İmam əş-Şafei: «Mütə nigahını halal bilənləri və ona əməl edənləri tənqid atəşinə tutmamalıyıq. Çünki...»

»»

İmam əş-Şafei: «Mütə nigahını halal bilənləri və ona əməl edənləri tənqid atəşinə tutmamalıyıq. Çünki...»

Bağışlayan və Mehriban Allahın adı ilə

Əhli-sünnə və sələfilərin Əhli-beyt (ə) məktəbinə irad tutduqları mövzulardan öndə gələnlərindən biri mütə nigahıdır. Çox adam bunu «siğə» kimi tanıyır. Bu mövzu müzakirə edilərkən şiələrin ünvanına əxlaqdan kənar sözlər həddən artıq çox işlədilir. Bir çox cahil şəxslər mütəni halal hesab edəni, mütə edəni və mütənin halal olması barədə fətva verən alimləri ən yaxşı halda şərəfsiz, əxlaqsız, qeyrətsiz adlandırırlar.

Biz mütə nigahının Peyğəmbər (s) dövründə və sonra halal olduğunu, Peyğəmbərin (s) bunu qadağan etmədiyini digər məqalələrdə müzakirə edəcəyik. İndi isə əhli-sünnənin şafei məzhəbinin banisi Muhəmməd bin İdris əş-Şafeinin mütə nigahını halal bilən, ona əməl edən və onun icazəli olması barədə fətva verənlər barədə sözlərini paylaşırıq:

(قَالَ) : وَالْمُسْتَحِلُّ لِنِكَاحِ الْمُتْعَةِ وَالْمُفْتِي بِهَا وَالْعَامِلُ بِهَا مِمَّنْ لَا تُرَدُّ شَهَادَتُهُ، وَكَذَلِكَ لَوْ كَانَ مُوسِرًا فَنَكَحَ أَمَةً مُسْتَحِلًّا لِنِكَاحِهَا مُسْلِمَةً أَوْ مُشْرِكَةً لِأَنَّا نَجِدُ مِنْ مُفْتِي النَّاسِ وَأَعْلَامِهِمْ مَنْ يَسْتَحِلُّ هَذَا وَهَكَذَا الْمُسْتَحِلُّ الدِّينَارَ بِالدِّينَارَيْنِ وَالدِّرْهَمَ بِالدِّرْهَمَيْنِ يَدًا بِيَدٍ وَالْعَامِلُ بِهِ لِأَنَّا نَجِدُ مِنْ أَعْلَامِ النَّاسِ مَنْ يُفْتِي بِهِ وَيَعْمَلُ بِهِ وَيَرْوِيه، وَكَذَلِكَ الْمُسْتَحِلُّ لِإِتْيَانِ النِّسَاءِ فِي أَدْبَارِهِنَّ فَهَذَا كُلُّهُ عِنْدَنَا مَكْرُوهٌ مُحَرَّمٌ وَإِنْ خَالَفْنَا النَّاسَ فِيهِ فَرَغِبْنَا عَنْ قَوْلِهِمْ وَلَمْ يَدْعُنَا هَذَا إلَى أَنْ نَجْرَحَهُمْ وَنَقُولَ لَهُمْ إنَّكُمْ حَلَّلْتُمْ مَا حَرَّمَ اللَّهُ وَأَخْطَأْتُمْ لِأَنَّهُمْ يَدَّعُونَ عَلَيْنَا الْخَطَأَ كَمَا نَدَّعِيه عَلَيْهِمْ وَيَنْسِبُونَ مَنْ قَالَ قَوْلَنَا إلَى أَنَّهُ حَرَّمَ مَا أَحَلَّ اللَّهُ عَزَّ وَجَلَّ.

Mütə nikahını halal bilən, onun halal olması fətvasını verən və ona əməl edən şəxsin şahidliyi rədd edilə bilməz. Zərurət olmadan müsəlman və ya müşrik kənizlə nikahı halal bilib evlənən şəxsin hökmü də belədir. Çünki biz fətva sahiblərinin və böyük şəxsiyyətlərin arasında bunun halal olmasına fətva verənlərin olduğunu görürük. Həmçinin bir dinarı iki dinara, bir dirhəmi iki dirhəmə əlbəəl dəyişməyi halal hesab edənin və buna əməl edənin də hökmü elədir. Çünki biz böyük şəxsiyyətlərdən bunun halal olmasına fətva verən, əməl edən və bunu rəvayət edənlərin  olduğunu görürük. Qadınla arxadan yaxınlıq etməyi (yəni, anal cinsi əlaqəni) halal  bilənlər də bu cürdür. Bizim nəzərimizcə bunların hamısı Allahin bəyənmədiyi işdir və haramdır. Biz həmin böyük şəxsiyyətlərə qarşı çıxıb onların nəzərindən üz döndərsək belə, bu, bizi onları tənqid atəşinə tutmağa və onlara «siz Allahın haram etdiyini halal etmisiniz və beləlikə də səhvə yol vermisiniz» deməyə sövq etməməlidir. Çünki bu halda biz onlara qarşı iddia irəli sürdüyümüz kimi onlar da bizim barəmizdə iddia irəli sürər və bizim nəzərimizi deyənlərə «o, Allahın halalını haram edib»  deyərlər.

Muhəmməd bin İdris əş-Şafei, əl-Umm, c.6, s.222-223; Dar əl-Marifə, Beyrut, 1410/1990 (onlayn mənbə 1, 2, 3)

 

Fotoşəkil: Muhəmməd bin İdris əş-Şafei, əl-Umm, c.7, s.511; Dar əl-Vəfa, İskəndəriyyə, Misir, 1422/2001; təhqiq: Rifət Fəuzi Əbd əl-Mutəllib

Kitabı yükləmək üçün: ÜNVAN

Əhli-sünnə və sələfilərə öz məzhəb imamları olan İmam əş-Şafeinin sözləri barədə düşünmələrini və sağlam nəticə çıxarmağı təklif edirik.

Рейтинг

В этом разделе