“Doğru yol və yanlış yol” proqramı - 6-cı veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (5-ci hissə)

»»

“Doğru yol və yanlış yol” proqramı - 6-cı veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (5-ci hissə)

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Əziz izləyicilər, “Vilayət” kanalının siz dəyərli izləyiciləri salamlayıram. Biz çox şadıq ki, siz öz televizorlarınızın qarşısında oturub “Doğru yol və yanlış yol” proqramının silsiləvi verilişlərinə tamaşa edirsiniz. Bu proqramın vəzifəsi vəhhabiliyi ifşa etmək və bu azğın firqənin digər müsəlman firqələrdən fərqini nümayiş etdirməkdir.

Biz əvvəlki proqramların adətinə müvafiq olaraq, yenə də əziz və hörmətli əkspert, vəhhabilərin gözlərinin tikanı olan Huccətul-İslam vəl-muslimin ustad Yəzdaninin xidmətindəyik. Salam əleykum.

Ustad Yəzdani: Salam əleykum və rəhmətullah. Mən də sizi və “Vilayət” kanalının bütün əziz izləyicilərini salamlayıram. “Doğru yol və yanlış yol” proqramı bir ay tətildə olduqdan sonra bu gün yenə də xidmətinizdəyik. Ümidvaram ki, vəhhabiliyin cinayətlərini və batil fikirlərini araşdıracaq, bütün müsəlmanlara bunların necə insan olduqlarını çatdıracağıq.

Aparıcı: Sizə təşəkkür edirəm. Bu proqramla əvvəlki proqramlar arasında bir müddət zaman fasiləsi olduğu üçün və yenidən yaddaşımızı təzələmək üçün dəyərli izləyicilərimizə keçən bəhsin xülasəsini izah edərdiniz.

Ustad Yəzdani: Bu verilişin məqsədi vəhhabilərin həqiqi çöhrəsini dünyaya göstərməkdir. Bu hədəfə müvafiq olaraq biz indiyədək vəhhabilərin ən mühüm əqidəsi olan bütün müsəlmanları kafir hesab etmələri haqqında danışdıq. Onların öz kitablarından 25-ə yaxın dəlili tamaşaçılara təqdim etdik. Bu kitablarda onlar müsəlmanların, əhli-sünnənin, əşairənin, mötəzilənin, maturidilərin və təbliğ camaatının hamısını kafir hesab edirlər.

Həmçinin vəhhabilik dönəmində, xüsusi ilə Məhəmməd ibn Əbdül-Vəhhabın dönəmində yaşamış böyük əhli-sünnə alimlərinin dilindən də bir sıra mənbələr göstərdik. Bu alimlər də açıq-aşkar deyirdilər ki, vəhhabilər bizim hamımızı kafir, bizi öldürməyi caiz hesab edir və bunu praktiki olaraq da həyata keçirirlər.

Əvvəldə də dediyimiz kimi, bizim vəhhabilərlə əsaslı bir problemimiz yoxdur. Əsas problem onların bizi kafir hesab etmələri, qanımızı və malımızı halal bilmələridir. İndiyədək onlar bu prinsip əsasında rəftar ediblər. Lakin bizim əhli-sünnə ilə münasibətimiz tam fərqlidir. Doğrudur, bizim əhli-sünnə ilə ixtilafımız var, lakin bu ixtilaf elə də əsaslı bir ixtilaf deyil ki, bir-birimizi öldürməyə, can və malımızı halal bilməyə səbəb olsun.

Ustadımız Ayətullah Qəzvini də dəfələrlə demişdir ki, bizim əhli-sünnə ilə ixtilafımız əhli-sünnə məzhəblərinin bir-biri ilə ixtilafı kimidir. Şafeinin Hənbəli ilə bir çox ixtilafı vardır. Hənbəlinin də Maliki ilə elə o qədər ixtilafı vardır. Bu dörd məzhəb arasında ixtilaf çoxdur. Amma onlar bu ixtilaflarla bir-birlərinin can və mallarını halal hesab etmirlər. Bizim də əhli-sünnə ilə ixtilafımız elə Hənbəlinin Maliki ilə olan ixtilafı qədərdir. Lakin biz bir-birimizi müsəlman, can və mallarımızı da möhtərəm hesab edirik. Şiə bu günə qədər belə əməl etmişdir.

Mən bir qədimi video hazırlamışam. Bu videoda əhli-sünnənin böyük alimi aşkar şəkildə bildirir ki, bizim şiə ilə ixtilafımız Malikinin Hənbəli ilə, Şafei ilə və Hənəfi ilə olan ixtilafı kimidir.

Birinci video: Əl-Əzhər universitetinin şeyxi Şeyx Əhməd Tayyibin sözləri (00:05:42 – 00:06:16)

Şiənin sünni ilə ixtilafı mənim maliki, hənəfi və şafei sünnisi ilə olan ixtilafım kimidir. Bu, bizim getdiyimiz, qoruduğumuz yoldur və biz onu batil siyasətlərdən qoruyuruq.

Aparıcı: Biz bu münasibətə xülasə olaraq şərh vermək istəsək, deyə bilərik ki, bizim əhli-sünnə ilə ixtilafımız var, biz bu ixtilafı inkar etmirik, lakin bizim vəhhabilərlə ixtilafımız yox, problemimiz var. Həmçinin, əhli-sünnənin də vəhhabilərlə problemləri vardır, bu günlər dünya səhnəsində bu problemlər daha da özünü qabarıq şəkildə göstərir.

Lakin Ustad Yəzdaninin əvvəlki verilişlərdə həm əhli-sünnənin, həm vəhhabilərin öz kitablarında əhli-sünnəni və əhli-sünnənin digər məzhəblərinin etiqadla və ya fiqhi mövzularla bağlı təkfir edilməsi barəsində dedikləribizim üçün aydın oldu.

Ustad Yəzdaninin buyurduğu əhəmiyyətli nöqtələrdən biri və məni çox cəzb edən məsələ də budur ki, vəhhabilər müsəlmanları təkfir etməkdən bir addım da irəliləyib ilahi peyğəmbərləri də təkfir edirlər.

Biz bu verilişdə bu mövzu ilə əlaqədar ustad Yəzdanidən mənbələr gətirməsini xahiş edirik. Bu mövzu əziz izləyicilər üçün də mütləq maraqlı olacaq. Onlar da baxıb görsünlər ki, bunların oxlarının iti ucu haralara gedib çıxmış, hətta peyğəmbərləri də hədəfə almışdır.

Ustad Yəzdani: Sizin də toxunduğunuz kimi bunların təkfirləri müsəlmanları da keçib, peyğəmbərlərə çatmışdır. Onlar heç bir problem olmadan, bütün müsəlmanların rəyinə xilaf olaraq bəzi peyğəmbərlərin əvvəllər kafir olduqlarını deyirlər (Allaha pənah). Siz bilirsiniz ki, İbn Teymiyyə Hərrani 8-ci əsrdə vəhhabilik ideologiyasının əsas lideridir. O, öz "Məcmuə əl-fətava" kitabının 15-ci cildində 29-cu səhifəsində bir ayənin təfsiri haqqında aşkar şəkildə deyir ki, Allahın böyük peyğəmbərlərindən olan Həzrət Şueyb (ə) bir zaman kafir olmuş, sonra müsəlman olmuşdur. Ondan sonra isə peyğəmbərliyə seçilmişdir.

قَالَ الْمَلأُ الَّذِينَ اسْتَكْبَرُواْ مِن قَوْمِهِ لَنُخْرِجَنَّكَ يَا شُعَيْبُ وَالَّذِينَ آمَنُواْ مَعَكَ مِن قَرْيَتِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا قَالَ أَوَلَوْ كُنَّا كَارِهِينَ

“Onun qövmünün təkəbbürlü başçıları və böyükləri dedilər: «Ey Şüeyb, şübhəsiz, (ya) səni və səninlə birgə iman gətirənləri diyarımızdan və cəmiyyətimizdən çıxaracağıq, ya da ki, bizim dinimizə dönəcəksiniz». Dedi: «Hətta nifrət bəsləsək belə?” (Əraf, 88)

İbn Teymiyyə “ya da ki, bizim dinimizə dönəcəksiniz” ifadəsindən bəhrələnərək deyir ki, “dönüş”ün mütləq bir keçmişi olmalıdır. Çünki hər dönüşün bir keçmişi olmalıdır ki, ona tərəf dönsün. Bu ifadə də Həzrət Şueybin (ə) bir zaman bir dinə tabe olmasına dəlalət edir. Yəni, o, kafir olmuş, sonra isə müsəlman olmuşdur.

