“Doğru yol və yanlış yol” proqramı - 11-ci veriliş: Muhəmməd ibn Əbdül-Vəhhabın kitablarında müsəlmanların təkfir olunması və onların Ehsa və Kərbəlada törətdikləri cinayətləri

»»

“Doğru yol və yanlış yol” proqramı - 11-ci veriliş: Muhəmməd ibn Əbdül-Vəhhabın kitablarında müsəlmanların təkfir olunması və onların Ehsa və Kərbəlada törətdikləri cinayətləri

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Yenə “Doğru yol və yanlış yol” silsiləvi proqramın növbəti verilişində sizinlə birlikdəyik. Elə bir proqram ki, vəhhabiləri rüsvay edir, onların tarixçələrini, vəhhabilərin digər məzhəblərlə ixtilaflarını və cinayətlərini nümayiş etdirir. Belə ki, vəhhabilər həm şiələrdən, həm də əhli-sünnədən ayrı bir qruplaşmadır və həqiqi İslamla heç bir əlaqəsi yoxdur.

Ustad Yəzdani vəhhabilər haqqında “Doğru yol və yanlış yol” proqramında vəhhabilər haqqında bir sıra mətləbləri təqdim edəndən sonra vəhhabilər əl-ayağa düşdülər. İstədilər ki, öz müqəddəslərini, yəni Muhəmməd ibn Əbdül-Vəhhabı müdafiə etməyə qalxsınlar. İstədilər ki, Muhəmməd ibn Əbdül-Vəhhabın bərbad çöhrəsini yenidən gözəlləşdirsinlər. Buna görə də istədilər ki, Muhəmməd ibn Əbdül-Vəhhab haqqında formalaşan zehniyyətləri, onun cinayət və təfəkkürlərini, vəhhabiliyin və əhli-sünnə alimlərinin bu şəxs barəsində olan nəzərlərini dəyişdirsinlər.

Keçən verilişlərdə olduğu kimi bu gün də verilişimizin qonağı Hüccətul-İslam Yəzdanidir. Biz ondan vəhhabilərin bu əl-ayağa düşməsinin səbəbini soruşacağıq.

Ustad Yəzdani: Biz “Kəlimə Tayyibə” proqramından sonra “Doğru yol və yanlış yol” proqramına başladıq və dedik ki, bizim bu proqrama başlamamızın səbəbi vəhhabiləri rüsvay etmək, onların həqiqi üzünü dünyaya göstərmək olmuşdur. Biz bu məqsədə çatmaq üçün çalışdıq. Allahın güc və qüvvəsi ilə bu hədəfə yaxınlaşdıq.

Biz bu proqramda vəhhabiliyin əqidələrini köklü şəkildə onların öz kitablarından nəql edirik və müfəssəl formada tənqid edirik. Onların birinci əqidəsi bütün müsəlmanları kafir hesab etmələridir. Fərqi yoxdur, istər şiə olsun, istər əhli-sünnə olsun, bütün müsəlmanları təkfir edir, mal və canlarını halal hesab edirlər.

Mən onların kitablarından yalnız 25 mənbə göstərdim. Orada vəhhabilərin bütün müsəlmanları kafir hesab etmələri qeyd olunmuşdu. O kitablardan biri də Muhəmməd ibn Əbdül-Vəhhabın öz kitablarıdır. O deyirdi ki, mən dərs oxuyana qədər İslam kəlməsinin mənasını bilmirdim. Mənim ustadlarım İslamın və “la ilahə illəllah” kəlməsinin mənasını bilmirdilər.

Yəni mən, ustadlarım və bütün müsəlmanlar bu günə qədər kafir olublar, İslamın mənasını bilməyiblər. Mən onlara İslamı tanıtdırdım və İslamı dirildə bildim.

Sonra əhli-sünnə alimlərinin Muhəmməd ibn Əbdül-Vəhhab haqqında olan nəzərlərini qeyd etdik. Muhəmməd ibn Əbdül-Vəhhab barəsində bir ustadın, onun atasının, qardaşının və müasir əhli-sünnə alimlərindən birinin fikirlərini bəyan etdik. Həmçinin, Muhəmməd ibn Əbdül-Vəhhabın öz kitablarında təriflədiyi şəxslərin onun barəsində olan fikirlərini izah etdik. Lakin o təriflənən şəxs Muhəmməd ibn Əbdül-Vəhhabın nütfəsinin atasından olmamasını, əksinə, şeytandan olmasını açıq-aşkar bildirmişdi.

Təbiidir ki, bizim bu mətləbləri sənəd-sübutla, heç bir təhrifə yol vermədən deməyimiz onları əl-ayağa salıb. Əlbəttə ki, onlar çox gec əl-ayağa düşüblər.

Onların Muhəmməd ibn Əbdül-Vəhhabın müdafiəsinə həsr etdikləri müxtəlif proqramlar əsasən 3 mövzunun ətrafında dövr edir.

Birincisi budur ki, Muhəmməd ibn Əbdül-Vəhhab heç kimi təkfir etməyib. Əgər düz deyirsinizsə onun “Tövhid” kitabından göstərin ki, kimi isə təkfir etmişdir. Bizim də sualımız budur ki, niyə məhz “Tövhid” kitabından göstərək və digər kitablarından göstərməyək? Biz onun “Tövhid” kitabından da göstərəcəyik ki, o əşairə və şiələri kafir hesab edir.

İkinci mövzu isə budur ki, vəhhabilər vəhhabiliyin hakimiyyətinin 1233-cü ilə qədər davam edən birinci dövründə heç bir müsəlman və heç bir şiənin öldürülmədiyini deyirlər. Bu dövrdə Muhəmməd ibn Əbdül-Vəhhab və Muhəmməd ibn Səud sağ idi və heç bir müharibə baş verməmiş, heç kəs öldürülməmişdir.

Amma biz sübut edəcəyik ki, vəhhabilərin ən böyük cinayətləri elə o dövrdə olmuşdur.

Üçüncü mövzu isə budur ki, əgər Muhəmməd ibn Əbdül-Vəhhabın kitablarında Qurana xilaf bir şey varsa, göstərin.

İnşallah, əgər fürsət olsa, bu gecə hər üç mehvər və mövzunu araşdıracağıq. Çox istəyirdim ki, bizim bəhsimiz iki tərəfli olsun. Əgər o tərəf bir söz desə, mən də Muhəmməd ibn Əbdül-Vəhhabın müxalifi olaraq özümə vəzifə bilərdim ki, ona cavab verim. Mən bu vəhhabilərə təklif edirəm ki, mənim bəyan etdiyim mətləbləri mərdliklə öz kanallarında yayımlasınlar və ona cavab versinlər.

Əgər onlar bunu etsələr, mənim yoxsa onların düz dediyi aydın olacaq. Biz bu proqramda israrla deyirik ki, Muhəmməd ibn Əbdül-Vəhhab özündən əvvəl bütün müsəlmanları təkfir etmişdir.

Maraqlıdır ki, onlar elə vəhhabi kanallarından bir verilişə bir Nəcd sakinini dəvət etmişdilər və onu Nəcddə universitetlərin birinin dekanı kimi təqdim etmişdilər. Bu şəxs həmin proqramda demişdi ki, Muhəmməd ibn Əbdül-Vəhhabın zühuruna qədər bütün insanlar Allahdan qeyrisini çağırırdılar. Eyni ilə “bütün insanlar” ifadəsini işlədir. O, bizim verilişlərdə dediklərimizi eynisini dedi.

