“Doğru yol və yanlış yol” proqramı - 7-ci veriliş: Sələfilərin (vəhhabilərin) müsəlmanlara qarşı cinayətləri

»»

“Doğru yol və yanlış yol” proqramı - 7-ci veriliş: Sələfilərin (vəhhabilərin) müsəlmanlara qarşı cinayətləri

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Əllahummə salli əla Muhəmməd və Ali-Muhəmməd və əccəil fərəcəhum. Allahın salamı, rəhməti sizin üzərinizə olsun, əziz və hörmətli tamaşaçılar!

Yenə də “Doğru yol və yanlış yol” silsiləvi proqramda sizinlə olmağımıza çox sevinirik. Bu proqram vəhhabilər rüsvay etmək, onların tarxiçələrini nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur. Cavanlara və bütün camaata bunların kim olmaları, haradan gəlmələri, nə işlər görmələri, digər məzhəblərin bu firqə haqqında fikirləri aydın olsun deyə bu proqram hazırlanmışdır.

Keçmiş həftələrin adətinə görə əziz ustad Yəzdaninin xidmətindəyik. Sizi salamlayıram. Salam əleykum və rəhmətulah.

Ustad Yəzdani: Salam əleykum və rəhmətullah.

Mən də sizi və “Vilayət” kanalının bütün əziz izləyicilərini salamlayıram.

Aparıcı: Biz keçmiş verilişlərdə vəhhabiliyin tarixçəsi, onların haradan gəlməsi, vəhhabilərin təkfir siyasəti, vəhhabilər barəsində əhli-sünnə alimlərinin nəzərləri, vəhhabilərin əhli-sünnə alimləri barəsində nəzərləri, vəhhabilərin şiələr və digər məzhəblər barəsində nəzərlərini ustad Yəzdaninin vasitəsi ilə əldə etdik. Həmçinin, vəhhabilərin əhli-sünnəni, təbliğ camaatını, əşəriləri, əhli-sünnənin bütün fiqhi və kəlami ardıcıllarını təkfir etmələri haqqında nəzərlərini, əhli-sünnə alimlərini təhqir etmələrini və sonda peyğəmbərləri təkfir etmələrini də müşahidə etdik. Onlar peyğəmbərlərin əvvəl kafir olduqlarını, sonradan müsəlman olduqlarını deyirdilər. Həmçinin bəzi peyğəmbərlərin kafir olduqlarını deyir, lakin onların tövbə etmələrinə dəlil gətirmirdilər. Vəhhabiliyin adını eşidən kimi insanların zehnində, öldürmək, terror, təkfir kimi düşüncələr canlanır. Bu gecə isə vəhhabilərin cinayətləri barəsində danışmaq istəyirik. Ustad Yəzdani, buyurun, bu gecə üçün nə proqram təqdim edəcəksiniz?

Ustad Yəzdani: Əgər biz tarix boyu vəhhabilərin cinayətlərini göstərmək istəsək, onda bizim o tarix uzunluğunda da proqramlarımız olsun. Çünki elə bir gün yoxdur ki, vəhhabilər dünyanın hər hansı məntəqəsində baş kəsməsinlər, adam öldürməsinlər.

Biz yalnız vəhhabilərin müxtəlif dövlətlərdə törətdikləri cinayətlərinin bir hissəsini xülasə şəkildə təqdim edəcəyik. İnşallah, gələcək həftələrdə də elmi bəhslərə daxil olacağıq.

Vəhhabilərin Məkkə camaatını öldürmələri:

Vəhhabiliyin təsis edənlərin zamanında törətdikləri cinayətlərdən biri də Məkkə camaatını öldürmələridir. İslam dünyasının mərkəzi Məkkə şəhəridir. Bu şəhərin camaatının hamısının kafir olmasını demək insafdan uzaq bir inancdır. Biz keçən həftələrdə də dedik ki, bunlar Məkkə və Mədinə camaatının kafir olduqlarını və onların hamısının öldürülməsinin vacib olmasını deyirdilər. Onlar hər kəsi kafir bildiklərinə görə Məkkə şəhərinə hücum edib oranı mühasirəyə aldılar. Bu mühasirəni o qədər uzatdılar ki, camaat məcbur olub it və ya adam əti yeməyə başladılar.

“Əd-Durər əs-səniyyə fi ər-rədd əla əl-vəhhabiyyə”, müəllifi Məkkə müftisi Seyyid Əhməd ibn seyyid Zeyni Dəhlandır. O, bu kitabı vəhhabilik hökumətinin iki dövrü arasında yazmışdır. Bu kitab çox mühüm bir kitabdır. “Məktəbə əl-əhbab” çapı, səhifə 117:

ثم قصدوا مكة في الحرام من سنة 1218. ولم يكن للشريف طاقة لقتالهم , فترك لهم مكة ونزل إلى جدة... ثم توجوا إلى جدة لقتال الشريف غالب فقاتلهم وأطلق عليهم المدافع فلم يستطيعوا دخول جدة ... في شهر ربيع الأول من السنة المذكورة رجع الشريف غالب من جدة ومعه الباشا صاحب جدة وكثير من العساكر , وأخرج من كان بمكة من جماعتهم واستولى على مكة كما كان , ثم تتابعت بينه وبينهم الحرب والغزوات إلى سنة 1220 , فتغلبوا وملكوا جميع الأطراف وحاصروا مكة حتى اشتد البلاء وعم الغلاء وأكل الناس الكلاب والجيف ...

