Əhli-sünnənin etibar etdiyi təfsir mənbələrindən biri də Cəlaləddin əl-Məhəlli (ö.h. 864) və onun şagirdi Cəlaləddin əs-Süyuti (ö.h. 911) tərəfindən yazılmış "Təfsir əl-Cəlaleyn" kitabıdır.
Məşhur Maliki alimlərindən olan Şeyx Əhməd b. Muhəmməd əs-Savi (ö.h. 1241) bu əsərə haşiyə yazmışdır. İslam aləmində "Haşiyə əl-Savi əla əl-Cəlaleyn" adı ilə məşhur olan bu kitabdan çox maraqlı bir məqama toxunmaq istəyirəm.
Fatir surəsinin 6-cı ayəsində buyurulur:
"Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır."
Şeyx Əhməd əs-Savi bu ayənin izahında yazır:
وقيل هذه الآية نزلت في الخوارج الذين يحرفون تأويل الكتاب والسنة ويستحلون بذلك دماء المسلمين وأموالهم كما هو مشاهد الآن في نظائرهم، وهم فرقة بأرض الحجاز يقال لهم الوهابية يحسبون أنهم على شىء ألا انهم هم الكاذبون، استحوذ عليهم الشيطان فأنساهم ذكر الله أولئك حزب الشيطان ألا إن حزب الشيطان هم الخاسرون، نسأل الله الكريم أن يقطع دابرهم
Eləcə də deyirlər ki, bu ayə Kitab və Sünnətin səhih mənalarını təhrif edən və bununla müsəlmanların qanlarını tökməyi və mallarını məhv etməyi halal görən xavariclər haqqında enmişdir, necə ki, biz bunu onların bölgələrində görürük. Onlar Hicaz torpağında olan bir firqədir və onlara vəhhabi deyirlər. "Onlar elə hesab edirlər ki, doğru bir şey üzərindədirlər. Lakin, məgər yalançı onların özləri deyilmi? Şeytan tərəfindən aldadılıb Allahın zikrini unudublar. Onlar Şeytanın hizbidir. Şeytanın hizbi xəsarətdə olanlar deyilmi?"! (Quran, 58:18-19) İkram sahibi Allahdan onların köklərini kəsməyi diləyirik!
Bu sözləri biz kitabın 1930-cu il Misir çapında (İsa əl-Babi əl-Hələbi nəşriyyatı, cild 3, səh.255), 1937-ci il Misir çapında (Məktəbə əl-Məşhəd əl-Hüseyni nəşriyyatı, cild 3, səh. 307-308), həmçinin 1970-ci il Beyrut çapında (Darul İhya ət-Turas əl-Ərəbi nəşriyyatı, c.5, səh.78) oxuyuruq.
Orijinal kitabdan skan edilmiş səhifə (Darul İhya ət-Turas əl-Ərəbi nəşriyyatı, Beyrut, cild 5, səh. 78):
kitabı böyütmək üçün üzərinə vurun
Ancaq vəhhabilər Beyrutda "Darul kutubil ilmiyyə" nəşriyyatında bu kitabı yenidən çap etdirmiş və aşağıdakı görəcəyiniz təhrifi həyata keçirmişlər.
Kitabın 5-ci cildində səhifə 77-də "Onlar Hicaz torpağında olan bir firqədir və onlara vahabi deyirlər" cümləsini çıxardaraq müəllifin əsas fikrini təhrif etmişlər.
Orijinal mənbədən göründüyü kimi Şeyx Əhməd əs-Savi müasir günümüzün xəvariclərinə misal gətirərək vəhhabi firqəsini qeyd etmiş, lakin onlar bunu gizlədərək insanların həqiqətlə tanış olmalarını istəməmişlər.
Ancaq nə edəsiniz, ay bədbəxtlər, adınızı kitablardan silsəniz də, lap belə Əbdül Vəhhabın da kitablarını yandırsanız, siz müasir dövrün xəvariclərisiniz, ləqəbiniz də vəhhabidir. Yeri yarıb içinə də girsəniz, bu belədir!