Birinci video: 00:11:30

Vəhhabi eksperti:

“Səhabənin qəbul etdiyi İslam dini aradan getmiş, ondan zahiri şüarlardan başqa bir şey qalmamışdı. Dinin rüknlərindən yalnız namaz qalmışdı. İmanın digər rüknləri isə camaat arasında aradan getmişdi. Əksinə, Allahdan başqasına ibadət, Allahdan qeyrisindən istəmək hər kəsi əhatə etmiş, xurafatlar bütün insanların ağıllarına hakim olmuşdu. Dünyanın şərqində və qərbində olan bütün müsəlmanlar o hala gəlmişdilər ki, xurafatın bütün növləri onların həyatına nüfuz etmiş və onlara hakim olmuşdu.”

Bu vəhhabi ərəb ekspertinin sözləri idi. İndi isə aparıcının tərcüməsinə baxın:

“Əvvəldə doktor Səid bütün dünya müsəlmanlarını salamlayıb buyurdu ki, Muhəmməd ibn Əbdül-Vəhhabı tanımaq onun yaşadığı zamanı,doğulduğu və zühur etdiyi əsri tanımağı tələb edir. O zaman elə bir zaman idi ki, Allahın dini o dövrdə zəifləşmişdi. Həzrət Həsənin, Həzrət Hüseynin, Osman ibn Əlinin, Ömər ibn Əlinin və Allah Rəsulunun (s) digər əhli-beytinin gətirdikləri dindən məqsədlər, mənasik, namaz və digərləri kimi zahiri ibadətlərdən başqa bir şey tanınmırdı. Allahdan qeyrisini çağırmaq və xurafatlar o qədər yayılmışdı ki, bir İslami ayəyə çevrilmişdi. Yerin şərq və qərbinin bütün müsəlmanları bu xurafatları bir ibadət kimi hesab edirdilər.”

Ustad Yəzdani: Vəhhabi eksperti açıq-aşkar deyir ki, Allahdan başqasına ibadət etmək dünyanın şərq və qərbində yaşayan bütün müsəlmanlara nüfuz etmişdi. Biz onu istəyirik.

Biz təxminən 6 proqramda vəhhabilərin bütün müsəlmanları kafir hesab etdiklərini sabit etdik. Bu vəhhabi ekspertinin bunları etiraf etməsinə çox sevindim. Maraqlısı burasıdır ki, həmin proqramın aparıcısı cənab Haşiminin də bütün müsəlmanların təkfir edilməsinin vəhhabilərin zərərinə olduğunun fərqindədir. Elə o proqramda aparıcı bir şübhə kimi bu məsələni ortaya atmışdır ki, görəsən Muhəmməd ibn Əbdül-Vəhhab bütün müsəlmanları təkfir etmişdirmi? Bu düzdür yoxsa yalan? O ekspert də elə həmin proqramda deyir ki, xeyr, bu yalandır. Bu, düşmənlərin Muhəmməd ibn Əbdül-Vəhhaba atdıqları iftiradır. Muhəmməd ibn Əbdül-Vəhhab heç kimi təkfir etməmişdir. İkinci videoda həmin ekspertin ziddiyyətli çıxışları aydın olacaq.

İkinci video: 00:15:06

Vəhhabi eksperti:

Muhəmməd ibn Əbdül-Vəhhabın öz müxaliflərini təkfir etməsini necə demək olar? Bu bir iddia və yalandır. Bunları qərəzli insanlar özlərindən deyirlər. Təəssüflər olsun ki, bu iddialar camaat arasında yayılmış, bəziləri də buna inanmışlar. Əslində, bir çox insan inanmışdır. Lakin biz bilirik ki, Ərəbistan ölkəsinə hücum olunmuş, lakin Ərəbistanın özü heç bir ölkəyə hücum etməmişdir. Bəs necə deyirlər ki, Muhəmməd ibn Əbdül-Vəhhab təkfir etmişdir? Biz istəyirik ki, Muhəmməd ibn Əbdül-Vəhhabın öz kitablarından bizə göstərsinlər ki, o kimi isə təkfir etmişdir. Bu “Tövhid” kitabı bizdədir və fars dilinə də tərcümə olunmuşdur. Bizim farsdilli dostlarımızdan hər biri bu kitabdan müsəlmanların təkfir olunmasına dair bir kəlmə göstərsin. Heç bir şəkk yoxdur ki, bircə kəlmə belə tapa bilməyəcəklər.

Aparıcı: Bu videonu da mülahizə etsəniz görərsiniz ki, burdakı iddiaları ilə bundan əvvəlki sözləri ziddiyyət təşkil edir. Həmin videoda deyir ki, müsəlmanların əksəriyyəti Muhəmməd ibn Əbdül-Vəhhabın bütün müsəlmanları təkfir etdiyinə inanır. Onun “müsəlmanların əksəriyyəti” ifadəsindən məqsədi dəqiq olaraq şiələr və əhli-sünnədir. Bunlar bu əqidəyə malikdir, lakin vəhhabilər bu əqidəyə malik deyildir.

O, iddia edir ki, Muhəmməd ibn Əbdül-Vəhhabın “Tövhid” kitabından onun müsəlmanları təkfir etməsini göstərən bir kəlmə göstərin. Ustad Yəzdani, həmin bu bir kitabda təkfir var ya yoxdur?

Ustad Yəzdani: Təəccüblü burasıdır ki, bir izləyici bu kanala zəng edib bir mətləb oxumaq istəsə, onu məhdudlaşdırıb yalnız “Tövhid” kitabından oxumasını ondan istəyirlər. Deyirlər ki, rəvayət yoxdur. Əgər varsa da, bu bütün əhli-sünnəyə aiddir, təkcə Muhəmməd ibn Əbdül-Vəhhaba yox. Bu cür müğalitə etmək (aldadıcı söz oyunu) həqiqətən təəccüblüdür. Əsas budur ki, Muhəmməd ibn Əbdül-Vəhhabın kitablarından olsun. İstər “Tövhid” kitabı olsun, istər Rəsail əş-şəxsiyyə və ya digər kitabları olsun, Muhəmməd ibn Əbdül-Vəhhab bu kitablarda öz əqidələrini bəyan etmişdir. Sizin izləyicinin haqqını məhdudlaşdırmaq haqqınız yoxdur ki, yalnız filan kitabdan oxumalısınız.

“Tövhid” kitabı o kitabdır ki, Quran ayələri gətirmiş, bu ayələrin altında öz əqidələrinə uyğun rəvayətlər gətirib ayələri izah etməyə çalışmışdır. Bu kitabda Muhəmməd ibn Əbdül-Vəhhabın sözlərinin çoxu yoxdur ki, insan onun sözlərinə irad tutsun. İrad bu rəvayətlərə gəlir. Çünki özü bu rəvayətlərə etiqad edir və bunlarla dəlil gətirir.

Mən bir kitab yazıram, şiənin etiqadını isbat edirəm. Bir rəvayətlə dəlil gətirirəm. Görəsən, bu rəvayətlə dəlil gətirməyim mənim sözümdür yoxsa yox?

Bu cənab izləyiciyə qarşı inadkarlıq edir ki, rəvayət oxumasın, yalnız Muhəmməd ibn Əbdül-Vəhhabın kitabından oxusun. Başqa yerdən heç nə oxumasın. 2 il bundan əvvəl ustad Əbul-Qasimi bu kitabın üzərində geniş şəkildə işləmişdivə bu kitaba olan iradları götürmüşdü. Mən yalnız bu kitabda müsəlmanların təkfir olunmasının yerlərindən 2-sini göstərirəm.

“Tövhid” kitabının 50-ci səhifəsində deyir ki, əşairə həmin muəttilədir (dinin göstərişlərini tətil edənlər). Hamı bilir ki, muəttilələr kafirdir.

العشرون : إثبات الصفات , خلافاً لأشعرية المعطلة.

“İyirmi: sifətlərin isbatı barədə. Müəttilə olan əşərilərə xilaf olaraq.”

Bu kitabda bəyan edir ki, bəyan etdiyim bu ayə muəttilə əşairənin əksinə olaraq, Allahın sifətlərə malik olmasını sabit edir. Halbuki vəhhabilər muəttilələri kafir hesab edirlər.

