“Doğru yol və yanlış yol” proqramı - 1-ci veriliş: Vəhhabiliyin qısa tarixçəsi və vəhhabilərin əhli-sünnədən fərqi

»»

“Doğru yol və yanlış yol” proqramı - 1-ci veriliş: Vəhhabiliyin qısa tarixçəsi və vəhhabilərin əhli-sünnədən fərqi

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş versiyasıdır.

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. İlahi, Məhəmmədə (ə) və Onun ailəsinə salam və salavat göndər və fərəclərini təcil et! Allahın ad və yadı ilə başlayırıq və sonuncu peyğəmbər Məhəmmədə (s), Onun ailəsinə və Həzrət Mehdiyə (ə) salam və salavat olsun!

“Doğru yol və yanlış yol” silsiləvi proqramların birinci hissəsi. Sizə təqdim etdiyim bu proqramda inşallah bizimlə qalın və biz də ustadların xidmətindəyik. Amma bundan öncə “Vilayət” kanalının aktiv və əziz izləyicilərinə bildirmək istəyirik ki, inşallah bu həftədən etibarən, “Doğru yol və yanlış yol” proqramına hər bazar ertəsi, axşam saat 20:00-dan 22:00-a qədər baxa bilərlər. Lakin biz bu proqramda və növbəti həftələrdə inşallah əziz və dəyərli ustad, hörmətli seyyid Hüccətül-İslam vəl-müslimin ustad Yəzdaninin xidmətində olacağıq. Mən siz əzizləri və bu ustadın bütün sevənlərini, eyni zamanda sizi salamlayıram. Salam əleykum və rəhmətullah.

Ustad Yəzdani: Salam əleykum və rəhmətullah, Lənətlənmiş və qovulmuş şeytandan Allaha pənah aparıram. Bağışlayan və Mehriban Allahın adı ilə başlayıram. Xütbə

Cənab Hüseyni, mən də sizi və “Vilayət” kanalının əziz izləyicilərini salamlayıram. Ümidvaram ki, əziz izləyicilər bu aləmin hər nöqtəsində müvəffəq və başıuca olarlar. Mən də öz növbəmdə iki dünyanın xanımı olan Fatimeyi-Məsumənin (ə) vəfatının ildönümü münasibəti ilə bütün şiələrə və Əhli beyt (ə) sevərlərə başsağlığı verirəm. Ümid edirəm ki, Allah Təala qiyamət günü o xanımın şəfaətini bizə də şamil edər. Buyurun!

Aparıcı: Əziz Ustad Yəzdani, təşəkkür edirəm sizə inşallah. Öz kanallarına məhəbbəti və lütfü olan siz əzizlərin hamınızın tərəfindən - istər şiə və istərsə də sünni əzizlər olsun – ziyarət etdik və inşallah bu gün də ziyarət edəcəyik. Lakin sizin ağlınızı gələn ilk sual bu ola bilər ki, bu silsilənin başlanğıcı və ilk hissəsi olan proqramda nə etməliyik və hansı mövzunu işləməliyik?!

İnşallah bazar ertəsi axşamlar saat 20:00-dan 22:00-a qədər və növbəti gün təkrarına vaxt ayırıb baxmaq istəyən siz əziz izləyicilər, hansı mətləblərin məcmusuna şahid olacağınızı nəzərdə saxlayın. Mən də bu sualı möhtərəm ustada ünvanlayıram. Cənab ustad, zəhmət olmasa proqram və bu proqramın hədəf və məqsədləri barəsində tamaşaçılara məlumat verərdiniz.

Ustad Yəzdani: Çox gözəl proqram olan “Kəlimeyi-Teyyibə” bütün xatirələri ilə birlikdə “Vilayət” kanalından yığışdırılandan sonra belə qərar verildi ki, “Vilayət” kanalında “Doğru yol və yanlış yol” adı altında bir müstəqil proqram, “Səhabələrin müdafiəsi” adı altında isə digər bir proqram hazırlansın və “Doğru yol və yanlış yol” verilişini mən öhdəmə götürüm, “Səhabələrin müdafiəsi” proqramını isə ustad Əbülqadisimi öz öhdəsinə götürsün inşallah. Biz “Doğru yol və yanlış yol” verilişindən yalnız iki məqsəd güdürük. Bizim bəhslərimiz yalnız vəhhabiyyət ətrafındadır. Yalnız və yalnız vəhhabi əqidə və inanclarını təqib edəcəyik.

İstəyirik ki, bu proqramla əlaqə saxlayan izləyicilər bu mehvər əsasında bizə suallar ünvanlasınlar. Əgər başqa sual versələr, biz o suallara cavab verməkdə üzrlüyük.

Bu proqramdan bizim birinci məqsədimiz vəhhabilərin həqiqi üzünü bütün müsəlmanlara göstərməkdir. Şiələrə, əhli-sünnəyə və bütün aləmlərə. Belə ki, ey camaat, İslamı vəhhabiyyətlə tanımayın! Düzdür, onların pulu çoxdur, təbliğatları da çoxdur. Onların təbliğləri bütün dünyanı doldurub. Özlərini həqiqi İslamın cilvəsi kimi təbliğ edirlər. Dünya xalqları isə çox təəssüf ki, İslamı qətllərlə və vəhhabilərin bu hərəkətləri ilə tanıyırlar.

Biz vəhhabilərin həqiqi üzünü bütün dünya insanlarına çatdırmaq istəyirik ki, ey dünya, bunlar vəhhabidirlər, bunların müsəlmanlarla heç bir uyğunluğu yoxdur. Əziz İslamın vəhhabilərin rəftarlarına görə heç bir məsuliyyəti yoxdur. Bu bizim birinci hədəfimizdi. İnşallah Allahdan istəyirik ki, bizi müvəffəq eləsin! Əziz izləyicilərimizdən də istəyirik ki, bu işdə bizimlə həmkarlıq etsinlər.

Bizim ikinci hədəfimiz isə, etiqad baxımından vəhhabilərin digər müsəlmanlarla fərqlərini bəyan etməkdir. Vəhhabilərin inanc və əqidələri bütün müsəlmanların əqidələri ilə ziddiyyətdədir. Vəhhabilərdə yalnız özlərini tövhid əhli hesab edir, qalanların hamısını isə müşrik hesab edirlər.

Bunların bütün etiqadları müsəlmanların etiqadları ilə fərqlidir. Biz bu fərqləri bəyan etmək istəyirik ki, əziz izləyicilər şiənin vəhhabi ilə fərqini, sünninin vəhhabi ilə fərqini, digər İslam məzhəblərinin vəhhabi ilə fərqlərini kamil surətdə bilsinlər. Vəhhabilərin kim olduqları aydınlaşsın.

Aparıcı: Çox gözəl, inşallah belə olar. Əziz izləyicilər də bilsinlər ki, sizin vasitənizlə təqdim olunan bu proqramın mətləbləri təkrar olmayacaq inşallah. Əsas mətləblər açılacaq. Əgər “Vilayət” kanalında bu mətləblərə işarə olunsa və siz də istədiyiniz bəhsləri önə çəksəniz, bunlar müzakirə mövzusuna çevriləcək inşallah. Saf və yeni mətləblərin intizarında olun. Burada gördüyünüz video-roliklər, sənədlər və mənbələrin hamısı sizə təqdim ediləcək.

Lakin mənim birinci işim, ustad Yəzdaniyə verdiyim, özündə hər şeyi cəm edən bu sualım barəsində “Vilayət” kanalında dəfələrlə bəhs olunmuşdur. Bəlkə də bu məzhəbdə olan şəxslərə tanıtdırmaq üçün nizamlı və silsilə şəklində proqramlar hazırlamağa fürsət olmayıbdır.

Diqqət etsək ki, bu birinci proqramdır, bəlkə də izləyicilər vəhhabiliyin nə olduğunu, harada meydana gəldiyini və nə funksiyaya malik olduqlarını bilmək istəyəcəklər. Zəhmət olmasa vəhhabiliyin tarixçəsi barəsində danışardınız ki, əziz tamaşaçılar da vəhhabiyyətin mənbəyinin haradan qaynaqlandığını, necə inkişaf etdiklərini bilsinlər. Əziz tamaşaçılar və mən bundan mütləq faydalanacağıq.

Ustad Yəzdani: Vəhhabiliyin tarixçəsi barəsində: Biz gərək bir etiqadi tarixçəni geniş surətdə bəyan edək ki, vəhhabi məzhəbi və fikirlərini təşkil etməkdə tarix boyu kimlər təsir qüvvəsinə malik olmuşdur.

İbn Teymiyyənin, Məhəmməd ibn Əbdül-Vəhhabın və bugünkü vəhhabilərin təbliğ etdikləri əqidələrin çoxu Bəni-Üməyyə mərvanilərinə qayıdır və onların Əhli-beytlə (ə) müxalifətində böyük rola malik olmuşlar. Onlar Əhli-beytlə (ə) düşmən olduqları üçün bir çox etiqadi məsələləri, o cümlədən təvəssülü, qəbir ziyarətlərini və ziyarət səfərlərini şirk və küfr hesab edirdilər. Vəhhabilər də bu gün onların yolunu gedirlər.

Vəhhabiliyin formalaşmasında ən böyük təsirə malik olan növbəti şəxs isə İbn Teymiyyə Hərrani olmuşdur. İnşallah bu barədə geniş bəhs edəcəyik.

İbn Teymiyyənin sözləri tamamilə təzə sözlərdir. Bundan əvvəl müsəlmanların arasında belə fikirlər olmamışdır. Buna görə də müsəlmanlar İbn Teymiyyəni kafir hesab ediblər, onu zindana salıblar və o da elə o zindanda dünyadan getmişdir. Sonra onun cənazə müşayiəti də olmuşdur. Bu barədə gələcəkdə də söhbət açacağıq inşallah.

İbn Teymiyyədən sonra növbə Məhəmməd ibn Əbdül-Vəhhaba, Məhəmməd ibn Səuda və digər vəhhabilərə çatdı. Bu barədə də geniş bəhs edəcəyik inşallah.

Lakin vəhhabilik dövlətinin qurulması mərhələləri və siyasi tarixi barədə:

Hamı bilir ki, vəhhabilərin üç mühüm dövrü olmuşdur, yəni Səudiyyə Ərəbistanının və vəhhabi dövlətinin qurulmasının üç dövrü olmuşdur:

Vəhhabilərin birinci hökuməti və dövrü hicrətin 1157-ci ilində Dəriyyə məntəqəsində Məhəmməd ibn Əbdül-Vəhhabın (v. 1206 h. q) Məhəmməd ibn Səuda beyət etməsi ilə eyni zaman əhatə edir. (Dəriyyə Riyadın 13 km şimal-qərbində yerləşir).

