Dəstəmazda ayaqların yuyulması barədə şiə hədislərinin araşdırılması

»»

Dəstəmazda ayaqların yuyulması barədə şiə hədislərinin araşdırılması

Bağışlayan və mehriban Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbinə

və salam olsun mövlamız Muhəmmədə (s.ə.a) və onun pak Əhli-beytinə (ə.s)

Məlum olduğu kimi, dəstəmazda ayaqlar məsh edilməlidir və bu mövzu Quran və Peyğəmbər (s.ə.a) sünnəsi ilə sabitdir. Quran açıq-aşkar bir şəkildə, oxuduğunun nə mənanı verdiyini bilən hər kəsin anlayacağı sadəlikdə ayaqların məsh edilməsini əmr etməkdədir. Eyni şəkildə, Peyğəmbər (s.ə.a) sünnəsi də ayaqların yuyulması sabitdir. Lakin əhli-xilaf dəstəmaz zamanı ayaqlarını yuyurlar. Bizim haqlı iradlarımıza qarşı onlar İslami-Şiə mənbələrindən ayaqların yuyulmasına dair dəlillər göstərib özlərini haqlı çıxarmağa çalışırlar. Gətirdikləri bu "dəlillər" 4 hədisdən ibarətdir ki, inşaAllah bu yazıda onların gətirdiyi bu dəlillərə cavab verəcəyik.

Hədis №1:

Bu hədisi Əyyaşi (r.ə) mürsəl olaraq Əli ibn Əbu Həmzədən bu şəkildə rəvayət etmişdir:

عن على بن أبى حمزة قال : سألت أبا ابراهيم عليه السلام عن قول الله : ( يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ ) إلى قوله ( إلى الكعبين ) فقال : صدق الله قلت :جعلتفداك كيف يتوضأ ؟ قال : مرتين مرتين ، قلت : يمسح ؟ قال : مرة مرة ، قلت : من الماء مرة ؟ قال : نعم ، قلت : جعلت فداك فالقدمين ؟ قال : اغسلهما غسلا

Əli ibn Əbu Həmzə dedi ki: Əbu İbrahim (İmam Musa əl-Kazım (ə)) -dan Allahın "Ey iman gətirənlər! Namaza qalxdığınız zaman" sözündən "inci sümüklərinə qədər" (Maidə, 6) sözünə qədər soruşdum. İmam (ə) dedi ki: "Allah doğru buyurmuşdur." Dedim ki: "Sənə fəda olum, necə yuyum?" Dedi ki: "İki dəfə (yumaqla).” Dedim ki: "Məsh necə edirlər?” Dedi ki: "Bir dəfə." Dedim ki: "Sudan bir dəfəmi? ” Dedi ki: "Bəli." Dedim ki: "Sənə fəda olum, bəs ayaqlar?" Dedi ki: "Yumaqla yu."

Əyyaşi, Təfsiri Əyyaşi, c.1, s.301, hədis 58 (onlayn mənbə: 1, 2)

Cavab:

Bu rəvayətin sənədi 2 müxtəlif baxımdan zəifdir. Əvvəlcə hədisin sənədi mürsəldir çünki müəllif Əyyaşi (r.ə) ilə ravi Əli ibn Əbu Həmzə arasındakı sənəd mövcud deyil. İkincisi, ravi Əli ibn Əbu Həmzə yalançı və məlun biridir. Onun haqqında daha əvvəlki yazılarımızda məlumat verdiyimiz üçün təkrar etmir və yalnız link verməklə kifayətlənirik, baxın: Əbu Talib (ə.s)-ın Peyğəmbər (s.ə.a.s)-i körpə ikən əmizdirməsi

Hədis №2:

Bu hədis isə İbrahim ibn Məhəmməd əs-Səqafi (r.ə)-ın rəvayət etdiyi bir məktubdur. Bu məktubu İmam Əli (ə) özünün Misir qubernatoru Məhəmməd ibn Əbu Bəkirə yazmışdır. Məktubun dəstəmaz haqqında olan hissəsi belədir:

ثم الوضوء فإنه من تمام الصلاة 5، اغسل كفيك ثلاث مرات، وتمضمض ثلاث مرات، واستنشق ثلاث مرات، واغسل وجهك ثلاث مرات، ثم يدك اليمنى ثلاث مرات إلى المرفق، ثم يدك الشمال ثلاث مرات إلى المرفق، ثم امسح رأسك، ثم اغسل رجلك اليمنى ثلاث مرات، ثم اغسل اليسرى ثلاث مرات، فإني رأيت النبي – صلى الله عليه وآله – هكذا كان يتوض

Sonra, dəstəmazına bax (diqqət et) çünki o namazın tamamındandır. Əllərini 3 dəfə yu, ağzını 3 dəfə yaxala, burnuna 3 dəfə su çək, üzünü 3 dəfə yu, sağ qolunu 3 dəfə dirsəyə qədər yu, sol qolunu 3 dəfə dirsəyə qədər yu, sonra başını məsh et, sağ ayağını 3 dəfə yu, daha sonra isə sol ayağını 3 dəfə yu. Çünki mən Rəsulullahın (s.ə.a) belə dəstəmaz aldığını gördüm.