“Sonra onlar 1218-ci ilin haram ayında Məkkəyə üz tutdular. O zaman (Məkkə hakimi) Şərifin onlarla döyüşməyə gücü olmadı. Buna görə də Məkkəni onlara tərk edib Ciddəyə çəkildi... Sonra onlar Şərif Ğaliblə döyüşməkdən ötrü Ciddəyə yollandılar. Şərif Ğalib onlarla döyüşüb üzərlərinə topla atəş açdı, buna görə də onlar Ciddəyə girə bilmədilər... Həmin ilin Rəbiul-Əvvəl ayında Şərif Ğalib Ciddənin hakimi olan Paşa və çoxlu sayda qoşunla birlikdə Ciddədən qayıtdı. (Məkkəyə gələrək) onlardan Məkkədə olan şəxsləri Məkkədən çıxardı və əvvəlki kimi Məkkəyə hakim oldu. Sonra 1220-ci ilə qədər onlar arasında döyüşlər və yürüşlər davam etdi. Nəhayət, onlar qalib gəldilər və bütün nahiyələrə hakim olub Məkkəni mühasirəyə aldılar. Bu zaman bəla şiddətləndi, hər yerə bahalıq hakim oldu, camaat it əti və leş yeməyə məcbur oldu!...”

Vəziyyət belə olanda Məkkənin sünni məzhəbli hakimi Şərif Ğalib vəhhabilərlə sülh etməyə məcbur oldu, onlar Məkkəyə daxil oldular və hələ də Məkkə onların hakimiyyəti altındadır.

Baxın görün bunlar Məkkə camaatı və əhli-sünnə alimləri üçün necə vəziyyət yaradıblar. Orda ki, şiə yox idi. Bəlkə də ümumiyyətlə orada şiə yox idi. Lap olsa da, çox az olardı.

Biz ötən verilişlərdə də dedik ki, vəhhabilər Məkkə alimlərini nizamnaməni məcburən imzalatdırdılar və onları bundan əvvəl müşrik və kafir olmalarına demələrinə məcbur etdilər. Yəni, biz bundan əvvəl kafir olmuşuq, malımız və qanımız halal olub və biz yeni dinə iman gətirməliyik.

Bunlar vəhhabilərin Məkkə camaatın qarşı olan cinayətləri idi.

Aparıcı: Yəni tarixin təkrar olunmasını nəzər alsaq, gərək ibrət götürək. Əgər bir qrup vəhhabiliyi müdafiə etmək istəyirsə, gərək heyvanların ətindən, o cümlədən it əti yesin.

Ustad Yəzdani: Belə hadisələr çox baş vermişdir. Əfqanıstanda vəhhabilər Bamyana hakim kəsilən ili Dərr Sufu da tutmaq istəyirdilər. O yerdə də bu hadisələr baş verdi. Camaat ot-ələf yeməyə məcbur oldu. Əfqanıstanda camaat şiə idi və heç bir yolla təslim olmadılar. Lakin Məkkə camaatı təslim olmağa məcbur oldu.

Növbəti mətləb vəhhabilərin nə qədər vəhşi olmaları barəsindədir. Səudiyyə Ərəbistanının Londonda fövqəladə və səlahiyyətli nümayəndəsi bir kitab yazmışdır. İnsan bu kitabı oxuyarkən,həqiqətən bunların necə vəhşi insanlar olmalarına təəccüb edir.

“Cəzirə əl-ərəb fi qərn əl-işrin” kitabı, müəllifi Səudiyyə Ərəbistanının Londonda fövqəladə və səlahiyyətli nümayəndəsi Hafiz Vəhbədir. Bu kitab “Mətbəə lucnə ət-təlif və ət-tərcumə və ən-nəşr” nəşriyyatında 1354-cü hicri-qəməri ilində çap olunmuşdur. O, 249-cu səhifədə Məlik Əbdül-Əzizdən bir xatirə nəql edir. O da bu xatirəni babası Səud ibn Əbdül-Əziz ibn Məhəmməddən nəql edir.

كان سعود مشهوراً بالقسوة على المجرمين , سمعت مراراً من جلالة الملك أنه حبس مرة بعض شيوخ المطير فجاء بعض كبارهم للإستشفاع لهم وأنس منهم روح الإعتزاز فأمر بقطع رؤوس المسجونين وأحضر برؤوسهم على مائدة قدمت لبني عمهم الذين جاءوا للإستشفاع فيهم ثم أمرهم بالأكل من المائدة.

“Səud cinayətkarlara qarşı sərt qəlbi olmasıyla məşhur idi. Mən dəfələrlə əlahəzrət Kraldan eşitmişəm ki, bir dəfə o, Muteyr şeyxlərindən bəzilərini həbs etdirir və bu zaman Muteyrin böyük şəxsləri şəfaət diləmək üçün1 Səudun yanına gəlirlər. Lakin, Səud onlardan “lovğalıq” sezir. Buna görə də həbs edilənlərin başlarının kəsilməsini əmr edir. Bundan sonra onların başlarını onlara şəfaət üçün gələn həmin əmioğlanları üçün hazırlanan süfrəyə gətizdirir. Və onlara əmr edir ki, həmin süfrədən yesinlər.”

____________________________________

1 “Şəfaət diləmək” dedikdə həmin şəxsin azadlığa buraxılmasını istəmələri nəzərdə tutulur. (Red.)

İnsan nə qədər vəhşi olmalıdır ki, bu işi görsün. Tarix boyu bundan əvvəl belə bir şeyin olmasını güman etmirəm.

وقد قص هذه الحكاية جلالة الملك عبد العزيز على بعض شيوخ مطير الذين جاءوا للإستشفاع في فيصل الدويش.

“Bu hekayəni əlahəzrət Kral Əbdül-Əziz, Feysəl əd-Duveyş üçün şəfaət istəməyə gələn Muteyr şeyxlərinə nəql etmişdir”. (Feysəl əd-Duveyş Muteyr qəbiləsinin şeyxidir –red.).

Mən bu barədə təhlil etmirəm, bu barədə mühakimə etməyi əhli-sünnə alimlərinin və əziz izləyicilərin ixtiyarına buraxıram.