Lakin bunların hökumətinin ilk çökməsi belə oldu ki, Osmanlı hakimi Əli Paşanın oğlu Misirin hakimi olan İbrahim Paşa Abdullah ibn Səudu həbs edib İstanbula göndərdi. Sonra Osmanlı hakimlərindən olan Mahmud xanın dövründə İstanbuldakı Bayazid meydanında boynu vuruldu və hicrətin 1233-cü ilində bu hökumət tamamilə aradan getdi. Beləliklə də müsəlmanlar Osmanlıların əli ilə vəhhabilərin şərrindən qurtuldular. Bu yerləri xülasə şəkildə dedim və gələcəkdə müfəssəl surətdə izah edəcəyəm.

Aparıcı: Məhəmməd ibn Əbdül-Vəhhabın Məhəmməd ibn Səuda beyət etməsinin nə faydaları var idi?

Ustad Yəzdani: Vəhhabilərin özləri öz kitablarında bu beyətin faydalarını yazıblar. Beyətin faydaları bu idi ki, siyasi qüdrət və hakimiyyət Səud ailəsinin əlində olsun. İndi də belədir. Lakin məzhəbi və dini rəhbərlik Şeyxin ailəsinin və ya Məhəmməd ibn Əbdül-Vəhhabın və onun övlardlarının ixtiyarında olsun. Hər iki qrupun sözləşməsi hansı surətdə olursa olsun, bir-birlərinə dəstək çıxsınlar.

Başqa sözlə desək, beyətin faydası bu idi ki, həmişə qüdrət Səud ailəsinin, fətva vermək səlahiyyəti isə Şeyx ailəsinin əlindən olsun, onlar həmişə bir-birləri ilə həmkarlıq etsinlər, heç vaxt bir-birlərinə qarşı müxalifətçilik etməsinlər. İndi mən bir kitabı əziz izləyicilərə göstərəcəyəm ki, onların beyət etmələrinin faydası necə oldu?!

“Unvan əl-məcd fi tarix ən-Nəcd” kitabı, 1-ci cild, müəllifi də Şeyx Osman ibn Abdullah ibn Bişr.

Bu kitab vəhhabilərin öz tarixləri barəsində yazdıqları mühüm kitablardandır və Səudiyyə Ərəbistanında da çap olunmuşdur. 42-ci səhifədə yazılır ki, Muhəmməd ibn Əbdül-Vəhhab Muhəmməd ibn Suudla görüşür. Bu zaman İbn Səud ona deyir:

أبشر ببلاد خير من بلادك، وأبشر بالعز والمنعة، فقال الشيخ: وأنا أبشرك بالعز والتمكين والنصر المبين، وهذه كلمة التوحيد التي دعت إليها الرسل كلهم, فمن تمسك بها وعمل بها ونصرها ملك بها البلاد والعباد. وأنت ترى نجدا وأقطارها أطبقت على الشرك والجهل والفرقة والإختلاف والقتال بعضهم لبعض، فأرجو أن تكون إماما يجتمع عليه المسلمون وذريتك من بعدك.

“Öz ölkəndən daha xeyirli olan ölkələrlə, izzət və qüdrətlə müjdə olsun sənə!” Şeyx ona dedi: “Mən də sənə izzət, güclənmə və açıq-aşkar bir qələbə müjdəsi verirəm. Bu, bütün peyğəmbərlərin ona tərəf dəvət etdikləri tövhid kəliməsidir. Kim bundan yapışsa, ona əməl etsə və ona yardım etsə, ölkələrə və bəndələrə hakim olar. Sən bütün Nəcdin və onun ətrafındakı ərazilərin şirkə, cəhalətə, parçalanmaya, ixtilafa və bir-birləri ilə döyüş aparmağa düçar olduğunu görürsən. Mən ümid edirəm ki, sən müsəlmanların ətrafına toplanacaqları bir imam olacaqsan, eləcə də səndən sonra sənin nəslin (bu şəkildə imam) olacaq.”

Davamında Məhəmməd ibn Səud bu sözlərlə razılaşmır və şərtlərini irəli sürür:

إلا أن محمد بن سعود شرط في مبايعته للشيخ أن لا يتعرضه فيما يأخذ من أهل الدرعية مثل الذي كان يأخذه رؤساء البلدان على رعاياهم , فأجابه الشيخ على ذلك رجاء أن يخلف الله عليه من الغنيمة أكثر من ذلك....

Lakin, Muhəmməd ibn Səud Şeyxə beyəti üçün belə bir şərt qoydu ki, Şeyx, Dəriyyə camaatından aldığı, ölkə başçılarının öz rəiyyətlərindən aldıqları vergilər növündən olan vergilər* məsələsində ona toxunmasın. Şeyx onun bu istəyinə müsbət cavab verdi və Allahın ona (hərbi) qənimətlərdən bundan daha çoxunu nəsib edəcəyinə ümid etdiyini (bildirdi).

*Qeyd: “ölkə başçılarının öz rəiyyətlərindən aldıqları vergilər növündən olan vergilər” deyildikdə qeyri-qanuni olub şəri cəhətdən əsası olmayan vergilər, xəraclar nəzərdə tutulur.

Xülasə, deyir ki, mən indiyədək bu camaatdan vergi almışam, xüms və zəkatdan əlavə onlardan vergi almışam və istəyirəm ki, bu iş davam etsin. Əgər hökumət sizin əlinizə keçsə, bütün bunlar kəsilməsin. Şeyx ona cavab verdi ki, Dəriyyə elə bir yer deyil ki, oradan sənə çox vergi yığılsın. Nəinki Dəriyyənin vergisi, hətta fəth etdiyimiz digər yerlərin də vergisi sənə çatacaq.

Maraqlısı budur ki, bir neçə səhifə sonra səhifə 44-də hadisələri bəyan edəndən sonra yazır:

ولقد رأينا الدرعية بعد ذلك في زمن سعود بن عبد العزيز بن محمد بن سعود رحمهم الله , وما فيها من الأموال وكثرة الرجال , والسلاح المحلى بالذهب والفضة , وعندهم الخيل النجاب والجياد العمانيات , والملابس الفاخرة والرفاهيات , ما يعجز عن عدّه اللسان

“Daha sonra biz Suud ibn Əbdül-Əziz ibn Muhəmməd ibn Suudun (nəvənin) zamanında Dəriyyəni gördük. Orada necə (çoxlu) mal-dövlətin, çoxlu əhalinin və qızıl-gümüşlə bəzədilmiş silahların olduğunu gördük. Onların dilin saymaqda aciz olduğu qədər əla cins Oman atlarına, bər-bəzəkli libaslara və firavanlığa sahib olduqlarını gördük.”

Deyir ki, bunlar hamısı Dəriyyəyə gəldi. O zamana qədər Dəriyyənin vəziyyəti pis idi. Lakin müsəlmanlardan yığılmış bir qədər pul və qənimətlərlə Dəriyyə camaatı qızıl silahlara və mallara sahib oldular. Onlar gözəl libaslar geyindilər və digər məsələlər…

Bu da Məhəmməd ibn Əbdül-vəhhabla Məhəmməd ibn Səudun beyətnaməsinin mətni

Aparıcı: Əziz izləyiciliər bizim bu barədə təqdim etdiyimiz video-roliklərə diqqət etsinlər. Biz bu videoları ona görə təqdim edirik ki, həm etdiyimiz bəhs öz elmi çərçivəsindən kənara çıxmasın, həm də müxtəlif vasitələrlə vəhhabiliyin iç üzünün ortaya çıxmasından faydalanaq.

Birinci video, vəhhabilərdən biri öz kitablarında şərh etdikləri əhvalatları ikinci dəfə bu videoda bəyan edir.

1-ci videonun mətni (17:29 - 18:06)

Qoy, yaşadığımız keçmişi yada salım. Qardaşım, 30 və ya 50 il bundan əvvəl yuyunmağımız üçün sabun tapa bilmirdik, qoyunların dalınca gedirdik. Sənin xəbərin vardır ki, mən, atan, baban elə olmuşuq ki, bədənimizdə bit özünə yuva qurmuşdur. Düzdür, Allah bizi ehtiyacsız etmişdir. Bilmirdik ki, şampun nədir? Sabun nədir? Təmizlikdən heç nə anlamırdıq. İşləyirdik, zəhmət çəkirdik və yorulurduq. Allah Təala bizə minnət qoydu. Neməti görən zaman qədrini bilməliyik.

Aparıcı: Bu onların keçmişini danışdıqları bir video idi. Hələ də bəzi vəhhabi kanalları var ki, onların ekspertlərinin kanalları olmasına baxmayaraq, bu imkanları – məsələn sabunları və s. yoxdur.

Ustad Yəzdani: Məhəmməd ibn Səudun Məhəmməd ibn Əbdül-Vəhhabla beyətinin nəticəsi yalnız dünya və dünya malı idi. Belə ki, fəqir və bədbəxtik və qənimət dalıncayıq. Bu beyət yalnız həmin məsələlərin ətrafında idi. Belə ki, biri dini hakimiyyəti, digəri isə dünyəvi hakimiyyəti və dünya malını ələ keçirsin, indiyədək də belədir. Bu cənabların nə şampunu var nə də sabunu, əslində onlar şampun və sabunun nə olduğunu bilmirlər. Dediyiniz kimi, kanalları da var, lakin hələ də sabunları yoxdur. Bunun videosu da bir az əvvəl yayımlandı. Bu, birinci dövr idi.

Lakin vəhhabiliyin ikinci dövrünə gəlincə, Osmanlılar Səud ailəsinə tamamilə qələbə qazanandan sonra, bunlar çöllərə səpələndilər. Keçmişdəki kimi, yenə də qoyunların dalınca düşdülər və keçmiş işləri ilə məşğul olmağa başladılar. Sonra Türki ibn Adbullah adlı bir şəxs 1236-cı ildə Dəriyyəni ələ keçirib, ikinci dəfə vəhhabi hökumətini diriltmək istədi. Lakin o, çox davam gətirmədi və 1249-cu ildə əmisi oğlu Muşari ibn Abdullahın əli ilə öldürüldü. Bu, həmin zaman idi ki, Səud ailəsi arasında döyüşmək çox irəli getmişdi.

