Təravih namazı iki firqənin nəzərində

»»

Təravih namazı iki firqənin nəzərində

Bağışlayan və Mehriban Allahın adı ilə

Xülasə

Namaz ən mühüm əməllərdəndir, belə ki, namaz insanın əməllərinin qəbul olunub-olunmamasının meyarıdır. İnsan namazda Allahla münacat edir. Namazın hər yerdə və hər zamanda dəyəri var, lakin Ramazan ayında xüsusi dəyərə malikdir. Belə ki, Ramazan ayı bəndəliyin fəsilidir, namazın dəyəri orda daha artıqdır.

Müsəlmanların Ramazan ayında qıldığı namazlardan biri də Təravih namazıdır. Baxmayaraq ki, bu namazın əsasını bütün müsəlmanlar qəbul edir, lakin onun cüzi məsələlərində, məsələn neçə rükət olmasında, camaatla qılınmasında ixtilaflar mövcuddur. Bu məqalə islam məzhəblərinin baxışından Təravih namazının məşruiyyətini (şəriətə müvafiq olmasını), onun tarixçəsini və orada olan ixtilafları araşdırır.

Müqəddimə

Fiqh elmi müsəlmanların elmi mənşəyidir. İslam məzhəblərində bir çox müştərək fiqhi məsələlər gözə dəydiyi üçün bu yerləri tanımaq və onların üzərində təkidlə dayanmaqla elmi və ictimai bir vəhdət əldə etmək olar. Bu müştərək yerlərdən biri də Təravih namazıdır. Təravih namazından məqsəd müstəhəb olan bir namazdır, fəzilətlə dolu olan mübarək Ramazan gecələrində qılınır. Bu mövzu barəsində ixtilaflar da var. Hər halda Təravih namazı barəsində araşdırdığı bu məqalə aşağıdakı mövzuları əhatə edir:

a) Bu namazın adı

b) Bu namazın şəriətə müvafiq olması və fəziləti

c) Bu namazın vaxtı

ç) Bu namazın rükətlərinin sayı

d) Bu namazın camaatla qılınmasının hökmü

 

1. Bu namazın adı

Mübarək Ramazan gecələrində nafilə namazları üçün fiqh və hədis kitablarında iki ünvan qeyd olunmuşdur. Mübarək Ramazan qiyamı (namazı –Müt) və Təravih namazı. Birinci ünvan əhli sünnənin və şiənin hədis kitablarında – məsələn Səhih Müslim və Kafidə qeyd olunmuşdur. İkinci ünvan isə yalnız əhli sünnə fəqihləri arasında məşhurdur.

Təravih “tərvihə” sözünün cəmidir və lüğətdə “oturmaq” mənasında işlənir. Lakin bu söz mübarək Ramazan gecələrində qılınan nafilə namazlarında hər dörd rükətdən bir oturub istirahət etmək üçün işlənir. Çünki namaz qılanlar nafilənin dördüncü rükətindən sonra bir az istirahət edirlər. Həqiqətdə lüğəti məna xüsusi tənasüblüklə şəri mənaya nəql olunub və bu mənada müsəlmanlar arasında həqiqət olaraq işlədilir. Belə ki, əgər müsəlmanlar arasında Təravih kəlməsi əlamət olmadan işlənərsə, dərhal mübarək Ramazan gecələrində qılınan Təravih namazı zehnə gəlir. İbn Mənzur bu sözün lüğəti mənasını izah edərkən belə deyir:

والترویحة فی شهر رمضان: سمیت بذلک لاستراحة القوم بعد کل أربع رکعات و فی الحدیث صلاة التراویح لأنهم کانوا یستریحون بین کل تسلیمتین. والتراویح جمع ترویحه و هی المرة الواحدة من الراحة تفعلیة منها مثل تسلیمة من السلام

Ramazan ayında qılınan tərviyhə namazı: Bu namaza ona görə tərviyhə namazı deyilir ki, insanlar bu namazı qılarkən hər dörd rükətdən bir istirahət edirlər. Hədislərdə gəlmiş Təravih namazı da ona görə belə adlanıb ki, namaz qılanlar hər iki salamdan bir istirahət edirlər. Təravih “tərviyhə” sözünün cəmidir. Bu da bir dəfə istirahət etməyə deyilir. “Salam” kəlməsi də “təslimə” məsdərindən olduğu kimi, Təravih də bu üsulla işlənir (İbn Mənzur, Lisan əl-ərəb, c. 5, s. 360).

 

2. Təravih namazının fəziləti və şəriətə müvafiq olub-olmaması prinsipi

2.1. Fəqihlərin nəzərləri

Mübarək Ramazan gecələrində müstəhəb (Təravih) namazlarının caiz və şəriətə müvafiq olmasını bütün islam məzhəblərinin alimləri qəbul etmişlər və onun barəsində belə mühüm bir ixtilaf yoxdur. Hənəfi fəqihlərindən olan Şəmsəddin Sərəxsi bu barədə belə deyir:

و الامة أجمعت علی مشروعیتها و جوازها

İslam ümməti bu namazın şəriətə müvafiq və caiz olmasında icma ediblər.

 

Həmçinin Nəvəvi Şafei də yazır:

اتفق العلماء علی استحبابها

Alimlər bu namazın müstəhəb olmasında ittifaq ediblər (Şəmsəddin Sərəxsi, əl-Məbsut, c. 2, s. 143).

Şiə fəqihlərindən olan Cəvahir kitabının müəllifi də Təravih namazı barəsində yazır:

Fətva və hədislərdə məşhur olan nəzər budur ki, bu namaz müstəhəbdir. Bəlkə bu namazın müstəhəb olması məşhur səhabələrin arasında nəql edildiyinə görə və bu şöhrətin meydana gəlməsi də bu məsələnin icmaya yaxın olması ilə əlaqədardır. Ümumiyyətlə biz Şeyx Səduqdan (r.ə) başqa bu namazın müstəhəb olmasına müxalif olan birini tapmadıq (Nəcəfi, Cəvahir əl-kəlam, c. 4, s. 592).

 

2.2. Rəvayətlər

Məzhəb fəqihlərinin nəzərlərindən əlavə bu namazın fəziləti və dəyəri barəsində bir çox hədislər nəql olunubdur. Həzrət Peyğəmbər (s) buyurmuşdur:

من قام رمضان إیماناً و احتساباً غفر له ما تقدم من ذنبه

Hər kəs etiqad və ixlasla Ramazan ayının namazlarını qılsa, onun keçmiş günahları bağışlanar (Səhih Buxari, Bab 156, kitab əl-salah, c. 3, s. 100).

İndi biz bu hədisi iki cəhətdən – sənəd və dəlalət baxımından araşdırırıq. Sənəd baxımından bu hədis əhli sünnənin müxtəlif hədis kitablarında nəql olunmuşdur. Lakin Heysəmi (v 807 h q) bu hədisin şərhində deyir: Bu hədisin sənədində İbrahim ibn İsmayıl ibn Məcmə var, bu şəxs zəif ravidir (Heysəmi, Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, c. 3, s. 172).

Dəlalət baxımından bu hədisdə üç söz mövcuddur və bu sözlərin şərhi bu hədisi başa düşməkdə çox əhəmiyyət daşıyır. Bu sözlərin biri “ قیام رمضان ” (“qiyamu ramazan” – yəni Ramazan gecələrinin namazı), digəri “ ایماناً ” (“İmanən” – yəni etiqadlı şəkildə), digəri isə “ احتساباً ” (“ihtisabən” – yəni ixlasla olması) kəlmələridir. “Qiyamu ramazan” kəlməsindən məqsəd Təravih namazıdır. Çünki “qiyam” kəlməsi çox vaxt gecə ibadətlərində işlədilir. Bu söz “Ramazan” kəlməsi ilə təyini söz birləşməsi şəklində işlənəndə Ramazan gecələrində qılınan namaz anlamına gəlir. Əlavə olaraq bəzi səhih kitablarının şərhçiləri açıq-aşkar deyiblər ki, “qiyamu Ramazan”dan məqsəd Təravih namazıdır. “İmanən” kəlməsindən məqsəd bu deyil ki, bu namazı qılan insan Allaha və qiyamət gününə inansın, çünki bu iman bütün ibadətlərin şərtidir. Əslində “imanən” kəlməsindən məqsəd bu namazın haqq olmasına və fəzilətinə etiqad bəsləməkdir.

“Ihtisabən” kəlməsindən məqsəd isə budur ki, namaz qılan başqalarına görə deyil, yalnız Allaha görə namaz qılsın və namazında ixlaslı olsun. Nəvəvi “Fiqh əl-hədis” kitabında deyir:

معنی" ایماناً تصدیقاً بانه حق مقتصد فضیلته و معنی "احتساباً" أن یرید الله تعالی وحده لایقصد رؤیة الناس و لاغیر ذلک مما یخالف الاخلاص و المراد بقیام رمضان صلاة التراویح

“İmanən” kəlməsinin mənası onun fəzilətinin haqq olduğunu təsdiq etməkdir. “İhtisabən” sözünün mənası budur ki, namaz qılan yalnız Allahı qəsd eləsin və insanların onu görməsi üçün namaz qılmasın. Çünki bu ixlasla ziddir. Amma “qiyamu ramazan” kəlməsindən məqsəd isə Təravih namazıdır (Heysəmi, Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, c. 3, s. 172).

Ramazan ayının nafilə namazlarının fəziləti barəsində şiə yolu ilə də çoxlu rəvayətlər nəql olunmuşdur:

عن ابی جعفر(ع) قال: خطب رسول الله(ص) فی آخر جمعه من شعبان...«و هو شهر رمضان فرض الله صیامه و جعل قیام لیلة فیه بتطوع صلاة کمن یتطوع بصلاة سبعین لیلة فیما سواه من الشهور

İmam Baqir (ə) buyurub: Peyğəmbər (s) Şəban ayının axırıncı cüməsində xütbə oxuyaraq buyurdu: Allah Təala Ramazan ayında oruc tutmağı vacib etdi və onun gecələrində oyaq qalıb namaz qılan şəxsi yetmiş gecə başqa aylarda müstəhəb namaz qılan şəxs kimi qərar vermişdir (Şeyx Tusi, Təhzib əl-əhkam, Bab 4, Babu fəsli şəhri Ramazan, c. 3, s. 56).

Başqa bir hədisdə Əli ibn Əbu Həmzə belə deyir:

قال له أبوبصیر: ما تقول فی الصلاة فی رمضان؟ فقال(ع) له: ان لرمضان لحرمة و حقاً لایشبهه شی من الشهور، صل مااستطعت فی رمضان تطوعاً باللیل و النهار و ان استطعت فی کل یوم و لیلة ألف رکعة فصل، ان علیاً(ع) کان فی آخر عمره یصلی فی کل یوم و لیلة ألف رکعة

Əbu Bəsir İmam Sadiqdən (ə) soruşdu: Ramazan ayında qılınan namaz haqqında nəzəriniz nədir? İmam (ə) buyurdu: Ramazan ayının özünə məxsus bir hörmət və haqqı vardır, belə ki, heç bir ay bu aya çatmaz. Bacardıqca Ramazan ayında gün ərzində (gecə-gündüz) müstəhəb namaz qıl! Əgər bacarsan gün ərzində min rükət namaz qıl! Çünki Həzrət Əli (ə) ömrünün sonlarında gün ərzində min rükət namaz qılardı (Şeyx Tusi, Təhzib əl-əhkam, Bab 4, Babu fəsli şəhri Ramazan, c. 3, s. 61-62).