Bu mətləbi əhli-sünnə alimlərindən olan Nasir əs-Səid“Tarix Ali-Səud” kitabında nəql edir və belə bir başlıqla başlayır:

آل سعود يقطعون الرؤوس البشرية ويقدمونها مع الطعام:

“Ali-Səud (Səud ailəsi) insanların başlarını kəsib onları yeməklə birgə süfrəyə qoyurlar:”

Sonra həmin hadisəni yazır və sonda belə deyir:

لما رفضوا الأكل , أمر سعود الأول بقتلهم.

“Onlar yeməkdən imtina edincə birinci Səud onların öldürülməsini əmr etdi”.

Sonra sözünə davamedərəkdeyir: Məlik Əbdül-Əzizdə özbabasının işini təkrar edir və Feysəl əd-Duveyşi öldürür.

وتوضأ بدمه ثم قام لأداء الصلاة.

“(Bundan sonra) onun qanı ilə dəstəmaz aldı və namaz qılmaq üçün ayağa qalxdı”.

Düşünmürəm ki, bir gün şeytan insana müsəllət olsa, belə cinayətləri törədər. Bunlar yalnız vəhhabilərin işidir. Onlar törətdikləri cinayətlərin şəkillərini çəkib yayımlayır və bununla fəxr edirlər. Müsəlmanın başını kəsir, onu bir qabın içinə qoyur, qabın altını yandırır, yaxud pilotun başını kəsib kabab edirlər.

Tarix boyu Kral Əbdül-Əziz və Səud ibn Əbdül-Əzizin etdiyi cinayətləri bu gün bunlar edirlər. Bütün əhli-sünnə camaatına xəbərdarlıq edirəm ki, əgər bir gün vəhhabilər sizin məntəqəyə müsəllət olsalar, yəqin bilin ki, bu cinayətləri törədəcəklər. Necə ki, bu cinayətləri onlar Pakistanda şiə və əhli-sünnəyə qarşı etdilər və Əfqanıstanın Məzari-Şərif şəhərində talibanlar bu cinayətləri törətdilər. Halbuki, onlar şiə deyildilər. Onlar milliyyətcə özbək və məzhəbcə isə əhli-sünnə idilər. Onlar şiələrlə də bu işi gördülər. Əgər biz onların qarşısında dayanmasaq, onlarla mübarizə etməsək, onlar getdikləri hər məntəqədə bu işləri görərlər.

Bir video var, çox ürək ağrıdan bir videodur. Mən xahiş edirəm əziz izləyicilərdən ki, baxa bilməyənlər kənara çəkilib baxmasınlar.

Birinci video: Kəsilmiş başlarla futbol oynayırlar. (00:19:35 - 00:20:39)

Aparıcı: Özünüz mülahizə edin, azadlıq... insanları sevmək... söz azadığı... Bu “cinayətkarlar”ın hansı böyük günahları ediblər ki, onların başlarını kəsib futbol oynayırsınız? Peyğəmbərin (s) döyüşündən üstün deyildir ki. Peyğəmbərlə (s) birlikdə olan sizin qəbul etdiyiniz səhabələr cinayətkarlarla belə edirdilər?

Ustad Yəzdani: Mühakiməni əziz izləyicilərin öhdəsinə buraxırıq. Bu öldürülənlərin heç biri şiə deyildir. Bunların hamısı Pakistan dövlətinin əsgərləridir və sünni məzhəbindəndirlər. Vəhhabi şiə-sünni anlamır. Onların arasında fərq qoymur və hamısını öldürür.

Digər bir mətləb isə “Unvan əl-məcd fi tarix ən-Nəcd” kitabında gəlmişdir. Müəllifi şeyx Osman ibn Abdullah ibn Bişr Nəcdi əl-Hənbəlidir. Bəlkə də vəhhabilərin Ali-Səudun tarixi barəsində qələmə aldıqları ilk kitabdır. Bu kitabda vəhhabilərin döyüş tarixi kamil şəkildə yazılmışdır. Bu kitabın 1-ci cildinin 123-cü səhifəsində 1118-ci ilin hadisələri barəsində yazır:

ثم إن سعود بعث سرية إلى بلد الزلفى

“Sonra Səud Zulfa şəhərinə döyüşmək üçün bir qoşun göndərdi.”

Bəni Hüseyn tayfasında olan Ədamə ibn Suveyrini də bu qoşuna başçı təyin etdi. Zulfa şəhərinin sakinləri ilə olan bu müharibə şəhərdən kənarda baş tutdu.

فقاتلهم، فظفر بهم وقتلهم أجمعين،

“Onlarla vuruşub qələbə çaldılar və onların hamısını öldürdülər.”

Bu mətləb vəhhabilərin öz kitabındadır. İndi yalan-doğru olması onların öz işidir.

Vəhhabilərin Taif camaatını öldürmələri:

Vəhhabilərin Taif camaatını öldürmələri onların vəhşiliklərindən biridir. Oranın camaatının hamısı sünni məzhəbindən idi və onların arasında bir dənə də olsun şiə yox idi.

“Əl-Fəcr əs-Sadiq fi ər-rədd əla əl-firqə əl-vəhhabiyyə əl-mariqə” kitabı, müəllifi Bağdadın əhli-sünnə alimlərindən olan Cəmil Sidqi əz-Zəhavidir. Bu alimin şəfaət və təvəssülün isbatı üçün möhkəm dəlilləri vardır. O, vəhhabilərin tarixini xülasə şəkildə yazmışdır. Bu kitabın 18-ci səhifəsində yazılır:

ومن قبائح ابن عبد الوهاب إحراقه كثيراً من كتب العلم , وقتله كثيراً من العلماء وخواص الناس وعوامهم واستباحة دمائهم وأموالهم ونبشه لقبور الأولياء وقد أمر في الأحساء أن تجعل بعض قبورهم محلاً لقضاء الحاجة.