Bunlar arasında olan döyüşlər və qətliamlar çox təəccüblü idi. İnsan onların kitablarını oxuyarkən, onların bir-birlərinin əleyhinə gördükləri işlər və qətliamlar həmin “Unvan əl-Məcd” kitabında yazılmışdır.

Bütün bunlar onun göstəricisidir ki, onlar din dalınca olmayıblar. Din dalınca olan kəs qardaşını, əmisini, əmisi oğlunu öldürməz. Xülasə, bu döyüş Rəşid ailəsinin onlara qələbə çalmasına səbəb oldu və beləliklə də vəhhabiliyin bürümü 1263-cü ildə ikinci dəfə büküldü.

3-cü dövr: 1319-cu ildə Ərəbistan hökuməti “Səhra şahini” ləqəbli İbn Səud adı ilə məşhur olan Əbdül-Əziz ibn Əbdür-Rəhmanın vasitəsilə quruldu. Daha sonra isə bu hökumət ingilis hökumətinin və Əbdül-Əzizin ətrafında olan ingilis casuslarının və komandirlərinin köməyi ilə bu günədək ayaqdadır. Ümidvarıq ki, müsəlmanlar və ən azı Osmanlı türkləri qeyrət nümayiş etdirərlər və biz də Məkkə və Mədinənin ikinci dəfə vəhhabilərin çirkabından təmizlənmiş halda şahidi olarıq.

Aparıcı: Bayaq kanalda yayımlanan mövzuya indi müfəssəl şəkildə qayıdırıq. Mövzu vəhhabiliyin digər müsəlmanlarla fərqidir. Şiə və sünnidən ayrıdır. Bu kanal vasitəsilə bildiririk ki, vəhhabilik İbn Teymiyyədən, onun düşüncələrindən, Məhəmməd ibn Əbdül-Vəhhabın və Səud ailəsinin qurduğu hökumətdən əvvəl olmuş bütün müsəlman firqələrindən ayrıdır. Buna görə də onların etdiklərini müsəlmanların hesabına yazmasınlar.

“Vilayət” kanalında bu məsələlər xülasə şəkildə deyilmişdir. Lakin burda Ustad Yəzdanidən istəyirəm və əziz tamaşaçılar da dəfələrlə istəyiblər ki, vəhhabiliyin digər müsəlmanlarla fərqi nədədir? Siz bu proqramda bununla bağlı fikir bildirəcəksinizmi?

Ustad Yəzdani: Bu proqramın mövzusu və adətən bizim əsas hədəfimiz budur ki, vəhhabilərlə digər müsəlmanların fərqini sabit edək. Müsəlmanların bunları qəbul etməmələrinə əsaslı meyarlarımız vardır. Lakin vəhhabilər buna daha çox qərarlıdırlar. Əlbəttə bu proqramın digər proqramlardan fərqi budur ki, əgər bir mövzuya daxil olsaq, onu müfəssəl şəkildə araşdıracağıq. Əgər təvəssül mövzusuna daxil olsaq, vəhhabilərin təvəssüllə bağlı istinad etdikləri ayələri araşdırıb cavab verəcəyik. Şafei, Hənəfi, Hənbəli və Maliki alimlərinin nəzərlərini bütün xırdalıqları ilə araşdıracaq və müfəssəl surətdən izah edəcəyik. “Doğru yol və yanlış yol” proqramı tamam olanda, bizdən bir yadigar olaraq qalacaq inşallah.

Birinci və əsas fərq budur ki, vəhhabilər özlərindən başqa bütün müsəlmanları kafir hesab edirlər. Yəni vəhhabi olan müsəlman, vəhhabi olmayan isə müşrikdir. Çünki Allahdan başqasını çağırır, Allahdan başqasından istəyir, təbərrük götürür, ölülərdən şəfaət istəyir və bu dəlillərə görə müsəlmanları kafir hesab edirlər.

Aparıcı: Keçmiş proqramlara müvafiq olaraq, mən əziz izləyicilərin nümayəndəsi kimi siz cənab ustaddan soruşuram. Siz buyurdunuz ki, vəhhabilər digər müsəlmanları təkfir edir. Onların qəbirləri ziyarət etməsini haram bilmələri ayrı bir mövzudur. Onların “bizdən başqa digər müsəlmanlar müşrikdilər” demələrini göstərəcək bir sənədiniz vardırmı?

Ustad Yəzdani: Bu barədə sənəd çoxdur. Onlardan birini nümunə olaraq göstərirəm. Siz nə barədə sual versəniz, burada onun sənədlərini xülasə olaraq göstərəcək və gələcəkdə də bu barədə müfəssəl danışacağıq.

Lakin vəhhabilərin özlərindən başqa müsəlmanları kafir hesab etmələrinə gəlincə, videodan əlavə, onların öz kitablarında olan digər mənbələr də mövcuddur.

“Muəlləfat əş-Şeyx Məhəmməd ibn Əbdül-Vəhhab” kitabının 187-ci səhifəsi, “Ər-Rəsail əş-şəxsiyyə” kitabı.

Burada açıq-aşkar deyir ki,

لقد طلبت العلم، واعتقد من عرفني أن لي معرفة، وأنا ذلك الوقت، لا أعرف معنى لا إله إلا الله، ولا أعرف دين الإسلام، قبل هذا الخير الذي من الله به؛ وكذلك مشايخي، ما منهم رجل عرف ذلك.

فمن زعم من علماء العارض: أنه عرف معنى لا إله إلا الله، أو عرف معنى الإسلام قبل هذا الوقت، أو زعم من مشايخه أن أحدا عرف ذلك، فقد كذب وافترى، ولبس على الناس، ومدح نفسه بما ليس فيه;

Mən elm arxasınca düşdüm. (O zamanlar) məni tanıyanlar elə bilirdilər ki, mənim bir mərifətim vardır. Lakin, mən o zamanlar “la ilahə illəllah”ın mənasını bilmirdi Mən Allah tərəfindən mənə bəxş edilən bu xeyirdən (elmdən) əvvəl İslam dininin nə olduğunu bilmirdim. Ustadlarımdan da heç biri “la ilahə illəllah”ın mənasını və İslam dininin nə olduğunu bilməyiblər.

Əl-Arid alimlərdən hər kəs bu zamandan öncə “la ilahə illəllah”ın mənasını bildiyini və ya İslamı tanıdığını iddia etsə, yaxud ustadlarından birinin bunları bildiyini iddia etsə, yalan demişdir, iftira atmışdır, camaatı aldatmışdır və özündə olmayan bir şeylə özünü tərifləmək istəmişdir.

Bu, Məhəmməd ibn Əbdül-Vəhhabın öz fətvasıdır. O, fətvada açıq-aşkar bildirir ki, nə mən, nə də ustadlarım “la ilahə illəllah”ın mənasını bilməyib, İslamı tanımayıb. “La ilahə illəllah”ın mənasını bildiyini və İslamı tanıdığını iddia edən hər kəs yalançıdır. Yəni bundan əvvəl müsəlman olmayıb, bundan əvvəl “la ilahə illəllah” desə də, mənasını anlamayıb. Bu cür mənbələr çoxdur, biz onları geniş şəkildə izah edəcəyik.

Vəhhabi kanallarından hazırladığımız videoda deyirlər ki, sünni və şiə olmağından asılı olmayaraq, kim “Ya Rəsuləllah”, “Ya Əli”, “Ya Əbdül-Qadir Gilani” desə, hamısı müşrikdir və bütün müsəlmanların etiqadı islah olunmalıdır.

İkinci video: "Şiə və sünnilər təvəssül və istiğasə etməkdə müştərəkdirlər və hər ikisinin əqidəsi islah olunmalıdır."

Videonun tərcüməsi (28:17 - 29:33):

Biz eyni ilə şiə məzhəbinə, şiə dünyasına gətirdiyimiz iradı sünni qardaşlara da gətiririk. Siz kömək istədiyiniz zaman “Ya Allah” deyin! “Ya Əbdül-Qadir Gilani”, “Ya Ömər”, “Ya Əbu Bəkr”, “Ya Rəsuləllah” deməyin! Kömək istədiyiniz və istiğasə etdiyiniz zaman “Ya Allah” deyin. Bu irad tutulur və düzdür. Əgər biz şiə dünyasından irad tuturuq ki, onlar çağıranda və ya istiğasə edəndə “Həsən”, “Hüseyn” və “Əli” deyirlər, sünnilər də gəlib deyirlər ki, əlbəttə ki, bütün sünnilər yox, sünnilərin bir qismi, yaxud əksəriyyəti də Əbdül-Qadir Gilanini yardım edən, kömək edən və şəfa verən ünvanı ilə ondan digərləri qəbirlərdən və ya şiələr Həzrət Rza (ə) və Həzrət Hüseyndən (ə) istədiklərini istəyirlər. Hər ikisi səhvdir, hər ikisi düzəlməlidir, hər ikisi tərk olunmalıdır və onun yerinə yalnız “Allah” deməlidirlər.

Aparıcı: Ustad Yəzdani, zəhmət olmasa izah edin!

Ustad Yəzdani: Onlar açıq-aşkar bildirirlər ki, fərqi yoxdur, istər şiə olsun, istərsə də sünni, müşrikdir. Əlbəttə, “müşrik” sözünü demirlər, ehtiyat edirlər. Şiə “Ya Əli”, “Ya Hüseyn” deyir, sünni də “Ya Əbdül-Qadir Gilani”, “Ya Rəsuləllah” deyir. Buna əsasən də bunlar (şiə və sünni) təvəssül və istiğasə etməkdə müştərəkdirlər və hər ikisinin əqidəsi islah olunmalıdır. Şiə “Ya Əli” dediyinə görə müşrikdir, əhli-sünnə də “Ya Əbdül-Qadir Gilani”. Əlbəttə ki, bu az hallarda baş verir, əhli-sünnə adətən “Ya Rəsuləllah”, “Ya Ömər” deyirlər. Maraqlısı budur ki, mən bu gün vəhhabilərdən birinin “Facebook” sosial şəbəkəsində “Ya Əba Bəkr”, “Ya Ömər”, “Ya Əbdül-Qadir Gilani” yazdığını gördüm. Bu şəxs vəhhabi kanallarında ekspertlərdən biridir. Yəni şiə “Ya Əli”, sünni də “Ya Əbdül-Qadir Gilani” dediyinə görə müşrikdir və öldürülməlidir.