Növbəti mətləb çox açıq-aşkar bəyan olunmuşdur. Elə həmin kitabda şiələri təkfir edirlər:

الحادي عشرة : ذكر في خطبته قبل موته بخمس :الرد على الطائفتين اللتين هما شرار أهل البدع , بل أخرجهم بعض أهل العلم من الأثنتين والسبعين فرقة وهما الرافضة والجهمية , وبسبب الرافضة حدث الشرك وعبادة القبور , وهم أول من بنى عليها المساجد.

“On bir: Peyğəmbərin (s) ölümündən beşgün qabaq dediyi xütbəsi barədə.

İki dəstəyə rəddiyyə, hansılar ki, bidət əhlinin ən pisləridirlər, hətta bəzi alimlər onları yetmiş iki firqədən ayırmışlar. Bu iki dəstə rafizilər və cəhmilərdir. Rafizilər səbəbilə şirk və qəbirlərə ibadət ortaya çıxmışdır. Onlar qəbirlər üzərində tikili tikən ilk şəxslərdirlər.”

Muhəmməd ibn Əbdül-Vəhhab, Kitab ət-tauhid, s. 62

Muhəmməd ibn Əbdül-Vəhhab bu “Tövhid” kitabında müsəlmanları təkfir edir. Qiblə əhlini təkfir etmək Quran nəssinə xilafdır. Nəssə əsasən sizə kim salam verdisə, onun mömin olmadığını deməyin.

Bu vəhhabilər hətta bu kitabın fars dilinə tərcüməsini belə yüz faiz görməyiblər,qaldı ki, Muhəmməd ibn Əbdül-Vəhhabın digər kitablarını mütaliə etsinlər. Həmin “Tövhid” kitabında açıq-aşkar şiələr və cəhmiyyələr müsəlmanlardan ayrılır və təkfir olunur.

Əhli-sünnənin böyük alimlərindən bir hissəsi cəhmiyyələrdir. O cümlədən Əbu Hənifə və digərləri cəhmiyyə olublar. Bizim üçün yalnız “Tövhid” kitabından dəlil göstərməyimiz zəruri deyildir. Biz əvvəllər də təkfir mövzusu bölümlərində Muhəmməd ibn Əbdül-Vəhhabın kitablarından xeyli mətləb qeyd etmişdik. Belə ki, bu kitablarda o, bütün müsəlmanları və əhli-sünnə alimlərini müşrik hesab edir.

Məkkə və Mədinə alimlərinin imzaladığı nizamnaməni biz təqdim etmişdik. Bu nizamnamədə onlar yazmışdılar ki, biz bundan əvvəl müşrik olmuşuq. Məkkə, Mədinə, Hicaz, Yəmən İraq və bütün İslam ölkələrinin adlarını çəkib deyirlər ki, biz əvvəl müşrik olmuşduq, Muhəmməd ibn Əbdül-Vəhhab gələndən sonra biz nicat tapdıq.

Biz bu nizamnaməni vəhhabilərin kitablarından nümayiş etdirdik. Maraqlısı budur ki, Muhəmməd ibn Əbdül-Vəhhab “Ər-Rəsail əş-şəxsiyyə” kitabında buna işarə edib deyir ki, Allah-Təala bizə minnət qoydu və Səvadi-əzəmi (müsəlmanların əksəriyyətini) təşkil edən bütün əhli-sünnə alimləri özlərinin müşrik olduqlarını etiraf etdilər.

“Muəlləfat Şeyx Muhəmməd ibn Əbdül-Vəhhab” kitablar külliyatı, “Rəsail əş-şəxsiyyə”kitabı. Bu kitabı məşhur vəhhabi müftisi Salih ibn Fovzan ibn Abdullah ibn Fovzan redaktə etmişdir. Səhifə 370-də bir məktub var:

من محمد بن عبد الوهاب إلى من يصل إليه من الإخوان...

“Muhəmməd ibn Əbdül-Vəhhabdan (bu məktubun) çatacağı qardaşlara…”

وقد منّ الله عليكم بإقرار علماء المشركين بهذا كله، سمعتم إقرارهم أن هذا الذي يُفعل في الحرمين والبصرة والعراق واليمن، أن هذا شرك بالله، فأقروا لكم أن هذا الدين الذي ينصرون أهله، ويزعمون أنهم السواد الأعظم، أقروا لكم أن دينهم هو الشرك. وأقروا لكم أيضاً أن التوحيد الذي يسعون في إطفائه، وفي قتل أهله وحبسهم، أنه دين الله ورسوله. وهذا الإقرار منهم على أنفسهم من أعظم آيات الله، ومن أعظم نعم الله عليكم،

“Allah müşriklərin alimlərinin bütün bunları iqrar etmələri ilə sizə minnət qoydu. Siz onların iqrar və təsdiqlərini eşitdiniz. Onlar iqrar etdilər ki, hərəmeyndə, Bəsrədə, İraqda və Yəməndə edilən işlər Allaha şirk qoşmaqdır.

Onlar sizin üçün iqrar etdilər ki, əhlinə yardım edib “əs-səvadul-ə`zəm” adlandırdıqları din şirkdir. Həmçinin, onlar sizin üçün iqrar etdilər ki, söndürməyə çalışdıqları, əhlini öldürməyə və həbs etməyə can atdıqları “tövhid” Allahın və Onun peyğəmbərinin dinidir. Onların öz əleyhlərinə etdikləri bu iqrar sizin üçün Allahın ən böyük ayələrindən (nişanələrindən)dir.”

Muhəmməd ibn Əbdül-Vəhhab, Rəsail əş-şəxsiyyə, Salih ibn Fovzanın təhqiqi, s. 270

Bundan böyük nə təkfir istəyirsiniz? Bu vəhhabilər hansı məntəqəyə çatdılarsa, oranın alimlərindən iqrar aldılar ki, biz bu günə qədər müşrik olmuşuq. Nəinki biz, əksinə bütün İslam məmləkətlərin alimləri müşrik olmuşdur.

“Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-nəcdiyyə” kitabıbu nizamnaməni toplamışdır. Bu kitab çox mötəbər kitabdır. Ona görə ki, Muhəmməd ibn Əbdül-Vəhhabın iki nəvəsi bu kitaba müqəddimə yazmış və bu kitabı çox tərifləmişlər. Bu kitabın 1-ci cildində "Əqaid kitabı" bölməsində, 314-cü səhifədə bu iqrarnamə qeyd olunmuşdur:

نشهد – و نحن علماء مكة ، الواضعون خطوطنا ، و أختامنا فی هذا الرقیم – أن هذا الدین ، الذی قام به الشیخ : محمد بن عبد الوهاب ، رحمه الله تعالی ، و دعا إلیه امام المسلمین : سعود بن عبد العزیز ، من توحید الله ، و نفی الشرك ، الذی ذکره فی هذا الكتاب ، أنه هو الحق ، الذی لا شك فیه و لا ریب ؛ وأن ما وقع فی مكة و المدینة ، سابقا ، و مصر والشام وغیرهما من البلاد ، الی الآن من أنواع الشرك ، المذکورة فی هذا الكتاب ، وأنه : الکفر ، المبیح للدم ، والمال والموجب للدخول فی النار.

“Bu yazıya xəttini və imzasını qoyan biz Məkkə alimləri şəhadət veririk ki, Şeyx Muhəmməd ibn Əbdül-Vəhhabın gətirdiyi, müsəlmanların imamı Suud ibn Əbdül-Əzizin də dəvət etdiyi Allahın tövhidini və şirkin inkarını təbliğ edən bu din, barəsində şəkk və şübhə olmayan haqq dindir. Biz şəhadət veririk ki, əvvəllər Məkkə və Mədinədə baş verən işlər, eləcədə indiyədək Misirdə, Şamda və sair ölkələrdə baş verən işlər bu kitabda qeyd olunan şirk növlərindəndir. Şəhadət veririk ki, bu işlər insanın qanını və malını mübah edən və insanın Cəhənnəmə daxil olmasına səbəb olan küfrdür.”

