Sələfi alimi əz-Zəmzəmi: "Kişi ölmüş arvadı ilə cinsi əlaqədə ola bilər!"

»»

Sələfi alimi əz-Zəmzəmi: "Kişi ölmüş arvadı ilə cinsi əlaqədə ola bilər!"

Sizə təqdim edəcəyimiz material Mərakəşli sələfi alim, Beynəlxalq İslam Alimləri Birliyinin üzvü  Əbdül-Bari əz-Zəmzəminin müsahibəsindən bir hissədir.

Videoda görəcəyiniz ilk müsahibə 2011-ci il may ayının 11-də baş tutub. Müsahibədən sonrakı video material isə əz-Zəmzəminin 2012-ci il mart ayının 24-dəki çıxışıdır.

 

 

11 may, 2011-ci il

Jurnalist: Siz qadınların öz seksual ehtiyaclarını ödəmələri üçün müəyyən tərəvəzlərdən (kök) istifadə etməyin icazəli olması barədə fətva vermisiniz.

Əbdül-Bari əz-Zəmzəmi: Bəli.

Jurnalist: Bunu hardan götürmüsünüz?

Əbdül-Bari əz-Zəmzəmi: Belə bir deyim var: “Nə qədər az bilsən, o qədər çox tənqid edərsən.” Az elmə və dar çərçivəli dünya-görüşə sahib olan kəsə eşitdiyi hər bir şey qəribə gələr və buna görə də tənqid edər.

Mən yeni bir şey icad etməmişəm.  Mən sadəcə klassik imamlarımızdan sitat gətirmişəm. Onların fətvası budur ki, seksual ehtiyacları ilə mübarizə aparan subay və yaxud dul qadın harama düşməmək və ismətini qorumaq üçün bu cür şeylərdən istifadə edərək (seksual) gərginliyi azalda bilər.

Jurnalist: İnsanlar bunun çox qəribə olduğunu düşünürlər.

Əbdül-Bari əz-Zəmzəmi: Bu ona görədir ki, onlar islam mədəniyyəti haqqında kifayət qədər məlumata malik deyillər.

................

 

24 mart, 2012-ci il

Əbdül-Bari əz-Zəmzəmi: Bir neçə gün bundan öncə “əs-Səbba” qəzetindən mənə ölmüş həyat yoldaşı ilə cinsi əlaqədə olan şəxs haqqında sual verildi. Məsələ burasındadır ki, bu sual məni təccübləndirdi və mən jurnalistə sual verdim ki, həqiqətən bu acınacaqlı və  biabırçı əməli edən insanlar varmı? Bu iş normal və müvazinətli bir insandan gözlənilməz. Ancaq mənəvi və psixoloji müvazinətsiz kəslər bunu edə bilər. Hər halda mənim bu şeyləri qadağan etməyə haqqım yoxdur. Fətvalar kiminsə istəyinə və kefinə görə verilmir. Əlbəttə ki, bu fətvalar Allahın qanunlarını əks etdirir.

........................

Nəticə etibarilə, mənim  bu əməli sadəcə acınacaqlı bir hal hesab etdiyim üçün qadağan etməyə haqqım yoxdur.

........................

Bu məsələdə söykəndiyim dəlil budur ki, həyat yoldaşının ölümü onun əri ilə münasibətlərini kəsmir. Arvadın ölümü onun öz əri ilə ər-arvad münasibətlərini kəsmir. Qadın bu dünyadakı həyatında olduğu kimi ölümündən sonra da axirətdə onun həyat yoldaşı olaraq qalır.

........................

Tamamilə aydındır ki, ər-arvad münasibətləri arvadın ölümü ilə kəsilmir. O, ərinin həyat yoldaşı olaraq qalır. Əgər belədirsə, onda ərin onunla istədiyi hər şeyi etmək haqq var. Məsələn, arvadını öpə bilər. Ərin öz arvadını onun ölümündən sonra sevgisindən, yaxud kədərindən öpməsi təbii bir şeydir. Bu, əməl edilmiş bir şeydir və bunda heç bir pis şey yoxdur.

........................

Bir əməlin icazəli olması o demək deyil ki, bu iş tərifəlayiqdir və ya qəbul ediləndir. Arvadının meyidi ilə cinsi əlaqədə olmaq icazəlidir, lakin tərifə layiq bir əməl deyil.

Рейтинг

В этом разделе