Həqiqəti tapanlar - 5 - : İbrahim Əhməd Bah (keçmiş maliki)

»»

Həqiqəti tapanlar - 5 - : İbrahim Əhməd Bah (keçmiş maliki)

Ad: İbrahim Əhməd Bah

Ölkə: Qvineya

Məzhəb: Maliki

İbrahim Əhməd Bah

Doğulub böyüdüyü yer

İbrahim Əhməd Ramazan Bah 1972-ci ildə Qvineya Demokratik Respublikasının paytaxtı Konakri şəhərində dünyaya gəlmişdir.

Qvineyanın əhalisi təxminən 10 milyon nəfərdir. Əksəriyyəti müsəlmanlardan ibarətdir. Müsəlmanların 95%-i maliki məzhəbinə mənsubdur. İbrahim Bah iqtisadi və təhsil baxımından orta səviyyəli bir ayədə doğulub boya-başa çatmışdır.

Həyatının ilk illəri

Ticarətlə məşğul olan atası onu Qurani-Kərim qiraətində ustad olan şeyxlərdən birinin yanında dərs almağa qoyur. Bu mərhələni bitirdikdən sonra atası onu akademik təhsil mərkəzlərinə yazdırır.

Tale belə gətirir ki, atası ilə birlikdə qonşu Sierra-Leona köçməli olur. Burada təqribən yeddi il qalırlar. Eyni zamanda həm ticarətlə məşğul olan, həm də təhsil alan atası ilə birlikdə öz təhsilini davam etdirir. Qeyd olunan müddətdən sonra Sierra-Leonda siyasi vəziyyətin gərginləşməsi səbəbindən doğma ölkələrinə qayıtmalı olurlar. Bu zaman artıq İbrahim Bah təhsildə lazım olan səviyyəyə yetişə bilmiş və cəmiyyətdə özünə layiq yeri tutmağa qadir bir şəxs olmuşdu. Ölkəyə qayıtdıqdan sonra paytaxtın ibtidai məktəblərindən birində müəllim vəzifəsinə təyin olunur.

Şiələrlə birlikdə

İbrahim Bah əvvəllər şiələr və onların əqidələri ilə bağlı şübhələr barəsində eşitmişdi. Buna görə də paytaxtda yaşaması fürsətindən istifadə edərək şiələrlə daha yaxından tanış olmaq qərarına gəlir (o vaxt paytaxt Konakridə müəyyən sayda şiə yaşayırdı). Günlər keçdikcə tələbələri ilə daha yaxından tanış olmağa başlayır. Başa düşür ki, onlardan bəziləri şiə məzhəbinə mənsubdurlar. Beləliklə, onunla tələbələri arasında sorğu-sual başlayır. Lakin, uşaqların yaşlarının azlığı və məlumatlarının kasadlığı səbəbindən aldığı cavablar qaneedici olmur. Buna görə də uşaqların valideynləri ilə söhbət etmək qərarına gəlir.

Dönüş nöqtəsi

İbrahim Bah üçün dönüş nöqtəsi valideynlərdən biri ilə əlaqələrini möhkəmlətdikdən sonra başlayır. Bu valideyn İbrahimi mütəmadi şəkildə onunla görüşməyə vadar edəcək qədər geniş məlumat və bilgiyə sahib bir şəxs olur. O şəxs İbrahimin suallarına cavab verməklə yanaşı, ona bir sıra kitabları, xüsusən Ustad Ticaninin kitablarını və bir sıra digər tarix və təfsir kitablarını oxumağı məsləhət görür. Təəssübkeşlər hər nə qədər gizləməyə çalışsalar da, həqiqətlər İbrahim üçün aşkar olur. Hətta atası ona şiələrdən təsirlənməməyi tapşıraraq belə deyirmiş: “Atam mənə deyərdi ki, şiələrin yanında dərs al, amma onların inanclarını qəbul etmə. Çünki bu inanclar batildir və insanları azdırır. Şiərlərdə xurafatlar var, onlar dindar deyillər”. Lakin İbrahim məsələnin tamamilə fərqli olduğunu və qərəzli şəxslərin yaydığı sözlərin həqiqət olmadığını görür. Beləliklə, Allah-taala ona Əhli-Beyt (əleyhimussəlam) məzhəbini qəbul etməyi nəsib edir.

Bunun ardınca onunla ailəsi, xüsusən də atası arasında söhbət və dialoqlar başlayır. Bu söhbətlərin nəticəsində isə atası şiə məzhəbini qəbul edir. Bundan sonra atası tarix boyu məruz qaldıqları çətinliklərə baxmayaraq, şiə alimlərinin səbat və dözümlülük göstərmələrini rəğbətlə qeyd edərək onları tərifləyir.

Xüsusi fərq

İbrahim Bah öz keçmiş məzhəbi ilə on iki imam şiəliyi arasında mühüm bir fərqi qeyd edərək belə yazır: “Sünnilər deyirlər ki, insanın tarixdə olub-keçmiş şeyləri, xüsusilə də xilafət məsələsi ətrafında baş verən ixtilafları araşdırması doğru deyil!” İbrahim bu düşüncəni həqiqəti ört-basdır edən, onu korlayan və müsəlmanları doğru yoldan uzaqlaşdıran bir düşüncə hesab edir.

Başqalarına təsiri

İbrahim Ramazan Bah atasının və iki xalasının Əhli-Beyt (əleyhimussəlam) məzhəbini qəbul etməsinə səbəb olmuşdur. Bundan başqa bir qrup mömin gənclə birlikdə bir sıra şəxslərin Əhli-Beyt (əleyhimussəlam) məzhəbini qəbul etməsinə kömək etmişdir.

313news.net

Рейтинг

В этом разделе