“İbn Əbdül-Vəhhabın çirkin əmməllərindən biri də onun çoxlu elmi kitabları yandırması, (habelə) çoxlu alimləri, hörmətli şəxsləri, adi camaatı öldürməsi, onların qanlarını və mallarını halal etməsi və övliyaların qəbrlərini qazdırıb açdırmasıdır. O, Əhsa məntəqəsində bəzi qəbrlərin tualet edilməsini əmr etmişdi.”

Əhli-sünnə alimlərinin etirafına görə onlar bu işi Həzrət Xədicənin (s.ə) evində də etmişdilər. Belə ki, o xanımın evini dağıtmış, sonra oranı tualetə çevirmişdilər.

Bu kitabın 19-cu səhifəsində isə belə yazılmışdır: Məhəmməd ibn Əbdül-Vəhhab və onun tərəfdarlarının gördüyü ən pis işlərdən biri:

قتلهم الناس حين دخلوا الطائف قتلاً عاماً حتى استأصلوا الكبير والصغير وأودوا بالمأمور والأمير والشريف والوضيع وصاروا يذبحون على صدر الأم طفلها الرضيع و وجدوا جماعة يتدارسون القرآن فقتلوهم عن آخرهم ولما أبادوا من في البيوت جميعاً خرجوا إلى الحوانيت والمساجد وقتلوا من فيها وقتلوا الرجل في المسجد وهو راكع أو ساجد...

“Qoşunlar Taifə daxil olan zaman insanları kütləvi şəkildə qətliam etdilər, böyük-kiçik saxlamadılar, hamısını öldürdülər. Onlar üçün insanların əmir, ya məmur, şərəfli və ya alçaq olmalarının fərqi yox idi. İş o yerə çatdı ki, südəmər uşaqların başlarını analarının qucağında kəsməyə başladılar.Sonra bir dəstə şəxsin Quran öyrəndiklərini gördülər. Hücum edərək axırıncılarına qədər hamısını qətlə yetirdilər.Elə ki, evlərdə olan bütün şəxsləri məhv etdilər,bu dəfə bazar və məscidlərə töklüşdülər və ordakı şəxslərin hamısını öldürdülər. Hətta, məsciddə ruku və səcdə halında olan hər kəsləribelə öldürdülər…”

وتركوهم هنالك في البرد والثلج حفاة عراة مكشوفي السوآت , هم ونساؤهم من مخدرات المسلمين.

“Camaatı – kişiləri və onların qadınlarını –ayaqyalın, lüt və ayıb yerləri açıq vəziyyətdə soyuğun və qarın ortasında saxladılar.”

Bu mətləbi bir sünni alimi demişdir və yalan olması da inandırıcı deyildir. Tarixdə bundan əvvəl belə cinayətlər olubmu? Görəsən, Peyğəmbər (s) ciyər yeyən Hindlə belə rəftar etdi? İslamın əvvəlində Hinddən daha cinayətkarı yox idi ki. Sizin qəbul etdiyiniz səhabələr bunu etmişdilərmi? Əmirəl-möminin Həzrət Əli (ə) Cəməl, Nəhrəvan və Siffin döyüşlərində belə etmişdimi? Müsəlman tarixində görmüsünüzmü kimsə kişi və qadınları çılpaq şəkildə küçərələ töksün? Bu işləri yalnız bir vəhhabi etmişdir. İnsafla desək, bunlar hər cür cinayətin üzünü ağ ediblər.

Aparıcı: Ustad Yəzdani, çox maraqlıdır ki, bunları müdafiə edənlər nə fikirləşirlər görəsən? Biz əhli-sünnənin qadınlarını öz namusumuz hesab edirik və onları müdafiə etmək üçün canımızdan keçməyə də hazırıq. Amma bunlar öz həmməzhəblərinin namuslarına qarşı bunu edirlər. Lap şiə müşrikdir, kafirdir, qanı hədərdir. Bəs bu qadınlar onlarla eyni məzhəbdədir axı.

Ustad Yəzdani: Yenə də növbəti səhifədə yazır ki, vəhhabilər kitabları yandırdılar, bazarlarda olan kitabları da yandırdılar, hətta yerə tökülən kitabları da cırıq-cırıq etdilər, heç bir kitabı salamat saxlamadılar. Onlar hətta Səhih Buxari, Səhih Müslim və digər hədis və fiqh kitablarına da od vurdular. Digər bir video da vardır. Bu video haqqında saytlar da yazmışdı. Bu videoda bir qadını şiə olmasına görə camaat arasında boğub öldürürlər.

Aparıcı: Bunların cinayətləri saysız-hesabsızdır. Ustadın tək-tək qeyd etdiklərinin hamısının videoları vardır. Suriyada da bu işləri görüblər. Bu videonu da özlərinin təbliğat kompaniyasında istifadə edib fəxr edirlər.

İkinci video: Bir qadını şiə olduğu üçün boğurlar. (00:33:14 - 00:34:04)

Ustad Yəzdani: Yenə vəhhabilərin həmin Taif cinayətləri haqqında əhli-sünnənin digər böyük alimi Abdullah ibn Həsən əl-Cibirti “Əcaib əl-asar” kitabında 3-cü cild, 373-cü səhifədə belə deyir:

فحاربوا الطائف وحاربهم أهلها ثلاثة أيام حتى غلبوا فأخذ البلدة الوهابيون واستولوا عليها عنوة وقتلوا الرجال وأسروا النساء والأطفال وهذا دأبهم مع من يحاربهم.

“Üç gün vəhhabilər Taif camaatı ilə, Taif camaatı da vəhhabilərlə vuruşdular. Nəhayət, vəhhabilər qələbə çaldılar. Onlar şəhəri tutdular və zorla şəhərə hakim oldular. Bundan sonra kişiləri öldürüb qadınları və uşaqları əsir etdilər. Onların özləri ilə döyüşən şəxslərə qarşı davranışları belədir.”

Əhsa camaatının öldürülməsi:

Vəhhabilər Əhsada o qədər faciəvi cinayətlər törədiblər ki, hamısını oxumağa imkan yoxdur. “Unvan əl-məcd fi tarix ən-Nəcd” kitabının 1-ci cildinin 216-cı səhifəsində belə yazılmışdır:

أسقط كثير من الحوامل في الأحساء..

