Həqiqəti tapanlar - 9 - : Dr. Əhməd Rasim Ən-Nəfis (keçmiş şafei)

»»

Həqiqəti tapanlar - 9 - : Dr. Əhməd Rasim Ən-Nəfis (keçmiş şafei)

Adı: Əhməd Rasim Ən-Nəfis

Ölkə: Misir

Məzhəbi: Şafei

Əhməd Rasim Ən-Nəfis

Misirin Mənsurə şəhərində doğulmuşdur. Atası müəllim, babası Əl-Əzhər alimlərindən olmuşdur. Babası kənd məscidində moizə etmiş, kənd camatına din və ədəbiyyat dərsləri demişdir. Özü tibb üzrə doktorluq dərəcəsi almışdır.

Əhməd Ən-Nəfis şiəliyi necə qəbul etməsi barədə belə deyir:

“1984-cü ilin yay günlərinin birində ailəmlə birgə səfərə getmişdik. Kitabxanaların birində “Nə üçün Əhli-Beyt məzhəbini seçdim?” (“Liməzəx-tərtu məzhəbə-Əhlil-beyt” adlı bir kitaba rast gəldim. Kitabı götürmək üçün icazə istədim. Heç kəs bu kitaba fikir vermir, içində nədən söhbət getdiyini bilmirdi. Kitabı götürməyə icazə verdilər və onu alıb oxumağa başladım. Həm kitabda yazılanlara, həm də Əl-Əzhər şeyxi olan bir şəxsin – Şeyx Məhəmməd Muri Əl-Əmin Əl-Əntakinin necə şiə məzhəbini qəbul etdiyinə çox təəccübləndim. Bu fikir bir müddət məni məşğul etdi. Lakin sonra öz-özümə dedim ki, “bu adamın öz fikri və nəzəri var, fikrinə hörmət etmək lazımdır”. Bundan sonra hansısa bir qərar almadım, amma kitabı yadımda saxladım.

Bir il sonra eyni vaxta və eyni yerdə başqa bir kitaba rast gəldim. Kitabın adı belə idi: “Peyğəmbərin on iki xəlifəsi” (“Xuləfaur-Rəsulil-isna aşar”). Kitabı alıb oxudum və anladım, amma yenə də bir qərara gəlmədim. Lakin hiss etdim ki, tədricən Əhli-Beyt düşüncəsinə yaxınlaşıram.

Bir neçə gün keçdi. Mənsurədə Tibb fakültəsində kitab sərgisi keçirilirdi. Sərgiyə getdim. Orada müşavir Əbdülhəlim Əl-Cundi tərəfindən qələmə alınan “Əl-İmam Cəfərus-Sadiq” adlı bir kitab gördüm. Öz-özümə dedim: Bu kitabı misirli sünni bir müəllif yazıb, özü də kitab rəsmi bir müəssisə tərəfindən İran İslam inqilabından öncə çap edilib.

Kitabı alıb oxudum. Kitabda qeyd olunan – zalım rejimlərin və bədxah alimlərin Əhli-Beytlə bağlı gizlədikləri məlumatları oxuduqda bütün bədənim lərzəyə gəldi.

Yenidən əvvəl oxuduğum iki kitaba qayıtdım. “Bəlkə də şiələr yalan deyirlər, bu məlumatları özlərindən uydurublar, qoy bu kitablarda deyilənləri orijinal mənbələrindən yoxlayım”, - deyərək, kitablarda qeyd olunan məlumatları bir-bir sünni mənbələrindən yoxlamağa başladım. Nəticəsi: bütün qeyd olunan faktları həqiqətən də sünni mənbələrində tapdım.

Cəmi bir neçə həftə keçdikdən sonra, artıq inanc baxımından Əhli-Beyt əqidəsini qəbul etmişdim. Az sonra şiə olan köhnə dostlarımdan biri ilə qarşılaşdıq və bundan sonra onunla bir sıra fiqhi məsələləri müzakirə etməyə başladıq.”

Dr. Əhməd Ən-Nəfisin şiə olması xəbəri onun yaxın çevrəsi arasında böyük hay-küylə qarşılanır. Xəbəri duyan bəzi təəssübkeşlər onu azğınlıqda ittiham etməyə və şəxsiyyətini ləkələməyə başlayırlar. Bir müddət sonra xeyli sayda insan onunla əlaqələrini kəsirlər.

Dr.Əhməd deyir:

Öz-özümə “Əhli-Beyt məzhəbinə qoşulanlara qarşı aparılan bu düşmənçilik və ədavətin səbəbin nədir?”, - deyə soruşurdum. – “Bu şəxslərin nə günahları var?”. Bir müddət sonra mənə qarşı atılan addımlar başqa məcra almağa başladı. Bəziləri mənim universitetdən uzaqlaşdırılmağım üçün plan qurmağa başladılar. Bu məqsədlə əllərindən gələn hər bir şeyi edərək, sahib olduqları bütün üsulları sınadılar. Elə məhz bu səbəbdən doktorluq dərəcəsini almağım 1987-ci ildən 1992-ci ilədək uzandı. Düz 6 il iş və gündəlik həyatda əqidəmi dəyişməyim üçün təzyiq etdilər. Lakin inancımı zərrə qədər də olsun silkələməyi bacarmadılar.

Beləcə dr. Əhməd Ən-Nəfis bütün çətinliklərə sinə gərərək, öz haqq əqidəsində qalmaqda davam etdi. Sonradan o, şiəliyə dair “Əhli-Beyt məzhəbinə gedən yol” (“Ət-Tariq ilə məzhəbi Əhlil-Beyt”) və “Hüseynin izi ilə” (“Alə xutal-Huseyn”) kitablarını qələmə aldı.

Doktor Əhmədin rəsmi saytı (http://www.elnafis.net/) hal-hazırda fəaliyyət göstərir.

313news.net

Рейтинг

В этом разделе