əs-Səqafi, əl-Ğarat, səhifə 244-245 (onlayn mənbə: 1, 2)

Cavab:

Əvvəlcə bu rəvayət əs-Səqafinin (r.ə) “Ğarat” kitabındandır, əs-Səqafinin özü siqə (etibarlı) və böyük bir alimdir, “Ğarat” adlı kitab da ona məxsusdur. Lakin “Ğarat” kitabı əlimizə səhih bir yolla çatmamışdır. Yəni, bu gün əlimizdə mövcud olan “Ğarat” adlı kitabın əslində əs-Səqafinin (r.ə) yazdığı “Ğarat” kitabı olub-olmadığı, kitaba əlavə edilib edilmədiyi, ondan çıxarmaların olub-olmadığı bilinmir. Buna görə bu kitab mötəbər deyil. Şeyx Müslim əd-Dərəvi (h.a) bu kitab haqqında deyir ki:

الطريق الى كتب سبعة طرق أربعة منها للنجاشى و واحد للشيخ و اثنان للصدوق إلا أن هذه الطرق كلها وقعت موردا للبحث ففي الطريق الأول للنجاشى عباس بن السندي (السري) و هو مجهول و في الثاني محمد بن زيد الرطال (الرطاب) و هو غير موثق و في الثاث أحمد بن علوية و هو مجهول و في الرابع عبد الرحمان بن إبراهيم المشملي و هو مجهول ايضا و في طريق الشيخ عبد الرحمان بن إبراهيم المشملي و في طريقي الصدوق أحمد بن علوية و هو مجهول. و الطرق كلها غير معتبر فلا يمكن ا لاستناد إلي هذا الكتب، و لا يصح أن يكون مدركا الأحكام الشرعية

Kitaba olan təriq 7 dənədir, 4-ü Nəcaşinin, 1-i Şeyx (Tusi)-nin və 2-si də Səduqun təriqidir. Ancaq bu təriqin hamısı müzakirəyə açıqdır. Nəcaşinin ilk təriqində Abbad ibn Sindi (Sirri) vardır və o məchuldur. İkinci təriqdə Məhəmməd ibn Zeyd vardır və o təvsiq edilməmişdir. Üçüncü təriqdə Əhməd ibn Əlviyyə vardır və o məchuldur. Dördüncü təriqtə Abdur-Rahman ibn İbrahim vardır və o da eyni şəkildə məchuldur. Şeyx (Tusi)-nin təriqində yenə Abdur-Rahman ibn İbrahim vardır. Və Səduqun təriqində Əhməd ibn Əlviyyə vardır ki, o da məchuldur. Təriqlərin heç biri mötəbər deyil və bu kitaba istinad etmək mümkün deyil. Şəri hökmləri bu kitabdan əldə etmək doğru deyil.

Şeyx Müslim əd-Dərəvi (h.a), Usul ilm ər-rical, səhifə 287-288 (onlayn mənbə: 1, 2, 3)

İkincisi, “əl-Ğarat” kitabında bu məktubun sonunda iştirak edən “sonra başını məsh et, sağ ayağını üç dəfə yu, daha sonra isə sol ayağını üç dəfə yu.” sözü təhrif edilmişdir. “əl-Ğarat” kitabında iştirak edən İmam Əlinin (ə) Muhəmməd ibn Əbu Bəkrə (r.ə) yazdığı bu məktubu Şeyx Müfid (r.ə) “Əmali” adlı kitabında əs-Səqəfidən rəvayət etmişdir ki, orada “sonra başını və ayaqlarını məsh et” sözü mövcuddur.

