Bir neçə ay öncə Əhli-beyt (ə) məktəbinin alimlərindən olan Seyyid Kamal Heydəri canlı efirdə, müasir vəhhabi alimlərindən olan, Şeyx Salih ibn Fauzan əl-Fauzanın yalanını və ümumiyyətlə vəhhabilərin necə təhriflərə yol atdığını göstərəndən sonra, vəhhabilər Seyyid Kamal Heydəriyə lənət belə oxunmaqdan çəkinməşidilər.
Yalan danışan əl-Fauzan, lənət oxunan Heydəri. Qəlb gözləri kor olan bir neçə vəhhabi ərəb dilli internet forumlarında əl-Fauzanın yalan danışmadığını heç bir dəlilsiz filansız buyurmuşdular. Yalançı vəhhabilərin yalançı şeyxlərinin təhrifini ört-bastır etmək cəhdləri puça çıxmışdlr. Biz də öz növbəmizdə sübut edirik ki, Seyyid Heydəri heç bir sözü havadan deməyib və əl-Fauzan öz kitabında sadəcə yalan danışıb.
Əl-Fauzan özünün "Muhaziratun fil-əqidə vəd-də`və" (4/253) kitabında qeyd edir:
"(Peyğəmbər) buyurub: "Mən sizin aranızda elə şey saxlayıram ki, ondan yapışsanız məndən sonra zəlalətə düşməzsiniz: Allahın kitabı (Quran) və sünnəm". (Haşiyədə qeyd edir ki, bu hədisi ət-Tirmizi (№ 3788) nəql edib)
Bu yalandır! ət-Tirmizi həmin hədisi vəhhabi əl-Fauzanın dediyi kimi nəql etməyib. "Səhih Sünən ət-Tirmizi"-idəki hədis (3788) bu cürdür:
"Mən sizin aranızda iki qiymətli şey qoydum. Nə qədər ki, onlardan möhkəm yapışacaqsınız, məndən sonra heç vaxt azmayacaqsınız. Onlardan biri digərindən daha böyük və üstündür. (Biri) Allahın kitabıdır ki, o göydən yerə uzanmış və birləşmiş ipdir. (İkincisi) mənim itrət və Əhli-Beytimdir. Bilin ki, bu iki şey, hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmaz. Bu iki şey haqqında mənə necə itaət edəcəyinizə diqqət edin."
Bu Əhli-beyt (ə) düşməni, Əl-Fauzan nəyə əsasən "itrət və Əhli-beytim (ə)" (عترتي أهل بيتي) cümləsinin yerinə "sünnəm" (سنتي) sözünü qeyd edir?! Və yaxud nəyə əsasən bunu ət-Tirmiziyə nisbət verir?! Vəhhabilər tərəfindən yazılmış müasir kitabların bir çoxunda, həmçinin vəhhabilər tərəfindən "təliqi" aparılmış bir çox klassik hədis kitablarında bu cür təhriflər nəzərə çarpır və inşAllah bütün bu təhrifləri bir-bir saytımızda qeyd edəcəyik. Vəhhabilər məqsədyönlü şəkildə Əhli-beytə (ə) itaəti vacib edən hədisləri təhrif etməkdədirlər.