Aparıcı: Ustad Yəzdani, mən təkfir mövzusunda həqiqətən qane oldum. Məhəmməd ibn Əbdül-Vəhhab “nə mən, nə ustadlarım, nə də digər alimlər “la ilahə illəllah”ın mənasını başa düşməyiblər” dediyi zaman hər şey aydın idi. Lakin siz sonda dediniz ki, şiə müşrikdir və öldürülməlidir. Öldürülməli olduğunu haradan deyirsiniz?

Ustad Yəzdani: Əlbəttə ki, biz bundan əvvəl belə dediklərini söylədik, lakin yenə də bunun mənbələrini göstəririk.

“Kəşf əş-şübəhat” kitabı, müəllifi cənab Şeyxül-İslam Məhəmməd ibn Əbdül-Vəhhab (baxmayaraq ki, bizim onun Şeyxül-İslam olmasına etiqadımız yoxdur) 147-ci səhifədə aşkar surətdə deyir ki:

إجماع المذاهب كلهم على أن من جعل بينه وبين الله وسائط يدعوهم، أنه كافر مرتد حلال المال والدم.

Bütün məzhəblər icma ediblər ki, (halbuki icma bunun əksinədir) əgər bir kəs Allahla özü arasında vasitələr qərarlaşdırıb onları çağırarsa, o kafirdir, mürtəddir, malı və qanı (canı) halaldır.

Yenə də özünün “Rəsail əş-şəxsiyyə” kitabında başqa mətləblər gətirib:

وأن قصدهم الملائكة أو الأنبياء أو الأولياء يريدون شفاعتهم، والتقرب إلى الله بذلك هو الذي أحل دماءهم وأموالهم؛

Əgər onlar mələklərə, peyğəmbərlərə və övliyalarə üz tutub onlardan şəfaət istəsələr və bunun vasitəsilə Allaha yaxınlaşmaq istəsələr, bu, onların can və mallarının halal olmasına səbəb olar.

Onun başqa kitablarında da bu tip fətvalar mövcuddur. Biz ikisi ilə kifayətlənirik. Bu barədə video da hazırlamışam.

Aparıcı: Onlar bu fətvanı veriblər, lakin birini öldürərkən ondan şəhadəteyni söyləməsini istəyirlər, (o da şəhadəteyni deyəndə) onu İslamdan hesab edib öldürmürlər. Onların müsəlmanları öldürməsini deməyimiz insafsızlıq deyilmi?

Ustad Yəzdani: Bəli, onlar müsəlmanları öldürürlər. Növbəti video da bu barədədir. Əlbəttə, əvvəlcədən deyək ki, bu video bir az vəhşətlidir. Uşaqların, ürək problem olanların bu videoya baxmamalarını tövsiyə edirəm.

3-cü video: Əhli-sünnə olan bir cavanın Əsəd dövləti ilə həmkarlıq etməsi, namazı tərk edib şərab içməsi ittihamı ilə edam olunması (34:21 - 35:21)

Aparıcı: Təkbir deməklə İslamın adını nümayiş etdirən və bundan video hazırlayıb yayımlayan o vəhşilərə Allah lənət eləsin!

Ustad Yəzdani: Şəhadəteyni deyən bir cavan görürük, eyni halda onu öldürürlər. Bütün müsəlmanların icması budur ki, şəhadəteyni deyən və müsəlman olan şəxs öldürülməməlidir.

Hər halda sonra töhmət vururlar ki, Əsəd dövləti ilə həmkarlıq edir. Bu günah sabitdirmi? Bu şəxs özünü müdafiə etdimi? Onu müdafiə edən bir vəkil varmı? Namaz qılmır, haradan bilirsən ki, namaz qılmır? Şərab içəndir, sonda dedi ki, haramzadədir, buna görə də gərək öldürülsün.

Gördük ki, bu şəxs müsəlmandır, həm də sünnidir. Çünki əgər şiə olsaydı, Əmir əl-möminin Həzrət Əlinin (ə) vilayətinə də şəhadət verərdi. Ən azı o anda unutmazdı. Yalnız Allahın təkliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verdi. Lakin yenə də vəhşicəsinə öldürüldü. Sonra da “Allahu Əkbər” deyirlər. Yəni onlar indi bir iş gördülər ki, mübarək kəlmə olan “Allahu Əkbər” dünyada ən mənfur şüar olsun. Yəhudi və məsihi də görür ki, bir vəhhabi müsəlman adı ilə “Allahu Əkbər” deyir və bir cavanı heç nədən öldürürlər. Təbii ki, bu yəhudi və ya məsihi İslama nifrət edər, İslamın inkişafı dayanar, İslamın abrını aradan apararlar.

İbn Teymiyyənin bir çox əcib-qərib fətvaları vardır. İnşallah gələcəkdə onları da geniş şəkildə bəyan edəcəyik. O fətvalardan biri də budur ki, məsdicin qonşuluğunda olan və məsciddə namaz qılmayan şəxs gərək öldürülsün.

İkinci fərq: İstiğasə və Allahdan başqasından istəmək şirkdir və öldürülməlidir.

Üçüncü fərq: Ölülərə təvəssül etmək şirkdir.

Dördüncü fərq: Peyğəmbərdən (s) başqasına təbərrük etmək haramdır. Lakin bəzən deyirlər ki, kimsə Peyğəmbərdən (s) qalmış və sabit olmuş bir şeyə təbərrük etsə, problemi yoxdur. Bu yerləri rəvayətlərin çoxluğu səbəbinə inkar edə bilmirlər. Lakin Peyğəmbərdən (s) başqasına təbərrük edən müşrikdir və öldürülməlidir.

Beşinci fərq: Dünyada ölülərdən şəfaət istəmək. Şəfaətin bir neçə qismi olduğu üçün bir kəs dünyada ölüdən şəfaət istəsə, müşrikdir və öldürülməlidir.

Altıncı fərq: Allahın rəsulunu (s) ziyarət etmək məqsədi ilə səfərə çıxan şəxs müşrikdir.

Yeddinci fərq: Peyğəmbərin (s) qəbrini öpmək, ona əl sürtmək haramdır. O Həzrətin (s) minbərinə və otağına yaxud da İmam Rzanın (ə) hərəminə getdiyiniz zaman o Həzrətin (ə) zərihinə əl sürtsəniz, müşriksiniz.

Səkkizinci fərq: Ölülər dirilərin səsini eşitmirlər, onlar açıq-aşkar bildirirlər ki, belə bir şey həqiqət deyildir.

Doqquzuncu fərq: Qəbirləri ziyarət etmək qadınlar üçün caiz deyildir.

Onuncu fərq: Təqlid etmək caiz deyildir və dörd məzhəbin bütün müqəllidləri müşrikdir.

Həm də bu barədə İbn Teymiyyənin bir çox fətvası vardır ki, heç kəsin bu günün müftilərinə təqlid etməyə haqqı yoxdur.

Aparıcı: Mən müxtəlif proqramlarda onların Hənbəli məzhəbdə olduqlarını iddia etmlərinin şahidi olmuşam. Əhməd ibn Hənbəl əhli-sünnə alimlərindəndir və bunların bir-birlərinin arasında zaman fasiləsi vardır. Bunlar özlərini Hənbəli hesab edirlər, nəticədə bunlar müqəlliddirlər. Bir kəsin özü müqəllid olub, digərlərini təqlid etdikləri üçün təkfir etməsi mümkündürmü?

Ustad Yəzdani: Bunların belə fətvaları vardır. Onlar deyirlər ki, əgər bir adam desə, Hənbəli, Şafei, Hənəfi, Maliki yaxud da etiqadda desə ki, Əşəri, əhli-hədis, Mötəzili və ya Matridiyəm, kafir və müşrikdir. Bu surətdə onlar özlərini də təkfir edirlər. Bu barədə bir çox mənbələr vardır. Bir neçəsini göstərirəm.

İbn Teymiyyənin “Məcmuə əl-fətava” kitabı, c. 4, s. 106. O, geniş bir bəhsdən sonra deyir:

فمن قال : أنا شافعي الشرع ، أشعري الاعتقاد، قلنا له : هذا من الأضداد ، لا بل من الارتداد

Kim desə ki: “mən fiqhdə şafei, əqidədə əşəriyəm”, ona deyərik ki: “bu söz ziddiyyətdir. Xeyr! Hətta, mürtədlikdir!”

Növbəti paraqraflarda da bir sıra mətləblər vardır, biz təqlid bəhsində bu barədə geniş danışacağıq. Başqaları bundan dad aha aydın deyiblər ki, dörd məzhəbə təqlid etmək şirkdir.

Cənab Seyid Məhəmməd Siddiq Həsən Xan “əd-Din əl-xalis” kitabında, c.1, s.140-da açıq-aşkar deyir:

تقليد المذاهب من الشرك .

Məzhəblərə təqlid etmək şirkdir.

İndü bütün müqəllidlər, yəni Hənbəlilər, Hənəfilər, Şafeilər, Malikilərin hamısı müşrikdir. İnşallah öz vaxtında bunu geniş araşdıracağıq.

On birinci fərq: Ölülər üçün nəzir etmək şirkdir.

On ikinci fərq: Əzadarıq etmək və ölüyə ağlamaq haramdır. Biz onların bu kimi təbliğatlarını Məhərrəm ayında gördük.

On üçüncü fərq: Peyğəmbər (s) təvəllüd gününü yaxud besət günün və ya hər hansı bir təvəllüd gününü – məsələn bir kəs öz övladının doğum gününü bayram etməsi haramdır. Bu, vəhhabilərin əqidəsidir, halbuki digər bütün müsəlmanlar bunun əksini deyirlər.

On dördüncü fərq: Qəbirlərin tikmək haram və Peyğəmbərin (ə) günbəzini dağıtmaq vacibdir. Onlar tarix boyu bizim imamlarımızın da günbəzlərini dağıdıblar. Bu dağıtmalar barəsində də inşallah danışacağıq. Lakin onlar Peyğəmbərin (ə) günbəzinin dağıdılması barəsində fətva veriblər.

Aparıcı: Ustad, bir sualım var. Bu gün Ərəbistanda Peyğəmbərin (s) günbəzi vəhhabilərin əlindədir və hərəmin himayəçisidirlər. Hər halda günbəz var, əgər istəsələr onu dağıdarlar. Bəs niyə indiyədək bu işi etməyiblər?

