Əgər bizə nübuvvətin sona çatması barədə xəbər verilməsəydi, biz İbn Teymiyyənin Peyğəmbər olduğunu deyərdik!!!

»»

Əgər bizə nübuvvətin sona çatması barədə xəbər verilməsəydi, biz İbn Teymiyyənin Peyğəmbər olduğunu deyərdik!!!

Rəhman və Rəhim olan Allahın adı ilə.

Səudiyyə Ərəbistanının məşhur şeyxlərindən olan sələfi Dr. Əbdül-Əziz Nasir əs-Sədhan öz ustadı İbn Baz haqqında qələmə aldığı kitabda yazır:

نقل أحدهم مقولة عن بعض أهل العلم مفادها: "لو لم نُخبر بختام النبوة  لقلنا : أن ابن تيمية نبي"، فعُرضت العبارة على بعض أهل العلم فبالغ في إنكارها وعرضتها بنفسي على سماحته - رحمه الله تعالى - فتبسم ضاحكاً وقال - ما معناه - : نعم، لذلك أصل .. ثم ذكر حديث : "لو كان بعدي نبي لكان عمر بن الخطاب".

Bəzi elm əhlindən belə bir ifadə nəql edilmişdir: «Əgər bizə nübuvvətin sona çatması barədə xəbər verilməsəydi, biz İbn Teymiyyənin Peyğəmbər olduğunu deyərdik.» Bu ifadə haqqında bəzi elm əhlindən soruşdum və onlar bunu şiddətlə inkar etdilər. Həmçinin bu barədə özüm o həzrətdən (rəhiməullah təala)  - yəni, İbn Bazdan – soruşdum. O gülümsündü və təxminən bunları dedi: «Bəli. Bu cür sözlərin deyilməsinə əsas var.» Sonra da bu hədisi zikr etdi: «Məndən sonra peyğəmbər olsaydı, o şəxs Ömər olardı.»

 

Fotoşəkil: Əbdül-Əziz Nasir əs-Sədhan, İmam İbn Baz, durus və məvaqif və ibar , s.33

Kitabı yükləmək üçün: ÜNVAN

Bunlar Quran və Əhli-beytdən (ə.s) ayrılmağın acı nəticələridir. Görün bir uydurma hədisi nələr üçün dəlil gətirirlər. Allah bizləri şeytanın vəsvəsələrindən qorusun, Quran və Əhli-beytdən (ə.s) ayırmasın.

Рейтинг

В этом разделе