İmza edənlər isə bunlar idi: Məkkədə hənəfilərin müftisi Əbdül-Məlik ibn Əbdül-Munim əl-Qələi əl-Hənəfi, Şafeilərin müftisi Muhəmməd ibn Saleh ibn İbrahim, Malikilərin müftisi Muhəmməd ibn Muhəmməd Ərəbi, Hənbəlilərin müftisi Muhəmməd ibn Yəhya və Muhəmməd ibn Əhməd Maliki, Əbdül-Həfiz ibn Dərviş əl-Uceymi.

Bu sıra ilə sayır. Vəhhabilər nə istəyirlər bəs? Əlbəttə ki, bizim kitabı göstərməyimizə ehtiyac yoxdur. Onlar özləri xüsusi bir proqramda bunu etiraf ediblər.

Aparıcı: İnşallah növbəti proqramlarda da Muhəmməd ibn Əbdül-Vəhhabın təkfirləri haqqında danışacağıq. Biz vəhhabilərə rəddiyyə olaraq, həm öz kitablarından, həm vəhhabi tarixçilərindən, həm də əhli-sünnə alimlərinin hamısından istifadə edirik. Müasir əhli-sünnə alimləri çox faydalı şəkildə vəhhabilərin müqabilində mövqe nümayiş etdirirlər. Təqdim edəcəyimiz video da bu mövqeni əhatə edir. Rusiyanın böyük müftilərindən olan cənab Tələt Tacuddin vəhhabilər barəsində öz mövqeyini nümayiş etdirir:

Üçüncü video: 00:32:15

Təkfir əqidəsinin xətəri hər şeydən əvvəl müsəlmanlara dəyir, İslama yox. Çünki Allah Təala Qurani-Kərimdə buyurur: Quranı Biz nazil etdik və Biz də onu qoruyacağıq. Bütün xətərlər biz müsəlmanlara dəyir. Gərək bu təkfir əqidəsindən xilas olaq, əgər təqvalı olsaq. Çünki məzhəbindən, ölkəsindən və dinindən asılı olaraq bütün bəşəriyyət Muhəmmədin (s) ümmətidir.

Aparıcı: Bu əhli-sünnə aliminin sözlərini eşitdiniz. Biz demirik ki, bizim əhli-sünnə ilə heç bir fərqimiz yoxdur. Lakin vəhhabilik barəsində mövqe göstərəndə görürük ki, həm şiə, həm də əhli-sünnə eyni fikirdədir. Vəhhabiliyin xətərini dərk etmişik və vəhhabiliyin əleyhinə istər elmi şəkildə, istərsə də təbliğ formasında fəaliyyət göstəririk.

Ustad Yəzdani, siz keçən verilişdə bir nöqtəyə toxundunuz ki, bütün izləyicilər üçün, xüsusi ilə vəhhabilər üçün maraqlı ola bilər. Bu mətləblər Muhəmməd ibn Əbdül-Vəhhab barəsində onun ustadının və Muhəmməd ibn Əbdül-Vəhhabın öz ustadı Muhəmməd ibn Firuz haqqında dediyi sözlərdir. Əgər imkan varsa, bunları ikinci dəfə bəyan edərdiniz.

Ustad Yəzdani: "Dəaval-munaviin" kitabında belə yazılmışdır:

مع شدة الخصومة وضراوتها وشناعة هذا العناد واستمراره إلا أن الشيخ قد كان حريصاً على هداية أولئك الخصوم , فيبذل الأسباب والوسائل لتحقيق ما يؤدي إلى استقامتهم والتزامهم بمتابعة الحق المؤيد بالدليل , ويظهر اللين بالتلطف معهم , كما واضح في رسالته لشيخه عبد الله بن محمد بن عبد اللطيف أحد علماء إحساء حيث يخاطبه : فإني أحبك وقد دعوتك في صلاتي وأتمنى من قبل هذه المكاتيب أن يهديك الله لدينه القيم... وهذا الشيخ المخاطب قد ألف رسالة في الرد على الشيخ الإمام سماه "سيف الجهاد لمدعي الأجتهاد".

“Düşmənçiliyin şiddətli və qəddar olmasına rəğmən, inadın çirkinliyinə və davamlılığına rəğmən Şeyx bu müxaliflərin hidayət olmasına can atırdı. Onların doğru yolda olmalarına və haqqa sarılmalarına gətirib çıxaracaq səbəb və vasitələri əsirgəmirdi, onlarla mülayim və mehriban davranırdı. Necə ki, şeyxinə, İhsanın alimlərindən biri olan Abdullah ibn Muhəmməd ibn Əbdül-Lətifə yazdığı risaləsində bunu görmək olar. Belə ki, o Abdullah ibn Muhəmmədə xitab edərək deyirdi: “Mən səni sevirəm. Namazımda sənin üçün dua etmişəm. Arzu edirəm ki, bu yazışmalar nəticəsində Allah səni Öz doğru dininə hidayət etsin…” Halbuki, bu şeyx Şeyx İmama rəddiyyə olaraq “Seyful-cihad li-muddəil-ictihad” adında bir risalə yazmışdı…”

Müəllif deyir: Ümumiyyətlə bunlar qədirbilən deyildir. Muhəmməd ibn Əbdül-Vəhhab bunların hamısını çox istəyirdi, onlar üçün dua edirdi. Lakin bu əhli-sünnə alimləri onunla düşmənçilik edirdilər.

ويخاطب الشيخ عبد الوهاب بن عبد الله بن عيسى فيقول : (فإن كان إني أدعو لك في سجودي , أنت وأبوك أجل الناس إلي وأحبهم عندي...) ومع ذلك فقد عانى الشيخ الإمام من الشيخ عبد الوهاب وأبيه معاناة شديدة وأصابه منها هم وغم هو مذكور في بعض الرسالة.

“O, Şeyx Əbdül-Vəhhab ibn Abdullah ibn İsaya xitab edərək deyir: “…Mən səcdələrimdə sənin üçün dua edirəm. Sən və atan insanlar içərisində mənə ən əziz və ən sevimli olan şəxslərsiniz…”. Buna rəğmən, Şeyx İmam Şeyx Əbdül-Vəhhabdan və onun atasından çox əziyyət görmüşdür, bu əziyyət səbəbindən ona qəm-qüssə üz vermişdir. Necə ki, məktublarının birində bu qeyd olunmuşdur…”

Muhəmməd ibn Əbdül-Vəhhab Muhəmməd ibn Firuzu çox vəsf edir, Əhməd ibn İbrahimə təkrar-təkrar məktublar yazır və deyirdi:

ولكن تعرف ابن فيروز أنه أقربهم إلى الإسلام وهو رجل من الحنابلة وينتحل كلام الشيخ ابن تيمية وابن قيم خاصة

“…Lakin, bilirsən ki, İbn Firuz onlar arasında İslama ən yaxın olan şəxsdir. O, hənbəli məzhəbindəndir. İbn Teymiyyə və xüsusi ilə İbn Qayyimin tərəfdarlarındandır…”

Müəllif davamında çox maraqlı bir mətləb irəli sürür. Belə ki, İbn Firuz deyir:

... بل لعل الشيخ عبد الوهاب غفل عن مواقعة أمه يعني محمد بن عبد الوهاب فسبقه الشيطان إليها فكان أباً لهذا المارد... إلخ إنا لله وإنا إليه راجعون.

“…Xeyr, bəlkə də Şeyx Əbdül-Vəhhab onun – yəni, Muhəmməd ibn Əbdül-Vəhhabın – anası ilə yaxınlıq məsələsində qəflət etmişdir, beləcə ondan qabaq şeytan onun anasına yaxınlaşmışdır. Beləcə (şeytan) bu azğının atası olmuşdur…” Və s. İnna lillahi və inna ileyhi raciun.”

