Möminin möminə nəsihəti barədə mötəbər hədislər

»»

Möminin möminə nəsihəti barədə mötəbər hədislər

Rəhman və rəhim olan Allahın adı ilə

Əziz oxucular, Allahın izni ilə bu məqalədə çox mühüm bir məsələni işıqlandırmaq istəyirik. Mötəbər sənədlərlə Rəsulullah (s.ə.a) və onun pak Əhli-beytindən (ə.s) nəql edilmiş bu hədislərin mətninə çox zaman əməl olunmadığı üçün bir sıra çətinliklərlə qarşılaşırıq.

1-ci rəvayət:

عدة من أصحابنا، عن أحمد بن محمد، عن علي بن الحكم، عن عمر بن أبان عن عيسى بن أبي منصور، عن أبي عبد الله (عليه السلام) قال: يجب للمؤمن على المؤمن أن يناصحه

Əshabımızdan bir neçə nəfər Əhməd b. Muhəmməddən, o da Əli b. Həkəmdən, o da Ömər b. Əbandan, O da İsa b. Əbi Mənsurdan, o da Əbi Əbdillah (ə.s)-dan onun belə dediyini rəvayət etdi: «Möminlərin bir-birinə nəsihət verməsi vacibdir. Möminlərin bir-birinə nəsihət verməsi vacibdir.»

Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.2, s.207, h.1 (onlayn link)

Qeyd: Şeyx əl-Kuleyninin qaydalarına əsasən «Əshabımızdan bir neçə nəfər Əhməd b. Muhəmməd b. İsadan...» deyərkən aşağıdakı şəxslər nəzərdə tutulur:

1. Əbu Cəfər Muhəmməd ibn Yəhya əl-Əttar əl-Qummi

2. Əli ibn Musa ibn Cəfər al-Kamandani

3. Əbu Süleyman Davud ibn Kəvra əl-Qummi

4. Əbu Əli Əhməd ibn İdris ibn Əhməd əl-Əşəri əl-Qummi

5. Əbu əl-Həsən Əli ibn İbrahim ibn Haşim əl-Qummi

Rəvayətin dərəcəsi:

Əllamə Məclisi: Səhihdir.

Mirat əl-Uqul, c.9, s.142; Dar əl-Kutub əl-İslamiyyə, Tehran, 1410/1990; təhqiq: Seyid Cəfər əl-Hüseyni (onlayn link)

Şeyx Hadi ən-Nəcəfi: Rəvayət sənəd cəhətdən səhihdir.

Əlf hədis fi əl-mumin,s.326; Muəssisə əl-Nəşr əl-İslami, Qum, 1416/1996 (onlayn link)

Şeyx Muhəmməd Kazım əl-Mustafavi: Səhihdir.

Miat qaida fiqhiyyə, s.35; Muəssisə əl-Nəşr əl-İslami, Qum (onlayn link)

Seyid əl-Xomeyni: Səhihdir.

Məkasib əl-muhərrəmə, c.1, s.291 (onlayn link)

Muhibuddin əl-Musəvi əl-Hilli bu hədisi səhih hesab edərək özünün «əl-Mötəbər min əhədis əl-Kafi» kitabına daxil etmişdir. (onlayn link)

2-ci rəvayət:

عنه، عن ابن محبوب، عن معاوية بن وهب، عن أبي عبدالله عليه السلام قال: يجب للمؤمن على المؤمن النصيحة له في المشهد والمغيب

Ondan (Əhməd b. Muhəmməddən), o da İbn Məhbubda, o da Muaviyə ibn Vəhbdən, o da Əbi Əbdillah (ə.s)-dan belə dediyini rəvayət etdi: «Möminin möminə aşkarda və gizlində olmağından asılı olmayaraq nəsihət etməyi vacibdir.»

Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.2, s.207, h.2 (onlayn link)

Rəvayətin dərəcəsi:

Əllamə Məclisi: Səhihdir.

