Babilik nədir?

»»

Babilik nədir?

Tarix boyunca özlərini Məhdi və ya Məhdinin xas naibləri olaraq tanıdan bir çox saxta iddiaçılar meydana çıxmışdır. Bunlara misal olaraq Qadiyani, Sudanlı Məhdi və Şirazlı Əli Muhəmmədi (Bab) göstərə bilərik.

Bunlar xalqın elimsizliyindən istifadə edərək maddi mənfəətlər üçün xalqın dini inanclarına xəyanət edərək bir çox adamı öz ətraflarına toplayıb, “Mən vəd edilən Məhdiyəm” deyərək etiqadlarında azmasına səbəb oldular. Bunların saxta və yalançı olduqları dini alimlər tərəfindən tezlikələ başa düşülmüş və etirazla qarşılanmışdır.

Günümüzdən təxminən 160 il əvvəl iranlı bir gənc özünü səmavi bir elçi olduğunu iddia edərək ətrafına müridlər toplamağa başladı. Bunlar daha sonra “Babilər “ olaraq tanınıb adlandırıldılar. Bu gəncin adı Şirazlı Əli Muhəmməd idi. Əli Muhəmməd, özünü ilk əvvəllərdə müsəlman olaraq göstərmiş olsa da zaman içərisində özü üçün həqiqət olmayan müxtəlif dini rütbələr icad və iddia etməyə başladı.

Şirazlı Əli Muhəmməd, iddialarının əvvəlində, İslam dininin əsas inanclarından olan Məhdəviyyat etiqadının varlığından faydalanaraq, özünü inanclı xalq ilə Həzrət Məhdi arasında bir vasitə və ya başqa bir deyişlə gözlənilən, vəd olunmuş xilaskar, Həzrət Məhdiyə açılan bir qapı olaraq tanıtdı. Buna görə müridləri tərəfindən “Bab” (qapı) ünvanı ilə tanınmış oldu. Əli Muhəmməd “Bab” iddiasından qısa bir zaman sonra özünü gözlənilən xilaskar “Məhdi” elan etdi. Ancaq Məhdilik iddiasının üzərindən çox keçmədən bu dəfə də özünün əslində bir “peyğəmbər”  və ya bir din sahibi olduğu iddialarını, ətrafındakılarına yaymağa başladı.

Bab olaraq tanınan Şirazlı Əli Muhəmmədin bu iddiaları İranda müsəlman xalqın etirazlarına yol açdı. Bab Əli Muhəmmədin əmriylə onun müridlərindən biri, azana yeni bir cümlə əlavə edərək, Şiraz məscidində bir azanı oxudu. Azana əlavə edilmiş yeni cümlədən yeni peyğəmbər olduğu mənası başa düşülürdü. Bu azan oxuma hadisəsi istər Şiraz məscidi istərsə də Şiraz şəhərinin hər yerində bütün müsəlmanların böyük etirazına səbəb oldu və Şiraz valisi bu hadisə ilə əlaqədar Əli Muhəmmədi sorğu-suala çağırdı. Bu sorğu-sualın nəticəsində Bab Əli Muhəmməd, Şiraz valisindən bir sillə yeyincə, məsciddə xalq içində öz iddialarından dönərək tövbə etdi və oxutdurduğu bu azana görə də üzr istədi. Ancaq bu hadisənin üzərindən çox keçmədən Bab Əli Muhəmməd, yenə köhnə iddialarını təkrarladı və “Bəyan” adlı kitabı yazaraq bu kitabın ona vəhy olaraq gəldiyini söylədi.

Bu kitabda yazılmış olan bəzi babi hökmlər belədir:

1. Babi kitablar xaricindəki bütün digər kitabların yandırılması lazımdır.

2. Babi olmayan və ya Babi şəriətini qəbul etməyən şəxslərin yaşam hüquqları olmadığını və onların öldürülməsinin icazəli olduğu,

3. Babi olmayan şəxslərin məzar və türbələrinin məhv edilməsinin zəruriliyi.

Bu dəhşətli hökümlər, müsəlmanlar və babilər arasında gərginliyi hər gün artırmaqda idi. Bu vəziyyət getdikcə daha da gərginləşərərək  babilərin üsyanına və İranın 3 bölgəsində, Xorasan, Zəncan və Xəzər dənizi sahillərində qanlı ixtişaşlara səbəb oldu.

İran dövləti, Babın həbs edilməsinə qərar verdi. Ancaq Babın səbəb olduğu qanlı üsyanlar davam edincə, edamına qərar verildi və Bab Əli Muhəmməd Təbrizdə edam edildi.

313news.net
Рейтинг

В этом разделе

  • Bəhaullah kimdir? (Şeytanın oyunu)

    Bəhaullah adı ilə tanınan Mirzə Hüseyin Əli Tehranda anadan olmuşdur. Atası, Qacar şahı Muhəmmədin sarayında vergi işlərinə baxırdı. Atası, vəzifədə işlədiyinə...

    Bəhailərə cavab (3-cü hissə)

    “19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?” III HİSSƏ Bundan əvvəl də mövzü ilə əlaqədar dəyərli oxuculara məlumat təqdim olunmuşdur...
  • Bəhailərə cavab (2-ci hissə)

    “ 19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?” II HİSSƏ Məlum mövzu ilə bağlı qeyd olunan məqalənin müəyyən bəndlərinə cavab vermişdik...

    Bəhailərə cavab (1-ci hissə)

    “19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?” Bəşəriyyət tarixi 124 000 peygəmbərin gəlişinin və təbliginin şahidi olub ki onlardan...