Əbdurrəhman ibn Nasir Səədi böyük vəhhabi alimidir (vəfat ili 1376). Onun "Təysirul-Kərimil-Rəhman fi təfsiri kəlamil-Mənnan" adında bir təfsiri vardır. "Yasin" surəsinin 30-cu ayəsini belə şərh edir:
"Allah-təala bəndələri üçün narahat olduğundan, kədərləndiyindən buyurur: "Əfsus olsun ki, bu bəndələr onların hidayəti üçün gəlmiş elə bir peyğəmbər qoymadılar ki, ona istehza etməsinlər". Yəni bu bəndələrin aşağılığı, cahilliyi o dərəcədədir ki, ...."
İnternetdə bu barədə yazılandan sonra cavanlar "narahat olan", "kədərlənən" Rəbbdən şübhələndilər. Misir vəhhabi camaatı məcbur qalıb təfsirdəki kəlmələri göstərdiyimiz formada təhrif etmişlər.
Vəhhabi təhrifindən sonra
"Allah-təala bəndələrinə mərhəmətli olduğundan buyurur: "Əfsus olsun ki, bu bəndələr onların hidayəti üçün gəlmiş elə bir peyğəmbər qoymadılar ki, ona istehza etməsinlər". Yəni bu bəndələrin aşağılığı, cahilliyi o dərəcədədir ki, ...."