ظاهره دليل على أن شعيباً والذين آمنوا معه كانوا على ملة قومهم.

“Ayənin zahiri Həzrət Şueybin (ə) və onunla birlikdə iman gətirənlərin (bir zaman) öz qövmlərinin dinində olmasına dəlalət edir.”

Yəni, Həzrət Şueyb daha öncə kafir olmuşdur. Dəlili də “ya da ki, bizim dinimizə dönəcəksiniz” ifadəsidir. “Dönəcəklər”, yəni, əvvəllər kafir olublar.

ولقول شعيب: أنعود فيها "ولو كنا كارهين".

“Buna əsasən ki, Şueyb (ə) belə demişdi: “Hətta nifrət bəsləsək belə” qayıdaq?”

Yəni qayıtmağa məcburuqmu?

ولقوله : "قد افترينا على الله كذباً إن عدنا في ملتكم" فدل على أنهم كانوا فيها.

“Həmçinin, bu ayəyə əsasən: “Əgər Allah bizə sizin dininizdən nicat verdikdən sonra, biz ona qayıtsaq (Allahın şərikinin olmasını desək), şübhəsiz, Allaha qarşı yalan uydurmuş olarıq.” (Əraf, 89) Bu ayə ona dəlalət edir ki, onlar kafirlərin dinində olmuşlar.”

Bu ayədə “qayıtmaq” sözü istifadə olunmuşdur. Bu, Həzrət Şueybin (ə) və onun qövmünün kafir olmasına dəlalət edir.

فدل على أن الله أنجاهم منها بعد التلوث بها.

“Bu cümlə onların küfrə bulaşdıqdan sonra Allahın onlara ondan nicat verməsinə dəlalət edir.”

Sonra dəlil gətirir ki, “qayıdacaqsınız” sözündəki şəxs əvəzliyinin qövmə aid edilməsi mümkün deyildir. Əksinə, bu şəxs əvəzliyi Həzrət Şueybin (ə) özünə qayıdır. Belə ki, o, əvvəllər kafir olmuş, sonra isə Allah Təala ona bu küfrdən nicat vermiş və peyğəmbərliyə çatmışdır.

İbn Teymiyyə davamında İbrahim surəsinin bir ayəsini də gətirmişdir:

وَقَالَ الَّذِينَ كَفَرُواْ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّـكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا

“Və küfr edənlər öz peyğəmbərlərinə dedilər: “Əgər bizim dinimizə qayıtmasanız, biz sizi mütləq öz vilayətimizdən çıxaracağıq”.” (İbrahim, 13).

Yəni, bütün peyğəmbərlər kafir olublar, sonra iman gətiriblər.

Aparıcı: Ustad, ortada bir məsələ var. Bu dəlillə bütün peyğəmbərlər əvvəl kafir olublar, sonra müvəhhid olublar. Bunun özü bu cəhətdən Əmir əl-mömininin (ə) bütün peyğəmbərlərdən üstün olduğunu göstərmirmi? Çünki Əmir əl-möminin (ə) əvvəllər kafir olmamışdır ki, sonra da müsəlman olsun. Deməli, Həzrət Əli (ə) bütün peyğəmbərlərdən üstündür.

Ustad Yəzdani: İbn Teymiyyənin bu nəzəriyyəsinə görə bütün peyğəmbərlər kafir olmuş, sonra müvəhhid olmuş, ondan sonra isə peyğəmbərliyə çatmışlar. Bu cür dəlil yalnız İbn Teymiyyə və onun davamçılarında görsənir.

Siz əgər şiənin təfsir kitablarını görsəniz, birinci təfsirdən “Mizan”, “Nümunə” və indiyədək olan bütün təfsirlərə qədər olan təfsirlərdə hər bir şiə Quranın bu ayəsinə çatanda istisnasız olaraq bu məsələyə diqqət göstərir. Bütün təfsirlər cavablarında “adə” (qayıtmaq) sözünü “sarə” (çevrilmək) mənasında ifadə ediblər.

Əlbəttə ki, bu təfsirlər bir çox cavablar veriblər. Belə ki, “adə” əvvəllər kafir olub sonralar müsəlman olmaq mənasında deyildir. “Adə” naqis fellərdəndir və “sarə” mənasında işlənir. Yəni, ya sizi buradan çıxaracağıq, ya da çevrilib kafir olun. Nəinki əvvəllər kafir olmusunuz və yenidən küfrə qayıdın.

Bütün şiə təfsirləri istisnasız olaraq buna cavab veriblər. Mən hamısını araşdırmışam. Lakin onların hamısını göstərməyə fürsət yoxdur. Həmçinin əhli-sünnənin bütün təfsirlərinə, o cümlədən, Təfsiz Qurtubi, Təfsir Zəməxşəri və digər təfsirlərə baxsaq, istisnasız olaraq, “qayıdacaqsınız” ifadəsini “küfrə qayıdacaqsınız” mənasında yox, “sarə” mənasında işlədiblər.

Onlar çox cavablar veriblər. Xüsusi ilə Fəxri Razi bu sözün “sarə” mənasında gəlməsi barədə səkkiz cavab vermişdir. Belə ki, ayədə Şueyb (ə) öz dili ilə yox, öz qövmünün dili ilə cavab vermişdir. Əgər şəxs əvəzliyi min və ya iki min nəfərə aid olarsa, bu camaat bir fərdə qələbə çalır. Hətta lüğətçilər də bunu deyiblər.

Əgər siz qrammatika kitablarının ən yaxşısı hesab olunan İbn Hişam Ənsarinin “Muğnil-Ləbib” kitabına baxsanız, müəllif bu kitabda çox söhbət etmişdir. Belə ki, “adə” həmişə “qayıtmaq” mənasında deyil, əksinə, “sarə” mənasındadır. O, burada geniş izah vermişdir ki, bu, çoxluğun qələb etməsi baxımından işlənmişdir.

Hətta əgər “adə” öz mənasında işlənmiş olsa belə, yenə də peyğəmbərlərin küfr etməsinə dəlalət etmir. Əksinə, çoxluğun qələbə etməsi və digər mənalarda da işlənir.

Əhli-sünnənin ən yaxşı təfsiri Fəxri Razinin təfsiridir. Şiə təfsirlərinin içində də Əllamə Təbatəbainin “Əl-Mizan” təfsiri bu barədə geniş məlumat vermişdir. Lakin İbn Teymiyyə və onun davamçıları heç bir fikir olmadan yalnız onların kafir olduqlarını deyirlər. Filan peyğəmbər kafir olmuş, bu ayəyə görə və onların bu ayə haqqında verdikləri təfsirlərə görə bütün peyğəmbərlər, xüsusi ilə Şueyb peyğəmbər (ə) kafir olmuş, sonra isə müsəlman olmuşdur.

Bu sizə göstərdiyim bir yer idi. Digər bir mətləb isə onların peyğəmbərlərdən daha biri haqqında dedikləridir və onu kafir hesab edirlər. Bütün bəşəriyyətin ata və anası Həzrət Adəm (ə) və Həvva haqqında öz kitablarından onların müşrik olduqlarını deyirlər. Dəlilləri də onların sonradan tövbə etməsidir.

