Əziz oxucular! Bu məqaləmizdə "Sünən İbn Macə" kitabından sitat gətirilən hədisin necə təhrif edildiyini diqqətinizə çatdıracağıq.
Sələfi (vəhhabi) alimi Xalid ibn Samir əl-Subai özünün "Risalətun acilətun lid-duat" əsərində "كتاب الله وسنتي" - "Allahın kitabı və sünnəm" hədisini qeyd edir, haşiyədə isə bu rəvayətin İbn Macə tərəfindən nəql edildiyini bildirir.
Fotoşəkil: Xalid ibn Samir əl-Subai, "Risalətun acilətun lid-duat", səh.42
İndi isə gəlin görək İbn Macə özünün "Sünən" əsərində rəvayəti hansı formada nəql edib?
Fotoşəkil: İbn Macə, Sünən, səh.333 ("Beytül-Əfkarid-Dəvliyyə", ər-Riyad, Səudiyyə Ərəbistanı)
Gördüyünüz kimi, İbn Macənin rəvayətində sadəcə "كتاب الله" - "Allahın kitabı" ifadəsi var. Bəli, İbn Macənin rəvayətində "və Əhli-beytim" ifadəsi də yoxdur, ancaq bununla bərabər o "və sünnəm" ifadəsini də yazmayıb.
Sual veririk: Nə üçün hədisə bu şəkildə əlavələr edirsiniz? Əgər "Səqəleyn" hədisini tam vermək istəyirsinizsə, nə üçün səhih və mütəvatir olaraq nəql edilən "كتاب الله و عترتي اهل بيتي" - "Allahın kitabı və itrətim, Əhli-beytim" şəklində yox, zəif və uydurma forması olan "كتاب الله وسنتي" - "Allahın kitabı və sünnəm" şəklində təqdim edirsiniz? Nə üçün insanların Əhli-beytlə, itrətlə tanışlığından bu dərəcədə qorxursunuz?
Buradan bütün sələfilərə səslənirik! Buyurun, "Səqəleyn" hədisinin "Allahın kitabı və sünnəm" versiyasını İbn Macə kitabından gətirin!
313news.net