Mirat əl-Uqul, c.9, s.142; Dar əl-Kutub əl-İslamiyyə, Tehran, 1410/1990; təhqiq: Seyid Cəfər əl-Hüseyni (onlayn link)

Şeyx Hadi ən-Nəcəfi: Sənədi səhihdir.

Əlf hədis fi əl-mumin,s.326; Muəssisə əl-Nəşr əl-İslami, Qum, 1416/1996 (onlayn link)

Mirzə Muhəmməd Nəqi əl-İsfahani: Sənədi səhihdir.

Mikyal əl-məkarim fi fəvaid lil-Qaim, c.1, s.443; Müəssisə əl-Alami, Beyrut, 1421/2001; təhqiq: Seyid Əli Aşur (onlayn link)

Muhibuddin əl-Musəvi əl-Hilli bu hədisi səhih hesab edərək özünün «əl-Mötəbər min əhədis əl-Kafi» kitabına daxil etmişdir. (onlayn link)

3-cü rəvayət:

ابن محبوب، عن ابن رئاب، عن أبي عبيدة الحذاء، عن أبي جعفر عليه السلام قال: يجب للمؤمن على المؤمن النصيحة.

İbn Məhbub İbn Riabdan, o da Əbu Ubeydə əl-Həzzadan, o da Əbi Cəfər (ə.s)-dan belə dediyini rəvayət etdi: «Möminin möminə nəsihət etməyi vacibdir.»

Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.2, s.207, h.3 (onlayn link)

Rəvayətin dərəcəsi:

Əllamə Məclisi: Səhihdir.

Mirat əl-Uqul, c.9, s.142; Dar əl-Kutub əl-İslamiyyə, Tehran, 1410/1990; təhqiq: Seyid Cəfər əl-Hüseyni (onlayn link)

Şeyx Hadi ən-Nəcəfi: Sənədi səhihdir.

Əlf hədis fi əl-mumin,s.327; Muəssisə əl-Nəşr əl-İslami, Qum, 1416/1996 (onlayn link)

Mirzə Muhəmməd Nəqi əl-İsfahani: Sənədi səhihdir.

Mikyal əl-məkarim fi fəvaid lil-Qaim, c.1, s.443; Müəssisə əl-Alami, Beyrut, 1421/2001; təhqiq: Seyid Əli Aşur (onlayn link)

Şeyx Muhəmməd Kazım əl-Mustafavi: Səhihdir.

Miat qaida fiqhiyyə, s.35; Muəssisə əl-Nəşr əl-İslami, Qum (onlayn link)

4-cü rəvayət:

علي بن إبراهيم، عن أبيه، عن النوفلي، عن السكوني، عن أبي عبدالله عليه السلام قال: قال رسول الله صلى الله عليه وآله: إن أعظم الناس منزلة عند الله يوم القيامة أمشاهم في أرضه بالنصيحة لخلقه.

Əli ibn İbrahim atasından, o da ən-Nufəlidən, o da əs-Səkunidən, o da Əbi Əbdillah (ə.s)-dan belə dediyini rəvayət etdi: Rəsulullah (s.ə.a) buyurdu: «Qiyamət günü Allahın nəzərində ən əzəmətli şəxs Onun xəql etdiklərinə ən çox nəsihət edən kəsdir.»

Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.2, s.207, h.5 (onlayn link)

Rəvayətin dərəcəsi:

Şeyx Hadi ən-Nəcəfi: Sənədi mötəbərdir.

Əlf hədis fi əl-mumin,s.327; Muəssisə əl-Nəşr əl-İslami, Qum, 1416/1996 (onlayn link)

Mirzə Muhəmməd Nəqi əl-İsfahani: Sənədi müvəssəqdir.

Mikyal əl-məkarim fi fəvaid lil-Qaim, c.1, s.443; Müəssisə əl-Alami, Beyrut, 1421/2001; təhqiq: Seyid Əli Aşur (onlayn link)

5-ci rəvayət:

عدة من أصحابنا، عن أحمد بن محمد بن خالد، عن عثمان بن عيسى، عن سماعة قال: سمعت أبا عبدالله عليه السلام يقول: أيما مؤمن مشى في حاجة أخيه فلم يناصحه فقد خان الله ورسوله.