Məhəmməd ibn Əbdül-Vəhhabın “Ət-Tövhid” kitabı. (Əslində Zəlalət kitabıdır, bu kitab başdan ayağa Qurana və dinə zidd olan mətləblərlə doludur. Bu barədə əvvəl də danışmışdıq.) Bu kitabın müəllifi 1206-cı ildə ölmüşdür. Bu kitabın əleyhinə bir çox kitablar yazılmışdır. Maraqlı burasıdır ki, vəhhabilərin özü bu fətvanın müqabilində mövqe göstərmişlər. Xüsusən İbn Useymin bu barədə bir çox cavabı vardır.

Bu kitab Səudiyyə hökumətinin qurulmasının yüz illiyi münasibəti ilə çap olunmuşdur. Bu hökumətin qurulmasının ildönümünü onlar bayram olaraq qeyd edirlər. Müəllif 49-cu babda bir rəvayət nəql edir. İbn Həzm deyir ki, bütün müsəlmanların fikrinə əsasən, əgər bir insana bir ad qoysalar və o ad Allahdan başqasına ibadət etmək mənasında olarsa, bu iş haramdır. Məsələn, Əbdu-Əmr, Əbdul-Kəbə. Heç kəsin belə adları qoymağa haqqı yoxdur. Maraqlıdır ki, Əbdül-Kəbə adı İslamın əvvəllərində yayılmış bir ad idi.

O, İbn Abbasdan bir rəvayət nəql edir. Belə ki, o Qurandan bir ayə oxuyur və bu ayə ilə Adəm və Həvvanın kafir olduğuna dəlil gətirir. Necə?

İblis Adəm və Həvvanın yanına gəldi və onlara dedi ki, mən sizin cənnətdən qovulmağınıza bais olan həmin dostunuzam. Əgər mənim dediyim işləri etməsəniz, sizə filan-filan edərəm. Onları qorxudur. Adəm deyir: “Nə edək?” Şeytan deyir: “Dünyaya gələcək uşağınızın adını Əbdül-Haris qoyun.” Onlar dedilər ki, yox, bu şirkdir və biz bunu edə bilmərik.

Onların bir uşağı dünyaya gəldi, lakin o uşaq ölmüşdü. İkinci dəfə Həvva hamilə qaldı. Şeytan dedi ki, mənim sözümə qulaq asın, əgər qulaq asmasanız, uşaq görməyəcəksiniz. Onlar şeytanın sözünə yenə də qulaq asmadılar və uşaqların yenə də öldü. Üçüncü dəfə də Həvva hamilə qaldı. Bu zaman övlad sevgisi onlara qalib gəldi və onlar da öz övladlarının adını Əbdül-Haris qoydular.

فَلَمَّا آتَاهُمَا صَالِحاً جَعَلاَ لَهُ شُرَكَاء فِيمَا آتَاهُمَا فَتَعَالَى اللّهُ عَمَّا يُشْرِكُونَ

“Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular.” (Əraf, 190)

O, bu ayəni Adəm və Həvvanın Allaha şirk qoşmasına (Allaha pənah) dəlil gətirir. Deyir ki, İbn Əbu Hatim bu rəvayəti nəql edir və sənədini səhih hesab edir. Lakin onların bu şirki ibadətdə şirk deyil, itaətdə şirk hesab olunur.

Halbuki biz Əbdül-Haris adını qoyarkən, öz övladımızı Allahın bəndəsi yox, Harisin bəndəsi hesab edirik. Bu isə ibadətdə şirkdir. Bu həm ibadətdə, həm də itaətdə şirkdir. Bu ağa aşkar şəkildə deyir ki, Adəm və Həvva bu ayəyə görə müşrikdir.

Vəhhabi alimlərindən bu kitaba şərh yazanlarda vardır. Bu kitablardan biri “Şərh cami əl-fərid” kitabının 181-ci səhifəsində bu hadisə aşkar şəkildə qeyd olunmuşdur:

بل أشركا في طاعة الله حيث عبدا ولدهما لغير الله فسمياه عبد الحارث

“Adəm və Həvva Allaha itaətdə şirk etdilər. Belə ki, övladlarını Allahdan başqasına qul etdilər və onun adını “Əbdül-Haris” (Harisin qulu) qoydular.”

Əbdullah, Əbdül-Məcid qoymadılar. Onlar Allahdan başqasına itaət edib, itaətdə şirk etdilər.

Sual: Cənab Məhəmməd ibn Əbdül-Vəhhab, sizə bir sualım var. Həzrət Adəm və Həvva müşrik oldular. Allah Təala da onların şirkini Quranda sabit etmişdir. Onların tövbə etməsini bizə sübut elə. Bizə onların tövbəsini sabit edən ayə göstər.

Belə bir ayə Quranda yoxdur. Deməli, Adəm və Həvva dünyadan müşrik olaraq gediblər. Müşrikin yeri haradır? (Allaha pənah) cəhənnəmdir. Çünki Allah Təala buyurub ki, şirkdən başqa hər günahı bağışlayaram.

Adəm və Həvva cənnətdə bir övlanı tərk etmişdi. Sonra illərlə bunu tərk etdiyinə görə ağladılar. Lakin bu şirkləri üçün tövbə etmələrinə bir dəlil yoxdur. Allah Təala onların şirk etdiyini (Allaha pənah) Quranda göstərib, lakin bu şirklərinə görə onların tövbə etmələrini göstərməmişdir. Deməli, onlar dünyada müşrik olaraq gediblər.

Onlar bu suala cavab verməlidirlər. Bunların fikrinə görə Allah peyğəmbərinin yeri cəhənnəmdir.

“Əd-Din əl-Xalis” kitabı, müəllifi Məhəmməd əs-Siddiq Həsən əl-Qənuci əl-Buxaridir. O, hicrətin 1257-ci ilində vəfat etmişdir. Bu kitab Dar əl-kitab əl-elmiyyə nəşriyyatında çap olunmuşdur. Bu kitabın 1-ci cildinin 260-cı səhifəsində belə yazılmışdır:

و أقول الصحيح أن الشرك إنما وقع من حواء فقط دون آدم عليه السلام لأنه نبي وخليفة.

“Mənim fikrimcə düzgün rəy budur ki, bu şirk yalnız Həvvadan baş vermişdir, Adəmdə (ə) deyil. Çünki Adəm peyğəmbər və xəlifədir”.

Halbuki ayə hər ikisinin müşrik olduğunu deyir. Mühəqqiq bu yerdə aşkar şəkildə bu ağaya tənə vurub deyir ki, bu fikir düzgün fikir deyil. Belə bir şey məqbul deyildir.

ولا شك أن هذا طعن قبيح في السيدة حواء.

“Heç bir şəkk yoxdur ki, bu Həvva xanıma qarşı çox çirkin bir tənədir.”

Lakin Məhəmməd ibn Əbdül-Vəhhab deyir ki, həm Adəm həm də Həvva müşrik olublar.

Vəhhabilərin özləri də bu məsələyə etiraz ediblər və bunun məqbul olmamasını açıq şəkildə bildiriblər. İbn Useymin “Əl-Qaul əl-mufid əla kitab ət-tauhid” kitabında bu bəhsin tamamilə batil olduğunu deyir. O, bu işin doğru olmamasına, Adəm və Həvvanın müşrik olmamalarına və bu rəvayətin saxta olmasına altı dəlil gətirmişdir.

Həmçinin İbn Həzm Əndəlusi "Əl-Fəsl fi əl-miləl və əl-əhva və ən-nihəl" kitabında bu hədisin xurafat və saxta olduğunu açıq-aşkar bildirir və bu rəvayəti düzəldənlərin din və həyalarının olmamasını deyir, sənədinin də səhih olmadığını vurğulayır. O deyir ki, bu ayə Həzrət Adəm və Həvva haqqında deyil, müşriklər barəsində nazil olmuşdur.

Aparıcı: Bunlar bircə Allahı təkfir etməyiblər, amma onu da edərlər. Bunlardan nə istəsən gözləmək olar. Həzrət Şueyb (ə) barəsində deyirlər ki, əvvəl müşrik olub, sonra müvəhhid olub, sonra isə peyğəmbərliyə yetişib. Həzrət Adəm və Həvva haqqında da deyirlər ki, onlar müşrik olublar, tövbə etmələri barəsində də dəlil gətirməyiblər və nəticədə onlar müşrik olaraq dünyadan gediblər.