 

3. Təravih namazının vaxtı

3.1. Əhli sünnənin nəzəri

Ümumilikdə əhli sünnənin nəzərində Təravih namazının vaxtı işa namazından sübh namazına qədərdir. Əlbəttə dörd məzhəb arasında cüzi ixtilaflar mövcuddur. Cəziri Təravih namazının vaxtını dörd məzhəbin nəzərinə əsasən belə bəyan edir:

أما وقتها فهو من بعد صلوة العشاء و لو مجموعة جمع تقدیم مع المغرب عند من یقول بجواز الجمع للمسافر سفر قصر و نحوه بالشرائط الآتیه فی مبحث الجمع بین الصلاتین تقدیماً و تأخیراً إلا عند المالکیة (قالوا: اذا جمعه العشاء مع المغرب جمع تقدیم أخرت صلوة التراویح حتی یغیب الشفق فلوصلیت قبل ذلک کانت نقلاً مطلقاً و لم یسقط طلبها) و ینتهی بطلوع الفجر و تصح قبل الوتر و بعده بدون کراهیة و لکن الافضل أن تکون قبله باتفاق ثلاثة و خالف المالکیة فقالوا: ان تأخیرها عن الوتر مکروه.

Müsafirin namazının iki namazın birləşdirməsini caiz bilənlərə görə iki namazın əvvəl vaxtda və ya axır vaxtda birləşdirilməsi mövzusunda gələn şərtlərə əsasən əgər axşam namazlarını birləşdirsə, Təravih namazının vaxtı işa namazından sonradır. Amma Malikilərin fikri fərqlidir. Onlar belə deyirlər: Əgər bir adam işa namazını məğrib namazı ilə birləşdirsə şəfəq itənədək Təravih namazının vaxtı təxirə salınar. Əgər bundan əvvəl namazı qılsan namazı qeydsiz-şərtsiz olaraq əvvələ atmış olursan və onu yenidən qılmaq sənin boynundan düşmür. Bu namazın son vaxtı sübh namazında sona çatır. Eyni zamanda vitr namazından əvvəl və ya sonra da qılmaq olar və məkruh deyildir. Lakin bundan əvvəl qılmaq üç məzhəbin fikir birliyinə əsasən daha fəzilətlidir. Malikilər isə bununla müxalifət edərək deyirlər: Bu namazın vitr namazından sonra qılınması məkruhdur (Əl-fiqh ələl-mızahib əl-ərbəə, c. 1, s. 342).

İndi bir kəs deyilən vaxtda Təravih namazını qılmasa, onun qəzası ona vacibdir ya yox? Hənəfi, Maliki və Hənbəli alimlərinin fikrinə görə Təravih namazının qəzası yoxdur. Şafei alimləri isə vaxt bitəndən sonra Təravih namazının qəzasının olmasına inanıblar. Cəziri deyir:

فإذا خرج وقتها بطلوع الفجر فإنها لاتقضی سواء کانت وحدها أو مع العشاء باتفاق ثلاثة من الائمة و خالف الشافعیة (فقالوا: إن خرج وقتها قضیت مطلقا

Əgər günün çıxması ilə Təravih namazının vaxtı bitərsə, üç məzhəbin nəzərinə əsasən qəzası yoxdur. İstər tək qılınmış olsun, istərsə də işa namazı ilə birlikdə qılınmış olsun, fərqi yoxdur. Amma Şafeilər əksini deyiblər: Əgər vaxt xaric olsa, qeydsiz-şərtsiz olaraq qəza olunmalıdır (Əl-fiqh ələl-mızahib əl-ərbəə, c. 1, s. 342).

 

3.2. Şiənin nəzəri

Şiə alimlərinin sözlərində Təravih namazının vaxtı barəsində müstəqil söhbət açılmayıb. Lakin hədislərdən və alimlərin dediklərindən bu nəticəni almaq olar ki, əvvəlinci səkkiz rükət məğrib namazından sonra, digər on iki rükət isə işa namazından sonra qılınır. Bu namazın vaxtı sübh çağınadək davam edir. Hədislərdə və alimlərin dilində Təravih namazı “gecə” sözü ilə qeyd olunduğundan belə bir nəticə alırıq ki, onun son vaxtı sübh çağıdır.

Seyyid Mürtəza (v 463 h q) bu barədə yazır:

مسئله: و مما انفردت به الامامیة ترتیب نوافل شهر رمضان علی أن یصلی فی کل لیلة منه عشرین رکعة منها ثمان بعد صلوة المغرب و اثنی عشر رکعة بعد العشاء الاخر.

İmamiyyə şiələrinin tək qıldıqları namazlardan biri də Ramazan gecələrində qılınan nafilə namazlarıdır. Belə ki, hər gecədə iyirmi rükət namaz qılınır. Onlardan səkkiz rükəti məğrib namazından sonra, on iki rükəti isə işa namazından sonra qılınır (Seyyid Mürtəza, Əl-intisar, s. 55).

 

4. Rükətlərin sayı

4.1. Şiənin nəzəri

Şiənin nəzərinə görə Ramazan ayının nafilə namazlarının rükətlərinin sayı min rükətdir. Belə ki, ilk iyirmi gecədə hər gecə iyirmi rükət, son 10 gecədə isə hər gecə otuz rükət namaz qılınır. Buraya qədər yeddi yüz rükət namaz olur. Qalan üç yüz rükət isə 19-cu, 21-ci və 23-cü gecələrin hər birində yüz rükət namaz qılmaqla bu rükətlərə əlavə qılınır. Bunu da deyək ki, 19-cu gecədə iyirmi rükət, 21-ci və 23-cü gecələrdə də hər gecədə 30 rükət namaz da əlavə olaraq qılınır. Bu rükətlərin hamısı min rükətə gəlib çatır, hətta bu sayı da keçir. Şeyx Tusi (r.ə) bu barədə yazır:

یصلی طول شهر رمضان ألف رکعة زائداً علی النوافل المرتبة فی سائر الشهور، عشرین لیلة فی کل لیلة عشرین رکعة ثمان بین العشائین و اثنا عشرة بعد العشاء الاخرة و فی العشر الاخر کل لیلة ثلاثین رکعة وفی ثلاث لیال و هی تسعة عشره و لیلة إحدی و عشرین و لیلة و ثلاثة عشرین کل لیلة مائة رکعة

Bu namaz digər aylarda qılınan nafilə namazlarından əlavə Ramazan ayı boyunca min rükətdir. İlk iyirmi gecədə hər gecə iyirmi rükət namaz qılınır. Səkkizi məğriblə işa arasında, on iki rükəti isə işa namazından sonra qılınır. Son on gecədə isə hər gecə otuz rükət namaz qılınır. Amma üç gecədə isə - yəni 19-cu, 21-ci və 23-cü gecələrin hər birində yüz rükət namaz qılınır (Şeyx Tusi, Əl-Xilaf, c. 1, s. 530).

Bəzi alimlər deyib ki, bu üç gecədə (19, 21, 23-cü gecələrdə - Müt) qılınan iyirmi rükət və otuz rükət namaz boynumuzdan düşübdür. Bunun əvəzində isə dörd cümədə xüsusi keyfiyyətlə qılınan namazların vasitəsilə o namazlar götürülür. Təravih namazının rükətləri barəsində bir sıra hədislər gəlib bizə çatmışdır, lakin biz bir hədislə kifayətlənirik.

مسعدة بن صدقة عن أبی عبدالله(ع): قال: مما کان رسول الله(ص) یصنع فی شهر رمضان، کان یتنفل فی کل لیلة و یزید علی صلوته التی کان یصلیها قبل ذلک مند اول لیلة الی تمام عشرین لیلة فی کل لیلة عشرین رکعة ثمانی رکعات منها بعد المغرب و اثنتی عشرة بعد العشاء الاخرة و یصلی فی العشر الاواخر و یدعو و یجتهداً شدیداً و کان یصلی فی لیلة احدی و عشرین مأة مئة و یصلی فی لیلة ثلاث و عشرین مأة رکعة و یجتهد فیهما

Məsədə ibn Sədəqə İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Həzrət Peyğəmbərin (s) Ramazan ayında etdiyi əməllərdən biri də bu idi ki, o Həzrət (s) hər gecə əvvəlki ayların gecələrindən daha çox nafilə namazlarını qılırdı. Belə ki, o Həzrət (s) ilk iyirmi gecənin hər gecəsində iyirmi rükət – səkkiz rükət məğrib namazından sonra, on iki rükət isə işa namazından sonra - namaz qılırdı. Son on gecədə isə dua və ibadətlə çox məşğul olardı. 21-ci gecədə min rükət və 23-cü gecələrdə 100 rükət namaz qılar və çox dua edərdi (Cəvahir əl-kəlam, c. 12, s. 186; Vəsail əş-şiə c. 8, s. 29).

 

4.2. Əhli sünnənin nəzəri

Şafei, Hənbəli və Hənəfi alimlərinin fikrinə görə Təravih namazı iyirmi rükətdir. Nəvəvi Şafei bu barədə deyir:

مذهبنا انها عشرون رکعة بعشر تسلیمات غیر الوتر و ذلک خمس ترویحات و الترویحة أربع رکعات بتسلیمتین

Bizim nəzərimizə görə Təravih namazı vitr namazından əlavə iyirmi rükətdir və on salamı var. Bu beş ədəd Təravih namazı hesab olunur. Tərvihə namazı ayrılıqda iki salamla (iki ədəd iki rükət) dörd rükətdir (Nəvəvi, Əl-məcmu şərh əl-muhəzzəb, c. 4, s. 32).

Sərəxsi Hənəfi də bu barədə belə yazır:

الفصل الاول فی عدد الرکعات فانها عشرون رکعة سوی الوتر عندنا.

Bizim nəzərimizə əsasən vitr namazından əlavə Təravih namazı iyirmi rükətdir (Sərəxsi, Əl-Məbsut, c. 2, s. 144; Nəsəfi, Kənz əd-dəqaid, c. 40).

İbn Qudamə Hənbəli isə belə deyir:

المختار عند أحمد أن صلوة التراویح عشرون رکعة

Təravih namazı Əhmədin nəzərinə görə iyirmi rükətdir (İbn Qudamə, Əl-Muğni və əş-şərh əl-kəbir, s. 834).

Amma Təravih namazının rükətləri barəsində Malikdən iki hədis nəql olunmuşdur. Bir hədisə əsasən Təravih namazı iyirmi rükətdir, digər rəvayətə əsasən isə Malik otuz altı rükət qeyd etmişdir.

فاختار مالک فی أحد قولیه...بعشرین رکعة سوی الوتر و ذکر ابن القاسم عن المالک انه کان یستحسن ستاً و ثلاثین رکعة و الوتر ثلاث

Malikin iki rəyindən birinə əsasən vitr namazından başqa Təravih namazı iyirmi rükətdir. Amma İbn Qasim Malikdən nəql etdiyinə əsasən otuz altı rükət qeyd etmişdir. Vitr namazını isə üç rükət qeyd etmişdir (Malik ibn Ənəs, Əl-mudəvvənə əl-kubra, c. 1, s. 222; İbn Ruşd Qurtubi, Bidayə əl-muctəhid, c. 1, s. 210).

