Vəhhabilərin "Sünən Nəsai" kitabından bir hədisi təhrif etmələri

»»

Vəhhabilərin "Sünən Nəsai" kitabından bir hədisi təhrif etmələri

Tarix boyu müsəlmanlar irsimizin islam düşmənləri, münafiqlər və s. tərəfindən məhvi, Peyğəmbər (ə) sünnəsinin təhrifi ilə çox qarşılaşıb. Bu azmış kimi XVIII əsrdən etibarən müsəlmanların qanının axıdılması ilə başlayan vəhhabi fitnəsi kitabxanaların yandırılması ilə davam etdi.

Daha sonra kitablarda öz əqidələrinə zidd olan məsələləri yox etməyə başladılar. Bu balaca məqalədə əhli-sünnət arasında 4 haqq məzhəbdən biri sayılan Hənəfi məzhəbinə qarşı vəhhabilərin münasibətinini görəcəksiniz.

Nəzərinizə çatdırım ki, hənəfi fiqhində namazda təkbir gətirərkən əlləri qulaqların arxasına qədər qaldırmaq Peyğəmbər (s) sünnəsi hesab edilir və onlar buna riayət edirlər.

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى، قَالَ حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ، عَنْ شُعْبَةَ، عَنْ قَتَادَةَ، عَنْ نَصْرِ بْنِ عَاصِمٍ، عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ، أَنَّهُ رَأَى النَّبِيَّ صلى الله عليه وسلم رَفَعَ يَدَيْهِ فِي صَلاَتِهِ وَإِذَا رَكَعَ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ وَإِذَا سَجَدَ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ السُّجُودِ حَتَّى يُحَاذِيَ بِهِمَا فُرُوعَ أُذُنَيْهِ ‏.‏

Muhəmməd b. əl-Musənna – ibn Əbi Adiy – Şöbə – Qatadə - Nasr b. Asim – Malik b. Huveyris:
"Allahın Rəsulu (s) namazında rüku edərkən, başını rukudan qaldırarkən, səcdə edərkən, başını səcdədən qaldırarkən əllərini yuxarı - qulaqlarının altına qədər - qaldırardı."
"Sünən Nəsai", hədis 1093

Əminlik üçün "Sünən Nəsai"nin İmam Suyuti və Əllamə Sindinin şərhi ilə birgə olan Beyrut çapına da diqqət yetirək:

Vəhhabilərin "Dar əs-Səlam" nəşriyyatının Pakistan nümayəndiliyinin çap etdirdiyi "Səhih-Sittə" (6 ən məşhur sünni hədis kitabı) külliyatında bu hədisin ravi zəncirində təhrifə yol verildiyini görürük. Hədisin sənədindəki güclü ravi olan Şöbənin adı dəyişdirələrək zəif bir ravi olan Səid ilə əvəz edilib.

Halbuki, - سَعِيدٌ - yəni, Səid növbəti hədisin sənədinin ravisidir. Burda isə - شُعْبَةَ - yəni Şöbə olmalıdır.

Bununla onlar hədisin zəif olduğunu göstərməyə çalışaraq insanların Peyğəmbər (s) sünnəsini tərk etməyə sövq edirlər. Hədisin orijinal sənədinə isə heç bir irad tuta bilməzlər. Onların hamısı güclü ravilərdir.

Əslində, vəhhabilərin hənəfi fiqhinə qarşı qərəzliyi təzə bir məlumat deyil. Bu, sadəcə saysız-hesabsız faktlardan biri idi. Öz mənbələrinə bu cür münasibət bəsləyən bir firqənin İslamdan danışması sadəcə gülüş doğurur.

Рейтинг

В этом разделе