Əshabımızdan bir neçə nəfər Əhməd ibn Muhəmməd ibn Xaliddən, o da Osman ibn İsadan, o da Səmaadan belə dediyini rəvayət etdi: Əbi Əbdillah (ə.s)-ın belə dediyini eşitdim: «Bir kəs mömin qardaşına kömək etməyə getsə, lakin ona nəsihət etməsə, Allaha və Rəsuluna (s.ə.a) xəyanət etmiş olar.»

Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.2, s.362, h.2 (onlayn link)

Qeyd: Şeyx əl-Kuleyninin qaydalarına əsasən «Əshabımızdan bir neçə nəfər Əhməd b. Muhəmməd b. İsadan...» deyərkən aşağıdakı şəxslər nəzərdə tutulur:

1. Əbu əl-Həsən Əli ibn İbrahim ibn Haşim əl-Qummi

2. Muhəmməd ibn Abdullah ibn Uzəynə

3. Əhməd ibn Abdullah ibn Üməyyə

4. Əli ibn əl-Hüseyn əs-Sad Əbadi

Rəvayətin dərəcəsi:

Əllamə Məclisi: Müvəssəq.

Mirat əl-Uqul, c.11, s.19; Dar əl-Kutub əl-İslamiyyə, Tehran, 1410/1990; təhqiq: Seyid Cəfər əl-Hüseyni (onlayn link)

Şeyx Hadi ən-Nəcəfi: Sənədi müvəssəqdir.

Əlf hədis fi əl-mumin,s.145; Muəssisə əl-Nəşr əl-İslami, Qum, 1416/1996 (onlayn link)

Rəvayətlərin şərhi:

Əziz oxucu, hədislərin oxşarlığını nəzərə alaraq və mövzunun məqsəddən uzaqlaşmaması üçün sadəcə birinci rəvayətin şərhini qeyd edirik.

Əllamə Məclisi yazır:

والمراد بنصيحة المؤمن إرشاده إلى مصالح دينه ودنياه. وتعليمه إذا كان جاهلا، وتنبيهه إذا كان غافلا، والذب عنه وعن أعراضه إذا كان ضعيفا، وتوقيره في صغره وكبره، وترك حسده وغشه، ودفع الضرر عنه، وجلب النفع إليه ولو لم يقبل نصيحته سلك به طريق الرفق حتى يقبلها ولو كانت متعلقة بأمر الدين سلك به طريق الأمر بالمعروف والنهي عن المنكر على الوجه المشروع.

Möminin digər möminə nəsihətində məqsəd ona dini və dünyəvi məsələlərdə yol göstərmək, cahildirsə öyrətmək, məlumatsızdırsa məlumatlandırmaq, zəifdirsə müdafiə etmək, böyük-kiçikliyindən asılı olmayaraq hörmətini saxlamaq, ona həsəd aparmamaq və onu aldatmamaq, zərəri ondan uzaqlaşdırmaq, xeyri ona cəlb etmək qəsd edilir. Əgər qarşı tərəf onun nəsihətini qəbul etməsə, qəbul edənə qədər onunla yoldaşlığa davam etməli, əgər onun bu işi din ilə əlaqəlidirsə, o zaman şəriətə uyğun şəkildə əmr-be-məruf və nəhy-əz-munkər yolu ilə onunla münasibət qurmalıdır.

Mirat əl-Uqul, c.9, s.142; Dar əl-Kutub əl-İslamiyyə, Tehran, 1410/1990; təhqiq: Seyid Cəfər əl-Hüseyni (onlayn link)

Qeyd: Əbi Cəfər (ə.s) – yəni, İmam əl-Baqir (ə.s)

Əbi Əbdillah (ə.s) – yəni, İmam Cəfər əs-Sadiq (ə.s)

Рейтинг

В этом разделе