 

4.2.1. Təravih namazının rükətləri barəsində əhli sünnənin dəlilləri

a) İkinci xəlifənin əməli

Bu barədə əhli sünnənin dəlili ikinci xəlifə Ömər ibn Xəttabın əməlidir. İbn Qudamə deyir:

ولنا ان عمر رضی الله عنه لما جمع الناس علی ابی بن کعب یصلی لهم عشرین رکعة

Bizim nəzərimizə görə Ömər camaatı Ubeyy ibn Kəbin arxasında topladı ki, o, camaat üçün iyirmi rükət namaz qılsın (İbn Qudamə, Əl-Muğni və əş-şərh əl-kəbir, c. 1, s. 834).

b) Mədinə camaatının əməli

Malik bu namazın otuz altı rükət olmasını Mədinə camaatının əməlinə istinad edərək deyir:

بعث إلی الامیر و اراد ان ینقص من قیام رمضان الذی یقومه الناس بالمدینه قال ابن القاسم: و هی تسع و ثلاثون رکعة بالوتر، ست و ثلاثون رکعة و الوتر ثلاث: قال مالک: فنهیته أن یقص من ذلک شیئاً، قلت له: هذا ما أدرکت الناس علیه و هو الامر القدیم الذی لم یزل الناس علیه

Əmirin yanına adam göndərdi ki, Mədinə camaatının qıldığı Ramazan ayının namazlarını yüngülləşdirsin. İbn Qasim deyir: O namazlar vitr namazı ilə birlikdə otuz doqquz rükət idi. Otuz altı rükət Təravih namazı və bir də 3 rükət vitr namazı. Malik deyir: Mən bu namazın azaldılmasını qadağan etdim və ona dedim: Bu camaatın qıldığı namazdır və qədimdən həmişə belə qılıblar (Malik ibn Ənəs, Əl-mudəvvənə əl-kubra, c. 1, s. 222).

İkinci xəlifənin əməlinə gəlincə isə bu onun bu işi davamlı olaraq etməsinə dəlalət etmir. Məsələn bu rəvayətə əsasən “Ömər iyirmi rükət namaz qıldı” cümləsindən onun bu işi davam etdirməsini başa düşmək olarmı? Bəlkə elə buna görə də Şövkani “Neyl əl-əvtar” kitabında Təravih namazının rükətləri barəsində rəvayətin olmamasına etiqad etmişdir. O, belə deyir:

والحاصل ان الذی دلت علیه أحادیث الباب و ما یشابهها هو مشروعیة القیام فی رمضان و لاصلاة فیه جماعة و فرادی فقصر الصلوة المسماة بالتراویح علی عدد معین و تخصیصها بقرائة مخصوصة لم یزد به سنة

Hədislərin dəlalət etdiyi nəticə budur ki, Ramazan ayının namazları şəriətə müvafiq olsa da onların camaatla qılınması və ya tək qılınması barədə bir dəlilimiz yoxdur. Təravih adlı namaz müəyyən rükət sayları ilə qısaldılması və xüsusi qiraətlə oxunması sünnəyə əlavə olunmayıb (Şövkani, Neyl əl-əvtar, Bab salat ət-Təravih, c. 3, s. 64).

 

5. Təravih namazının camaatla qılınmasının hökmü

Təravih namazının camaatla qılınmasının şəriətə salınmasının tarixçəsi

Peyğəmbərin (s) zamanında Təravih namazı camaatla qılınmırdı. Həmçinin Peyğəmbərin (s) bu namazı camaatla qılması barəsində rəvayət də yoxdur. Əbu Bəkrin dövründə də camaat Ömərin xilafət zamanına (hicrətin 14-cü ilinədək) qədər Peyğəmbərin (s) üslubuna əməl edirdilər. Amma Ömər öz zamanında bu namazı camaatla qılmağı şəriətə daxil etdi. İmam Şərəfuddin (r.ə) Təravih namazının camaatla qılınmasının şəriətə daxil edilməsinin tarixi barəsində yazır:

Peyğəmbər (s) Ramazan ayının müstəhəb namazlarını camaatla deyil, tək qılırdı və camaatı da bu namazları qılmağa rəğbətləndirirdi. Onlar da Peyğəmbərdən (s) gördükləri üslubla bu namazı qılırdılar. Bu məsələ Əbu Bəkrin xilafət dövründə də belə idi. O, hicrətin 13-cü ilində vəfat etdi. Ondan sonra Ömər ibn Xəttab xilafəti öz öhdəsinə götürdü. Həmin ilin Ramazan ayını o da oruc tutdu və Ramazan gecələrində qılınan namazlara da dəyişiklik etmədi. 14-cü ilin Ramazan ayı gəlib çatdı. Ömər bəzi dostları ilə məscidə daxil oldu, gördü ki, camaat Ramazan nafilələrini qılır. Bir dəstəsi ayaq üstə, bir dəstəsi ruku halında, bir dəstəsi oturub, bir dəstəsi qiraət oxuyur, bir dəstəsi təsbih deyir, bir dəstəsi də namazın salamını deyir. Bunu görən Ömər bu məsələdə islahat aparmağı özünə vəzifə bilərək Ramazan ayının ilk gecəsində Təravih namazını sünnət olaraq qərarlaşdırdı. Camaat da onun hökmünü qəbul etdi. Ömər bu məsələni ölkənin hər yerinə yaydı. Mədinədə camaat üçün iki imam camaat - kişilər üçün kişi imam, qadınlar üçün də qadın imam təyin etdi ki, onlara Təravih namazını qılsınlar. Bütün bu məsələlər mütəvatir xəbərlərə əsasən qeyd olunub (Ən-nəss və əl-ictihad, s. 122).

Yuxarıdakı deyilənlərdən bu nəticə çıxır ki, Ömər camaatın nafilə namazlarını nizamsız qılmalarından narahat olub və bunun çarəsini tapmağa cəhd edib. Lakin bu məsələdə Peyğəmbərin (s) sözünə və ya əməlinə istinad etməyibdir.

 

5.1. Məzhəblərin fikirləri

5.1.1. Şiə məzhəbinin nəzəri

Təravih namazında ən əhəmiyyətli mövzu onun camaatla qılınmasındadır. Şiənin nəzərinə görə Ramazan ayının müstəhəb namazları füradə (tək) qılınır, onu camaatla qılmaq bidət və haramdır. Şeyx Tusi (r.ə) bu barədə belə deyir:

نوافل شهر رمضان تصلی منفرداً و الجماعة فیه بدعة

Ramazan ayının nafilələri tək qılınır və onu camaatla qılmaq bidətdir (Əl-xilaf, c. 1, s. 528).

Şəhid Əvvəl (r.ə) (v 786 h q) belə bir bidətin haram olması barəsində yazır:

التاسعة: الجماعة فی هذه الصلوة بدعة محرمة عند الاصحاب

Bu namazın camaatla qılınması şiə alimlərinin nəzərinə əsasən bidətdir və haramdır (Şəhid Əvvəl, Zikra əş-şiə, c. 4, s. 280).

Şiə fəqihlərindən əlavə, Malik, Əbu Yusif və şafei alimlərindən bəziləri bu namazın evdə tək qılınmasını daha fəzilətli hesab ediblər.

قال مالک و ابویوسف و بعض الشافعیه و غیرهم: الافضل فرادی فی البیت لقوله(ص) «افضل الصلاة، صلاة المرء فی بیته الا المکتوبة

Malik, Əbu Yusif, şafei alimlərinin bəziləri və başqaları belə deyir: Ən fəzilətli namaz evdə qılınan tək namazdır. Çünki Peyğəmbər (s) belə buyurub: Vacib namazlardan başqa ən fəzilətli namaz evdə qılınan tək namazdır (Nəvəvi, Şərh Səhih Muslim, c. 6, s. 39).

Amma əhli sünnənin çoxu onun cüzi məsələlərində ixtilafları olsa da, bu namazın camaatla qılınmasını nəinki cazı bilir, hətta müstəhəb bilirlər. Hənəfi məzhəbi bu namazı camaatla qılmağı sünnəti-kifayi bilirlər (Yəni bir qrup bu namazı camaatla qılsa, digərlərinin boynundan bu namazın müstəhəbliyi götürülər– Müt). Murğinani “Əl-hidayə” kitabında yazır:

و لاسنة فیها الجماعة لکن علی الکفایة حتی لوامتنع اهل المسجد عن إقامتها کانوا مسیئین ولو أقامها البعض فالمتخلف عن الجماعة تارک للفضیلة لان أفراد الصحابة من، یروی عنهم التخلف

Təravih namazının camaatla qılınması sünnəti kifayidir. Əgər məscid camaatı onu qılmaqdan imtina etsələr, günahkardırlar. Əgər bir qrupu qılsa, geri qalanlar isə bu namazın fəzilətini tərk etmiş sayılırlar. Çünki səhabələrin bəzilərinin bu namazı qılmamaları barəsində də rəvayət nəql olunub (Əl-hidayə vəl-bidayə, Əli ibn Əbu Bəkr ibn Əbdülcəlil əl-Murğinani Əbulhüseyn, c. 1, s. 70).

 

5.1.2. Hənəfi məzhəbinin nəzəri

Kaşani “Bədai əs-sənai” kitabında yazır:

واما سنتها(صلاة التراویح) فمنها الجماعة و المسجد لأن النبی(ص) قدر ما صلی من التراویح صلی بجماعة فی المسجد فکذا الصحابة رضی الله عنهم صلوها بجماعة فی المسجد فکان أداؤها بالجماعة فی المسجد سنة

Təravih namazının məsciddə camaatla qılınması sünnətdir. Çünki Peyğəmbər (s) bacardıqca bu namazı məsciddə camaatla qılırdı. Həmçinin səhabələr də onu məsciddə camaatla qılırdılar. Deməli bu namazı məsciddə camaatla qılmaq sünnətdir (Kaşani, Bədai əs-sənai fi tərtib ə.-şərayi, c. 1, s. 288).

 

5.1.3. Şafei məzhəbinin nəzəri

Şafei məzhəbində iki rəy mövcuddur. Biri bu namazın camaatla qılınmasının caiz olması, digəri isə tək qılınmasının caiz olmasıdır. Lakin camaatla qılınmasının fəzilətli olduğunu deyənlərin sayı çoxdur. Nəvəvi bu barədə yazır:

و تجوز منفرداً و جماعة و أیهما أفضل، فیه وجهان مشهور ان کما ذکر المصنف وحکاها جماعة، قولین: الصحیح باتفاق الأصحاب أن الجماعة أفضل و هو المنصوص فی البویطی و به قال اکثر اصحابنا المتقدیمن الانفراد أفضل

Təravih namazını həm tək, həm camaatla qılmaq caizdir. Lakin bunlardan hansı daha fəzilətlidir? Burda iki nəzər mövcuddur. Məşhuru müsənnifin dediyidir. Bir qrup alim də bunu nəql edib. Ən doğrusu budur ki, alimlərin fikir birliyinə əsasən camaatla qılmaq daha fəzilətlidir. Bu nəzər Buveytinin kitabında da nəss olaraq gəlmişdir. Lakin bizim qədim alimlərimizdən çoxu deyib ki, bu namazı tək qılmaq daha fəzilətlidir (Nəvəvi, Əl-məcmu əl-muhəzzəb, c. 4, s. 31).

 

5.1.4. Hənbəli məzhəbinin nəzəri

Hənbəli məzhəbi də Təravih namazını camaatla qılmağı daha fəzilətli hesab edir. Bu barədə xəlifələrin və səhabələrin əməlini əsas tuturlar.

والمختار عند عبدالله فعلها فی الجماعة، قال فی روایة یوسف بن موسی: الجماعة فی التراویح أفضل و أن کان رجل یقتدی به فصلاها فی بیته خاف أن یقتدی الناس به و قد جاء عن النبی(ص) اقتداً بالخلفاء و قد جاء عن عمر انه کان یصلی فی الجماعة...

Abdullahın nəzəri budur ki, Təravih namazı camaatla qılınmalıdır. O, Yusif ibn Musanın rəvayəti haqqında deyir: Təravih namazının camaatla qılınması daha fəzilətlidir. Əgər iqtida olunmağa layiq bir kişi varsa və evində qılırsa, onda insanların ona iqtida etmələrindən qorxur. Halbuki Peyğəmbərdən (s) bunu xəlifələrə iqtida edərək qılmaq rəvayət olunur. Ömərdən rəvayət olur ki, o, bu namazı camaatla qılardı (Əl-müğni və əş-şərh əl-kəbir, c. 1, s. 835).

 

5.1.5. Maliki məzhəbinin nəzərləri

Maliki deyir ki, evdə Təravih namazını qılmağı bacaran adamın bu namazı tək qılması camaatla qılmasından daha yaxşıdır.

