2890 - حدثنا محمد بن عبد الملك بن أبي الشوارب حدثنا يحيى بن عمرو بن مالك النكري عن أبيه عن أبي الجوزاء عن ابن عباس قال ضرب بعض أصحاب النبي صلى الله عليه وسلم خباءه على قبر وهو لا يحسب أنه قبر فإذا فيه إنسان يقرأ سورة تبارك الذي بيده الملك حتى ختمها فأتى النبي صلى الله عليه وسلم فقال يا رسول الله إني ضربت خبائي على قبر وأنا لا أحسب أنه قبر فإذا فيه إنسان يقرأ سورة تبارك الملك حتى ختمها فقال رسول الله صلى الله عليه وسلم هي المانعة هي المنجية تنجيه من عذاب القبر قال أبو عيسى هذا حديث حسن غريب من هذا الوجه وفي الباب عن أبي هريرة
Muhəmməd ibn Əbdül Malik ibn Əbiş-Şəvarib - Yəhya ibn Əmr ibn Malik ən-Nukri - atasından - Əbil Cəuzə - İbn Abbas (r.a.)
Peyğəmbərin (s) əshabından biri qəbir olduğunu bilmədiyi bir qəbrin üzərində çadırını qurmuşdu. Birdən qəbirdəki adamın Mülk surəsini sona qədər oxuduğunu eşidir. Buna görə də o, Peyğəmbərin (s) yanına gərlərək: "Ey Allahın Rəsulu! Qəbir olduğunu bilmədiyim bir yerdə çadır qurmuşdum. Birdən oradan uyuyan adamın Mülk surəsini sonuna qədər oxuduğunu eşitdim... Buna cavab olaraq Rəsulallah (s) dedi: Bu surə xilasedici və əngəlləyicidir, onu oxuyan bir kəsi qəbir əzabından qoruyur.
Tirmizi deyir: Həsən qəribdir. Bu mövzuda Əbu Hüreyrədən də hədis nəql edilmişdir.
Aşağıda gördüyünüz isə vəhhabilərə məxsus "Dar əs-Səlam" nəşriyyatında çap olunmuş "Sünən Tirmizi" kitabının 227-ci səhifəsinin skanıdır.
Gördüyünüz kimi onlar hədisin tərcüməsini təhrif edərək (ərəb dilində olan) "Birdən oradan uyuyan adamın Mülk surəsini sonuna qədər oxuduğunu eşitdim..." əvəzinə (ingilis dilinə tərcümədə) "Mən qəbrdə adam olduğunu anladım və Mülk surəsini sona qədər oxudum." yazıblar.
Əslində vəhhabilərin tərcüməsindən bundan savayı bir şey gözləmirdik. Onların tərcüməsi yalnız belə ola bilərdi.
Hətta Albaninin hədisi "zəif" hesab etməsi də onların ürəklərinə su səpməyib.
Niyə belə ediblər soruşursunuz? Çünki hədis onların batil əqidələrinə ziddir. Onlara görə ölü heç nə edə bilməz. Öldünsə vəssalam. Allahlarını cism təsəvvür edən bir firqənin insan barədə belə düşünməsi adidir.