Ustad Yəzdani: Onlar bütün peyğəmbərlərin müşrik olması barəsində də bir ayə ilə istidlal edirlər.

Aparıcı: Vəhhabilərin təkfirlərinin hara gedib çıxdığını gördünüz. Onlar ilahi peyğəmbərləri də təkfir edirlər. Biz onların müsəlmanları təkfir etməmələrini gözləməməliyik. Biz bu proqramda vəhhabilərin cinayətlərini də göstərməyi qərara almışıq. Buna görə də bir video hazırlamışıq. Bu günlərdə vəhhabilik təbilinə daha çox rüsvayçılıqlar vurulur, xüsusi ilə Suriyada bu özünü daha qabarıq göstərir.

İkinci video: 00:27:31 – 00:31:07

Birinci hissə: Vəhhabilər tərəfindən camaatın vəhşicəsinə öldürülməsi.

İkinci hissə: Allaha görə tövbə et…Allah görə… Qalx… Qalx… Qalx… Qardaş bir dəqiqə səbr et, bu, balaca bir uşaqdır… günahı vardır… yaşı 10-dan çox deyildir…qardaş bir dəqiqə səbr et… And olsun Allaha ki, Allahdan başqa bir məbud olmamasına şəhadət verirəm…

Aparıcı: Görün, vəhhabi kanallarının dostları bu qədər azad şəkildə fikirlərini irəli sürür, yumşaq danışır, amma görün nə cinayətlər törədirlər. Bu kanallar da o videoları yayımlayırlar, onların bayraqlarını öz kanallarına vururlar. Allah bilir başqa nə cinayətləri vardır ki, onları videoya çəkməyiblər. Əlbəttə biz bu üzrü az olan videoları minlərlə videonun arasından seçirik. Lakin biz yenə də bəzi hissələrini kəsirik.

Vəhhabiliyin çöhrəsi budur. Yalnız özlərini müsəlman bilirlər. Əlbəttə, yenidən özlərini təkfir edirlər. Bu barədə olan bəhslərə də toxunacağıq.

Davamında əvvəllər də dediyimiz kimi vəhhabi təkfirinin hədəfi yalnız şiələr deyil, əhli-sünnə və onların alimləri də bu hədəfə tuş gəliblər.Ustad Yəzdanidən xahiş edirik ki, əhli-sünnə alimlərinin təkfir olunması barəsində digər materialları da təqdim etsin.

Ustad Yəzdani: Onların əhli-sünnə alimlərinin şəxsən adlarını çəkərək onları təkfir etmələri barəsində çox material vardır. Onlar deyirlər ki, bu alimlər mürtəd və kafirdirlər. Məsələn, onlar Fəxri Razi kimi böyük şəxsiyyəti kafir hesab edirlər. İnsan bu alimin kitablarını oxuyarkən, onun nə qədər elmə malik olduğunu anlayır. Əlbəttə, onun bir sıra azğınlıqları da var, şiələrə qarşı təhqiramiz ifadələri də çoxdur. Lakin insafla desək, əhli-sünnə alimləri arasında Fəxri Razi kimi bir təfsirçi gəlməmiş və gəlməyəcəkdir də.

Əhli-sünnənin nəzərində ən yaxşı təfsir Fəxri Razinin təfsiridir. Ondan sonra Qurtubi, Alusi, İbn Kəsir və digərlərinin təfsirləridir. Əhli-sünnə alimləri Fəxri Razini çox əzəmətli alim hesab ediblər və onu çox tərifləyiblər. Lakin İbn Teymiyyə, Məhəmməd ibn Əbdül-Vəhhab və digər vəhhabilər açıq şəkildə Fəxri Razini kafir və mürtəd hesab ediblər.

Mən bir neçə nümunə göstərmək istəyirəm. Məhəmməd ibn Əbdül-Vəhhabın “Muəlləfat Şeyx Məhəmməd ibn Əbdül-Vəhhab” kitabı, “Ər-Rəsail əş-şəxsiyyə” bölməsi. Bu kitabda müəllifin müxtəlif şəxsiyyətlərə yazılan məktubları toplanmışdır və vəhhabilərin mühüm kitablarından hesab olunur. Salih ibn Fovzan və Məhəmməd ibn Salih Əl-Əliqi bu kitabı təshih ediblər və kitaba müqəddimə yazıblar. Bu kitabda Əhməd ibn Əbdül-Kərimə yazılan bir məktubda, 216-cı səhifədə yazır:

من محمد بن عبد الوهاب إلى أحمد عبد الكريم, سلام على المرسلين والحمد لله رب العالمين.

“Məhəmməd ibn Əbdül-Vəhhabdan Əhməd ibn Əbdül-Kərimə. Salam olsun mürsəl peyğəmbərlərə. Bütün həmdlər aləmlərin Rəbbi olan Allaha aiddir.”

O, bu alimə salam vermir, sadəcə peyğəmbərlərə salam verir və Allaha həmd edir. Zahirən bu şəxs əvvəlcə Məhəmməd ibn Əbdül-Vəhhaba müsəlmanları niyə təkfir etməsi barədə məktub yazmışdır.

Məhəmməd ibn Əbdül-Vəhhab sonra deyir ki, mən bu iradı sənin zehnindən silmək istəyirəm. Belə ki, təkfir etmək pis bir şey deyildir. Bir neçə səhifədə kimlərin kafir, kimlərin münafiq olması barəsində danışır. Sonra isə 222-ci səhifədə deyir:

وأبلغ من ذلك أن منهم من صنف في الردة كما صنف الفخر الرازي في عبادة الكواكب وهذه ردة عن الإسلام باتفاق المسلمين, هذا لفظه بحروفه.

“Bütün bunlardan daha güclü (dəlil) budur ki, onlardan bəziləri mürtədlik barədə kitab yazmışlar . Necə ki, Fəxr ər-Razi ulduzlara ibadət barəsində kitab yazmışdır. Bütün müsəlmanların ittifaqına görə bu, İslamdan çıxmaq və mürtədlikdir. İbn Teymiyyənin dediklərini mən kəlmə-kəlmə dedim.”

Yəni Fəxrəddin Razi ulduzlara ibadət etməyimizi lazım bilən bir kitab yazmışdır. Mən İbn Teymiyyənin hansı kitabda bu sözü deməyini araşdırdım. Lakin yalnız bir yerdə tapdım. Bu kitab “Məcmu əl-fətava” kitabıdır. O, bu kitabın 97-ci səhifəsində deyir:

صنف الرازي كتاباً في عبادة الكواكب والأصنام وعمل السحر سماه السر المكتوم في السحر ومخاطبة النجوم.

“Fəxr ər-Razi ulduzlara, bütlərə ibadət etmək və sehr etmək haqqında kitab yazmışdır. Adını da“Əs-Sirrul-məktum, fis-sihri və muxatəbətin-nucum” (“Sehr və ulduzlarla danışmaq barədə gizli sir kitabı”) qoymuşdur”.

“Əd-Durər əs-səniyyə fil-əcvibə ən-nəcdiyyə” kitabının 10-cu cildinin 404, 405, 72, 355 və 372-ci səhifələrində çox qeyd edib ki, Fəxri Razi ulduzlara, bütlərə ibadət etmək haqqında kitab yazmış və kafir olmuşdur.

O, ulduzlara ibadət etməyimiz barədə kitab yazmışdır. Hazırda bu kitab indi bizim əlimizdə deyil. Lakin deyilənlərə görə, Fəxrəddin Razi bu kitabı ulduzların yerə təsiri barəsində yazmışdır. Əgər ulduz filan yerdə olsa, filan təsiri var və s.

Hər halda ulduzların bu aləmə təsiretmə qüvvələri vardır. Bu aləmin nizamının Allahın əlində olması aydındır. Allah Təala bəzi təsirləri də ulduzlarda qoymuşdur. Əgər məsələn ay filan cür olsa, cazibəsi filan cür olacaq. Bunların hamısı sabitdir.