Əbdül-Əziz ibn Muhəmməd ibn Əbdül-Lətif, Dəaval-munaviin, s. 35-37

Bu sözü Muhəmməd ibn Əbdül-Vəhhabın öz ustadı demişdir, bizimlə heç bir əlaqəsi yoxdur. Maraqlısı burasındadır ki, həmin verilişdə bir nəfər Almaniyadan zəng edir və deyirdi ki, ustad Yəzdani bu mətləbləri Muhəmməd ibn Firuzun kitabından deyir. Halbuki bu şəxs Muhəmməd ibn Əbdül-Vəhhabın düşmənidir. Bu izləyici bu məsələyə etiraz edirdi.

Hər halda Muhəmməd ibn Əbdül-Vəhhab Muhəmməd ibn Firuzun İslama ən yaxın olduğunu, hənbəli olduğunu və İbn Teymiyyə və İbn Qayyimin tərəfdarlarından olduğunu demişdir.

Mümkündür ki, izləyici məndən bu şəxsin bu məsələni haradan bildiyini soruşsun. İbn Firuz bunlarla bir evdə yaşamışdır ki? Bəs haradan bilib ki, şeytan atasında qabağa düşmüşdür? Biz elə həmin "Dəaval-munaviin" kitabından sübut edəcəyik ki, İbn Firuz bunu bilə bilər. Müəllif həmin "Dəaval-munaviin" kitabında Muhəmməd ibn Əbdül-Vəhhabın əqidələrini bəyan etmişdir. Muhəmməd ibn Əbdül-Vəhhabın Qəsim camaatına yazdığı bu əqidələrindən birini yazır. Belə ki, alimlərin mənəvi mükaşifələri ola bilər:

... وأقر بكرامات الأولياء وما لهم من المكاشفات...

“..Mən övliyaların kəramət və mükaşifələrinin olmasını iqrar edirəm…”

Əbdül-Əziz ibn Muhəmməd ibn Əbdül-Lətif, Dəaval-munaviin, s.21 (Muhəmməd ibn Əbdül-Vəhhabın Qəsim camaatına məktubu)

Deməli bu İbn Firuz Muhəmməd ibn Əbdül-Vəhhabın nəzərində İslama ən yaxın olan, İbn Teymiyyə və İbn Qayyimin davamçısı, mükaşifə edən və o anı görə bilən şəxsdir… Bunun düz olub-olmamasının bizə dəxli yoxdur.

Aparıcı: Növbəti sualımız indi görəcəyimiz video barəsindədir. Mən bu videoda səslənən iddianın doğruluğu haqqında ustad Yəzdanidən soruşacağam.

Dördüncü video: 00:41:42

Muhəmməd ibn Əbdül-Vəhhabın dəvəti genişləndi və Səudiyyə Ərəbistanının şərqində yerləşənEhsa məntəqəsini (bu məntəqənin cəmiyyətinin əksəriyyəti şiədir. Əvvəllər İsmaili şiələrdən olublar, sonralar Cəfəri məzhəbinə yaxud onların bəzisi 12 imamçı məzhəbə daxil oldular) də əhatə etdi. Muhəmməd ibn Əbdül-Vəhhab oranın şəri və dini rəhbərliyini öz öhdəsinə götürdü və oranın ümumi müftisi hesab hesab olundu. Lakin heç kəs nə Muhəmməd ibn Əbdül-Vəhhabın zamanında, nə də ondan sonrakı zamanda bir şiənin sırf şiə olduğuna görə öldürdüyünü sübut edə bilməz.Necə ola bilər ki, bir kəsin öz ideoloji müxaliflərini öldürməyə qüdrəti çatsın, lakin onları aradan götürməsin və bu gün bir ittiham kimi səslənsin? Heç vaxt bir şiə sübut edə bilməz ki, bir şiənin öldürülməsində Muhəmməd ibn Əbdül-Vəhhabın əli olsun.

Aparıcı: Bu videoda iddia etdilər ki, Ehsa məntəqəsi şiələr yaşayan bir məntəqə olmuşdur. Vəhhabilərin hakimiyyətinin ilk dövründə və Muhəmməd ibn Əbdül-Vəhhabın orada olduğu dövrlərdə oranın camaatı şiə idi və şiələrdən heç biri öldürülməmişdir. Əgər bu iddia düzdürsə, bəs siz niyə keçmiş verilişlərdən Muhəmməd ibn Əbdül-Vəhhabın kəramətli insan olduğunu və heç bir şiəni öldürmədiyini demədiniz?

Ustad Yəzdani: Əlbəttə ki, ekspertlə aparıcının sözləri fərqli idi. Vəhhabi ekspert deyirdi ki, vəhhabilərin birinci hakimiyyəti dövründə, yəni Muhəmməd ibn Əbdül-Vəhhabın sağ olduğu dövrdə ondan əvvəl və ondan sonra heç bir cinayət baş verməmiş, heç bir şiə öldürülməmişdir, istər Ehsada olsun, istərsə də başqa yerdə. Lakin aparıcı sırf Ehsa camaatı barəsində danışır. Halbuki vəziyyət tam əksinədir. Ehsada şiələr öldürülmüşdür, həqiqətdə vəhhabilərin bütün cinayətləri hakimiyyətlərinin birinci dövründə və Muhəmməd ibn Əbdül-Vəhhabın sağlığında baş vermişdir. Mən bu mənbələri təfsilatı ilə gətirmişəm. Lakin vaxtın azlığı səbəbinə bunlardan birini xülasə olaraq bəyan edirəm. Bu mənbəyə əsasən, vəhhabilərin Ehsa məntəqəsinə hücum etmələrinin həqiqi səbəbi şiələri aradan qaldırmaq olmuşdur. Onlar bu məqsədlə Ehsa məntəqəsinə hücum etdilər. Öldürülənlərin siyahısını da nümayiş etdiyəcəyik.

"İmamut-təvhid Muhəmməd ibn Əbdil-Vəhhab əd-dəvə vəd-dəvlə" kitabı, Əbdül-Əziz ibn Abdullah ibn Bazın redaktəsi, Müəlliflər: Əhməd əl-Qəhtan və Muhəmməd Tahir əz-Zeyn, İskəndəriyyə, Dar əl-iman çapı

Bu kitabın 57-ci səhifəsində müəllif Səudiyyə Ərəbistanının hökumətinin birinci mərhələsini izah edib. Belə ki, bu mərhələ 1158-ci ildən başlayıb 1231-ci ilə qədər davam etmişdir. Lakin burada 1229-cu ilin hadisələrini izah edir. 59-cu səhifəyə çatanda Ehsa məntəqəsinə edilən hücumu bəyan edir:

قد حقق الموحدون بالهجوم على بني خالد في الأحساء سنة 1206 هـ -1792 م/ 1209 هـ -1795 م الأهداف التالية :

1-دافع ديني يهدف إلى القضاء على خصوم الوهابية ومعارضيها , ولا سيما الشيعة الذين ينتشرون في أقليم الأحساء مع الخواج الإباضية .

2-دافع إقتصادي يهدف إلى الإستحواذ على واحات الإقليم الخصبة الذي تنتشر فيه المزارع والبساتين وتكثر فيه المياه تعظم فيه الموانئ التي تستقبل تجارة الهند واليمن.

3-دافع سياسي يهدف إلى تأديب بعض القبائل النجدية التي فرت إلى الأحساء حيث لقيت الدعم والتأييد من بني خالد.