 

Şəkildə gördüyünüz Şeyx Müfidin (r.ə) “Əmali” kitabıdır, işarələnmiş yerdə Şeyx Müfid (r.ə) “Ğarat” kitabının sahihi əs-Səqafidən İmam Əlinin (ə) Məhəmməd ibn Əbu Bəkirə yazdığı məktubu rəvayət edir:

قال: أخبرني أبو الحسن علي بن محمد بن حبيش الكاتب قال: أخبرني الحسن بن علي الزعفراني قال: أخبرني أبو إسحاق إبراهيم بن محمد الثقفي قال: حدثنا عبد الله بن محمد بن عثمان قال: حدثنا علي بن محمد بن أبي سعيد، عن فضيل بن الجعد، عن أبي إسحاق الهمداني قال: لما ولي أمير المؤمنين علي بن أبي طالب عليه الصلاة والسلام محمد بن أبي بكر مصر وأعمالها كتب له كتابا، وأمره أن يقرأه على أهل مصر وليعمل بما وصاه به فيه فكان الكتاب :ثم أنظر إلى الوضوء فإنه من تمام الصلاة، وتمضمض ثلاث مرات، واستنشق ثلاثا، واغسل وجهك، ثم يدك اليمنى، ثم يدك اليسرى، ثم امسح رأسك ورجليك، فإني رأيت رسول الله صلى الله عليه وآله يصنع ذلك.

Mənə Əbul Həsən Əli ibn Məhəmməd xəbər verdi, dedi ki: Mənə Həsən ibn Əli Zəfarani xəbər verdi, dedi ki: Mənə İbrahim ibn Məhəmməd əs-Səqəfi xəbər verdi, dedi ki: Mənə Abdullah ibn Məhəmməd ibn Osman izah etdi, dedi ki: Əli ibn Məhəmməd mənə Fudayl ibn Çadda, o da Əbu İshaq əl-Həmədanidən izah etdi, dedi ki: "Möminlərin Əmiri (İmam Əli (ə)) Məhəmməd ibn Əbu Bəkri vali təyin etdikdə onun üçün bir kitab (məktub) yazdı və kitabı Misir xalqına oxumasını, özünün də ona əməl etməsini əmr etdi. O kitabda bunlar vardı: “Sonra, dəstəmazına bax (diqqət et) çünki o, namazın tamamındandır. Ağzını 3 dəfə yaxala, burnuna 3 dəfə su çək, üzünü yu, sağ qolunu yu, sol qolunu yu, sonra başına və ayaqlarına məsh et. Çünki mən Rəsulullahın (s.ə.ə) belə dəstəmaz aldığını gördüm.“

Şeyx Müfid (r.ə), əl-Əmali, səhifə 266-267 (onlayn mənbə: 1, 2, 3)

Hədis №3 və 4:

Dəstəmazda ayaqların yuyulması mövzusunda şübhə ortaya atanların sarıldığı bu 2 hədisi Kuleyni və Tusi (r.ə) rəvayət etmişdir. Hədislər belədir:

عدة من أصحابنا، عن أحمد بن محمد، وأبي داود جميعا، عن الحسين بن سعيد، عن فضالة بن أيوب، عن الحسين بن عثمان. عن سماعة، عن أبي بصير، عن أبي عبدالله (ع) قال: إذا نسيت فغسلت ذراعك قبل وجهك فأعد غسل وجهك ثم اغسل ذراعيك بعد الوجه فإن بدأت بذراعك الايسر قبل الايمن فأعد غسل الايمن ثم اغسل اليسار وإن نسيت مسح رأسك حتى تغسل رجليك فامسح رأسك ثم اغسل رجليك

Əshabımızdan bir qismini mənə Əhməd ibn Məhəmməd və Əbu Davuddan, bunlar Hüseyn ibn Səiddən, o Fudale ibn Eyyubdan, o Hüseyn ibn Osmandan, o Səmaədən, o Əbu Basardan, o da Əbu Abdullah (İmam Cəfər əs-Sadiq (ə))-dan izah etdi, dedi ki: “….. başını məsh et və ayaqlarını yu.”

Kuleyni (r.ə), əl-Kafi, c.3, s.35, "Təharət" kitabı, bab 21, hədis 6 (onlayn mənbə: 1, 2)

 

فأما ما رواه محمد بن الحسن الصفار عن عبيد الله بن المنبه عن الحسين بن علوان عن عمرو بن خالد عن زيد بن علي عن آبائه عن علي عليه السلام قال: جلست أتوضأ فاقبل رسول الله صلى الله عليه وآله حين ابتدأت في الوضوء، فقال: لي تمضمض واستنشق واستن ثم غسلت ثلاثا فقال قد يجزيك من ذلك المرتان، فغسلت ذراعي ومسحت برأسي مرتين، فقال: قد يجزيك من ذلك المرة وغسلت قدمي، فقال: لي يا علي خلل بين الأصابع لا تخلل بالنار

Amma Məhəmməd ibn Həsən əs-Səffarın Ubeydullah ibn Mənbədən, onun Hüseyn ibn Ulvandan, onun Əmr ibn Xaliddən, o Zeyd ibn Əlidən, onun atalarından, onların da Əli (ə.s)-dan rəvayət etdiyi "Dəstəmaz almaq üçün oturmuşdum, dəstəmaz almağa başlamaq üzrəykən Rəsulullah (s.ə.ə) gəldi və dedi: ”Ağzını yaxala və burnuna su çək, sonra (üzünü) 3 dəfə yu. Eyni şəkildə, 2 dəfə yumaq da caizdir. Qollarını yu və 2 dəfə başını məsh et, eyni şəkildə 1 dəfə məsh etmək də caizdir. və ayaqlarını yu.“ hədisinə gəlincə ….