O zaman elm indiki kimi inkişaf etməmişdi. Lakin Fəxrəddin Razi bu kitabı yazmışdır ki, filan ulduz filan hadisə zamanı yerə hansı təsirləri edir. Lakin İbn Teymiyyə gəlib deyir ki, o, bu kitabı yazdığı üçün kafirdir.

Növbəti şəxsiyyət Əbu Əli Sinadır. Bu şəxs bütün farsdillilərin fəxridir. “Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-əcdiyyə” kitabının 9-cu cildinin 422-ci səhifəsində belə yazılmışdır:

وقال أبو العاس: حدثني ابن الخضيري عن والده الشيخ الخضيري إمام الحنفية في زمنه قال كان فقهاء بخارى يقولون في ابن سينا كان كافراً ذكياً, فهذا امام الحنفية في زمنه حكى عن فقهاء بخارى جملة كفر في ابن سينا وهو رجل معين مصنف يتظاهر بالإسملام.

“Əbul-Abbas demişdir: mənə İbn əl-Xuzeyri öz atasından, öz dövründə hənəfilərin imamı olan Şeyx əl-Xuzeyridən nəql edib dedi: “Buxara fəqihləri İbn Sina barədə“ağıllı kafir idi”, – deyirdilər. Budur, öz zamanında hənəfilərin imamı olan bu şəxs Buxara fəqihlərindən İbn Sinanın kafirliyinə dairbir cümlə nəql edir. İbn Sina hər kəsə məlum olan və kitablar yazan bir şəxsdir. O, zahirdə özünü müsəlman kimi göstərirdi.”

Amma bütün Buxara fəqihləri onu təkfir etmişlər. İbn Teymiyyə bu rəvayətin sənədini özündən düzəltmişdir.

Deməli, təkfir pis bir iş deyildir. Əgər pis olsaydı, Buxara fəqihləri İbn Sinanı təkfir etməzdilər!!!

Buxara fəqihlərinin İbn Sinanı təkfir etmələrinə dair bir dəlil gətirin. Bunlar onun müsəlmanları təhqir etməyinə haqq qazandırmaq üçün özündən düzəltdiyi yalanlardır.

Əhli-sünnənin nəzərində Fəxrəddin Razinin əzəməti böyükdür. O, şiənin düşməni olmasına, şiələri təhqir etməsinə baxmayaraq, əhli-sünnənin nəzərində çox böyük ehtirama malikdir. Belə ki, o, əhli-sünnənin ən yaxşı təfsirini yazmışdır. Bununla belə, onu təkfir edirlər. İbn Sina yazdığı bu kitablarla ağıllı kafir hesab olunur. Halbuki onun kitablarından universitetlər və hövzələrdə dərs deyilir.

Aparıcı: Bu vəhhabilərin müsəlmanları, peyğəmbərləri, hətta özlərini necə təkfir etdiklərini gördünüz. Suriyada baş verən hadisələr, dünya malı üstündə bir-birinin canına düşmələri və bir-birlərini təkfir etmələri və öldürmələri bunun bariz nümunəsidir. Bunlar zalımın zalıma başı qarışdığının aşkar göstəriciləridir.

Üçüncü video: Nusra cəbhəsinin (Liva ət-tovhid) qüvvələri İŞİD tərəfindən öldürülməsi. Nusra cəbhəsinin (Liva ət-tovhid) daxil olmasından sonrakı görüntülər. (00:43:06 – 00:44:39)

Aparıcı: Bunlar bir-birlərinin öldürməyə gətirib çıxaran təkfirlərin nəticəsidir. Sonra onların cəsədlərinin üstündə deyirlər ki, bunlar İraq Şam İslam dövləti deyil, İraq Şam küfr dövlətidir. Çünki İŞİD bu “dövlət”in qısa adıdır.

Nusranın İŞİD-i necə təkfir etdiklərini gördünüz. İŞİD də onları təkfir edir. Onların bugünkü xəbərləri sizə çatdı. Bunlar hamını təkfir edir. Biz vəhhabilərin “Allah”ı mövzusuna çatanda, onların “Allah”larının necə “Allah” olduqlarını görəcəyik. Ustad Yəzdani, siz əhli-sünnə alimlərinin təkfir olunması barəsində danışdınız. Bunların bir-birlərini təkfir etmələri haqqında başqa nümunələriniz varsa, zəhmət olmasa təqdim edərdiniz.

Ustad Yəzdani: Əlbəttə, bizim mövzumuz əhli-sünnə alimlərinin təkfir olunmasıdır. Lakin vəhhabilərin öz kitablarından özlərini bidət əhli hesab edərək təkfir etmələri barəsində olan materiallar da vardır.

“Tuhfətul-mucib ən əsilə əl-hazir və əl-ğayib” kitabı. Müəllifi Muqbil ibn Hadi əl-Vadiidir. O, müasir radikal vəhhabi alimlərindəndir və bir çox kitablar yazmışdır. Müəllif bu kitabda alimlərin bir çoxuna qarşı təhqirlər işlətmişdir. Biz onları göstərməyə çalışacağıq.

Bu kitab Səna şəhərində, “Dar əl-asar” nəşriyyatında çap olunmuşdur. Bu kitabın 89-cu səhifəsində belə bir sual verilir:

ما هو القول الفصل في يوسف القرضاوي وهل هو مبتدع أم لا؟ وما رأيكم فيمن يقول: بأنه عدو لله، ومن أبناء اليهود ويلقبه: بالقرظي، نسبة إلى بنى قريظة؟

“Yusif əl-Qaradavi haqqında konkret fikir nədir? O, bidətçidir, yoxsa yox? Onun barəsində “o, Allahın düşmənidir, yəhudi övladlarındandır”, – deyən, ona “Qurəzi” ləqəbi verərək onu (yəhudi olan) “Bəni Qureyzə”yə nisbət verən şəxslərbarədə fikriniz nədir?”

الجواب:وسف القرضاوي منذ عرفناه وسمعنا به، وهو حزبي مبتدع، أما أنه عدو للسنة فلا نستطيع أن نقول إنه عدو للسنة، ولا نستطيع أن نقول إنه من أبناء اليهود فلا بد من العدالة.

“Cavab: Yusif əl-Qaradavini tanıdığımızdan və barəsində eşitdiyimizdən bəri onun partiyaçı (“İxvanul-Muslimin” üzvü –red.) və bidətçi olduğunu bilirik. Onun sünnə düşməni olmasına gəlincə, onun sünnə düşməni olduğunu deyə bilmərik, (həmçinin) onun yəhudi olduğunu deyə bilmərik. Ədalətli olmaq lazımdır.”

Yenə də müəllifi Əhməd ibn Məhəmməd ibn Mənsur əl-Udeyni olan “Rəf əl-lisam ənmuxaləfətil-Qaradavi li şəriətil-İslam” kitabına Əl-Vadii müqəddimə yazmışdır. Bu mətləb onun sözüdür. Belə ki, 4-cü səhifədə belə deyir:

ومن بين دعاة الضلالة في زمننا هذا يوسف بن عبد الله القرضاوي مفتي قطر فقد أصبح بوقاً لأعداء الإسلام فسخر لسانه وقلمه لمحاربة دين الإسلام.

“Bizim zamanımızda azğınlığa dəvət edənlərdən biri də Qətərin müftisi Yusif ibn Abdullah əl-Qaradavidir. O, İslam düşmənləri üçün bir şeypura çevrilmiş, dilini və qələmini İslam dini ilə müharibə yolunda qoymuşdur.”

Onların özlərini təkfir etmələrini nümayiş etdirən nümunələr çoxdur. Lakin başqa vaxt fürsət düşən kimi onları da göstərəcəyik. İndi onların əhli-sünnənin alimlərini təhqir etmələrini nümayiş etdirən bəzi nümunələri sizə təqdim edirik.