“Əhsa məntəqəsində bir çox hamilə qadınlar uşaqlarını siqt2 etdilər.”

_______________________________________

2 Siqt etmək: uşağı salmaq. (Red.)

ثم نزل سعود في الرقيقة... فأقام في ذلك المنزل مدة أشهر يقتل من قتله ويجلي من أراد إجلاءه ويحبس من أراد حبسه ويأخذ من الأموال ويهدم من المحال ويبني ثغوراً ويهدم دوراً وضرب عليهم ألوفاً من الدراهم وقبضها منهم ذلك لأجل ما تكرر منهم من نقض العهد ومنابذة المسلمين وجرهم الأعداء عليهم. وأكثر سعود فيهم القتل...

“Sonra Səud Rəqiqəyə gəldi… Orada bir neçə ay qaldı. Bu zaman öldürdüyünü öldürdü, saxlamaq istədiyini saxladı, həbs etmək istədiyini də həbs etdi. Malları alır, məntəqələri dağıdır, sərhədləri gücləndirir, evləri uçururdu. O, camaatın üzərinə minlərlə dirhəm vergi qoydu və bunu onlardan aldı. Bütün bunları onların bir neçə dəfə müsəlmanlarla [vəhhabilərlə] bağladıqları əhdi pozmalarına və düşmənləri müsəlmanları üzərlərinə salmalarına görə etdi. Səud çoxlu adam öldürdü…”

Bu vəhhabi yazar deyir ki, Səud çox adam öldürdü.

Müəllif yenə 1208-ci ilin hadisələrində Əhsa camatı barəsində belə yazır:

قتل فيها من أهل المبرز مقتلة عظيمة.

“Orada mübarizə aparan camaatdan olduqca böyük sayda şəxsi öldürdü.”

وأخذ سعود ما فيها من الأمتعة والطعام والحيوان والأموال.

“Səud oradakı avadanlıqları (yükləri və əşyaları) yeməkləri, heyvanları və malları götürdü.”

Maraqlısı burasıdır ki, müəllif sonda camaatın İslamı qəbul etdiyini və müsəlman olduğunu deyir.

Riyad camaatının öldürülməsi:

“Unvan əl-məcd fi tarix ən-Nəcd” kitabının 1-ci cildinin 120-ci səhifəsində belə yazılmışdır:

دخول عبد العزيز في الرياض :

 

ففر أهل الرياض في ساقته الرجال والنساء , هربوا على وجوههم إلى البر وقصدوا الخرج وهلك منهم خلق كثير عطشا وجوعاً.

“Əbdül-Əzizin ər-Riyada daxil olması:

Ər-Riyad camaatı kişili-qadınlı (şəhərdən) qaçdılar. Onlar baş götürüb çöllərə töklüşdülər. Xərəcə getmək istədilər. Onlardan çoxlu sayda şəxs aclıqdan və susuzluqdan həlak oldu.”

Sonra başqa mətləbləri bəyan edir:

وحاز عبد العزيز ما فيها من أموال الهاربين من السلاح والطعام والأمتعة... وقد أقام هذا الحرب سبع وعشرين سنة وذكر لي أن القتلى بينهم في هذه المدة نحو أربعة آلاف رجل؛ من أهل الرياض ألفان وثلثمائة ومن المسلمين ألف وسبعمائة.

“Əbdül-Əziz qaçan camaatın silahlarına, yeməklərinə, əşyalarına sahib oldu… O, bu müharibəni iyirmi yeddi il davam etdirdi. Mənə dedilər ki, bu müddət ərzində dörd min insan qətlə yetirildi. Onların 2300 nəfəri ər-Riyad camaatından, 1700 nəfəri də müsəlmanlardan [yəni, vəhhabilərdən] oldu..”

Riyad camaatı ya öldürülüb, ya da qaçıb səhralarda öldürülüblər. Bu camaatın hamısı sünni məzhəbindən idi.

Bəhreyn xalqının öldürülməsi:

“Unvan əl-məcd fi tarix ən-Nəcd” kitabının 1-ci cildinin 258-ci səhifəsində belə yazılmışdır:

فضاربوهم وقاتلوهم قتالاً شديداً وأخذوه من يد سلطان المذكور [سلطان بن أحمد] وقتل من قومه ما ينيف على ألفي رجل..

“(Vəhhabilər) onlarla (Bəhreyn camaatı ilə) çarpışıb şiddətli şəkildə döyüşdülər. Onlar Bəhreyni adı çəkilən sultanın (Sultan ibn Əhmədin) əlindən aldılar. Onun tayfasından iki min nəfərdən çox şəxs qətlə yetirildi...”

Kərbəla camaatının öldürülməsi:

Bunlar Kərbəlada törətdiklərini heç yerdə törətməyiblər. Bu da Kərbəla kişilərinin Qədir-Xum bayramı münasibəti ilə Nəcəfə getmələri səbəbinə oldu. Vəhhabilər də bu fürsətdən istifadə edib Kərbəlaya hücum etdi və camaatın hamısının başını kəsdilər. Bunu onlar “Unvan əl-məcd fi tarix ən-Nəcd” kitabında da yazıblar. Müəllif 1216-cı ilin hadisələrini yazarkən, 257-ci səhifədə belə yazmışdır.

وقصدوا أرض كربلاء ونازل أهل بلد الحسين , وذلك في ذي القعدة فحشد عليها المسلمون وتسوروا جدرانها ودخلوا عنوة

“Onlar Zil-Qə`də ayında Kərbəla torpağına, Hüseynin diyarına üz tutdular. Müsəlmanlar topluca onların üzərinə şığıdılar. Onlar şəhərin divarlarını aşıb zorla şəhərə daxil oldular.”

