Həqiqəti tapanlar - 2 - : Ustad Əhməd Hüseyn Yaqub (keçmiş şafei)

»»

Həqiqəti tapanlar - 2 - : Ustad Əhməd Hüseyn Yaqub (keçmiş şafei)

Ad: Əhməd Hüseyn Yaqub

Ölkə: İordaniya

Məzhəb: Şafei

Qısa tərcümeyi-hal:

Əhməd Hüseyn Yaqub

1939-cu ildə İordaniyanın Ciraş şəhərində, şafei məzhəbli bir ailədə anadan olub.

Orta məktəbi Misirdə bitirib. Dəməşq Universitetində hüquq təhsili alıb. Habelə, Livan Universitetində ümumi hüquq ixtisasına yiyələnib.

Hüquqşünas, cümə xətibi və bələdiyyə sədri işləyib.

2007-ci ilin Ramazan ayının 12-də vəfat edib.

İslam tarixi barədə ənənəvi fikirlərin dağılması

Ustad Əhməd Yaqub deyir:

İslamda xilafət və onun tarixdə rolu ilə bağlı Livan Universitetinə tədqim etdiyim bir elmi tədqiqatın diskussiyası üçün Livana getmişdim. Tədqiqat məsələyə əhli-sünnə nöqteyi-nəzərindən yanaşmış və onların ideologiyası əsasında yazılmışdı.

Beyrutda olduğum müddətdə Xalid Muhəmməd Xalidin “Əbnaur-Rəsul fi Kərbəla” (“Peyğəmbər balaları Kərbəlada”) adlı kitabı əlimə düşdü. Müəllifin qatillərə qarşı yumşaq davranmasına və onlar üçün üzr axtarmasına baxmayaraq, mən İmam Hüseynin (əleyhissəlam), Peyğəmbər Əhli-Beytinin və onların dostlarının başına gələnlərdən son dərəcədə təsirləndim.

İmam Hüseynin başına gətirilənlərə görə keçirdiyim hisslər mənim bütün həyatımı dəyişən dönüş nöqtəsi oldu. Beyrutda olduğum vaxt Muhsin əl-Əminin “Əş-Şiə beynəl-həqaiq vəl-əvham” (“Şiələr: həqiqət və uydurma arasında”) kitabını, həmçinin Şərəfuddin əl-Amilinin “Əl-Muraciat” kitabını oxudum. Bundan sonra böyük maraq və həvəslə Əhli-Beyt ideologiyasını açıqlayan kitablar oxumağa başladım. Nəticədə tarix barədə olan bütün fikirlərim dəyişdi, zehnimdə özünə yer etmiş bütün yalnız təəssürat və qənaətlər yox olub itdi.

Mənim üçün aydın oldu ki, həqiqi möminlər və nicat tapan şəxslər məhz Əhli-Beyt və onlara həqiqi şəkildə dostluq bəsləyənlərdir. Başa düşdüm ki, İslam tarixi yalnız Əhli-Beyt vasitəsilə başa düşülə bilər. Onlar “iki ağır əmanət”dən biri, nicat gəmisi, “hittə qapısı” və zülmət gecədə doğru yol göstərən ulduzlardır. Əgər onlar olmasaydılar həqiqi İslam məhv olub aradan gedər, haqqın heç bir şahidi qalmazdı. Onlar tarix boyu mübarizə bayrağı qaldırmış, Allah yolunda adi bəşərin tab gətirə bilməyəcəyi çətinliklərə sinə gərmiş, beləcə bu pak və təmiz dini öz həqiqi və təmiz formasında bizə çatdırmışlar.

Çox qısa şəkildə desəm, hidayət olub başa düşdüm ki, Əhli-Beytin adil və dünya səviyyəli bir məsələsi var. Rəbbimə sağ olduğum müddətcə bu haqq məsələni müdafiə edəcəyimə dair söz verdim. Ona görə də yazdığım bütün əsərlər bu haqq məsələnin müdafiəsinə həsr olunub.

Mərhumun əsərləri:

1. “Ən-nizamus-siyasi fil-islam – rayuş-şiə, rayus-sunnə və hukmuş-şər” (“İslamda siyasi rejim – şiələrin nəzəri, sünnilərin nəzəri, şəriətin hökmü”);

2. “Nazariyyətu-adaləti-sahabə vəl-mərcəiyyətus-siyasiyyə fil-islam – rayuş-şiə, rayus-sunnə və hukmuş-şər” (“Səhabənin ədaləti nəzəriyyəsi və islamda siyasi mərcəiyyət: şiələrin nəzəri, sünnilərin nəzəri, şəriətin hökmü);

3. “Murtəkəzatul-fikris-siyasi – fil-islam, fir-rasumaliyyə, fiş-şuyuiyyə” (“İslam, kapitalizm və kommunizmdə siyasi ideologiyanın əsasları”);

4. “Əl-Xutatus-siyasiyyə li-tauhidil-ummətil-islamiyyə” (“İslam ümmətinin birləşdirilməsi üçün siyasi addımlar”);

5. “Tabiətul-əhzabis-siyasiyyə” (“Siyasi partiyaların xarakteri”);

6. “Əl-vəciz fil-imaməti vəl-vilayə” (“İmamət və vilayətə dair qısa yazı”);

7. “Əl-Muvacəhətu məə Rasulilləhi və alihi: əl-qıssatul-kamilə” (“Peyğəmbər və ailəsi ilə mübarizə: bütöv hekayə”);

8. “Məsahətun lil-hivar min əclil-vifaq və mərifətil-haqiqə” (“Dialoqa imkan yaratmaq: həmrəylik və həqiqəti bilmək naminə”);

9. “Kərbəla: əs-səuratu vəl-mə`sat” (“Kərbəla: inqilab və müsibət”);

10. “Əl-Haşimiyyun fiş-şəriəti vət-tarix” (“Tarix və şəriətdə Haşimilər”);

11. “Haqiqətul-itiqad bil-İmamil-Məhdiyyil-muntəzər” (“Gözlənilən İmam Mehdiyə etiqad bəsləməyin həqiqəti”);

12. “Eynə sunnətu-Rasulilləh, va məzə faalu bihə?” (“Peyğəmbərin hansı sünnəsi? Nə etdilər ona?);

13. “Əl-İctihad beynəl-haqaiqiş-şəriyyə vəl-məhazilit-tarixiyyə” (“İctihad: şəri həqiqətlər və tarixi ciddiyyətsizliklər arasında”);

14. “Əl-Mərcəiyyətus-siyasiyyə fil-islam” (“İslamda siyasi mərcəiyyət (hakimiyyət)”);

15. “Muxtəsərul-muvacəhə” (“Mübarizənin qısa tarixi”).

313news.net

Рейтинг

В этом разделе