِيثُ عَلِيٍّ أُمِرْت بِقِتَالِ النَّاكِثِينَ وَالْقَاسِطِينَ وَالْمَارِقِينَ رَوَاهُ النَّسَائِيُّ في الْخَصَائِصِ وَالْبَزَّارُ وَالطَّبَرَانِيُّ وَالنَّاكِثِينَ أَهْلُ الْجَمَلِ لِأَنَّهُمْ نَكَثُوا بَيْعَتَهُ وَالْقَاسِطِينَ أَهْلُ الشَّامِ لِأَنَّهُمْ جَارُوا عن الْحَقِّ في عَدَمِ مُبَايَعَتِهِ وَالْمَارِقِينَ أَهْلُ النَّهْرَوَانِ لِثُبُوتِ الْخَبَرِ الصَّحِيحِ فِيهِمْ أنَّهُمْ يَمْرُقُونَ من الدِّينِ كما يَمْرُقُ السَّهْمُ من الرَّمِيَّةِ وَثَبَتَ في أَهْلِ الشَّامِ حَدِيثُ عَمَّارٍ تَقْتُلُهُ الْفِئَةُ الْبَاغِيَةُ وقد تَقَدَّمَ وَغَيْرُ ذلك من الْأَحَادِيثِ .

Otuz altıncı (h.q.) ildə Cəməl döyüşü və otuz yeddinci (h.q.) ilin rəbiyul-əvvəl ayında üç ay davam edən Siffiyn döyüşü baş verib. Nəhrivan döyüşü də otuz səkkizinci (h.q.) ildə oldu. Cəməl, Siffiyn və Nəhrivan əhli təcavüzkar və zülmkar idilər. Çünki bu üç dəstə ilə vuruşma əmrini Allah Rəsulu (s) özü Əliyə (ə) vermiş və buyurmuşdu: “Nakisin, Qasitin və Mariqinlə döyüş!”

Bu rəvayəti Nəsai (“Xəsais” kitabında), Bəzzar və Təbərani nəql etmişdirlər. Nakisin həmin Cəməl əhlidir. Onlar Əli (ə) ilə olan beyətlərini sındırdılar. Qasitin Şam əhlidir. Onlar haqqa qarşı çıxdılar və beyətdən boyun qaçırdılar. Mariqin Nəhrivan əhlidirlər. Səhih xəbərdə gəldiyinə görə onlar oxun kamandan çıxdığı kimi dindən çıxıblar. Şam əhli haqqında Allah Rəsulunun (s) Əmmar Yasir barədə sabit olan bir hədisdə buyurur: “Onu (Əmmar Yasiri) təcavüzkar və zülmkar dəstə öldürəcək.” Bu barədə əvvəl də qeyd edilib və bundan başqa rəvayətlər də mövcuddur.

İbn Həcər əl-Əsqəlani, Təlxis əl-həbir fi əhadis ər-rafii əl-kəbir, c. 4, s. 44; naşir: Əl-Mədinə əl-munəvvərə, 1384 h. q; təhqiq: Seyid Abdullah Haşim Yəmani Mədəni

Məlum olduğu kimi Əmmar Yasir Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbu Taliblə (ə) birgə ona kömək məqsədi ilə Cəməldə döyüşdü və Siffiyndə zalım və batil dəstə tərəfindən şəhid edildi. İmam (ə) özü də Nəhrivandan qaçmağı bacaran xəvariclərdən Əbdürrəhman ibn Mülcəm tərəfindən Ramazan ayının 19-da sübh namazı qılarkən mehrabda başından zərbətləndi və Ramazan ayının 21-i şəhadətə çatdı.

Beləliklə, səksən il xalqa zülmlə başçılıq etmələrinə və çox yerləri fəth etmələrinə baxmayaraq, Allah Təala Bəni Üməyyəni (Əməviləri) xar və məğlub etdi. Bunun müqabilində Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbu Talib (ə) və tərəfdarları zahiri məğlubiyyətlər və tarix boyu gördükləri zülmlərlə qalib gələn tərəf oldular.

Gəldiyimiz bu qənaətə tarix ən sədaqətli şahiddir. Çünki Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbu Talibin (ə) məhəbbəti, fikri, əqidəsi, məramı və hər bir xüsusiyyəti ilə bütün insanların qəlbində özünə məxsus yer tutmuşdur. Onun xatirəsi bu gün də izzət və məhəbbətlə yad edilir. Qəbri bütün aşiqləri üçün eşq ocağına çevrilmişdir. Lakin Bəni Üməyyə adı isə xalqın xatirəsində qaranlıqlar, zülm, cinayət, fəsad və sair kimi ən alçaq xüsusiyyətlərlə birgə tanınır.

Allah Rəsulunun (s) duasının qəbul edilmədiyi haqqında İbn Teymiyyənin yaratmaq istədiyi şübhənin ən gözəl cavabı da elə məhz budur!

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə: Zaur Məmmədov (Xaçmaz)

Redaktor: Fərhad Mirzə

Рейтинг

В этом разделе