وقتلوا غالب أهلها في الأسواق والبيت وهدموا القبة الموضوعة بزعم من اعتقد فيها على قبر الحسين وأخذوا ما في القبة وما حولها.

“Şəhər əhalisinin əksəriyyətini bazarlarda və evlərdə öldürdülər. Hüseynin qəbri olduğu iddia edilən qəbrin üzərinə qoyulan qübbəni uçurdular. Qübbənin altında və ətrafında olan nə varsa hamısını götürdülər.”

وأخذوا النصيبة التي وضعوها على القبر , وكانت مرصوفة بالزمرد والياقوت والجواهر

“Qəbrin üzərinə qoyulan zirehi götürdülər. Həmin zireh zümrüd, yaqut və cəhavirlə bəzədilmişdi.”

وأخذوا جمیع ما وجدوا فی البلد من الأموال والسلاح و اللباس و الفرش والذهب و الفضة والمصاحف الثمينة وغير ذلك مما يعجز عنه الحصر

“Şəhərdə tapdıqları bütün malları, silahları, libasları, xalçaları, qızılları, gümüşləri, qiymətli müshəfləri və saya-hesaba gəlməyən digər şeyləri götürdülər.”

ولم یلبسوا فیها الا ضحوة وخرجوا منها قرب الظهر بجمیع تلك الأموال وقتل من أهلها قریب ألفا رجل.

“Onlar şəhərdə günün çıxmasından bir qədər sonrakı müddətə qədər qaldılar. Günortaya (zöhrə) yaxın bütün götürdükləri mallarla birlikdə şəhərdən çıxdılar. Kərbəla camaatından təxminən iki min nəfər şəxs qətlə yetirildi.”

Bunların 2000 nəfəri Kərbəla camaatı idi. Yəqin ki, bundan çox adam öldürüblər. Verdikləri statistik göstəricilər bundan azdır. Lakin əhli-sünnə və şiə kitablarından öldürülənlərin sayı bunlardan çox göstərilir.

Əhli-sünnə alimlərindən biri Əbdül-Əzizə bir məktub yazır. O, bu hadisələri ona yazır və niyə bu cinayətləri törətdiyini soruşur. O da cavabında deyir ki, biz bu işlərimizlə fəxr edirik və bu işlərimizi davam edəcəyik.

“Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-Nəcdiyyə” kitabı çox mühüm bir kitabdır. Məhəmməd ibn Əbdül-Vəhhabın iki oğlu bu kitaba şərh yazmış və bu kitabı çox tərifləmişlər. 10-cu cild, "Mürtədin hökmü" kitabı, 264-cü səhifədən sonrakı səhifələr. 286-cı səhifədə belə deyilir:

وقولك : إنا أخذنا كربلاء وذبحنا أهلها وأخذنا أموالها فالحمد لله رب العالمين ولا نعتذر من ذلك ونقول (وللكافرين أمثالها)

“Sən deyirsən ki, biz Kərbəlaya hücum edərək onun camaatının başını kəsmiş, mallarını almışıq; aləmlərin Rəbbi olan Allaha həmd olsun! Biz buna görə üzr istəmirik və deyirik: “kafirlər üçün də bunun kimi (günlər) var” (Muhəmməd surəsi, 10)”

Yəqin edin ki, vəhhabilər indi də bu işləri görmək istəyirlər. Növbəti videoya birlikdə baxaq.

Üçüncü video: Somali universitetində məzunların yığıncağında təkfirçi vəhhabilər tərəfindən törədilən intihar partlayışı (00:50:58 - 00:51:24)

Aparıcı: Vəhhabilərin cinayətləri dünyanı başdan-başa bürümşdür. Vəhhabilərin əli hara çatırsa həmin cinayətləri törədir və bundan zərrə qədər çəkinmirlər. Vəhhabilərin cinayətlərində görünən maraqlı məqam bu cinayətləri Allahın razılığı üçün etmələridir.

Ustad Yəzdani: Məhəmməd ibn Əbdül-Vəhhabın zamanında baş verən bir hadisə vardır. Bir kor azançı var idi. Peyğəmbərin (s) adını çəkəndən sonra salavat deyirdi. Məhəmməd ibn Əbdül-Vəhhab bu azançının sırf Peyğəmbərə (s) salavat dediyinə görə başını kəsdirdi.

“Əl-Fəcr əs-Sadiq fi ər-rədd əla əl-firqə əl-vəhhabiyyə əl-mariqə” kitabı, müəllifi Cəmil Sidqi əz-Zəhavidir, “Əs-Siddiq əl-əkbər” nəşriyyatında çap olunmuşdur.

Bu kitabda müəllif Məhəmməd ibn Əbdül-Vəhhabın əqidələrini bəyan edir. Bu əqidələrdən biri də onun Peyğəmbərə (s) salavat deməyə qarşı nifrəti var idi və bundan çox narahat olurdu. Buna görə də cümə günləri minbərlərdə ucadan Peyğəmbərə (s) salavat deməyi qadağan etdi. Bu işi görənlər isə şiddətli şəkildə cəzalandırırdı.

أنه قتل رجلا أعمی مؤذنا لم ینته عما أمره بترکه من ذکر الصلاه علی النبی صلی الله علیه و سلم بعد الأذان

“Məhəmməd ibn Əbdül-Vəhhab onun salavatın tərk edilməsi əmrinə tabe olmayıb azandan sonra Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) salavat deyən kor kişini öldürdü”.

İnsafla desək, bundan əvvəl bu cinayətin bir nümunəsi olmamışdır. Yüz faiz müstəhəb əmələ görə o, bu cinayəti törətmişdir.

Bu video çox ürək parçalayan bir videodur. Əziz izləyicilər bu videoya mütləq baxsınlar.

