Həqiqəti tapanlar - 7 - : Əhməd Mərzuqi Əmir (keçmiş şafei)

»»

Həqiqəti tapanlar - 7 - : Əhməd Mərzuqi Əmir (keçmiş şafei)

Adı: Əhməd Mərzuqi Əmir

Ölkə: İndoneziya

Məzhəb: Şafei

Əhməd Mərzuqi Əmir

İndoneziyanın paytaxtı Cakarta şəhərində anadan olmuş, şafei məzhəbli bir ailədə böyümüşdür.

Banqil şəhərindəki İslam İnstitutunda təhsil alarkən şiə tələbə yoldaşları vasitəsilə Əhli-Beyt məzhəbi ilə tanış olmuş, şiəliyi araşdırmış və sonda bu məzhəbin haqq olduğu qənaətinə gəlmişdir.

Onun fikrinin dəyişməsinə səbəb olan məsələlərdən biri torpağa səcdə məsələsi olmuşdur. Belə ki, onun daha öncə şafei məzhəbinə görə öyrəndiyi məlumatlara əsasən, alını səcdəyə qoyarkən əmmamə və ya saç alınla torpaq arasında fasilə salmamalıdır. Əhməd bu hökmlə xalçaya səcdə məsələsini müqayisə edərək, təccüblənmişdi: belə ki, əgər başa qoyulmuş və alına düşmüş əmmamə və ya alına tökülmüş saç alınla torpaq arasında fasilə sala bilməzsə, onda xalçaya necə səcdə etmək olar? Axı xalça da torpaqla alın arasında fasilə salır.

Əhməd bu şəkildə Əhli-Beyt məzhəbi ilə keçmiş məzhəbini müqayisə etmiş, nəhayət sonda Əhli-Beyt məzhəbinin haqq olduğunu qəbul etmişdir. Bundan sonra dini elmlər almaqdan ötrü Suriya və İranın elm mərkəzlərinə üz tutmuş, burada təhsil aldıqdan sonra isə öz ölkəsinə qayıdaraq, təbliğlə məşğul olmağa başlamışdır.

313news.net

Рейтинг

В этом разделе