Bəhailərə cavab (2-ci hissə)

»»

Bəhailərə cavab (2-ci hissə)

“ 19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?”

II HİSSƏ

Məlum mövzu ilə bağlı qeyd olunan məqalənin müəyyən bəndlərinə cavab vermişdik. İndi isə digər nüanslar və təqdim olunan rəddiyələri diqqətinizə çatdırırıq.

Müəllif tərəfindən “babın” məqamını süni yolla qaldırmaq məqsədi ilə öz iddiasına dəlil olaraq alman əsilli məsihi sektantların köç etməsini gətirir. Bu iddiaya elə bir başa müəllifin öz məqaləsindən cavab vermək olar. Məsihilərin köç etmə səbəbi bir başa Həzrəti Məsihə (ə.s.) yaxın olmaq istəyi olub, nəinki hər hansısa özünü yeni ilahi din adlandıran sektaya qoşulmaq idi. Buna dəlil də odur ki, köç etmiş məsihilər öz əqidələrinin əsasını köklu şəkildə dəyişməmiş və yerli məsihi kilsələrindən cüzi baxış fərqliliyini mənimsəmiş oldular.

Alman məsihilərinin köç etməsi həmçinin həmin dövrün rus car imperatorluğuna da əlverişli məqam yaradırdı. Belə ki, həm zəbt olunmuş əraziləri məsihilərlə doldurmaq və yerli əhalini məsihiləşdirmək, həm də şərq və qərb mədəniyyətlərinin və etnosunun qarışmasına zəmin yaratmaq olur ki, bir güllə ilə iki hədəfi vurmuş olur. Və beləcə, yerli əhalinin milli mənsubiyyətini aradan aparmış olur.

Həmçinin rus imperatoru I. Aleksandrın nəcabəti də bu növ cəhdlərdə az rol oynamırdı.

O, alman əsilli olan rus imperatricası II. Yelizavettanın nəvəsi olub.

I. Aleksandr 1814-1815-ci illərdə Vyana Kongresinin başçısı və həmçinin “Avropa Monarxlarının Müqəddəs İttifaqının” əsasını qoyan şəxslərdən biri olmuşdur. Həmçinin o, 1813-1814-cü illərdə avropa ölkələrindən ibarət anti-fransız koalisiya  qüvvələrinin başçısı olmuş və 1814-cü ilin 31 mart tarixində müttəfiq güclərinin başında dayanaraq I. Aleksandr, Parisə daxil olmuşdur.

Məhs bu qələbə avropalı məsihiləri I. Aleksandra qarşı rəğbətləndirmiş və nəticə etibarı ilə şərqə köç etməsində onlara yardım etməsini istəməyə şövq etmişdir.

Alman sektantlarının Azərbaycan ərazilərinə köç etməsi haqda söz açan zaman müəllif mötərizədə Bəhaullanın doğum tarixini və Babın özünü xilaskar elan etmə tarixini qeyd edir və bir neçə nida işarəsi ilə mətnin mahiyyətini və məsələnin ciddiyətini süni olaraq artırmağa cəhd edir.

Bunun muqabilində yüzlərlə belə tarix gətirmək olar ki hər hansısa bir zaman kəsiyində paralel baş vermiş, amma bir hadisənin ikinci hadisə ilə heç bir əlaqə və təsiri olmamışdır.

Məsələn bir nəfər şəxs sovet hakimiyyəti süqut edən tarixdə dünyaya gəlmiş ola və 25 il sonra qalxıb iddia edə bilər ki, mən ilahi bir zühuram və höccətəm və öz iddialarına dəlil olaraq doğum tarixinə istinad edə və bildirər ki, onun gəlişi ilə Allah-Təala ateist və zalım hakimiyyəti yıxıb, o zaman hər bir ağıl sahibi olan şəxs düşünəcək ki bu iddiaçı ya ruhi xəstədir ki, ya da bu şəxs inanclı insanları aldadıb öz şəxsi mənafei üçün onlardan istifadə etmək istəyir.

Və bununla da belə bir nəticəyə gəlirik ki, bizim bu iki nəfər “dostumuz”-da ya ruhi xəstədir, yada yalançı olublar ki, hər iki halda insanları zəlalət və azğınlıq yoluna dəvət ediblər.

Həmçinin müəllif dünyanın sonuna dair müəyyən şəxslərin “qabaqdangörmələri” haqda söz açır. Həmin şəxslərdən biri sadə bir cütçü olan Uilyam Millerdir ki, “Yeddinci Günün Adventistləri” adlı sektanın əsasını qoyub. Bu sekta 1844-cü ildə Amerika Birləşmiş Ştatlarında yaranıb və babtist kilsəsinə mənsubdur. Dini təlimlərində əsasən İncilin Əhdi Ətiqə (qədim əhd) üstünlük verilir. 1818-ci ildə Uilyam Miller İncili təhqiq edərək dünyanın sonu 1843-cü ilə təsadüf etməsi nəticəsinə gəlib. Amma tarixin bizi şahid etdiyinə əsasən onun fikirlərinin yanlış və əsassız olduğunu və yalnız ehtimallara dayandığını görürük.

Təəsüflər olsun ki 1993-cü ildə Amerikada, Texas ştatının Ueyk şəhərciyində faciə baş vermişdir. Belə ki “Yeddinci Günün Adventistləri” sektasından çıxmış “Davud Budaqı” adı altında fəaliyyət göstərən sektanın rəhbəri Devid Koreş öz ardıcılları ilə dünyanın sonu haqda təbliğlər edirdi. Və aydın olduğu kimi bu iddialar da yalan üzərində qurulmuşdur. Amma yalançı peygəmbər səhnədən tək başına getmək fikrində olmadığına görə özünü və ardıcıllarını partlatmışdır. Yanğın söndürüləndən sonra qalıqlar arasında 100-ə yaxın cəsəd aşkarlanmışdır ki, onlardan ən azı 25 nəfəro az yaşlı uşaq idi.

Müəllif öz iddialarını təsdiq etmək üçün hər hansısa bir sekta liderinin əsassız fikirlərinə arxalanmasından, bunlardan dəlil və sübut olaraq istifadə etməsindən belə nəticəyə gəlmək olar ki, Bəhailik də növbəti sektalardan biridir və yalançı dinlər sırasında öz möhkəm yerini tutmuşdur.

ARDI VAR…..

Cavidan Müntəzir

 

 

 

Рейтинг

В этом разделе

  • Bəhaullah kimdir? (Şeytanın oyunu)

    Bəhaullah adı ilə tanınan Mirzə Hüseyin Əli Tehranda anadan olmuşdur. Atası, Qacar şahı Muhəmmədin sarayında vergi işlərinə baxırdı. Atası, vəzifədə işlədiyinə...

    Bəhailərə cavab (3-cü hissə)

    “19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?” III HİSSƏ Bundan əvvəl də mövzü ilə əlaqədar dəyərli oxuculara məlumat təqdim olunmuşdur...
  • Bəhailərə cavab (1-ci hissə)

    “19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?” Bəşəriyyət tarixi 124 000 peygəmbərin gəlişinin və təbliginin şahidi olub ki onlardan...