İbn Qayyim əl-Covziyyə İbn Teymiyyənin böyük tələbələrindən olmuşdur. O, “Şərh əl-qəsidə ən-nuniyyə” adlı bir kitab yazaraq, 2-ci cild, 32-ci səhifədə Amidi adlı bir əhli-sünnə alimini təhqir etmişdir:

حتی أتی من أرض آمد آخرا ثور کبیر بل حقیر الشأن

“Nəhayət, Amid torpağında başqa bir nəfər gəldi

Böyük öküz idi, hətta, həqir və alçaq idi”

Növbəti səhifədə mühəqqiq bu şerə şərh verib deyir:

و هو المعروف بالآمدي صاحب كتاب (أبكار الأفكار) في علم الكلام.

“O, “Amidi” kimi tanınan alimdir. Kəlam elminə dair yazılmış “Əbkarul-Əfkar” kitabının müəllifidir.”

İbn Teymiyyənin bu böyük şagirdi Amidini böyük öküz hesab edir.

Amidi haqqında müəllifi İbn Əbu Useybəə adı ilə tanınan Xəzrəcinin “Uyun əl-ənba fi təbəqat əl-ətibba” kitabında belə yazılmışdır:

هو الإمام الصدر العالم الكامل سيف الدين أبو الحسن...

أوحد الفضلاء وسيد العلماء كان أذكى أهل زمانه وأكثرهم معرفة بالعلوم الحكمية والمذاهب الشرعية و المبادئ الطبية...

“O, imam, böyük məqam sahibi, kamil alim Seyfuddin Əbul-Həsəndir… Fəzilətli şəxslər arasında bənzərsiz şəxsdir, alimlərin ağasıdır. Öz zamanındakı ən zəkalı şəxs olmuşdur, hikməti (fəlsəfi) elmlərə, şəri məzhəblərə, tibbi biliklərə hamıdan çox agah olmuşdur.”

Belə bir şəxsi böyük öküz kimi tanıtdırır.

Şəmsuddin Zəhəbi “Siyər əlam ən-nubəla” kitabının 22-ci cildinin 364-cü səhifəsində yazır:

العلامة المصنف فارس الكلام سيف الدين علي بن أبي علي بن محمد بن سالم الآمدي الحنبلي ثم الشافعي..

“Əllamə, müsənnif (əsərlər yazan), kəlam elminin cəngavəri Seyfuddin Əli ibn Əbu Əli ibn Muhəmməd ibn Salim əl-Amidi əl-Hənbəli, sonra əş-Şafei”.

Bu əzəmətdə olan alim İbn Qayyim Covziyyənin fikrinə əsasən böyük öküzdür. Dəlili də bu alimin əşəri olmasıdır.

Növbəti kitab “Fəzaih və Nəsaih” kitabıdır. Müəllifi Muqbil ibn Hadi əl-Vadiidir. Bu kitab Qahirədə “Dar əl-hərəmeyn” nəşriyyatında çap olunmuşdur. Ondan belə bir sual soruşurlar:

ما قولكم في طالب علم يرغب الطلبة المبتدئين في قراءة كتاب " في ظلال القرآن "

“Yeni təhsilə başlayan tələbələri “Fi zilalil-Quran” (Seyyid Qütb) kitabını oxumağa təşviq edən elm tələbəsi barəsində fikriniz nədir?”

أما كتاب " الظلال " و كتابات سيد قطب رحمه الله فإننا ننصح بعدم قراءة كتبهلأن بعض جماعة التكفير وبعض الشباب صاروا من جماعة التكفير بسبب عبارات سيد قطب رحمه الله وسيد قطب يعتبر أديبا و لا يعتبر مفسرا ، فتفسيره تفسير شخص عاش في الإلحاد باعترافه إحدى عشرة سنة ، فكيف يكون ذلك التفسير ؟!

“Zilal” kitabı və Seyydi Qütbün (Allah ona rəhmət etsin) digər kitablarına gəlincə, biz onun kitablarının oxunmamasını məsləhət görürük. Çünki, bəzi gənclər Seyyid Qütbün (Allah ona rəhmət etsin) cümlələri səbəbindən təkfir camaatına qoşulublar. Seyyid Qütb təfsirçi yox, ədib hesab olunur. Onun təfsiri özünün də etiraf etdiyi kimi on bir il dinsizlikdə (kafirlikdə) yaşayan bir şəxsin təfsiridir. Elə isə gör o təfsir necə olar?”

و لكن الدعايات من قبل الإخوان المفلسين هم الذين يرفعون الشخص و لو كان لا يساوي بصلة مثل : قال الدكتور ، وكذا يادكتور ، و هو ثور و ليس بدكتور

“Lakin, “ixvanul-muflisin”dən olan (“ixvanul-muslimin” cəmiyyətinin adını dəyişib “ixvanul-muflisin” (“müflislərin qardaşları) edir –red.) dəvətçilər şəxslərin məqamını – hətta, həmin şəxslərin heç bir dəyəri olmasa belə – həddən artıq şişirdirlər. Məsələn, deyirlər “doktor dedi”, “filan şey filan cür oldu, ey doktor” və s. Bir halda ki, həmin şəxs doktor yox, öküzdür.”

Aparıcı: Əziz izləyicilər, bu vəhhabilərin əhli-sünnə ilə etdiyi rəftardır. Bu rəftar küfrlər, müşrik olmaqla, öldürməklə, qan tökməklə nəticələnir. Vəhhabilərin bu mesajı vəhhabi kanallarında yayımlanır. Onlar ölkələrdə daxili müharibələrin alovlanması üçün camaatı təhrik edir, müsəlmanları rahatlıqla öldürən təkfirçi qrupları müdafiə edirlər.

Bu, vəhhabilərin vasitəsi ilə rəvac tapan bir təfəkkürdür. Lakin müsəlmanların bu məsələlərə dərin diqqəti belə hərəkətlərin qarşısını alır və alacaq.

Əllamə Əhməd Mahmud Kərimə əhli-sünnə alimlərində biridir. Onun vəhhabilik əleyhinə çıxışları vardır. Əvvəl də onun barəsində video yayımlamışdıq. Vəhhabi olub bu təfəkkürə malik olanlar, lakin hələ də özlərini əhli-sünnə hesab olunduqlarını hiss edənlər bu videoya diqqətlə baxsınlar. Bəlkə baxış bucaqları dəyişdi. Bu aləmdə vəhhabilərin çoxu avam şəxslərdir və bu vəhhabi kanalları da onlar üçün “ürək yandırır”.

Dördüncü video: Əllamə Əhməd Mahmud Kərimənin çıxışı (00:57:44 – 01:03:38)

Allahu-təala öz qədim elmi ilə xəvariclərin davranış üsulunu bütün bəşəriyyət üçün müəyyən etmişdir. Allahu-təala “Bəqərə” surəsində buyurur:

“İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir…” (Bəqərə, 204).

Təfsir edirəm, yəni, şüarlar verirlər, məsələn, “şəriət”, “xilafət”, “İslam və həll”, “sələf”, “səhabə”, “hakimiyyət”, “bəraət”, “vilayət” və s. bu kimi vəhhabilərin və “islami camaat” adlanan, lakin, islami olmayan dəstənin şüarlarını (deyirlər).

“İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir və o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır. Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir. Və ona “Allahdan qorx!” deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə (o) çox pis bir yerdir.” (“Bəqərə” surəsi, 204-206)

Hesab edirəm ki, bu xüsusiyyətlər qorxunc terror əməliyyatlarına, onları – dolayı və birbaşa yolla həyata keçirən şəxslərə – tamamilə uyğun gəlir. Daha sonra Allahu-təala “Casiyə” surəsində buyurur:

“Nəfsi istəyini öz məbudu etmiş kəsi gördünmü?” (“Casiyə” surəsi, 23)

Yəni, camaat soruşur: bütün gecəni necə terror aktları keçirəcəyi barədə düşünən, bunun üçün plan cızan, fürsət gözləyən, təhlillər aparan bu şəxslərin dinləri nədir? (Cavab budur ki) bunların dinləri yoxdur. Allah onların barəsində belə buyurub:

“Nəfsi istəyini öz məbudu etmiş kəsi gördünmü?Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə bilər? Məgər ibrət götürmürsünüz?” (Casiyə, 23)

Aparıcı: Deməli, hörmətli şeyx, terrorun nə dini, nə də vətəni vardır.