قال: و سألت مالکاً عن قیام الرجل فی رمضان أمع الناس أحب إلیک أم فی بیته؟ قال: إن کان یقوی فی بیته فهو أحب الی و لیس کل الناس یقوی علی ذلک قد کان ابن هرمز ینصرف فیقوم بألطه و کان ربیعه ینصرف و عدد غیر واحد من علمائهم کانوا ینصرفون و یایقومون مع الناس، قال مالک: و أنا أفعل ذلک.

Deyir: Malikdən insanların Ramazanda namaz qılmaları barədə soruşdum; sizə görə camaatla qılmaq yaxşıdır, yoxsa evdə? Dedi: Əgər evdə bacararsa, bu mənə görə daha yaxşıdır. Amma insanların hamısı bunu bacarmır. Amma ibn Hürmüz, Rəbiə və onların bir çox alimləri bunu insanlarla birlikdə qılırdılar. Mən də belə edirəm.

 

5.2. Şiə məzhəbinin dəlilləri

5.2.1. Rəvayətlər

Şiə alimlərinin istinad etdiyi rəvayətlər bir neçə qrupa bölünür. Birinci qrup rəvayətlər ümumiyyətlə müstəhəb namazları camaatla qılmağı qadağan edir. İkinci qrup rəvayətlər isə xüsusilə Təravih namazının camaatla qılınmasının caiz olmamasını bildirir. Üçüncü qrup rəvayətlər isə əhli sünnənin mötəbər kitablarından nəql olunmuşdur.

Birinci qrup: Müstəhəb namazların camaatla qılınmasının caiz olmaması

Şiənin nəzərinə görə müstəhəb namazlar gərək tək qılınsın və onları camaatla qılmaq batildir. Amma iki yer istisnadır. Biri yağış tələb etmək namazıdır, digəri isə bayram (Fitr və qurban bayramı) namazıdır. Bu namazlar da müxtəlif şərtlərlə müstəhəb olur. Əllamə Hilli (r.ə) “Qəvaid” kitabında yazır:

و لاتجوز(الجماعة) فی النوافل الا الاستسقاء و العیدین المندوبین

İstisqa (yağış tələb etmə) və bayram (Fitr və qurban bayramı) namazları istisna olmaqla nafilə namazlarını camaatla qılmaq caiz deyildir (Əllamə Hilli, Qəvaid əl-kəlam, c. 1, s. 316).

Cəvahir kitabının müəllifi müstəhəb namazların camaatla qılınmasının caiz olmamasını məşhur olaraq iddia edib və Əllamənin “Təzkirə”, “Müntəha” və Miqdadın “Kənz əl-irfan” kitablarından bunun üzərində icma etdikləri nəql olunubdur (Cəvahir əl-kəlam, c. 5, s. 81).

Bu barədə bir çox rəvayətlər gəlmişdir, biz onların bir neçəsinə işarə edirik:

اعمش عن جعفربن محمد(ع) فی حدیث شرایع الدین قال: ولایصلی التطوع فی جماعة، لان ذلک بدعة و کل بدعة ضلالة و کل ضلالة فی النار

Əməş İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Müstəhəb namazlar camaatla qılınmaz. Çünki bu bidətdir. Hər bidət də zəlalətə səbəbdir. Hər zəlalət də cəhənnəm oduna səbəb olar (Amili, Vəsail əş-şiə, Camaat namaznın babları, bab 20, s. 335, hədis 5).

فضل بن شاذان عن الرضا(ع) فی کتابه الی المأمون، قال: لایجوز أن یصلی تطوع فی جماعة، لان ذلک بدعة و کل بدعة ضلالة و کل ضلالة فی النار

Fəzl ibn Şazan İmam Rzanın (ə) Məmuna belə yazdığını nəql edir: Müstəhəb namazları camaatla qılmaq caiz deyildir. Çünki bu bidətdir. Hər bidət də zəlalətə səbəbdir. Hər zəlalət də cəhənnəm oduna səbəb olar.

Bu ümumi prinsipin müqabilində bir neçə rəvayət vardır ki, bu da qadınların müstəhəb namazlarda bir-birinə iqtida etmələrinə şamildir.

Hələbi İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Qadın digər qadınlar üçün namazda imam camaat ola bilər, lakin bir şərtlə ki, qadın camaatın ortasında dayanacaqdır, digərləri də onun sağ və sol tərəfində dayanacaqlar (əlbəttə bu birinci sıraya aiddir. Yəni imam elə birinci sırada dayanacaq, tək qabaqda qalmayacaq -Müt). Lakin qadın vacib namazlarda deyil, yalnız müstəhəb namazlarda onlara imamlıq edə bilər (Amili, Vəsail əş-şiə, Camaat namaznın babları, bab 20, s. 335, hədis 5).

Bu ziddiyyətli rəvayətlərin olmasına cavab olaraq bunu deyə bilərik ki, bu rəvayətlərin sayı 3 ədədi keçmir. Bu da alimlərin diqqət mərkəzində olmur. Fiqhin əsaslarını araşdıran elmdə də sabit olmuşdur ki, alimlərin bir rəvayətdən üz döndərmələri, o rəvayətin etibarsız olduğundan irəli gəlir. Cəvahir kitabının müəllifi bu barədə belə deyir:

کالتفصیل فی صحیحة الآخر المعرض عنه بین الاصحاب

Alimlərin bir səhih rəvayətə üstünlük vermələri, o rəvayətin müarizi (rəqibi) olan rəvayətdən əl götürmək mənasını ifadə edir (Cəvahir əl-kəlam, c. 5, s. 83).

Nəticədə nafilə namazlarının bütünlüklə camaatla qılınmasının caiz olmaması sabit olduqdan sonra, bu ümumi qayda Təravih namazına da şamil olur. Həmçinin ümumi qaydanı xüsusiləşdirən bir rəvayətimiz də yoxdur.

 

İkinci qrup: Təravih namazının camaatla qılınmasının caiz olmaması

Təravih namazının camaatla qılınmasının bidət olması barədə bir çox rəvayətlər gəlmişdir. Bu rəvayətlərin sayı o qədərdir ki, onun barəsində təvatür iddiası etmək belə olar. Cəvahir kitabının müəllifi deyir:

ضرورة اشتماله علی خصوص النافلة فی شهر رمضان التی یمکن دعوی تواتر الاخبار ببدعة الجماعة فیها فضلاً عن أجماع الشیخ فی الخلاف علی ذلک بالخصوص

Xüsusilə Ramazan ayının nafilələrinə aid olan zərurət bundan ibarətdir ki, bu namazların camaatla qılınmasının bidət olması barəsində olan rəvayətlərin təvatür həddinə yetişməsi iddia olunur. Bundan əlavə Şeyx Tusi (r.ə) də Əl-xilaf kitabında bu barədə icma iddiası etmişdir (Cəvahir əl-kəlam, c. 5, s. 83).

Baxmayaraq ki, Təravih namazı Peyğəmbərin (s) zamanında şəriətə müvafiq olaraq təyin olunmuşdur. Lakin şiənin nəzərində onun camaatla qılınması Peyğəmbərdən (s) sonra əsası qoyulmasına görə bidət hesab olunur. Çünki şəriət müəyyən etmək haqqı Allaha məxsusdur. Peyğəmbər (s) da yalnız bu şəriəti çatdırandır. Heç kəs ilahi hökmlərə müdaxilə edə bilməz. Bu rəvayətlərin bəzilərini aşağıda qeyd edirik:

محمدبن علی بن الحسن بأسانیده عن زراره و محمدبن مسلم و الفضیل أنهم سألوا أباجعفر الباقر و أباعبدالله الصادق(ع) عن الصلاة فی شهر، رمضان نافلة باللیل فی جماعة؟ فقال إن رسول الله(ص) کان إذا صلی العشاء الاخرة انصرف إلی منزله ثم یخرج من آخر اللیل إلی المسجد فیقوم فخرج فی اول من شهر رمضان لیصلی کما کان یصلی: فاصطف الناس خلفه فهرب منهم إلی بیته و ترکهم فغفلوا ذلک ثلاث لیال فقام فی الیوم الثالث علی منبره فحمدالله و اثنی علیه ثم قال: ایها الناس إن الصلاة باللیل فی شهر رمضان من النافلة فی جماعة، بدعة و صلاة الضحی بدعة ألا فلاتجمعوا لیلاً فی شهر رمضان لصلاة اللیل ولاتصلوا صلاة الضحی فان تلک معصیة الا أن کل بدعة ضلالة و کل ضلالة سبیلها إلی النار ثم نزل و هو یقول: قلیل فی سنة خیر من کثیر فی بدعة

Məhəmməd ibn Əli ibn Həsən öz sənədilə Zürarədən, Məhəmməd ibn Müslimdən və Fəzildən belə nəql edir ki, onlar İmam Baqir (ə) və İmam Sadiqdən (ə) soruşdular: Ramazan ayının nafiləsini gecə camaatla qılmaq olarmı? Onlar belə buyurdular: Peyğəmbər (s) işa namazını qılandan sonra evə qayıdırdı. Sonra gecənin axırı yenə məscidə gəlir və namaz qılırdı. Ramazan ayının əvvəlində də bu cür edirdi. Camaat onun arxasında düzüldü ki, ona iqtida edərək bu namazları qılsınlar. Həzrət (s) namazı tərk edib onlardan ayrıldı. Üç gecə camaat bunun səbəbini bilmədilər. Üçüncü gün o Həzrət (s) öz mənbərinə qalxdı, Allaha həmd-səna edəndən sonra buyurdu: Ey insanlar, Ramazan gecələrində qılınan namazlar nafilə namazlarıdır, onları camaatla qılmaq bidətdir. Zuha namazı da bidətdir. (Zuha namazı sübh azanından gün ortasına qədər 2 rükətdən 10 rükətədək qılınır və bidət namazlardan hesab olunur – Müt). Ramazan gecələrinin namazlarını camaatla qılmayın! Zuha namazını da qılmayın! Çünki bunlar günahdır. Bütün bidətlər zəlalətdir və bütün zəlalətlərin yolu da cəhənnəm atəşinə tərəfdir. Sonra bu sözləri deyə-deyə mənbərdən endi: Az müstəhəb namaz qılmaq çox bidətdən yaxşıdır (Təhzib əl-əhkam, bab 4, c. 3, s. 77, hədis 29-30).

Bu rəvayətə əsasən Peyğəmbər (s) birinci Təravih namazının camaatla qılınmasına əməli surətdə qarşı çıxdı. Gördü ki, əməli üsul fayda vermədi, açıq-aşkar sözlə müxalif olduğunu bildirdi ki, bu iş məsiyətdir (günahdır – Müt). Burda Üsyan (günah) kəlməsi daha aydın, məqsədyönlü şəkildə işlədilmişdir və onu başqa yerlərə yozmaq mümkün deyildir. Peyğəmbərdən (s) sonra Əli (ə) da islam cəmiyyətində bu bidətlə mübarizə aparmış, lakin o dövrün camaatı İmama (ə) tabe olmağa hazır olmamışlar.

