Hansı raşidi xəlifəyə tabe olaq: Əbu Bəkrə ya Ömərə?

»»

Hansı raşidi xəlifəyə tabe olaq: Əbu Bəkrə ya Ömərə?

Müxaliflərin hədis mənbələrində Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) belə nəql edilir:

فعليكم بسنَّتي وسنَّةِ الخلفاءِ الراشدينَ المهديِّينَ ، عَضُّوا عليها بالنَّواجذِ

“Sizə öz sünnəmə və (məndən sonrakı) raşid1 və hidayət olunmuş xəlifələrin sünnəsinə (tabe olmağı) tapşırıram. Onlardan2 möhkəm şəkildə yapşın.”

Mənbə: “Cami bəyanil-İlm” (Bəzzar): 2/1164, sənəd: “Səhih”; “əl-Bədr əl-Munir” (İbn əl-Mulqin): 9/582, sənəd: “Səhih”; “Məcmuu-Fətava” (İbn Baz): 12/369, sənəd: “Həsən”; “Məcmuu-Fətava” (İbn Teymiyyə): 20/309, sənəd: “Səhih” və s.

İbn Qəyyim əl-Cauziyyə “ət-Tibyan fi iman əl-Quran” kitabında deyir:

فالراشد ضد الغاوي والمهدي ضد الضال وهو الذي زكت نفسه بالعلم النافع والعمل الصالح وهو صاحب الهدى ودين الحق

“Raşid” azdıranın əksi, “hidayət olunmuş” da azmış və zəlalətdə olanın əksidir. Bu elə şəxslərə deyilər ki, o şəxslər faydalı elm və saleh əməllə nəfsləri paklamışlar. Belə şəxs hidayət və haqq din sahibidirlər.”

Mənbə: “Tibyan fi iman əl-Quran”, səh.364.

Elə isə bu raşidi xəlifələrin hansına tabe olaq, Əbu Bəkrə, Ömərə, yoxsa Osmana?

İbn əl-Qəyyim əl-Cauziyyə, “İlam əl-Muvaqqiin an Rabbil-aləmin” kitabının 3-cü cildində, səh.530-531-də deyir:

ما خالف فيه عمر ابا بكر

الوجه الثاني : أن خلاف عمر لأبي بكر أشهر من أن يذكر كما خالفه في سبي أهل الردة فسباهم أبو بكر وخالفه عمر وبلغ خلافه إلى أن ردهن حرائر إلى أهلهن إلا من ولدت لسيدها منهن ، ونقض حكمه ، ومن جملتهن خولة الحنفية أم محمد بن علي ، فأين هذا من فعل المقلدين بمتبوعهم ؟ ، وخالفه في أرض العنوة فقسمها أبو بكر ووقفها عمر ، وخالفه في المفاضلة في العطاء فرأى أبو بكر التسوية ورأى عمر المفاضلة ، ومن ذلك مخالفته له في الاستخلاف وصرح بذلك ، فقال : إن أستخلف فقد استخلف أبو بكر ، وإن لم أستخلف فإن رسول الله صلى الله عليه وسلم لم يستخلف . قال ابن عمر : فوالله ما هو إلا أن ذكر رسول الله صلى الله عليه وسلم فعلمت أنه لا يعدل برسول الله صلى الله عليه وسلم أحدا ، وأنه غير مستخلف ; فهكذا يفعل أهل العلم حين تتعارض عندهم سنة رسول الله صلى الله عليه وسلم وقول غيره ، لا يعدلون بالسنة شيئا سواها ، لا كما يصرح به المقلدون صراحا ، وخلافه له في الجد والإخوة معلوم أيضا .