Şeyx: Şübhəsiz ki.

Reklamdan qabaq Qaradavinin fətvalarından biri barədə soruşdum, o, misirlilərin qanlarının halal olması barədə fətva verib.

Əllamə Əhməd Mahmud Kərimə:

Mən bilmirəm Qaradavi Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) bu sözünü oxuyub, yoxsa yox. Mütləq ki, oxuyub. “Kim bir müsəlmanın qanının tökülməsinə bir kəlmə ilə [yəni, yarım kəlmə ilə belə] kömək etsə, onun alnına “bu şəxs Allahın rəhmətindən ümidsizdir” (əli Allahın rəhmətindən üzülüb) yazılar”.Bu hədis Qaradavi və digər “qan başçıları”na uyğun gəlir. Bu cür işlər onlara Dahis və Ğəbradan (cahiliyyət dövründə baş verən müharibələr –red.), Siffindən, Cəməldən, Nəhrəvandan və Kərbəladan irs qalmışdır. Bu cinayətlər bir irs olaraq onların qanlarında axır. Bunlar İslamı zeytun budağı kimi, sülh göyərçini kimi, yaxud, əmin-amanlıq kimi tanıtmadılar. Əksinə, onlar dini bir qantökən din kimi tanıtdılar. Çünki, bunlardan birinin sözlərini eşidən istənilən kəs deyir ki, “bu böyük müsəlman alimlərindəndir” (buna görə də onların sözlərini İslamın sözü zənn edirlər).

Görəsən, Vatikan papası belə sözlər danışarmı? Görəsən, kilsənin keşişi belə sözlər dilinə gətirərmi? Hətta yəhudi hahamı belə camaatın qabağında bu cür sözlər danışarmı? Əlbəttə ki, xeyr. Çünki bunlarda hikmət var. Biz də isə axmaqlıq. Axmaqlıq isə – ərəblərin dediyi kimi – onu müalicə etmək istəyəni yorub əldən salar.

Mən Qaradavini “əl-Mausuətul-fiqhiyyətul-Kuveytiyyə” (“Küveyt fiqh ensiklopediyası”) kitabını oxumağa dəvət edirəm. Oxucuları, tədqiqatçıları, bu şəxslərə aldanıb onların arxasınca gedənləri bu kitabı oxumağa dəvət edirəm. Bu kitabda “istihlal” (“başqasının canını, malını və ya namusunu halal hesab etmə”) termininə bir baxın. “əl-Mausuətul-fiqhiyyətul-Kuveytiyyə” kitabında “istihlal” termininə baxın. Bütün alimlər icma ediblər ki, kim (can, mal, namus və s. kimi) haram olan bir şeyi halal edərsə İslamdan çıxar. Yəni, bir kəs desə, “filan müsəlmanın qanı halaldır”, yaxud desə ki, “zina etmək halaldır” və ya “qumar oynamaq halaldır” – və bunu bilərəkdən və qəsdən desə – İslamdan xaric olar. Niyə?

Çünki, o Allahı (əzzə və cəll) təkzib etmişdir, Peyğəməri (sallallahu əleyhi [və alihi] və səlləm)təkzib etmişdir, səhabələri təkzib etmişdir (Allah onlardan razı olsun) və müsəlman icmasından xaric olmuşdur.

Mən sənə deyirəm, ey Qaradavi: sən (bu fətvanla) İslamdan xaric olub mürtədd olmusan.

Mən ona deyirəm: “əl-Mausuətul-fiqhiyyətul-Kuveytiyyə” kitabının “istihlal” bölməsini aç. Sən (qanı) qorunmuş olan bir insanın qanını halal etmisən, buna görə də İslamdan xaric olmusan.

Camaatın qanını halal edən şəxslər barədə dediyim sözləri tamamlayaraq deyirəm: onlar mürtəddirlər.

Aparıcı: Əhli-sünnə aliminin səmimi və pərdəsiz sözlərini eşitdiniz. Daha heç bir şəkk-şübhə yeri qalmadı. Əgər bunlar əhli-sünnədirsə, bu təkfir edənlər kimlərdir? Bu gecə biz təkfir haqqında çox danışdıq. Bunlar müsəlmanları, peyğəmbərləri, hətta özlərini də təkfir edirlər. Ustad Yəzdani, görəsən bunların təkfir dalğasından salamat qalan varmı?

Ustad Yəzdani: Bəli, onları bəziləri haqqında onların kafir olmadıqlarını deyirlər. Onlardan bir nümunəni göstərim. “Keyfə nəfhəm ət-tovhid” kitabı, müəllifi Məhəmməd Əhməd Başmildir. Bu şəxs müasir vəhhabi alimlərindəndir. O, bu kitabda əhli-sünnə alimi ilə münazirəsini nəql edir. Kitabın 12-ci səhifəsində Əbu Cəhl və Əbu Ləhəbin tovhidi barəsində deyir:

أبو جهل وأبو لهب ومن على دينهم من المشركين كانوا يؤمنون بالله ويوحدونه في الربوبية خالقاً ورازقاً ومحيياً ومميتاً ضارّاً ونافعاً, لا يشركون في ذلك شيئاً؟

“Əbu Cəhl, Əbu Ləhəb və onların dinində olan müşriklər Allaha iman edir, Onu rübubiyyətdə– yaradan, ruzi verən, dirildən, öldürən, zərər verən və fayda verən olaraq – tək və yeganə bilirdilər və bu mövzuda Ona şərik qoşmurdular?!”

عجيب وغريب, أن يكون أبو جهل وأبو لهب أكثر توحيد الله وأخلص إيماناً من هؤلاء المسلمين الذين يقولون لا إله إلا الله ومحمد رسول الله؟

“Əbu Cəhl və Əbu Ləhəbin “la ilahə illəllah, Muhəmmədun rasulullah”, – deyən bu müsəlmanlardan daha çox müvəhhid olmaları və onlardan daha xalis imana sahib olmaları olduqca qəribə və əcaibdir!”.

فقلت : ليس هذا عجيباً ولا غريباً بل هذا هو الواقع الذي ستعرفه وستسلم به.

“Mən cavab olaraq belə dedim: bu, qəribə və əcaib deyildir. Əksinə, həqiqət olan da elə budur. Sən (bu həqiqəti) tanıyacaq və qəbul edəcəksən.”

Sonra buna dair dəlil gətirir. Ta ki, 14-cü səhifədə deyir?

المشركون الأولون كانوا أكثر إيماناً من مشركي هذا الزمن.

“İlk müşriklər hazırkı dövrün müşriklərindən daha çox imana sahib idilər.”

O, Qurani Kərimdən dəlil olaraq ayələr gətirir və bu ayələri müşriklərə tətbiq edir. Sonra isə başqa ayələri də müsəlmanlara tətbiq edir. Deyir ki, Allahdan başqasını çağıranlar Əbu Cəhl və Əbu Ləhəbdən daha müşrikdirlər.

Deməli, ortada sağlam qalanlar kafir olmayıblar. Onlardan biri də Əbu Cəhl və Əbu Ləhəb olmuşdur, belə ki, bunlar bu günkü müsəlmanlardan daha çox müsəlmandırlar.

Onların İbn Həcər Əsqəlanini, Nəvəvini, İmam Təhavini, İbn Həcər Heysəmini təhqir etmələri barəsində mətləblər çoxdur. Lakin vaxtın darlığı səbəbinə onların hamısınə göstərə bilmirik. İnşallah, başqa proqramda bunları da izah etməyə çalışarıq.