Şeyx Tusi r.ə, əl-İstibsar, c.1, s.66, "Təharət" kitabı, hədis 8 (196) (onlayn mənbə: 1, 2, 3)

Cavab:

Bu rəvayətlərin hər ikisi sənəd baxımından səhihdir, lakin hədislərin mətni təqiyyə ilə varid olmuşdur. Onsuz da mövzu haqqında məlumatı olan hər kəsə məlum olduğu kimi Şeyx Tusinin (r.ə) “Təhzib” və “İstibsar” adlı kitablarında metoddan hər hansı bir mövzuda əvvəl səhih hədisləri vermək daha sonra isə o mövzuda olan zəif və ya təqiyyə ilə (r.ə) "ayaqları məshin vacib olması babı (باب وجوب المسح على الرجلين)" adlı hissədə ayaqları məsh edilməsi lazım olduğunu bildirən səhih hədisləri verdikdən sonra ayaqların yuyulması lazım olduğunu bildirən bu rəvayəti gətirib cavab verməkdədir. Şeyx (r.ə) rəvayətdən dərhal sonra deyir ki:

فهذا خبر موافق للعامة وقد ورد مورد التقية لان المعلوم الذي لا يتخالج فيه الشك من مذاهب أئمتنا عليهم السلام القول بالمسح على الرجلين وذلك أشهر من أن يدخل فيه شك أو ارتياب، بين ذلك أن رواة هذا الخبر كلهم عامة ورجال الزيدية وما يختصون بروايته لا يعمل به على ما بين في غير موضع

Bu xəbər Amməyə (əhli-sünnəyə) müvafiqdir və təqiyyə ilə varid olmuşdur. Çünki zərrə qədər şübhə olmadan məlum olan budur ki, İmamlarımızın (ə.s) məzhəbinə görə ayaqlar məsh edilir. Bu mövzu, haqqında şübhə edilməyəcək qədər məşhurdur.

Şeyx Tusi (r.ə), əl-İstibsar, c.1, s.66, Təharət kitabı, hədis 8 (196) (onlayn mənbə: 1, 2, 3)

İndi əgər kimsə imamiyyə əqidəsindən, hədis elmi və bu sahədən xəbərsiz şəkildə sırf mübahisə üçün “təqiyyə olduğu haradan məlumdu?” deyə etiraz edəcək olarsa ona veriləcək olan cavab məhz budur:

Bəzən İmamlarımız (ə) nasibi krallarının səbəbindən təqiyyə etmiş və əhli-sünnə rəvayətlərinə uyğun olan fikirlər bəyan etmiş və hökmlər vermişdir. Lakin İmamlarımız (ə) öz səhabələrinə daha sonra təqiyyə və ya bənzəri səbəblərlə deyilənləri gerçək olanından ayıra bilmələri üçün bəzi qaydalar öyrətmişdir. Bu qaydalardan biri "rəvayətləri Qurana ərz edin" şəklində digəri isə "eyni mövzuda bir-birinə zidd 2 hədis mövcuddursa, onu ammə (sünni) rəvayətlərə ərz edin və onlara müxalif olanı götürün" şəklindədir. İmamlarımızın (ə) öyrətdiyi bu qaydaları görə bilmək üçün linkə baxın: Hədisləri ayırd etmək üçün Məsumlar (ə)-ın öyrətdiyi üsullar

Həmçinin, ayaqların yuyulmasını bildirən bu rəvayətlər həm Qurana və həm də mütəvatir xəbərlərə müxalifdir. Çünki Quran açıqca ayaqların məsh edilməsini əmr edir, baxın: Dəstəmaz ayəsinin təfsiri | تفسيرآية الوضوء

Eyni şəkildə, Nəbinin (s.ə.a) sünnəsindən mütəvatir olaraq sadir olan da ayaqların məsh edilməsidir, baxın: Nəbi (s.ə.ə)-in sünnətində dəstəmaz və ayqlar məsh edilməlidir.

Dolayısı ilə ayaqların yuyulmasını bildirən bu rəvayətlər Qurana və Peyğəmbər (s.ə.a) sünnəsinə müxalif olduğundan təqiyyə ilə varid olduğu qətidir.

Aləmlərin Rəbbinə həmd olsun.

Рейтинг

В этом разделе