Ustad Yəzdani: Bu suala cavab vermək üçün mənbə göstərəcəyəm. “Tuhfətul mucib” kitabı, müəllifi cənab Əbu Əbdür-Rəhman Muqbil ibn əl-Hadi əl-Vadiidir. O, qəribə mətləblər irəli sürən müasir və məşhur vəhhabi alimlərdəndir. "Tuhfətul-mucib" kitabının 406-cı səhifəsində geniş şəkildə bəyan edir ki, heç kəsin günbəz düzəltməyə haqqı yoxdur:

ونحن نقول - وتلكم قبه الهادي بجوارنا-نتمنى نتمنى ان قد رأينا المساحي في ظهرها الى ان تصل الى الارض ولكن نرى ان ليس لدينا قدره فنحن ان شاء الله نؤجل هذا لغد او بعد غد وهكذا بعض المنكرات

Biz deyirik ki, bizim yanımızdakı Hadinin (Peyğəmbərin) bu qübbəsi ki, var, biz istərdik, istərdik ki, külünglərin bu qübbənin üstündə olduğunu və onun yerə yapışdığını görək! Lakin görürük ki, belə bir qüdrətimiz yoxdur. Biz bu işi, inşəallah, sabaha, yaxud, sabahdan sonrakı günə saxlayırıq. Həmçinin də, digər bəzi pis işlərin (islahını sonraya saxlayırıq.

Vəhhabilər bu arzunu özləri ilə qəbirə aparacaqlar. Nə qədər ki, müsəlmanlar var, onlar Peyğəmbərin (s) günbəzini dağıda bilməyəcəklər. Əgər onların buna qüdrətləri çatsaydı, o Həzrətlə (s) düşmənçiliklərinə görə mütləq bu işi edərdilər.

On beşinci fərq: Peyğəmbərə (s) salavat göndərmək haram və bu işi edənin öldürülməsi isə caizdir. Bu hadisə tarixdə gəlmişdir ki, bir kişi azanda Peyğəmbərin (s) adı çəkilən zaman salavat dediyinə görə Məhəmməd ibn Əbdül-Vəhhabın əmri ilə öldürülmüşdür. Əhli-sünnə alimlərinin özləri bu hadisəni nəql ediblər.

On altıncı fərq: Qəbirlərin üzərinə çıraq və şam qoymaq haramdır.

On yeddinci fərq: Peyğəmbərin (ə) və Əhli-beytin (ə) fəzilətlərini inkar edirlər və onları təhrif edirlər.

On səkkizincin fərq: Əhli-beyti (ə) təhqir edir və onları münafiq hesab edirlər.

Aparıcı: Bəlkə izləyicilərin ağlına bu sual gələ bilər ki, buyurduğunuz kimi onlar Peyğəmbər (s) ailəsini münafiq hesab edirlər. Halbuki onlar özlərini müsəlman hesab edir və zahirdə Əhli-beytə (ə) məhəbbət bəslədiklərini iddia edirlər. Sizin buyurduğunuz bu iddia üçün sənədiniz varmı?

Ustad Yəzdani: Bəli, biz əvvəl də göstərdik ki, əhli-sünnə alimləri İbn Teymiyyənin Həzrət Zəhra (s.ə) haqqında nə dediyini açıq-aşkar bildiriblər:

فيها شعبه من النفاق .

Onda bir az nifaq var idi.

Mən “Minhac əs-sünnə”nin özündən sənəd göstərirəm, lakin bunun izahı sonraya qalsın. “Minhac əs-sünnə” kitabı əhli-sünnə alimlərinini dediklərinə görə İbn Teymiyyə Hərraninindir, təhqiq edəni də Doktor Məhəmməd Rəşad Salimdir, cild 4, səhifə 245.

Bəhs bundan ibarətdir ki, görəsən Həzrət Zəhra (s.ə) Fədəyi Əbu Bəkrdən istədi ya yox? Onlar bu hadisəni kökündən inkar edirlər və deyirlər ki, istəməyib. Deyirlər ki, biz inkar edirik, bizim məhəbbətimiz “Həzrət Zəhra (s.ə) gəldi, istədi, dünya malı üstündə Əbu Bəkrdən küsdü” deyənlərdən daha çoxdur.

Sonra bir sıra mətləblər gətirir, sonra isə deyir:

او ليس الله قد ذم المنافقين الذين قال فيهم : و منهم من يلمزک في الصدقات فان اعطوا منها رضوا و ان لم يعطوا منها اذا هم يسخطون .

Məgər Allah münafiqləri məzəmmət edərək onlar barədə belə deməyibmi: “Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər.” (Tövbə, 58)

Dəqiq deyim ki, bu ayəni Həzrət Zəhra (s.ə) üçün tətbiq edirlər. Deyirlər ki, Əbu Bəkr şəriət hakimi idi və verməyə də bilərdi, ondan ala da bilərdi. Əgər Əbu Bəkr Fədəyi versəydi, Həzrət Zəhra (s.ə) da razı olardı (Allaha pənah). İndi ki, vermədi, Əbu Bəkrdən narahat oldu. Sonrakı səhifədə deyir:

ولو أنهم رضوا ما اتاهم الله ورسوله وقالوا حسبنا الله سيوتينا الله من فضله ورسوله إنا إلى الله راغبون . فذكر الله قوما رضوا إن اعطوا وغضبوا إن لم يعطوا .

Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb “bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən biz Allaha tərəf meylliyik” desəydilər (onlar üçün daha yaxşı olardı). (Tövbə, 59) Allah burada (istədikləri şeylər) onlara verildiyi təqdirdə razı qalan, verilmədiyi təqdirdə isə qəzəblənən bir dəstə şəxsdən söz açmışdır.

فذمهم بذلك ، فمن مدح فاطمة بما فيه شبه من هؤلاء ألا يكون قادحا فيها ؟

Və Allah onları bu işlərinə görə məzəmmət etmişdir. Elə isə, bir kəs Fatiməni bu şəxslərin işlərinə bənzərliyi olan bir şeylə mədh edərsə, görəsən, ona tənə etmiş sayılmaz?!!

Deyir ki, bu ayənin olmasına baxmayaraq, “Həzrət Zəhra (s.ə) gəldi və dünya malı olan Fədəyi istədi” deyənlər o Həzrəti (s.ə) tərifləyirlər yoxsa “istəmədi” deyən biz? “İstədi” deyənlər Həzrət Zəhranı (s.ə) məzəmmət etmirlərmi?

Yəni hakimin əlində olan malı istəyən adama bu ayə şamil olacaq (Allaha pənah). Əgər o mal münafiqlərə verilsə, razı olarlar, əgər verilməsə, ömrünün sonuna qədər küsülü qalacaq. İbn Teymiyyə bu ayəni Həzrət Zəhraya (s.ə) aid edir.

Bu, İbn Teymiyyənin sözüdür. Əlbəttə ki, o bu sözü hiyləgərliklə deyir, lakin çox açıq-aşkardır. Əhli-sünnə alimləri açıq-aşkar deyirlər ki, İbn Teymiyyə Həzrət Zəhra (s.ə) barəsində belə deyib:

فيها شعبة من النفاق.

Onda bir az nifaq var idi.

Bu məsələlər sabitdir. Yəni Həzrət Zəhra (s.ə) gedib Fədəyi istəyib və Əbu Bəkr də verməyib, nəticədə də Həzrət Zəhra (s.ə) ömrünün sonuna qədər narahat olub. “Səhih Buxari”də var. Təkcə şiə kitablarında yoxdur. Bəli, bizim kitablarda səhih sənədlə nəql olunmuşdur və qətidir. Səhih Buxaridə də gəlmişdir və mən sizə göstərirəm:

“Səhih Buxari” kitabı, Dar İbn Kəsir, Dəməşq/Beyrut, s. 1040, h. 4240, 4241. Burada geniş şəkildə gəlmişdir ki:

ان فاطمه عليها السلام بنت النبي (ص) ارسلت الي ابي بکر تساله ميراثها من رسول الله (ص) .... فأبى أبو بكر أن يدفع إلى فاطمة منها شيئا فوجدت فاطمه علي ابي بکر في ذلک فهجرته فلم تکلمه حتي توفيت .

Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) qızı Fatimə (əleyhəs-səlam) Əbu Bəkrə xəbər yollayıb ondan Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) qalan mirasını tələb etdi… Əbu Bəkr ondan (mirasdan) Fatiməyə bir şey verməkdən imtina etdi. Fatimə buna görə Əbu Bəkrə qəzəbləndi və ölənədək ondan üz çevirib onu danışdırmadı.

Cənab İbn Teymiyyə, siz münafiqlər barəsində nazil olan ayəni Həzrət Zəhraya (s.ə) nisbət verirsiz və o xanıma aid edirsiniz. Bu məsələ “Səhih Buxari”də gəlmişdir.

“Unvan əl-məcd fi tarix ən-Nəcd” kitabı, müəllifi Şeyx Osman ibn Abdullah ibn Bişr ən-Nəcdi əl-Hənbəli, 4-cü çap, c. 1, s. 45, 1157-ci ilin hadisələri:

ثم أمر الشيخ بالجهاد لمن عادى أهل التوحيد وسبه وسب أهله

Sonra Şeyx (Muhəmməd ibn Əbdül-Vəhhab) tövhid əhli ilə (vəhhabilərlə) düşmənçilik edənlərə qarşı cihad əmri verdi, eləcə də, onların və onların ailələrinin söyülməsini əmr etdi.

Təsəvvür edin ki, müharibə meydanıdır, iki tərəf oturub, vəhhabilər bu tərəfdən söyürlər. Bu əmr cənab Məhəmməd ibn Əbdül-Vəhhabındır və bu işi müstəhəb hesab edirlər. Bir vəhhabinin şiələrdən ciddi şəkildə narahatçılığını, bəd dualarını, nifrinlərini əks etdirən bir video hazırlamışıq. Onlar deyirlər ki, biz ən qatı düşmənimizi belə söymürük, ona lənət oxumuruq. İndi baxaq görək bu vəhhabi necə lənət oxuyur.

