Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (1-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (1-ci hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbinə, yerləri və göyləri yaradana, bütün məxluqatı xəlq edənə. Salamların ən üstünü və ən yaxşısı olsun peyğəmbərlərin ağası və sonuncusuna, dəstəklənən və yardım göstərilən şəxsə, şərəfli və seçilmiş olana, öyülmüş və təriflənmiş şəxsə; Əbul-Qasim Muhəmmədə və onun pak, təmiz və seçilmiş ailəsinə. Əbədi lənət olsun onların düşmənlərinə və onlara kin bəsləyən şəxslərə, bu gündən ta qiyamət gününədək. Bundan sonra:

Allahın bizə verdiyi nemətlərdən biri də budur ki, bizlərə əsl Muhəmmədi İslamı tanımaqla minnət qoymuş və bizləri Mustəfa peyğəmbərin ailəsinin (salavatullahi əleyhim) şiələrindən qərar vermişdir. Biz əqidəmizi onlardan alır, ibadətlərimizdə onlara iqtida edir və beləcə hesab günü nicat tapanlardan oluruq.

Lakin din və Ali-Muhəmməd (əleyhimus-səlam) düşmənləri daima bu əsil İslami xəttə qarşı pusquda durmuş, tarix boyu bu yolun ardıcıllarını qətlə yetirməyə və bu yola mənsub olan şəxslərlə mübarizə aparmağa çalışmışlar. Lakin onlar məqsədlərinə çatmamışlar. Əksinə, onların bu işləri şiələrin öz əqidələrində və yollarında daha da qüvvətli və sabit olmalarına səbəb olmuşdur.

Bu gün də Əhli-Beyt (əleyhimus-səlam) məzhəbinə qarşı hücumlar davam etməkdədir. Lakin bu dəfə yeni bir görkəmdə və əvvəlkindən fərqli bir üslubla. Belə ki, bəzi əlaltılar və satılmış şəxslər Əhli-Beyt (əleyhimus-səlam) şiələrinin səflərinə atılır və beləcə bununla onların səflərini dağıtmaq, birliklərini pozmaq istəyirlər.

Təkcə son dövrlərdə bir neçə hərəkat ortaya çıxmışdır ki, yalan və böhtanla özlərini şiəyə nisbət vermişlər. Bir sıra batil sözlər və əqidələr ortaya atmış və bunları şiəliyin əsli və həqiqəti kimi təqdim etmişlər. Onların hər biri müəyyən bir şəxs üçün hansısa ilahi mənsəb iddia etmişdir. Onlardan biri özünü səmanın qazisi təyin etmiş, digəri Allahın onu rəbbani imam seçdiyini elan etmiş, bir başqası da özünün məsum imam olduğunu və İmam Məhdi (əleyhis-səlam) tərəfdən şiələrə göndərilmiş səfir olduğunu idda etmişdir!

Qəribəsi odur ki, bu şəxslərin iddialarının çürüklüyünə və sözlərinin zəifliyinə baxmayaraq bəzi avam şiələr onların sözlərinə inanmış, onların zəlalət və azğınlıqlarına tabe olmuşlar. Bunun səbəbi isə bu kiçik dəstələr tərəfindən istər telekanallar, istərsə də sosial şəbəkələr səviyyəsində aparılan informasiya və media səyləridir.

Mənim Əhməd İsmayılın iddiasına qarşı verdiyim rəddiyyələr ilk əvvəllər bəzi yığıncaqlarda söylədiyim və sosial şəbəkə üzərindən yayımlanan mühazirələr şəklində idi. Ta ki, hörmətli şəxslərdən biri mənə bu şəxslərə qarşı rəddiyyə yazmağa məsləhət gördü. Lakin mən iki məsələ arasında qalıb tərəddüd etdim:

Birincisi: Qorxdum ki, onlara rəddiyyə yazmağın onların batil sözlərinin rəvac tapmasına və yalanlarının yayılmasına səbəb ola bilər.

İkincisi: Bu şəxslərin əməllərinə səssiz qalmaq və onları tərk etmək (ki, bunun nəticəsində əl-qol atıb istədiklərini etsinlər və avam camaatı öz fasid fikirləri ilə çaşdırsınlar) onların haqq əhli qarşısında daha da cürətlənməsinə səbəb olar və bəzi sadəlövh insanlar onların sözlərinə inanıb arxalarınca gedərlər.

Lakin mən məktəbin Şeyx Tusi və Şeyx Səduq (quddisə sirruhumə) kimi böyük alimlərinin vaqifilərə, ismailiyyələrə, zeydilərə və digərlərinə qarşı rəddiyyə yazdıqlarını gördükdə, həmçinin, müasir dövrün fəzilət sahibi şəxslərinin bu hərəkatlara rəddiyyə yazdıqlarını gördükdə (məsələn, Şeyx Muhəmməd Sənəd Bəhreyndə ortaya çıxıb naiblik iddiası edən bir şəxsə rəddiyyə olaraq “Dəva-s-səfara fil-ğeybətil-kubra” kitabını, həmçinin, Seyyid Sami əl-Bədri, Əhməd əl-Katibə rəddiyyə olaraq “Şubuhat və rudud” kitabını yazmışdır) yerin və göyün Rəbbinə təvəkkül edib Vəsilərin sonuncusuna (əccəllallahu təala fərəcəhuş-şərif) təvəssül edib bu mütəvazi yazını yazmağa başladım. Burada ortaya atılan ən mühüm şübhələrə cavab vermək, onların iddialarının yalanlığını ortaya çıxarmaq və şiə əqidəsində şübhə yarada biləcək mühüm iradları cavablandırmaq istəmişəm.

Allahdan istəyirik ki, bizləri Öz kərəminə və lütfünə xatir Sahibəl-əsri (əleyhis-səlam) müdafiə etməkdə, ona yardım etməkdə, müddəilərin hiyləgərliklərini və şəkk salanların böhtanlarını rədd etməkdə və bu şanlı məzhəbə yardım etməkdə müvəffəq etsin. Həqiqətən də O, bütün kərəm sahiblərindən daha kəramətlidir! Həmd olsun aləmlərin Rəbbinə, Onun salam və bərəkəti olsun Muhəmmədə və onun pak və təmiz ailəsinə.

Əhməd Salman

25 Şəvval, 1432

Qeyd: Bu giriş sözündən başlayaraq Allahın iznilə növbəti silsilələrdə 12 Mehdidən birincisi olduğunu iddia edən Əhməd əl-Həsən əl-Yəmani və onun davamçılarının iddialarına Şeyx Əhməd Salmanın kitabından cavab verəcəyik.

Aşağıdakı şəklin ona məxsus olduğu iddia edilir. Lakin isbatı edilməyib. Hər ehtimala qarşı məlumatlandırmağı lazım bildik.

Рейтинг

В этом разделе