Həzrət Əlinin (ə) səhabələri silsiləsindən (3) - İbrahim ibn Malik Əştər

»»

Həzrət Əlinin (ə) səhabələri silsiləsindən (3) - İbrahim ibn Malik Əştər

Bağışlayan və Mehriban Allahın adı ilə

İbrahim ibn Malik Əştər Nəxəi

İbrahimə xas olan xüsusiyyətlər:

İbrahim tanınmış Malik Əştərin oğlu və Həzrət Əlinin (ə) səmimi dostlarından və xas səhabələrindən olmuşdur.1

İbrahim Nəxə qəbiləsinin böyüyü və onların içində ən çox fiziki gücə malik olan bir şəxsiyyət idi.2 O, çox yaxşı komandir, şücaət və tədbirdə məşhur idi.3 Bir çox tarixçilər onun şücaətini tərifləmişdir.4 Döyüş meydanlarında onun şücaətləri düşmənin qəlbinə amansız ildırım kimi və sağ-solunda öldürdüyü insanların qalaq kimi yığılması vəsf olunur.

Tarixçilər onun şücaətlərini başqa yerlərdə də vəsf ediblər: “O, Siffeyn döyüşündə iştirak edərkən az yaşlı bir cavan idi. Bu döyüşdə o, atası Maliklə bir çox rəşadətlər göstərmişdir”.5

İbrahim nəinki şücaətdə, əlavə olaraq səxavət, cəsarət, iman, əxlaq, Əhli-Beytə olan məhəbbətdə də İraq əhlinin qabaqcıllarındandır.6

Əllamə Seyyid Muhsin əl-Əmin də özünün “Əyan əş-şiə” kitabında İbrahimi belə tərifləyir: “İbrahim şücaətli və cəsarətli döyüşçü, düşmən sıralarını yaran və böyük sərkərdələrdən idi. O, yüksək himmətə və ali təbiətə sahib haqq tərəfdarı olan bir şəxsiyyət idi. Eyni zamanda şair təbiətli, fəsahətli və ismətli ailəsini sevən bir kişi idi. Malik Əştər də bu ali səciyyələrə malik bir insan idi. “Belə övlad belə atanın mücəssiməsidir” ifadəsi də doğru ifadədir”.7

İbrahim və Muxtarın qiyamı:

İbrahimin Muxtarın qiyamında çox mühüm rolu olmuşdur. O, elə bir simadır ki, Muxtarı bu qiyama daha tez hazır edərək bir çox müvəffəqiyyətlər qazandırdı.

İbrahim qəbul etdi və Muxtara beyət etdi. O, Muxtarla birlikdə qiyam etdi. İbrahim qiyam gerçəkləşəndən və Kufənin idarəçiliyi qiyamın əlinə keçəndən sonra Muxtarın bütün ordusunun komandiri təyin olundu. O, Kufə və İraqda bir çox icraatlar yerinə yetirmişdir.

Sonda İraq ordusunun məğlubiyyətindən sonra hicrətin 72-ci ili, Cəmadi əl-ulanın 13-də, 40 yaşında öldürüldü və Samirra yaxınlığında torpağa tapşırıldı.8

__________________________________________

1İbn Həzm Əndəlusi, Cumhurə ənsab əl-ərəb, s. 415, “Dar əl-kutub əl-elmiyyə”, Beyrut, 1418; Təbəri, ət-Tarix, c. 11, s. 664, Muhəmməd Əbul-Fəzl İbrahimin təhqiqi, 2-ci çap, 1967

2Muhsin əl-Əmin, Əyan əş-şiə, c. 2, s. 200, 1-ci çap, 1983

3Zəhəbi, Tarixul-İslam və vəfayat əl-məşahir və əl-əlam, c. 5, s. 344, Ömər Əbdus-Səlam Tədmurinin təhqiqi, 2-ci çap, 1993

4Bilazəri, Ənsab əl-əşraf, c. 6, s. 389, Zuheyr Zəkkar və Riyaz Zərkəlinin təhqiqi; Tarixi-Təbəri, c. 6, s. 19; Əbu Əli Məskəveyh, Ticarə əl-uməm, c. 2, s. 148, Əbul-Qasim İmaminin təhqiqi

5Nəsr ibn Muzahim Munqiri, Vaqiə Siffeyn, s. 441, Əbdus-Səlam Muhəmməd Harunun təhqiqi; İbn Əbil-Hədid, Şərh Nəchul-Bəlağə, c. 8, s. 81

6Muhsin əl-Əmin, Əyan əş-şiə, c. 2, s. 200, 1-ci çap, 1983

7Muhsin əl-Əmin, Əyan əş-şiə, c. 2, s. 200, 1-ci çap, 1983

8Zərkəli, Xeyr əd-din, c. 1, s. 58

Tərcümə etdi: Fərhad Mirzə

Рейтинг

В этом разделе