4-cü video - vəhhhabi alimi Şeyx Zuğbinin çıxışı (54:20 - 56:37)

İlahi, rafizilərə sənin lənətin olsun! Onlar Səni aciz etmirlər. Lənətin olsun o rafizilərə! İlahi, onların qanını damarlarında qurut! Onların mərcəi təqlidlərinin, imamlarının və alimlərinin qanını damarlarında qurut! İlahi, ağırlıqları və vəba xəstəliyini onların canına sal! İlahi, onların qanını qarınlarında və bellərində qurut! İlahi, xərcəng xəstəliyini onlara müsəllət elə! İlahi, bizim ölkələri onların şərrindən qoru! İlahi, Misiri onların şərrindən qoru! İlahi, Ərəbistanı onların şərrindən qoru! İlahi, Küveyti onların şərrindən qoru! İlahi, Bəhreyni onların şərrindən qoru! Bütün İslam ölkələrini rafizilərin şərrindən qoru! Lənətin olsun rafizilərə! İlahi, bizim torpaqları onlardan təmizlə! İlahi, bizi onlara qalib et! İlahi, bunlar Sənin kitabına təcavüz ediblər. İlahi, bunlar Sənin peyğəmbərinə təcavüz ediblər. İlahi, bunlar səhabələrə təcavüz ediblər. İlahi, bunlar möminlərin analarına təcavüz ediblər. İlahi, bunlar pak anamız olan Aişəyə təcavüz ediblər. İlahi, onları məhv elə! İlahi, bunlar müsəlmanların düşməni olublar. İlahi, onları aradan apar, nəsillərini kəs və rəhbərlərini aradan apar! İlahi, onların tədbirlərini məhv olmaları üçün səbəb qərar ver! İlahi, Məscidül həramı (Kəbəni) onlardan təmizlə! İlahi, Misir və digər müsəlman ölkələrini qoru və bu ölkələrdə əmin-amanlığı bərqərar et, bu ölkələrdə dinə kömək et! İlahi, İraqda, Əfqanıstanda və bu dünyanın hər yerində əhli sünnəyə kömək et! İlahi, yəhudi və məsihilərə lənətin olsun! İlahi, rafizilərə lənət olsun! İlahi, səndən istəyirəm.

Ustad Yəzdani: Bu ağanın (Şeyx Məhəmməd Zuğbinin) əsəbi olması ərəblər arasında çox məşhurdur. Məlumdur ki, şiələr vəhhabilərə və onların fikirlərinə nə ediblərsə, bu ağa bu qədər əsəbləşib. Halbuki özləri deyirlər ki, heç kəsə lənət oxumaq olmaz. Amma burada əllərini qaldırmış, hiyləgərcəsinə və aldadıcı göz yaşı tökməklə şiələri təhqir edir.

Aparıcı: Bu yayımlanmış videoda sübh çağıdır. Bu vəhhabilər səhər duası oxuyurlar. Hər halda müəyyən qədər onlar haqq vermək lazımdır, çünki şiələr dünyada bu qədər yayılıblar ki, bunlar da əsəbiləşir.

Ustad Yəzdani: Növbəti bəhsimiz iki əsas hədəf – yəni vəhhabiliyin həqiqi və iç üzünü göstərmək və onları biabır etmək istiqamətində olacaq. Bu bəhs onların böyük alimlərinin fətvaları haqqındadır. Bunlar açıq-aşkar Quran və sünnə ilə zidd olan utandırıcı fətvalardır. Mən bunları qısa başlıqlar kimi qeyd edir və gələn bəhslərdə bunun geniş açıqlamasını verəcəyəm.

1. Cavanlar üçün istimna (masturbasiya) etməyin caiz olması.

2. Qadınların masturbasiya zamanı süni alətlərdən istifadə etməsi caizdir.

3. Böyük adamlara süd vermək və bunu 1400 il sonra yenidə gündəmə gətirmək. Bunu videoları da mövcuddur.

4. Yeni izpaclar – misyar, misyaf, dostluq və s. nikahları. Bu növ nigahlar həddən artıq çoxdur.

5. Müsəlman və müxalifləri söyməyi göstəriş vermək.

6. Fotoşəkil çəkmək və fotoqrafın müşrik olması

Aparıcı: Mənim bir sualım var. Bizdə Əbdül-Əziz Aluş-Şeyx və İbn Bazın bir çox şəkilləri var. Bəs bunu necə haram hesab edirlər? Bunların fətvalarını deyə bilərsinizmi?

Ustad Yəzdani: Bu, “Fətava əl-ləcnə əd-daimə lil-buhus əl-ilmiyyə vəl-ifta” (Elmi Araşdırmalar və Fətvavermə üzrə Daimi Heyətinin fətvaları) kitabında özlərinin verdikləri fətvalardır. Bu kitabda Ərəbistan müftilərindən istiftalar nəticəsində verdikləri fətvalar toplanmışdır. Ər-Riyaddakı “Dar əl-Muəyyəd” nəşriyyatının çapıdır. Kitabın 465-ci səhifəsində, 6541 nömrəli fətvada deyilir:

هل تصوير ذوات الأرواح كفر أكبر أو كفر أصغر أو معصية؟

Əgər bir kəs ruhu olan bir şeyin şəklini çəksə, bu, böyük küfrdür, yoxsa, kiçik küfr? Yoxsa sadəcə bir günahdır?

Belə cavab verir:

ليس ذلك كفرا أكبر ولكنه من كبائر المعاصي؛ لما ورد فيه من الوعيد الشديد ولعن المصورين، ومع ذلك فهو ذريعة إلى الشرك الأكبر.

Bu, böyük küfr deyildir, lakin böyük günahlardandır, çünki bu barədə şiddətli əzab vəd edən rəvayətlər gəlmişdir və təsvir çəkənlər lənətlənmişdir. Buna baxmayaraq, bu, böyük şirkə düşmək üçün vasitədir.

Yəni şəkil çəkən bütün vəhhabilər də müşrikdir. Yaxud, o müftilərdən soruşurlar ki, mən xaricdə yaşayıram, şəkil çəkdirib ailəmə göndərə bilərəm? Həmin kitabın 457-ci səhifəsində belə cavab veriblər:

قد دلت الأحاديث الصحيحة عن رسول الله صلى الله عليه وسلم على تحريم تصوير ذوات الأرواح من بني آدم وغيرهم، فلا يجوز أن تصور نفسك وتبعث بصورتك إلى أهلك ولا إلى زوجتك.

Allah Rəsulundan (s) nəql olunan səhih hədislər insan və qeyri-insandan olan ruh sahibi varlıqların şəkillərinin çəkilməsinin haram olmasına dəlalət edir. Öz şəklini çəkdirib ailənə və həyat yoldaşına göndərməyin caiz deyildir.

Amerikada yaşayan kəs, öz şəklini mobil telefonla çəkib ailəsinə göndərirsə, bu şirkdir. Hətta televizora da baxmaq şirkdir.

Aparıcı: Ustad Yəzdani, insan bəzən düşünür ki, vəhhabilər necə adamlardır. Bunlar sual verir və şəri cavablar verirlər. Bəs necə peyk kanalları vardır? Bu barədə də hökmləri vardırmı?

Ustad Yəzdani: Kanallarının necə olmasını bilmirəm, lakin fətva veriblər ki, heç bir vəhhabinin televizora baxmasına haqqı yoxdur, hətta xəbərlərə də baxmış olsalar.

Əhli-sünnənin böyük alimlərindən olan Əbu Əbdür-Rəhman Muqbil ibn Hadi Vadiinin “Tuhfətul-mucib” kitabı, səhifə 270, sual №10

ما حكم اقتناء التلفاز والنظر إليه لأجل معرفة الأخبار؟

Biz televizoru açıb xəbərlərə baxmaq istəyirik, bunun hökmü nədir?

Belə cavab verir:

لا يجوز ، من أجل الصورة، ومن أجل ما يحصل فيه من الفجور والفسوق ، وتعليم السرقة ، فالرسول - صلى الله عليه وعلى آله وسلم - يقول : " الملائكة لا تدخل بيتا فيه كلب ولا صورة " .

Orada təsvirin olmasına, habelə, fisq-fücurun göstərilməsinə və oğurluğun (yollarının) öyrədilməsinə görə caiz deyildir. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurub: “İt və şəkil olan evə mələklər daxil olmaz.”

Televizoru yandırıb ona baxmaq caiz deyildir. İndi bütün televizora baxan vəhhabilər müşrikdirlər və Peyğəmbərin (s) əmrinə xilaf çıxırlar.

Vaizlər mehrab və mənbərdə bir iş, parın o tərəfində isə başqa bir iş görürlər. (Atalar məsəli)

Onların fətvası televizora baxmağın haram olması haqqındadır. Lakin onlar peyk kanalları təsis edir və haram da deyildir.

7. Məscidlərdə dəfn olunan müsəlmanların qəbirlərinin açılmasının vacib olması. Bunu həm keçmişdə həyata keçiriblər, həm də indi həyata keçirirlər.

8. Qadınların xiyar, banan, kök və bu kimi meyvələr əl vurmaları caiz deyildir.

9. Əti bişirməzdən əvvəl yumaq bidətdir.

10. Zəfəran yemək haramdır. Və başqa yerlər… Biz bu barədə video hazırlamışıq. Bu videoda onların fətvaları var, onlar yayımlayıb və bizimlə heç əlaqəsi yoxdur.

5-ci videonun mətni (1:05:25 - 1:07:58)

Bir sıra fətvalar vardır ki, cin ətini yeməyi halal edir. Başqa fətvalarda gəlmişdir ki, qadınların bəzi meyvələri almasını haram edir. Üçüncü fətva kiçik qruplarla artırma və ya evlənməni haram hesab edir. 2011-ci ildə bir çox təbii və siyasi hadisələr baş verdi. Bu hadisələrlə bahəm bəzi alimlərin əciq-qərib fətvaları da öz yerini aldı. Bu fətvaların ən yenisi Avropada yaşayan vəhhabi alimlərinin biri tərəfindən verildi. Belə ki, bu fətva qadınların və qızların xiyar və banan kimi bəzi meyvələrə əl vurmasını haram hesab edir. Buna görə ki, bu tip meyvələr qız və qadınları təhrik etməyə səbəb olur. Qərbdə “Əl-Cəmiyyə əl-məğribiyyə lid-dirasə və əl-buhus” cəmiyyətinin sədri Şeyx Əbdül-Bari Zəmzəmi xeyli mübahisələrə səbəb olan bir fətva verdi. Bu fətva belədir ki, kişi özünün dünyadan getmiş həyat yoldaşı ilə bir yatağa girib, onunla cinsi əlaqədə ola bilər. O, cinsi məsələlərlə bağlı başqa fətvalar da vermişdir.

Sələfi (vəhhabi) alimi: Şəri baxımdan bu iş üçün heç bir mane yoxdur. Çünki bu qadın onun dünya və axirətdə həyat yoldaşıdır. Lakin bu iş ədəbsiz və qəbahətli bir işdir. Bu işi yerinə yetirmək yaxşı deyil, xüsusən də ölüm anında.