“Müvəhhidlər (yəni, vəhhabilər) 1206 – 1209-cu (m.1792-1795-ci) illərdə Ehsa məntəqəsindəki Bəni-Xalid qəbiləsinə hücum edərək aşağıdakı hədəfləri həyata keçirmişlər:

1. Dini hədəf: vəhhabilərin düşmənlərinin və müxaliflərinin, xüsusilə Ehsa bölgəsində yayılmış şiələrin və ibaziyyə xaricilərinin yatırılması.

2. İqtisadi hədəf:məntəqədəki münbit vahələrə nəzarət etmək. Bu məntəqədə çoxlu əkin sahələri və bağlar var idi, bol su var idi, Hindistan və Yəmənlə ticarətə yararlı olan böyük limanların mövcud idi.

3. Siyasi hədəf: Ehsa məntəqəsinə qaçan və Bəni-Xaliddən dəstək və yardım görən bəzi Nəcd qəbilələrini ədəbləndirmək.”

Amma Ehsa məntəqəsinə hücumlarının əsas məqsədləri şiələrlə düşmənçilik və onları öldürmək olmuşdur.

Mən Şeyx Osman ibn Abdullah ibn Bişr ən-Nəcdi əl-Hənbəlinin təlif etdiyi "Unvan əl-məcd fi tarix ən-Nəcd" kitabının 1-ci cildində yazılmış vəhhabilərin törətdikləri cinayətləri tamaşaçılara nümayiş etdirmək istəyirəm. Bu kitabın mündəricatında 1157-ci ildən 1231-ci ilə qədər olan vəhhabilərin birini hakimiyyətləri dövründə bir sıra müharibə və cinayətlər yazılmışdır. Bu zaman Muhəmməd ibn Əbdül-Vəhhab da sağ idi.

حوادث سنة 1158 هـ

ابتداء أمر دهام في الرياض , ابن سعود ينصر دهام – بداية عداوة دهام – وقعة الشباب – وقعة العبيد.

1158-ci ilin hadisələri: Dəhham məsələsi. İbn Səud Dəhhama kömək edir. Dəhhamın düşmənçiliyinin başlaması. Şəbab döyüşü. Əbid döyüşü.

حوادث سنة 1160 هـ

الوقائع والغزوات – وقعة دلفة – عثمان بن معمر.

1160-cı il: Döyüşlər və qəzvələr. Dulfə döyüşü. Osman ibn Məmər.

حوادث سنة 1161 هـ

وقعة البنية, وقعة الجزيرة – وقعة البطين.

1161-ci il: Əl-Bəniyyə, əl-Cəzirə və əl-Bətin döyüşləri.

حوادث سنة 1162 هـ

وقعة الحبنوية.

1162-ci il: Həbnəviyyə döyüşü.

حوادث سنة 1163 هـ

وقعة البطحاء – وقعة الوطية.

1163-cü il: Əl-Bətha və Əl-Vətiyyə müharibələri.

حوادث سنة 1171 هـ

وقعة البطحاء – وقعة أم العصافير.

1171-ci il: Əl-Bətha və Umm əl-Əsafir müharibələri.

حوادث سنة 1176

إلى الرياض – عبد العزيز يغزو الأحساء.

1176-cı il: Ər-Riyada doğru. Əbdül-Əziz Əhsaya yürüş edir.

Beləliklə, müəllif bu illərdə baş verən hadisə və müharibələrin adlarını qeyd edir. Bu dövrdə hər il müharibə baş vermişdir. Müəllif neçə səhifə yalnız baş vermiş müharibələrin adlarını açıqlayır. Bu kitabda bu müharibələrdən başqa bir şey yoxdur. Biz onun xülasəsini sizə çatdırırıq.

Bu kitabın 1-ci cildinin 57-ci səhifəsində belə yazılmışdır:

قتل من مشاهيرهم موسى بن عبد القادر... وقتل منهم نحو خمسة وعشرين رجلاً... و في هذه السنة جرت وقعة الخريزة ... وقتل من أهل الرياض ستة رجال , ومن أهل العيينة نحو عشرة... وفيها جرت وقعة البطين وهي وقعة عظيمة.. وقتل منهم نحو سبعين من أشرافهم...

1161-ci ilin hadisələri:

Əl-Bəniyyə müharibəsi: Bu müharibədə məntəqənin məşhur şəxslərindən olan Musa ibn Əbdül-Qadir öldürüldü. Hureyməla camaatından 25 nəfər öldürüldü... Sonra elə həmin ildə Xərizə döyüşü baş verdi.. Bu döyüşdə Riyad camaatından 6 nəfər, Uyeynə camaatından isə 10 nəfər öldürüldü.

Müəllif növbəti səhifədə yazır:

...فجمع الغنيمة عبد العزيز , وقصد بها الدرعية عند أبيه وعند الشيخ...

“…Əbdül-Əziz qənimətləri yığıb onları Dəriyyəyə atası Muhəmməd ibn Səud və Muhəmməd ibn Əbdül-Vəhhabın yanına apardı…”

وقتل من أهل البلد ستة رجال منهم...

Yenə də həmin müharibədə 6 nəfər öldürüldü.

1162-ci ilin hadisələri:

فقتل من أهل الرياض سبعة رجال...

Bu ildə Ər-Riyad camaatı ilə müharibədə Ər-Riyad camaatından 7 nəfər öldürüldü.

Təbii ki, bunlar statistikanı az göstəriblər.

قتل من أهل الرياض سبعة رجال... فقتل منهم خمس وعشرون رجلاً.

Bətha müharibəsində Ər-Riyad camaatından 7 nəfər öldürüldü. Vətiyyə müharibəsində isə 25 nəfər öldürüldü.

1168-ci ilin hadisələri:

... وقتل منهم ستين رجلا لم ينج منهم إلا من أردفته الخيالة ...

“…Onlardan 60 nəfər şəxsi öldürdü. Onlardan yalnız atlıların arxalarınca düşüb tutduqları şəxslər sağ qaldı…”

فقتل منهم نحو مائة رجل ...

Hureyməla müharibəsində 100 nəfər öldürüldü.

Əd-Dar müharibəsi:

... وقتل منهم رجالا كثيرة نحو سبعين رجلا وأخذ أموالاً كثيرة...

“… Əbdül-Əziz onlardan çoxlu sayda şəxs – təxminən 70 nəfər şəxs öldürdü,çoxlu mal-dövlət topladı…”

فقتل من قوم مبارك ثمانية عشر رجلاً ...

“Mübarəkin qövmündən 18 nəfər öldürüldü…”

Müəllif sonda öldürülənlərin hesablayıb 60 nəfər olduğunu qeyd edir.

1187-ci ilin hadisələri:

Riyadda baş verən müharibə bizim üçün çox mühümdür. Bu müharibə Muhəmməd ibn Əbdül-Vəhhabın sağ olan zamanında baş vermişdir.

ففر أهل الرياض في ساقته الرجال والنساء هربوا على وجوههم إلى البر وقصدوا الخرج وهلك منهم خلق كثير عطشاً وجوعاً.

“Riyad camaatı kişili-qadınlı şəhərdən qaçdılar. Baş götürüb çöllərə üz tutdular. Xərəcə getmək istədilər. Onlardan çoxlu sayda şəxs aclıqdan və susuzluqdan həlak oldu…”

Burada bir sıra təhriflər baş vermişdir. Təəssüflər olsun ki, əsas nüsxə əlimizdə olmadığı üçün onları göstərə bilmirik. Görəsən, (vəhhabi aparıcının sözü ilə desək) Riyad camaatı şiə idimi? Riyad camaatı şiə yox, əhli-sünnə - hənəfi və şafei idi.

Müəllif səhifənin aşağısında yazır:

وذكر لي أن القتلى بينهم في هذه المدة نحو من أربعة آلاف رجل من أهل الرياض ألفان وثلاثمائة ومن المسلمين ألف وسبعمائة.

