Həqiqəti tapanlar - 4 - : Əbu Cəfər Məndil (keçmiş hənəfi)

»»

Həqiqəti tapanlar - 4 - : Əbu Cəfər Məndil (keçmiş hənəfi)

Ad: Əbu Cəfər Məndil

Ölkə: Banqladeş

Məzhəb: Hənəfi

Qısa tərcümeyi-hal:

Əbu Cəfər Məndil

1949-cu ildə Banqladeşin Baqlora şəhərində hənəfi məzhəbli bir ailədə dünyaya gəlib.

Şiələrlə tanışlıq:

İranda inqilabın qələbə çalmasından sonra “şiə məzhəbi” termini Məndilin qulağına çatır. Bundan sonra şiəliklə tanış olmaq istəyir.

Bir gün Dakka şəhərində yerləşən mədəniyyət və elm attaşeliyinə baş çəkir. Oranın işçilərindən şiə məzhəbi barədə soruşur.

Məndil özü bu barədə belə deyir:

"Onlara şiələr və şiəlik barədə bir neçə sual verdim. Onlar mənə şiəliyin əsas inanclarını açıqladılar. Maraqlısı o idi ki, onlar öz əqidələrinin isbatı üçün bizim “səhih” və “müsnəd” kitablarımızdan dəlil gətirirdilər. Mən də onların dedikləri şeyləri həmin kitablarda axtarır, dediklərinin doğru olduğunu görəndə heyrətə düşürdüm."

“Nəhcül-bəlağə” ilə:

Məndil deyir:

"Araşdırma və tədqiqatdan sonra itirdiyimi “Nəhcül-bəlağə” kitabında tapdım. Bu kitab mənə həqiqətləri göstərdi və daha əvvəllər bilmədiyim gizlinləri mənim üçün açdı. Bu kitabda deyilir ki, Əmirəlmöminin (əleyhissəlam) camaatın həqiqi muhəmmədi islamdan üz döndərdiyini və islam ümməti arasına sızmış inhirafın qarşısını almaq yolunda yardımçıların azlığını gördükdə, ara-sıra insanlara düşdükləri azğınlığın nə qədər böyük olduğunu xatırladırdı. Xəlifə olduğu vaxtda bir gün camaata xütbə edərək düşdükləri zəlalətə işarə etmiş və höccəti onlar üçün tamamlamışdı. Onun bu məşhur xütbəsi “şiqşiqiyyə xütbəsi” adlanır."

Həqiqətlər aşkar olur:

Araşdırma və tədqiqatdan sonra həqiqətlər Məndil üçün aydın olur. Dəlil və sübut oxlarının göstərdiyi etiqadı qəbul etməyi qərara alır. Beləliklə, öz irsən aldığı keçmiş etiqadını tərk edərək 1984-cü ildə şiəliyi qəbul edir.

Şiəliyi qəbul etdikdən sonra əqidəsini təbliğ etməyə başlayır. Nəticədə, onun əli ilə bir qrup qohumları və dostları şiəliyi qəbul edir.

Lakin onun şiəliyi qəbul etməsi onu vəhhabilərin əziyyət verməsi kimi bir sıra çətinliklərlə də üz-üzə qoyur. Vəhhabilər onun evinə hücum edir, ofisini yandırırlar. Lakin bütün bunlar onun inancına zərrə qədər də təsir etmir. Əksinə, bu cür işlər onun etiqadını daha da möhkəmlədir və onu Əhli-Beyt (əleyhimussəlam) maarifini təbliğ etmək istiqamətində daha əzmkar edir.

313news.net

Рейтинг

В этом разделе