مصدق بن صدقة عن عمار عن أبی عبدالله(ع) سألته عن الصلاة فی رمضان فی المسجد؟ قال: لما قدم أمیرالمؤمنین(ع) الکوفة امر الحسن بن علی(ع) أن ینادی فی الناس لاصلوة فی شهر رمضان جماعة فنادی فی الناس الحسن بن علی(ع) بما أمره به امیرالمؤمنین(ع) فلما سمع الناس مقالة الحسن علی صاحوا و اعمراه و اعمراه فلما رجع الحسن إلی امیرالمؤمنین(ع) قال له ما هذا الصوت؟ فقال یا امیرالمؤمنین: الناس یصیحون و اعمراه فقال امیرالمؤمنین(ع) قال لهم صلوا

Musəddiq ibn Sədəqə Əmmarın belə dediyini nəql edir: İmam Sadiqdən (ə) məsciddə Ramazan ayının namazının qılınmasının hökmü haqqında soruşdum. Buyurdu: Əmirulmöminin (ə) Kufəyə gələndə Həsən ibn Əliyə (ə) əmr etdi ki, car çəkib belə desin: Ramazan ayının namazları camaatla qılınmaz. Həsən ibn Əli (ə) də ona əmr olunduğu kimi car çəkdi. Camaat onun sözünü eşidən kimi nalə çəkib dedilər: “Vay Ömər!”, “Vay Ömər!” İmam Həsən (ə) Əmirulmömininin (ə) yanına qayıdanda ondan soruşdu ki, bu nə səsdir? İmam Həsən (ə) buyurdu: Ey Əmirəlmöminin (ə), insanlar nalə çəkib “Vay Ömər!” deyirlər. Əmirulmöminin (ə) buyurdu: O, (Ömər) onlara bu namazı camaatla qılmağı əmr etmişdi (Təhzib əl-əhkam, bab 4, c. 3, s. 77, hədis 29-30).

Başqa bir rəvayətdə Həzrət Əli (ə) ordunun təfriqəyə və süstlüyə düşmə qorxusuna görə belə bir namazın qılınmasına əmr olunmasının səbəbini gətirərək buyurur:

والله لقد أمرت الناس أن لاتجتمعوا فی شهر رمضان الا فی فریضة و اعلمتهم أن اجماعتهم فی النوافل بدعة فتنادی بعض أهل عسکری ممن یقاتل معی: یا اهل الاسلام غیرت سنة عمر نهانا عن الصلاة فی شهر رمضان تطوعاً و لقد خفت أن یثوروا فی ناحیة جانب عسکری

And olsun Allaha! Mən insanlara əmr etdim ki, vacib namazlardan başqa Ramazan ayının namazlarını camaatla qılmasınlar və onlara bildirdim ki, nafilə namazlarını camaatla qılmaq bidətdir. Mənimlə cihad edən bir qrup əsgər car çəkib dedilər: Ey İslam əhli, Ömərin sünnəsi dəyişdirildi, bizə Ramazan ayının müstəhəb namazlarını qılmağı bu (Həzrət Əli (ə) – Müt) qadağan etdi. Mən də ordunun fitnəyə düşməsindən qorxdum (Vəsail əş-şiə, c. 8, bab 10, Ramazan ayının nafiləsi babları, s. 46, hədis 4).

 

Üçüncü qrup: Müstəhəb namazların evdə qılınmasına təkidli göstəriş

Əhli sünnənin mötəbər hədis kitablarında Təravih namazının camaatla qılınmasının qadağan olunması barəsində bir sıra rəvayətlər gəlmişdir. Indi onların bəzilərinə işarə edirik:

زیدبن ثابت أن رسول الله(ص) اتخذ حجرة من حصیر فی رمضان فصلی فیها لیالی و فی روایة المرثدی لیلتین فصلی بصلوته ناس من أصحابه فلماعلم بهم جعل یقعد فخرج إلیهم فقال: «قد عرفت الذی رأیت من صنیعکم فصلوا أیها الناس فی بیوتکم فإن افضل الصلوة المرء فی بیته الا المکتوبة

Zeyd ibn Sabit deyir ki, Peyğəmbər (s) özünə həsirdən bir otaq tutdu. Orda Peyğəmbər (s) Ramazan gecələrinin namazını qılırdı. Mərsədinin rəvayətinə görə isə “iki gecə namaz qılırdı” ifadəsi işlənib. Səhabələrindən bir qrupu namaz qılırdılar. Həzrət (s) bildi ki, səhabələr də onunla birgə namaz qılır, dərhal oturdu, sonra ordan çıxaraq dedi: Sizin etdiklərinizi gördüm, ay camaat, gedin öz evinizdə namaz qılın, çünki vacib namazlardan başqa ən fəzilətli namaz evdə qılınan namazdır (Beyhəqi, əs-sünən əl-kubra, c. 2, s. 198; Sunən Nəsai, c. 2, s. 198).

Bu rəvayətin faydası budur ki, Peyğəmbər (s) camaata evdə namaz qılmağı əmr etmişdir. Onları vacib namazdan başqa digər namazları evdə qılmağa təşviq etmişdir. Lakin bir çox insanlar bu göstərişə əhəmiyyət vermədilər. Süyuti bu hədisin altında yazır:

قد ورد هذا الحدیث فی صلوة رمضان فی مسجد فاذا کان صلوة رمضان فی البیت خیراً منها فی مسجده فکیف غیرها فی مسجد آخر نعم کثیر من العلماء یرون أن صلاة رمضان فی المسجد أفضل و هذا یخالف هذا الحدیث لان مورده صلاة رمضان الا أن یقال صار أفضل حین صار أداؤها فی المسجد من شعار الإسلام و الله تعالی اعلم

Ramazan ayının namazı barəsində gələn rəvayətdə deyilir ki, bu namazın evdə qılınması məsciddə qılınmasından daha yaxşıdır. Bəs digər namazlar necə? Bəli, alimlərin çoxu Ramazan ayının namazının məsciddə qılınmasını daha fəzliətli bilirlər. Bu rəy bu hədislə müxalifdir. Çünki o hədis Ramazan ayına aiddir. Amma onun fəzilətli hala gəlib çıxması məsciddə qılınmasından irəli gəlir. Məscid də İslamın şüarlarındandır. Allah daha yaxşı bilir (Sunən Nəsai, c. 2, s. 198-199).

Aşağıdakı rəvayət də bu cür rəvayətlərdəndir:

مجاهد عن عبدالله بن عمر قال: قال له رجل اصلی خلف الامام فی رمضان قال:یعنی ابن عمر: ألیس تقرأ القرآن؟ قال: نعم قال: افتنصت کانک حمار صل فی بیتک

Mücahid Abdullah ibn Ömərin belə dediyini nəql edir: Bir kişi ona dedi ki, Ramazan ayında mən imamın arxasında dayanıb namaz qıla bilərəm? Dedi: Quran oxumamısan? Dedi: Bəli. Dedi: İstəyirsənmi Təravih namazına gedərək ulaq kimi sakit qalasan? Get öz evində namaz qıl! (Sunən Nəsai, c. 2, s. 198-199; Əbdür-Rəzzaq Sən'ani "Müsənnəf" kitabı c. 4, s. 264, hədis 7742)

 

5.3. Əhli sünnə məzhəbinin dəlilləri

Əhli sünnə Təravih namazının camaatla qılınmasının caiz olmasını, bəlkə də fəzilətli olmasını sübut etmək üçün iki qrup rəvayətə istinad edir. Bu rəvayətlərin bir qrupu Peyğəmbərdən (s) nəql olunmuş, digər qrupu isə ikinci xəlifənin əməlindən xəbər verən rəvayətlərdir.

 

5.3.1. Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlər

Sərəxsi Təravih namazının camaatla qılınmasının daha fəzilətli olmasını isbat etmək üçün Əbuzərin Peyğəmbərdən (s) nəql etdiyi hədisə istinad etmişdir. Bu hədisin kamil sənəd silsiləsi belədir:

ابنا محمد عبدالله الحافظ ابوعبدالله محمدبن علی عبدالحمید الصنعانی بمکة ثنا الحسن بن عبدالاعلی الصنعانی ثنا عبدالرازق عن الثوری عن داودبن ابی هند عن الولیدبن عبدالرحمن الحرشی عن جبیربن نصیر عن أبی ذر قال: صمنا مع رسول الله(ص) رمضان فلم یقم بنامن الشهر شیئاً حتی کانت لیلة ثلاث و عشرین قام بنا حتی ذهب نحو من ثلث اللیل ثم لم یقم بنا من اللیلة الرابعة و قام بنا فی اللیلة الخامسة حتی ذهب نحو من نصف اللیل فقلنا یا رسول الله لو نفلتنا بقیة اللیل أن الانسان اذا قام مع الامام حتی ینصرف کتب له بقیة لیلته ثم لم یقم بنا اللیلة السادسة و قام السابعة و بعث الی اهله و اجتمع الناس حتی خشینا أو یفوتنا الفلاح قال قلت و ما الفلاح قال السحور

Məhəmməd Abdullah əl-Hafiz Əbu Abdullah Məhəmməd ibn Əli Əbdülhəmid əs-Sənani Məkkədə bizə xəbər verdi (və dedi): Həsən ibn Əbdüləla əs-Sənani bizə rəvayət etdi (və dedi): Əbdürrəzzaq əs-Sovridən, o da Davud ibn Əbu Hinddən, o da Vəlid ibn Əbdürrəhman əl-Hərəşidən, o da Cübeyr ibn Nəsirdən Əbuzərin belə dediyini nəql edir: Ramazan ayında biz Peyğəmbərlə (s) birlikdə oruc tutduq. İyirmi üçüncü gecəyədək Peyğəmbər (s) bizimlə Ramazan ayının namazlarından heç bir rükət də qılmadı. İyirmi üçüncü gecənin üçdə biri keçəndən sonra bizimlə namaz qıldı. İyirmi dördüncü gecə isə bizimlə namaz qılmadı. İyirmi beşinci gecə isə Peyğəmbər (s) gecənin yarısınadək bizimlə namaz qıldı. Biz dedik: Ey Allahın Rəsulu, bizimlə gecənin qalanını da namaz qılsan daha yaxşı olar. Çünki insan imamla birlikdə namaz qılanda gecənin qalan hissəsinə də onun üçün savab yazılar. Sonra Həzrət (s) iyirmi altıncı gecəni bizimlə namaz qılmadı. Lakin iyirmi yedinci gecə isə namaz qılıb ailəsinin yanına getdi. İnsanlar yığışıb qorxmağa başladı və fəlah bizi öz cənginə aldı. Soruşdum ki, fəlah nədir? Dedi: Fəlah yəni imsak vaxtı (Sünən əl-kubra, c. 2, s. 494; Sünən Nəsai, c. 2, s. 202).

Cavab:

Rəvayətin sənədində Həsən ibn Əbdüləla əs-Sənani və Məhəmməd ibn Əli Əbdülhəmid əs-Sənani var. Bu ikisi Razinin “Cərh və tədil”, İbn Həcərin “Təhzib ət-təhzib”, Zəhəbinin “Mizan əl-etidal” və Əsqəlanin “Lisan əl-mizan” kitablarında etibarlı hesab edilməmiş və məchul şəxslərdən hesab olunmuşlar. Buna görə də bu rəvayət hüccət deyil və etibardan düşmüşdür. Bəlkə elə buna görə də bu rəvayət Səhih Müslim və Səhih Buxaridə nəql olunmamışdır.

Dəlalət baxımından da bu rəvayət Peyğəmbərin (s) bu namazın evdə qılınmasını əmr etdiyi rəvayətlərlə də ziddiyyət təşkil edir. Bundan əlavə, rəvayətin mənası əhli sünnə arasında ənənəyə çevrilən Təravih namazı ilə fərqlidir. Çünki əhli sünnə Təravih namazını hər gecə iyirmi rükət qılır, halbuki, bu rəvayətdə Həzrət (s) Ramazan ayının iyirmi üçüncü gecəsindən nafilə namazlarını qılmağa başlayır və üç gecə bu namazları qılır. Həmçinin, namazın rükətləri hədisdə göstərilməyibdir. Deməli Əbuzərin rəvayəti əhli sünnənin Təravih barəsində etdiyi namaza tam olaraq dəlalət etmir.