“Mənə nəql etdilər ki, bu müddət ərzində hər iki dəstədən təxminən 4000 nəfər insan öldürüldü. Riyad camaatından 2300 nəfər, müsəlmanlardan (yəni, vəhhabilərdən) isə 1700 nəfər…”

1188-ci ilin hadisələri:

Bu ildə Zulfa camaatı ilə müharibə olmuşdur.

...فقاتلهم فظفر بهم وقتلهم أجمعين.

“…Onlarla vuruşdu, onlara qələbə çaldı və onların hamısını qətlə yetirdi…”

Vəhhabi aparıcı deyirdi ki, heç kəs öldürülməmişdir. Amma gördüyünüz kimi, bir şəhərin bütün əhalisi qətlə yetirilmişdir. Təbii ki, bu müharibə Muhəmməd ibn Əbdül-Vəhhabın sağlığında baş vermişdir.

1198-ci ilin hadisələri:

Bu müharibədə Səudun özü rəhbərlik edirdi.

....فقتل منهم في تلك الهزيمة أكثر من ثمانين رجلاً.

“O, bu döyüşdə onlardan (Ehsa məntəqəsindəki şəxslərdən) səksəndən çox adam öldürdü…”

Halbuki, vəhhabi eksperti belə deyirdi: Heç kəs indiyədək Muhəmməd ibn Əbdül-Vəhhabın bir şiəni belə öldürməsini sübut edə bilməz. Lakin biz siz vəhhabilərin öz kitablarınızdan nümayiş etdirdik ki, 1198-ci ildə Muhəmməd ibn Əbdül-Vəhhabın sağlığında, Səud ibn Əbdül-Əzizin komandanlığı altında Ehsa məntəqəsinin camaatından 80 nəfər öldürülmüşdür. Bu ədəd yalnız Ehsa camatı ilə müharibədə öldürülənlərin sayı idi. Halbuki, vəhhabilər Ehsa camaatı ilə dəfələrlə müharibə etmişlər. Bu, vəhhabi kanallarına yağlı bir cavabdır.

1202-ci ilin hadisələri:

...وقتل منهم قتلى كثيراً...

“…Onlardan çoxlu sayda şəxs öldürdülər…”

Vaxtımız az olduğu üçün hamısını oxuya bilmirik.

فقتل (سليمان بن عفيصان) منهم قتلى كثيرة من آل أبي رميح...

“(Süleyman ibn Ufeysan) Ali-Əbi Rumeyhdən çoxlu sayda şəxs öldürdü…”

Bu ildə də vəhhabilər çox insan öldürüblər.

1206-cı ilin hadisələri:

Vəhhabilər bu ildə əksəriyyətinin şiə olduğu Qətif camaatı ilə döyüşüblər. Həmin ildə Muhəmməd ibn Əbdül-Vəhhab dünyasını dəyişmişdir. Bu ilMuhəmməd ibn Səud Qətifə hücum etmişdir. Bu döyüşdə çox əcib cinayətlər törədilmişdir.

وأخذوا ما فيها من الأموال وغير ذلك مما لا يعد ولا يحصى وأخذوا عنك عنوة وقتل منهم خمسمائة رجل ...

“Qətifdəki bütün mal-dövləti və sair şeyləri, hansılar ki, saya-hesaba gəlməzlər, götürdülər. Ənək məntəqəsini də zorla ələ keçirdilər. Onlardan beş yüz nəfər şəxs qətlə yetirildi…”

Bunlar müsəlman idilər, yoxsa kafir? Əgər desəniz ki, kafir idilər, onda öz sözünüzü sındırmış olursunuz. Çünki siz deyirsiniz ki, biz heç kəsi təkfir etmirik. Yox, əgər müsəlman idilərsə, bəs niyə onların mallarını qarət etdiniz? Deməli, bu müharibədə beş yüz nəfər adam öldürülmüşdür.

Sonra Qədih məntəqəsinə gedib oranın camaatını qırdılar. Ənək və Əvamiyyə məntəqəsini də zorla ələ keçirib varlandılar.

وحاصروا الفرضة لأن أكثر أهل القطيف هربوا إليها , فصالحوا بثلاثة آلاف زر.

“…Sonra Furzəni mühasirəyə aldılar. Çünki Qətif camaatının əksəriyyəti oraya qaçmışdı. Üç min sikkə ilə onlarla sülh bağladılar…”

Siz vəhhabilər Allahın dininə görə vuruşursunuz yoxsa qızıla görə?

1205-ci ilin hadisələri:

Əbdül-Muhsin ibn Sərdahın öldürülməsi: Bu müharibədə Zeyd adlı bir komandir camaata aman verir.

ثم ان زيد المذكور وإخوانه أرسلوا إلى عبد المحسن وبذلوا له الصداقة والأمان , ووعدوه ومنوه , جتى جاء إليهم واجتمع بهم فقتلوه في مجالسهم.

“…Sonra adı çəkilən Zeyd və onun qardaşları Əbdül-Muhsinə xəbər göndərdilər. Onunla dost olduqlarını və onun amanda olduğunu bildirdilər. Ona vədələr verdilər. Nəhayət Əbdül-Muhsin onların yanına gəlib onlarla görüşdü. Bu zaman onlar (yığışdıqları) həmin məclisdə onu qətlə yetirdilər…”

Hətta bir nəfəri belə sağ buraxmadılar. Qorqan müharibəsində xəlifələr hamısını öldürüb bir nəfəri sağ buraxmışdılar, lakin bu döyüşdə heç bir nəfəri də sağ buraxmadılar.

وقصد قطر المعروف بين عمان وبحرين , فصادف منهم غزواً نحو خمسين مطية فناوخهم، فقاتلوا وهزمهم سليمان، وقتلهم إلا القليل، وأخذ ركبهم.

“(Süleyman ibn Ufeysan) Oman və Bəhreyn arasındakı Qətərə üz tutdu. Orada əlliyyə yaxın minik ələ keçirdi. Qətərlilər onunla döyüşdürlər, lakin Süleyman onları məğlub etdi. Onlardan az sayda şəxs istisna olmaqla hamısını öldürdü və onların miniklərini götürdü.”

"Tarix Nəcd", Osman ibn Abdullah ibn Bişr ən-Nəcdi əl-Hənbəli, c. 1, s. 57 və sonrakı səhifələr

Ay vəhhabi aparıcı, siz dediniz ki, vəhhabilərin hakimiyyətlərinin birinci dövründə heç bir döyüş olmamışdır və heç bir şiə də öldürülməmişdir. Bunları keçək, Kərbəla müharibəsində nə qədər insan öldürüldü?

"Tarix Nəcd" kitabı vəhhabilərin ən məşhur və ən mötəbər tarix kitabıdır. Bu kitabın 1-ci cildinin 257-ci səhifəsində belə yazılıb:

ثم دخلت السنة السادسة عشر بعد المائتين والألف وفيها سار سعود بالجيوش المنصورة والخيل العتاق المشهورة من جميع حاضر نجد وباديها والجنوب والحجاز وتهامة وغير ذلك وقصدوا أرض كربلاء ونازل أهل بلد الحسين , وذلك في ذي القعدة فحشد عليها المسلمون وتسوروا جدرانها ودخلوا عنوة

“Sonra 1216-cı il oldu. Bu ildə Suud Nəcdin şəhərlərindən və çöllərindən, Cənubdan, Hicazdan, Təhamədən və başqa yerlərdən qalib ordular və məşhur və qiymətli atlar topladı. Beləcə Zil-Qə`də ayında Kərbəla torpağına, Hüseynin diyarına üz tutdular. Müsəlmanlar (vəhhabilər) topluca onların üzərinə şığıdılar. Onlar şəhərin divarlarını aşıb zorla şəhərə daxil oldular.”

وقتلوا غالب أهلها في الأسواق والبيت وهدموا القبة الموضوعة بزعم من اعتقد فيها على قبر الحسين وأخذوا ما في القبة وما حولها.