Ömərin Əbu Bəkrlə müxalifət etdiyi yerlər

İkinci məsələ: Ömərin Əbu Bəkrlə müxalifət etməsi qeyd etməyə ehtiyac olmayacaq qədər məşhurdur. Məsələn, Ömər “riddə” camaatın əsir edilməsi məsələsində Əbu Bəkrlə müxalifət etmişdir. Əbu Bəkr onları əsir etmiş, Ömər isə bununla müxalifət etmişdir. Hətta, onun müxalifəti onların qadınlarının (içlərində ağası üçün uşaq dünyaya gətirənlər istisna olmaqla) azad şəkildə öz ailələlərinə qaytarılması ilə nəticələnmişdi. Ömər Əbu Bəkrin hökmünü pozmuşdur. Belə qadınlardan3 biri Muhəmməd ibn Əlinin anası Xaulə əl-Hənəfiyyə idi. Bu hara, müqəllidlərin öz rəhbərlərinə etikdləri təqlid hara?4 Həmçinin, Ömər “əl-Ənvə” ərazisi məsələsində də Əbu Bəkrlə müxalifət etmişdir. Əbu Bəkr oranı bölmüş, Ömər isə vəqf etmişdir. Həmçinin, Ömər, əta (bəxşiş) məsələsində də Əbu Bəkrlə müxalifət etmişdir. Əbu Bəkr hamıya eyni qədər əta verilməsini, Ömər isə bəzilərinin bəzilərindən üstün tutulmasını gərəkli bilirdi.5 Həmçinin, ixtilaflardan biri də Ömərin “xəlifə təyin etmə” məsələsində Əbu Bəkrə müxalifət etməsi idi. Ömər bunu açıqca ifadə edərək demişdir: “Əgər özümdən sonra xəlifə qoysam, o zaman Əbu Bəkr də özündən sonra xəlifə qoymuşdur. Əgər özümdən sonra xəlifə qoymasam, Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) da özündən sonra xəlifə qoymamışdır.”6 İbn Ömər deyir: “(Allaha and olsun), o, Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) adını çəkən kimi bildim ki, o, Allah Rəsulunu (sallallahu əleyhi [və alihi] və səlləm) heç kəsə dəyişməyəcək və özündən sonra xəlifə qoymayacaq.” Bəli, Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) sünnəsi ilə başqa birisinin sözü bir-biri ilə ziddiyyət təşkil etdiyi zaman elm əhli məhz bu cür davranır; sünnəni heç bir şeylə dəyişmirlər. Daha təqlidçilərin etdikləri kimi etmirlər. Həmçinin, Ömərin babanın və qardaşın (mirası) məsələsində Əbu Bəkrlə müxalifət etməsi də məlumdur.”

Daha sonra kitabın mühəqqiqi Məşhur ibn Həsən Ali-Salman Əbu Ubeydə haşiyədə İbn Həzmin sözünü qeyd edərək deyir:

İbn Həzm “İhkam” kitabında (6/66) demişdir:

وفي غير ذلك كثيرا بالاسانيد الصحاح، المبطلة لقول من قال: إنه كان لا يخالفه، والحمد الله الذي بنعمته تتم لصالحات.


“Və (Ömərin) bundan başqa bir çox yerlərdə (Əbu Bəkrlə müxalifət etməsi) səhih sənədlərlə mövcuddur. Bu, “Ömər Əbu Bəkrlə müxalifət etmirdi” – deyən kəslərin sözlərini batil edir. Həmd olsun o Allaha ki, onun neməti ilə saleh işlər tamam olur.”


1 Raşid: haqq yolunda olan və bu yola yönəldən. (Müt.)
2 Mənim sünnəmdən və onların sünnələrindən. (Müt.)
3 Uşaq dünyaya gətirən. (Müt.)
4 İbn əl-Qəyyim bu sözlərini başa düşmək üçün kitabın orijinalına müraciət edin. (Müt.)
5 Bədr əshabına verilən ətadan söhbət gedir. Ömərin fikrincə onlara digərlərindən daha çox əta verilməliydi. (Müt.)
6 Yəni: Əgər özümdən sonra xəlifə qoysam, o zaman, buna əsaslanaram ki, Əbu Bəkr də özündən sonra xəlifə qoymuşdur. Əgər özümdən sonra xəlifə qoymasam, o zaman da buna əsaslanaram ki, Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) özündən sonra xəlifə qoymamışdır. (Müt.)