 

5.3.2. İkinci xəlifənin əməli

Rəvayətlərdən bu nəticə çıxır ki, Təravih namazını camaatla qılmağı ikinci xəlifə qərarlaşdırmış və ondan əvvəl belə bir əmr olmamışdır. İkinci xəlifə inanırdı ki, onun gördüyü bu iş bidət olmasına baxmayaraq, gözəl bidətlərdən hesab olunur.

عن ابن شهاب عن عروة بن الزبیر عن عبدالرحمن بن عبدالقاهری قال: خرجت مع عمربن الخطاب لیلة فی رمضان الی المسجد فإذا الناس أو زاع متفرقون یصلی الرجل لنفسه و یصلی الرجل فیصلی بصلاته الرهط فقال عمر إنی أری لو جمعت هولاء علی قاری واحد لکان إمثل ثم عزم فجمعهم علی أبی بن کعب ثم خرجت معه لیلة اخری و الناس یصلون قارئهم قال عمر: نعم البدعة هذه و التی ینامون عنها أفضل من التی یقومون» یرید آخر اللیل و کان الناس یقومون اوله

İbn Şəhabdan, o da Ürvə ibn Zübeyrdən, o da Əbdürrəhman ibn Əbdülqahiridən belə dediyi rəvayət olunur: Ramazan ayında bir gecə Ömər ibn Xəttabla məscidə getdim. İnsanlar məsciddə pərakəndə şəkildə, hər kəs öz namazını qılırdı. Ömər dedi: İstəyirəm ki, bunları bir pişnamazın arxasına toplayım, onda daha şərafətli olar. Sonra buna əzm göstərərək camaatı Übeyy ibn Kəbin arxasında namaz qılmağa topladı. Sonra başqa bir gecə yenə onunla məscidə getdim. İnsanlar öz pişnamazlarının arxasında namaz qılırdılar. Ömər dedi: Bu nə yaxşı bidətdir. Yatmağın namaz qılmaqdan daha fəzilətli olduğunu hesab edənlər gecənin axırını iradə edənlərdir. İnsanlar isə bu namazı gecənin əvvəlində qılırlar (Səhih Buxari, c. 3, Kitabu səlat ət-Təravih, bab 156, Babu fəzli mən qamə min Ramadan, s. 100, hədis 256).

ابن شهاب قال: أخبرنی عروة أن عائشه اخبرته أن رسول الله خرج لیلة من جوف اللیل فصلی فی المسجد و صلی رجال لصلاته فاصبح الناس فتحدثوا فاجتمع أکثر منهم فصلوا معه فاصبح الناس فتحدثوا فکثر اهل المسجد من اللیلة الثالثة فخرج رسول الله(ص) فصلی فصلوا بصلاته فلما کانت اللیلة الرباعة عجز المسجد عن أهله حتی خرج لصلاة الصبح فلما قضی الفجر أقبل علی الناس فتشهد ثم قال: اما بعد فإنه لم یخف علی مکانکم و لکنی خشیت أن تفترض علیکم فتعجزوا عنها فتوفی رسول الله(ص) و الأمر علی ذلک

İbn Şəhab deyir: Ürvə Aişənin dediyini mənə nəql elədi ki,Peyğəmbər (s) gecənin yarısı məscidə gedib namaz qıldı. Camaat onunla birgə namazlarını qıldılar. Səhəri gün camaat Peyğəmbərin (s) məsciddə namaz qılması barəsində danışdılar. Bu xəbər yayılanda ertəsi gün daha çox adam məscidə toplandı və Peyğəmbərlə (s) birgə namaz qıldı. Səhəri gün yenə insanlar bunu öz aralarında danışıb yaydılar. Üçüncü gecə isə məscidə daha çox adam toplandı. Peyğəmbər (s) çıxıb yenə namaz qıldı və camaat da onunla birgə namaz qıldılar. Dördüncü gecə isə məscid camaatı ağuşuna almaqdan aciz oldu. (Peyğəmbər (s) o gecə namaz qılmağa çıxmadı). Nəhayət sübh oldu. Sübh namazını camaatla qılmaq üçün məscidə gəldi. Sübh namazını qılandan sonra üzünü camaata tutub kəlmeyi şəhadəti deyərək bu gecə namaza gəlməməsinin səbəbini açıqlayaraq buyurdu: Sizin məsciddə toplanmanız mənə gizli deyil. Lakin mən qorxdum ki, gecə namazı sizə vacib olar, siz də onu qılmaqdan aciz olarsınız. Peyğəmbər (s) dünyasını dəyişdi, lakin bu namazın evdə qılınması davam etdi (Səhih Buxari, c. 3, Kitabu səlat ət-Təravih, bab 156, Babu fəzli mən qamə min Ramadan, s. 100, hədis 256).

Səhih Müslim bu hədisin davamını belə nəql edir:

فتوفی رسول الله(ص) و الامر علی ذلک ثم کان الامر علی ذلک فی خلافة ابی بکر و صدراً من خلافة عمر علی ذلک

Peyğəmbər (s) dünyasını dəyişdi, lakin bu namazın evdə qılınması Əbu Bəkrin xilafəti dövründə və Ömərin xilafətinin əvvəllərinədək davam etdi (Səhih Müslim, c. 6, s. 40).

Bu iki rəvayətdən bu nəticə əldə olunur ki, Təravih namazı prinsipcə dəqiq bir namazdır. Lakin Peyğəmbərdən (s) başqası bu namazda dəyişikliklər edibdir. Birinci rəvayətdən bu çıxır ki, Ömər Təravih namazına camaatla qılmağı əlavə edibdir. İkinci rəvayətdən isə bu nəticə çıxır ki, camaat Peyğəmbərə (s) tabe olaraq bu namazı qılırdı. “ فصلوا بصلاته” (fəsəllu bi səlatihi) kəlməsindən məqsəd budur ki, “ba” hərfi orda səbəb mənasını ifadə etdiyindən Peyğəmbər (s) Təravih namazını qıldığı üçün camaat da bu namazı qılmışdır. Lakin ona iqtida etməmişlər. Əgər belə olsaydı onda cümlə belə olmalı idi: “ فصلوا خلفه او ورائه” (“fəsəllu xəlfəhu əv vəraəhu”), yəni onun arxasında iqtida edərək namaz qıldılar. (Halbuki rəvayətdə belə gəlməyib – Müt).

Bu rəvayətdə üç maddə var, onların da izaha ehtiyacı var. Birincisi “فتوفی رسول الله و الامر علی ذلک” yəni “Peyğəmbər (s) dünyasını dəyişdi, lakin bu namazın evdə qılınması davam etdi”, ikincisi “ خشیت أن تفترض علیکم فتعجزوا عنها” yəni “mən qorxdum ki, gecə namazı sizə vacib olar, siz də onu qılmaqdan aciz olarsınız”, üçüncüsü isə “نعم البدعة هذه” yəni “bu nə yaxşı bidətdir” cümlələridir.

Birinci maddədən bu aydın olur ki, Peyğəmbər (s) Təravih namazını camaatla qılmağı şəriətə müvafiq hesab etməmişdir. İkinci xəlifənin dövründə də belə idi, lakin ikinci xəlifə bu namaza camaatla qılmağı da əlavə etdi. Nəvəvi “Səhih Müslim”in şərhində deyir:

قوله فتوفی رسول الله...معناه استمرار الامر هذه المدة علی ان کل واحد یقوم و رمضان فی بیته منفرداً حتی انقضی صدراً من خلافة عمر ثم جمعهم علی أبی بن کعب فصلی بهم جماعة و استمر العمل علی فعلها جماعة

Müslimin dediyi “Peyğəmbər (s) dünyasını dəyişdi, lakin bu namazın evdə qılınması davam etdi” cümləsindən məqsəd budur ki, bu namaz Ömərin xilafətindən bir müddət keçənədək davam etdi, belə ki, hamı bu namazı Ramazan ayında evdə tək qılırdı. Lakin Ömər bu namazı camaatla qıldırmaq üçün camaatı Ubeyy ibn Kəbin arxasına topladı. O, da bu namazı pişnamaz qalaraq camaatla qıldı. Ondan sonra bu namaz camaatla qılınaraq davam etdi (Şərhu Səhihi Muslim, c. 6, s. 40).

Qəstəlani “İrşad əs-Sari” kitabında yazır:

قوله: (فتوفی رسول الله(ص) و الامر علی ذلک، ان کل أحد قام رمضان فی بیته منفرداً حتی جمع عمر رضی الله الناس علی أبی بن کعب فصلی بهم جماعة و استمر العمل علی ذلک

“Peyğəmbər (s) dünyasını dəyişdi, lakin bu namazın evdə qılınması davam etdi” cümləsindən məqsəd budur ki, Ramazan ayında hər kəs Təravih namazını Ömər camaatı Übeyy ibn Kəbin arxasında toplayaraq bu namazı camaatla qıldıranadək evdə tək qılırdı. Übeyy ibn Kəb də bu namazı pişnamaz qalaraq camaatla birlikdə qıldı və bu əməl beləcə davam etdi.

Əsqəlani “Fəth əl-Bari” kitabında isə belə deyir:

قوله(قال ابن شهاب فتوفی رسول الله...) فی روایة الکشمهینی و الامر علی ذلک ای علی ترک الجماعة فی التراویح... و لم یکن رسول الله(ص) جمع الناس علی القیام

Kəşməhininin rəvayətində gəlmiş “Peyğəmbər (s) dünyasını dəyişdi, lakin bu namazın evdə qılınması davam etdi” cümləsindən məqsəd budur ki, camaat Təravih namazını camaatla qılmırdılar. Peyğəmbər (s) də camaatı bu namazı camaatla qılmaq üçün toplamırdı (Əsqəlani, Fəth əl-Bari, c. 4, s. 203).

İkinci maddədən bu aydın olur ki, əgər camaat bu namazı qılmaq üçün bir yerə toplaşsalar və bu əməl davam etsə, Peyğəmbər (s) camaatın bu namazı vacib hesab edib, sonra öhdəsindən gələ bilməmələrindən qorxmuşdur. Başqa sözlə desək, vacib olmayan əməlin davamiyyətli olması onun vacib olmasına səbəb ola bilər. Bu hədisin zahirinə bir sıra iradlar tutulmuşdur. Buna görə də alimlər və səhih şərhçiləri bu bəndi müxtəlif cür yozmağa çalışmışlar. Bəziləri deyib ki, Allah Təala Peyğəmbərə (s) vəhy etmişdi ki, əgər bu namazı davamiyyətli qılsalar, onlara bu namazı vacib edəcək. Digərləri deyib ki, bu namazın davamiyyətli qılınması onun vacib olması gümanına gətirib çıxarar. Bəziləri deyir ki, camaat bu namazı sırf Allahın əmri olduğu üçün qılırdılar. Süyuti “Şərhu Sünəni Nəsai” kitabında yazır:

قال المحب الطبری یحتمل إن یکون الله أوحی الیه انک إن و اظبت علی هذه الصلاة معهم افترضتها علیهم فأحب التخفیف عنهم فترک المواظبة قال و یحتمل أن یکون ذلک وقع فی نفسه کما اتفق فی بعض القرب التی دوام علیها فافرضت و سئل عزالدین بن عبدالسلام عن هذا الحدیث انه یدل علی ان المداومة علی ما لیس بواجب تصیره واجباً و المداومة لم تعهد فی الشارع مغیرة لآحکام الأفعال فکیف خشی علیه الصلاة و السلام إن یغیر بالمداومة حکم القیام، فاجاب بانه تتلقی الاحکام و الأسباب فإن أخبر أن ههنا مناسبة اعتقدنا ذلک و اقتصرنا بهذا الحکم علی مورده

Muhib Təbəri deyir: Ehtimal var ki, Allah Peyğəmbərə (s) vəhy edib buyursun ki, əgər sən bu namazı insanlarla birlikdə davamiyyətli qılsan, mən o namazı onlara vacib edərəm. Lakin mən dində asanlığı sevirəm, bu davamlı namaz qılmağı tərk et! Yenə deyir: Allaha yaxınlaşdıran əməllərin bəziləri davamlı olan surətdə vacib olduğu kimi, ehtimal var ki, bu da öz-özlüyündə vacib olsun. İzzəddin ibn Əbdüssalamdan bu hədis barəsində belə sual olunur: Bu hədis bir əməlin davamiyyətli olması nəticəsində vacib olmayan bir əməlin vacibə çevrilməsinə dəlalət edir və şəriət sahibinin (Peyğəmbərin (s) – Müt) ilahi hökmləri dəyişdirməsini öhdəsinə götürmür. Bəs necə olur ki, Peyğəmbər (s) bu əməlin davamlı qılınması nəticəsində bu namazın hökmünün dəyişməsindən qorxur? O, belə cavab verdi: Peyğəmbər (s) hökm və səbəbləri (Allahdan) alırdı. Əgər xəbər verilsə ki, belə münasibdir, biz ona etiqad edirik və öz yerində olan bu hökmlə kifayətlənirik (Şərhu sünəni Nəsai, c. 2, s. 202-203).

