Seyid əl-Xomeyninin «Təhrir əl-vəsilə» kitabından istifadə edilmiş suyun hökmü barədə şiəyə qarşı iftira

»»

Seyid əl-Xomeyninin «Təhrir əl-vəsilə» kitabından istifadə edilmiş suyun hökmü barədə şiəyə qarşı iftira

Rəhman və Rəhim olan Allahın adı ilə

Sələfilərin ən çox hücum etdiyi İslam alimlərindən biri Seyid Ruhullah əl-Musəvi əl-Xomeynidir. Bir çox hallarda onun yazıları, fikirləri təhrif olunaraq çatdırılır. Şeyx Muhəmməd əz-Zəkəriyya «Al-Raseed» Youtube kanalında (7-ci dəqiqədən) bu təhriflərdən bir neçəsiini qeyd edib. Sələfilərin məşhur alimlərindən sayılan Şeyx Muhəmməd əz-Zuğbi Seyid əl-Xomeyninin «Təhrir əl-vəsilə» kitabından sitatı oxuyur, lakin sona çtdırmayaraq tamam fərqli fikir yaradır. Muhəmməd əz-Zuğbi deyir:

Baxın, Xomeyni «Təhrir əl-vəsilə»də deyir:

ماء الاستنجاء سواء كان من البول أو الغائط طاهر

Bövl və ya ğaitdən (yüngül və ya ağır tualetdən) sonra övrət yerlərin yuyulmasında istifadə edilən su pakdır.

Yəni, yüngül və ya ağır tualetə getdin, sonra övrət yerlərini yudun, bütün bunlardan sonra o istifadə etdiyin su pakdır.  (Sitatın sonu)

Əziz oxucu, bunlar sələfilərin bəh-bəhlə qulaq asdıqları Muhəmməd əz-Zuğbinin sözləri idi. Ancaq Seyid əl-Xomeyninin sözlərini təhrif edən təkcə bu olsaydı nə var idi ki? Bir çox ərəbdilli sələfi saytlarında bunu görmək mümkündür. Məsələn, islamicweb.com, dd-sunnah.net və sair. Hətta bizim milli sələfi Abu Ali Efendi də cavanlıqda ingilisdilli forumda bundan istifadə edib. Bir insaflı sünni isə nə qədər izah etməyə çalışsa ki, ay bala, bizdə də eyni fətva var, siz səhv danışırsız, xeyri olmadı. Həmçinin bu fətvanı bir rusdilli forumda da gördük. Eynilə əz-Zuğbinin dediyi kimi ixtisar edilərək tərcümə edilib.

Nə isə, keçək əsas məsələyə. Görək, Seyid əl-Xomeyni həqiqətdə nə deyib?

ماء الاستنجاء سواء كان من البول أو الغائط طاهر إذا لم يتغير أحد أوصافه الثلاثة...

Bövl və ya ğaitdən (yüngül və ya ağır tualetdən) sonra intim bədən üzvlərinin yuyulmasında istifadə edilən su pakdır, bir şərtlə ki, onun üç xüsusiyyəti (rəng, dad və iy) dəyişməsin.

 

Fotoşəkil: Seyid Ruhullah əl-Xomeyni, Təhrir əl-vəsilə, c.1, s.19; Nəşr edən: İran İslam Respublikasının Dəməşqdəki səfirliyi, 1418/1998

Kitabı yükləmək üçün: ÜNVAN

Sələfilər sadəcə olaraq hər zamankı kimi cahilliklərini nümayiş etdirirlər. Onlar elementar fiqhi hökmün eynisinin özlərində də olduğunu və bunda heç bir problemin olmadığını bilmirlər. Bununla belə, Seyid əl-Xomeyninin fikirlərini yarımçıq gətirib insanları çaşqınlığa salmaqdan da utanmırlar.

Məşhur əhli-sünnə alimi Seyid əs-Sabiq «Fiqh əs-sünnə» kitabında yazır:

القسم الرابع: الماء الذي لاقته النجاسة:
وله حالتان:
................
الثانية:
...أن يبقي الماء على إطلاقه، بأن لا يتغير أحد أوصافه الثلاثة. وحكمه أنه طاهر مطهر قل أو كثر

Dördüncü qism: Nəcislə qarışan su:

Onun iki halı var:

......

İkincisi: Əgər onun üç keyfiyyəti dəyişməyibsə, su mütləq (yəni, saf) olaraq qalır. Onun hökmü budur ki, pakdır və təmizlənmək üçün, çox və ya az miqdarda yaralıdır...

(Qeyd: Mütləq və muzaf su haqqında əlavə məlumat)

 

Fotoşəkil: Seyid Sabiq, Fiqh əs-sünnə, c.1, s.19; Dar əl-Fikr, Beyrut, 1391/1971

Kitabı yükləmək üçün: ÜNVAN

Bax belə, əziz oxucu, hər şey göz qabağındadır. Sadəcə oxuyan gözlərdən əlavə, vicdan da lazımdır ki, bəzi şeyləri həzm edə biləsən. Bəzi şəxslərin gözləri şiə düşmənçiliyi üzündən elə tutulub ki, haqqı görməkdə çətinlik çəkirlər və ya haqqı görərək qəsdən inkar edirlər.

Рейтинг

В этом разделе