Somalidə “Mücahid Gənclər Hərəkatı” ötən Ramazan ayında belə bir fətva verdi ki, Samsı (Orta Asiya fastfudu) yemək haramdır. Çünki onun forması məsihi xaçına oxşayır.

Ekspert: Siyasətə təsir etmək caiz deyil. Misirin Əl-Əzhər universitetində “İslama dəvət” komitəsinin sədri Şeyx Əmr Ustuhi siyasət barəsində “Əl-Yusuf” qəzetinin noyabr ayının əvvəlinci sayına verdiyi müsahibədə deyir ki, “Hizbu Vətəni” partiyasının fasiq üzvlərinə qız vermək caiz deyildir. Misirin “Dar əl-İfta” müəssisəsinin katibi Şeyx İmad İffət Misirdə “Hizbu Vətəni” partiyasının təbliğ edilməsinin haram olması barədə fətva vermişdir. Necə ki, “Hizbu Sələfi” partiyasının Dəğəlhiyyə məntəqəsində olan nümayəndəsi Məhəmməd Əbdül-Hadi parlament seçkilərində partiyasının qələbə çalması ilə əlaqədar demişdi ki, bu qələbə Qurani Kərimin bir ayəsində gəlmişdir.

Sələfi alimi əz-Zuğbi: Lakin (Allah) onu (Cini) ət və sümükdən yaradıb və onu bizim üçün halal etmişdir. Misirdə vəhhabi mübəlliği olan Məhəmməd Zuğbi ötən yanvar ayında müsəlmanlar üçün əgər bacarsalar cin ətini yeməsələrinin caiz olması barəsində fətva verib.

Ustad Yəzdani: Bunlar vəhhabilərin xəcalət gətirən və utancverici fətvalarındandır. İnşallah qarşıda elmi bəhslər arasında bəzən bu fətvalardan çox danışacağıq.

Aparıcı: İzləyicilərin suallarından biri də budur ki, niyə vəhhabilər digər müsəlmanları təkfir edirlər?

İzləyici: Kürdistandan Əli – Şiə

Sizə təşəkkür edirəm. Mən bu proqramdan çox şeylər öyrəndim. Mən bunların əqidələrinin əhli-sünnənin əqidələrinə heç bir oxşarlığının olmadığına çox təəccüb edirəm. Mən özüm Kürdistanda oluram, həyat yoldaşım da əhli-sünnədir, əhli-sünnənin əqidələrini də bilir. Dünən gecə qaynımla söhbət edirdim ki, niyə bu proqramlara baxırsınız. Çünki onların gördükləri işlərdən biri də budur ki, burada cümə axşamı günləri və ya digər günlərdə bir hörmətli seyyidin ziyarətinə gedirlər. Verməyə cavabı yoxdur. Çünki özləri də bilir ki, əcaib şeyləri təbliğ edirlər. Lakin sualım budur ki, Peyğəmbər (s) bir hədisdə Nəcd şəhərindən şeytanın buynuzunun çıxacağıını əvvəlcədən buyuraraq uzaqgörənlik etmişdir. Bu hədisin əhli-sünnə kitablarından mənbələrini bilmək istəyirəm.

İzləyici: Məşhəddən Məhəmmədi – Şiə

Bu gözəl proqramınıza görə sizə təşəkkür edirəm. Biz bu proqramlar vasitəsi ilə vəhhabilərə qələbə çala bilərik. Mənim fikrimə görə vəhhabilər kafirlərdən daha bətərdir. Çünki vəhhabilərin törətdiyi cinayətləri kafirlər törətmirlər. Bunlar “Allahu Əkbər” deməklə İslamın üzünü xarab edirlər.

İzləyici: İranşəhrdən Naruyi – Əhli-sünnə

Bunların müsəlmanlara təsiri yoxdur, lakin səhabə və Peyğəmbərin (s) xanımın söyən bəzi şəxslərin təsiri vardır.

Aparıcı: Bu təqdim olunan Məhəmməd ibn Əbdül-Vəhhab barəsində olan sənədlərdə səhabələr barəsində lənət və söymək mövzusu varmı? Bunun şeyxləri səhabələri lənətləyirdilərmi? Bəs niyə o, öz şeyxlərini təkfir edir?

İzləyici: Xeyr, o, ümumi deyibdir. Lap bu hadisə olsa da, mən tarixdə oxumamışam. Lakin mənim sualım sizin yayımladığınız video barəsindədir. Bu videonu göstərməklə müsəlmanların üzü qara etmirsinizmi?

İzləyici: Çabəhardan Məsud – Şiə

Mənim fikrimə görə bunun səbəbi şiəliklə düşmənçilikdir. Ustad Yəzdanidən sualım budur ki, İbn Teymiyyənin başqa kitabları da varmı? Farsdilli kanallardan hansı vəhhabi kanalıdır? Şiəlikdə vəhhabilik kimi düzgün şiəlikdən fərqli fikirlərə malik bir firqə vardırmı?

İzləyici: Şirazdan Müctəba – Şiə

Sizin sualınızı cavabında deyirəm ki, oğurluğun yollarından biri də budur ki, oğrunun tutun. Bunlar özləri kafir olduqları üçün digərlərini də kafir hesab edirlər. Əgər Məhəmməd ibn Əbdül-Vəhhabın kökünü araşdırsaq, görərik ki, o da kafir olub. Sizin proqramlarınıza təşəkkür edirəm. Kəlimə kanalına da təşəkkür edirəm, çünki nə qədər çox baxıb diqqət etsəm, görürəm ki, heç bir əqli və nəqli dəlilləri yoxdur.

İzləyici: Vəramindən Məhəmmədi – Əhli-sünnə

Mənim fikrimə görə bunlar Allahdan çox uzaqlaşıblar və Quranı düzgün dərk etməyiblər. Onlar bu dünyaya daha çox aludə olmuş, məqam tələb edirlər. Bu yolla məqsədlərinə çatmaq istəyirlər. Sizdən bir xahişim var, biz əhli-sünnənin xəttini vəhhabilikdən ayırın. Əhli-sünnə özlərini vəhhabilərin sırasında qərarlaşdıra bilməz. Mən əvvəllər əhli-sünnə olmağımla fəxr edirdim, lakin indi utanıram. İstəyirəm “bu baş kəsmə videosunu paylaşmaqla müsəlmanların abrını aparırsınız” deyən qardaşa deyim ki, onlar fəxrlə bu videoları yayır və “Allahu Əkbər” şüarını da səsləndirirlər. Siz bu proqramlarda göstərirsiniz ki, əhli-sünnə vəhhabilikdən ayrıdır.

İzləyici: Kərəcdən Bəhaduri

Mən düşünürəm ki, gərək İbn Teymiyyəyə İbn Şeytan demək lazımdır. Bu adamın Peyğəmbərə (s) və Onun Əhli-beytinə (ə) xüsusi düşmənçiliyi və kini olduğu üçün fətvalarında da bihudə sözlər çoxdur. Mən əhli-sünnə qardaşlardan, xüsusi ilə onların alimlərindən istəyim budur ki, ayıq olsunlar, İslam xətərdədir, bu növ videoları görməklə dünyada İslamın üzü ləkələnir. Halbuki İslam mehribançılıq dinidir, vəhşilik dini yox. Bu ingilislərin qurduğu planlardan biridir. Onlar istəyir ki, sünni və şiə arasında ixtilaf yaratsınlar. Əhli-sünnə alimləri gərək bu firqənin qarşısında dayanıb camaatı maarifləndirsinlər. İnşallah bir gün gələr ki, sünni və şiə birləşərək bu səhv təfəkkürlə mübarizə edər və bunu aradan apararlar.

Aparıcı: Bu kanala əhli-sünnə qardaşlarımız gəldilər, proqramları var idi, biz də onların proqramlarından bəhrələndik, onlar özlərinin vəhhabilikdən fərqli olduqlarını dedilər.

İzləyici: Kürdistandan Rza – Əhli-sünnə

Mənim fikrimə görə son illər İslam din olmaqdan çıxmış, onun yerinə məzhəbpərəstlik ortaya çıxmışdır. Fərqi yoxdur, istər şiə, istər sünni, istərsə də əhli-sünnə olsun, hər biri özünü qəbul edir, digərini rədd və təkfir edir. Mən əvvəl əhli-sünnə olmuşam, lakin indi hamısından üz döndərmişəm. Vəhhabilik özünü dinin mərkəzi və qibləsi hesab etdiyi üçün onlara tabe olmayanları təkfir edirlər. Daha fərqi yoxdur onlar bizi, siz də onları təkfir edirsiniz.

Aparıcı: Biz nə öz proqramımızda, nə ümumilikdə “Vilayət” kanalında, nə də şiə kanallarında bir vəhhabini sırf vəhhabi olduğu üçün təkfir etməmişik. Bəlkə də o nasibi olubsa, bu başqa bir mövzudur. Lakin biz kafir deməmişik. Əgər biz belə demişiksə, harada demişik?

İzləyici: Şəxsən siz deməmisiz, lakin mən başqa kanallarda eşitmişəm. Mənim sualım baş kəsmə haqqında olan video barəsindədir. Bunların vəhhabi olduqları haradan məlumdur? Buna işarə etməyiblər, bəlkə “Əl-Qaidə” olublar?

Ustad Yəzdani: Özləri bildirdilər ki, (öldürülən adam) Əsəd dövlətini dəstəkləyənlərdəndir. Vəhhabilərdən başqa əvvəllər şiə və sünnilər “Allahu Əkbər” deyən zaman əvvəli şiə və sünni olmasına baxmayaraq, bu cür baş kəsməyiblər. Biz şiələr tarix boyu belə bir iş görməmişik, hətta əhli-sünnə də belə bir iş görməyiblər. Bunlar vəhhabilərdən çıxıb.

İzləyici: Bu düzgün dəlil deyildir. Baş kəsmək bizim üçün yeni bir şey deyildir. Əfqanıstanda, İraqda, Suriyada və Pakistanda da görmüşük.

Ustad Yəzdani: Nə olubsa, vəhhabilər edib.

Aparıcı: Siz Əbu Səqqarı tanıyırsınızmı? Bu o kəsdir ki, bir nəfərin qəlbini çıxarıb yedi və dedi: Əgər döyüşü bitirməsəniz, bütün Suriya camaatı Əbu Səqqar olacaq. Bunlar vəhhabidir.