Dördüncü video: (00:56:50 - 00:58:40)

Aparıcı: 150 maşını partlatmaqda günahkar olan bir terrorçunun bir üzləşdirmə videosu vardır. Bu terrorçu bombalanmış maşınları partladılması nəzərdə tutulan yerə göndərir. Terror əməliyyatından əvvəlki hazırlaşmaları videoya çəkmişdir. Lakin o, qan tökməyə olan eşqini adi işlər və istedadlardan daha üstün hesab etmiş, öz istedadından uğursuz məqsədlər üçün istifadə etmiş və cinayətkarlardan birinə çevrilmişdir. Biz bunu öz dilində nəql edirik. 23 yaşlı oğlu öldürülmüş ana terrorçu ilə üzləşir.

Ana: Ondan soruşmaq istəyirəm ki, niyə oğlumu öldürdün? Niyə? Niyə? Niyə? Niyə oğlumu öldürdün? Allahdan qorxmadın? Əgər pul istəsəydin, sənə verərdim. Əgər evimi istəsəydin, sənə verərdim. Niyə oğlumu öldürdün? Niyə məni dağladın? Allahdan qorxmadın? Məgər sənin ailən yoxdur? Oğlumun həsrətini ürəyimdə saxladın. Oğlumun 23 yaşı var idi, cavan idi, indi onun ölən vaxtı deyildi.

Aparıcı: Vəhhabiləri müdafiə edənlərə təəssüflənirəm. Vəhhabilərin özləri dərk etmirlər. Lakin onları müdafiə edənlərə, özləri vəhhabi olan vəhhabi kanallarına, cinayətləri öz cərgədə olan bu vəhhabiləri müdafiə edənlərə qarşı çox təəssüf hissi keçirirəm.

Ustad Yəzdani: Mən əhli-sünnə ailələrindən xahiş edirəm ki, özlərini bir anlıq bu ananın yerinə qoysunlar. Təsəvvür etsinlər ki, övladları öldürülüb, nə qədər ürəkləri ağrayar?

Keçən həftəki verilişlərdə də demişdim ki, onlar bütün Əl-Əzhər universitetinin müəllim və tələbə heyətini kafir hesab edirlər. Açıq-aşkar deyirdilər ki, Əl-Əzhər universitetində oxuyanlar doktor yox, öküzdürlər. Əl-Əzhər universitetinə qarşı təxribatlar hazırlamış və universitetin şeyxini öldürmək istəmişdilər. Onlar Əfqanıstan etdiklərini orada da etmək istəyirdilər. Belə ki, bir mədrəsədə oranın su anbarına zəhər tökdülər və bütün tələbələri zəhərlədilər. Onlar Əfqanıstan və Pakistanda bu qəbildən olan bir çox cinayətlər törədiblər. Bu işi Əl-Əzhərdə də etmək istəmiş, oranın bütün tələbələrini zəhərləmək istəmişdilər. Universitetin alimlərindən biri buna sərt reaksiya bildirdi. Əl-Əzhər universitetinin alimlərindən biri olan əllamə Əhməd Mahmud Kərimə bir vəhhabi ilə etdiyi münazirə zamanı buna reaksiya bildirmiş və onların hər kəsi təkfir etmələrini, nə cinayətlər törətdiklərini qeyd etmişdir.

Beşinci video: Əllamə Əhməd Mahmud Kərimə telefon əlaqəsi yaradaraq bunları danışır (01:01:23 - 01:09:11)

Aparıcı: Buyurun, buyurun, şeyx.

Əllamə Kərimə: Hörmətli qardaşım, əvvəla, özlərini sələfə nisbət verən bu şəxslər İslamla ziddiyyət təşkil edən yeni bir din ixtira etmişlər. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) onlar barəsində xəbər verib buyurmuşdur: “Onlar zəmanələrinin xəvaricidirlər.” Peyğəmbərdən (s) gələn səhih bir hədisdə deyilir: “Axirəzzamanda bir qrup yaşları az, ağılları (düşüncələri) səfeh olan şəxslər ortaya çıxacaq. Yaradılmışların ən yaxşı sözünü deyəcəklər (zahirdə ən yaxşı şüarları səsləndirəcəklər). Ox kamandan çıxdığı kimi İslamdan çıxacaqlar. (Onların namazlarını gördükdə) öz namazlarınızı onların namazlarının yanında heç bir şey hesab edərsiniz, (onların oruclarını gördükdə) oruclarınızı onların orucları yanında heç bir şey hesab edərsiniz. Quran oxuyacaqlar, lakin, oxuduqları Quran boğazlarından o tərəfə keçməyəcək.” Bu zaman Hüzeyfə deyir: “Ey Allahın Rəsulu, onları bizim üçün vəsf et”. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Onlar ərəbdirlər, bizim dildə danışacaqlar.” Hüzeyfə dedi: “Bəs biz o zamanda nə edək?” Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Müsəlmanların imamına tabe ol və müsəlman camaatı ilə birlikdə ol.” Dedim: “Əgər müsəlmanların nə imamı,nə də camaatı olmasa necə?” Həzrət (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “O firqələrdən uzaqlaş. Hətta, dişinlə ağac gövdəsini gəmirməli olsan belə (onlara yaxın durma). Ta ki, ölüm sənə gələnə qədər (bu vəziyyətdə qal).”