Qəstlani “İrşad əs-sari” kitabında bu bəndin yozumu üçün hədis də deyib:

و فی ارتباط افتراض العبادة بالمواظبة علیه إشکال قال ابوالعباس القرطبی: معناه تظنونه فرضاً للمداومة فیجب علی من یظنه کذلک کما إذا ظن اله مجتهد حل شی أو تحریمه وجب علیه العمل بذلک و قیل ان النبی(ص) کان مکمه اذا ثبت علی شیء من أعمال القرب و اقتدی الناس به فی ذلک العمل فرض علیهم

İbadətin davamlı olması səbəbinə vacib olması irad tutulan məsələdir. Əbul Abbas Qurtubi deyir: Bunun mənası budur ki, sən onu davamiyyət səbəbinə vacib zənn edirsənsə, onda vacibdir ki öz zənninə əməl edəsən. Müctəhid də həmçinin bir şeyin halal və ya haram olmasını zənn etsə, ona əməl etməsi vacibdir. Deyirlər ki, Həzrət (s) o qədər gözüaçıq idi ki, bir şeyin Allaha yaxınlaşdıran əməl olduğu onun üçün sabit olsaydı və camaat da bu işdə ona tabe olsaydı, o əməl camaat üçün vacib olardı (İrşad əs-sari, c. 3, s. 428).

Belə nəzərə çarpır ki, bu yozumların heç biri dəqiq və yetirici deyildir. Çünki rəvayətdə işlənən sözlər barəsində lazımi qədər düşünülməmişdir. “یفترض” (“yuftərəzu”) təbiri məchul feldir. Lakin bu yozumların bir çoxunda bu fel məlum fel kimi təsəvvür olunub və o felin içində olan şəxs əvəzliyini Allah və ya Peyğəmbərə (s) aid ediblər. Digər tərəfdən də camaatla qılınan əksər namazların vacib namazlar olması insanların zehinlərində öz yerini tutmuşdur. Bu iki müqəddiməyə diqqət etsək, bu maddənin yozumu belə düzgün alınar ki, əgər bu namaz camaatla qılınırsa, camaatın da təfəkkür tərzi budur ki, camaatla qılınan namazlar vacib namazlardır, onda Təravih namazı da vacib namazdır. Çünki qeyd olunan bu fel məchul fel olaraq işlənmişdir. Buna əsasən də müstəhəb namazın davamiyyətli qılınma səbəbinə vacibə çevrilməsinə tutulan irad öz həllini tapır. Bəlkə də camaatın bu namazın vacib olduğunu təsəvvür etməsinə səbəb olur.

Üçüncü maddənin də mənası budur: İkinci xəlifə özü etiraf edir ki, onun qoyduğu bu əməl bidətdir. O, bu bidəti gözəl bir iş adlandırmışdır. Burda gərək bidətin hökmü araşdırılsın ki, ikinci xəlifənin bu bidətinin hökmü aydın olsun. Əgər bidət yaxşı bir iş olsa, onda bu iş yalnız ikinci xəlifəyə məxsus olmaz, digərləri də dində yaxşı bidətlər yarada bilərlər.

 

1. Bidətin lüğəti mənası

Bidətin lüğəti mənası əvvəl olmayan və sonradan ortaya qoyulan iş mənasındadır. Bu yenilik harada olur- olsun lüğətdə bidət adlanır. İbn Faris bu sözün lüğəti mənası barəsində deyir:

البدع له اصلان: ابتداء الشیء و ضعه لاعن مثال و الآخر الانقطاع و اکلال

Bidətin iki əsası var: Bir şeyin bənzərini deyil, əvvəldən əsasını qoymaq, digəri isə kəsmək mənasındadır (Əhməd ibn Faris, Möcəmu məqayis əl-lüğəh, c. 2, s. 209).

Xəlil ibn Əhməd də “Eyn” kitabında yazır:

البدع إحداث شیء لم یکن له من قبل خلق و لاذکر و لامعرفة

Bidət bir şeyi icad etməkdir, belə ki, ondan əvvəl nə o yaranmamışdı, nə xatırlanmırdı, nə də tanınmırdı (Xəlil ibn Əhməd, əl-Eyn, c. 2, s. 54).

 

2. Şiə və əhli sünnə nəzərindən bidətin terminoloji mənası

Bidətin teminoloji mənası lüğəti mənasından daha məhduddur. Çünki terminologiyada bidət, dinin özündə yenilik gətirməyə deyildir. Bu yenilik bəzən ibadətə və ticarətə və ya onların şərtlərinə bir hissə əlavə etməklə, bəzən dində olmayan bir şeyi ona artırmaqla, bəzən də dinin bəzi məsələlərini azaltmaqla həyata keçir. İndi aşağıda şiə və sünni alimlərinin nəzərində bidətin təriflərindən bəzisini qeyd edirik:

Seyyid Mürtəza (r.ə) deyir:

البدعة، زیادة فی الدین أو نقصان منه من غیر اسناد الی الدین

Bidət – Dini dəlilə söykənmədən dinə bir şey artırıb-azaltmağa deyildir.

Əllamə Məclisi (r.ə) yazır:

ما حدث بعد الرسول و لم یرد فیه نص علی الخصوص و لایکون داخلاً فی بعض العمومات

Bidət – Peyğəmbərdən sonra meydana gələn və onun barəsində nəss olmayan, həmçinin ümumi qanunların bəzisinə daxil olmayan işlərə deyildir (Bihar əl-ənvar, c. 74, s. 202).

İbn Abidin deyir:

البدعة و هی اعتقاد خلاف المعروف عن الرسول لابمعانة بل بنوع شبهة

Bidət – Peyğəmbərdən (s) yetişən məşhur bir işə xilaf olmağa etiqad bəsləməkdir. Kiminsə köməkliyi ilə yox, hər növ şübhə ilə bu gerçəkləşir (İbn Abidin, Haşiyətu rədd əl-muxtar, c. 1, s. 560).

İbn Həcər Əsqəlani yazır:

المحدثات جمع محدثه و المراد بها أی فی حدیث من أحدث فی أمرنا هذا مالیس منه فهو رد، ماأحدث و لیس له أصل فی الشرع یسمی فی عرف الشرع بدعة و ما کان له أصل یدل علیه الشرع فلیس ببدعة

Yenilikdən məqsəd budur ki, bir şəxs bizim işimizdə elə bir şey icad edər ki, ondan hələ olmayıb, buna “rədd” deyərlər. Amma bir kəs şəriətdə əsli olmayan bir şey icad edərsə, ona müsəlmanlar “bidət” deyərlər. Amma əgər onun əslinə şəriət dəlalət edən bir şey icad etsə, o, bidət deyil (Əsqəlani, Fəth əl-Bari, c. 17, s. 9).

 

3. Bidətin əsasları

Terminoloji bidət iki əsasa malikdir. Birincisi dini işlər çərçivəsində haram olan bidətdir. Buna əsasən bəşər həyatının müxtəlif sahələrində baş verən yenilklərə qeyd etdiyimiz rəvayətlər aid deyil. İndiki əsrdə yeni texnologiyanın sayəsində əhəmiyyətli dərəcədə inkişaf gedir, lakin bunun dini bidətlə heç bir əlaqəsi yoxdur. Lakin bir sıra daş dövründən qalan adamlar var ki, bəşərin bu inkişafını da bidətə yapışdırıb, onu birbaşa haram hesab edirlər. Lakin onlar səhv edirlər. Çünki İslam heç vaxt bəşərin rifahı və asayişi üçün olan maddi inkişafa qarşı çıxış etməyibdir.

İkinci əsas budur ki, onun barəsində ümumi və ya xüsusi şəkildə şəri bir dəlil olmasın. Çünki bu surətdə daha yenilik sayılmaz, elə əvvəlki işin təkrarı hesab olunar.

 

4. Bidətin hökmü

Ayə və hədislərdən çıxan nəticə budur ki, dində bidət qoymağın haram olması qəti məsələdir. Çünki Allah Təala dinin hökmlərini məsləhətlər və məfsədələr (xeyir və ziyanlar - Müt) əsasında tənzim etmişdir. Çox yerlərdə bəşərin ağlı hökmlərin meyarlarını tanıya bilmir. Buna görə də bəşərin öz ürəyinin istəyinə uyğun şəkildə dini işlərə qarışmasına haqqı yoxdur. İndi biz bidətin haram olması barəsində ayələrdən və hər iki firqənin hədis mənbələrindən qeyd edirik. Allah Təala buyurur:

قُلْ أَرَأَيْتُم مَّا أَنزَلَ اللّهُ لَكُم مِّن رِّزْقٍ فَجَعَلْتُم مِّنْهُ حَرَامًا وَحَلاَلاً قُلْ آللّهُ أَذِنَ لَكُمْ أَمْ عَلَى اللّهِ تَفْتَرُونَ

De: “Mənə, Allahın ruzi olaraq sizə nazil etdiyi və sizin bir hissəsini haram və bir hissəsini halal etdiyiniz şeydən xəbər verin.» De: «(Belə bir bölgü aparmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?” (Yunus 59)

Peyğəmbər (s) buyurub:

من غش امتی فعلیه لعنة الله و الملائکة و الناس أجمعین، قالوا یا رسول الله و ما الغش؟ قال(ص) أن یبتدع لهم بدعة فیعملوا بها

Kim ümməti azdırsa, Allahın, bütün mələklərin və insanların ona lənəti olsun! Dedilər: Ey Allahın peyğəmbəri (s), azdırmaq nədir? Buyurdu: İnsanlar üçün bidət qoymaq və onların da buna əməl etmələri (İbn Əsir, Cami əl-üsul, c. 9, s. 566; Müttəqi Hindi, Kənz əl-ümmal, c. 1, s. 221).

İmam Sadiq (ə) buyururub:

تصحبوا اهل البدع و لاتجالسوهم فتصیروا عند الناس کواحد منهم لا

Bidət əhli ilə həmnişin olmayın, onlarla oturub-durmayın, əgər belə etsəniz, onda insanların nəzərində onlardan biri sayılarsınız.

Peyğəmbər (s) buyurmuşdur:

المرء علی دین خلیله و قرینه

İnsan öz dostunun dinindədir (Kuleyni, Kafi, c. 2, s. 375).

 

Nəticə

Buraya qədər dediklərimizdən bu aydın oldu ki, dində bir şeyi artırıb-azaltmaq məzəmmət olunmuş işlərdəndir, ayə və hədislər onu sərt şəkildə nəhy etmişdir. Buna əsasən də Təravih namazını camaatla qılmaq bidətin bir növü sayılaraq, kitab (Quran - Müt) və sünnə baxımından onun haram olmasına hökm verilmiş. Bir ibadətin nəhy olunması o ibadətin batil olmasına səbəbdir.