Ustad Yəzdani: Peyğəmbərin (s) indiki vəhhabilərlə bağlı uzaq görməsi ilə bağlı sualın cavabı çox mühüm bəhslərdəndir. Belə ki, harada zühur edəcək, hansı qəbilədən olacaq, hansı işləri görəcəklər, hansı iddiaları olacaq? Bütün bunları Həzrət (s) əvvəlcədən buyurmuşdur.

Vəhhabiliyin zühuru barəsində Peyğəmbərin (s) uzaq görənliyi. “Səhih əl-Buxari”, cild 1, səhifə 351, hədis 990.

أن النبي - صلى الله عليه وسلم- قال: «اللهم بارك لنا في شامنا، اللهم بارك لنا في يَمَننا، قالوا: وفي نجدنا، قال: اللهم بارك لنا في شامنا، اللهم بارك لنا في يمننا، قالوا: وفي نجدنا؟ قال: اللهم بارك لنا في شامنا، اللهم بارك لنا في يمننا، قالوا: يا رسول الله، وفي نجدنا؟ فأظنه قال في الثالثة: هنالك الزلازل والفتن، ومنها يطلع قرن الشيطان

Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “İlahi, Şamımızı bizə mübarək (bərəkətli) qərar ver. İlahi, Yəmənimizi bizə mübarək (bərəkətli) qərar ver.” Dedilər: “Bəs Nəcdimizi?” Dedi: “İlahi, Şamımızı bizə mübarək (bərəkətli) qərar ver. İlahi, Yəmənimizi bizə mübarək (bərəkətli) qərar ver.” Dedilər: “Ey Allahın Rəsulu, bəs Nəcdimizi?” Ravi deyir: Elə zənn edirəm ki, üçüncü dəfədə Peyğəmbər dedi: “Orada zəlzələlər və fitnələr baş verəcək. Şeytanın buynuzu oradan çıxacaq!”

Bu şiə kitabı deyil ki, həm də Səudiyyə Ərəbistanı çapıdır. Bu kitabın 205-ci səhifəsinin 1037-ci hədisində də bu hədis gəlmişdir.

Bilirik ki, Məhəmməd ibn Əbdül-Vəhhab Nəcd məntəqəsindəndir, elə həmin məntəqədə Məhəmməd ibn Səudla saziş bağlamışdır və vəhhabilik hökuməti də elə əvvəldə Nəcddə qurulmuşdur. Yenə “Səhih əl-Buxari”, c. 4, s. 97, “Bədul xəlq” kitabı, “Xeyrul malil müslim ğənəm” babında deyilir:

أشار رسول الله صلى الله عليه وسلم بيده نحو اليمن فقال : ألا إن الإيمان ههنا ، وإن القسوة وغلظ القلوب في الفدادين ، عند أصول أذناب الإبل ، حيث يطلع قرنا الشيطان في ربيعة ومضر

Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) əli ilə Yəmənə işarə edib dedi: “Bilin, iman oradadır. Qəsvət və daşürəklilik isə dəvələrini sürərkən yüksək səslə (bağıra-bağıra) sürən şəxslərin içərisindədir – şeytanın iki buyunuzunun çıxacağı yerdə; Rəbiə və Muzər qəbilələri arasındadır.”

Yəni, Rəbiə və Muzər qəbilələrinin həmkarlığı nəticəsində Şeytanın buynuzlar yaranacaq. Biz gələcək proqramlarda onların öz tarix kitablarından Məhəmməd ibn Əbdül-Vəhhabın Muzər qəbiləsindən olduğunu sübut edəcəyik. Məhəmməd ibn Səud və Kila Ali Səudun isə sayt və kitablarının bildirdiyinə əsasən Rəbiə qəbiləsindən olduğu bildirilir. Bu iki qəbilə həmkarlıq edib Şeytanın buynuzunu meydana gətirdilər və bununla da Peyğəmbərin (s) öncədən xəbər verdiyi gerçəkləşdi. Gələcək bəhslərdə deyəcəyik ki, Səud ailəsi Xeybər yəhudilərindən qalanlardır. Onlar Əmir əl-möminin (ə) tərəfindən məhv edildi və qalanları da Nəcdə qaçdı.

Aparıcı: İkinci izləyici dedi ki, onların təkfir etmələrinin səbəbi səhabə və möminlərin analarını söyənlərdir, onlar bunlardan başqalarını təkfir etmirlər. Sonrakı iradı isə bizim yayımladığımız video haqqında idi. O, deyirdi ki, bu video İslamı bədnam edir. Niyə bu videonu yayımlayırsınız?

Ustad Yəzdani: Biz Məhəmməd ibn Əbdül-Vəhhabın öz kitablarından göstərdik ki, o, belə deyirdi: “Mən və ustadlarım tovhidin mənasını başa düşməyib, tovhidin mənasını başa düşdüyünü idda edən kəs yalançıdır.” Bu haqda təkfir bəhsində geniş söhbət açacağıq. Ümumiyyətlə o dövrdə Ərəbistandan şiə yox idi ki, onları təkfir etsinlər. Buna görə də bizim bəhsimizlə heç bir əlaqəsi yoxdur. Onlar Riyadda, Mədinədə, Qətifdə yaşayanları qətliam etdilər. Məgər onlar Peyğəmbərin (s) xanımlarını təhqir etmişdilər? Təvəssül edən, qəbrin üzərində günbəz düzəldən, təbərrük edən şiə və sünni olmasından asılı olmayaraq müşrikdir və öldürülməlidir. Bizim yayımladığımız videoda cənab Xidməti deyir ki, bunları edən hər kəs islah olmalıdır. İslah olma da öldürülmə ilə olur. İslamı bu şeylər bədnam edir, İslamı bu işləri görən vəhhabilər bədnam edir. Biz bu videoları yaymaqla demək istəyirik ki, ey sünnilər, siz vəhhabilərdən fərqlisiniz, dünya ictimaiyyətinə bildirmək istəyirik ki, biz vəhhabiləri sevmir və onlar biz müsəlmanlardan deyil.

Aparıcı: Üçüncü izləyici soruşdu ki, İbn Teymiyyənin başqa kitabları da vardırmı?

Ustad Yəzdani: Bir çox kitabları vardır. “Təfsir” kitabı, “Məcmuə fətava” kitabı. Hər sahədə kitabları vardır. Lakin ən məşhur kitabları təvəssül, təbərrük, şəfaət, qəbir ziyarəti və şiələrlə düşmənçilik haqqında olan kitablarıdır. Onun “Minhac əs-sunnə” kitabı isə başqan-başa şiə və əhli-sünnəyə iftiralardan, söyüşlərdən ibarətdir.

Aparıcı: Növbəti izləyici soruşdu ki, şiədə vəhhabilik kimi bir firqə varmı? Şiələrin onlarla rəftarı necədir?

Ustad Yəzdani: Bəli var, hətta ondan da betəri var. Şiədən ayrılmış bəhailik əvvəlcə özlərini şiə adlandırdılar. Lakin şiə alimlərinin onlara qarşı reaksiyası onların tamamilə aradan getməsinə səbəb oldu. Onlar indi vəhhabilik kimi fəaliyyətdə deyillər. Bizim bütün mərceyi təqlidlərimiz fətva veriblər ki, bəhailər kafir və nəcisdir. Cənab Müctəba də yaxşı dedi ki, vəhhabilər özləri kafir olduqları üçün digərlərini də təkfir edirlər. Əhli-sünnə alimləri də Məhəmməd ibn Əbdül-Vəhhabın kafir olması haqqında fətva veriblər. Hətta Məhəmməd ibn Əbdül-Vəhhabın atası və qardaşı ona qarşı sərt reaksiya vermiş, onun əleyhinə kitab yazmışlar. Bəhaduri deyirdi ki, İbn Teymiyyə şeytandır. İbn Teymiyyə özü də deyir ki, Şeytan özünü mənim cildimə salır, insanlarla danışır, halbuki mən deyiləm. Bu barədə də danışacağıq. Əhli-sünnə alimlərinin özü də bu sözü deyiblər.

“Dəfu şubəh mən şəbbəhə və təmərrədə və nəsəbə zalikə ila Seyyid əl-cəlil əl-imam Əhməd” kitabı, Təqiyuddin əl-Hisni əş-Şafii əd-Diməşqi (v. 829 h. q) səhifə 141. Bu kitabda İbn Teymiyyənin imamının Şeytan olduğu yazılmışdır:

ولم تزل هذه الأمة المحمدية على شد الرحال إليه على ممر الأزمان من جميع الأقطار والبلدان سار في ذلك الزرافات والوحدان والعلماء والمشايخ والكهول والشبان حتى ظهر في آخر الزمان مبتدع من زنادقة حران لبس على أشباه الرجال ومن شابهم من سيء الأذهان وزخرف لهم من القول غرورا كما صنع إمامه الشيطان فصدهم بتمويهه عن سبيل أهل الإيمان وأغواهم عن الصراط المستقيم إلى ثنيات الطريق ومدرجه النيران

“Bu ümməti-Muhəmməd tarix boyunca dəstə-dəstə və tək halda; alimli, şeyxli, qocalı, cavanlı bütün diyar və ölkələrdən Peyğəmbərin ziyarətinə yola düşmüşlər. Ta ki, axirəz-zamanda Hərran zındıqlarından bir bidətçi ortaya çıxanadək. O, kişiyə oxşayanları (bəsirətsiz və mərifətsiz şəxsləri) və eləcə də onların vəziyyətində olan zəif ağıllı şəxsləri aldatdı. İmamı şeytan kimi onlar üçün bərbəzəkli sözlər düzəltdi və öz saxtakarlığı ilə onları iman əhlinin yolundan ayırdı. Onları doğru yoldan azdırıb enişli yollara və atəş yoluna sürüklədi.”

İbn Teymiyyənin sözləri Şeytanın dediyi sözlərdir və imamı da Şeytandır. Cənab Rza da dedi ki, İslam aradan getmiş və yerinə məzhəbpərəstlik keçmişdir. Hər kəs özünü müsəlman hesab edir. Bu, təbiidir. Bu indiki məsələ deyil. İslamın əvvəlindən bu günə qədər olan bir vəziyyətdir ki, hər firqə özünü nicat tapmış bir firqə hesab edir. Onlar açıq-aşkar belə deyir:

من لم يكن حنبليا فهو كافر.

Hənbəli olmayan kafirdir.

Peyğəmbər (s) buyurub ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan biri nicat tapan firqədir. Təbiidir ki, hər firqə özünü nicat əhli hesab edir. Lakin vəhhabilərin etdikləri təkfirlər keçmişdə olmayıb və təzə ortaya çıxmışdır.

Рейтинг

В этом разделе