Niyə əhli-sünnənin bəziləri şiənin əksinə olaraq qan, şərab və mənini (sperma) nəcis bilmirlər?

»»

Niyə əhli-sünnənin bəziləri şiənin əksinə olaraq qan, şərab və mənini (sperma) nəcis bilmirlər?

Cavab:

Onlar bizim kimi bəzi yerlərdən başqa şərabla qanı nəcis bilirlər. Onların nəcis bilmələri dinin zəruriyyatındandır. Amma onları məninin nəcis olmaması barədə fətva veriblər. "Dörd məzhəbin fiqhi" kitabının haşiyəsində belə yazılıb:

الشافعية : قالوا بطهارة مني الآدمي حيا و ميتا ؛ إن خرج بعد استکمال السن تسع سنين ؛ ولو خرج علي صورة الدم إذا کان خروجه علي هذه الحالة من طريق المعتاد ؛ و إلا فنجس ؛ ودليل طهارته ما رواه البيهقي من أنه صلي الله عليه وسلم سئل عن المني يصيب الثوب فقال ما معناه : إنما هو کالبصاق أو کالمخاط 
الحنابلة : قالوا إن مني الآدمي طاهر إن خرج من طريقه المعتاد ؛ دفقا بلذة بعد استکمال السن تسع سنين للأنثي وعشر سنين للذکر ؛ ولو خرج علي صورة الدم ؛ واستدلوا علي طهارته بقول عائشة رضي الله عنها : کنت أفرک المني من ثوب رسول الله صلي الله عليه وسلم ثم يذهب فيصلي فيه

Şafeilər belə deyir:  İnsanın mənisi istər dirinin olsun istərsə də ölünün pakdır. Əgər adi halda doqquz yaş tamam olandan sonra xaric olarsa, hətta qan şəklində də olsa pakdır. Əgər belə olmasa nəcisdir. Onların mənin pak bilmələrinin dəlili Beyhəqidən nəql olunan rəvayətdir. Belə ki, rəvayətdə Həzrət Peyğəmbərdən (s) məninin paltara dəyməsi barədə soruşulur və o Həzrət (s) də cavab verir ki, o ağız suyu və burun suyu kimidir.
Hənbəlilər isə belə deyir: Məni əgər adi yolla, ləzzət qəsdilə, oğlanlarda 10 yaş, qızlarda 9 yaş tamam olubsa hətta qan şəklində də olsa belə xaric olsa pakdır. Onlar məninin paklığına Aişənin sözü ilə istidlal edirlər, belə ki, Aişə buyurur: Mən Rəsulullahın (s) paltarına məni sürtdüm sonra Həzrət (s) gedib namaz qıldı.

əl-Fiqh əla əl-məzahib əl-ərbəə, c.1, s.15

 

Fotoşəkil: Əbdür-Rəhman əl-Cəziri, əl-Fiqh əla əl-məzahib əl-ərbəə, c.1, s.15; Darul-kutubil-ilmiyyə - Beyrut, 1424/2003

Kitabı yükləmək üçün: ÜNVAN

 

 

 

Mərhum Seyyid Mürtəza öz "əl-İntisar" adlı kitabında belə buyurur:

حكم المني : ومما تفردت به الإمامية القول بأن المني نجس لا يجزئ فيه إلا الغسل ، لأن أبا حنيفة وإن وأفقه في نجاسته فعنده أنه يجزئ فرك يابسه ، والشافعي يذهب إلى طهارته. فأما ما حكي عن مالك من أنه يذهب إلى نجاسته ويوجب غسله فليس ذلك بموافقة للشيعة الإمامية على الحقيقة ، لأن مالكا لا يوجب غسل جميع النجاسات وإنما يستحب ذلك ، والإمامية توجب غسل المني فهي منفردة بذلك . وقد استوفينا أيضا الكلام على هذه المسألة في مسائل الخلاف ورددنا على كل مخالف لنا فيها بما فيه كفاية ، ودللنا على نجاسة المني بقوله تعالى : وينزل عليكم من السماء ماء ليطهركم به ويذهب عنكم رجز الشيطان (سوره انفال آيه 11) وروي في التفسير أنه جل ثناؤه أراد بذلك أثر الاحتلام

Məninin hökmü şiənin məxsus hökmlərindəndir belə ki, yumaqdan başqa yolla aradan gedib pak olmaz. Çünki Əbu Hənifə onun nəcis olduğunu qəbul etməsinə baxmayaraq quru şəkildə sürtülərək aradan gedib pak olmasına nəzər yürüdüb. əş-Şafei de mənini pak bilir. Amma Malikidən nəql olunan nəzərə əsasən o, mənini yumağı lazım bilir amma bu hökm də şiənin nəzəri ilə müvafiq deyil. Çünki o, nəcasəti yumağı vacib yox müstəhəb bilir. Lakin şiə nəcisi yumağı vacib bilir. Biz bu barədə xilaf olan məsələlərdə bəhsi açıb müxaliflərin nəzərlərini kifayət qədər dəlillərlə rədd etmişik. O dəlillərdən biri də aşağıda qeyd edəcəyimiz ayədir:
"Pak olasız deyə və şeytanın çirkinliyini sizin üzərinizdən aparaq deyə sizə göydən su endirdik." (Ənfal surəsi, 11) 
Bu ayənin təfsirində rəvayət olunub ki, Allahın bu ayədən məqsədi möhtəlim olmağın təsiridir (yani məninin gəlməsidir).

Şərif əl-Murtəza, s.95-96; Məninin hökmləri babı

Bu rəvayət bir çox əhli-sünnə kitablarında mövcuddur. Onlardan biri də əl-Cəssas əl-Hənəfinin "Əhkam əl-Quran" kitabıdır (c.3 səh 46).
 
 

Fotoşəkil: Şərif əl-Murtəza, əl-İntisar, s.95-96; Nəşr ili: 1415 h.
 
Kitabı yükləmək üçün: ÜNVAN
 
 
 
 
 
Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu
 
Tərcümə etdi: Fərhad Mirzə
Рейтинг

В этом разделе