Allahu-təala “Ənam” surəsində buyurur: “Şübhəsiz, sənin dinlərini parçalayan və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən yoxdur.” (Ənam surəsi, 159)

Məlumdur ki, sələfilik iddiası edən bu şəxsləri – müxtəlif qolları və bölmələri ilə birlikdə – qiblə əhlinin qanı maraqlandırmır. Onlar “İxvan”ı təkfir edirlər.“İxvanul-Muslimin” barədə fətvalar verirlər. “Əl-Əzhəri” təkfir edirlər. Deyirlər ki, “əl-Əzhər”in əqidəsi fasid əşəri əqidəsidir. Alimlərin azğın və batil əqidədə olduqlarına hökm verirlər, sufiləri və digərlərini təkfir edirlər. Yer üzündə təkfir etmədikləri, azğın adlandırmadıqları adam qalmayıb. Başqalarına qarşı kin və nifrət bəsləyirlər, İslam ölkələrində fitnə alovu yaradırlar. Bu şəxslərin etdikləri mütləq öz başlarına qayıdacaq. Onlar hazırkı dövrün xəvaricləridirlər. Faktlar da buna şahidlik edir. Sələfi televiziya kanallarına baxın. Siz orada yalnız söyüş, təhqir, namusa dil uzatmaq, alimlərə dil uzatmaq, müsəlmanların ehtiramını aradan aparmaq görə bilərsiniz. Baxın o qaranlıq alınlara, qaraqabaq çöhrələrə, nalayiq ifadələr işlədən dillərə... Bunların nə Misirə, nə “əl-Əzhər”ə və nə də müsəlmanlara heç bir məhəbbətləri yoxdur. Ortada bu şəxslərin qəbul etdikləri sənədlər vardır. “Taliban”, “Əl-Qaidə” və “Boko Haram”ın bunların əbasının altından çıxmalarına qəti sənədlər vardır. Malinin şimalında baş verən hadisələrdə və Misirdə, Liviyada müsəlmanların giriftarçılıqlarında səbəbkar bunlardır. Bunlar bütün müsəlmanlara düşmənçilik bəsləyirlər. Özlərini sələfi kimi təqdim edən bu xaricilər barədə Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) xəbər vermişdir. Bunlar “Əl-Əzhər”i zəiflətməyə çalışırlar. Bunların “Əl-Əzhər”lə düşmənçiliyini isbat etmək üçün dəlilə ehtiyac yoxdur. Universitetin tələbələrinin zəhərləndiyi son hadisələr bunların üzündəki maskaları çıxartdı, onların “Əl-Əzhər”, onun şeyxi və tələbələri üçün olan niyyətlərini aşkara çıxartdı.

Bunlar bizimlə camaatın arasında uçurumlar yaratdılar. Əl-Əzhər universitetinin imicinə zərər vurdular. Bizə çox töhmətlər vurdular. Biz Allaha şikayət edirik. Lakin, Allaha bunların abrını apardığına və onların pisliklərini aşkara çıxardığına görə şükr edirik. İndi hər kəs bilir ki, sələfilik iddiasında olanlar və vəhhabilər nə cür varlıqlardır. Onlar xarici yardımlardan çox mallar əldə edirlər ki, Misirdə hiylə işlətsinlər və Misiri İslam aləmində yerə vursunlar.

Aparıcı: Cənab Əllamə, bunların Əl-Əzhərin şeyxinin öldürülməsində bir rolu vardırmı?

Əllamə Kərimə: Bu sələfilik iddiası edənlər Əl-Əzhərlə korkoranə düşmənçilik edirlər və Əl-Əzhərin böyükləri ilə düşməndirlər. Onlar Əl-Əzhəri bağlamaq üçün çox çalışırlar. Bunun üçün onlara kömək göstərən ölkələrə bir rəhbər göndərilmişdir. Mənim indi “Təkfir fitnəsi” adlı bir kitabım vardır.

Bu kitabda bir sıra həqiqətlər və sənədlər mövcuddur. Mənim sözüm ümumidir. Bu vəhhabilər Əl-Əzhərin alimlərinin müsəlman və mömin olmaları və onların əqidələrinin düz olması barəsində bəyanat verməyə hazırdırlarmı? Mən Qətər və Ərəbistan tərəfindən himayə olunan bir sələfilik iddiası edən və vəhhabi şəxsi mübarizəyə dəvət edirəm.

Bunların hamısının qarşısında elan etdilər. Bunlar Misirdə tovhidi yaymaq iddiası ilə çörək yeyirlər. Sanki Misir bir müşrik ölkəsidir. Onlar iddia edirlər ki, şiəliyin genişlənməsinin qarşısını alırlar. Mən deyirəm ki, şiələr Ərəbistanda da var, amma niyə Ərəbistanı şiə etmirlər? Şiələr əmirliklərdə də var, bəs niyə əmirlikləri də şiə etmirlər?

Qətərdə dəvar, bəs niyə Qətəri şiə etmirlər? Lakin bu vəhhabilər öz əqidələrini Əl-Əzhərin əşəri əqidəsinin yerinə qoysunlar və şiənin əleyhinə olduqlarını yalan deyirlər. Körfəz ölkələri İranla düşmən olduğuna görə biz şiələrlə vuruşmalıyıqmı? Bizim bununla işimiz yoxdur və bunun bizə heç bir xeyri də yoxdur. Lakin bunlar bu müharibələrin səbəbkarıdır. Bunlar dinlə ticarət edirlər. Bunlar Peyğəmbərin (s) dinini dəyişdirən kəslərdir, doğru İslamı gizlədir və tovhidi məsihilik kimi üç allahlı formasında nümayiş etdirirlər. Allahı cisim bilir və Allahı asimanda sakin hesab edirlər. Allah üçün məsafə və məhdudluq qərarlaşdırırlar.

Aparıcı: Sizin şiə olmağınız düzgündürmü?

Əllamə Kərimə: Mən müsəlmanam, şiənin, sünninin, ibazinin və digərlərinin təəssübünü çəkmirəm. Bütün bu terminlər siyasi terminlərdir və İslamla heç bir əlaqəsi yoxdur. Mən Allahın fəzli ilə Əzhəri mədəniyyətinə malikəm və Əl-Əzhər universiteti əvvəldən, 1100 il bundan qabaqdan indiyədək bir əzhəri şiə meydana gəlməmişdir. Lakin bu vəhhabilər Əl-Əzhərin alimlərinə töhmət vurmaqla, onları təhqir edirlər.

Aparıcı: Gördünüz ki, Əllamə Kərimə əhli-sünnə ilə vəhhabi arasında gedən münazirədə vəhhabiliyi necə rüsvay etdi.

Рейтинг

В этом разделе