“Şəhər əhalisinin əksəriyyətini bazarlarda və evlərdə öldürdülər. Hüseynin qəbri olduğu iddia edilən qəbrin üzərinə qoyulan qübbəni uçurdular. Qübbənin altında və ətrafında olan nə varsa hamısını götürdülər.”

وأخذوا النصيبة التي وضعوها على القبر , وكانت مرصوفة بالزمرد والياقوت والجواهر

“Qəbrin üzərinə qoyulan zirehi götürdülər. Həmin zireh zümrüd, yaqut və cəhavirlə bəzədilmişdi.”

وأخذوا جمیع ما وجدوا فی البلد من الأموال والسلاح و اللباس و الفرش والذهب و الفضة والمصاحف الثمينة وغير ذلك مما يعجز عنه الحصر

“Şəhərdə tapdıqları bütün malları, silahları, libasları, xalçaları, qızılları, gümüşləri, qiymətli müshəfləri və saya-hesaba gəlməyən digər şeyləri götürdülər.”

ولم یلبسوا فیها الا ضحوة وخرجوا منها قرب الظهر بجمیع تلك الأموال وقتل من أهلها قریب ألفا رجل.

“Onlar şəhərdə günün çıxmasından bir qədər sonrakı müddətə qədər qaldılar. Günortaya (zöhrə) yaxın bütün götürdükləri mallarla birlikdə şəhərdən çıxdılar. Kərbəla camaatından təxminən iki min nəfər şəxs qətlə yetirildi.”

Ay vəhhabi aparıcı, siz deyirsiniz ki, bu dövrdə heç bir şiə öldürülməmişdir. Bəs bu qırğın və cinayətlər nədir?

Biz şiə kitablarından ki, nəql etmədik, sizin öz kitablarınızdan nəql etdik. Siz deyirsiniz ki, biz Kərbəlaya daxil olub camaatın əksəriyyətini qırdıq. Maraqlısı budur ki, onlar bu kitabda belə yazıblar:

وقتل من أهلها قریب ألفا رجل

“Kərbəla camaatından iki min nəfər yaxın insan öldürüldü.”

"Əd-Durər əs-səniyyə" kitabında da bunların yazılması çox maraqlıdır. Səud ibn Əbdül-Əzizin özü burada iftixarla deyir:

وقولك : إنا أخذنا كربلاء وذبحنا أهلها وأخذنا أموالها فالحمد لله رب العالمين ولا نعتذر من ذلك ونقول (وللكافرين أمثالها)

“Sən deyirsən ki, biz Kərbəlaya hücum edərək onun camaatının başını kəsmiş, mallarını almışıq; aləmlərin Rəbbi olan Allaha həmd olsun! Biz buna görə üzr istəmirik və deyirik: “kafirlər üçün də bunun kimi (günlər) var” (Muhəmməd surəsi, 10)”

"Tarix əl-bilad əl-ərəbiyyə əs-səudiyyə"kitabı da Kərbəlada hansı cinayətlərin törədildiyini, malların necə qarət edildiyini geniş şəkildə izah etmişdir. Mən bu cinayətləri xülasə şəkildə izah etdim. Əgər bir kəs "Tarix Nəcd"in birinci cildini oxusa, daha çox məlumat əldə edə bilər.

Aparıcı: Biz vəhhabi kanallarından istəyirikki, öznamusları hesabetdikləri Muhəmməd ibn Əbdül-Vəhhabı müdafiə edib, budeyilənlərə cavabversinlər. Əhli-sünnə alimlərindən birinin Muhəmməd ibn Əbdül-Vəhhabın və azğın firqə olan vəhhabiliyin rəddinə dair bir video hazırlamışıq.

Beşinci video: Əhli-sünnə alimlərindən olan Şeyx Sadiq Cil

Bu kitab Uməra bilad əl-həram kitabıdır. Müəllifi Rəis əl-uləma və Şeyx əl-xutəba Məkkə şəhərinin şafei müftisi Əhməd Zeyni Dəhlandır. O, 1204-cü hicri ilində vəfat etmişdir. Bu kitab Dar ən-nəşr əl-muttəhidə nəşriyyatında çap olunmuşdur.O, bu kitabın 297-ci səhifəsində yazır:

"Taif əhalisinin macərası və vəhhabilər tərəfindən baş verən hadisələr

Sonra deyir: Vəhhabilər Taifə daxil olan zaman camaatı qətliam etdilər. Böyük, balaca, hakim, məmur, şərafətli və avam camaatın hamısını öldürdülər. Südəmər uşaqların başlarını analarının qucaqlarında kəsdilər. Evlərin damlarına çıxdılar. Orada gizlənən insanları çıxarıb öldürdülər. Quran oxumağı öyrənənləri kütləvi şəkildə qırdılar. Hətta evlərdə olan hər kəsiöldürdülər. Sonra mağaza və məscidlərə üz tutdular. Oralarda kim var idisə, hər kəsi öldürdülər. Məscidlərdə ruku və səcdə edən (namaz qılan) hər kəsi öldürdülər. Hətta bütün o məxluqları öldürdülər. Asimanların Cəbbar Allahı tərəfindən vay olsun onlara!"

Bu vəhhabilərin qara tarixi idi. Əgər biz onların tarix boyu törətdikləri cinayətləri sadalamaq istəsək, onların bu xəbərləri uzun çəkər və bunları yazmaq üçün cildlərlə kitab lazımdır. Bizim üçün daha çox aydın oldu ki, vəhhabilər nə böyüklərə ehtiram etdilər, nə də kiçiklərə rəhm etdilər. Nə Allahdan, nə də Allahın bəndələrindən həya etdilər. Hər şeyi dağıdıb məhv etdilər. Bütün bu pis işləri İslam adı ilə həyata keçirtdilər. Halbuki İslam bütün bunlardan bizardır və uzaqdır. Allah bizi və size vəhhabiliyin fitnəsindən qorusun! Allah dünyanın şərqində və qərbində onların adını batırsın və pis qələmə versin!

Aparıcı: Gördünüz ki, əhli-sünnə alimləri də vəhhabilərin bu adam öldürmələrinə etiraz edir. Onların dünyanın ən ucqar nöqtələrində indi də davam edən cinayətləri İslam adı ilə törədilir. Görürsünüz ki, bu videolardan din əleyhinə olan kanallar necə sui-istifadə edirlər. Bir sıra kütləvi informasiya vasitələri İslam dinini sual altına aparsınlar. Lakin İslam dinin özündən bunun üçün bir dəlil tapa bilmədikləri üçün vəhhabilərin cinayətlərindən istifadə edirlər. Onların İslam üzlü təkbirləri bu cinayət videolarında səsləndiyi üçün onu İslam adı ilə yayırlar. Bizim vəzifəmiz isə vəhhabiləri digər müsəlmanlardan ayırıb onların əqidələrinin həqiqi İslam əqidələri ilə heç bir rabitəsinin olmamasını camaata göstərməkdir. Növbəti video da vəhhabilərin cinayətləri barəsindədir. Mən bu videounun yayımlanmasına görə sizdən üzr istəyirəm. Bu video Nusra cəbhəsinin törətdiyi cinayəti nümayiş etdirir.

Altıncı video: 01:18:27

Bu videoda bir qrup insan Nusra cəbhəsinin vasitəsi ilə qətlə yetirilir

Aparıcı: Həqiqətən onların təkbir demələri onların “yalnız Allah deyin” ifadələrini bizim yadımıza salır. Onlar öz kanallarında “yalnız Allah deyin və təvəssüllə bağlı olan ayələrlə işiniz olmasın” deyənlərdir. Onların “Allah” demələri bizə yalnız bu cinayətləri xatırladır və onlar müsəlmanları yalnız təvəssül etdiklərinə görə öldürürlər.

Əziz izləyicilər, sizə çox təşəkkür edirik. Sağ olun, Allah amanında!

Рейтинг

В этом разделе