 

Nəticəsiz səy

Bəzi alimlər ikinci xəlifənin bu bidətini xeyirli bir işə yozmağa çalışmışlar, bidətin hamısının haram olmadığını və onun beş təklifə bölündüyünü demişlər. Belə ki, bəzisi haram, bəzisi müstəhəb və bəzisi isə vacibdir. Qəstəlani “İrşad əs-sari” kitabında yazır:

و هی البدعة خسمة واجبة و مندوبة و محرمة و مکروهة و مباحة و حدیث کلی بدعة ضلالة، من العام المخصوص و قدرغب فیها عمر بقوله نعم البدعة و هی کلمة تجمع المحاسن کلمها کما أن بئس تجمع المساوی کلها و قیام رمضان لیس بدعة لانه(ص) قال: اقتدوا باللذین من بعدی ابی بکر و عمر و إذا أجمع الصحابة مع عمر علی ذلک زال عنه اسم البدعة

Bidətin beş növü var. Vacib, müstəhəb, haram, məkruh və mübah. “Bütün bidətlər zəlalətdir” hədisi xüsusiləşmiş ümumi qanunlardandır. Ömər də “nə yaxşı bidətdir” sözü ilə bu bidətə rəğbət bəsləmişdir. “Pis” kəlməsi özünə uyğun məsələləri topladığı kimi, bu söz də gözəllikləri özündə toplamışdır. Ramazan ayının namazları bidət deyildir. Çünki Peyğəmbər (s) belə buyurmuşdur: Məndən sonra Əbu Bəkr və Ömərə iqtida edin! Digər tərəfdən də səhabələr bu məsələdə Ömərlə icma etdikləri üçün “bidət” adı bu işin üzərindən götürülmüşdür (Qəstəlani, İrşad əs-sari, c. 3, s. 426).

İbn Abidin də bidəti beş hökmə bölmüşdür. O, bu fikirdədir ki, bidət əhli olan kafir deyildir.

قوله صاحب بدعة ای محرمة و إلا فقدتکون واجبة کنصب الأدلة للرد علی اهل الفرق الضالة و تعلم النحو المفهم للکتاب و السنة و مندوبة کأحداث نحو رباط و مدرسة و کل إحسان لم یکن فی الصدر الأول و مکروهة کز خرفة المساجد و مباحة کالتوسع بلذیذ المأکل و المشارب و الثیاب

Muxtar Tiybavi deyir ki, bidət əhli haram iş görmüşlər. Lakin bidət bəzən vacib olur. Məsələn azğın firqələrə rəddiyyə vermək üçün dəlillər bidət olmasına baxmayaraq vacibdir. Kitab və sünnəni başa salan nəhv elmini öyrənmək bidətdir, lakin vacibdir. Bəzən bidət müstəhəb olur. Məsələn, karvansaraların və mədrəsələrin tikilməsi bidət olmasına baxmayaraq müstəhəbdir. Eyni zamanda İslamın əvvəlində olmayan bütün yaxşı işlər də bidət olmasına baxmayaraq müstəhəbdir. Bidət bəzən də məkruh olur. Məscidləri bəzəmək bidət olmasına baxmayaraq məkruhdur. Bəzən isə bidət mübah olur. Ləziz yemək və içməklərin çeşidli şəkildə hazırlanması, gözəl paltarların tikilməsi bidət olmasına baxmayaraq mübahdır (Haşiyətu rədd əl-Muxtar, c. 1, s. 560).

 

Birinci cavab

Bir şeyi bir neçə qismə bölməyin şərti budur ki, bölünən öz qisimlərinin hamısına eyni mənada dəlalət etsin. Çünki bölünən ümumi bir iş olaraq öz müxtəlif fərdlərinə eyni mənada şamil olur. İndi bu bidəti beş təklifə bölmək məsələsində onun lüğəti və terminoloji mənaları bir-birinə qarışmış vəziyyətdədir. Bidət yenilk gətirmək mənasında olsa, bu beş təklifə bölünə bilər. Lakin terminoloji məna baxımından dinə bir şey artırıb-azaltmaq mənasında olan bidət isə məzəmmət olunmuş işdən başqa bir şey deyildir və haramdan başqa bir hökmü də yoxdur. Çünki terminoloji baxımdan olan bidət Allaha və Peyğəmbərə (s) yalan nisbəti verməkdir və bu da böyük günahlardan hesab olunur.

Əhli sünnə alimlərindən bəziləri bidəti bu beş təklifə bölməklə müxalifət ediblər. Şatibi yazır:

أنها(نصوص) جائت مطلقة عامة علی کثرتها لم یقع فیها استثناء البتة و لم یأت فیها مما تقتضی أن منها ما هو هدی و لاجاء فیها کل بدعة ضلالة إلا کذا و کذا و لاشی من هذه المعانی فلو کان هناک محدثة تقتضی النظر الشرعی فیها الاستحسان أو أنها لاحقة بالمشروعات لذکر فی آیة أو حدیث لکنه لایوجد... أن متعقل البدعة تقتضی ذلک بنفسه، لانه من باب مضادة الشارع و اطراح الشرع و کل ما کان بهذه المثابة فمحال أن ینقسم إلی حسن و قبح و أن یکون منه ما یمدح و ما یذم

Bu bidətin haram olmasına qeydsiz-şərtsiz və ümumi olaraq onun çoxluğu barəsində nəsslər gəlmişdir və heç bir istisnası da yoxdur.Elə bir rəvayət gəlməmişdir ki, bidətin hidayət olduğunu desin. Nə də belə bir rəvayət gəlməmişdir ki, belə desin: Bütün bidətlər zəlalətdir filan şeydən başqa. Belə bir məna yoxdur. Əgər bidət məsələsində bir yenilik ortaya çıxıbsa, şəri baxımdan yaxşı bir iş olduğu tələb olunursa və ya ayə və hədisdə qeyd olunaraq şəriətə müvafiq bir məsələyə bağlıdırsa, onda bu mümkündür, lakin hələ belə bir şey tapılmayıbdır.Çünki bidətin mənasından ağıla gələn şey öz-özlüyündə bunu tələb edir. Çünki bidətdən alnaşılan məna Peyğəmbərə (s) ziddir və ya Peyğəmbərin (s) tərk etdiyidir.Bütün bu surətlərdə bidətin yaxşı və pisə bölünməsi və ya tərif olunmağa yaxud məzəmmət olunmağa bölünməsi mümkün deyildir (Şatibi, Əl-İtisam, c. 1, s. 141).

Bunlardan əlavə bidət barəsində olan Peyğəmbərin (s) hədisi ümumi və mütləqdir (yəni nə xüsusi istisnası, nə də qeydi-şərti yoxdur - Müt). Onun ümumiliyi elədir ki, hər cür istisna və qeyd-şərti özündə qadağan etmişdir.

عن جابر قال خطبنا رسول الله...ثم قال: أما بعد فإن أصدق الحدیث کتاب الله و إن أفضل الهدی هدی محمد و شر الامور محدثاتها و کل بدعة ضلالة

Cabir deyir: Peyğəmbər (s) bizə xütbə oxuyaraq buyurdu: Ən doğru söz Allahın kitabıdır. Ən fəzilətli hidayət Məhəmmədin (s) hidayətidir. Ən pis iş bunlara əlavələr etməkdir və bütün bidətlər zəlalətdir (Əhməd ibn Hənbəl, Müsnədu Əhməd, c. 3, s. 310).

İbn Rəcəb Hənbəli inanır ki, Peyğəmbərin (s) buyurduğu “Bütün bidətlər zəlalətdir” hədisi bidətin bütün qisimlərinə şamildir və heç bir şey ondan istisna olunmamışdır. O, deyir:

فقوله کل بدعة ضلالة من جوامع الحکم لایخرج عنه شیء و هو اصل عظیم من اصول الدین و هو تشبیه بقوله من أحدث فی امورنا هذا ما لیس منه فهو رد فکل من أحدث شیئاً و نسبه إلی الدین و لم یکن له من أصل الدین یرجع إلیه فهو ضلالة و الدین بری منه و سواء من ذلک مسائل الاعتقادات أو الأعمال أو الأقوال الظاهرة و الباطنة

Peyğəmbərin (s) buyurduğu “Bütün bidətlər zəlalətdir” hədisi ümumi hökmdür və heç bir şey ondan istisna deyildir. Bu, dinin prinsiplərindən olan böyük bir prinsipdir. Bu rəy “kim bizim işdə elə bir şey icad edərsə ki, ondan hələ olmayıb, buna “rədd” deyərlər. Lakin kim bir şey icad edib onu dinə nisbət verərsə və onun da dində bir istinad yeri olmazsa, o zəlalətdir, din ondan bizardır. İstər bu məsələ etiqadi məsələ olsun, istərsə də əməli, istər zahiri rəylər olsun, istərsə də batini” rəyinə oxşayır (Mərkəz ər-risalə, Əl-bidətu məfhumuha və hududuha, s. 48).

 

İkinci cavab

Bidət haramdır, bundan əlavə haram da ibadətin fəsadına səbəb olur. İndi bir sual var. Əgər Təravih namazını camaatla qılmaq yaxşı idisə, bəs niyə Allah və Peyğəmbər (s) onu bəyan etməyiblər? Bu məsələ iki haldan xaric deyil: Ya Təravih namazını camaatla qılmaq yaxşı və məsləhətlidir, lakin (Allaha pənah) Allah və Peyğəmbər (s) onu bəyan etməyiblər, yaxud da təməldən məsləhət olmayıb və camaatın çətinliyinə səbəb olub deyə Təravih namazını qanunlaşdırmayıblar. Camaatın da bir işi özlərində qanuni hala salmaları məsləhətin ziddinədir.

 

Üçüncü cavab

Müstəhəb namazlarının prinsiplərindən biri də onları tək və gizlin qılmaq, vacib namazları isə aşkarda qılmaqdan ibarətdir. Müstəhəb namazı qılmaq nəfsin kamilliyindən qaynaqlandığı üçün o namazları ixlasla, hətta imkan olduqca gözlərdən gizlin halda qılmaq lazımdır. Müstəhəb namazları camaatla qılmaqsa bu prinsiplərlə ziddiyyət təşkil edir.

 

Dördüncü cavab

Ömərin Təravih namazını camaatla qılmaq bidəti bəzi səhabələrin əməli ilə ziddir. Həzrət Əli (ə) (Kənz əl-ümmal, c. 8, bab 7, səlat ən-nəfl babı, s. 384), Abdulla ibn Ömər (Təhzib əl-əhkam, c. 3, bab 4, s. 67, hədis 30), İmam Həsən (ə)( Sünənü Nəsai, c. 2, s. 494) və başqa səhabələr Təravih namazını camaatla qılmamışlar.

 

Beşinci cavab

Ömərin Təravih namazını camaatla qıldırması barəsində olan hədislər ümumilikdə müstəhəb namazları evdə qılmaq barəsində göstəriş verilən elə onun (Ömərin) bəzi hədisləri ilə ziddiyyət təşkil edir.

عن معاویة بن قره قال: حدثنی الرهط الذین سألوا عمر عن الصلاة فی المسجد فقال: قال رسول الله(ص) الفریضة فی المسجد و التطوع فی البیت

Müaviyə ibn Qurrə deyir: Bir qrup şəxs Ömərdən məsciddə namaz qılmaq barəsində soruşur: Ömər deyir: Allahın Rəsulu (s) buyurmuşdur. Vacib namazlar məsciddə, müstəhəb namazlar isə evdə qılınsın (Kənz əl-ümmal, c. 8, bab 7, səlat ən-nəfl babı, s. 384).

 

Hüccətül islam vəl müslimin Məhəmməd Rza Zəmiri
Tərcümə: Fərhad Mirzə

Рейтинг

В этом разделе