Aparıcı: Biz dəfələrlə demişik ki, vəhhabi kanallarının təhqir etməkdən, yalan danışmaqdan, saxtakarlıq etməkdən və təkfir etməkdən başqa bir işləri yoxdur. Bu, vəhhabilərin üslubudur. Çox təəssüflər olsun ki, ötən günlərdə bunların bir çox təhqirinin şahidi olduq. Bilmədim Fatimiyyə günlərinə görə idi, bu günlərdə əzadarlar iştirak edirdilər yoxsa başqa səbəblərə görə idi.

O təhqirlərdən biri də təbrizli əzizlərə ünvanlanmışdı. Bu azəri dillilər öz qeyrətləri, şərafətləri və uca məqamları ilə İranda yaşayırlar. Biz bu gecə bir video hazırlamışıq. Bundan əvvəl bütün azəri dillilərdən və Təbrizdə yaşayan türklərdən üzr istəyirik. Lakin məqsədimiz vəhhabilərin iç üzünü ortaya çıxarmaq olduğu üçün bu videonu da yayımlamağa məcburuq. Bu gecə bu videodan sora azərilərə üstünlük verəcəyik. Zəng edib öz mesajlarını vəhhabi kanallarına çatdırsınlar.

5-ci video: “Kəlimə” kanalının eksperti cənab Cuhudi (01:10:43 – 01:12:12)

Təbrizlilər barəsində dediyimizə gəlincə, mənim onlara qarşı xüsusi diqqətim var. Mən bunu Azərbaycan xalqı üçün deməyə məcburam. Azərbaycan Anadoludan gəlmiş türklərin işğalı altında olmuşdur. Onlar Osmanlıların vasitəsi ilə qovuldular və azərbaycanlıları qətliam etdilər. Azərbaycanlılardan orada qalanlar isə öz ləhcələrini dəyişdilər və türk ləhcəsinə keçdilər. Onların ləhcəsi başqa ləhcə idi. Bu ləhcə giləki və kürd ləhcələri arasında olan bir ləhcədir. giləkilərlə kürdlərin ləhcələri yaxındır, hətta bəluçi və kürdlərin də ləhcələri bir-birinə yaxındır. Lakin azərbaycanlılar birdəfəlik o tərəflik oldular. Çünki onlar osmanlı hökumətindən qaçan qaçaqlar idilər və rəhimsizcə İran məntəqələrini tutdular. Öz dillərində qalanların dilini dəyişdirdilər. Bəzi dilşünaslardan eşitdim ki, İranın bəzi məntərələrində əsl azəri dili hələ də qalmışdır. Bir neçə yer də Xalxaldadır.

Aparıcı: Əgər azəri dilli əzizlərimiz bu vəhhabinin sözlərindən narahat oldularsa, mən onlardan həqiqətən üzr istəyirəm. Amma bilin ki, bunların cəsarətləri bir-iki dənə ilə bitmir. Onların ekspertləri deyir ki, iranlıların qeyri-neft sektoru iranlı qızları təşkil edir. Bu qızlar fahişəlik etmək üçün fərqli bölgələrə gedirlər. Yaxud həmin Cuhudi deyir ki, iranlılar vəhşi olublar. Bunun videosu da vardır və bunu inkar edə bilməzlər. Onlar bəluclara deyirlər ki, siz anlamırsız. Buna görə də siz bu təhqiri qazanmısız. Kürdlərə deyirlər ki, onların məhəlləsində yüzlərlə fahişəxana var. Türklərə qarşı da deyirlər ki, onlar Osmanlı hökumətindən qaçan qaçaqçılardır. İran quruluşuna, təqlid mərcələrinə, Əllamə Məclisiyə, Şeyx Kuleyniyə də cəsarət edib onların ünvanına kobud ifadələr işlədirlər.

Seyyid Mürtəzaya qarşı nələr dediklərini gördünüz. Şiələrin analarını da necə təhqir etdiklərinin şahidi oldunuz. Əbu Bəkrin ailəsi barəsində nazil olan Qurani Kərimin ayələrindən biri haqqında necə söhbətlər etdiklərini unutmamımışıq. Möminlərin anası Aişə haqqında deyirlər ki, bu xanım səfeh olmuşdur. Ümumiyyətlə belə bir sözün onlar barəsində işlədilməsindən xəcalət çəkmirlər.

Əhli-sünnə alimləri barəsində deyirlər ki, onlar muzdurdurlar. Məzhəblərarası beynəlxalq yaxınlaşdırma təşkilatından yedikləriniz zəhrimarınız olsun.

“Vilayət” kanalının alimlərinə qarşı cürət edirlər. Həzrət Əliyə (ə) qarşı dəfələrlə cürət ediblər. Həzrət Fatimənin (ə) karikaturasını da çəkiblər. Ona qarşı təhqiramiz ifadələr də işlədiblər. Bu zaman hər şey barəsində dərhal reaksiya verənlər, bu barədə sükut etdilər.

Həmin Cuhudi Həzrət Zeynəbə (ə) qarşı cürət etdi. İmam Hüseynin (ə) susuz olmasına da qorxulu bir cürət etdilər. İmam Rzanı (ə) da təhqir ediblər. Lakin biz bu videonu yayımlamağı məsləhət bilmirik. İmam Mehdiyə (ə.f) qarşı dəfələrlə cürət edib təhqir ediblər. Biz də bunu göstərdik və şiələr çox narahat oldular. Bunları ona görə dedim ki, bunların azəriləri təhqir etmələri heç də təəccüblü deyildir.

Ustad Yəzdani: Siz təhqirlərdən ibarət bir siyahı dediniz. Biz də əvvəllər açıqca dedik ki, Əbu Bətin adlı vəhhabi alimlərində biri türkləri təhqir etmişdi. Yenə də bu təhqiri göstərək:

“Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-nəcdiyyə” kitabı, müəllifi Məhəmməd ibn Qasim əl-Asimi ən-Nəcdidir. 9-cu cilddə 8-ci səhifə, mürtədin hökmü babında yazılmışdır:

وسئل الشيخ عبد الله أبا بطين: إذا قال بعض الجهال: إن من شروط الإمام أن يكون قرشيا، ولم يقل عارضيا، يشير إلى أنه قد ادعاها من ليس من أهلها، يعني محمد بن عبد الوهاب رحمه الله تعالى، ومن قام معه وبعده بما دعا إليه... ؟

“Şeyx Abdullah Əbu Bətinə belə bir sual verildi:

“Əgər cahillərdən biri “imamın şərtlərindən biri onun qüreyşli olmasıdır, imamın arizli (Ariz: məntəqə adıdır – red.) olması deyilməmişdir” – desə və bununla ona işarə etsə ki, imaməti ona layiq olmayan şəxslər iddia etmişlər, yəni, Muhəmməd ibn Əbdül-Vəhhab və onun yolu ilə gedənlər iddia etmişlər.. (nə cavab verək)?”

فأجاب: إذا قال بعض الجهال ذلك، فقل له: ولم يقل تركيا، فإذا زال هذا الأمر عن قريش، فلو رجع إلى الاختيار لكان العرب أولى به من الترك، لأنهم أفضل من الترك، ولهذا ليس التركي كفوا للعربية، ولو تزوج تركي عربية كان لمن لم يرض من الأولياء فسخ هذا النكاح؛

“Şeyx Əbu Bətin belə cavab verdi: əgər cahillərdən biri bunu desə, ona de ki, (imamın) türk olması da deyilməmişdir. Əgər bu iş Qüreyşdən çıxıb ixtiyara keçsə (yəni, əgər imamın qüreyşli olması deyilməsəydi, onun istənilən qövmdən seçilə bilməsi deyilsəydi) o zaman ərəblər bu işə türklərdən daha layiq olarlar. Çünki, onlar türklərdən daha üstündürlər. Buna görə də türk kişi ərəb qıza tay deyildir. Əgər bir türk kişi ərəb qız ilə evlənərsə, qızın vəlilərindən bu nikaha razı olmayan şəxs bu nikahı “fəsx” (ləğv) edə bilər. (Qeyd: fəsx talaqa ehtiyac olmadan nikahın pozulmasıdır-red.)”

Рейтинг

В этом разделе