 

Mənbə: İbn əl-Qəyyim əl-Cauziyyə, “İlam əl-Muvaqqiin an Rabbil-aləmin”, c.3, səh.530-531; Dar İbn əl-Cəuziyyə, Dəmmam, Səudiyyə Ərəbistanı,1423/; təhqiq: Məşhur ibn Həsən Ali-Salman Əbu Ubeydə

İradlar və suallar:

1. Bu deyilənlərdən belə başa düşülür ki, Əbu Bəkr və Ömər bir çox yerlərdə bir-birləri ilə ixtilaf etmişlər. Əgər elədirsə, bunlardan hansı haqlıdır, hansı batil? Hansı birisi Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) sünnəsinə uyub, hansı birisi onunla müxalifət edib?

2. İbn əl-Qəyyimin də dediyi kimi, Əbu Bəkrlə Ömər xəlifə təyin etməsi məsələsində ixtilaf etmişlər. Elə isə bunlardan hansı haqq idi? Əgər, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) xəlifə təyin etmədən dünyadan kömüşdüsə, o zaman Əbu Bəkr nə haqla özündən sonra xəlifə təyin edirdi? Yox əgər, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) özündən sonra xəlifə təyin edib dünyadan köçmüşdüsə, o zaman da nə haqla Ömər özündən sonra xəlifə təyin etmirdi?

3. Ömərin xəlifə təyini məsələsində Əbu Bəkrlə müxalifət etməsi onu göstərir ki, Ömərin nəzərində Peyğəmbər xəlifə təyin etmədən dünyadan köçüb. Bunu onun “əgər özümdən sonra xəlifə qoymasam, Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) da özündən sonra xəlifə qoymamışdır” sözü təsdiq edir. Ardıyca Ömərin oğlu (İbn Ömər) deyir ki, “Allaha and olsun, o, Allah Rəsulunun adını çəkən kimi bildim ki, o, Allah Rəsulunu heç kəsə dəyişməyəcək və özündən sonra xəlifə qoymayacaq”. Deməli, bundan belə başa düşülür ki, Ömərin və oğlunun nəzərində Peyğəmbər sünnəsi “xəlifə təyin etməmək”dir. Habelə, özündən sonra xəlifə təyin etmək də bidətdir. Elə isə: Əbu Bəkr nə haqla özündən sonra Öməri xəlifə təyin etmişdir və nə üçün Ömər o zaman buna etiraz etməmişdir? Görəsən, o zaman Ömərin yadına düşmürdü ki, bu iş Peyğəmbər sünnəsinə ziddir?

4. Tarix sübut edir ki, İbn Ömərin dediyi “bildim ki, o, Allah Rəsulunu heç kəsə dəyişməyəcək və özündən sonra xəlifə qoymayacaq” sözü batil sözdür. Belə ki, tarixdən məlumdur ki, Ömər özündən sonra taxta gələn xəlifənin altı nəfərlik şura içindən seçilməsini əmr vermişdir. Elə isə, sual veririk: görəsən, bu, Allah Rəsulunu (sallallahu əleyhi və alihi və səlləm) heç kəsə dəyişməməkdirmi? Görəsən, bu, özündən sorna xəlifə qoymamaqdır, yoxsa, özündən sonra xəlifə qoymaq?

5. İbn əl-Qəyyim deyir ki, “bəli, Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) sünnəsi ilə başqa birisinin sözü bir-biri ilə ziddiyyət təşkil etdiyi zaman elm əhli məhz bu cür davranır; sünnəni heç bir şeylə dəyişmirlər.” Bu sözdən belə başa düşülür ki, Ömər sünnəni heç bir şeyə dəyişməmişdir. Lakin, tarixdən və mötəbər rəvayətlərdən məlumdur ki, Ömər dəfələrlə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) sünnəsinə müxalifət etmişdir.

Əlaqəli məqalə: Sələfi şeyxi əl-Əlbanidən Ömər ibn əl-Xəttab və Osman ibn əl-Əffan barədə şok etiraflar!

Рейтинг

В этом разделе