Həqiqəti tapanlar - 1 - : Alfa Ömər Bah (keçmiş maliki)

»»

Həqiqəti tapanlar - 1 - : Alfa Ömər Bah (keçmiş maliki)

Ad: Alfa Ömər Bah

Ölkə: Qvineya

Məzhəb: Maliki

Qısa tərcümeyi-hal:

Alfa Ömər Bah

1971-ci ildə Qvineyanın Mamo şəhərində dünyaya gəlib. Akademik təhsil alaraq ictimai elmlər üzrə diplom əldə edib. Fulani və soso kimi yerli dillərdən əlavə ərəb, ingilis və fransız dillərini bilir. Əvvəllər maliki məzhəbindən olmuş, sonradan dörd il müddətində “Nasrul-islam” adlı vəhhabi məktəbində təhsil almışdir. Bu səbəbdən vəhhabilikdən müəyyən qədər təsirlənərək, həmin cərəyanın bəzi fikirlərini qəbul etmişdir. Lakin, özünün gərgin səyləri nəticəsində sonda həqiqət onun üçün aşkar olmuş, nəticədə 1991-ci ildə paytaxt Konakri şəhərində Əhli-Beyt (əleyhimussəlam) məzhəbini qəbul etmişdir.

Əqidə dəyişikliyinə doğru ilk addım

Tarixi mövzulara, xüsusən İslam tarixinə, İslamı məcrasından dəyişən həssas hadisələrə və firqələr tarixinə olan böyük marağı onu öz ideoloji mənsubiyyətini dəyişməyə vadar edən əsas faktor olmuşdur. Məhz bu amil onun önündə geniş üfüqlər açmış və o, bu amilin təhriki ilə tədqiqat və araşdırmalara başlamışdır.

Alfa Ömər Bah özü bu barədə belə deyir:

Əlimə keçən ilk şiə kitabı Əllamə Muhəmməd Rza Müzəffərin “Əqaidul-imamiyyə” kitabı idi. Kitabı mütaliə etdim və orada daha öncə rastlaşmadığım bir sıra ideoloji nəzəriyyələrlə qarşılaşdım. Bu kitabda ən çox diqqətimi çəkən mövzu Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra xilafət və imamət məsələsi idi. Mənim üçün aydın oldu ki, Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra müsəlmanlar arasında yaranmış ixtilafların əksəriyyətinin mənşəyi məhz bu məsələdir.

O vaxtdan etibarən başa düşdüm ki, məlumat əldə etməli və öyrənməli olduğum tək məsələ məhz imamət məsələsidir. Anladım ki, bu məsələ islam ideologiyasında əsas məsələ hesab olunur və hər bir tədqiqatçı bu məsələyə olan mövqeyini dəqiqləşdirməlidir. Çünki əgər dəqiqləşdirməsə, hər bir cüzi məsələdə çaşqınlıq içərisində qalacaq.

Ona görə də sözügedən mövzuda araşdırmalara başladım. Bu zaman əlavə işlərimin olmasına baxmayaraq, tarixi mövzulara olan həvəs və marağım mənə çox kömək etdi. Məni araşdırma və tədqiqata ruhlandıran əsas şeylərdən biri də məhz bu idi. Həmçinin mən məsələyə ideologiya və düşüncəmin “təməl daşı” kimi yanaşırdım. Belə ki, bu mövzunun dəqiqləşməsi ilə mənim bütün rəftar, davranış və yolum bəlli olacaqdı.

İlk araşdırmaq istədiyim mövzu Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) xilafət mövzusunda ümməti üçün necə bir konsepsiya təyin etməsi idi. Buna görə də ilk olaraq bu mövzunu araşdırmağa başladım.

Əldə etdiyim nəticələr açıq-aşkar idi. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) xəlifəsi və müsəlmanların imamı məsələsində təkcə səqəleyn hədisi öz-özlüyündə kifayət edirdi.

Məni şiəliyə yaxınlaşdıran şey mənim yalnız şiələrin səqəleynə tabe olduqlarını, digərlərinin isə “bizə Allahın kitabı yetər!” – sözünə tabe olduqlarını görməyim idi. Məhz bu, məni Əhli-Beyt (əleyhimussəlam) məzhəbinin fikir və düşüncələri ilə dərindən tanış olmağa sövq etdi.

Araşdırma prosesində bir sıra əhli-sünnə qardaşlarla fikir mübadiləsi aparmağa çalışdım. Lakin onların bəziləri mənimlə sərt və aqressiv şəkildə rəftar etdilər. Bu isə mənim onlarla dialoqdan çəkinməyimə və məsələni təkbaşına özümün həll etməyimə gətirib çıxardı. Sonda şiəliklə bağlı düşüncələrim konkretləşdi və beləliklə, 1991-ci ildə paytaxt Konakridə şiəliyi qəbul etdim.

Dəvət:

Mənim vasitəmlə bir çox qardaşlar da şiəliyi qəbul etdilər. Mən şiəliyi qəbul etdikdən sonra bu, mənim ətrafımda olan şəxslərin diqqətini özünə cəlb etdi. Bir çoxları mənim barəmdə soruşmağa və məlumat almağa başladılar. Bu minvalla mənimlə onlar arasında bir çox debatlar baş tutdu. Bu debatların səmərəsi isə doğru inanca çatmaq üçün araşdırma və tədqiq yolunu seçən bir çox dost və qardaşlarımın həqiqəti görərək şiəliyi qəbul etməsi oldu.

Рейтинг

В этом разделе